Məhkəmə qərarları › İş №2-1(3-8)-498/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-498/2026

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-498/2026 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X4 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adının və vəsiqənin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı adının və vəsiqənin verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir. IŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.1990-cı il tarixində keçmiş Sovet ordusunda həqiqi hərbi xidmətə çağırılmışdır. ##.##.1991-ci ilə kiçi keçmiş Sovet ordusunda xidmətdə olmuş, xidmətini tamamlamamış yarımçıq olaraq, Azərbaycan ordusuna göndərilmiş, xidmətini yeni yaranan Azərbaycan ordusunda davam etdirmiş, N nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** nömrəli 3-cü taborun şəxsi heyətin siyahısına daxil edilərək, bütün təminatlarla təmin olunmuş, Qazax-Ağstafa rayonlarının ermənilərlə həmsərhəd kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmiş, N nömrəli hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli, *** nömrəli əmri ilə ##.##.1995-ci il tarixindən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Ağstafa RHK-a göndərilmiş, bütün bunlara baxmayaraq müharibə veteranı adı ala bilmir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin ##.##.2024-cü il tarixli, **** nömrəli arxiv arayışından da göründüyü kimi iddiaçı uzun müddət hərbi hissəni özbaşına tərk etdiyinə görə N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** nömrəli əmri şəxsi heyətin siyahısından və bütün təminatlardan çıxarılmışdır. Həmçinin N nömrəli hərbi hissə komandirinin yanvar-dekar 1993-cü il, yanvar-aprel 1994-cü il, ##.##.1994-31,12.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının hərbi xidməti barədə məlumatlar aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Işin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabeh Cavabdeh üzərinə qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq Sumqayıt Inzibati Məhkəməsinin 12.01,2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərarını ləğv edib, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ OLUNAN HÜQUQ: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmişdir)

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994- cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Strateji X8 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;

Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. (-).

Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası təşkil edir. Belə ki, işə baxan məhkəmə iddiaçının döyüş əməliyyatlarını aparan Cavabdeh N saylı hərbi hissəsində xidmət edərək döyüş əməliyyatlarında iştirak etməsi və ##.##.1995-ci il tarixli, *** nömrəli əmrə əsasən ##.##.1995-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Ağstafa RHK-ya göndərilməsi sübutlarla öz təsdiqini tapdığından iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki,: X1 məxsus NZ seriyalı, ******* nömrəli hərbi biletin 7-ci səhifəsində iddiaçının N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etdiyi qeyd edilmişdir. Cavabdeh Katibliyinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, “Müharibə Veteran” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2023-cü il və təkrar ##.##.2024-cü il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir. Cavabdeh Mərkəzi Arxivinin arayışına əsasən döyüş əməliyyatlarının aparıldığı dövrdə N nömrəli hərbi hissəni uzun müddət tərk etdiyinə və ##.##.1994-cü il tarixdən ##.##.1995-ci il tarixədək hərbi xidmətinə dair məlumatlar olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. ##.##.1997-ci il tarixli, */*** nömrəli arayışdan görünür ki, X1 həqiqətən ##.##.1992- ##.##.1995-ci illərdə hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası uğrunda keçən döyüşlərdə iştirak etmişdir. Cavabdeh Mərkəzi Arxivinin ##.##.2022-ci il tarixli məktubundan görünür ki, Qazax RHK-ı tərəfindən səfərbər edilmiş İddiaçı Becan oğlu N nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** nömrəli əmrilə (əsas: §-15, səh-28, sıra-9, əmrdə atasının adı “Becan” yazılmışdır) 3-cü taborun şəxsi heyətin siyahısına daxil edilərək bütün təminat növlərinə yazılmışdır. N nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli *** nömrəli əmrilə (əsas: §-5, səh-12) İddiaçı 3-cü tabordan 4-cü tabora keçirilərək 5-ci bölüyün 1-ci tağımının 1-ci manqasının komandiri vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** nömrəli əmrilə (əsas; təşkilati əmr, səh-181, sıra-5) sıravi İddiaçı Tank əleyhinə idarə olunan raketlər manqasında baş operator vəzifəsinə təyin olunmuşdur. Sıravi İddiaçı Becan oğlu uzun müddət hərbi hissəni özbaşına tərk etdiyinə görə, N nömrəli hərbi hissə komandirinin ##.##.1994-tü il tarixli *** nömrəli əmri ilə (əsas: §-10, səh-45, əmrdə atasının adı “Becan”-yazılmışdır) ##.##.1994-cü ii tarixdən hərbi hissənin, 4-cü taborunun Tank əleyhinə tağımının ştatından, çıxarılaraq bütün təminat növlərindən, silinmişdir. Tank əleyhinə batareyanın, Tank əleyhinə tağımının radiotelefonçüsu, sıravi İddiaçı “Hərbi xidmət haqqında" Azərbaycan - Respublikası Qanununun 18-ci maddənin “D" bəndinə əsasən (ailə vəziyyətinə görə) N nömrəli hərbi hissə komandirinin ##.##.1995-ci iil tarixli *** nömrəli əmrilə (əsas: §-10, sıra-3) ##.##.1995-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün AğstafaRHK-a göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin ##.##.1994-##.##.1994-cü il tarixli, nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən İddiaçı xidməti barədə ##.##.2022-ci il tarixli */*-**** nömrəli məktubla SHXÇDX-nin Ağstafa rayon şöbəsinə cavab göndərilmişdir. Azərbaycan RespublIkasi Səfərbərlik və HərbI Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa Rayon Şöbəsinin ##.##.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən ##.##.1990-cı il tarixdən ##.##.1991 -ci il tarixədək keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuş və ##.##.1992-ci il tarixdə N nömrəli hərbi hissəyə daxil edilmiş və hərbi hissəni uzun müddət özbaşına tərk etdiyinə görə N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** nömrəli əmrilə ştatdan çıxarılaraq bütün təminat növlərindən silinmişdir. Əsas Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivin ##.##.2022-ci il tarixli */*-**** saylı Arxiv Arayışı və qeydiyyat kartasıdır. ##.##.1997-ci il tarixli zəmanətdən görünür ki, İddiaçı ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədən Respublikanın bütövlüyü uğrunda getən döyüş əməliyyatlarında fəal iştirak etmişdir. Döyüşdüyü müddət ərzində özünü intizamlı, bacarıqlı və qorxmaz bir döyüşçü kimi göstərmiş, darda olan yoldaşlarına yaxından köməklik etmişdir. Bütün bu nəaliyyətlərini nəzərə alaraq, üzvlüyünə zəmanət verilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Qazax RHK-ı tərəfindən səfərbər edilmiş İddiaçı Becan oğlu 825 (N) nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** nömrəli əmrilə (əsas: §15, səh.-28, sıra-9; qeyd: əmrdə atasının adı “Becan” yazılmış, hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır) ##.##.1992-ci il tarixdən 3-cü taborun şəxsi heyətin siyahısına daxil edilərək bütün təminat növlərinə yazılmışdır. 825 (N) nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli *** nömrəli əmrilə (əsas: §5, səh.-12) sıravi İddiaçı hərbi qulluğunu davam etdirmək üçün 3-cü tabordan 4-cü tabora keçirilərək 5-ci bölüyün 1-ci tağımının “1-ci manqasının komandiri” vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** nömrəli əmrilə (əsas: əmr: təşkilati; səh.-181, sıra-5) sıravi İddiaçı briqadanın ZirehliTransportyor taborunun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək Tank əleyhinə idarə olunan raketlər manqasında “baş operator” vəzifəsinə təyin olunmuşdur. Sıravi İddiaçı Becan oğlu uzun müddət hərbi hissəni özbaşına tərk etdiyinə görə N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** nömrəli əmrilə (əsas: §10, səh.-45; qeyd: əmrdə atasının adı “Becan” yazılmışdır) ##.##.1994-cü il tarixdən hərbi hissənin 4-cü taborunun Tank əleyhinə tağımının ştatından çıxarılaraq bütün təminat növlərindən silinmişdir. Tank əleyhinə batareyanın, Tank əleyhinə tağımının radiotelefonçusu, sıravi İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddənin “D” bəndinə əsasən (ailə vəziyyətinə görə) N nömrəli hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli *** nömrəli əmrilə (əsas: §10, sıra3) ##.##.1995-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Ağstafa RHK-na göndərilmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Şəmkir Hərbi Prokurorluğunun ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Şəmkir hərbi prokurorluğunda elektron məlumat bazasına əsasən 1972-ci il təvəllüdlü, 1994-cü ildə N nömrəli hərbi hissədə hərbi xidmətdə olduğu göstərilən İddiaçı barəsində cinayət işi istintaq olunmamış, təqsirləndirici material araşdırılmamış, həmçinin ##.##.2010-cu il tarixədək müvafiq qeydiyyat kitabları saxlama müddətinin başa çatması ilə əlaqədar ##.##.2015-ci i! tarixdə məhv edildiyindən, onun barəsində bəraətverici əsaslar olmadan, eləcə də amnistiya aktlarına əsasən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilibedilməməsi haqqında məlumat vermək mümkün olmamışdır. N nömrəli hərbi hissə komandirinin *** nömrəli, ##.##.1994-cü il tarixli əmrindən görünür ki, sıravi İddiaçı Becan oğlu (atasının adı “Becan” yazılmışdır) uzun müddət hərbi hissəni özbaşına tərk etdiyi üçün ##.##.1994-cü il tarixdən adı briqada 4-cü motoatıcı taburun tank əleyhinə tağımının ştatından kənar edilsmiş və bütün təminat növlərindən silinmişdir. Azərbaycan RespublIkasının Daxili Işlər Nazirliyi Baş Əməliyyat və Statistik Informasiya Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı barəsində DIN BƏSII Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən kollegiya qeyd edir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Belə ki, qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməyə dair hərbi biletdəki qeydlərlə yanaşı, həm də hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır. Bundan başqa, artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması da baş verməlidir. Iş materialları ilə müəyyən edilir ki, İddiaçı Becan oğlu 825 (N) nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** nömrəli əmrilə ##.##.1992-ci il tarixdən 3-cü taborun şəxsi heyətin siyahısına daxil edilərək bütün təminat növlərinə yazılmışdır. 825 (N) nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli *** nömrəli əmrilə sıravi İddiaçı hərbi qulluğunu davam etdirmək üçün 3-cü tabordan 4-cü tabora keçirilərək 5-ci bölüyün 1-ci tağımının “1-ci manqasının komandiri” vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** nömrəli əmrilə İddiaçı briqadanın Zirehli- Transportyor taborunun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək tank əleyhinə idarə olunan raketlər manqasında “baş operator” vəzifəsinə təyin olunmuşdur. İddiaçı Becan oğlu uzun müddət hərbi hissəni özbaşına tərk etdiyinə görə N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** nömrəli əmrilə ##.##.1994-cü il tarixdən hərbi hissənin 4-cü taborunun tank əleyhinə tağımının ştatından çıxarılaraq bütün təminat növlərindən silinmişdir. Tank əleyhinə batareyanın, tank əleyhinə tağımının radiotelefonçusu, sıravi İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddənin “D” bəndinə əsasən (ailə vəziyyətinə görə) N nömrəli hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli *** nömrəli əmrilə ##.##.1995-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Ağstafa RHK-ya göndərilmişdir. Göründüyü kimi iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsalarla ordu sıralarından təxris olunması iş materialları ilə təsdiq edilir. Cavabdeh inzibati orqanın əsas dəlili ondan ibarətdir ki, arxiv məlumatlarına əsasən iddiaçı uzun müddət hərbi hissəni özbaşına tərk etdiyinə görə N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** nömrəli əmri şəxsi heyətin siyahısından və bütün təminatlardan çıxarılmışdır. Həmçinin N nömrəli hərbi hissə komandirinin yanvar-dekar 1993-cü il, yanvar-aprel 1994-cü il, ##.##.1994-31,12.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının hərbi xidməti barədə məlumatlar aşkar olunmamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241ci maddəsi xidmət yerinin özbaşına tərk edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tuturdu. Lakin iddiaçının qeyd edilən halla bağlı cəza alması müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Şəmkir Hərbi Prokurorluğunun ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Şəmkir hərbi prokurorluğunda elektron məlumat bazasına əsasən 1972-ci il təvəllüdlü, 1994-cü ildə N nömrəli hərbi hissədə hərbi xidmətdə olduğu göstərilən İddiaçı barəsində cinayət işi istintaq olunmamış, təqsirləndirici material araşdırılmamışdır. Eyni zamanda Azərbaycan RespublIkasının Daxili Işlər Nazirliyi Baş Əməliyyat və Statistik Informasiya Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı barəsində DIN BƏSII Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, cavabdeh inzibati orqanın istinad etdiyi dövrlərdən sonra iddiçı qanunu əsaslarla ordu sıralarından təxris olunmuşdur. Kollegiya məhkəmə təcrübəsinidə nəzərə alaraq qeyd edir ki, bu halda inzibati orqan tərəfindən istinad edilən hallar imtina üçün əsas təşkil etməməlidir. Kollegiya hesab edir ki, iddiaçının döyüş əməliyyatlarını aparan Cavabdeh N saylı hərbi hissəsində xidmət edərək döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsalarla ordu sıralarından təxris edilməsi mötəbər sübutlarla təsdiq edildiyindən cavabdehin dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTICƏVI HISSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar