Məhkəmə qərarları › İş №2-1(3-8)-512/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-512/2026

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-512/2026 22.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X6 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “X1 X2 tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli **/* saylı əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “X1 X2 tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli **/* saylı əmrin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1999-cu il tarixdə X9 X12 Azərbaycan Filialının “Mühəndis Iqtisadiyyatı və Idarəetmə” ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib ali təhsil barədə diplom aldığına görə ## ##### 1999-cu il tarixdən ** saylı əmrlə “X1”nə xxxx vəzifəsinə işə qəbul edilmişdir. Işlədiyi müddətdə heç bir nöqsana yol verməmiş və həmişə işinin öhdəsindən gəlmişdir. Buna görə də heç vaxt inzibati tənbeh və cəza almamışdır. Surətini bu ərizəyə daxil etdiyi, hətta ##.##.2023-cü il tarixli sənəddən görünür ki, ictimai işlərdə fəal iştirakına görə “Fəxri Fərman” la təltif olunmuşdur. Qeyd edir ki, 1999-cu ildən 2025-ci ilədək “X1” X2 işləmişdir. Lakin cavabdeh təşkilatın rəhbərliyinin bildirdiyinə görə “xxxx” ştatı ixtisara düşmüşdür. Odur ki, müəssisədə xidmətləri nəzərə alınmaqla aşağıdakı əsaslarla işdə saxlanılmalı idi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Göründüyü kimi Azərbaycan Respublikasında Əmək Qanunvericiliyi iddiaçının Cavabdeh müvafiq qaydada işdə saxlanılmağını mümkün edirdi.Lakin cavabdeh Cavabdeh direktoru AR Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndini nəzərə almaqdan imtina edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ## ##### 2025-ci il tarixdə **/* saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, cavabdehin imzaladığı ## ##### 2025-ci il tarixdə **/* saylı əmr əsassız olduğundan ləğv edilməli və mənim iddia tələbimin təmin edilməsi öhdəlik kimi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh etirazında qeyd edir ki, iddiaçı İddiaçı Yəhyazadə oğlu 1999- cu ildən başlayaraq şagird (tələbə) kontingenti sayından asılı olaraq müxtəlif işlərdə xxxx və təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. Sonuncu dəfə liseydə mövcud olan şagirdlərin sayı 250 (iki yüz əlli) nəfərdən az olduğuna görə təsərrüfat işləri üzrə direktor müavini ştatı ixtisar olduğu üçün ## ####### 2014-cü il tarixli 52N-li əmrlə xxxx vəzifəsinə keçirilmişdir. İddiaçı ixtisasına uyğun olaraq liseydə pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Onun üst-üstə 22 ilə yaxın pedaqoji stajı vardır. Liseydə fəaliyyətə başladığı ilk illərdə istehsalat təlimi ustası kimi də fəaliyyət göstərmişdir. xxxx kimi isə işində ciddi olmuş, idarəetmə prinsiplərinə uyğun fəaliyyət göstərməklə nəzarətində olan dövlət əmlakını yüksək məsuliyyətlə qoruyub saxlamaq kimi keyfiyyətlərə malikdir. Liseydə ictimai işlərdə də fəallığı ilə seçilmiş, müxtəlif tədbirlərin keçirilməsində yaxından iştirak etmişdir. Lakin iddia ərizəsində qeyd etdiyi digər məqamlarda mövqeyi ziyalılıq mövqeyindən daha çox incikliyi ifadə edən xırda hislərdən doğan hala bənzəyir. Çünki onun daşıdığı vəzifənin ştatı bizim istəyimizdən yox, zərurətdən ixtisara düşmüşdür.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Dövlət peşə məktəblərinin və litseylərinin nümunəvi ştatlar haqqında” 1996-cı il ## ### tarixli 51N-li Qərarına əsasən 2024-2025-ci tədris ilində ixtisas qruplarının sayı artaraq 19-a çatdığına görə “xxxx” ştatı ixtisar olunmuş, əvəzində “Inzibati təsərrüfat işləri üzrə direktor müavini” ştatı yaranmışdır. Bunun əsasında müəssisəmizin ## ###### 2025-ci il tarixdə yenilənərək təsdiqlənmiş ştat cədvəlində “xxxx” ştatı ixtisar kimi qeyd olunmuşdur. “xxxx” ştatı ixtisar olunaraq “Inzibati təsərrüfat işləri” üzrə direktor müavini ştatına keçdiyinə görə həmin vəzifədə işləyən İddiaçı Yəhyazadə oğluna ## ###### 2025-ci il tarixdə Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən yazılan xəbərdarlıq məktubu şəxsən özünə təqdim olunmuş, eyni zamanda poçt vasitəsilə qeydiyyatda olduğu və yaşadığı ünvana göndərilmişdir. ## ##### 2025-ci il tarixdə lisey həmkarlar təşkilatına “xxxx” ştatının ixtisara düşməsinə və İddiaçı “Əməliyyatçı mühasib” qrupunda ixtisas fənn müəllimi kimi tədris ilinin sonunadək-## #### 2025-ci il tarixədək qalıq dərslərini deməyə münasibət bildirməyi barədə məktubla müraciət olunmuşdur. Məktub lisey həmkarlar təşkilatının sədri Nümayəndə özünə şəxsən təqdim olunmuşdur. Məsələyə həmkarlar komitəsində ## ##### 2025-ci il tarixdə baxıldıqdan sonra protokoldan çıxarış bizə təqdim edilmişdir. ## ##### 2025-ci il tarixdə xəbərdarlıq müddəti bitdiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ## ####### 2014-cü il tarixdə 52 N-li əmrlə bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilmiş, ona 01-## ##### 2025-ci il tarixləri üçün 235 (iki yüz otuz beş) manat əmək haqqı ## ##### 2025-ci il tarixdən əvvəlki 12 ayın əmək haqqına əsasən xxxx vəzifəsinə görə 249- 87(iki yüz qırx doqquz manat səksən yeddi qəpiy) son haqq-hesab və vəzifə üzrə son 2 (iki) ayın orta əmək haqqının 2 (iki) misli həcmində yəni 1134-84 (bir min bir yüz otuz dörd manat səksən dörd qəpik) işdən çıxma müavinəti hesablanaraq ödənilmişdir. Lakin ona verilmiş dərs saatlarının tədrisini yekunlaşdırmaq üçün əlavə əmək müqaviləsinin müddəti öz xahişi və həmkarlar təşkilatının razılığı Ilə tədris ilinin sonunadək-## #### 2025-ci il tarixədək uzadılmışdır. 15 aprel-## #### 2025-ci il müddətində tədris etdiyi dərs saatlarına görə ona 595.51 (beş yüz doxsan beş manat əlli bir qəpik) əmək haqqı və son haqq-hesab hesablanaraq ödənilmişdir. Xəbərdarlıq dövründə İddiaçı tutduğu “xxxx” ştatı daha böyük səlahiyyətlərə və əmək haqqı ödənişinə malik olan “Inzibati təsərrüfat işləri üzrə direktor müavini” ştatına çevrildiyi üçün ## #### 2025-ci il tarixdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin keçirdiyi “Direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsi”nə qatılmaq tövsiyə edilmişdir və o,müsabiqədə iştirak etmişdir. Müsabiqənin nəticəsiylə bağlı əllərində rəsmi heç bir məlumat yoxdur. O cümlədən ## ##### 2025-ci il tarixdə ərizəylə müraciət edərək başqa işlə təmin olunması xahiş etmişdir. Ərizəsinə cavab olaraq ona iyul-avqust aylarında Peşə Təhsili üzrə Dövlət Agentliyinin keçirəcəyi “Ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsi”ndə ixtisasına uyğun vakant yerlərə müraciət etməyi tövsiyə edilmişdir. Həmçinin gələcəkdə yaranacaq digər vakant yerlərə də müraciət etməyi ona tövsiyə edilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, mart 2025-ci il tarixdə binaların təmiri üzrə texnik vəzifəsində işləyən işçi vəfat etmiş, həmin işə qəbul edilməyi barədə müraciət etmişdir və həmin işin ixtisasına uyğun olduğunu bildirmişdir. Bu, tamamilə həqiqətə uyğun deyildir, birincisi binaların təmiri üzrə texnik vəzifəsi üçün müraciət etməyi barədə rəsmi ərizəsində heç bir məlumat yoxdur və həmin ştat İddiaçı “Mühəndis iqtisadiyyatı və idarəetmə” ali ixtisas dərəcəsinə tamamilə uyğun deyildir. Həmin vəzifədə işləyən işçinin binalara xidmət və təmirlə bağlı peşəkar əl bacarıqları olmalıdır (bənnalıq, dülgərlik, suvaq, şüşəkəsmə və salma,elektrik xətlərinə xidmət, santexnika işləri və s.).Bu vəzifəyə götürülən işçi isə zəngin təcrübəyə malik yüksək peşəkarlıq və əl bacarıqlarıуla seçilən bir şəxsdir. Ikincisi İddiaçı iddia etdiyi texnik ştatı onun ixtisara düşdüyü dövrdə X10 vakansiya bankında yerləşdirilməmiş, İddiaçı iddia ərizəsində onun işdən azad edildikdən sonra müəssisəyə bir neşə nəfərin işə qəbul olunmağı barədə fikri də həqiqətdən tamam uzaqdır. “Binalara xidmət üzrə texnik” ştatı yalnız ## ##### 2025-ci il tarixdə X10 vakant bankına yerləşdiriləndən sonra ## ### 2025-ci il tarixdə X5 Filialının göndərişi əsasında həmin ştata tam şəkildə işgüzarlıq keyfiyyətləri yoxlanılaraq işçi götürülmüşdür. İddiaçı iddia edir ki, əmək qanunvericiliyinin tələbləri pozulmuş, müəssisə həmkarlar təşkilatının qərarı olmadan onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu da həqiqətə tamamilə uyğun deyildir. Əmək qanunvericiliyinə uyğun olaraq müəssisə rəhbərliyi tərəfindən ## ##### 2025-ci il tarixdə müəssisə həmkarlar təşkilatına rəsmi məktubla müraciət edilmişdir və ## ##### 2025-ci il tarixdə həmkarlar komitəsində bu məsələyə baxılmış, ## ##### 2025-ci il tarixdə isə həmkarlar komitəsinin protokolundan çıxarış müəssisəyə təqdim olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova). Qərardad onunla əsaslandırılmışdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbləri ilə bağlı məhkəmə aktı mövcuddur. Məhkəmə hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi preyudisial əhəmiyyət daşıyır Iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə qarşı etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Əsaslandırıcı hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli * saylı Qərarı:

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.2. Inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “Inzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.

4. Inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

“Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli * saylı Qərarı: 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 15.6. IPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddiaçının iddia tələbi cavabdehlə iddiaçı arasında bağlanan X1 X2 tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli, **/* saylı əmrin ləğv edilməsinə dair qərarın qəbul edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * saylı Qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə kollegiyası əvvəla qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisə tərəflər arasında əmək münasibətlərindən irəli gələn mübahisə olduğu və cavabdehin inzbati orqan olmadığı üçün inzibati deyil, mülki məhkəmə icraatında baxılmalıdır. Işin hallarından müəyyən edilir ki, iddiaçı artıq mülki qaydada Şamaxı rayon Məhkəməsində iddia qaldırmış və iddiası məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təmin edilməmişdir. Bundan sonra iddiaçı eyni tələblə inzibati məhkəməyı müraciət etmişdir. Iddianın mümkünlüyü ilə bağlı məsələlər prosessual qanunvericiliyin müəyyən etdiyi tələblər əsasında qiymətləndirilməli və bu zaman eyni tərəflər arasında, eyni predmetə və eyni hüquqi əsaslara dair qanuni qüvvəyə minmiş məhkəmə aktının olub-olmaması araşdırılmalıdır. Belə məhkəmə aktının mövcudluğu iddianın icraata qəbul edilə bilməsi baxımından hüquqi əhəmiyyət kəsb edir. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi hazırkı mübahisə üzrə preyudisial xarakter daşıyır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi inzibati məhkəmə icraatına aid olmadığından və mahiyyəti üzrə araşdırılması hüquqi baxımdan mümkün olmadığından, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar