Məhkəmə qərarları › İş №2-1(3-8)-507/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-507/2026

11.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-507/2026 11.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X4 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, Iddiaçı “X2” Kooperativinin cavabdeh Qusar rayonu Qusar bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi və kompensasiya ” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı “X2” Kooperativi (bundan sonra – “iddiaçı”) cavabdeh Qusar rayonu Qusar bələdiyyəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxus və qanuni istifadəsində olmuş Qusar şəhəri, Sülh küçəsi və Staxanov (yeni qaydalarla Ərəblinski) küçələrinin kəsişdiyi ərazidə 160 kv.m torpaq sahəsinin əhatə edilməklə 0,03 ha torpaq sahəsinin fərdi yaşayış evi tikmək üçün Rauf Həsənova satılmasına dair cavabdehin # #### 2000-ci il tarixli, */*-* nömrəli qərarının ləğv edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş ziyanın əvəzi 282.000 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə X1 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində hazırkı iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI Iddia onunla əsaslandırılmışdır ki, “X2 ” Kooperativi ##.##.1989-cu il tarixdə, 37 № ilə qeydiyyata alınmaqla təsis olunmuşdur. Yeni qaydalara uyğun ##.##.2025-ci il tarixdə təkrar qeydiyyatdan keçirilmiş və Dövlət qeydiyyatı № (VÖEN) ********** çıxarışı verilmişdir. Hazırkı iddia ilə mübahisələndirilən Qusar Bələdiyyəsinin ##.##.2000-ci il tarixli,*/*-* nömrəli Qərarla bağlı müraciətlərə həmin bələdiyyə tərəfindən müxtəlif geyri aidiyyətli cavablardan o cümlədə ##.##.2025-ci il tarixli, M-*** nömrəli cavab məktubu ilə əlaqədar Bələdiyyə sədrinin qəbulundan sonra eyni tarixli və eyni nömrəli, aidiyyəti məzmunlu imtina məktubu verilmişdir. Həmin imtina məktubu kopperativin ünvanına ##.##.2025-ci il tarixdə çatdırılmışdır. Məlum edir ki, Qusar şəhəri Staxanov və Sülh küçələrinin kəsişməsində yerləşən 160 kv.m. torpaq sahəsi, Qusar şəhər XDS Icrayyə Komitəsinin ##.##.1989-cu il tarixli, ** saylı qərarı ilə qanuni əsaslarla “Günel” şərq şirniyyatının hazırlanması kooperativinə ayrılmışdır. Nəzərə alınmalıdır ki, ilkin olaraq həmin kooperativ adı çəkilən ünvan üzrə təsis edilmişdir. Kooperativ üzvlərinin vəsaiti hesabına, kooperativ tərəfindən qeyd olunan torpaq sahəsində 160 kv.m. sahəsi olan qeyri-yaşayış binası inşa edilmiş, şirniyyat hazırlama sexi qurulmuş, tam avadablıqkırla təchiz edilmişdir. Ortalama 20 nəfər işçisi olmaqla, kooperativ uzun müddət fəaliyyət göstərmişdir. 2002-ci ildə kooperativin sədrin (Əsədulla Musayev) ağır xəstələnməsi ilə bağlı, Bakı şəhərinə aparıldığından, kopperativin fəaliyyəti dayandırılmışdır. Bir müddətdən sonra isə həmin ərazi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsq Çigəli oğlu tərəfindən zəpt edilmiş, tikililər sökülmüş və orada yaşayış evi tikmişdir. Bununla bağlı uzun illər davam edən mübahisələr, çəkişmələrlə bağlı polis və prokurorluq orqanı tərəfindən aparılmış araşdırmalar zamanı, cavabdeh Qusar Bələdiyyəsi həmin yerin verilməsinə heç bir qarışacağının olmadığı və Qusar Bələdiyyəsində bununla bağlı hər hansı rəsmiləşmə aparılmadığı, sonuncunun adna sənəd verilmədiyinə, həmin ünvanda özbaşına tikilmiş fərdi yaşayış evinə çıxarış Daşınmaz Əmlakın Reyestrində bələdiyyədən kənar verildiyinə israr edərək durmuşdur. Lakin mübahisə ilə bağlı son olaraq polisdə aparılan araşdırma sonucunda əldə edilmiş arxiv sənədlərindən müəyyən edilmişdir ki, adı çəkilən torpaq sahəsi məhz Qusar Bələdiyyəsinin qərarı əsasında, boş torpaq sahəsi kimi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs satılmışdır. Bu da sonuncuya “Günel” kooperativinə məxsus əmlakın ələ keçirilməsinə əsas verilməsinə yol açmış, nəticədə kooperativin əmlakı talanıb, məhv edilmişdir. Belə ki, kooperativə aid 0,016 ha. torpaq sahəsi də daxil edilməklə 0,03 ha. torpaq sahəsi, Qusar bələdiyyəsinin ##.##.2000-ci il tarixli */*-* nömrəli qərarına əsasən fərdi yaşayış evi tikmək üçün İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs satılmışdır. Nəticədə sonuncu kooperativə məxsus tikililəri sökmüş və orada yaşayış evi tikmişdir. Göründüyü kimi adı çəkilən ünvanda yerləşən və üzərində kooperativə məxsus tikilinin mövcud olduğu 160 kv.m. sahəni əhatə etməklə, 300 kv.m. torpaq sahəsinin özgəsinə satılması ilə bağlı Qusar şəhər Bələdiyyəsi tərəfindən qərar qəbul edilməsi və onunla bağlı digər sənədləşmənin aparılması aşkar şəkildə, özgəsinin əmlak hüquqlarına müdaxilə ilə müşahidə olunan qanuna zidd hərəkətlərdir. Ona görə cavabdeh bələdiyyəyə müraciət edilərək, “Günel” şərq şirniyyatının hazırlanması kooperativinə məxsus və qanuni istifadəsində olmuş Qusar şəhəri, Sülh küçəsi və Staxanov (yeni qaydalarla Ərəblinski) küçələrinin kəsişdiyi ərazidə yerləşən 160 kv.m. torpaq sahəsinin əhatə edilməklə 0,03 ha torpaq sahəsinin fərdi yaşayış evi tikmək üçün İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs satılmasına dair Qusar şəhər bələdiyyəsinin ##.##.2000-ci il tarixli */*-* nömrəli qərarının ləğv edilməsi və Qusar Bələdiyyəsinin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiz ziyanın əvəzi 282.000 manat məbləğin kooperativin xeyrinə ödənilməsi xahiş edilmişdir. Lakin qeyd olunan məsələ ilə bağlı Qusar bələdiyyəsindən müsbət cavab verilməmiş, imtina olunmuşdur. Halbuki, Qusar şəhəri, Sülh küçəsində yerləşən “Giinel” kooperativinə məxsus 160 kv.m. torpaq sahəsinin əhatə edilməklə 0,03 ha torpaq sahəsinin fərdi yaşayış evi tikmək üçün İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs satılmasına dair Qusar bələdiyyəsinin ##.##.2000-ci il tarixli */*-* nömrəli qərarın qəbul edilməsi və torpaq sahəsinin ona təhvil verilməsi ilə bağlı bələdiyyənin hərəkətləri qanunsuz olduğu cavabdehin özünə də bəllidir. Belə ki, Qusar şəhəri, Sülh küçəsində yerləşən 0,03 ha. torpaq sahəsi, Qusar şəhər bələdiyyəsinin ##.##.2000-ci il tarixli */*-* nömrəli qərarına əsasən məhz fərdi yaşayış evi tikmək üçün İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs satılmışdır. Cavabdehin qərarı ilə satılmış qeyd olunan torpaq sahəsi Qusar şəhər XDS lcrayyə Komitəsinin ##.##.1989-cu il tarixli, ** saylı qərarı ilə “Günel ” şərq şirniyyatının hazırlanması kooperativinə ayrılmış 160 kvm. torpaq sahəsi ilə üst-üstə düşən sahəsidir və bu Qusar Bələdiyyəsinə bəlli idi. Qusar Bələdiyyəsi tərəfindən tərtib edilmiş və möhürü ilə təsdiqlənmiş ## ### 2000-ci il tarixli Aktda həmin ünvanda torpaq sahəsinin boş olduğu və söküləsi əmlak olmadığı qeyd edilməklə, rəy verilmişdir. Halbuki, aktin tərtib edildiyi qeyd olunan müddətdə, həmin ünvanda kooperativ fəaliyyətdə olmuşdur. Adı çəkilən əmlaka iddiaçılara aid olunan mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, həmin ərazi qanuni əsaslarla iddiaçılara verilmiş, uzun müddətdə qanuni sahibliyində olmuş və onlar tərəfindən iradsız istifadə olunmuşdur. Aşkar məsələdir ki, adı çəkilən ərazi - torpaq sahəsinə iddiaçıların hüququ qanuna uyğun adına verilmiş qərar əsasında əmələ gəlmişdir və ona təhvil verildiyindən, üzərindəki əmlaklar isə inşa edildiyi andan sahibliyindədir. Bununla da idiaçıların həmin əmlaklara yalnız özgəninkiləşdirilməsə ilə bağlı sərəncam vermə hüququndan başqa bütün hüququlara malik olduğu mübahisəsizdir. Cavabdehin qanunsuz qərar qəbul edilməsi ilə iddiaçı həm ona aid torpaq sahəsindən məhrum edilmiş, tikililəri, istehsal avadanlıq və ləvazimatları məhv edilmiş və həm də bu müddət ərzində fəaliyyətlərinin davam edə bilmədiklərindən gəlirləri əldən çıxmışdır. Hazırkı bazarda müəyyən edilən qiymətlər baxımından məhv edilmiş iddiaçılara məxsus qeyriyaşayış binasının dəyəri 160.000 manat, avadanlıqların qiyməti 40.000 manat, ləvazimatların dəyəri 10.000 manat cəmi 210.000 manat olmuşdur. Şirniyyat sexlərinin aylıq gəlirlərinə nisbətdə mənfəətləri minimum 2.000 manat hesabı ilə son 3 il ərzində əldən çıxmış mənfəət 72.000 manat olmaqla, vurulmuş ziyanın məbləği ümumilikdə 282.000 manat təşkil edir. Qərarın ləğv edilməsi nəticəsində torpaq sahəsinin kooperativə qayıdacağı ilə yanaşı qeyd olunan ziyan məbləği də cavabdehdən tələb olunmalıdır. Cavabdeh mülahizəsində qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, qeyd etdiyiniz 0.03 ha torpaq sahəsi Qusar şəhər sakini İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Qusar şəhər Bələdiyyəsinin ##.##.2000-ci il tarixli, */*-* nömrəli qərarı əsasında qanunvericiliyə uyğun qaydada satılmış, həmin torpaq sahəsi üzrə çıxarış (mülkiyyət hüququna dair dövlət qeydiyyatı haqqında şəhadətnamə) verilmiş və mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. Mövcud qanunvericiliyə əsasən, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1 və 180.1-ci maddələrinə, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7-ci maddəsinə görə, daşınmaz əmlaka dair mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra onun ləğv edilməsi və ya etibarsız hesab edilməsi yalnız məhkəmə qərarı əsasında mümkündür. Bu səbəbdən, Qusar şəhər Bələdiyyəsinin mülkiyyət hüququnu və ya çıxarışı ləğv etmək səlahiyyəti yoxdur və belə bir qərarın qəbul edilməsi qanunla qadağandır. Eyni zamanda, ərizədə göstərilən 282.000 (iki yüz səksən iki min) manat məbləğində ziyanın bələdiyyə tərəfindən ödənilməsi barədə tələb hüquqi əsasdan məhrumdur, çünki

1. zərərin bələdiyyənin hərəkətləri nəticəsində yaranması barədə heç bir hüquqi və ya faktiki sübut təqdim edilməmişdir,

2. Zərərin məbləği və hesablanma qaydası rəsmi sənədlərlə əsaslandırılmamışdır,

3. Qeyd olunan məsələlər yalnız məhkəmə tərəfindən araşdırıla bilər və bələdiyyənin səlahiyyətlərinə aid deyil. Bundan əlavə, 2000-ci ildə qəbul edilmiş qərar və mülkiyyət hüququnun reyestr qeydiyyatının üzərindən uzun müddət keçdiyindən, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, belə tələblərlə bağlı müraciət müddəti çoxdan bitmişdir və bu hal tələbin hüquqi qüvvəsini istisna edir. Yuxarıda göstərilənlərə əsasən bildirilir ki, - Qusar şəhər Bələdiyyəsinin ##.##.2000-ci il tarixli, */*-* nömrəli qərarının ləğv edilməsi qanunla mümkün deyil; - 282.000 manat məbləğində ziyanın ödənilməsi barədə tələb hüquqi əsasa malik olmadığından təmin edilə bilməz.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Könül Həbibova). Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayət olunan qərardadı qəbul edilməsinə səbəb məhkəmənin iddiaçının mübahisələndirilən Qusar rayon Balədiyyəsinin ##.##.2000-ci il tarixli */*-* nömrəli qərarının varlığından 2002-ci ildən xəbəri olduğu qənaətinə gəlməsi olmuş və bunun da əsası kimi ona istinad etmişdir ki, "... iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında mübahisələndirilən qərardan 2002-ci ildən məlumatı olduğunu bildirmişdir. Ilkin olaraq qeyd edilməlidir ki, iddiaçının nümayəndəsini məhkəmə iclasında izahatında belə bir fikir söyləməmişdir və söyləyə də bilməzdi. Çünki bu fikir məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmununa uyğun deyildir. Onun məhkəmədə söylədikləri, özü tərəfindən imzalanmış iddia ərizəsində yazdıqlarını təkrarlamaqla, iddianın məzmunu ilə eyni olmuşdur. Belə ki, iddia ərizəsində mübahisələrndirilən qərarın mövcudluğu, barəsində xəbərdar olduğu müddət, qərarın əldə edilməsi və hazırkı iddia ilə müraciətin müddət baxımından hüquqi əsasları ilə bağlı iddia ərizəsində aşağıdakılar qeyd olunur. Hazırkı iddia ilə mübahisələndirilən Qusar Bələdiyyəsinin ##.##.2000-ci il tarixli,*/*-* nömrəli Qərarla bağlı müraciətlərə həmin bələdiyyə tərəfindən müxtəlif geyri aidiyyətli cavablardan o cümlədə ##.##.2025-ci il tarixli, M-*** nömrəli cavab məktubu ilə əlaqədar Bələdiyyə sədrinin qəbulundan sonra eyni tarixli və eyni nömrəli, aidiyyəti məzmunlu imtina məktubu verilmişdir. Həmin imtina məktubu kooperativin ünvanına ##.##.2025ci il tarixdə çatdırılmışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 32-ci maddəsinə əsasən hazırkı iddia tələbi inzibati orqan tərəfindən qəbul edilmiş qərarın ləğvinə yönəldiyindən mübahisələndirmə haqqında iddiadır. Həmin Məcəllənin 38.1-ci maddəinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bu baxımdan mübahisələndirilən qərardan şikayət vermə müddətinin axımı ##.##.2025-ci il tarixdən başlanmış, ##.##.2025-ci il tarixdə bitdiyi hesabı ilə iddia vaxtında verilmiş hesab olunur. Eyni zamanda mübahisələndirilən Qusar rayon Balədiyy əsinin ##.##.2000-ci il tarixli */*-* nömrəli qərarının varlığından uzun müddət məlumatlı olmadığının səbələri nədən irəli gəldiyi dəlilləri iddia ərizəsində aşağıdakı kimi qeyd olunur. 2002-ci ildə kooperativin sədrin (Əsədıılla Musayev) ağır xəstələnməsi ilə bağlı, Bakı şəhərinəaparıldığından, kooperativin fəaliyyəti dayandırılmışdır. Bir müddətdən sonra isə həmin ərazi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsÇigəli oğlu tərəfindən zəpt edilmiş, tikililər sökülmüş və orada yaşayış evi tikmişdir. Bununla bağlı uzun illər davam edən mübahisələr, çəkilşmələrlə bağlı polis və prokurorluq orqanı tərəfindən aparılmış araşdırmalar zamanı, cavabdeh Qusar Bələdiyyəsi həmin yerin verilməsinə heç bir qarışacağının olmadığı və bununla bağlı hər hansı rəsmiləşmə apanlmadığı, sonuncunun adına sənəd verilmədiyinə, həmin ünvanda özbaşına tikilmiş fərdi yaşayış evinə çıxarış Daşınmaz Əmlakın Reyestrində bələdiyyədən kənar verildiyinə israr edərək durmuşdur. Lakin mübahisə ilə bağlı son olaraq polisdə aparılan araşdırma sonuncunda əldə edilmiş arxiv sənədlərindən müəyyən edilmişdir ki, adı çəkilən torpaq sahəsi məhz Qusar Bələdiyyəsinin qərarı əsasında, boş torpaq sahəsi kimi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs satılmışdır. Bu da sonuncuya "Günel" kooperativinə məxsus əmlakın ələ keçirilməsinə əsas verilməsinə yol açmış, nəticədə kooperativin əmlakı talanıb, məhv edilmişdir. Ona görə də məhkəmənin qeyd etdiyi 2002-ci ildə miibahisələndirilən qərarından iddiaçının məlumatı ola bilməzdi və həmin qərarın ona təqdim edildiyi barədə sübut mövcud deyildir və ya ona təqdim edilmiş hesab edilə bilməz. Məhkəmə (hakim) nəzərə almalı idi ki, iddiaçı tərəfindən qərarın ləğvi üçün müraciəti cavabdeh tərəfindən baxılmış və ##.##.2025-ci il tarixli, M-*** nömrəli cavab məktubu ilə imtina verilmişdir. Həmin imtina məktubu kooperativin ünvanına ##.##.2025-ci il tarixdə çatdırılmışdır və həmin məktuba mübahisələndirilən qərar və onunla bağlı sənədlər əlavə edilmişdir. Bununla da Inzibati prosessualın tələbinə əsasən, miibahisələndirilən həmin qərarda şikayət vermə müddətinin axımının ##.##.2025-ci il tarixdən başlandığı bəllidir və iddia ərizəsi 30 giin müddətində vaxtında verilmiş hesab edilməlidir. Iddia ərizəsində qeyd olunanların təsdiqinə dair mənbəyi məlum və miibahisələndirilməyən sənədli sübutlar təqdim edilmişdir. Lakin möhkəmə mümkünlük məsələsinə baxarkən, müddət axımını iddia ilə birlikdə məhkəməyə təqdim edilmiş dəlillərlə aydınlaşdırmamış, iddiaçı tərəfin bələdiyyənin miibahisələndirilən qərarından 2002-ci ildən məlumatlı olduğunu qənaəti ilə çıxış etmiş və bunun əsası kimi iddiaçının nümayəndəsinin olmayn izahatına istinad etmişdir.

b) Cavabdeh məhkəməyə ##.##.2026-cı il tarixli məktub ünvanlayaraq qeyd olunan inzibati iş üzrə apellyasiya şikayətinə baxılarkən nümayəndəsinin məhkəmə iclasında iştirak etməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iş üzrə qəbul ediləcək qərarın verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, eyni zamanda iş üzrə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq qanuni və əsaslandırılmış qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər, cavabdeh isə nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

“Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. IPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

7. Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. Iddia mümkün sayılmadıqda məhkəmə IPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

“Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: IPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 12. Işin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkün hesab etməmiş və qərarını aşağıdakı kimi əsaslandırmışdır: Iş materiallarına əlavə edilmiş Qusar şəhər X7 Icraiyyə Komitəsinin ## #### 1989-cu il tarixli, ** nömrəli qərarından görünür ki, Qusar rayon ictimai iaşə müəssisələri birliyi nəzdində “Günel” adlı Şərq şirniyyat hazırlanması kooperativinin yaradılması üçün şəhərin Staxanov və Sülh küçələrin kəsişdiyi sahədə 160 kv.m torpaq sahəsi ayrılmışdır. Iş materiallarına əlavə edilmiş X3 filialının ## #### 2023-cü il tarixli, *-**-DA-*F/*-***- **/**** nömrəli arxiv çıxarışından görünür ki, Qusar bələdiyyəsinin # #### 2000-ci il tarixli, * saylı iclas protokolu ilə Qusar şəhər sakini X6 şəhərin baş planına uyğun olaraq, Qusar şəhəri, Ərəblinski küçəsində 0,03 ha torpaq sahəsi fərdi ev tikmək üçün xüsusi həyətyanı məqsədilə satılması qərara alınmışdır. Belə ki, hazırkı iddia tələbi Qusar rayonu Qusar bələdiyyəsinin # #### 2000-ci il tarixli, * saylı qərarının ləğv edilməsi ilə bağlıdır. Işin mübahisə olunmayan halı kimi görünür ki, üçüncü şəxs iddiaçının iddia etdiyi torpaq sahəsində Qusar bələdiyyəsinin # #### 2000-ci il tarixli qərarından sonra ev tikərək yaşayır. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya müddətə istinad edərək iddianı mümkün saymamaqda düzgün nəticəyə gəlmişdir. Inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “Inzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə inzibati idarəçilikdə hüquqi müəyyənliyi və sabitliyi, eləcə də mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə iddia qaldırmaq səlahiyyətinə (Inzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (Inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Iddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Iddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.Idrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının # ###### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2015-ci il tarixli qərarı)”. IPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Birinci instansiya məhkəməsi qərarında qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin # ####### 2023-cü il tarixli, 2-1 (102)- ****/**** nömrəli qərarına əsasən “...Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il # ######## tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il ## #### tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, # ###### 2011- ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 38.1ci maddəsi ilə tənzimlənir.

31. 2000-ci il # ######## tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il ## #### tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 0# ###### 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 0# ###### 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. ” Beləliklə, hər bir halda iddiaçı sözügedən qərarın mübahisələndirilməsi imkanını # ###### 2011-ci il tarixədək itirmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsini nəzərə alanda hazırkı iş üzrə yuxarıda qeyd edilən əsaslarla iddia müddətinin tətbiqi yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində bildirir ki, iddiaçı tərəfindən qərarın ləğvi üçün müraciəti cavabdeh tərəfindən baxılmış və ##.##.2025-ci il tarixli, M-*** nömrəli cavab məktubu ilə imtina verilmişdir. Həmin imtina məktubu kooperativin ünvanına ##.##.2025-ci il tarixdə çatdırılmışdır və həmin məktuba mübahisələndirilən qərar və onunla bağlı sənədlər əlavə edilmişdir. Bununla da Inzibati prosessualın tələbinə əsasən, miibahisələndirilən həmin qərarda şikayət vermə müddətinin axımının ##.##.2025-ci il tarixdən başlandığı bəllidir və iddia ərizəsi 30 giin müddətində vaxtında verilmiş hesab edilməlidi. Birinci instansiya məhkəməsi isə qərarında iddiaçının izahatını aşağıdakı kimi qeyd edir ki, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək, iddianın mümkün hesab edilməsini xahiş etmiş, həmçinin kooperativ üçün ayrılmış torpaq sahəsini təyinatı üzrə istifadə etdiyini, daha sonra 1999-cu ildə ərinin səhhəti ilə bağlı Bakı şəhərinə köçdüyünü, iki il Qusar şəhərinə qayıda bilmədiyini, daha sonra torpaq sahəsinin digər şəxsə satıldığını, kooperativinin söküldüyünü, onun yerində evin tikildiyini, mübahisələndirilən qərardan iki ildən sonra, yəni 2002-ci il tarixdə məlumatlı olduğunu, prokurorluq, polis orqanlarına etdiyi şikayətlərin heç birinin nəticəsi olmadığını bildirmişdir. Məhkəmə iclasının audio-video yazısından görünür ki, birinci instansiya məhkəməsi iddiaçının izahatını düzgün qeyd etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Kollegiya hesab edir ki, iddiaçının mübahisələndirdiyi qərarın qəbulundan 25 ilə yaxın vaxtin keçməsi və iddia etdiyi torpaq sahəsi üzərində digər bir şəxsin bu qədər uzun müddət ərzində ev tikib yaşaması onun öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxt baxımından iddia müddəti tətbiqi əsası yaradır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən əsaslar eyni zamanda kompensasiya tələbinidə istisna edir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının hüquqmüəyyənedici sənədlərində müvafiq koordinatlar gostərilməmişdir, eyni zamanda iddia etdiyi torpaq sahəsidə faktiki istifadəsində deyil. Bu halda iddiaçının iddia etdiy torpaq sahəsinə subyektiv hüququnun olduğu iş materiallarından görsənmir. Lakin kollegiya hər bir halda iddia mümkün hesab edilmədiyi üçün bununla bağlı əlavə araşdırma aparmağa zərurət görməmişdir. Beləliklə işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar