Məhkəmə qərarları › İş №2-1(3-8)-518/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-518/2026

25.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-518/2026 25.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər Hacıyev Vahid Məcid oğlu və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi nümayəndə2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı yenidən hesablanmış pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Iddiaçı # ###### 1955-ci il təvəllüdlüdür. Iddiaçıya ##.##.2001-ci il tarixdə sabiq hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış # ###### 2025-ci il tarixli, *-**-*/*-İ-******/**** nömrəli məktubdan görünür ki, # ######## 2001-ci il tarixdən sabiq hərbi qulluqçu kimi xidmət illərinə görə pensiya təyin edilmişdir. Əmək pensiyasının faiz dərəcəsinin yenidən müəyyən edilməsi həmçinin Mərkəzi Filiala daxil olmuş müraciəti ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla pensiyasının məbləği 1.525,01 manata artırılmışdır. Ötən üç il üzrə ödənilməli olan 1.850,66 manat fərq məbləği müəyyən edilmişdir. Həmin fərq məbləğinin 102,82 manat hissəsi cari ilin iyun və iyul aylarında pensiyanın üzərinə əlavə edilməklə ödənilmişdir. Qalıq ödənilməli olan fərq məbləği 1.747,84 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Filialinın # ###### 2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubu ilə İddiaçı münasibətdə aparılmış inzibati icraatın materiallarının surəti qoşma şəklində göndərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının # ###### 2025-ci il tarixli, *-**-*/*-İ-******/**** nömrəli İddiaçı göndərilmiş məktubu - İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət ərizəsi; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının # #### 2025- ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli “xxxx” qərarından görünür ki, İddiaçı # ######## 2001-ci il tarixdə təyin edilmiş, hazırkı pensiya məbləği 1.532,05 manat, yenidən hesablanmış pensiya məbləği 1.525,01 manat, təminat xərcliyinin cəmi 1.142,95 manat məbləğində, yenidən hesablamanın səbəbi “37.3.2-1 və artım faizi” olaraq göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, sentyabr ayının ödənişini nəzərdə tutaraq 1.645,02 manat fərq məbləğinin tam ödənilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “xxxx” # #### 2025-ci il tarixli, 3-17-1/3-3- *****/**** nömrəli qərara əsasən aparılmış yenidən hesablanma zamanı yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatda olan hərbiçidir və aldığı pensiya məbləği 1.532 manat təşkil edir. May ayında pensiyanın yenidən hesablanması ilə əlaqədar cavabdehə ərizə ilə müraciət etmiş, bir müddətdən sonra SMS vasitəsi ilə bildirilmişdir ki, aldığı pensiya yenidən hesablanmış və məbləği 1.525,01 manat müəyyən edilmiş, iyun ayında pensiya kartına 1.576,41 manat daxil olmuşdur. Cavabdeh tərəfindən izah edilmişdir ki, pensiyası düzgün hesablanmamış və son 3 il ərzində yaranmış fərq məbləği 1850,66 manat təşkil edir. Həmin məbləğ 36 aya bölünərək hər ay 51,40 manat pensiyaya əlavə ediləcəkdir. Həmin məbləğin birdəfəlik ödənilməsinin isə qanunazidd olduğu bildirilmişdir. Iyul ayında 102,82 manat ümumi fərqdən çıxmaqla, qalan fərq məbləğinin tam ödənilməsini xahiş etmiş, cavabdeh tərəfindən isə imtina edilmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar Mərkəzi Filiala müraciət etmiş, həmin müraciət cavabdeh tərəfindən # ###### 2025-ci il tarixli, *-**-*/*-İ- ******/**** nömrəli məktubla cavablandırılmışdır. Qeyd edilən məktuba əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin hissəli şəkildə ona ödənildiyi barədə məlumat verilmişdir. Iddiaçı iddia ərizəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı yaranmış fərqin birdəfəlik ödənilməsini məhkəmədən xahiş etmişdir. Lakin, iddiaçının pensiyası yenidən hesablansa belə, iddia ərizəsində qeyd edildiyi kimi, yaranmış fərqin birdəfəlik ödənilməsi mümkün deyildir. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8, 1.0.10, 32.1-1, 37.3.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının # #### 2025-ci il tarixli, 2-1(102)- ****/**** nömrəli qərarına, prosessual hüquqi əsası kimi IPM-in 47-ci maddəsinə istinad edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının # #### 2025ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarında qeyd olunduğu kimi, “...Istinad olunan qanunun normasından göründüyü kimi ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği birdəfəlik qaydada deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.” Iddiaçı qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir, şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının # #### 2025ci il tarixli, 2-1(102)- ****/**** nömrəli qərarına, prosessual hüquqi əsası kimi IPM-in 12. 68.2, 69.3, 81, 87-ci maddəsinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri. Cavabdeh apellyasiya şikayətinə qarşı etirazını iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; M a d d ə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.3. Işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının iddia tələbi “xxxx” # #### 2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarına əsasən aparılmış yenidən hesablama zamanı yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədədir. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən, əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya cavabdeh inzibati orqanın və birinci instansiya məhkəməsinin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin hazırkı mübahisəyə tətbiq edilməsinin mümkün olmadığı qənaətinə gəlir. Belə ki, adından da göründüyü kimi həmin norma əmək pensiyasının təyin edilməsi zamanı tətbiq olunmalıdır. Pensiyanın qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla yenidən hesablanması nəticəsində yaranmış məbləğin ödənilməsi qaydasını tənzimləmir. Halbuki işin hallarından görünür ki, iddiaçıya məxsus pensiya hüququ yeni hüquqi halın yaranması və ya sonradan əldə edilmiş sənədlər əsasında deyil, cavabdeh inzibati orqan tərəfindən pensiya təyin edilərkən və hesablanarkən yol verilmiş yanlışlığın aradan qaldırılması nəticəsində bərpa edilmişdir. Başqa sözlə, sonradan müəyyən edilmiş fərq məbləği iddiaçıya yeni yaranmış hüquq əsasında deyil, əvvəlcədən mövcud olmuş, lakin cavabdehin səhvi səbəbindən vaxtında ödənilməmiş pensiya məbləğini ifadə edir. Belə olan halda, həmin vəsaitin ödənilməsi qaydası “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində nəzərdə tutulduğu kimi aylıq pensiya məbləğinə hissə-hissə əlavə kimi deyil, şəxsin pozulmuş pensiya hüququnun tam bərpasını nəzərdə tutur. Kollegiya hesab edir ki, inzibati orqanın yol verdiyi səhvin nəticələrinin iddiaçının üzərinə qoyulması, habelə ona məxsus pul vəsaitinin uzun müddət ərzində hissə-hissə ödənilməsi şəxsin sosial təminat hüququnun pozulmasına gətirib çıxarar. Cavabdeh tərəfindən yanlış hesablanma nəticəsində əvvəlki dövr üçün ödənilməmiş qalmış məbləğ iddiaçının qanuni əldə edilmiş əmlak hüququ olmaqla tam həcmdə və birdəfəlik qaydada ödənilməlidir. Bu səbəbdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normasını düzgün müəyyən etməmiş, nəticədə iddianın rədd edilməsi barədə yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia təmin edilsin. Iddiaçı İddiaçı “xxxx” # #### 2025-ci il tarixli, 3-17-1/3-3- *****/**** nömrəli qərarına əsasən aparılmış əmək penisyasının yenidən hesablanması nəticəsində yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar