Məhkəmə qərarları › İş №2-1(3-8)-51/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-51/2026

03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-51/2026 03.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 2-1(118)-6678/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən verilmiş 3-21-3-41/2-Ç-00018/2025 saylı, 30 iyun 2025-ci il tarixli imtina aktı ləğv olunmaqla ona qanunla müəyyən edilmiş qaydada verilmiş 0,04 ha həyətyanı torpaq sahəsi üçün çıxarış verilməsi barədə iddia tələbimin təmin edilməsini və bu öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh, prossesual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 09 saylı qərarı ilə İddiaçı həyətyanı məqsədilə ayrılmış 0,04 ha torpaq sahəsinə Çıxarış verilməsinə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən maneə yaradıldığı üçün inzibati icraat qaydasında məhkəməyə müraciət etmişdir. Müqavilənamədən görünür ki, qanunla müəyyən edilmiş qaydada X3 verilmiş 400 kv.m torpaq sahəsi 25 x 16 m olmaqla orada ev tikdirməyinə icazə verilmişdir. AZ- İ № 170085 nömrəli, xx.xx.2005-ci il tarixli nikah şəhadətnaməsindən görünür ki, ailə qurduqdan sonra soyadı "Yolçiyeva” dəyişdirələrək “Çobanova” olmuşdur. X12 Filialından verilmiş 348-1 117-2- Ç-98-39-25 saylı, 06 may 2025-ci il tarixli Arxiv Çıxarışından görünür ki, Şamaxı Rayon XDS İcraiyyə Komitəsinin 31 may 1991-ci il tarixdə 09 saylı iclas protokolunda yazılmışdır ki, Şamaxı şəhəri, Zeynalov küçəsi 3 nömrəli evdə yaşayan xx.xx.1991-ci il tarixdə sənəd təqdim edən, Şamaxı Rayon 13 nömrəli Çörək zavodunda fəhlə işləyən X3 şəhərin 10 nömrəli məhəlləsindən 400 kv.m həyətyanı torpaq sahəsi təhkim edilmiş və həmin sahədə Arxitektura şöbəsinin hazırladığı fərdi layihə əsasında yaşayış sahəsi 71 kv.m, ümumi sahəsi 107.7 kv.m-dən ibarət 1 mərtəbəli 4 otaqlı yaşayış evi tikməyə icazə verilməsi qərara alımnaşdır. İddiaçı həyətyanı məqsədlə ayrılmış 0.04 ha torpaq sahəsinə Çıxarış verilməsi üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsindən verilmiş 3- 21-3-41/2-Ç-0001-8/2025 saylı, 30 iyun 2025-ci il tarixli imtina aktından görünür ki, ona Şamaxı şəhəri, 10 saylı məhəllədə yerləşən Şamaxı XDS İcraiyyə Komitəsinin xx.xx.1991ci il tarixli, 09 saylı qərarı ilə yaxın qohumu İddiaçı həyətyanı məqsədlə ayrılmış 0,04 ha torpaq sahəsinə çıxarış verilməsindən imtina qərarı verilmişdir. Həmin imtina qərarında yazılmışdır ki, Şamaxı şəhəri, 10 saylı məhəllədə yerləşən Şamaxı XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 09 saylı qərarı ilə İddiaçı həyətyanı məqsədlə ayrılmış 0,04 ha torpaq sahəsinin yerləşdiyi ərazi baza məlumatlarına əsasən, kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid olmaqla, başqa şəxsə torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, məxsus olan torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin sözügedən torpaq sahəsinin Şamaxı XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 09 saylı qərarı ilə ayrılmasını təsdiq edən X12 Filialının məktubunda hüquq sahibinin X2 olması göstərilmiş və bu uyğunsuzluqla bağlı hər hansı bir sənəd təqdim olunmamışdır. Odur ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid edildiyinə, üzərində mübahisə olduğuna və hüquq sahibinin adında uyğunsuzluq olduğuna görə sözügedən torpaq sahəsinin üzərində İddiaçı adına çıxarış verilməsindən imtina olunması qərara alınmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlillər: Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək, Şamaxı şəhəri, 10 saylı məhəllədə yerləşən, Şamaxı XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 09 saylı qərarı ilə həyətyanı məqsədilə ayrılmış 0.04 ha torpaq sahəsinin üzərində mülkiyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılan zaman məlum olmuşdur ki, Şamaxı şəhəri, 10 saylı məhəllədə yerləşən, Şamaxı XDS İcraiyyə Komitəsinin ci il tarixli, 09 saylı qərarı ilə həyətyanı məqsədilə ayrılmış 0.04 ha torpaq sahəsinin yerləşdiyi ərazi baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid olmaqla, başqa şəxsə torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən məxsus olan torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin bildiririk ki, torpaq sahəsinin Şamaxı XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 09 saylı qərarı ilə ayrılmasını təsdiq edən X12 filialının məktubunda hüquq sahibinin X2 olması göstərilmiş və bu uyğunsuzluqla bağlı hər hansı bir sənəd təqdim olunmamışdır. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 12.4-cü bəndində qeyd olunmuşdur ki, kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada müvafiq İcra Hakimiyyəti orqanının qərarı ilə yol verilir. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid edildiyinə, üzərində mübahisə olduğuna və hüquq sahibinin adında uyğunsuzluq olduğuna görə, mülkiyyət hüquqlarının qeydiyyata alınması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Şamaxı rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 09 saylı iclas protoklundan çıxarışdan görünür ki, Şamaxı şəhəri, Zeynalov küçəsi 3№-li evdə Çörək zavodunda fəhlə işləyən X3 şəhərin 10 №-li məhəlləsindən 400 kv.m həyətyanı torpaq sahəsinin təhkim edilməsi və ona həmin sahədə Arxitektura şöbəsinin hazırladığı fərdi layihə əsasında yaşayış sahəsi 71 kv.m, ümumi sahəsi 107,7 kv.m ibarət 1 mərtəbəli 4 otaqlı yaşayış evi tikməyə icazə verilmişdir. Şamaxı DNK-da təsdiq edilmiş xx.xx.1993-cü il tarixli, 2M-52 reyestr nömrəli müqavilənamədən görünür ki, X3 verilmiş 400 kv.m torpaq sahəsi 25 x 16 m olmaqla orada ev tikdirməyinə icazə verilmişdir. AZ-İ 170085 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X4 və X5 xx.xx.2005-ci il tarixdə rəsmçi nikaha daxil olmuşdur. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-75-12/2-1056/2025 nömrəli arayışdan görünür ki, İddiaçı AZE № ******** saylı şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1962-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanda yaşayır. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-213-41/2-2906/2025 nömrəli məktubdan görünür ki, 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən Şamaxı şəhəri ərazisində yerləşən sözügedən torpaq sahəsinə dair tərtib olunmuş müayinə (baxış) aktında qeyd olunmuş koordinatlara əsaslanaraq torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına əsasən, mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırma aparılmışdır. İddiaçının nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsinə naturada baxış keçirilərək müayinə (baxış) aktı tərtib edilmişdir. Torpaq sahəsinə dair tərtib edilmiş müayinə (baxış) aktının surəti və torpaq sahəsinin faktiki yerləşməsinə dair ortofoto xəritəsindən çıxarış cavab məktubuna əlavə olunmuşdur. 14 saylı Şamaxı Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən, iddiaçının nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi 0,08 ha təşkil etməklə 0,0372 ha hissəsi **********0045 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə üstüstə düşür. Hansı hissədə üst-üstə düşməsi cavab məktubuna əlavə olunmuş ortofoto görüntüsündə öz əksini tapmışdır. **********0045 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq olunmuş surəti cavab məktubuna əlavə olunmuşdur. İddiaçının nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə çıxarışlar verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 2-1(118)-6678/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kənd təsərrüfatına yararlı torpaq sahələri yalnız icarəyə verilə bilər. Bu növ torpaqlar alqı-satqı obyekti ola bilməz. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətinin dəlillərini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik HüquqiŞəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş imtina məktubundagöstərilmişdir ki, guya iddiaçıya ayrılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid edildiyinə, üzərində mübahisə olduğuna və hüquq sahibinin adında uyğunsuzluq olduğuna görə, mülkiyyət hüquqlarının qeydiyyata alınması mümkün olmamışdır. Hesab edirəm ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün cavabdeh orqanın yuxarıda göstərdiyi səbəblərin heç biri qanuni və əsaslı deyildir. Cavabdeh orqanın imtinasında birinci əsas kimi göstərdiyi iddiaçıya ayrılmış torpaq sahəsinin kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid olmasına münasibət olaraq bildirirəm ki, əvvəla həmin torpaq sahəsi Şamaxı rayonXDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 09 saylı Qərarına əsasəniddiaçıya fərdi yaşayış evi tikməsi üçün ayrılmışdır. Bu o deməkdir ki, Qərarınözündə torpaq sahəsinin kateqoriyası artıq göstərilmişdir. X14 Məcələsinin 10-cu maddəsinin 5-ci bəndinə uyğundur. Həmin maddədə qeyd edilmişdir ki, torpağın kateqoriyaları həmin torpağın verilməsi barədə qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının həmin Qərarında əks olunur. Müvafiq Qərarla fərdi yaşayışevinin tikilməsi üçün iddiaçıya 400 kv.mtorpaq sahəsinin ayrılması, yəni torpağın ayrılması məqsədi və torpağın naturada yerləşdiyi ərazi birbaşa sübutedir ki, həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpağıdır. Həmin ərazidə ümumiyyətlə kəndtəsərrüfatı təyinatlı torpaq sahəsi yoxdur. Ərazidə yerləşən digər şəxslərməxsus olan torpaq sahələrinə nəzər yetirdikdə və həmin torpaq sahələri üzərində qonşulartərəfindən tikilmiş fərdi yaşayış evlərinə baxdıqa bir daha əmin oluruq ki, iddiaçıya məxsus torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpağıdır. Cavabdeh orqanın imtinasında ikinciəsas kim göstərdiyi iddiaçıya ayrılmış torpaq sahəsinin guya başaq şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi faktı barədə bildirirəm ki, məhkəmənin sorğusuna cavabdeh orqan tərəfindən verilmiş 01 avqust tarixli cavab məktubunda qeyd edilmişdir ki, başqa şəxsə torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən məxsus olan torpaq sahəsi ilə üst-üstə düşür. Lakin hansı sənədlər əsasında və hansışəxsə məxsus olan torpaq sahəsi ilə üst -üstə düşməsi dəqiq göstərilməmişdir. Məhkəmənin sorğusuna cavabdeh orqantərəfindən verilmiş 20 avqust tarixli cavab məktubunda qeyd edilmişdir ki, torpaq sahəsinin müayinə zamanı naturada sərhədlərinin müəyyən edilməməsi səbəbindən İddiaçıya ayrılmış 0,04 ha torpaq sahəsinin kim ilə və nə qədər hissəsinin üst-üstə düşməsi ilə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Cavabdeh orqanın imtinasında üçüncü əsas kim göstərdiyi iddiaçının adında olan uyğunsuzluqla bağlı bildirirəmki, həmin adda olan hərf səhvi iddiaçının təqsiri üzündən baş verməmiş, həmin anlaşılmazlıq məhkəmə tərəfindən aydınlaşdırılmışdır, belə ki, Şamaxı Rayonİcra Hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrənümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-75-12/2-1056/2025 nömrəli arayışdan görünür ki, İddiaçıilə X6 eyni şəxsdir və ünvanda eynidir. Beləliklə, Sumqayıt İnzibati Məhkəməsininxx.xx.2025-ci il tarixli, 2-1(118)-6678/2025 saylı Qərarı AzərbaycanRespublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinin, Mülki Məcəllənin139-cu və 139-1-ci maddələrinin, Torpaq Məcəlləsinin 9-cu, 10-cu, 12-ci və 18ci maddələrinin, “Daşınmazəmlakın dövlət reyestri haqqında” Qanunun 8-civə 15-ci maddələrinin, həmçinin İnzibati Prosessual Məcəllənin 58.1-ci,68.2-ci və 73.1-ci maddələrinin tələbinə ziddi olduğuna görə ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeniQərar qəbuledilməlidir b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı Şamaxı şəhəri, 10 saylı məhəllədə yerləşən, Şamaxı XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 09 saylı qərarı ilə həyətyanı məqsədilə ayrılmış 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatına nail olmaq istəyir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirir ki, torpaq sahəsinin yerləşdiyi ərazi baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid olmaqla, başqa şəxsə torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən məxsus olan torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin bildiririk ki, torpaq sahəsinin Şamaxı XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 09 saylı qərarı ilə ayrılmasını təsdiq edən X12 filialının məktubunda hüquq sahibinin X2 olması göstərilmiş və bu uyğunsuzluqla bağlı hər hansı bir sənəd təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, kənd təsərrüfatına yararlı torpaq sahələri yalnız icarəyə verilə bilər. Bu növ torpaqlar alqı-satqı obyekti ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3- 21-3-41/2-2906/2025 nömrəli məktubundan görünür ki, İdarədə mövcud olan elektron baza məlumatlarına əsasən iddiaçının nümayəndəsinin naturada (faktiki) göstərdiyi torpaq sahəsi 0,08 ha təşkil etməklə 0,0372 ha hissəsi **********0045 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə üst-üstə düşür. Hansı hissədə üst-üstə düşməsi cavab məktubuna əlavə olunmuş ortofoto görüntüsündə öz əksini tapmışdır. **********0045 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq olunmuş surəti cavab məktubuna əlavə olunmuşdur. İddiaçının nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə çıxarışlar verilməmişdir. Məhkəmə qeyd edir ki, indiki halda iddiaçıya münasibətdə torpaq sahəsinin ayrılmasına dar müvafiq XDS İcraiyyə Komitəsinin qərarı mövcud olsa da, torpaq sahəsinin yerini, onun hansı sahəfdən ayrılmasını müəyyən edən heç bir sənəd (yeruqruluşu planından çıxarış, plan-ölçü sənədi və s.) aşkar edilməmişdir. Göründüyü kimi, indiki halda iddiaçının adına torpaq sahəsinin ayrılmasına dair müvafiq sənədlər mövcud olsa da, məhz torpaq sahəsinin yerini müəyyən edən sənədlər mövcud deyildir, iddiaçı tərəfindən həmin ərazilərdə boş olan torpaq sahəsi faktiki göstərilsə də, özününün də torpaq sahəsinin yeri barədə dəqiq məlumatı yoxdur, müvafiq icra hakimiyyəti tərəfindən də həmin hala dair heç bir sənəd təqdim edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası onu qeyd edir ki, faktiki olaraq naturada yeri və kordinatları mövcud olmayan torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün deyildir. Belə ki, əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ilk növbədə həmin əmlakın mövcudluğu müəyyən edilməlidir. Mövcud olmayan əmlaka dair hüququn dövlət qeydiyyatına alınması gələcəkdə həmin qərarın icrasını mümkünsüz olmasına gətirib çıxardır ki, bu hal isə qanunvericiliyin tələbinə ziddir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin naturada yeri, mövcudluğu və sərhədləri müəyyən edilmədən (iddiaçı tərəfindən faktiki olaraq göstərilən torpaq sahəsinin vaxtilə ona ayrılmış torpaq sahəsi olduduğu müəyyən edilmədən) ona dair əmlak hüququnun dövlət qeydiyyatına alınması qanunvericilik normasının tələbi baxımından yolverilməzdir. Göründüyü kimi müvafiq XDS İcraiyyə Komitəsi qurumunun qərarı ilə iddiaçının adına torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsinin yerləşmə yerinə, kordinatlarına və yerləşmə sxeminə dair heç bir sənəd tərtib edilməmiş, hazırda da onun səlahiyyətlərini icra edən müvafiq icra hakimiyyəti tərəfindən belə bir sənəd tərtib edilməmiş, habelə arxivə təhvil verilməmişdir. Bu hal isə özlüyündə iddiaçının hüquqlarının pozulmasına və onun realizəsinə maneçilik yaradılmasına səbəb olur. Həmçinin məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş materialları ilə torpaq sahəsinin naturada mövcudluğu və konkret yerləşmə yeri müəyyən edilmədiyindən, həmin torpaq sahəsinin hüquqi rejiminə, o cümlədən kateqoriyasına (yaşayış məntəqələrinin torpağı və ya kənd təsərrüfatı təyinatlı torpaq olması məsələsinə) ayrıca hüquqi qiymət verilməsinə zərurət görülmür. Belə ki, torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmədən onun hansı torpaq kateqoriyasına aid olmasının mübahisələndirilməsi hüquqi baxımdan əhəmiyyətli nəticə doğura bilməz. Əmlak hüququnun dövlət qeydiyyatı konkret, fərdiləşdirilmiş və naturada mövcud olan obyektə münasibətdə mümkündür. Eyni qaydada, torpaq sahəsinin digər torpaq sahəsi ilə üst-üstə düşməsi barədə cavabdehin istinad etdiyi hal üzrə də məhkəmə kollegiyası hesab edir ki, naturada torpaq sahəsinin mövcudluğu və sərhədləri müəyyən edilmədiyi şəraitdə, onun hansı hissəsinin üst-üstə düşməsi və ya düşməməsi məsələsinin araşdırılmasına da zərurət yoxdur. Çünki ilkin olaraq hüquqi qeydiyyat obyekti kimi çıxış edə biləcək konkret torpaq sahəsinin mövcudluğu və hüdudları dəqiqləşdirilməlidir. Bu baxımdan, üst-üstə düşmədiyi iddia olunan qalan hissəyə ayrıca çıxarış verilməsi də mümkün deyildir. Torpaq sahəsinin naturada dəqiq yeri və sərhədləri müəyyən edilmədən onun hissələrə bölünərək hüquqi qeydiyyata alınması hüquqi müəyyənlik prinsipinə zidd olardı və gələcəkdə daha mürəkkəb mübahisələrin yaranmasına səbəb ola bilərdi. Beləliklə, torpaq sahəsinin naturada mövcudluğu və yerləşmə yerinin müəyyən edilməməsi hazırkı mübahisənin həlli üçün həlledici əhəmiyyət daşıyır və bu hal aradan qaldırılmadan nə torpaq sahəsinin kateqoriyası, nə də onun digər torpaq sahələri ilə üstüstə düşməsi məsələsi üzrə ayrıca hüquqi qiymətləndirmə aparılmasına əsas mövcud deyildir. Bir sözlə, iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquqi əsas mövcud deyildir. Digər tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Həmçinin məhkəmə kollegiyası iddiaçının diqqətinə çatdırır ki, iddiaçı sözügedən torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi ilə bağlı məsələnin həlli məqsədilə mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququna malikdir, habelə qeyd edilən məsələ öz həlini tapdıqdan sonra həmin torpaq sahəsinə dair əmlak hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq inzibati orqana müraciət etmək hüququna malikdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 2-1(118)-6678/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar