Məhkəmə qərarları › İş №2-1(3-8)-502/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-502/2026

10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-502/2026 10.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X7 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Üçüncü şəxslər üçüncü şəxs4 və üçüncü şəxs3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “JN 217 kod ******** saylı dövlət aktının koordinatlarına uyğun göstərilən 0,51 ha torpaq sahəsinin mülkiyyət hüququ qeydə alınmayan 0.1666 ha torpaq sahəsi üzərində onun və mərhum X10 mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları JN-*** saylı, KOD 30320018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”ndan görünür ki, Quba rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli, ** saylı qərarına əsasən 0,51 ha torpaq sahəsi İddiaçı və X11 ayrılmışdır. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən ********** reyestr nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Ikinci Nügədi kəndi ərazisində yerləşən 0,3434 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ İddiaçı və X11 adına qeydiyyata alınmışdır. B ****** nömrəli torpaq sahəsinin planı və ölçü sənədindən görünür ki, Quba rayonu, Ikinci Nügədi kəndi ərazisində yerləşən 0,3434 ha torpaq sahəsinə dair tərtib edilmişdir. AZ-İ ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 ##.##.2005-ci il tarixdə vəfat etmişdir. Quba rayon Icra Hakimiyyəti başçısının II Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** nömrəli arayışdan görünür ki, X11 rayonu Ikinci Nügədi kəndində qeydiyyatda olmuş, ##.##.2005-ci il tarixdə Quba rayonu Ikinci Nügədi kəndində vəfat etmişdir. X11 vərəsələri barədə məlumat aşağıdakı kimidir : oğlu - üçüncü şəxs6, oğlu - üçüncü şəxs5, oğlu - üçüncü şəxs4, oğlu - X3 (vəfat etmişdir), oğlu - üçüncü şəxs3 Nadirşa oğlu, qızı - X5, qızı - üçüncü şəxs2 və qızı - X8. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *- **-*-**/*-*****/**** nömrəli məktubdan görünür ki, JN-*** saylı, Kod ******** nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın surəti təqdim edilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *- **-*-**/*-****/**** nömrəli məktubdan görünür ki, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan sənəd surətlərin təqdim edilmişdir. Quba rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsindən görünür ki, Quba Regional “Asan Xidmət” mərkəzinin Notarat Ofisi tərəfindən ##.##.2005-ci il tarixdə vəfat etmiş X11 miras əmlakından tam hissədə pay almalı olması barədə ##.##.2021ci il tarixdə 2V-294 reyestr nömrəsi ilə üçüncü şəxs3 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında DƏDRX-nin * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən ##.##.2021-ci il tarixdə 0.5054 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair torpaq sahəsinin plan və ölçü sənədi, həmçinin mülkiyyət hüququna dair ##.##.2021-ci il tarixli, ************ reyestr nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Quba rayon Aqrar Islahat Komissiyasının ## ###### 1997-ci il tarixli ** saylı iclas protokolunun ksero surəti məhkəməyə göndərilmişdir. Quba rayonu, II Nügədi kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, sözügedən məktubla əlaqədar mübahisəli torpaq sahəsində olmuş və iddia olunan və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə naturadan (yerdən) götürülmüşdür. Müayinə zamanı mübahisəli hal qeydə alınmamışdır. Kameral araşdırma nəticəsi olaraq bildirilir ki, iddiaçı tərəfindən faktiki istifadə olan torpaq sahəsi 0,25 ha təşkil edir. Quba rayon Aqrar islahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** nömrəli qərarı ilə ayrılmış 0,51 ha torpaq sahəsinə dair DT və XK-nin Quba rayon şöbəsi tərəfindən JN-*** nömrəli Dövlət Aktı verilmişdir. X1 torpaq sahəsi 0,51 ha göstərilməsinə baxmayaraq sözügedən torpaq sahəsi baza məlumatlarında olan torpaqların elekton kadastr X14 (TEKUIS) 0,3433 ha olaraq öz əksini tapmışdır. Torpaq sahəsinin TEKUISdə 0,3433 ha göstərilməsinin səbəbləri barəsində Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Xaçmaz Ərazi Idarəsində heç bir məlumat mövcud deyildir. Qeyd edilir ki, TEKUIS-də göstərilmiş 0,3433 ha torpaq sahəsinin 0,25 ha hissəsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür, qalan hissəsi isə digər qonşu tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi xəritə materiallarına əsasən kənd təsərrüfatı təyinatlı olub uqodiyası çoxillik əkmə kimi göstərilmişdir. Torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsi üzərində ************ reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyət hüquqları tanınmışdır. Iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür və heç bir mühafizə zolağında yerləşmir. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Aqrar Islahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** №-li qərarı ilə iddiaçı və X10 Quba rayonu 2-ci Nügədi kəndi ərazisindən JN-217 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən, kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 0,51 ha torpaq sahəsinin 0,1667 ha üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Xaçmaz Ərazi Idarəsinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən, “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz olunmasını, Quba rayon Aqrar Islahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** №-li qərarı ilə iddiaçıya və X10 Quba rayonu, 2-ci Nügədi kəndi ərazisindən JN-217 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 0,51 ha torpaq sahəsinin 0,1666 ha üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın verilməsi xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar Islahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** №-li qərarı ilə iddiaçıya və X10 Quba rayonu, 2-ci Nügədi kəndi ərazisindən 0,51 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi ayrılmış və mülkiyyəti təsdiq edən JN-217 Kod ******** saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmiş və iddiaçı həmin vaxtdan halhazıra kimi torpağa sahiblik edərək istifadə edir. Iddiaçı qeyd edilən torpağa çıxarış almaq üçün hüquqmüəyyənedici sənədləri cavabdeh təşkilata təqdim edib çıxarış almağı xahiş etmiş, lakin cavabdeh təşkilat tərəfindən ##.##.2023-cu il tarixli, ************ reyestr nömrəli çıxarışda torpağın miqdarı 0,51 ha yerinə 0,3434 ha göstərilərək 0,1667 ha hissəsinə çıxarış verilməmişdir. Iddiaçı mülkiyyətlərinə verilmiş 0,51 ha torpağın qalan 0,1667 ha hissəsinə çıxarışın verilməsi üçün cavabdehə ## ###### 2024-cü il tarixdə rəsmi qaydada müraciət edərək çıxarışın verilməsini xahiş etmiş, lakin bu günə kimi bir aydan artıq müddət keçməsinə baxmayaraq rəsmi cavab verilməmişdir. Ona görə də, pozulmuş hüquqlarımın bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. JN217 KOD ******** saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”ndan məlum olur ki, iddiaçıya və X10 Quba rayonu, 2-ci Nügədi kəndi ərazisindən 0,51 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi ayrılmışdır. Iddia ərizəsinə əlavə etdiyi məktubdan və poçt qəbzindən məlum olur ki, iddiaçı qeyd edilən torpaq sahəsinə çıxarış almaq üçün rəsmi müraciət etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəmənin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə üçüncü şəxs6, üçüncü şəxs5, üçüncü şəxs4, üçüncü şəxs3, X5, üçüncü şəxs2 və X8 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbinin təmin edilərək, Quba rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli, ** saylı qərarına və JN-*** saylı, 30320018 kodlu “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən, Quba rayonu, II Nügədi kəndində yerləşən 0,1666 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq, ümumi hüquqi və ədalət prinsiplərinin pozulmasına əsas olmuşdur. Mübahisıli torpaq sahəsi vətəndaşlara qanuni qaydada ayrılmış, naməlum səbəbdən TEKUIS-də torpaq sahəsinin ölçülərinin azaldılması onların mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas olmamalıdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş müayinə aktına əsasən, iddiaçı tərəfindən faktiki istifadə olan torpaq sahəsi 0,25 ha təşkil edir. JN-*** nömrəli Dövlət Aktında torpaq sahəsi 0,51 ha göstərilməsinə baxmayaraq sözügedən torpaq sahəsi baza məlumatlarında olan torpaqların elekton kadastr X14 (TEKUIS) 0,3433 ha olaraq öz əksini tapmışdır. Torpaq sahəsinin TEKUIS-də 0,3433 ha göstərilməsinin səbəbləri barəsində Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Xaçmaz Ərazi Idarəsində heç bir məlumat mövcud deyildir. Qeyd edilir ki, TEKUIS-də göstərilmiş 0,3433 ha torpaq sahəsinin 0,25 ha hissəsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür, qalan hissəsi isə digər qonşu tərəfindən istifadə olunur. Iddiaçının istifadəsində olan 0.25 ha torpaq sahəsi baza məlumatlarında olan torpaqların elekton kadastr X14 (TEKUIS) 0,3433 ha torpaq sahəsinin tərkibindədir. Əlavə 0,1666 ha-nın yeri müəyyənlişdirilməmiş və məhkəmə tərəfindən 0.1666 ha torpaq sahəsinn yerində mövcud olub-olmaması müəyyən edilməmiş və bununla da qələcəkdə qərarın icrasının mümkünlüyü araşdırılmamışdır. Qeyd edilir ki iddia predmeti olan JN-*** saylı, 30320018 kodlu “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən torpaq sahəsi paylı mülkiyyət hüququ ilə X10 və İddiaçı məxsusdur. Lakin məhkəmə tərəfindən X10 payı nəzərə alınmadan yalnız İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Bildirilir ki, Cavabdeh * saylı Xaçmaz Ərazi Idarəsi mülkiyyət hüququnun ləğv edilməsi səlahiyyətlərinə malik deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Iddiaçı İddiaçı idda tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, JN 217 kod ******** saylı dövlət aktının koordinatlarına uyğun göstərilən 0,51 ha torpaq sahəsinin mülkiyyət hüququ qeydə alınmayan 0.1666 ha torpaq sahəsi üzərində onun və mərhum X10 mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər üçüncü şəxs4 və üçüncü şəxs3 apellyasiya şikayətinə qarşı etiraz edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə digər üçüncü şəxslər və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər üçünü şəxslər və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ...... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.5. 2006-cı il ####un #-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları" \t "_blank" müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələr (...) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarı “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını, mütəxəssisin fikrini dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, iddiaçının nümayəndəsinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək iddia tələbi təmin edilməlidir. Hazırkı iş üzrə iddia tələbi JN 217 kod ******** saylı dövlət aktının koordinatlarına uyğun göstərilən 0,51 ha torpaq sahəsinin mülkiyyət hüququ qeydə alınmayan 0.1666 ha torpaq sahəsi üzərində onun və X10 mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materialları ilə müəyyən edilir ki, Quba rayon Aqrar Islahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** nömrəli qərarı əsasında İddiaçı və X10 təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,51 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair JN-217, kod ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. X2 etibarsız hesab edilməsi, ləğv olunması və ya hüquqi qüvvəsini itirməsi iş materialları ilə müəyyən edilmir. Iş materiallarında olan müayinə aktından görünür ki, Dövlət Aktında torpaq sahəsinin ölçüsü 0,51 ha göstərilsə də, torpaq sahəsi X13 X14 0,3433 ha kimi əks olunmuşdur. Cavabdeh tərəfindən həmin uyğunsuzluğun yaranma səbəbləri barədə hər hansı məlumatın mövcud olmadığı qeyd edilmişdir. Belə olan halda dövlət aktı ilə təsdiq olunmuş torpaq sahəsinin ölçüsünün hansı hüquqi əsasla azaldılması sübuta yetirilməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən həmin torpaq sahəsinə dair artıq bir dəfə qeydiyyat aparılmış və hazlrki iş üzrə üçüncü şəxs olan üçüncü şəxs3 adına çıxarış və plan və ölçü sənədi verilmişdir. Sonradan həmin çıxarış və plan və ölçü sənədi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə ləğv edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bir dəfə çıxarış verildiyi torpaq sahəsinə hazırda torpaq sahəsinin bir hissəsinin yerinin bəlli olmaması dəlili ilə imtina caabı verilməsi əsassız hesab edilməlidir. Məhkəmə kollegiyasının iclasında onlayn qaydada mütəxəssis qismində dindirilən Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsi Xidmətlərə Nəzarət sektorunun müdiri X6 izah etdi ki, iddiaçıya verilmiş dövlət aktında göstərilən 0.51 ha torpaq sahəsi naturada mövcuddur, lakin iddiaçı torpaq sahəsinin 0.25 ha hissəsindən istifadə edir, torpaq sahəsinin bir hissəsi qonşu tərəfindən istifadə edilir, qalan 0.16 hissəsi isə naməlum səbəblərdən elektron baza məlumatlarında boşluq kimi saxlanılmışdır. Eyni zamanda mütəxəssis həmin 0.16 ha torpaq sahəsi üzərində hər hansı şəxsin mülkiyyət hüquqlarının qeydə alınmadığını bildirdi. Məhkəmə kollegiyası hesab edir ki, informasiya sistemindəki məlumatlar hüququn yaranmasının deyil, uçotunun nəticəsidir. Hüququ təsdiq edən sənəd isə Aqrar Islahat Komissiyasının qərarı və onun əsasında verilmiş dövlət aktıdır. Cavabdeh tərəfindən həmin sənədlərin düzgünlüyünü şübhə altına alan və ya torpaq sahəsinin sonradan qanuni əsaslarla azalmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Apellyasiya şikayətində göstərilən, mübahisəli 0,1666 ha torpaq sahəsinin yerinin müəyyən edilməməsi barədə dəlilə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin özünün təqdim etdiyi sənədlərdə Dövlət Aktı ilə ayrılmış torpaq sahəsinin 0,51 ha olduğu təsdiq edilir. Həmin torpaq sahəsinin elektron uçot məlumatlarında natamam əks olunması və ya koordinatlaşdırma zamanı yaranmış uyğunsuzluqlar mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılması üçün əsas hesab edilə bilməz. Hüququ müəyyən edən sənəd mövcud olduğu halda, qeydiyyat orqanı həmin hüququn tam həcmdə dövlət qeydiyyatını təmin etməyə borcludur. Eyni zamanda kollegiya nəzərə alır ki, JN-*** saylı Dövlət Aktına əsasən torpaq sahəsi İddiaçı və X10 ümumi birgə mülkiyyət kimi ayrılmışdır. 0.34 ha torpaq sahəsi onların ümumi birgə mülkiyyəti kimi qeydə alınmış, yerdə qalan 0.16 ha hissəsi üzərində də hər ikisinin mülkiyyət hüququ qeydə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı və X.Məmmədovaya dövlət aktı verilməklə dövlət tərəfindən onların mülkiyyət hüquqları artıq tanınmışdır, hazırda həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Beləliklə, iş üzrə toplanmış sübutların məcmusu JN-217, kod ******** nömrəli Dövlət Aktı ilə təsdiq edilmiş 0,51 ha torpaq sahəsinin 0,1666 ha hissəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmamasının qanuni əsaslarının mövcud olmadığını təsdiq edir. Buna görə də iddia tələbi əsaslı hesab edilməli, cavabdehin üzərinə həmin torpaq sahəsi üzərində İddiaçı və mərhum X10 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və müvafiq plan və ölçü sənədinin verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi təmin edilərək JN 217 kod ******** saylı dövlət aktının koordinatlarına uyğun olaraq 0,51 ha torpaq sahəsinin mülkiyyət hüququ qeydə alınmayan 0.1666 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçı və mərhum X10 mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Iddia tələbi təmin edilsin. JN 217 kod ******** saylı dövlət aktının koordinatlarına uyğun olaraq 0,51 ha torpaq sahəsinin mülkiyyət hüququ qeydə alınmayan 0.1666 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçı və mərhum X10 mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar