Məhkəmə qərarları › İş №2-1(3-8)-494/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-494/2026

04.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-494/2026 04.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi nümayəndə2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “pensiya təyinatının əvvəlki qaydada yenidən hesablanıb kəsilmiş tarixlərin bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “ƏƏSMN-nin DSMF-nin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması” haqqında *-**-*/*-*****/**** nömrəli, ## #### 2024-cü il tarixli qərarının ləğv edilməsi, təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin yenidən hesablanaraq, mərhum atasının təminat xərcliyinin 80 faiz məbləğində müəyyən edilməsi və ödənilməmiş məbləğin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ona ## ###### 2022-ci il tarixində Mərkəzi Filial tərəfindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinin tələblərinə uyğun olaraq, mərhum X8 xidmət keçdiyi vəzifə üzrə müvafiq təminat xərcliyinin (1442,20 manat) 80 faizi-1153,76 manat məbləğində Əmək pensiyaları haqqında ailə başçısını itirməyə görə əmək pensiyası qanununa əsasən (14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilib. 2024-cü ilin may ayından etibarən İddiaçı ailə başçısını itirməyə görə pensiyası müvafiq təminat xərcliyinin (1442,20 manat) 40 faizi-576,88 manat, ümumi pensiya məbləğlərinin indeksləşdirilmələri nəzərə alınmaqla 735,79 manat məbləğinə endirilərək ödənilib. 2024-cü ilin ## ###### tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlər üzrə Mərkəzi Filialına, İddiaçı ailə başçısını itirməyə görə aldığı əmək pensiyasının kəsintisinin səbəbini öyrənmək üçün iddiaçı tərəfindən müraciət ünvanlanmışdır. 2024-cü ilin # ######## tarixində isə cavab verilərək bildirilib ki, Qanunun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği ailə üzvlərindən biri (Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısım itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. İddiaçının anası X15 ## ### 2024-ci il tarixindən etibarən Qanunun 14-cü maddəsinin tələblərinə uyğun olaraq, X5 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ var. Qeyd olunanlara əsasən, X9 14-cü maddəsinin və Qanunun # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinin tələblərinə uyğun qaydada, X5 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olduğunu nəzərə alaraq, İddiaçı ayrıca müvafiq təminat xərcliyinin 80 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. 2024-cü ilin # ######## tarixində iddiaçının anası X6 tərəfindən ##.##.2022-ci tarixli, ************* nömrəli etibarnamə ilə çıxış edib, sözügedən quruma iddiaçının mərhum atası X2 xidmət dövrünün Daxili İşlər Nazirliyi qurumunda keçdiyini, Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnaməyə rəhbər tutaraq Daxili İşlər Nazirliyi əməkdaşlarının “hərbi qulluqçu” deyil, “xüsusi rütbəli şəxs" olduğunu bildirmişdir. Bu səbəbdən də iddiaçı bu bəhsi keçən məsələ qurumun vermiş olduğu cavabın təsir dairəsinə düşmədiyi qənaətindədir. 2024cü ilin ## ######## tarixli cavab məktubunda qurum Qanunun 3.3-cü maddəsinə əsasən Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəaların həmin qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilməsini rəhbər tutaraq, həmçinin qanunun 14-cü maddəsinin və Qanunun # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinin tələblərinə uyğun qaydada, X5 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnun olduğunu nəzərə alaraq, İddiaçı ayrıca müvafiq təminat xərcliyinin 80 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmadığını bildirmişdilər. İddiaçının əsas iddiası isə bundan ibarətdir ki, iddiaçının mərhum atası X3 pensiya təyinatı, pensiyaya çıxarkən “Əmək pensiyaları haqqında” Qanunun 3.3-cü bəndi rəhbər tutularaq pensiya təyinatı aparılmışdır. Lakin bu məsələdə, “Əmək pensiyaları haqqında” Qanunun 28 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin ailə başçısını itirməyə görə əmək pensiyası təyinatı aparılmışdır. Yəni ki, qanuna əsasən şəxsin özünə deyil, ailə üzvlərinə digər növ pensiya təyinatı mövzusudur. Mərhumun əmək pensiyası da bir növ miras sayılır. X6 40 ildən çoxdur ki, həkim olaraq fəaliyyət göstərmişdir, özünün öz kapitalı yaranmışdır və öz əmək pensiyasını seçmişdir. Ona düşən payın isə 3-cü qrup əlilliyi olan İddiaçı ödənilməsinin tərəfdarıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı ## ###### 2022-ci il tarixində Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinin tələblərinə uyğun olaraq, mərhum X4 xidmət keçdiyi vəzifə üzrə müvafiq təminat xərcliyinin (1442,20 manat) 80 faizi-1153,76 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Qanunun 18.2-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği ailə üzvlərindən biri (Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti aiiə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. İddiaçı anası X6 ## ### 2024-cü il tarixindən etibarən Qanunun 14-cü maddəsinin tələblərinə uyğun olaraq X5 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ var. Qanunun # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinin tələblərinə əsasən, hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə-ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi (ailəyə düşər ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) miqdarında əmək pensiyası müəyyən edilir. Y.Məmmədovanın X5 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun olduğunu nəzərə alaraq İddiaçı əmək pensiyası müvafiq təminat xərcliyinin (1442,20 manat) 40 faizi-576,88 manat, ümumi pensiya məbləğlərinin indeksləşdirilmələri nəzərə alınmaqla 735,79 manat məbləğində müəyyən edilməklə ödənilir. Qeyd olunanlara əsasən, Y.Məmmədovanın Qanunun 14-cü maddəsinin və Qanunun # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinin tələblərinə uyğun qaydada, X5 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olduğunu nəzərə alaraq, İddiaçı ayrıca müvafiq təminat xərcliyinin 80 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçıya cari ilin may ayı üzrə ödənilməli olan pensiya məbləği, iyul və avqust ayları üzrə ödənilməli fərq məbləği ilə birlikdə ümumilikdə 1352,90 manat pul vəsaitinin cari ayda onun əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: ##.##.2022-ci il tarixli AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 ##.##.2022-ci il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının təyin edilməsi haqqında ##.##.2022-ci il tarixli, *********** saylı qərarına əsasən iddiaçıya ##.##.2022-ci il tarixdən 1153,76 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının təyin edilməsi haqqında ##.##.2023-cü il tarixli qərarına əsasən X6 yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2024-cü il tarixli, *- **-*/*-*-****/**** saylı qərarına əsasən pensiya məbləği yenidən hesablanaraq iddiaçıya ##.##.2024-cü il tarixdən 735,79 manat məbləğində müddətsiz pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən X6 ünvanlanmış ## ######## 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ## ### 2024-cü il tarixindən etibarən Qanunun 14-cü maddəsinin tələblərinə uyğun olaraq, X5 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ var. X5 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olduğunu nəzərə alaraq, İddiaçı əmək pensiyası müvafiq təminat xərcliyinin (1442,20 manat) 40 faizi- 576,88 manat, ümumi pensiya məbləğlərinin indeksləşdirilmələri nəzərə alınmaqla 735,79 manat məbləğində müəyyən edilməklə ödənilir. Qeyd olunanlara əsasən Qanunun 14-cü maddəsinin və Qanunun # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinin tələblərinə uyğun qaydada, X5 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olduğunu nəzərə alaraq, İddiaçı ayrıca müvafiq təminat xərcliyinin 80 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi qanunvericiiyin tələbləri baxımından mümkün deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** saylı qərarının ləğv edilməsi, iddiaçı İddiaçı təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyası məbləğinin yenidən hesablanaraq, mərhum atası X2 təminat xərcliyinin 80 faiz məbləğində müəyyən edilməsi və ödənilməmiş məbləğin iddiaçıya ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə Yeganə Məmmədovanın öz seçimi ilə yaşa görə əmək pensiyası aldığını, onun ailə başçısını itirməyə görə əmək pensiyasını almadığını və bu səbəbdən o ailə başçısının qulluq stajına görə əlavə təyin edilmiş üzvü olmaması səbəbi ilə qanunun 18.2-ci maddəsinin ona şamil edilmədiyini göstərmişdir. Əvvəla qeyd edilməlidir ki, qanunun sözügedən maddəsində birmənalı olaraq ailə başçısının qulluq stajına görə əlavələr təyin edilmiş əri(arvadı) və övladları istisna edilmişdir. Yəni əgər bu maddə hazırki işə tətbiq edilsə burada X6 ailə başçısının arvadı, İddiaçı isə övladıdır. Belə ki, ailə başçısının arvadı X6 öz seçimi ilə yaşa görə əmək pensiyası alaraq ailə başçısını itirməyə görə əmək pensiyasını almaq istəmədiyini dolayısı yolla bildirmiş sayılmışdır. Məhkəmə qərarından aydın olur ki, məhkəmə qanunun 18.2-ci maddəsinin X6 şamil edilməməsinin səbəbinin ona ümumən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmədiyi üçün onun qulluq stajına görə əlavə alan ailə üzvü olmaması görünür, lakin nəzərə alınmalıdır ki, qanunun sözügedən maddəsinin bu cür başa düşülməsi maddənin yanlış təfsirinə yol açır. Belə ki, mərhumun arvadı X6 ## ### 2024-cü il tarixdən ailə başçısını itirməyə əmək pensiyası almaq hüququ yaranmış, lakin Y.Məmmədova seçim edərək yaşa görə əmək pensiyası aldığı üçün ona təyin edilməmişdir. Qeyd olunanlardan göründüyü kimi qanunun 18.2-ci maddəsində qulluq stajına görə əlavə alan arvadı(əri) və övladları dedikdə həmin şəxslərin ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnun yaranması başa düşülməlidir, çünki şəxs əgər əmək pensiyasını alarsa, həmin məbləğin bölünməsi mümkün deyildir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi məhkəmə iddianı təmin edərkən qanunun sözügedən maddəsinin hərfi mənasına əsaslanaraq maddənin düzgün olmayan şərhinə səbəb olmuş və bununla da məhkəmə qanunun gözlənilən məqsədinə zidd olaraq iddianı təmin etmişdir. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.3. Hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4.Xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 18.2. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3- 1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.13. bu qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyaçısı olan şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla). “İnzibati icraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: (-) 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-) 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; (-) Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. (-) Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (-) Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. (-) Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması (-) 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdehin *-**-*/*-*****/**** nömrəli, ## #### 2024-cü il tarixli qərarının ləğv edilməsi, təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin yenidən hesablanaraq, mərhum atasının təminat xərcliyinin 80 faiz məbləğində müəyyən edilməsi və ödənilməmiş məbləğin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqan iddiaçının anasının da ailə başçısını itirməyə görə pensiya almaq hüququnun yaranmasına istinad etməklə onun əmək pensiyasını yenidən hesablamış, beləliklə də əmək pensiyasının məbləği azaldılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş ##.##.2022-ci il tarixli AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 ##.##.2022-ci il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının təyin edilməsi haqqında ##.##.2022-ci il tarixli, *********** saylı qərarına əsasən iddiaçıya ##.##.2022-ci il tarixdən 1153,76 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının təyin edilməsi haqqında ##.##.2023-cü il tarixli qərarına əsasən X6 yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2024-cü il tarixli, *- **-*/*-*-****/**** saylı qərarına əsasən pensiya məbləği yenidən hesablanaraq 1471,54 manatdan 735,79 manata endirilmişdir. Sözügedən qərarın “yenidən hesablamanın səbəbi” adlanan 9-cu bəndində isə “Digər ailə üzvünün hüququnun yaranması” qeyd edilmişdir. Göründüyü kimi iddiaçıya ## ###### 2022-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinin tələblərinə uyğun olaraq mərhum X2 xidmət keçdiyi vəzifə üzrə müvafiq təminat xərcliyinin (1442,20 manat) 80 faizi 1153,76 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 14-cü maddəsinin tələbinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə. İddiaçının anası Y.Məmmədova pensiya yaşına çatdığından ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranmış, bundan sonra iddiaçının əmək pensiyası yenidən hesablanmaqla müvafiq təminat xərcliyinin 40 faizi məbləğində müəyyən edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş mübahisələndirilən qərarda yenidən hesablamanın səbəbi kimi digər ailə üzvünün hüququnun yaranması qeyd olunsa da, iddiaçının anasının həmin hüquqdan imtina etməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi halı nəzərə alınmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 18.2-ci maddəsinin tələbinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Hazırki iş üzrə də yuxarıda istinad olunduğu kimi iddiaçının anasının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaransa da, o, ona yaşa görə əmək pensiyası təyin edilməsini seçmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 18.2-ci maddəsinin hazırkı iş üzrə tətbiq edilmədiyini onunla əsaslandırmışdır ki, həmin maddənin 3-cü cümləsində Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna edilmişdir. İddiaçı da ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş şəxs (mərhumun övladı) olduğundan iddiaçının anasına düşən düşən əmək pensiyasının məbləği onun pensiyasına əlavə edilə bilməz. Kollegiya cavabdeh inzibati orqanın dəlilini əsassız hesab etməklə qeyd edir ki, hazırki mübahisənin əsası hüququn tətbiq edilməsi ilə əlaqəli olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 18.2ci maddəsinin məzmunundan göründüyü kimi ailə üzvlərindən biri öz seçimi ilə digər növ əmək pensiyasını aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Həmin maddədə öz seçimi ilə digər növ əmək pensiyasını seçən ailə üzvlərindən Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna edilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, hazırkı iş üzrə digər növ əmək pensiyasını seçən ailə üzvü iddiaçı deyil, onun anası Y.Məmmədova olmuş və sonuncuya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmədiyindən o, ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş şəxs hesab edilməməlidir. Göründüyü kimi qeyd edilən normadakı istisnanın hazırkı iş üzrə tətbiq edilməsi iddiaçının başlıca hüquqlarından biri olan sosial təminat hüququnun əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar