Məhkəmə qərarları › İş №2-1(3-8)-506/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-506/2026

29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-506/2026 29.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili nümayəndə2, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Işin halları Iddiaçı ##.##.1965-ci il təvəllüdlüdür. Əmək kitabçasına görə iddiaçı ##.##.1982-ci ildən əmək fəaliyyətinə başlamış və 25 ildən yuxarı iş stajına malikdir. “xxxx” MMC-nin # #### 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədə “xxxx” MMC (## ###### 2008-ci il tarixdən “xxxx” MMC və ## ###### 2022-ci il tarixdən “xxxx Drilling Services Azərbaycan” MMC) şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində ## ###### 2003-cü il – # ######## 2009cu il və ## #### 2010-cu il – ## ##### 2021-ci il tarixlərində kran operatorunun köməkçisi və kran operatoru kimi çalışmışdır. Işlədiyi vəzifə üzrə ümumi sosial sığorta stajı “xxxx Drilling Services Azərbaycan” MMC şirkətinin Azərbaycandakı nümayəndəliyində 16 il 9 ay 20 gün təşkil edir. İddiaçı dənizdə yarımdalma üzən “Maersk Explorer” qazma qurğusunda işləmiş və quyularda sınaq işləri apardıqda qaldırıcının idarə edilməsi, qaldırıcını işə hazırlamaq, quyu ağzının yoxlanılması və avadanlıqla təchiz edilməsində iştirak etmək, bütün endirmə-qaldırma əməliyyatlarında bucurğadın idarə edilməsi, qaldırıcının mexanizmlərinin saz işləməsinə nəzarət, qaldırıcının işləməsinin qeydiyyat jurnalının yazılması işlərini yerinə yetirmişdir. A.Ələkbərovun tutduğu vəzifə “Qazma qurğusuna kran operatoru” kimi qeyd edilsə də, onun əmək vəzifələrinə yuxarıda qeyd edilən “quyuların yoxlanması üzrə qaldırıcıların maşinisti”nin gördüyü işlər aid edilmişdir. Şirkətdə “quyuların yoxlanması üzrə qaldırıcıların maşinisti” adlı ştat vahidi mövcud olmamışdır və qaldırıcıya xidmət və əlaqəli (yuxarıda qeyd edilən) işlər kran operatoru və köməkçisi tərəfindən təmin edilmişdir. Belə ki, İddiaçı gördüyü işlərin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri quyuların sınanması prosesində qaldırıcılara xidmət etmək, bütün endirməqaldırma əməliyyatlarını həyata keçirmək, quyu ağzının yoxlanılması daxil olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.1 (a) (quyuların yoxlanması üzrə qaldırıcıların maşinistləri) yarımbəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynilik təşkil edir. “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, # #### 1965-ci il təvəllüdlü İddiaçı ## ###### 2003-cü il – # ######## 2009-cu il və ## #### 2010-cu il – ## ##### 2021-ci il tarixlərdə “X3” MMC (## ###### 2008-ci il tarixdən “xxxx” MMC, ## ###### 2022-ci il tarixdən “xxxx Drilling Servises Azərbaycan” MMC) tarixlərdə qazma qurğusunda aşağı fəhlə, kran operatorunun köməkçisi və kran operatoru kimi çalışmışdır. Şirkətdə işlədiyi vəzifələr üzrə ümumi sosial sığorta stajı 16 il 9 ay 20 gün təşkil edir (işlədiyi dövr ərzində öz hesabına məzuniyyət götürülməmişdir). İddiaçı dənizdə yarımdalma üzən “Maersk Explorer” qazma qurğusunda işləmiş və tutduqu “kran operatorunun köməkçisi” və “kran operatoru” vəzifəsində onun işinin mahiyyəti quyuların sınanması prosesində qaldırıcılara xidmət etmək, qaldırıcının idarə edilməsi, qaldırıcını işə hazırlamaq, quyu ağzının yoxlanılması və avadanlıqla təchiz edilməsində iştirak etmək, bütün endirmə-qaldırma əməliyyatlarını həyata keçirmək, həmin əməliyyatlarda bucurğadın idarə edilməsi, qaldırıcının mexanizmlərinin saz işləməsinə nəzarət, quyu ağzını yoxlanılması, qaldırıcının işləməsinin qeydiyyat jurnalının yazılması olmuşdur. İddiaçı son vəzifələri qazma qurğusunda “kran operatorunun köməkçisi” və “kran operatoru” kimi qeyd edilsə də, onun əmək vəzifələrinə “qazma qurğuların maşinisti”nin gördüyü bütün işlər aid edilmişdir. Şirkətdə “qazma qurğuların maşinisti” adlı ştat vahidi mövcüd olmamışdır və qaldırıcıya xidmət və əlaqəli işləri kran operatoru və kran operatorunun köməkçisi tərəfindən təmin edilmişdir. İddiaçı “kran operatorunun köməkçisi” və “kran operatoru” vəzifələrində gördüyü işlərin xüsusiyyətləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün əsasdır. “xxxx Drilling Servises Azərbaycan” MMC şirkətinin “kran operatorunun köməkçisi” və “kran operatoru” vəzifələrinin əmək funksiyaları “xxxx” vəzifəsinin əmək funksiyaları ilə eynilik təşkil edir. İddiaçı kran operatorunun köməkçisi və kran operatoru kimi gördüyü işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** saylı Qərarına əsasən * saylı siyahı X bölmə “neftin qazılması və hasilatı (dəniz netçiləri üçün, kod 1 1100000a-13590) güzəştli şərtlərlə pensiya hüququ verən “xxxx” vəzifəsi ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.1-ci hissəsinin a) bəndində göstərilən güzəştli şərtlərlə pensiya hüququ verən “qazma qurğularının maşinistləri” vəzifəsi ilə eynilik təşkil edir və həmin tutduqu vəzifələr üzrə onun ümumi iş stajı 13 il 10 ay 26 gün təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ## #### 2025- ci il tarixli, *-**-*/*-Ə-******/**** nömrəli İddiaçı göndərilmiş “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən ## ###### 1982-ci il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasında “xxxx Drilling Services Azərbaycan” MMC-də ## ###### 2003-cü il – # ###### 2006-cı il tarixləri arasındakı dövr ərzində qazma qurğusuna aşağı fəhlə, # ###### 2006-cı il – # ######## 2009-cu il və ## #### 2010-cu il – ## ###### 2011-ci il tarixləri arasındakı dövrlər ərzində kran operatoru köməkçisi, ## ###### 2011-ci il – ## ##### 2021- ci il tarixləri arasındakı dövr ərzində kran operatoru vəzifələrində işlədiyi qeyd olunmuşdur. Işlədiyi vəzifələr sözügedən müəssisənin # #### 2024-cü il tarixli arayışında istinad edilmiş quyuların yoxlanması üzrə qaldırıcıların maşinistləri vəzifəsinə aid deyildir. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, 60 yaşı tamam olduğu # #### 2025-ci il tarixdən əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Iddia tələbinin dəlilləri işin hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, “xxxx Drilling Servisies Azərbaycan” MMC-də “qaldırıcıların maşinisti” adlı ştat vahidi mövcüd olmamışdır və qaldırıcıya xidmət və əlaqəli işlər kran operatoru və köməkçisi tərəfindən təmin edilmişdir. Yəni, quyuların sınanması prosesində qaldırıcılara xidmət bütün endirmə-qaldırma əməliyyatlarını həyata keçirmək quyu ağzının yoxlanılması işləri həm “kran operatorunun köməkçisi”, həm də “kran operatoru” tərəfindən həyata keçirilir. Bununla müəyyən olunur ki, “kran operatoru” peşəsi “kran operatorunun köməkçisi” peşəsi ilə funksional fəaliyyət baxımından eynilik təşkil edir. Bununla bağlı iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin alıdığı ## #### 2025-ci il tarixli cavab məktubunda iddiaçıya pensiyanın təyin olunmasından imtina edilmişdir. Iddiaçı hesab edir ki, ona pensiyanın təyin olunmasından imtina əsassızdır və hüquqlarını kobud şəkildə pozur. Belə ki, işlədiyi “kran operatorunun köməkçisi” və “kran operatoru” tərəfindən həyata keçirilən işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.1 (a) yarımbəndində müəyyən olunmuş “quyuların yoxlanması üzrə qaldırıcıların maşinistləri” vəzifəsinin xüsusiyyətləri ilə eynilik təşkil edir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, Mərkəzi Filiala təqdim edilən ## ###### 1982-ci il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasında “xxxx Drilling Services Azərbaycan” MMC-də ## ###### 2003-cü il – # ###### 2006-cı il tarixləri arasındakı dövr ərzində qazma qurğusuna aşağı fəhlə, # ###### 2006-cı il – # ######## 2009-cu il və ## #### 2010-cu il – ## ###### 2011-ci il tarixləri arasındakı dövrlər ərzində kran operatoru köməkçisi, ## ###### 2011-ci il – ## ##### 2021- ci il tarixləri arasındakı dövr ərzində kran operatoru vəzifələrində işlədiyi qeyd olunmuşdur. Işlədiyi vəzifələr sözügedən müəssisənin # #### 2024-cü il tarixli arayışında istinad edilmiş quyuların yoxlanması üzrə qaldırıcıların maşinistləri vəzifəsinə aid deyildir. Bu səbəbdən də güzəştli iş stajı mövcud deyildir və nəticə etibarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya 60 yaşının tamam olduğu # #### 2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan qeyd edilən peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid olmadığını bildirsə də, “xxxx” MMC tərəfindən təqdim edilmiş məlumata əsasən müəyyən edilir ki, iddiaçının “kran operatorunun köməkçisi” və “kran operatoru” vəzifəsində işlədiyi işinin mahiyyəti quyuların sınalması prosesində qaldırıcılara xidmət etmək, qaldırıcının idarə edilməsi, qaldırıcını işə hazırlamaq, quyu ağzının yoxlanılması və avadanlıqla təchiz edilməsində iştirak etmək, bütün endirmə-qaldırma əməliyyatlarını həyata keçirmək, həmin əməliyyatlarda bucurğadın idarə edilməsi, qaldırıcının mexanizmlərinin saz işləməsinə nəzarət, quyu ağzını yoxlanılması, qaldırıcının işləməsinin qeydiyyat jurnalının yazılması olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** saylı Qərarına əsasən * saylı siyahı X bölmə “neftin qazılması və hasilatı (dəniz netçiləri üçün, kod 1 1100000a-13590) güzəştli şərtlərlə pensiya hüququ verən “xxxx”, həmçinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.1-ci hissəsinin a) bəndində göstərilən güzəştli şərtlərlə pensiya hüququ verən “qazma qurğularının maşinistləri” vəzifələri ilə eynidir və həmin tutduğu vəzifələr üzrə onun güzəştli iş stajı 13 il 10 ay 26 gün təşkil edir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı “xxxx Drilling Services Azərbaycan” MMC-nə sorğu verilərək iddiaçının işlədiyi peşələr üzrə vəzifə təlimatları və ona tətbiq edilən güzəştlər barədə məlumat istənilmiş, lakin müəssisənin qeydiyyat ünvanında ofisin bağlı olması və əlaqə telefonlarına zəng çatmaması səbəbilə sorğu geri qayıtmışdır. Daha sonra məhkəmə tərəfindən adıçəkilən müəssisəyə sorğu ünvanlanmışdır.“xxxx Drilling Services Azərbaycan” MMC-nin məhkəmə sorğusunun cavablandırılmasına dair ##.##.2025-ci il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra – Nazirlər Kabineti) müvafiq siyahısında güzəştli iş stajı verən “xxxx” vəzifəsinin qeyd olunduğunu, bu vəzifənin müəssisənin ştat cədvəlində olmadığı və iddiaçının işlədiyi “kran operatoru köməkçisi” və “kran operatoru” vəzifələri ilə eynilik təşkil etdiyini bildirərək iddiaçının siyahıda nəzərdə tutulan “xxxx” vəzifəsinin funksiyalarını icra etdiyi bildirilmişdir. Yuxarıda qeyd olunanlarda belə nəticəyə gəlinir ki, müəssisə ştat cədvəlinin tam olmayan formada tərtib etmişdir. Lakin buna baxmayaraq müəssisə tərəfindən təqdim edilən arayışda iddiaçının işlədiyi vəzifələrin Nazirlər Kabinetinin müvafiq siyahısındakı güzəştli iş stajı verən bir vəzifəyə uyğunlaşdırması birinici instansiya məhkəməsi üçün əsaslı sayılaraq iddia təmin edilmişdir. Ümumi olaraq qeyd edirik ki, Nazirlər Kabineti tərəfindən müvafiq siyahılar təsdiq edilərkən müvafiq peşələr, yəni “kran operatoru köməkçisi” və “kran operatoru” vəzifələri həmin siyahıda göstərilməməsi dolayısı yolla həmin vəzifələrin güzəştli iş stajı verən peşələrə aid olmadığını göstərir. Belə ki, müəssisələrin ştat cədvəlləri üzrə müxtəlif vəzifələrin oxşar və fərqli cəhətləri mövcud olur, lakin bu ona əsas vermir ki, müəssisə tərəfindən hərhansı bir peşənin siyahıda nəzərdə tutulan hansısa peşə ilə eyniləşdirilərək güzəştli arayış tərtib edilsin və bu vətəndaşa güzəştli şərtlərlə yaşa görə əmək pensiyasın təyin edilməsinə səbəb olsun. Əvvəla belə hallar hüququnun qüsurlu tətbiqinə və sui-istifadə hallarına gətirib çıxararaq cəmiyyətdə sosial ədalət prinsipinin pozulmasına gətirib çıxarır. Əlavə olaraq bildirilir ki, məhkəmə qərarının 33-cü bəndində iddiaçının işlədiyi vəzifələrin güzəştli şərtlə pensiya hüququ verən vəzifələrdə çalışmasına dair arayışda peşələrin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərildiyi qeyd olunmuşdur. Lakin sözügedən güzəştli arayışda “kran operatoru köməkçisi” və “kran operatoru” vəzifələri hərhansı bir bölmə və koda aid olduğu göstərilməmiş, əsasız olaraq “xxxx” peşəsi ilə eyniləşdirilərək iddia təmin edilmişdir. Məlumat üçün bildirilir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 35 il 4 ay 4 gün (##.##.2006-cı il tarixinədək 13 il 6 ay 13 gün (##.##.1982-##.##.1983-cü il, ##.##.1986-##.##.1986-cı il, ##.##.1986- ##.##.1986-ci il, ##.##.1986-##.##.1992-ci il, ##.##.1992-##.##.2003-cü il və ##.##.2003- ##.##.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 15 il), fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı isə 387806,11 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq eidlmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmjin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzfələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il traixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə əsasən sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda həmin Qaydalara * nömrəli Əlavədə (2.4.2-ci bəndi) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən ki, iddiaçının güzəştli iş stajı mövcud deyildir, çünki onun güzəştli stajına dair təqdim edilmiş arayışda göstərilən peşələr istinad etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” ilə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir a) 60 yaşının tamam olması; b) azı 25 ümumi iş stajına malik olması; c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması. Iddiaçı ##.##.1965-ci il təvəllüdlü olmaqla, onun pensiya yaşına - 60 yaşına çatması işin mübahisəsiz halıdır. Iş materiallarından görünür ki, iddiaçının ümumi əmək stajı 31 il 7 ay 10 gün təşkil edir. Mübahisə predmeti iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən azı 12 il 6 ay xüsusi iş stajına malik olub-olmaması ilə bağlıdır. Cavabdeh inzibati orqan iddiaçının təqdim etdiyi güzəştli iş stajına dair arayışda göstərilən vəzifələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda birbaşa nəzərdə tutulmadığını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarında olan “xxxx Drilling Services Azərbaycan” MMC tərəfindən təqdim edilmiş arayışdan müəyyən edilir ki, iddiaçı ## ###### 2003-cü il tarixdən # ######## 2009-cu il tarixədək və ## #### 2010-cu il tarixdən ## ##### 2021-ci il tarixədək dənizdə yarımdalma üzən qazma qurğusunda aşağı fəhlə, kran operatorunun köməkçisi və kran operatoru vəzifələrində işləmişdir. Həmin arayışda onun işlədiyi müddətlər, icra etdiyi əmək funksiyaları, istehsalat sahəsi, habelə güzəştli pensiya hüququ verən siyahının konkret bölmə və bəndlərinə uyğunluğu ətraflı şəkildə göstərilmişdir. Arayışın məzmunundan görünür ki, iddiaçının faktiki yerinə yetirdiyi əmək funksiyalarına qaldırıcı mexanizmlərin idarə olunması, endirmə-qaldırma əməliyyatlarının həyata keçirilməsi, qazma prosesində texnoloji avadanlıqların istismarına nəzarət, qaldırıcıların saz vəziyyətdə saxlanılması və quyuların sınaq prosesində birbaşa iştirak daxildir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan əmək funksiyaları öz mahiyyətinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş * saylı Siyahının X bölməsində nəzərdə tutulmuş “xxxx”, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 10.1-ci hissəsinin “a” bəndində göstərilən “qazma qurğularının maşinistləri” vəzifələrinin funksional məzmunu ilə eyniyyət təşkil edir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, güzəştli şərtlərlə pensiya hüququnun müəyyən edilməsində həlledici meyar vəzifənin formal adlandırılması deyil, şəxsin faktiki icra etdiyi əmək funksiyalarının xarakteri, işlədiyi istehsalat sahəsi və əmək şəraitidir. Bu baxımdan cavabdehin yalnız vəzifə adlarının formal uyğun gəlməməsinə istinad etməklə imtina etməsi qanunvericiliyin məqsəd və mahiyyətinə uyğun hesab edilə bilməz. Iş materiallarında olan sübutlar iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən zərərli və ağır əmək şəraitində azı 13 il 10 ay 26 gün işlədiyini təsdiq edir ki, bu da qanunvericiliklə tələb olunan minimum 12 il 6 aylıq xüsusi iş stajından artıqdır. Cavabdeh tərəfindən həmin halları təkzib edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, iddiaçının 60 yaşı tamam olduğu vaxtda (##.##.2025-ci ildə) qanunla tələb olunan hər üç şərt (yaş həddi, ümumi iş stajı və güzəştli iş stajı) tamamlandığından, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmişdir, bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar