Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-510/2026 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, İddiaçı iddiaçı2 nümayəndəsi X1, İddiaçı Vəlizadə İradə Oqtay qızının, Üçüncü şəxs İsmayılova Nurlana Fərzullah qızının iştirakı ilə, İddiaçılar Vəlizadə İradə Oqtay qızı və iddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları JN-1157A KOD 30800118 seriyalı “Torpağın mülkiyyətə verilməsinı dair Şəhadətnamə”dən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli ** saylı qərarına əsasən, 0,08 ha torpaq sahəsi Vəlizadə İradə Oqtay qızı və iddiaçı2 ayrılmışdır. JN-1156A KOD 30800118 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli, ** saylı qərarına əsasən, 0,12 ha torpaq sahəsi X17, X2, X4 və X5 ayrılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında xxxx Xidməti tərəfindən verilən ************ reyestr nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,1042 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ X17, X2, X4 və X5 adına ##.##.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında xxxx Xidməti tərəfindən verilən ************ reyestr nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,036 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ X6 adına ##.##.2019-cu il tarixdə qeydiyyata alınmışdır. ##.##.2025-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, X6 məxsus 0,036 ha torpaq sahəsinə dair tərtib edilmişdir. Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışından görünür ki, Novxanı kənd inzibatı ərazi vahidi 04 №li Təsərrüfatbaşına kitabının 59-cu vərəqəsində Rariam Nadir qızının adma şəxsi *** №-li hesab açılmışdır. Həmin şəxsi hesab kitabında 1986-1990-ci illərin məlumatına görə: 1.X9 - ailə başçısı (1933-cü ildə anadan olması, azərbaycanlı); 2.X2 - oğlu (1958-ci ildə anadan olması, azərbaycanlı); 3.X7 - oğlu ( 1964-cü ildə anadan olması, azərbaycanlı); 4.X17 - gəlini (1965-ci ildə anadan olması, azərbaycanlı); 5.X4- nəvəsi (1989-cu ildə anadan olması, azərbaycanlı) gəlini olması göstərilmişdir. Bundan başqa, 1986-1990-cı illərin məlumatına görə X10 adına, 1986-ci ildə yaşayış evinin tikilməsi və ümumi torpaq sahəsi 0,19 ha, o cümlədən tikili altında 0,02 ha olması göstərilmişdir. Abşeron rayonu Novxanı bələdiyyəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, *** nömrəli məktubdan görünür ki, Novxanı kəndində aparılan aqrar islahatdan əvvəl, yəni (1999-cu ildən əvvəl) Vəlizadə İradə Oqtay qızının və ya valideynlərinin Novxanı kəndi, Ş.Qurbanov küçəsi, ev 21 ünvanında fərdi yaşayış evi tikmək üçün 0,10 hektar torpaq sahəsi olmuşdur. Abşeron rayonu Novxanı bələdiyyəsi tərəfindən X6 verilmiş ##.##.2025-ci il tarixli, ** nömrəli məktubdan görünür ki, valideynlərinin mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin və yaşayış evinin bir hissəsi 2017-ci ildə sökülərək 3,6 metr enində ümumi istifadədə olan yol açılmışdır. Həmin yoldan qonşuluqda yaşayan İsmayılova Nurlana Fərzullah qızı və onun ailə üzvləri istifadə edir. Onlar tərəfindən hasarın dibinə yığılan qırıq daşların oradan yığışdırılması və ümumi istiladənizdə olan yolun səliqəli saxlanılması vətəndaşa izah olundu. Vətəndaş da bundan sonra yolun səliqəli saxlanılması və hasarın dibində olan daş tullantıların oradan yığışdırılmasına söz verdi. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Novxanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışdan görünür ki, JN 1157A kodlu şəhadətnaməsi olan Novxanı kəndi, Şıxəli Qurbanov 21 ünvanında yerləşən, Vəlizadə İradə Oktay qızına məxsus 0,08 ha torpaq sahəsinin bir hissəsi 2017-ci ildən yola çevrilmişdir. Yola çevrilən həmin hissədə 2017-ci ilə kimi yaşayış sahəsi olmuşdur. Yola çevrilmiş hissənin qonşu Məmmədova Vüsalə İslam qızına məxsus torpaq sahəsi tərəfdən çəkilən hasar vətəndaş Vəlizadə İradə Oktay qızı tərəfindən tikdirilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Novxanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli arayışdan görünür ki, Novxanı kənd Ş.Qurbanov küşəsi 21-də yerləşən vətəndaş Vəlizadə İrada Oqtay qızına məxsus 2006-cı il tarixli JN-1157 A kod******** saylı şəhadətnaməyə əsasən, 0,08 ha torpaq sahəsində halhazırda yola çevrilmiş sahədə yaşayış evi mövcud idi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında xxxx Xidməti tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ Vəlizadə İrada Oqtay qızının və iddiaçı2 adına ##.##.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Abşeron rayon * saylı notariat ofisində təsdiq edilmiş ##.##.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Vəlizadə İradə Oqtay qızı və iddiaçı2 Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,036 ha torpaq sahəsini X6 bağışlamışdır. № ******** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Vəlizadə İrada Oqtay qızına məxsus 0,08 ha torpaq sahəsinə dair tərtib edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *- **-*-**/*-**/**** saylı məktubdan görünür ki, müayinə olunan torpaq sahəsinin ölçüsü 0,0412 ha, sənəd üzrə torpaq sahəsinin ölçüsü isə 0,036 ha təşkil edir. Həmçinin, alqı-satqıdan sonra 0.04 ha yerdə qalan olsa da 0,004 ha ümumi yol kimi azaldılmış, sənəd üzrə 0,036 ha torpaq sahəsinə dair çıxarış və plan ölçü sənədi verilmişdir. Qeyd olunan ərazidə dürüstləşmə işləri aparılmış, faktiki və sənəd arasında olan uyğunsuzluq aradan qaldırılımış, lakin məhkəmə mübahisəsinin olması səbəbindən qeyd olunan dürüstləşmə işləri ləğv edilmişdir. Abşeron Rayon Məhkəməsinin icraatında olan e-*(***)-**/**** nömrəli iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəsis rəyindən görünür ki, ************ reyestr nömrəli çıxarışla Valizadə İradə Oqtay qızının sənəd üzrə mülkiyyətində olmuş (##.##.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,08 ha) torpaq sahəsi ilə ************ reyestr nömrəli çıxarışla İsmayılova Nurlana Fərzulləh qızının sənəd üzrə mülkiyyətinə verilmiş (##.##.2022-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,04 ha) torpaq sahəsi tam olaraq üst-üstə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Dövlət reyestrindən ##.##.2022-ci il tarixli xxxxndə ************ reyestr nömrəli, 1622033423 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən, İsmayılova Nurlana Fərzullah qızının adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi sənəd uzrə 0.04 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə cavabdeh X6 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0,0037 ha (37 kv.metr) təşkil edir. Qeyd: ************ reyestr nömrəli çıxarışa əsasən İsmayılova Nurlana Fərzullah qızının faktiki istifadəsində olan torpaq sahəsi 0,04 ha, faktiki istifadəsində olan torpaq sahəsi 0,0435 ha təşkil edir. ************ nömrəli çıxarışa əsasən, X6 faktiki istifadəsində olan torpaq sahəsi isə 0,0412 ha təşkil edir. İsmayılova Nurlana Fərzullah qızının faktiki istifadəsində olan 0,0435 torpaq sahəsinin xüsusi mülkiyyətə verilmiş torpaq sahələri üst-üstə düşməyən hissəsi 0,0082 ha təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2023-cü il tarixli, *-**-**/*-**/**** nömrəli ekspert rəyindən görünür ki: Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli, *-**-*-**/*- *****/**** nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında xxxx Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında xxxxndən ##.##.2022-ci il tarixli xxxxndə ************ reyestr nömrəli, 1622033423 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən, İsmayılova Nurlana Fərzullah qızının adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi sənəd üzrə 0.04 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə iddiaçı İsmayılova Nurlana Fərzullah qızının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasındakı fərqin 0.0035 ha (35 kv.metr) təşkil etdiyi müəyyən olundu. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında xxxx Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında xxxxnin ##.##.2019-cu il tarixli ************ reyestr nömrə ilə qeydiyyat çıxarışına əsasən, X6 adına mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi sənəd üzrə 0.036 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə cavabdeh X6 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasındakı fərqin 0.0052 ha (52 kv.metr) təşkil etdiyi müəyyən olundu. Qərardadın ücüncü sualı üzrə: Mütəxəssis rəyinə əlavə olunmuş sxemə əsasən İsmayılova Nurlana Fərzullah qızının faktiki istifadəsinə 0,0435 ha, Vəlizadə İradə Oqtay qızının faktiki istifadəsində isə 0,0412 ha torpaq sahəsinin olduğu müəyyən olundu. Qərardadın dördüncü sualı üzrə: Qərardadın dördüncü sualının cavabı birinci və ikinci sualların cavabında öz əksini tapmışdır. Qərardadın beşinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında xxxx Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında xxxxndən ##.##.2022-ci il tarixli xxxxndə ************ reyestr nömrəli, 1622033423 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən, İsmayılova Nurlana Fərzullah qızının adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi sənəd üzrə 0.04 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatlarının cavabdeh X6 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsinin 0.0037 ha (37 kv.metr) təşkil etdiyi müəyyən olundu. Qərardadın altıncı sualı üzrə: Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakır Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında xxxxndən ##.##.2022-ci il tarixli xxxxndə ************ reyestr nömrəli, 1622033423 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən, İsmayılova Nurlana Fərzullah qızının adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi sənəd üzrə 0.04 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları iddiaçı İsmayılova Nurlana Fərzullah qızının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsinin 0.0351 ha, üst-üstə düşməyən hissəsinin isə 0.0049 ha təşkil etdiyi müəyyən olundu. Qərardadın yeddinci sualı üzrə: Mütəxəssis mütəxəssis rəyinə əsasən, İsmayılova Nurlana Fərzullah qızının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında xxxx Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında xxxxndən ##.##.2022-ci il tarixli xxxxndə ************ reyestr nömrəli, 1622033423 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən, İsmayılova Nurlana Fərzullah qızmın adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi sənəd üzrə 0.04 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən olundu. Qərardadın yeddinci sualı üzrə: Mütəxəssis mütəxəssis rəyinə əsasən, İsmayılova Nurlana Fərzullah qızının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında xxxx Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında xxxxndən ##.##.2022-ci il tarixli xxxxndə ************ reyestr nömrəli, 1622033423 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən, İsmayılova Nurlana Fərzullah qızmın adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi sənəd üzrə 0.04 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə üstüstə düşdüyü müəyyən olundu. Qərardadın səkkizinci, dokkuzuncu, onuncu və onbirinci sualları üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, ilkin hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsi 0.08 ha olduğu halda plan və ölçü sənədi koordinatlarına əsasən, texniki səhv olaraq 0.085 ha tərtib edilmişdir. Bölgü eskizində yalnız sənəd üzrə torpaq sahəsinin azalan hissəsi (40 kv.m) göstərilmişdir. Bölgü sxemi tərtib edilərkən plan və ölçüdə qeyd olunan texniki səhv (0.005 ha) ümumi istifadədə olan yol olaraq çıxılmış və texniki səhv aradan qaldırılmışdır. Hüquqmüəyyənedici sənədlərdən (0.08 ha torpaq sahəsindən) 40 kv.m hissəsi yol olaraq çıxıldığından bölgü eskizində yalnız 40 kv.m qeyd olunmuşdur. Qərardadın on ikinci sualı üzrə: Mütəxəssis rəyinə, baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi arasında olan sərhəd hasarında tamamilə dağılma müşahidə olunmadı. Həmçinin qeyd olunur ki, baxış zamanı iddiaçının bildirdiyinə, aparılan müşahidəyə və mülki iş materiallarında olan məlumatlara əsasən həmin hasarın 0,4 metr hündürlüyündə (2 cərgə) və 11 metr uzunluğunda hissəsi sökülmüşdür (faktiki izləri mövcuddur). Həmin sökülmüş hissənin bərpası üçün görülməli işlərin mövcud orta bazar qiymətinə uyğun dəyərinin 136 manat məbləğində olduğu müəyyən olundu. Qərardadın on üçüncü sualı üzrə: Mütəxəssis rəyinə, baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, Vəlizade İradə Oqtay qızına məxsus Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən fərdi yaşayış evinin dağıdılması müşahidə olunmamışdır, lakin fərdi yaşayış evinin divarında çatlar olduğu müşahidə olundu. Bununla bağlı qeyd olunur ki, fərdi yaşayış evində yaranmış çatlar üzrə müvafiq qurumun (FHN TTNDA) konstruktoru tərəfindən müayinə tədqiqat işləri aparıldıqdan və layihə smeta sənədləri hazırlandıqdan sonra fərdi yaşayış evinə dəymiş ziyanı müəyyən etmək mümkün olacaqdır. Qərardadın ondördüncü sualı üzrə: Mütəxəssis rəyinə, baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, Vəlizadə İradə Oqtay qızına məxsus Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən tərəflərin ortaq istifadələrində olan yola düşən divarda dağılma müşahidə olunmasa da, cavabdehin fərdi yaşayış evinin tərəflərin ortaq istifadələrində olan yola düşən xarici divarında çatlar müşahidə olundu, lakin həmin çatların hansı səbəbdən yaranmasmımn müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş *(***)-***/**** nömrəli iş üzrə ## ##### 2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli ekspert rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə: Baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, iddiaçının faktiki istifadəsində 412 m2 torpaq sahəsinin olduğu, mülkiyyətinə verilmiş torpaq sahəsindən (360 m2) 52 m2 kənara çıxdığı, kənara çıxılan 52 m2 torpaq sahəsinin 37 m2 hissəsinin üçüncü şəxs İsmayılova Nurlana Fərzullah qızının mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, üçüncü şəxs İsmayılova Nurlana Fərzullah faktiki istifadəsində 435 m2 torpaq sahəsinin olduğu, mülkiyyətinə verilmiş torpaq sahəsindən (400 m2) 35 m2 kənara çıxdığı müəyyən edilmişdir. Həmçinin qeyd olunur ki, faktiki istifadə olunan 435 m2 torpaq sahəsinin 351 m2 hissəsi onun mülkiyyətinə verilmiş torpaq sahəsidir. Yerdə qalan 49 m2 (400-351=49) torpaq sahəsinin 12 m2 hissəsi faktiki gediş-gəliş yolunda, 37 m2 hissəsi isə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Qərardadın üçüncü sualı üzrə: Qərardadın birinci və ikinci suallarının cavablarında qeyd olunanlara əsasən, iddiaçı və üçüncü şəxsin faktiki istifadələrində olan torpaq sahələrinin ##.##.2018-ci il tarixli bölgü eskizinə uyğun olmadığı müəyyən edilmişdir. Qərardadın dördüncü və beşinci sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx“ publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli *-**-*-**/*- ****/**** nömrəli mütəxəssis rəyinə əlavəyə əsasən qeyd olunur ki, bölgü sazişində qeyd olunan, bölgü eskizinə əsasən, ümumi yol iddiaçının (mütəxəssis rəyində texniki səhv olunmuş və “cavabdehin” olaraq qeyd olunmuşdur) sənəd üzrə mülkiyyətində olmasına baxmayaraq, sonradan 40 kv.metr hissəsi yol kimi azaldılmışdır. Faktiki gediş-gəliş yolunun 12 kv.metr hissəsi sənəd üzrə İsmayılova Nurlana Fərzullah qızının xüsusi mülkiyyətində, qalan hissəsi sənəd üzrə heç bir vətəndaşın xüsusi mülkiyyətində yerləşmir. Qeyd: İlkin hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsi 0.08 ha olduğu halda plan və ölçü sənədi koordinatlarına əsasən texniki səhv olaraq 0.085 ha tərtib edilmişdir. Bölgü eskizində yalnız sənəd üzrə torpaq sahəsinin azalan hissəsi (40 kv m) göstərilmişdir. Bölgü sxemi tərtib edilərkən plan və ölçüdə qeyd olunan texniki səhv (0.005 ha) ümumi istifadədə olan yol olaraq çıxılmış və texniki səhv aradan qaldırılmışdır. Hüquqmüəyyənedici sənədlərdən (0.08 ha torpaq sahəsindən) 40 kv m hissəsi yol olaraq çıxıldığından bölgü eskizində yalnız 40 kvm qeyd olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçılar Vəlizadə İradə Oqtay qızı və iddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,0158 ha torpaq sahəsi üzərində (* saylı Abşeron Ərazi İdarəsi tərəfindən özbaşına ümumi yol kimi ayrılmış və üzərində mülkiyyət hüququna xitam verilmiş 0.004 ha (40 kv.m) torpaq sahəsi də daxil olmaqla) Vəlizadə İradə Oqtay qızı və iddiaçı2 mülkiyyət hüquqlarının xxxxndə qeydiyyata alınmaqla müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Novxanı kəndində yerləşən 0,0082 ha valideyinlərdən miras qalan 3-cü şəxs İsmayılova Nurlana Fərzullah qızı tərəfindən zəbt olunmuş torpaq sahəsinə Vəlizadə İradə Oktay qızı və iddiaçı2 mülkiyyət hüquqlarının qeydə alınmaqla müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi İdarəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən, Cavabdeh publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən Cavabdeh publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,21 ha torpaq sahəsi (0,19 ha ümumi torpaq sahəsi və 0,02 ha torpaq sahəsi tikinti altında olan torpaq sahəsi) ailənin istifadəsində olmuşdur. Bu barədə Novxanı kəndi inzibati ərazi vahidi ** nömrəli Təsərrüfatbaşına kitabının 59-cu vərəqəsində müvafiq qeyd aparılmışdır. Bu halı təsdiq edən Abşeron rayon Dövlət Arxivinin ## ###### 2023-cü il tarixli arxiv arayışı iddia ərizəsinə əlavə edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin *** saylı, ## ###### 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “xxxx haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.3-cü bəndinə əsasən, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən, statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hesab edilir. 0,21 ha torpaq sahəsinin 0,10 ha hissəsi Vəlizadə iradə Oqtay qızı və X8 faktiki istifadə və sahibliyində olub. 0,1042 ha hissəsi isə X17, X2, X4 və X5 faktiki istifadə və sahibliyində olmuşdur. Bu barədə Abşeron rayon Novxanı Bələdiyyəsinin ## ###### 2023- cü il tarixli *** nömrəli arayışı iddia ərizəsinə əlavə edilmişdir. Buna baxmayaraq, Abşeron rayon Aqrar İslahat Komissiyasının ## ###### 1999-cu il tarixli, ** nömrəli qərarına əsasən, Vəlizadə İradə Oqtay qızı və iddiaçı2 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-****A saylı, 30800118 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilərkən torpaq sahəsinin ölçüsü 0,08 ha kimi qeyd edilmişdir. X17, X2, X4 və X5 adlarına isə həmin qərara əsasən eyni qurum tərəfindən verilmiş JN-****A saylı, 30800118 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də torpaq sahəsinin ölçüsü 0,12 ha kimi qeyd edilmişdir. Bunun səbəbi məlum olmasa da, əvvəl bu hala əhəmiyyət verməmişdir. Bundan sonra, X17, X2, X4 və X5 * saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, JN-****A saylı, 30800118 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən, mülkiyyətlərində olan torpaq sahəsinə dair xxxxndən ## #### 2022-ci il tarixdə ************ reyestr nömrəli çıxarış almışlar, lakin bu çıxarışda torpaq sahəsinin ölçüsü 0,1042 ha kimi göstərilmişdir. Bunun səbəbi yuxarıda qeyd edilmişdir. Hətta Ərazi idarəsi qeyd olunan vətəndaşlardan torpaq sahəsinin ölçüsünün azalmasına razılıqları barədə notarial qaydada təsdiq edilmiş ərizə də alıblar. Göründüyü kimi, Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən adına torpaq sahəsi ayrılan zaman torpaq sahələrinin ölçüsü səhv göstərilmişdir. Daha doğrusu, Vəlizadə İradə Oqtay qızı və iddiaçı2 adına ayrılmalı olan 0,02 ha (faktiki qalan torpaq sahəsi 0,0158 ha) torpaq sahəsi yanlışlıqla X17, X2 Rüfət Azər oğlu və X5 adlarına ayrılmışdır. Məlumat üçün bildirilir ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə dair JN-****A saylı, 30800118 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən xxxxndən ## ###### 2014-cü il tarixdə ************ reyestr nömrəli çıxarış almışdır. Bundan sonra, həmin torpaq sahəsinin 0,04 ha hissəsini X24. Həmin özgəninkiləşdirilmiş torpaq sahəsinə giriş-çıxış yolu kimi Ərazi İdarəsi tərəfindən özbaşına 0,004 ha (40 kv.m) yolunun ayrılması müəyyən edilmiş, iddiaçıların razılığı olmadan həmin 0,004 ha (40 kv.m) torpaq sahəsi azaldılaraq yerdə qalan 0,036 ha torpaq sahəsinə dair iddiaçıların adına xxxxndən ************ reyestr nömrəli çıxarış verilmişdir. Xüsusi ilə qeyd edir ki, 0,004 ha (40 kv.m) torpaq sahəsi üzərində mülkiyyət hüququna heç bir əsas olmadan özbaşına xitam verilmişdir. Halbuki, mülkiyyət hüququna ya qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən və yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 204-cü maddəsinə (daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin xxxxndə qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə xxxxndə qeyd yazıldıqdan sonra məcburi qüvvə alır) müvafiq ərizə təqdim edildiyi təqdirdə xitam verilə bilərdi. Bu iki halın heç biri olmamışdır. Notarial qaydada təsdiq edilmiş bölgü sxemi Ərazi İdarəsi tərəfindən bəhanə kimi göstərilsə də, bu tam olaraq absurd bir əsasdır. Qeyd olunan bölgü sxemi iddiaçılar tərəfindən imzalanmamışdır. İddiaçıların adına verilmiş ************ reyestr nömrəli çxarışda torpaq sahəsinin ölçüsünün 0,036 ha kimi göstərilməsi ilə razı olmasalar da, narazılığa Ərazi İdarəsi tərəfindən əhəmiyyət verilməmişdir. Çoxsaylı şifahi müraciətləri cavabsız qalmışdır. Bundan sonra, iddiaçılar ************ reyestr nömrəli çxarışa əsasən, mülkiyyətlərində olan 0,036 ha torpaq sahəsini bağışlama müqaviləsinə əsasən ailə üzvü X6 adına özgəninkiləşdirmişdir. Torpaq sahəsi hal-hazırda X6 mülkiyyətindədir. Bu gün mövcud olan vəziyyətlə əlaqədar yaranmış zərurətdən üzərində mülkiyyət huquqları qeydiyyata alınmalı olan, lakin olunmamış yerdə qalan torpaq sahəsi üzərində mülkiyyət hüququnun xxxxndə qeydiyyata alınması üçün * saylı Abşeron Ərazi idarəsinə müraciət etmişdir. Lakin * saylı Abşeron Ərazi İdarəsinin ##.## 2025-ci il tarixli, *-**-*-**/*-V-****-*/**** saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. İddiaçılar hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı müraciət üzrə təqdim edilmiş ərizədə qeyd edilən məsələnin həlli idarənin səlahiyyəti xaricində olduğu və 0,02 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi müəyyən olunmuşdur. Üçüncü şəxs məhkəməyə ünvanladığı ərizəsində bildirmişdir ki, Vəlizadə İradə Oqtay qızının və iddiaçı2 bu tələbi tamamilə əsassız olmaqla hüquqdan süi-istifadə edərək ədaləti yanıltmağa, təhrif edilmiş məlumatlarla dövləti və onun qurumlarını aldatmağa nail olacağına ümid edərək haqsız qazanc əldə etməyə, öz paxıl niyyətlərinə nail olmağa yönəlmişdir. Belə ki, ##.##.2022-ci il tarixində tərəfindən Abşeron Rayon Məhkəməsində Vəlizadə ailəsinin üzvlərinə qarşı iddia qaldırılaraq onlar tərəfindən zəbt edilmiş üçüncü şəxsə məxsus torpaq sahəsinin onlardan alınaraq qaytarılması, Vəlizadə ailəsinin üzvləri - X6, Vəlizadə İradə Oqtay qızı, X1 və iddiaçı2 ona və yaşlı valideynlərinə qarşı nümayiş etdirdikləri özbaşınalıqlar, qərəzli hərəkətlərə son qoyulması, onlar tərəfindən yaradılmış onun və valideynlərinin öz mülkiyyətindən sərbəst istifadəsini məhdudlaşdırmağa yönəldilmiş maneələrin aradan qaldırılması, onların qanunsuz əməlləri və qərəzli hərəkətləri səbəbindən dəymiş maddi və mənəvi zərərin Vəlizadələr tərəfindən ödənilməsinin təmin olunması xahiş edilmişdir. Bundan sonra, Vəlizadələr məhkəmə prosesini yubatmaq və zəbt etdikləri torpaq sahəsini qaytarmaqdan yayınmaq üçün ##.##.2023cü il tarixində əsassız iddia ilə Sumqayıt İnzibati Məhkəməsində Cavabdeh Publik Hüquqi Şəxsinin * saylı Abşeron Ərazi İdarəsinə qarşı tələb irəli sürmüşlər. Abşeron Rayon Məhkəməsində Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəyi ilə üçüncü şəxsin bütün iddiaları öz təsdiqini tapdığı üçün, Vəlizadələrin bütün iddalarının isə əsassız olduğu ortaya çıxdığı üçün yekun məhkəmə qərarının icrasının təxirə salınmasına nail olmaq məqsədilə Abşeron Rayon Məhkəməsinə vəsatət verərək Sumqayıt İnzibati Məhkəməsində icraatda olan iş üzrə yekun məhkəmə aktı çıxanadək işin dayandırılmasını xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin ##.##.2024 tarixli, e-*(***)-**/**** nömrəli qərardadı ilə iş üzrə icraat Sumqayıt İnzibati Məhkəməsindəki iş üzrə üzrə yekun məhkəmə aktı çıxanadək dayandırılmışdır. Öncə qeyd olunan inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilərək Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024 tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı Vəlizadə İradə Oqtay qızı və X6 cavabdeh Cavabdeh * saylıAbşeron Ərazi İdarəsinə qarşı ##.##.2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizinə və onun əsasında verilmiş plan və ölçü sənədində düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasımümkün sayılmamışdır, lakin sonradan Sumqayıt Apellyasiya Məhkəməsinin *-*(***)- ***/**** nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilmiş, “birinci instansiya məhkəməsi iddiaçıya tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım etmədən iddianı mümkün saymışdır” qeydi ilə inzibati işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini qərara almışdır. Daha sonra, qeyd olunan inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilərək Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025 tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı Vəlizadə İradə Oqtay qızı və X6 cavabdeh Cavabdeh * saylı Abşeron Ərazi İdarəsinə qarşı ##.##.2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizinə və onun əsasında verilmiş plan və ölçü sənədində düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilmişdir. Vəlizadələr tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025 tarixli, 2-1(105)- ***/**** nömrəli qərarı ilə iddiaçı Vəlizadə İradə Oqtay qızı və X6 apellyasiya şikayəti təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar ##.##.2025 tarixində elektron kabinetə yerləşdirilmiş, ##.##.2025-ci il tarixində Vəlizadə İradə Oqtay qızı Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında “Dəftərxana” bölməsində qərarın kağız daşıyıcıda surətini şəxsən əldə etmiş, qərardan kassasiya şikayəti verilməsi üçün təyin olunmuş 1 (bir) ay müddət keçmiş, qərardan kassasiya şikayəti verilməmiş, beləliklə, ##.##.2025 tarixində qərar qanuni qüvvəsini almış, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli məktubu ilə iş baxıldıqdan sonra birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, hazırda bütün əsassız, şər-böhtan xarakterli iddialarının nəticəsiz qaldığını, bu və digər dövlət qurumlarına yalanlarla dolu, sübutu olmayan müraciətlərinin gözlədiyi nəticəni vermədiyini, paxıl və qərəzli niyyətinə nail olmadığını görən Vəlizadə İradə Oqtay qızı və iddiaçı2 bu dəfə yenidən söz oyunu oynayaraq Cavabdeh * saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq ərizəsində saxta, həqiqətə uyğun olmayan, təhrif edilmiş məlumatlar yazmaqla daha öncə Sevinc Turovskayaya satdığı, sonra da əlavə qazanc əldə etmək üçün həmin torpaq sahəsinin faktiki ölçülərinin sənəd üzrə ölçülərdən daha böyük olduğunu və həmin hissənin də yalnız mənə məxsus olduğunu bildirməklə dəyərindən xeyli baha qiymətə almağına vasitəçilik etdiyi torpaq sahəsini manipulyasiya edilmiş haqsız tələblərlə, Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, dələduzluq tərkibi ehtiva edən hərəkətlərlə yenidən əldə etməyə, həmçinin Abşeron Rayon Məhkəməsində iddiaçı olduğu işin icraatını dayandırmaq üçün əlində bəhanə yaratmaq məqsədilə hüquqdan süi-istifadəyə təkrar cəhd edir. Bütün yuxarıda qeyd olunan xüsusatların icmalı olaraq, məhkəmənin diqqətinə çatdırır ki, Vəlizadə İradə Oqtay qızı və iddiaçı2 barəsində iddia irəli sürdüyü torpaq sahəsi faktiki olaraq üçüncü şəxsə məxsusdur, onun sahibliyində və faktiki istifadəsindədir, həmin torpaq sahəsi ##.##.2018-ci il tarixindən etibarən Vəlizadə ailəsinin faktiki sahibliyindən, istifadəsindən və mülkiyyətindən çıxmışdır, həmin torpaq sahəsi məhz Vəlizadə ailəsinin özü tərəfindən öncə Sevinc Turovskayaya satılmışdır, sonra isə məhz iddiaçı2 vasitəçiliyi ilə həmin torpağın üçüncü şəxsə satılması təşkil edilmiş, Vəlizadə ailəsi heç bir formada həmin torpaq sahəsi üzərində haqq sahibi deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə İsmayılova Nurlana Fərzullah qızının üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçılara məxsus JN-****A saylı, 30800118 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də torpağın sahəsi 0,08 ha kimi qeyd edilmişdir. 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsi ##.##.2022-ci il tarixli xxxxndə ************ reyestr nömrəli, 1622033423 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən, İsmayılova Nurlana Fərzullah qızının adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. 0,08 ha torpaq sahəsinin 0,036 ha hissəsi isə ************ reyestr nömrəli çıxarış ilə X6 adına ##.##.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçıların mövcud tələbi isə 82 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının xxxxndə qeydiyyata alınmasından ibarətdir. Mübahisə predmeti olan 82 kv.m torpaq sahəsinin 0,004 ha (40 kv.m) hissəsi təsdiqlənmiş bölgü sazişində qeyd olunan bölgü eskizinə əsasən, hal-hazırda ümumi istifadədə olan yoldur. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025 tarixli, *-*(***)- ****/**** nömrəli qərardadı ilə iddiaçı Vəlizadə İradə Oqtay qızı və X6 cavabdeh Cavabdeh * saylı Abşeron Ərazi İdarəsinə qarşı ##.##.2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizinə və onun əsasında verilmiş plan və ölçü sənədində düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025 tarixli, 2-1(105)- ***/**** nömrəli qərarı ilə iddiaçı Vəlizadə İradə Oqtay qızı və X6 apellyasiya şikayəti təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmışdır. Qərardan kassasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Hazırki halda iddiaçı notariat qaydasında bağlanmış alqı- satqı müqaviləsinə əsasən ona satılması ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Qərarla razılaşmayan iddiaçılar həmin qərardad apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,21 ha torpaq sahəsi (0,19 ha ümumi torpaq sahəsi və 0,02 ha torpaq sahəsi tikinti altında olan torpaq sahəsi) ailənin (yəni İradə Vəlizadənin əri Oqtayın atasının və ailəsinin) istifadəsində olmuşdur. Bu barədə Novxanı kəndi inzibati ərazi vahidi ** nömrəli Təsərrüfatbaşına kitabının 59-cu vərəqəsində müvafiq qeyd aparılmışdır. Bu halı təsdiq edən Abşeron rayon Dövlət Arxivinin ## ###### 2023-cü il tarixli arxiv arayışı vardır. 0,21 ha torpaq sahəsinin 0,10 ha hissəsi Vəlizadə İradə Oqtay qızı və iddiaçı2 faktiki istifadə və sahibliyində olub. 0,1042 ha hissəsi isə X17, X2, X4 və X5 faktiki istifadə və sahibliyində olmuşdur. Bu barədə Abşeron rayon Novxanı Bələdiyyəsinin ## ###### 2023- cü il tarixli *** nömrəli arayışı vardır. Buna baxmayaraq, Abşeron rayon Aqrar İslahat Komissiyasının ## ###### 1999- cu il tarixli, ** nömrəli qərarına əsasən, Vəlizadə İradə Oqtay qızı və iddiaçı2 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN- ****A saylı, 30800118 kod nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" verilərkən torpaq sahəsinin ölçüsü 0,08 ha kimi qeyd edilmişdir. X17, X2, X4 və X5 adlarına isə həmin qərara əsasən eyni qurum tərəfindən verilmiş JN- ****A saylı, 30800118 kod nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"də torpaq sahəsinin ölçüsü 0,12 ha kimi qeyd edilmişdir. Bunun səbəbi məlum olmasa da, əvvəl bu hala əhəmiyyət verilməmişdir. Bundan sonra, X17, X2, X4 və X5 * saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, JN-****A saylı, 30800118 kod nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən, mülkiyyətlərində olan torpaq sahəsinə dair xxxxndə ## #### 2022-ci il tarixde ************ reyestr nömrəli çıxarış almışlar, lakin bu çıxarışda torpaq sahəsinin ölçüsü 0,1042 ha kimi göstərilmişdir. Ərazi idarəsi qeyd olunan vətəndaşlardan torpaq sahəsinin ölçüsünün azalmasına razılıqları barədə notarial qaydada təsdiq edilmiş ərizə almışlar. Göründüyü kimi, Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən adına torpaq sahəsi ayrılan zaman torpaq sahələrinin ölçüsü səhv göstərilmişdir. Daha doğrusu, Vəlizadə İradə torpaq sahəsi 0,0158 ha) torpaq sahəsi yanlışlıqla X17, Oqtay qızı və iddiaçı2 adına ayrılmalı olan 0,02 ha (faktiki qalan X2 Rüfət Azər oğlu və X5 adlarına ayrılmışdır. Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə dair JN-****A saylı, 30800118 kod nömrəli "Torpağın mülkiyyətə verilməsinə air Şəhadətnamə"yə əsasən xxxxndən ## ###### 2014-cü il tarixdə ************ reyestr nömrəli çıxarış almışdır. Bundan sonra, həmin torpaq sahəsinin 0,04 ha hissəsini X24. Həmin özgəninkiləşdirilmiş torpaq sahəsinə giriş-çıxış yolu kimi Ərazi İdarəsi tərəfindən özbaşına 0,004 ha (40 kv.m) yolunun ayrılması müəyyən edilmiş, iddiaçıların razılığı olmadan həmin 0,004 ha (40 kv.m) torpaq sahəsi azaldılaraq yerdə qalan 0,036 ha torpaq sahəsinə dair iddiaçıların adına xxxxndən ************ reyestr nömrəli çıxarış verilmişdir. 0,004 ha (40 kv.m) torpaq sahəsi üzərində mülkiyyət hüququna heç bir əsas olmadan özbaşına xitam verilmişdir. Notarial qaydada təsdiq edilmiş bölgü sxemi Ərazi İdarəsi tərəfindən bəhanə kimi göstərilsə də, bu tam olaraq absurd bir əsasdır. Qeyd olunan bölgü sxemi iddiaçılar tərəfindən imzalanmamışdır. İddiaçıların adına verilmiş ************ reyestr nömrəli çxarışda torpaq sahəsinin ölçüsünün 0,036 ha kimi göstərilməsi ilə razı olmasalar da, narazılığa Ərazi İdarəsi tərəfindən əhəmiyyət verilməmişdir. Çoxsaylı şifahi müraciətləri cavabsız qalmışdır. Bundan sonra, iddiaçılar ************ reyestr nömrəli çxarışa Əsasən, mülkiyyətlərində olan 0,036 ha torpaq sahəsini bağışlama müqaviləsinə əsasən ailə üzvü X6 adına özgəninkiləşdirmişdir. Torpaq sahəsi hal-hazırda X6 mülkiyyətindədir. Bu gün mövcud olan vəziyyətlə əlaqədar yaranmış zərurətdən, üzərində mülkiyyət huquqları qeydiyyata alınmalı olan, lakin olunmamış yerdə qalan torpaq sahəsi üzərində mülkiyyət hüququnun xxxxndə qeydiyyata alınması üçün * saylı Abşeron Ərazi idarəsinə müraciət etmiş, lakin * saylı Abşeron Ərazi İdarəsinin ##.## 2025ci il tarixli, 3-21-3- **/*-V-****-*/**** saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən isə cavabdehin bu imtinası və hərəkəti qanunsuz hesab edilməlidir. Qeyd edilməlidir ki, X17, X2, X4 və X5 adlarına verilmiş JN-****A saylı, 30800118 kod nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"də torpaq sahəsinin ölçüsü 0,12 ha kimi qeyd edilsə də, onların adlarına torpaq sahəsinə dair xxxxndə ## #### 2022-ci il tarixdə ************ reyestr nömrəli çıxarışdakı torpaq sahəsinin ölçüsü 0,1042 ha kimi göstərilmişdir. Qalan 0,0158 ha torpaq sahəsi elə əvvəldən iddiaçıların idtifadəində olmuş, lakin onların adlarına çıxarış verilərkən bu nəzərə alınmamışdır. İşə baxan məhkəmə bu hala da düzgün qiymət verməmişdir. Sadə hesablama yolu ilə müəyyən olunur ki, ilkin torpaq ayırma sənədində torpaq sahəsinin ümumi ölçüsü 0,21 ha olmuş, bunun 0,1042 ha hissəsinə dair X17, X2, X4 və X5, 0,036 ha hissəsinə dair Vəlizadə İradə Oqtay qızı və iddiaçı2 adına hüquq müəyyənedici sənəd verilmişdir. Bu torpaq sahəsinin 0,004 ha hissəsinin yola düşməsi nəzərə alınarsa, qalan 0,0658 ha torpaq sahəsinin (0,21-0,1042-0,036-0,004) taleyi məlum deyil. Bütün uyğunsuzluqları isə cavabdeh təşkilatın əməkdaşları etmişlər. Bu uyğunsuzluqların nəticəsi kimi, hazırda Nurlana adlı şəxs bizə qarşı zəbt edilmiş torpaq sahəsindən sahəsinin uzun illər bizim istifadəmizdə olması, ilkin torpaq ayırma sənədlərinə əsasən çıxarılma barədə iddia qaldırmışdır və iş məhkəm baxışındadır. 0,0658 ha torpaq ailəmizə məxsus olması faktı öz təsdiqini tapsa da, cavabdeh təşkilatın səriştəsizliyi və laqeydliyi ucbatından bundan kənar şəxs istifadə edir və bizə qarşı mülki qaydada iddia qaldırır. Bu isə yolverilməzdir. "xxxx haqqında" Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı gösterilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə "xxxx haqqında” Qanunun 8-ci maddəsində olan əsaslardan biri əlavə edilməlidir. Azərbaycan Respublikası Prezidentinin *** saylı, ## ###### 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "xxxx haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.3-cü bəndinə əsasən, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən, statusu dəyişdirilərək şəhərə (qəsəb y ) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hesab edilir. Məhkəmənin Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025 tarixli, 2-1(105)- ***/**** nömrəli qərarına istinad etməsi isə əsassızdır, çünki bu qərar yalnız ümumi istifadədə olan 0,004 ha torpaq sahəsinə münasibətdə preyudisial əhəmiyyətə malikdir, lakin yerdə qalan torpaq sahəsinə isə heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktin qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktin qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanunsuzluğu, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcud olmaması iş üzrə sübuta yetirilir (IPM-14.3). məhkəmə isə haqlı iddianı tamamilə rədd etmiş və bununla da qanunsuz nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə bir sıra kobud prosessual pozuntular da törətmişdir. Belə ki, iş üzrə bir sıra vəsatətlər versə də, hakim onları şifahi olaraq rədd etmiş, məhkəmə aktı çıxarmamış, bununla da həmin aktlardan şikayət vermək hüququ pozulmuşdur. Hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı hüquqlarının pozulması ilə nəticələnmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Vəlizadə İradə Oqtay qızı və iddiaçı2 nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs İsmayılova Nurlana Fərzullah qızı apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 66.2 Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada xxxxndə dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.1 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada xxxxndə aparılır. Maddə 67.3 Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “xxxx haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı xxxxndə (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol;[30] 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində,hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələr; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi Abşeron rayonu Novxanı kəndində yerləşən 0,0082 ha valideyinlərdən miras qalan 3-cü şəxs İsmayılova Nurlana Fərzullah qızı tərəfindən vicdansızca zəbt olunmuş torpaq sahəsinə Vəlizadə İradə Oktay qızı və iddiaçı2 mülkiyyət hüquqlarının xxxxndə qeydiyyata alınmaqla müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar mübahisələndirdikləri torpaq sahəsinin ailənin faktiki istifadəsində olduğunu, torpaq sahələrinin ilkin bölgüsü zamanı texniki səhvə yol verildiyini və nəticədə onlara məxsus olmalı olan 82 kv m torpaq sahəsinin dövlət qeydiyyatına alınmadığını bildirərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının cavabdeh inzibati orqanın üzərinə vəzifə kimi qoyulmasını xahiş etmişlər. Lakin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçıların istinad etdikləri JN-****A saylı şəhadətnamə ilə onlara ayrılmış torpaq sahəsinin ümumi ölçüsü 0,08 ha təşkil etmiş, həmin torpaq sahəsinin 0,04 ha hissəsi özgəninkiləşdirilərək digər şəxsin adına dövlət qeydiyyatına alınmış, qalan 0,036 ha hissə isə sonradan X6 adına xxxxndə qeydiyyata alınmışdır. İddiaçıların əlavə olaraq tələb etdikləri 82 kv m torpaq sahəsinə münasibətdə isə onların mülkiyyət hüququnun yaranmasını təsdiq edən, qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd mövcud deyildir. İddiaçılar tərəfindən təqdim olunmuş arxiv arayışları, təsərrüfatbaşına kitabdan çıxarışlar və s.iddiaçının ərinin valideynlərinə məxsus sənədlərdir və iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu yaradan əsas deyildir. Bundan başqa aqrar islahatları aparılan zaman sözügedən torpaq sahəsinin yalnız 0.08 ha hissəsi iddiaçıların qanuni istifadəsi hesab edilmiş və Abşeron rayon Aqrar islahat komissiyasının ##.##.1999-cu il tarixli ** nömrəli qərarı əsasında JN-1157A kod ******** nömrəli Torpağa mülkiyyət hüququna dair şəahdətnamə verilmişdir. Hazıradək iddiaçılar tərəfindən aqrar islahat komissiyasının qərarı və ya onun əsasında verilmiş şəhadətnamə mübahisələndirilməmişdir. Hazırda iddia predmeti olan 0.0082 ha torpaq sahəsi aqrar islahatı zamanı onlara əskik ayrıldığını iddia etdiyi 0.02 ha torpaq sahəsinə aiddir. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin bir hissəsi təsdiq edilmiş bölgü eskizinə əsasən ümumi istifadədə olan giriş-çıxış yolu kimi müəyyən olunmuşdur. Həmin bölgü eskizinin və ona əsasən tərtib edilmiş plan-ölçü sənədinin mübahisələndirilməsi ilə bağlı iddiaçılar tərəfindən əvvəllər qaldırılmış tələb üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin məhkəmə aktı ilə iddia tələbi rədd edilmiş və bu hal preyudisial əhəmiyyət daşıdığından hazırkı iş üzrə yenidən qiymətləndirilə bilməz. “xxxx haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı yalnız qanunla müəyyən edilmiş hüquqi əsaslar mövcud olduqda həyata keçirilə bilər. Həmin Qanunun 15.1.1-ci maddəsinə əsasən isə belə əsaslar olmadıqda dövlət qeydiyyatından imtina edilməsi qanuni hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın mübahisələndirilən imtinası qanunvericiliyin tələblərinə uyğun olmuş, iddiaçılar isə həmin imtinanın qanunsuzluğunu təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişlər. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassız olmasına dəlalət etmir və mahiyyət etibarilə birinci instansiya məhkəməsində araşdırılmış halların təkrar sadalanmasından ibarətdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.