Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-495/2026 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Atakişiyeva Şəfəq Arif qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “2011-2013-cü illər üzrə ona ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin - 36,450 (otuz altı min dörd yüz əlli) manat vəsaitin pul kompensasiyası olaraq cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 Maliyyə və Büdcə Idarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək 2008-2013-cü illər üzrə ona ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin - 64,415 (altmış dörd min dörd yüz on beş) manat vəsaitin pul kompensasiyası olaraq cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdeh cavabdeh1 Maliyyə və Büdcə Idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadına əsasən iddia tələbi prosessual müddətin ötürülməsi səbəbindən mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadına əsasən Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı qismən (İddiaçı cavabdeh cavabdeh1 Maliyyə və BüdcəIdarəsinə qarşı “2011-2013-cü illər üzrə iddiaçıya ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin (kompensasiyanın məbləği müəyyənləşdirilməklə) cavabdehdən tutularaq ona ödənilməsi”nə dair hissəsində) ləğv edilmiş, ləğv edilən hissədə iddiaya yenidən baxılması üçün inzibati iş həmin məhkəməyə göndərilməsi və qərardad qalan hissədə (İddiaçı cavabdeh cavabdeh1 Maliyyə və Büdcə Idarəsinə qarşı “2008-2010-cu illər üzrə iddiaçıya ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin kompensasiyası olaraq cavabdehdən tutularaq ona ödənilməsi”nə dair tələb hissəsində) dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı mübahisələndirilən, yəni ““2008-2010-cu illər üzrə ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin kompensasiyası olaraq tutulub ödənilməsi”nə dair tələbin mümkün sayılmaması” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “2011-2013-cü illər üzrə ona ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin - 36,450 (otuz altı min dörd yüz əlli) manat vəsaitin pul kompensasiyası olaraq cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdeh cavabdeh1 üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılır ki, o, 2001-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyi, 2005-ci ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirməklə zabit olaraq uzun illər Azərbaycan Orusunda xidmət etmişdir. Vətən Müharibəsinin iştirakçısıdır, bir sıra medallarla təltif edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2022-ci il tarixli **** nömrəli əmri ilə Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən R rütbəsində hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxılmışdır. Iddiaçı 2008-2013-cü illər ərzində xidmətdə olduğu Salyan rayonu ərazisində yerləşən N saylı hərbi hissədən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən N saylı hərbi hissəyə hər ayı ayrı-ayrılıqda əhatə edən əmrlərlə ezamiyyətə göndərilmiş və həmin müddəti tam olaraq ezamiyyətdə keçirmişdir. Ezamiyyətdə olduğu dövrdə iddiaçıya gündəlik 5 (beş) manat olmaqla “səhra pulu” deyilən ödəniş edilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” ## ###### 2008-ci il tarixli, ** nömrəli qərarı ilə nəzərdə tutulmuş (müvafiq illərə uyğun əlavələr də nəzərə alınmaqla) gündəlik ezamiyyə xərci normasını təşkil edən vəsaitlər ödənilməmişdir. Iddiaçının şifahi tələblərinə baxmayaraq bu ödənişlər edilməmiş, nəticədə iddiaçı ezamiyyətdə olduğu dövrdə qanunvericiliklə nəzərdə tutulmuş ödənişi tam həcmdə almamaqla maddi ziyan çəkmişdir. Iddiaçı ##.##.2024-cü il tarixdə cavabdeh1 ərizə ilə müraciət edərək N saylı hərbi hissədə ezamiyyətdə olduğu 2008-2013-cü illər ərzində ödənilməli olan ezamiyyə xərcləri üçün gündəlik normanı təşkil edən vəsaitlərin qeyd edilən tarixlərə uyğun olaraq hesablanmaqla maddi ziyanın əvəzi kimi pul kompensasiyası formasında ona ödənilməsini xahiş etmişdir. cavabdeh1 Maliyyə və Büdcə Idarəsindən daxil olmuş ##.##.2024-cü il tarixli, *-**-**/*-Ə-****- **/**** saylı məktubla iddiaçının ərizəsinin təmin olunmasından imtina edilmişdir. Aşağıdakılara əsasən ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin pul kompensasiya formasında iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır: Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” ## ###### 2008-ci il tarixli, ** nömrəli Qərarının mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 2008-2011 və 2011-2013cü illərdə qüvvədə olan 1-ci bəndinə əsasən ezamiyyə xərclərinin 1 günlük norması 2008-2011-ci illər üzrə Sumqayıt şəhərində 25,0 (iyirmi beş) manat, 2011-2013-cü illər üzrə isə Sumqayıt şəhərində 50,0 (əlli) manat təşkil etmişdir. Qeyd edilən müddət üzrə iddiaçıya gündəlik 5 (beş) manat vəsaitin ödənildiyini nəzərə aldıqda iddiaçıya 2008-2011- ci illər üzrə ödənilməmiş ezamiyyə xərcinin gündəlik norması faktiki 20,0 (iyirmi), 2011- 2013-cü illər üzrə isə faktiki 45,0 (qırx beş) manat təşkil edir. Illər üzrə hesabladıqda ümümilikdə ona 64,415 (altmış dörd min dörd yüz on beş) manat kompensasiya ödənilməlidir. Cavabdeh inzibati orqan “Inzibati icraat haqqında” Qanunla onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciətindən sonra həmin Qanunun tələblərinə uyğun olaraq inzibati icraat aparsa da, bunu qanunvericiliyin tələb etdiyi qaydada həyata keçirməmiş, iddiaçının qaldırdığı tələbin təmin edilməsindən əsassız və qanunsuz şəkildə imtina etmişdir. Imtina üçün cavabdeh tərəfindən göstərilmiş ##.##.2017-ci il tarixədək qüvvədə olmuş müdafiə nazirinin ##.##.2002-ci il tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”nin 10-cu maddəsinin tələbləri hazırkı inzibati icraata şamil edilə bilməz. Belə ki, iddiaçı hazırda xidmətdə olan hərbi qulluqçu deyil və qeyd edilən Əsasnamə adından da göründüyü kimi Silahlı Qüvvələrin xidmətdə olan hərbi qulluqçularının pul təminatı məsələlərini əhatə edir. Digər tərəfdən aşağıda istinad ediləcək maddi hüquq normaları iddiaçıya xidmət dövründə ona vurulmuş ziyanın kompensasiya edilməsi və bununla da qanuni mənafeyini müdafiə etmək hüququnu təsbit edir. Cavabdehin imtina məktubunda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3- cü maddəsinə istinad etməklə iddia müddətinin 3 il olması ilə bağlı mövqeyi də əsassızdır. Belə ki, iddiaçının cavabdeh qarşısında tələbi qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməli olan pul vəsaitinin sahibi kimi hüquqlarının pozulmasının aradan qaldırılmasına yönəldildiyindən Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələbləri baxımından bu tələbə iddia müddəti tətbiq oluna bilməz. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı 2008-2013-cü illərdə müxtəlif yerlərdə ezamiyyətlərdə olduğunu və ona ezamiyyə xərclərinin ödənilmədiyini bildirir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** №-li Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların pul təminatı həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Müdafiə Nazirliyinin hərbi qulluqçularına verilən pul təminatı, Müdafiə Nazirinin ##.##.2002-ci il tarixli *** nömrəli əmri "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında" Əsasnamə və Müdafiə Nazirinin ##.##.2017-ci il tarixli ** nömrəli Qərar ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə" ilə tənzimlənir. Qeyd olunmuş Əsasnamələrin tələblərinə uyğun olaraq, hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Birdəfəlik pul təminatı, əgər almaq üçün edilən müraciət ona olan hüququn yarandığı gündən üç il keçməmiş müddət başa çatmayanda verilmişsə, ödənilir. Iddiaçı hərbi xidmətdə olduğu vaxt, eləcə də 2022-ci ildə hərbi xidmətdən ehtiyata tərxis olunana qədər müddət ərzində hüquqlarının pozulduğu barədə iddia qaldırmamışdır. Iddiaçının mübahisələndirdiyi məsələ 2008-2013-cü illərə aid olsa da o, 11 il keçdikdən sonra, iddia qaldıraraq 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilən Əsasnamənin tələblərinə uyğun olaraq və müddətdən 11 ildən 16 ilə qədər vaxt keçdiyini, həmçinin təsdiqedici sənədlərin (cədvəllərin) saxlama müddətinin bitdiyini nəzərə alaraq, tələbdə qeyd etdilən ezamiyyə xərclərinin ödənilib və ya ödənilməməsinin araşdırılması və baxılması mümkün deyildir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. ”Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2001-ci il tarixli Qərarında göstərilmişdir: “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir”. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377-ci maddəsinə görə iddia müddətinin başlanması, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının iddiası öhdəliyin icrası haqqında iddiadır. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, öhdəliyin icrası haqqında iddialarda iddianın verilməsi üçün müddət müəyyən edilməmişdir. Sumqayıt Inzibati Məhkəməsi qərarında bunu təsbit edərək iddianı mümkün hesab etsə də, sonradan eyni qərarda iddia müddətinin ötürüldüyünü hesab etmiş və bu əsasla iddianı rədd etmişdir. Göründüyü kimi, məhkəmə eyni qərarda iddia öhdəliyin icrası haqqında iddialarla bağlı qanunvericilikdə iddia müddəti nəzərdə tutulmadığını qeyd edərək iddianı mümkün hesab etsə də, sonradan bunun əksini - iddia müddətinin ötürüldüyünü əsas gətirərək iddianı rədd etmiş və ziddiyyətli əsaslandırma etmişdir. Halbuki, qanunvericilikdə öhdəliyin icrası ilə bağlı iddialara dair iddia müddəti ümumiyyətlə nəzərdə tutulmamışdır ki, məhkəmə iddia müddətini tətbiq etsin. Bu isə, Sumqayıt Inzibati Məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu göstərir. Həmçinin mübahisə inzibati mübahisədir və bu mübahisəyə inzibati hüququn normaları tətbiq edilməlidir. Lakin, məhkəmə mübahisəyə Mülki Məcəllənin iddia müddəti ilə bağlı normalarını tətbiq etməyə çalışır ki, bu ümumiyyətlə qanunsuzdur. Belə ki, məhkəmə qərarında qeyd edir ki, Mülki Məcəllənin “Öhdəliklərin xitamı üçün müddətlər” adlanan 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 373 .1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Məhkəmə sözügedən maddələri tətbiq edərək iddianı rədd etmişdir. Lakin, məhkəmənin iddia müddəti ilə bağlı yuxarıda qeyd olunan müddətləri tətbiq etməsi o zaman düzgün olardı ki, mübahisə mülki xarakter daşısaydı və mülki mübahisə olsaydı. Lakin, hazırkı mübahisə inzibati mübahisə olduğu halda, inzibati hüququn normaları ilə mübahisəyə iddia müddətinin tətbiq olunması nəzərdə tutulmadığı halda, məhkəmə mübahisənin xarakterinə tamamilə zidd olaraq Mülki Məcəllənin iddia müddəti ilə bağlı normalarını tətbiq edərək iddianı rədd etmişdir. Halbuki, Mülki Məcəllənin sözügedən normalarının tətbiq edilməsi hazırkı inzibati mübahisənin xarakterinə və mahiyyətinə ziddir və iddiaçının hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu səbəbdən, Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv olunmalı, iddianın təmin olunması ilə bağlı yeni qərar qəbul olunmalıdır. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBIQ OLUNAN HÜQUQ: Azərbaycan Respublikasının 1997-ci il # ####### tarixli, ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə:
137. Hərbi qulluqçulara aşağıdakı hallarda ezamiyyətlərə icazə verilir: a) toplanışlar keçmək və kurslarda oxumaq üçün; b) döyüş hazırlığı ilə bağlı toplanış və digər tədbirləri təşkil etmək üçün; v) hərbi yüklərin, qoşunların, döyüş texnikasının əmlakının mühafizəsi və müşayiət edilməsi üçün; q) kuryerlik üçün, yaxud məxfi sənədlər aparan kuryeri müşayiət etmək üçün; d) xəstələrin və ya komandaların, məhbus və məhkumların müşayiət edilməsi üçün; e) konfranslarda, iclaslarda və s. iştirak etmək üçün; ə) ordenlər və medal almaq üçün; z) məhkəmə və istintaq orqanlarında ittiham olunan zərərçəkən, şahid, ekspert, tərcüməçi kimi iştirak etmək üçün; idman və mədəni-kütləvi tədbirlərdə, habelə hərbi qulluqçuların xidməti fəaliyyəti ilə bağlı digər işlərdə iştirak etmək üçün.
138. ezamiyyətlər hərbi hissə komandirinin əmri ilə hərbi hissə üzrə əmrlə elan edilməklə yerinə yetirilir. Ezamiyyətlərin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təyin edilir.
Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı 2011-2013-cü illər üzrə ona ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin - 36,450 (otuz altı min dörd yüz əlli) manat vəsaitin pul kompensasiyası olaraq cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının 1997-ci il # ####### tarixli, ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 137-ci maddəsinə əsasən hərbi qulluqçulara aşağıdakı hallarda ezamiyyətlərə icazə verilir: a) toplanışlar keçmək və kurslarda oxumaq üçün; b) döyüş hazırlığı ilə bağlı toplanış və digər tədbirləri təşkil etmək üçün; v) hərbi yüklərin, qoşunların, döyüş texnikasının əmlakının mühafizəsi və müşayiət edilməsi üçün; c) kuryerlik üçün, yaxud məxfi sənədlər aparan kuryeri müşayiət etmək üçün; d) xəstələrin və ya komandaların, məhbus və məhkumların müşayiət edilməsi üçün; e) konfranslarda, iclaslarda və s. iştirak etmək üçün; f) ordenlər və medal almaq üçün; z) məhkəmə və istintaq orqanlarında ittiham olunan zərərçəkən, şahid, ekspert, tərcüməçi kimi iştirak etmək üçün; idman və mədənikütləvi tədbirlərdə, habelə hərbi qulluqçuların xidməti fəaliyyəti ilə bağlı digər işlərdə iştirak etmək üçün. Həmin Əsasnamənin 138-ci bəndinə əsasən ezamiyyətlər hərbi hissə komandirinin əmri ilə hərbi hissə üzrə əmrlə elan edilməklə yerinə yetirilir. Ezamiyyətlərin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təyin edilir. Cavabdeh inzibati orqan qeyd edir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** №-li Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların pul təminatı həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Müdafiə Nazirliyinin hərbi qulluqçularına verilən pul təminatı, Müdafiə Nazirinin ##.##.2002-ci il tarixli *** nömrəli əmri "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında" Əsasnamə və Müdafiə Nazirinin ##.##.2017-ci il tarixli ** nömrəli Qərar ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə" ilə tənzimlənir. Qeyd olunmuş Əsasnamələrin tələblərinə uyğun olaraq, hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Birdəfəlik pul təminatı, əgər almaq üçün edilən müraciət ona olan hüququn yarandığı gündən üç il keçməmiş müddət başa çatmayanda verilmişsə, ödənilir. Iddiaçı hərbi xidmətdə olduğu vaxt, eləcə də 2022-ci ildə hərbi xidmətdən ehtiyata tərxis olunana qədər müddət ərzində hüquqlarının pozulduğu barədə iddia qaldırmamışdır. Iddiaçının mübahisələndirdiyi məsələ 2008- 2013-cü illərə aid olsa da o, 11 il keçdikdən sonra, iddia qaldıraraq 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilən Əsasnamənin tələblərinə uyğun olaraq və müddətdən 11 ildən 16 ilə qədər vaxt keçdiyini, həmçinin təsdiqedici sənədlərin (cədvəllərin) saxlama müddətinin bitdiyini nəzərə alaraq, tələbdə qeyd etdilən ezamiyyə xərclərinin ödənilib və ya ödənilməməsinin araşdırılması və baxılması mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ezamiyyətdə olduğu dövrlər üzrə ona ezamiyyə xərclərinin ödənilməməsi ilə bağlı iş materiallarında sübut yoxdur.
Yuxarıda istinad olunan halları ümumiləşdirən kollegiya hesab edir ki, iddiaçı 2011- 2013-cü illər üzrə ona ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin - 36,450 (otuz altı min dörd yüz əlli) manat vəsaitin pul kompensasiyası olaraq cavabdehdən tutularaq ona ödənilməsini tələb etsə də, tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Iş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.