Məhkəmə qərarları › İş №2-1(3-8)-516/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-516/2026

29.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-516/2026 29.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Cabbarova Gülnar İnqilab qızı və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi Novruzov Nazim İbiş oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “atası Novruzov Nazim İbiş oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-**** saylı torpaq sahəsinin qonşuluğunda (bir hasarın içərisində) yerləşən faktiki istifadəsində olan 900 (doqquz yüz) kv.m torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi və hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “atası Novruzov Nazim İbiş oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-**** saylı torpaq sahəsinin qonşuluğunda (bir hasarın içərisində) yerləşən faktiki istifadəsində olan 1200 (min iki yüz) kv.m torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi və hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Sumqayıt Ərazi İdarəsi ilə əvəz edilməsini və iddiaçının atası Novruzov Nazim İbiş oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-**** saylı torpaq sahəsinin qonşuluğunda (bir hasarın içərisində) yerləşən faktiki istifadəsində olan 900 (doqquz yüz) kv.m torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi və hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi barədə qərara qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, o, ##.##.2005-ci il tarixdə Sumqayıt Şəhər Bələdiyyəsindən Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-**** saylı bağ sahəsinin qonşuluğunda olan (bir hasarın içərisində olan) torpaq sahəsini 2250000 (iki milyon iki yüz əlli min) manat pul ödəməklə almışdır. Bildirmək istəyir ki, Sumqayıt Şəhər Xalq X6 Heyətinin ##.##.1994-cü il tarixli ** saylı protokolu ilə **** saylı bağ sahəsi anası X2 verilmişdir. Qeyd olunan **** saylı bağ sahəsi Sumqayıt Bələdiyyəsinin qərarı ilə B-**** saylı bağ sahəsi kimi 2005-ci ilin avqust ayında anası X2 adına rəsmiləşdirilmişdir. Bələdiyyə nümayəndələri tərəfindən anasına aid bağ sahəsinin texniki passportu hazırlanarkən onun mülkiyyətində olan torpaq sahəsinin yanında ümumi hasarın içərisində yerləşən 0,09 ha torpaq sahəsinin də iddiaçının adına rəsmiləşdirilə biləcəyini söyləmişlər. Bu halı ##.##.2005-ci il tarixdə hazırlanmış və təsdiqlənmiş bağ sahəsinin texniki passportunda görmək olar. Həmin texniki passportda ştrixlənməmiş 0,09 ha torpaq sahəsini ##.##.2005-ci il tarixdə müvafiq sənədləşmə işləri aparıldıqdan sonra Sumqayıt Şəhər Bələdiyyəsi ilə alqı-satqı müqaviləsi bağlayaraq ödəniş etməklə əldə etmişdir. O vaxt torpaq üçün zəruri olan bütün sənədləşmə işlərində topağın sxeminin, planın çəkilməsində iştirak edərək zəruri olan sənədlərin hazırlanmasında iştirak etmişdir. 2021ci ilin aprel ayında anası rəhmətə gedəndən onun adına olan torpaq sahəsini atasının adına rəsmiləşdirmişlər. Bu zaman iddiaçıya məxsus olan torpaq sahəsinin də rəsmiləşdirilməsi qərarına gəlmişdir. Lakin torpaq ayırma sənədlərini itirdikləri üçün bu işi icra edə bilmir. İddiaçıda yalnız torpaq sahəsinin alqı-satqı müqaviləsi üçün ödədiyi qəbz vardır. Həmin qəbz əsasında ##.##.2005-ci il tarixdə Sumqayıt Bələdiyyəsinə müraciət edərək ödədiyi rüsum əsasında alqı-satqıya dair sənədlərin verilməsi (bələdiyyənin torpaq ayırma qərarının, bağ sahəsinin texniki passportu, torpaq sahəsinin plan və sxeminin və. s) barədə müraciət etmişdir. İddiaçı torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarının hazırlandığını və alqı-satqı müqaviləsi əsasında Sumqayıt Bələdiyyəsinə ödəniş etdiyini xatırlayır. Lakin Bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılmasına dair prosedur qaydalarının icra olunmadığı bildirilir. Bu cavab iddiaçı tərəfindən anlaşılan olmamışdır. Hüquqlarının məhkəmə qaydasında müdafiəsinə zərurət yarandığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: İddia tələbinə dair etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən ##.##.2005-ci il tarixdə Sumqayıt Bələdiyyəsindən bağ sahəsinin əldə olunması üçün 2250000 (iki milyon iki yüz əlli min) manat pul ödənilmişdir. Bu işin halları, eləcə də Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş cavab məktubu ilə tam sübuta yetirilmiş və mübahisə doğurmayan haldır. İddia tələbinin əsasını da ödənilmiş pul əsasında sənədləşmə işlərinin aparılmasına baxmayaraq, aparılmış sənədləşmə işlərinin hal-hazırda mövcud olmadığının bildirilməsi və İdarə tərəfindən müvafiq sənədlərinin təqdim edilməməsi nəticəsində verilmiş imtina təşkil edir. Birinci instansiya məhkəməsinin qərarı ilə tanış olduqda sanki iddiaçının heç bir əsası olmadan İdarədən torpaq sahəsinin ayrılmasına dair sənədləşmə işlərinin aparılması barədə qərar çıxarılması tələb olunur. Birinci instansiya məhkəməsi isə qanunları sadalamaqla kifayətlənmiş, iddiaçı tərəfindən torpaq sahəsinin alqı-satqısı üçün müəyyən olunmuş pul məbləğinin ödənilməsinin nə üçün heç bir hüquq yaratmadığı əsaslandırılmamışdır. Bələdiyyə özü də pul köçürüldüyünü qəbul edir. Eyni zamanda hesab edilir ki, Sumqayıt Bələdiyyəsinin məktubunda qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Belə olan halda məhkəmə tərəfindən o dövr üçün Bələdiyyədə mövcud olan ərizələrin qeydiyyatı kitabının, protokolların və qərarların qeydiyyatı kitabının, göndərilən məktubların qeydiyyatı kitablarının, mühasibat kitablarının və s. Dövlət Arxivinin Sumqayıt şəhər filialından tələb edilərək məhkəmə araşdırılmasının aparılmasının vacibliyi xüsusi vurğulanmalıdır. Məhkəmə qeyd olunan halı dəqiqləşdirmək məqsədilə Dövlət Arxivinin Sumqayıt şəhər filialına sorğu verib torpaq sahəsinə dair müvafiq sənədləri almalı olduğu halda bunu etməmiş, zəruri sübutların əldə olunmasına səy göstərməmişdir. Yəni, sorğu verilmədən, torpaq sahəsinin ayrılmasına dair zəruri sənədlərin əldə edilmədən, həmçinin, yuxarıda qeyd olunan kitablara baxış keçirilmədən, həqiqətən hər hansı bir hərəkətin aparılıb-aparılmadığı müəyyən oluna bilməz. Yalnız maraqlı tərəf kimi Bələdiyyənin cavab məktubuna istinad edilməsi isə ədalətli məhkəmə araşdırmasının aparılmaması ilə nəticələnə bilərdi. Beləliklə hüquqlarını kobud surətdə pozan mübahisələndirilən qərara əsasən deyə bilər ki, məhkəmə mübahisəyə düzgün qiymət verməmiş işi ətraflı, tam araşdırmamışdır. Məhkəmə Sumqayıt bələdiyyəsi tərfındən verilmiş cavab məktubunda qeyd olunan halı dəqiqləşdirmək məqsədilə Dövlət Arxivinin Sumqayıt şəhər filialına sorğu verib torpaq sahəsinə dair müvafiq sənədləri sorğu etməli olduğu halda bunu etməmiş, zəruri sübutların əldə olunmasına səy göstərməmişdir. İnzibati orqan olan Sumqayıt Bələdiyyəsi bildirir ki, Nozvruzov Ziya tərəfindən Bələdiyyənin hesabına pul köçürülməsini təkzib etmir. Həmin qəbzdən köçürülən pulun məlum torpaq-sahəsinin ayrılması ilə bağlı köçürülməsi bələdiyyə tərəfindən mübahisələndirilməmişdir. Bələdiyyə yalnız müvafiq sənədlərin arxivə verildiyini, hazırda həmin sənədlərin Bələdiyyədə mövcud olmadığını bildirmişdir. Məhkəmə tərəfindən isə bu halların araşdırılması həyata keçirilməmişdir. Baxmayaraq ki, şifahi məhkəmə iclaslarında həm şifahi, həm də yazılı bu halların hansı yollarla dəqiqləşdirilə biləcəyi imkanları tərəflərindən vurğulanmışdır. Hesab edir ki, məhkəmə tərəfindən o dövr üçün Bələdiyyədə mövcud olan ərizələrin qeydiyyatı kitabının, protokolların və qərarların qeydiyyatı kitabının, göndərilən məktubların qeydiyyatı kitablarının Dövlət Arxivinin Sumqayıt şəhər Filialından tələb edilərək məhkəmə araşdırılmasının aparılmasının vacibliyi xüsusi vurğulanmalıdır. Bələdiyyədən məhkəməyə verilən cavab məktubunda torpaq sahəsinin ayrılmasına dair prosedur qaydalarının icra olunmadığını sübut edən hallar məhkəmə tərəfindən aradırılmamışdır. Yəni, yuxarıda qeyd olunan kitablara baxış keçirilmədən, həqiqətən hər hansı biri hərəkətin aparılıb-aparılmadığı müəyyən oluna bilməz. Yalnız maraqlı tərəf kimi Bələdiyyənin cavab məktubuna istinad edilməsi isə ədalətli məhkəmə araşdırmasının aparılmaması ilə nəticələnə bilər. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının atası Novruzov Nazim İbiş oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-**** saylı torpaq sahəsinin qonşuluğunda (bir hasarın içərisində) yerləşən faktiki istifadəsində olan 900 (doqquz yüz) kv.m torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi və hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsindən imtinası təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmaqla aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli, *** saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq təsbit edilmişdir. Kollegiya qeyd edir ki, torpaq sahəsindən faktiki istifadə edilməsi və ya hər hansı ödəniş sənədinin mövcudluğu öz-özlüyündə dövlət qeydiyyatı üçün hüquqi əsas hesab edilə bilməz. Hazırkı iş üzrə iddiaçı torpaq sahəsinin ayrılması ilə əlaqədar bələdiyyənin hesabına vəsait köçürüldüyünü bildirmiş və bunun təsdiqi kimi ## ###### 2005-ci il tarixli ****** nömrəli qəbzi təqdim etmişdir. Lakin iş materiallarında həmin torpaq sahəsinin iddiaçıya ayrılması barədə bələdiyyənin qərarı, torpaqayırma aktı, yerquruluşu sənədləri və ya hüququn yaranmasını təsdiq edən hər hansı digər hüquqmüəyyənedici sənəd mövcud deyildir. Belə ki, Sumqayıt bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış ## ######## 2022ci il tarixli, **** nömrəli məktubda aşağıdakılar qeyd olunmuşdur: ““Novxanı” bağları ərazisində çıxarışdan əlavə istifadə etdiyiniz torpaq sahəsinə dair 2005-ci ildə Sumqayıt Bələdiyyəsinə ödədiyiniz rüsum əsasında alqı-satqıya dair sənədlərinin verilməsi barədə müraciətinizə cavab olaraq bildiririk ki, qeyd etdiyiniz torpaq sahəsinə dair 2005-ci ildə rüsum ödənilsə də torpaq sahəsinin ayrılmasına dair prosedur qaydaları icra edilməmiş, müvafiq icra hakimiyyəti orqanlarından rəylər alınmamışdır. Halhazırda yeni torpaq qanunvericiliyinin tələblərinə görə Əmlak Məsələləri Dövlət Xidmətindən müvafiq rəylər alındıqdan və müraciətin məqsədəuyğunluğu barədə Sumqayıt Bələdiyyəsinin iclası tərəfindən qərar qəbul edildikdən sonra torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin hüquqları dövlət qeydiyyatına alınır (bələdiyyənin adına çıxarış verilir), “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti torpağın normativ qiymətindən az olmamaq şərti ilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir”. Bələdiyyənin ## #### 2025-ci il tarixli, **** nömrəli məktubunda isə qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən B-**** saylı bağ torpaq sahəsinin yerləşmə mövqeyini əks etdirən yerquruluşu sənədləri (torpağın koordinatları əks olunmuş planı-sxemi) Sumqayıt Bələdiyyəsinə təqdim olunmadığından, həmin bağ sahəsinin qonşuluğunda torpaq sahəsinin tərəflərindən ayrılıb-ayrılmaması barədə məlumatın verilməsi mümkün deyildir. Həmçinin, o da məhkəmənin nəzərinə çatdırılır ki, Sumqayıt Bələdiyyəsinin bir sıra qərarları, o cümlədən 2017-ci il də daxil olmaqla torpaq sahələrinin ayrılmasına dair bələdiyyə iclaslarının qərarları və həmin qərarların qəbul edilməsinə əsas olmuş sənədlərin bələdiyyədə saxlanılan nüsxələri saxlama vaxtı keçmiş arxiv sənədləri ilə birlikdə Dövlət Arxivinin Sumqayıt şəhər filialına təhvil verilmişdir. Bu səbəblərdən bildirilir ki, sorğuda tələb olunan məlumatların və sənədlərin tərəflərindən məhkəməyə təqdim edilməsi mümkün deyildir. Göründüyü kimi iddiaçı tərəfindən bələdiyyənin hesabına ödəniş edilsə də, hüququn yaranması üçün zəruri olan inzibati prosedur başa çatdırılmamış, torpaq sahəsinin ayrılmasına dair qərar qəbul edilməmiş və nəticədə hüquqmüəyyənedici sənəd rəsmiləşdirilməmişdir. Apellyasiya instansiyasında icraat zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə əlavə sübutların əldə olunması üçün cavabdeh1 “xxxx” MMC-yə və Dövlət Arxivinin Sumqayıt şəhər filialına sorğular ünvanlanmaqla sözügedən qəbzdə adı qeyd olunan İddiaçı torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarının mövcud olub-olmaması barədə məlumat verilməsi, olduğu təqdirdə həmin qərarın (bələdiyyə qərarları, iclas protokolları, adlı siyahılar və s. hüquq müəyyənedici sənədlər də daxil olmaqla) təsdiqlənmiş surətinin, eləcə də Sumqayıt Bələdiyyəsi tərəfindən ## ###### 2005-ci il tarixdə qəbul edilmiş qərarların təsdiqlənmiş surətinin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Sorğuya cavab olaraq daxil olan cavabdeh1 “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, mərkəzin arxivində aparılmış araşdırma zamanı iddiaçı İddiaçı Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Eləcə də Dövlət Arxivinin Sumqayıt şəhər filialının ## #### 2026-cı il tarixli, *-**- DA-**F/*-***/*-**** nömrəli məktubundan görünür ki, Sumqayıt şəhər bələdiyyəsinin ## ### 2005-ci ilə dair ** saylı iclas protokolundan vətəndaş İddiaçı adına torpaq sahəsinin rəsmiləşdirilməsi haqqında qərarı və qərara əlavə edilmiş sənədlərin surətləri məhkəməyə göndərilmişdir. Təqdim edilmiş Sumqayıt şəhər bələdiyyəsinin ## ### 2005-ci il tarixli, ** nömrəli protokol qərarından görünür ki, “xxxx” firmasının razılığı nəzərə alınaraq, sənaye zonasında Əfqanıstan veteranlarının “xxxx” firmasına avtomobillərə texniki xidmət məntəqəsi qoyulması üçün ayrılmış 48 (qırx səkkiz) kv.m torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsindən başqa 45 kv.m, 50 kv.m, 48 kv.m və 100 kv.m olan torpaq sahələrinə dair icarə müqavilələri mövcuddur. Avtomobillərin texniki xidmət məntəqəsi və xxxx firması başqa ərazidə yerləşir. Bu ərazilərin mübahisəli ərazi ilə aidiyyatı yoxdur. Belə olan halda, kollegiya hesab edir ki, apellyasiya baxışı zamanı əldə edilmiş əlavə sübutlar iddiaçının mövqeyini təsdiq etməmiş, əksinə onun istinad etdiyi torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədin mövcud olmadığını təsdiqləmişdir. Arxiv materiallarından yalnız başqa təyinatlı və başqa ərazidə yerləşən 48 kv.m torpaq sahəsinə dair qərar aşkar edilmiş, mübahisə predmeti olan 900 kv.m torpaq sahəsinə dair isə hər hansı bələdiyyə qərarı, torpaqayırma sənədi və ya digər hüquqi əsas müəyyən edilməmişdir. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar və ya qanunvericilikdən irəli gələn digər əsaslar mövcud deyil. Bu səbəbdən də kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının mövcudluğu mötəbər sübutlarla təsdiqlənmədiyindən iddiaçı tələbində haqlı olmamışdır. Beləliklə də, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərkən düzgün hüquqi nəticəyə gəlmişdir. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar