Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-496/2026 20.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı (Açar sözlər: daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasının yolverilməzliyi) Sədrlik edən və məruzəçi hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla, onun adına çıxarış və plan ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin *- *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt Şəhər Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarı ilə İddiaçı “Ceyranbatan” massivində fərdi ev tikintisi üçün 600 (altı yüz) kv.metr olan *** saylı həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. Cavabdehin imtina bildirişindən görünür ki, ## #### 2006-ci il tarixli * nömrəli Sumqayıt Bələdiyyəsinin müvafiq torpaq sahəsinin ayrılması barədə qərar qəbul etdiyi, lakin sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun olaraq yekunlaşmadığı, sözügedən torpaq sahəsinə dair alqı-satqı aktının tərtib olunmadığı, icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi alınmamış, eləcə də müraciətinizə torpaq sahəsinin sərhədlərini müəyyən edən sənəd əlavə olunmadığından faktiki göstərilən torpaq sahəsinin sənəd üzrə ayrılan torpaq sahəsi olduğunu müəyyən etmək mümkün olmamışdır. Həmçinin torpağın dəyəri bank vasitəsi ilə deyil, bilavasitə ödənilmiş, mədaxil qəbzi Sumqayıt bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur. cavabdeh1 * saylı Sumqayıt Ərazi İdarəsinin *-**-*-**/*-****/**** nömrəli, # ###### 2024-cü il tarixli məktubundan görünür ki, DWJ və DBF baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsinə dair məlumat aşkar edilməmişdir. Həmçinin sözügedən daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlər təqdim olunmadığından faktiki koordinatlar ilə sənəd üzrə koordinatların üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, hazırda Meşələrin İnkişafı Xidməti ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında imzalanmış müqavilə əsasında həyata keçirilən meşə fondu ərazilərinin sərhədlərinin dürüstləşdirilməsi və buna uyğun xəritə materiallarının hazırlanması prosesi davam etdirilməkdədir. Bu işlər başa çatdırıldıqdan sonra müraciətinizdə qaldırılmış məsələyə baxılması mümkün olacaqdır. cavabdeh1 * saylı Sumqayıt Ərazi İdarəsinin *-**-*-**/*-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli məktubundan görünür ki, elektron kadastr məlumat bazasına əsasən sözügedən torpaq sahəsi meşə fondu torpaqlarına aiddir. Qeyd edilən məsələ ilə bağlı zərurət yarandığından ## ###### 2026cı il tarixində 3-21- *-**/*-***/**** saylı məktubla tərəfimizdən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə sorğu göndərilmişdir. ##.##.2026-cı il tarixində *-**-**/*-***/**** saylı məktubla sorğumuza cavab olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsi meşə fondu torpaqlarının ərazisində yerləşir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sumqayıt Şəhər Bələdiyyəsinin ##.##.2006-cı il tarixli Qərarına uyğun olaraq ona “Ceyranbatan” massivində fərdi ev tikintisi üçün alqı-satqı yolu ilə satılmış sahəsi 600 kv.metr olan *** saylı torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatının rəsmiləşdirilərək çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonda iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Sumqayıt Şəhər Bələdiyyəsinin ##.##.2006-cı il tarixli Qərarına uyğun olaraq vətəndaş İddiaçı “Ceyranbatan” massivində fərdi ev tikintisi üçün alqı-satqı yolu ilə satılmış sahəsi 600 kv.metr olan *** saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatının rəsmiləşdirilərək çıxarış və plan ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Bələdiyyəsinin ##.##.2006-cı il tarixli qərarına əsasən ona “Ceyranbatan” massivində fərdi ev tikintisi üçün sahəsi 600 kv.metr olan *** saylı torpaq sahəsinin ayrılması və “Torpaq islahatı haqqmda” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən torpağın alqı-satqısına dair aktın tərtib edilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Bələdiyyəsinin ##.##.2006-cı il tarixli həmin qərarı torpaq sahəsi ayrılmış ona təqdim edilsə də, Qərarın * nömrəli protokolu və alqı-satqıya dair akt İddiaçı təqdim edilməmişdir. Sumqayıt Bələdiyyəsinə ünvanlanmış müraciətə cavab olaraq Bələdiyyədən göndərilmiş məktubda sənədlərin Sumqayıt Arxiv İdarəsinə təhvil verildiyi bildirilmişdir. Daha sonra onun tərəfindən Sumqayıt Arxiv İdarəsinə ünvanlanmış, müraciətə cavab olaraq İdarədən göndərilmiş sənədlər toplusuna da Sumqayıt Şəhər Bələdiyyəsinin ##.##.2006-cı il tarixli * nömrəli protokolu və alqı-satqıya dair aktı əlavə edilməmişdir. Torpaq sahəsinin alqı-satqısına dair onun tərəfindən müəyyən edilmiş məbləğdə vəsait bələdiyyənin hesabına ödənilmişdir və bununla bağlı mədaxil qəbzi mövcuddur. Qeyd olunanlara əsasən çıxaırışın verilməsi ilə bağlı onun tərəfindən edilmiş müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ##.##.2023-cü İl tarixli məktubla imtina edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, “Ceyranbatan” massivi ərazisində yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ##.##.2023-cü il tarixli ərizə ilə cavabdeh1 publik hüquqi şəxsin * saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti 3-21-3-31/1-A-0012-8/2023 nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkiln Vasif oğluna bildirilmişdir ki, ## #### 2006-ci il tarixli * nömrəli Sumqayıt Bələdiyyəsinin müvafiq torpaq sahəsinin ayrılması barədə qərar qəbul etdiyi, lakin sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun olaraq yekunlaşmadığı, sözügedən torpaq sahəsinə dair alqı-satqı aktının tərtib olunmadığı, icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi alınmamış, eləcə də müraciətinizə torpaq sahəsinin sərhədlərini müəyyən edən sənəd əlavə olunmadığından faktiki göstərilən torpaq sahəsinin sənəd üzrə ayrılan torpaq sahəsi olduğunu müəyyən etmək mümkün olmamışdır. Həmçinin, torpağın dəyəri bank vasitəsi ilə deyil, bilavasitə ödənilmiş, mədaxil qəbzi Sumqayıt Bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt Şəhər Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı Qərarına əsasən İddiaçı “Ceyranbatan” massivində fərdi ev tikintisi üçün satılmış sahəsi 600 (altı yüz) kv.metr olan *** saylı həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla, adına çıxarış və plan ölçü sənədlərinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi Sumqayıt Şəhər Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarına əsasən iddiaçıya satılmış və həmin vaxtdan torpaq sahəsi onun istifadəsində və sahibliyində olmuşdur. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir.İddiaçıya torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlərin arxiv nüsxəsinin mövcud olub-olmadığını araşdırmaq məqsədilə müvafiq sorğular ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq yuxarıda qeyd edilən sənədlərin arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir. Məhkəmə işin araşdırılması zamanı cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş müayinə aktında, torpaq sahəsinin faktiki ölçüsünün isə 0.06 ha ölçüdə olduğu; torpaq sahəsinin yaşayış məntəqələrinin torpaq sahələrinə aid olduğu; mübahisə halının baş vermediyi; iddiaçı tərəfindən göstərilən və faktiki istifadədə olan daşınmaz əmlak üzərində digər şəxslərə aid mülkiyyət, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı, texniki baxış zamanı göstərilən torpaq sahəsi elektron bazada qeydiyyata alınmış hər hansı torpaq sahəsi ilə üst-üstə düşmədiyi qeyd edilmişdir. Beləliklə göründüyü kimi, iddiaçının naturada müəyyən edilmiş torpaq sahəsinə dair mübahisə aşkar edilmədiyindən, iddia etdiyi torpaq sahəsi üzərində mülkiyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması barədə tələbində haqlıdır. Cavabdehin iddiaçının hüquqlarının qeydiyyatından imtinasının əsası kimi göstərdiyi əsas tamamilə əsassızdır və formal xarakter daşıyır. Cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, işin təkrar araşdırılması ilə əlaqədar müəyyən olunmuşdur ki, faktiki torpaq sahəsi İdarənin elketron kadastr baza məlumatlarına (NECAS) əsasən meşə fondu torpaqlarında yerləşir. Bununla bağlı qeyd olunanların dəqiqləşdirilməsi ilə əlaqdədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ##.##.2026-cı il tarixli 3-21-3-31/2- ***/**** nömrəli məktub ilə sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin ##.##.2026-cı il tarixli 3-14- **/*-***/**** nömrəli cavab məktubunda, təqdim edilmiş koordinatların Giləzi meşəbəyliyinə aid meşə quruluşu xəritə-materialları ilə müqayisəli şəkildə təhlil edilərək, ərazinin meşə fondu olduğunun müəyyən edilməsi bildirilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin və Sumqayıt şəhər Bələdiyyəsi məhkəmə tərəfindən iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq İddiaçı iddia tələbini təmin etmişdir. Bu səbəbdən də, həmin Məhkəmə tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv olunmalı, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır. İddia ərizəsinin məzmunundan belə aydın olur ki, hüquqların dövlət qeydiyyatı ilə əlaqədar fiziki və hüquqi şəxslərin yalnız müraciəti artıq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün məcburidir və müraciət edən şəxslərdən qanunla müəyyən edilmiş sənədlər tələb edilə bilməz. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq * saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün * saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, müvafiq sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfimizdən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzrə müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmiş, gəldiyi nəticələrin təsdiq edilməsi üçün isə məhkəmə qeyrimötəbər, ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 4. Torpaq sahəsi
1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.
2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. ....
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə 31.1. Meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. ...... Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi . ...
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının Meşə Məcəlləsi: Maddə 8. Meşə fondunun dövriyyəsinə, həmçinin meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqıya, ipoteka qoymaya və digər əqdlərə yol verilmir. Maddə 14....“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar (## ####### 2008-ci il tarixli ***-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti ## ###### 2008-ci il, № ***, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № **, maddə 1048) ilə...7.1.3-cü, 7.1.4cü,...maddələr... çıxarılmışdır). 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib olunur (##.##.2007-ci il tarixə qədər olan redaksiya). Maddə 9.7. Bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Əsas anlayışlar. Dövlət torpaq kadastrı-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu; torpaqların monitorinqi-torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə müntəzəm müşahidə sistemi mənasını ifadə edir. ..... Yerquruluşu- torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemidir. Maddə 3. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının vahid torpaq fondunda kadastr, monitorinq və yerquruluşu işlərinin aparılmasını, təşkilini və idarə edilməsini tənzimləməkdir. Maddə 10. Torpaq-kadastr işlərinin yerdə (naturada) aparılması müddətləri Torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Maddə 12. Dövlət torpaq kadastrı fondu Dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. Maddə 17.Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: ..... Torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması yerqurluşu işləri nəzərdə tutur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan torpaq sahəsinin ayrılması barədə qərar qəbul etdiyi, lakin sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun olaraq yekunlaşmadığı, sözügedən torpaq sahəsinə dair alqı-satqı aktının tərtib olunmadığı, icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi, eləcə də torpaq sahəsinin sərhədlərini müəyyən edən sənəd əlavə olunmadığından faktiki göstərilən torpaq sahəsinin sənəd üzrə ayrılan torpaq sahəsi olduğunu müəyyən etmək mümkün olmaması, həmçinin torpağın dəyəri bank vasitəsi ilə deyil, bilavasitə ödənilməsi mədaxil qəbzinin Sumqayıt bələdiyyəsi tərəfindən təsdiq olunması halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, müvafiq bələdiyyənin ## #### 2006-cı il tarixli * nömrəli protokolu ilə iddiaçının adına Ceyranbatan ərazisində yerləşən 600 kv.m. olan *** saylı torpaq sahəsinin ayrılması, alqı-satqı aktının tərtib edilməsi, DT və XK-nın Sumqayıt şöbəsi tərəfindən qeydiyyata alınması və digər müvafiq sənədləşmə işlərinin aparılması, hazırlanması qərara alınmışdır. Həmin bələdiyyə qərarının və torpaq sahəsinin dəyərinin ödənilməsinə dair arxiv məlumatları aşkar edilsə də, ona dair yerini, koordinatlarını, döngə nöqtələrini müəyyən edən sənəd (yeruquruluşu plnanından çıxarış və ya digər texniki sənəd) mövcud olmamışdır. Həmçinin, arxiv məlumatlarından görünür ki, iddiaçı torpaq sahəsinin onun adına sənədləşdirilməsi ilə bağlı yazılı ərizə ilə müvafiq bələdiyyə qurumuna müraciət etmiş, həmin ərizənin məzmununda Ceyranbatan ərazisində yerləşən meşə ərazisindən 0,06 ha torpaq sahəsinin rüsumu ödənilməklə sənədləşməsinə icazə verilməsi xahiş olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş müayinə aktı, mütəxəssis rəyi və ortofoto görüntüsünün məzmunundan görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi 0,06 ha olmaqla, naturada mövcuddur, boş torpaq sahəsidir, hasara alınmamışdır, sərhədləri şərti olmaqla, 3 tərəf qonşu, bir tərəf yol ilə sərhəd olmuşdur, başqa şəxslərə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmür, yerüstü kommunikasiya xəttləri keçmir, faktiki istifadə edilmir, üzərində yol xətti trayektoriyası yaranmışdır. Kollegiya hesab edir ki, indiki halda aydınlaşıdırılmalı olan hal iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranıb-yaranmaması ilə bağlı olan haldır. Kollegiya hesab edir ki, indiki halda torpaqayırma sənədi qismində çıxış edən müvafiq bələdiyyə qərarı və torpaq sahəsinin satın alınmasına dair ödəniş qəbzi mövcud olsa da, torpaq sahəsinin satılmasına dair sənədləşmə işləri tamamlanmamış, torpaq sahəsinin naturada yerini, koordinatlarını, döngə nöqtələrini müəyyən edən sənəd (yeruquruluşu planından çıxarış və s. texniki sənəd) tərtib edilməmiş, torpaq sahəsinin naturada yeri qeyd edilməklə (nişangahlarla işarələnməklə) iddiaçıya təhvil verilməsi, naturada torpaq sahəsinin yerinin tanıdılmasına dair hər hansı başqa digər sənəd (təhvil-təslim aktı, plan-sxem, qonşu torpaq sahələrinə dair məlumat və s.) tərtib edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müvafiq bələdiyyə qurumunda torpaq sahəsinin koodinatlarını müəyyən edən sənədlər və hər hansı məlumat mövcud olmadığından, xəritə məlumatları əsasında hansı torpaq sahəsinin iddiaçıya ayrılması məsələsinə aydınlıq gətirilməsi mümkün olmamışdır. Nəticə etibarilə iddiaçıya naturada harada yerləşən torpaq sahəsinin satılması, sözügedən hüquqmüəyyənedici sənədin məhz iddiaçının iddia etdiyi torpaq sahəsinə aid olması halının müəyyən edilməsi mümkün olmamışdır. Başqa sözlə desək, həmin hüquqmüəyyənedici sənəd əsasında məhz iddiaçının iddia etdiyi torpaq sahəsinin ona satılması halının müəyyən edilməsi, onlar arasında hüquqi bağlılığın mövcudluğu müəyyən edilməmişdir. Bu hal isə özlüyündə iddianın əsaslılığını müəyyən etməyə imkan verməmişdir. Bundan əlavə, kollegiya hesab edir ki, torpaq sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı iddanın əsaslılığı üzrə iş materiallarında olan dolayı sübutlar əsasında da qiymətləndirilmə aparılması zəruridir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi ilə bağlı torpaqayırma sənədi qismində çıxış edən müvafiq bələdiyyə qərarında ayrılan torpaq sahəsinin nömrəsinin *** saylı olması qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı iddaçının iddia etdiyi torpaq sahəsinin sağ, sol və yaxın ətrafında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olmuş sənədlər tələb edilərək, tədqiq edilmişdir. Tədqiq edilmiş həmin sənədlərin və onların yerləşmə vəziyyətinə dair ortofoto görüntüsünün məzmunundan görünür ki, sözügedən qonşu torpaq sahələrinin 305/9 və ***/* saylı torpaq sahələri olmaqla, həmin qeydiyyata əsas olmuş sənədlərin məzmununda onların yeləşmə yerinə aid tərtib edilmiş torpaq sahələrinin nömrələrlə işarələnmiş sxemi mövcud olmuş, həmin sənəd Sumqayıt Bələdiyyəsi və müvafiq memarlıq və şəhərsalma idarəsi tərəfindən təsdiq edilmişdir. Kollegiya iddiaçının iddia etdiyi torpaq sahəsinin yerləşmə yerini və ***/* saylı, ***/* saylı torpaq sahələrinin yerləşmə yerini əks etdirən rəngli ortofoto görüntüsünü, qonşu torpaq sahələrinə dair sənədlər toplusunun daxilində mövcud olan nömrələrlə şərti işarələnmiş sxemdə əks olunmuş məlumatları müqayisəli təhlil edərək, qeyd edir ki, həmin sxemdə torpaq sahələrinin hər biri ardıcıl sıra nömrəsi ilə qeyd edilmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsi *** saylı olduğu halda, onun sağ, sol, yaxın ətrafında olan torpaq sahərinin yerləşmə yerinə aid nömrələr 305/9,305/8, 349/2,349/3 və s. nömrələrlə qeyd edilmiş, həmin ərazidə 773 və ya ona yaxın rəqəmlə işarələnmiş torpaq sahələri mövcud olmamışdır. Bu halda kollegiya hesab edir ki, tədqiq edilmiş sənədlər əsasında işin müəyyən edilmiş həmin halları da özlüyündə sözügedən bələdiyyə qərarının məhz iddiaçının iddia etdiyi torpaq sahəsinə aid olması halını müəyyən etməyə imkan verməmişdir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, iddiaçının həmin torpaq sahəsindən faktiki olaraq istifadə etməsi (orada hər hansı tikili inşa etməsi, bağ sahəsi kimi və ya digər hər hansı formada faktiki olaraq istifadə etməsi) halının müəyyən edilməməsi, həmin torpaq sahəsinin boş torpaq sahəsi olması, hasarlanmaması, hətta ortofoto görünütsünün məzmununda oradan hərəkət yolu kimi istifadə edildiyindən, yol trayektoriyasının yaranmasının aşkar görünməsi kimi halların müəyyən edilməsi də özlüyündə iddiaçıya həmin torpaq sahəsinin ayrılması halının dolayı sübutlar əsasında da müəyyən edilməsinə imkan verməmişdir. Başqa sözlə desək, 20 ilə yaxın müddət ərzində iddiaçının torpaq sahəsi ilə bağlı heç bir aktiv istifadə hərəkətləri etməməsi və ya sahiblənməməsi (ən azından hasar çəkə bilər və ya digər formada torpaq sahəsinin sahibi kimi davrana bilərdi) və ya digər formada torpaq sahəsinin sahibi kimi davranış nümayiş etdirməməsi halı da iddiaçının iddia etdiyi sahənin onun adına ayrılmış torpaq sahəsi olduğunu dolayı sübutlar əsasında müəyyən etməyə imkan verməmişdir. Nəticə etibarilə iddiaçının iddia etdiyi torpaq sahəsinin məhz həmin bələdiyyə qərarı əsasında iddiaçıya satılması halının müəyyən edilməsi mümkün olmamışdır. Hansı ki torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün qanunla müəyyən edilmiş hüquqi əsas qismində çıxış edən mötəbər hüquqmüəyyənedici sənədlərin mövcud olması zəruridir. İndiki halda isə iddiaçının iddia etdiyi torpaq sahəsi ilə müvafiq bələdiyyə qərarının hüquqi bağlılığı müəyyən edilmədiyindən, sözügedən torpaq sahəsi üzərində məhz iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənəd əsasında onun mülkiyyət hüququ yaranmamışdır. Başqa sözlə desək, həmin sənəd iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməmişdir. Bu baxımından kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları (torpaq sahəsinin yerini müəyyən edən sənədin olmaması, torpaqayıran qurum tərəfindən də hazırki mərhələdə hansı yerin ayrılması halına aydınlıq gətirməməsi, hüquqmüəyyənedici sənəddə əks olunmuş məlumatla faktiki vəziyyət arasında uyğunsuzluğun aşkar edilməsi, ətrafında yerləşən qonşu torpaq sahələrinə əsasən sənəd əsasında ayrılan torpaq sahəsinin yerinin müəyyən edilməsinin mümkün olmaması, faktiki sahiblik etməməsi və s.) əsasında iddiaçının iddia etdiyi torpaq sahəsinin məhz müvafiq bələdiyyə qərarı əsasında ayrılması halının müəyyən edilməsi mümkün olmadığından, bu hal isə iddianın əsaslılığını təkzib etdiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Bundan əlavə, kollegiya onu qeyd edir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin meşə fondu torpaqlara aid olduğunu bildirmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, hazırki mərhələdə iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması əsasları, habelə müvafiq hüquqmüəyyənedici sənəd əsasında məhz həmin torpaq sahəsinin iddiaçıya ayrılması halı müəyyən edilmədiyindən, bu hal isə ilkin dəyərləndirmə üzrə iddianın əsaslılığını təkzib etdiyindən, digər imtina əsasları və şikayətin dəlilləri üzrə əlavə araşdırma aparılması zərurəti mövcud olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları əsasında iddianın əsaslılığı təkzib edildiyindən və cavabdehin şikayətinin dəlillərinin əsaslı olması müəyyən edildiyindən, cavabdehin şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası iddiaçının diqqətinə çatdırır ki, həmin torpaq sahəsinin ayrıldığı vaxt qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən torpaq sahəsinin yerləşmə mövqeyinə aid sxemin tərtib edilməsi, onun sərhədlərinin, naturada harada yerləşməsi müəyyən edilməsi, ona dair yerləşmə cizgisi hazırlanması, təsdiq edilməsi, naturada yeri müəyyən edildikdən sonra iddiaçıya təhvil verilməsi halı məhz torpaq sahəsini ayıran qurumun (müvafiq bələdiyyə qurumunun) səlahiyyətinə aid olmuşdur. Lakin həmin qurum tərəfindən sözügedən torpaq sahəsinə dair yerləşmə mövqeyini əks etdirən hər hansı sənəd iddiaçıya verilməmiş, habelə hazırda da təqdim edilməmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası iddiaçının diqqətinə çatdırır ki, iddiaçı sözügedən torpaq sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı məsələnin həlli məqsədilə mümkün hüquqi müdafiə vasitələrindən (torpaq ayıran müvafiq səlahiyyətli bələdiyyə qurumuna qarşı iddia qaldırmaqla) istifadə etmək hüququna malikdir, habelə qeyd edilən məsələ öz həllini tapdıqdan sonra həmin torpaq sahəsinə dair əmlak hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq inzibati orqana müraciət etmək hüququna malikdir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.