Məhkəmə qərarları › İş №2-1(3-8)-493/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-493/2026

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-493/2026 18.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh X1rşı “cavabdeh orqanın ## ##### 2023-cü il tarixli “diaqnoz əlillik təyin etməməsi” barəsində qərarının ləğv edilməsi və iddiaçıya ## ##### 2023-cü il tarixdən orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)- ***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh X1rşı iddia qaldıraraq “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aldığı xəsarətlə əlaqədar olaraq iddiaçının əlilliyinin yenidən qiymətləndirilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili məhkəməyə ərizə təqdim edərək, “cavabdeh orqanın ## ##### 2023-cü il tarixli “diaqnoz əlillik təyin etməməsi” barəsində qərarının ləğv edilməsi və iddiaçıya ## ##### 2023-cü il tarixdən orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı xəsarətlə əlaqədar olaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx iddiaçıya əlillik dərəcəsi təyin etmişdir. ##.##.2016-cı il tarixindən ##.##.2021-ci il tarixinə kimi iddiaçıya bazu sümüyünün yuxarı ucunun sınığı, sol bazu sümüyünün aşağı 1/3-nin yerdəyişmiş çoxsaylı sınığı. Bazunun dəlib keçən güllə yarası. Dəqiqləşdirilməmiş nevrit və nerralgiya, hər iki yuxan ətrafın posttravmatik nevriti davamlı ağrı sindromu ilə. Oynaqların kontrakturası. yuxarı ətrafın davamlı kontrakturası əzələ zəifliyi ilə hərəkətin və yerişin pozulması. Yuxarı ətrafların funksiyasının əhəmiyyətli dərəcədə funksiyasının pozulması diaqnozu qoyularaq II dərəcəli əlillik verilmişdir. Əlilliyin təyin olunması ilə bağlı 5 ilik müddət bitdikdən sonra iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmiş və səbəb kimi diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Hazırda cavabdehin imtinası ilə razı olmadığına görə iddia tələbi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aldığı xəsarətlə əlaqədar əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddia ərizəsinə dair etirazı təqdim edirlər. Qobustan rayon sakini ##.##.1984-cü il təvəllüdlü İddiaçı (FIN:*******) əlillik vəziyyəti ##.##.2021-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 21420094224). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin *******AAVCN nömrəli ##.##.2022-ci il tarixli zöndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar edilmişdir (ESDAS: 22420342993). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2003- il tarixli **** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol bazu sümüyünün diafizinin aşağı 1/3-nin yerdəyişmiş çoxqəlpəli sınığı ilə bazunun dəlib keçən qəlpə yaralanmasından (##.##.2003) sonrakı düzgün bitişməmiş sınığı, sol dirsək oynağının miogen strukturası, funksiyanın mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş ##.##.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Stenokardiyanın digər formaları, UIX Gərginlik stenokardiyasi III fs” anamnestik məlumatlar və obyektiv oynağının hərəki məhdudluğu qeyd olunmur” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlarə təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş ##.##.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol qolunda ağrılardan, hərəki məhdudluqdan şikayətlənmişdir. Baxış zamanı sol bazunun iç səthində yumşaqtoxuma çapığı izlənmiş, dirsək oynağında açma və bükmə, pronasiya və supinasiya hərəkətləri tam həcmdə olmuş, atrofiya, parez aşkar olunmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı bütün bədən səthində olan ağrılardan şikayət etmişdir. Müayinə zamanı sol bazunun orta 1/3-də çapıq və “Ilizarov”-a məxsus çapıq izlənilmiş, hərəkətlər Sərbəst olmuş, əlin tutmna funksiyası pozulmamışdır. Nevroloji statusda sol yuxarı ətrafda hərəkətlər tam həcmdə olmuş, əzələ gücü saxlanılmış, vətər refleksləri canlı və bərabər çağrılmışdır D=S. X5 və Ortopediya institutunun ##.##.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Sol bazunun dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sol bazu sümüyünün aşağı 1/3-nin qeyri düzgün bitişmiş sınığı. Sol bazu və dirsək oynağının artrozu. Sol dirsək oynağının ankliozu. Bükmə 100 dərəcə, açma 100 dərəcə. Sol bazu kələfinin neyropatiyası. Sol yuxarı ətraf əzələ atrofiyası 4 sm. Əlin tutma funksiyasının pozulması” kimi qeyd olunsa da, əlillik təyinatına əsas verməmişdir. Medera Hospitalın ##.##.2021 və ##.##.2023-cü il tarixli müayinələrinin nəticəsi "Bu əlamətlər sol qolda braxial pleksusun orta və aşağı şaxəsi'г həmçinin sol musculocutaneus sinirinin xronik dövrdə, çox ağır aksonal degenerasiyalı neyropatiyası lehinədir" kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqin tapmamışdır. Anamnestik vşjdinik olaraq əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmiş və qeyd etmişdir ki, cavabdeh orqanın apelyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur, formal mülahizələrə əsaslanmış, məqsəd Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** saylı qərarının qanuni qüvvəyə minməsini gecikdirməkdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxxnin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRI-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 6.1.10 Sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr- XBT kdu R25-R29 Bənd 6.9 Bazu kələfinin zədələnməsi- XBT kodu G54.0 Qiymətləndirmə üzrə əlamətləri: 6.9.1.bazu kələfi (dominant ətrafın nəzərə alınması ilə);6.9.2.mil və qoltuqaltı sinirlər (dominant ətrafın nəzərə alınması ilə);6.9.3.mil və dirsək sinirləri (dominant ətrafın nəzərə alınması ilə);6.9.4.mil və orta sinirlər (dominant ətrafın nəzərə alınması ilə);6.9.5.dirsək və orta sinirlər (dominant ətrafın nəzərə alınması ilə);6.9.6.mil, dirsək və qoltuqaltı sinirlər (dominant ətrafın nəzərə alınması ilə) Bənd 6.10. Bel-oma kələfinin zədələnməsi- XBT kodu G54.1 Bənd 13.3. Oynaın ankilozu- XBT kodu M24.6 Bənd 13.4. Digər artrozlar- XBT kodu M19 “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konsitutsiya quruluşunun müdafiəsi” ilə əlaqədar səbəb əlaqəsi ilə əlilliyin müəyyən edilməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının əlilliyinin qiymətləndirilməsi nəticəsində iddiaçı barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” barədə ##.##.2023-cü il tarixli qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsas aşkar edilməmişdir. Həmçinin, kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, cavabde iddiaçı barəsində əlilliyin müəyyən edilməsindən imtina barədə qərarını ##.##.2023-cü il tarixdə qəbul etsə də, elektron sistemə ##.##.2023-cü il tarixdə yerləşdirmiş, iddiaçı tərəfindən isə iddia tələbi ilə ##.##.2023-cü il tarixdə məhkəməyə müraciət edilmişdir. Nəticə etibarilə iddia müddətinə dair mümkünlük şərti yerinə yetirilmiş olur. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçının barəsində müvafiq tibb müəssisəsi tərəfindən tibbi göndəriş tərtib edilmiş (##.##.2023-cü il tarixli), həmin tibbi göndərişdə iddiaçı barəsində əsas diaqnoz xəstəliyi “ Biloji silahdan istifadə ilə əlaqədar hərbi əməliyyatlar, sol bazunun dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət (XBT kodu Y36.4)”, ağırlaşmaları “Diər artrozlar, sol bazu və dirsək oynaqlarının artrozu (XBT kodu M19)” , “Kəskin ağrı sindromu (XBT kodu R52.0)”, “Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sol yuxarı ətraf əzələlərinin atrofiyası 4 sm (XBT kodu M62.5)”, “Ataktik yeriş, əlin tutma funksiyasının pozulması (XBT kodu R26.0)”, “Oynağın ankilozu, sol bazu sümüyünün aşağı 1/3 qeyri-düzgün bitişmiş sınığıdan sonrakı sol dirsək oynağının ankilozu (bükmə 100 dər,açma 100 dər) (XBT kodu M24.6)”, “Sinir köklərinin və kələflərinin zədələnmələri, sol bazu kələfinin neyropatiyası (XBT kodu G54)”, “Sümük sınığının pis bitişməsi, sol bazu sümüyünün aşağı 1/3ni qeyri-düzgün bitişmiş sınığı (XBT kodu M84.0)” kimi qeyd edilmişdir. Cavabdeh inzibati orqan həmin tibbi göndəriş əsasında iddiaçının əlilliyinin qiymətləndirilməsini həyata keçirərək, diaqnoz əlilliyin təyin edilməsi üçün əsas olmaması barədə ##.##.2023-cü il tarixli imtina qərarı qəbul etmişdir. Iş materiallarından görünür ki, müvafiq Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı barəsində ## ###### 2003-ci il tarixdə xəstəli şəhadətnaməsi tərtib edilmiş, iddiaçı barəsində qoyulmuş diaqnoz kimi “sol bazu sümüyünün diafizinin aşağı 1/3-nin yerdəyişmiş çox qəlpəli sınığı bazunun dəlib keçən yaralanmasından sonrakı düzgün bitişməmiş sınığı, sol dirsək oynağının miogen kontrakturası,funksiyanın mülayim dərəcədə pozulması ilə”, səbəb əlaqəsi kimi “Hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində 2016-2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazisinin müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə ikinci dərəcə əlillik təyinatı aparılmış, müddət bitdikdən sonra bir neçə dəfə əlilliyin qiymətləndiirlməsi həyata keçirilərək, imtina qərarı qəbul edilmiş, sonuncu imtina qərarı ##.##.2023-cü il tarixdə qəbul edilmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ##.##.2025-ci il tarixli ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı “ Biloji silahdan istifadə ilə əlaqədar hərbi əməliyyatlar, sol bazunun dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət (XBT kodu Y36.4)”, “Diər artrozlar, sol bazu və dirsək oynaqlarının artrozu (XBT kodu M19)” , “Kəskin ağrı sindromu (XBT kodu R52.0)”, “Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sol yuxarı ətraf əzələlərinin atrofiyası 4 sm (XBT kodu M62.5)”, “Ataktik yeriş, əlin tutma funksiyasının pozulması (XBT kodu R26.0)”, “Oynağın ankilozu, sol bazu sümüyünün aşağı 1/3 qeyri-düzgün bitişmiş sınığıdan sonrakı sol dirsək oynağının ankilozu (bükmə 100 dər,açma 100 dər) (XBT kodu M24.6)”, “Sinir köklərinin və kələflərinin zədələnmələri, sol bazu kələfinin neyropatiyası (XBT kodu G54)”, “Sümük sınığının pis bitişməsi, sol bazu sümüyünün aşağı 1/3ni qeyri-düzgün bitişmiş sınığı (XBT kodu M84.0)”xəstəliklərdən əziyyət çəkir. Kollegiya iş materiallarında olan ##.##.2024-ci il tarixli ekspert rəyi ilə bağlı qeyd edir ki, həmin rəylə bağlı aparılmış tədqiqatda cavabdehin nümayəndəsi iştirak etdiyindən və bu hal rəyin mötəbərliyini şübhə altına hal kimi çıxış etdiyindən, iddianın əsaslılığının dəyərləndirilməsi üzrə həmin ekspert rəyi mötəbər sübut qismində çıxış etməmişdir. Iş materiallarında olan həkim-travmatoloq tərəfindən verilmiş rəylərin məzmunundan görünür ki, iddiaçı barəsində XBT kodu M84.0, G54, G56, M62.5, M24.5, R52.0, R26.0 diaqnoz xəstəliklərin aşkar edildiyi qeyd edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı həkim rəyini tərtib edən ixtisaslaşmış həkim mütəxəssis qismində dinlənilmiş, həkim-mütəxəssis verdiyi izahatında bildirmişdir ki, iddiaçıda artrozun əlamətləri var. Hər iki diz oynağının yox, yalnız dirsəyin ankilozu mövcudur. Əsas diaqnoz fibroz-ankilozdur. M19 yanaşı ağırlaşmalardır. Bazu sümüyünün qeyri-düzgün bitimiş sınığı və dirsək oynağının yarıbükülü vəziyyətdə olması əsas diaqnozdur. Bud-çanağa aid diaqnoz yoxdur. Hərəkət məhdudluğu oynaqdadır, ümumi yoxdur. Kollegiya hesab edir ki, indiki halda işin mübahisəli halı iddiaçıda aşkar edilmiş diaqnoz xəstəliklərin və onların əlamətlərinin müvafiq Qərarda əks olunmuş əlilliyin təyin edilməsi üçün əsas olan xəstəlik qismində çıxış edib-etməməsi və həmin xəstəliyin məhz hərbi xidmət dövründə alınmış travmanın nəticəsində yaranıb-yaranmaması ilə bağlı olmuşdur. Kollegiya qeyd edir ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərdən XBT kodu M19, R26.0, M24.6,G54 olan diaqnoz xəstəliklər və onların qiymətləndirmə üzrə əlamətləri müvafiq Qərar əsasında təsdiq edilmiş meyarlarda əlilliyin təyin edilməsi üçün əsas olan xəstəlik kimi ehtiva edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçı barəsində əlilliyin müəyyən edilməsi üçün məhz həmin diaqnoz xəstəliklərin mövcudluğu deyil, məhz onların Meyarlarda əks olunmuş qiymətləndirmə üzrə əlamətlərinin mövcud olub-olmaması halı müəyyən edilməlidir. Bununla bağlı kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamnaı tədqiq edilmiş ekspet rəyi, hkim-mütəxəssin rəyləri və həmin rəylərlə bağlı həkim-mütəxəssisin veridyi izhaatları əsasında iddiaçıda XBT kodu M19, M24.6, R26.0 olan diaqnoz xəstəliyin Meyarların 13.3.1- 13.3.21, 13.4.1-13.4.45-ci, 6.1.10.1-6.1.10.3-cü bəndlərdə əks olunmuş qiymətləndirmə üzrə əlamətlərinin mövcudluğu öz təsdiqini tapmamışdır. Iddiaçı tərəfindən isə işin müəyyən edilmiş həmin halını təkzib edən heç bir tibbi sənəd və ya digər sübut məhkəməyə təqdim edilməmişdir. Nəticə etibarilə iddiaçıda XBT kodu M19, M24.6 və R26.0 olan diaqnoz xəstəlikər və onların əlamətləri üzrə əlilliyin müəyyən edilməsinin qanuni əsası aşkar edilmədiyindən, bu əsasla iddiaçıya əlilliyin müəyyən edilməsi mümkün olmamışdır. Cavabdehin həmin hissədə istinad etdiyi hallar əsaslı olmuşdur. Bundan əlavə, kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi, həkim-mütəxəssis rəyləri, tibbi sənədlər (ambulator kartadan çıxarış və s.), həkimmütəxəssisin izahatı əsasında iddiaçıda XBT kodu G54.0 olan diaqnoz xəstəliyini Meyarların 6.9.1-ci bəndə əks olunmuş qiymətləndirmə üzrə əlamətinin mövcudluğu müəyyən edilmişdir. Hanıs ki Meyarların həmin bəndinə əsasən bu hal orqanizmin funksiyasının pozulmasının 35-40 faiz dərəcəsi ilə 1 il müddtinə əlilliyin müəyyən edilməsi üçün əsas hesab edilir. Indiki halda isə cavabdeh tərəfindən həmin halı təkzib edən heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları əsasında iddiaçıya orqanimzin funksiyasının pozulmasının 35-40 faiz dərəcəsi ilə 1 il müddətinə əlilliyin müəyyən edilməsi üçün əsas aşkar edildiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı barəsində əlilliyin müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, hansı növ əlilliyin müəyyən ediləsini (orqanizmin funksiyasının pozulmasının hansı faiz dərəcəsi ilə hansı müddətə) qeyd edilməmiş, bu hal isə qərarın icrası zamanı qeyri-müəyyənləyin yaranmasına səbəb olmaqla, formalaşdırılmış məhkəmə təcrübəsinin tələblərinə də uyğun olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əlilliyin müəyyən edilməsinin faiz dərəcəsi və müddətinin qeyd edilmədiyidən, həmin hissədə dəyişdirilməli, iddiaçıya orqanizmin funksiyasının 35-40 faiz dərəcəsi ilə 1 il müddətinə əlilliyi müəyyən edilməlidir. Bundan əlavə, kollegiya əlilliyin səbəb əlaqəsi ilə bağlı hissədə onu qeyd edir ki, indiki halda iddiaçı barəsində qeyd edilən XBT kodu G54.0 olan diaqnoz xəstəliyin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı” aldığı travma ilə əlaqədar yaranması halı da iş materiallarına olan sənədlər (Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş müvafiq şəhadətnamə, travma haqqında arayış) əsasında öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə də işin hallarına düzgün hüquqi qiymət vermiş, cavabdehin şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur. Eyni zamanda kollegiya əlilliyin təyinat tarixi ilə bağlı hissədə onu qeyd edir ki, indiki halda iddiaçı barəsində müvafiq tibbi göndəriş ##.##.2023-cü il tarixdə tərtib edilmiş, cavabdeh inzibati orqan iddiaçı barəsində məhz həmin tibbi göndəriş əsasında aparılmış yoxlamanın nəticəsinə dair ##.##.2023-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə qərar qəbul etmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən əlilliyin hansı tarixdən müəyyən edilməsi üçün məhz müvafiq tibbi göndəriş əsasında iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinin nəticəsini ehtiva edən əlilliyin təyin edilməsindən imtina barədə cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli qərarın tarixi əsas götürülməli olduğundan, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə də işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Həmçinin, kollegiya cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı onu qeyd edir ki, indiki halda iddiaçıya təkrar əlillik müəyyən edildiyindən, bu halda isə iddiaçı barəsində əlilliyin müəyyən edilməsinə əsas olan xəstəlik XBT kodu G54.0 olan xəstəliklə bağlı müvafiq Qaydaların * nömrəli Əlavəsində tibbi göndərişin tərtib edilməsi üçün zəruri olan müalicə müddəti kimi 10 gün stasionar müalicə müddəti, 3 dəfə ambulator müalicə müddətinin olması qeyd edilmişdir. Indiki halda isə iddiaçıya münasibətdə qanunla tələb olunan müalicə müddətinə aid şərtin ödənilməsi iş materiallarında olan ambulator kartadan çıxarış, müalicə sənədləri və digər tibbi sənədlər əsasında öz təsdiqini tapmışdır. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə istinad etdiyi arqumenti əsassız olmuşdur. Qeyd edilən hallara əsasən, kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş hallarına əsasən iddianın əsaslılığı müəyyən edildiyindən, şikayətin dəlilləri təkzib edildiyindən, cavabdehin şikayəti əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunan hallara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTICƏVI HISSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026- cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilsin. Iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 35-40 faiz dərəcəsi ilə pozulmasına görə 1 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar