Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-519/2026 21.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Məkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması, illik artım tempinə uyğun düzgün indeksləşdirilməsi və ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tebeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı imtina məktubunda qeyd edilir ki, iddiaçıya ##.##.2009-cu il tarixindən Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Azərbaycan Respublikasının # #### 2007-ci il tarixli ***-IIIQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiqlənmiş * №-li siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 20 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 70%-i, tələb olunan ümumi iş stajından artıq hər il üçün 2%, güzəştli iş stajından 10 ildən artıq hər ili üçün isə 1% olmaqla, lakin 100%-dən çox olmamaqla hesablanırdı. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinin ikinci absazına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanırdı. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 27-ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən ##.##.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə ##.##.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Araşdırma zamanı, vaxtilə iddiaçıya əmək pensiyası təyin edilərkən pensiya məbləği düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, # ###### 2006-cı il tarixinədək onun ümumi iş stajı 36 il 5 ay 18 gün təşkil edir. Bununla əlaqədar ##.##.2006-cı il tarixinədək iddiaçının iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə onun pensiyasının sığorta hissəsi 43,05 manat hesablanaraq ##.##.2009-cu il tarixinədək indeksləşdirilməklə 65,73 manat müəyyən edilərək, üzərinə ##.##.2006- ##.##.2009-cu il tarixləri arasındakı dövr ərzində fərdi hesabını sığorta hissəsində qeydə alınmış 154,08 manat sığorta kapitalına uyğun 1,07 manat (154,08:144) və 75 manat baza hissəsi əlavə edilərək ##.##.2009-cu il tarixindən 141,80 manat (65,73+1,07+75) (indeksləşdirməklə ##.##.2017-ci il tarixinə 204,89 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, # ###### 2006-cı il tarixinədək iddiaçının ümümi iş stajı 36 il 6 ay götürülməklə əmək pensiyası sığorta hissəsi 65,78 manat hesablanaraq, üzərinə ##.##.2006- ##.##.2009-cu il tarixləri arasındakı dövr üzrə düzgün müəyyən edilməmiş 3322,08 manat sığorta kapitalına görə 23,07 manat (3322,08:144) və 75 manat baza hissəsi əlavə edilərək 163,85 manat (65,78+23,07+75 (indeksləşdirilməklə ##.##.2017-ci il tarixinə 237,57 manat) əmək pensiyası təyin edilərək iddiaçıya ödənilib. Eyni zamanda Qanunun ##.##.2022-ci il tarixinədək qüvvədə olmuş 37.3.1ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir ve şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar, araşdırma zamanı iddiaçı tərəfindən Fondun Sumqayıt şəhər şöbəsinə ünvanlanmış ##.##.2017-ci il tarixli ərizəsinə əsasən əmək pensiyanın yenidən hesablanmadığı müəyyən edilmişdir. Iddiaçının sözügedən ərizəyə əsasən işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış 19674,00 manat sığorta kapitalına uyğun iddiaçının əmək pensiyası Mərkəzi Filial tərəfindən ##.##.2017-ci il tarixindən yenidən hesablanıb. Belə ki, 19674,00 manat sığorta kapitalı Qanunun 37.3.1- ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya bölünməklə (19674,00/72=273,25 manat) iddiaçının qanuni əmək pensiyanın üzərinə əlavə edilərək pensiya məbləği 204,89 manatdan 478,14 (273,25+204,89) manata (ideksləşdirilməklə ##.##.2018-ci il tarixinə 505,39 manat) artırılıb. Eyni zamanda iddiaçı ##.##.2018-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün əmək pensiyası yenidən hesablandıqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2267,28 manat pensiya kapitalına əsasən Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada iddiaçının əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq 505,39 manatdan 536,88 manata (indeksləşdirilməklə ##.##.2020-ci il tarixinə 644,78 manat) artırılmalı olduğu halda, səhvən ##.##.2009-##.##.2018-ci il tarixləri arasındakı dövr üzrə düzgün müəyyən edilməmiş 26614,80 manat sığorta kapitalı 72 aya bölünərək (26614,80/72=369,65 manat) iddiaçının düzgün olmayan əmək pensiyasının (251,12 manat) üzərinə əlavə edilməklə (369,65+251,12=620,77 manat (indeksləşdirilməklə ##.##.2020-ci il tarixinə 745,53 manat)) ona ödənilib. Bundan başqa, iddiaçının vaxtilə işlədiyi “xxxx” ASC tərəfindən ötən dövrdə ödənilməli olan, lakin ödənilməmiş məcburi dövlət sosial sığorta haqları sonradan ödənildiyinə görə qanuni əmək pensiyası ##.##.2020-ci il tarixindən yenidən hesablanaraq 644,78 manatdan 677,85 manata artırılıb. Qanunun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə iddiaçıya 4618,34 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Iddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 914,69 manat təşkil edir. Əlavə olaraq iddiaçıya ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının onun ərizəsində göstərilən əsaslarla yenidən hesablanması məsələsinə 2004-2005-ci illərə dair əmək haqqı arayışı Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ## ###### 2024-cü il tarixli 3-17-1/2- ******/**** saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.2009-cu il tarixindən Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Azərbaycan Respublikasının # #### 2007-ci il tarixli ***-IIIQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiqlənmiş * №-li siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 20 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 70%-i, tələb olunan ümumi iş stajından artıq hər il üçün 2%, güzəştli iş stajından 10 ildən artıq hər ili üçün isə 1% olmaqla, lakin 100%-dən çox olmamaqla hesablanırdı. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinin ikinci absazına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanırdı. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 27- ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən ##.##.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə ##.##.2006- cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Araşdırma zamanı, vaxtilə İddiaçı əmək pensiyası təyin edilərkən pensiya məbləğinin düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, # ###### 2006-cı il tarixinədək onun ümumi iş stajı 36 il 5 ay 18 gün təşkil edir. Bununla əlaqədar ##.##.2006-cı il tarixinədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 43,05 manat hesablanaraq ##.##.2009-cu il tarixinədək indeksləşdirilməklə 65,73 manat müəyyən edilərək, üzərinə ##.##.2006-##.##.2009-cu il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 154,08 manat sığorta kapitalına uyğun 1,07 manat (154,08:144) və 75 manat baza hissəsi əlavə edilərək ##.##.2009-cu il tarixindən 141,80 manat (65,73+1,07+75) (indeksləşdirməklə ##.##.2017-ci il tarixinə 204,89 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, # ###### 2006-cı il tarixinədək ümümi iş stajı 36 il 6 ay götürülməklə əmək pensiyası sığorta hissəsi 65,78 manat hesablanaraq, üzərinə ##.##.2006- ##.##.2009-cu il tarixləri arasındakı dövr üzrə düzgün müəyyən edilməmiş 3322,08 manat sığorta kapitalına görə 23,07 manat (3322,08:144) və 75 manat baza hissəsi əlavə edilərək 163,85 manat (65,78+23,07+75 (indeksləşdirilməklə ##.##.2017-ci il tarixinə 237,57 manat) əmək pensiyası təyin edilərək ona ödənilib. Eyni zamanda bildiririk ki, Qanunun ##.##.2022-ci il tarixinədək qüvvədə olmuş 37.3.1- ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar, araşdırma zamanı adıçəkilən şəxs tərəfindən Fondun Sumqayıt şəhər şöbəsinə ünvanlanmış ##.##.2017-ci il tarixli ərizəsinə əsasən əmək pensiyasının yenidən hesablanmadığı müəyyən edilmişdir. Onun həmin ərizəsinə əsasən işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış 19674,00 manat sığorta kapitalına uyğun əmək pensiyası Mərkəzi Filial tərəfindən ##.##.2017-ci il tarixindən yenidən hesablanıb. Belə ki, adıçəkilən şəxsin 19674,00 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya bölünməklə (19674,00/72=273,25 manat) qanuni əmək pensiyasının üzərinə əlavə edilərək pensiya məbləği 204,89 manatdan 478,14 (273,25+204,89) manata (ideksləşdirilməklə ##.##.2018-ci il tarixinə 505,39 manat) artırılıb. Eyni zamanda ##.##.2018-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün əmək pensiyası yenidən hesablandıqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2267,28 manat pensiya kapitalına əsasən Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq 505,39 manatdan 536,88 manata (indeksləşdirilməklə ##.##.2020-ci il tarixinə 644,78 manat) artırılmalı olduğu halda, səhvən ##.##.2009- ##.##.2018-ci il tarixləri arasındakı dövr üzrə düzgün müəyyən edilməmiş 26614,80 manat sığorta kapitalı 72 aya bölünərək (26614,80/72=369,65 manat) düzgün olmayan əmək pensiyasının (251,12 manat) üzərinə əlavə edilməklə (369,65+251,12=620,77 manat (indeksləşdirilməklə ##.##.2020-ci il tarixinə 745,53 manat)) ona ödənilib. Bundan başqa, İddiaçı vaxtilə işlədiyi “xxxx” ASC tərəfindən ötən dövrdə ödənilməli olan, lakin ödənilməmiş məcburi dövlət sosial sığorta haqları sonradan ödənildiyinə görə qanuni əmək pensiyası ##.##.2020-ci il tarixindən yenidən hesablanaraq 644,78 manatdan 677,85 manata artırılıb. Qanunun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə ona 4618,34 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Əlavə olaraq bildiririk ki, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşmə ilə əlaqədar İddiaçı əmək pensiyası ##.##.2024-cü il tarixindən 1017,13 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2009-ci il tarixdən başlayaraq əmək haqqından deyil, sığorta kapitalı əsasında hesablanması barədə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının qərarının ləğv edilməsi, ##.##.2009-ci il tarixdən başlayaraq əmək haqqı əsasında pensiyanın hesablanması barədə qərar qəbul edilməsi, ona vurulmuş mənəvi ziyanın əvəzi araq bir dəfəlik qaydada əlli min manat ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı daha sonra iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “ona təyin edilmiş pensiyanın ##.##.2009-ci ildən sığorta kapitalı əsasında pensiyanın hesablanması barədə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının qərarının ləğv edilməsi, ##.##.2007-ci il tarixdən ##.##.2009-cu il tarixədək əmək haqqının səksən səkkiz faizi əsasında pensiyanın yenidən hesablanması, illik artım tempinə uyğun olaraq düzgün indeksləşdirilməsi, vurulmuş ziyanın əvəzi olaraq on min manat ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ##.##.2023-cü il tarixdə "##.##.2009-ci il tarixdən başlayaraq əmək haqqından deyil sığorta kapitalı əsasında hesablanması Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının qərarının ləğv edilməsi, ##.##.2009-ci il tarixdən başlayaraq əmək haqqı əsasında pensiyasının hesablanması və vurulmuş mənəvi ziyanın əvəzi olaraq on min manat ödənilməsi barədə" ərizə ilə müraciət etmişdir. Əldə etdiyi xəbərnaməyə əsasən ##.##.2023-cü il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin artıq 1 ay müddət keçməsinə baxmayaraq heç bir rəsmi cavab verilməmişdir. "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tebeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı onun müraciətilə bağlı verilmiş cavablarda qeyd edilir ki, pensiya işinizə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən sizin # ###### 2006-cı il tarixinədək ümumi iş stajınız 36 il 5 ay 18 gün təşkil edir. Bununla əlaqədar ##.##.2006-cı tarixədək mövcud olan iş stajınıza uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən sizə pensiya təyin olunan pensiyanızın sığorta hissəsi 65.73 manat və ##.##.2006-cı il tarixindən pensiya hüququnuzun yarandığı tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 154.08 manat sığorta kapitalına uyğun 1.0 manat pensiyanızın sığorta hissəsi müəyyənləşdirilərək ##.##.2009-cu il tarixdə 141.80 manat pensiya məbləği (65,73+1.07+75 (baza hissəsi) (##.##.2017-ci il tarixədək indeksləşdirilməklə 204.89 manat)) sizə ödənilməli olduğu halda # ###### 2006-cı il tarixədək ümumi iş stajınız 36 il 6 ay götürülməklə sığorta hissəsi 65.78 manat müəyyən edilmiş, ##.##.2006-##.##.2009-cu il tarixləri arasındakı dövr ərzində artıq müəyyən edilmiş 3322,08 manat sığorta kapitalına görə pensiyanızın sığorta hissəsi 23,07 manat müəyyən edilərək 163.85 manat (65,78+23,07+75) (baza hissəsi) (##.##.2017-ci il tarixinədək indeksləşdirilməklə 237.57 manat)) məbləğində pensiya təyin olunaraq sizə ödənilmişdir.” Belə görünür ki, iddiaçının pensiyası pensiya hüququ əldə etdiyi, hüququ yarandığı, pensiyanın təyin edildiyi vaxtdan qanunvericiliyə uyğun hesablanmamışdır. Iddiaçı ##.##.1952-ci ildə anadan olmuşdur. Mübahisələndirilməyən hal odur ki, 0# #### 2007-ci il tarixinədək qüvvədə olan olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq olunmuş * nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı on iki il altı ayını xüsusilə zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bu əsaslarla pensiya hüququ ##.##.2009-cu ildən yaranmış, amma 2010-cu ildə 2009-cu ildən pensiya təyin edilmişdir. Lakin səhv olaraq onun pensiyası ##.##.2010-cu ildən qüvvədə olan qanunvericiliyə əsasən hesablanmışdır. Yəni onun ümumi iş stajı pensiya hüququ yarananadək 36 il 6 ay 16 gün olmuşdur. Həmin dövrdə pensiya hüququ yaranan vaxt qanunvericiliyə əsasən orta aylıq əmək haqqının tələb edilən ümumi iş stajı üçün 65 faizi, tələb olunan ümumi stajın artıq ili üçün 2 faizi və nəticədə orta aylıq əmək haqqının 88 faizindən pensiyası hesablanmalı idi. Yəni onun pensiyası qanunsuz olaraq az məbləğdə siğorta kapitalından hesablanmışdır. Həmin pensiya ödənişi indi də davam etdirilir. Nəticədə illərlə indi də hər ay pensiyasının əhəmiyyətli dərəcədə hissəsindən məhrum olur. Dəfələrlə müraciət etsə də tələbləri yerinə yetirilmir.2009-cu ilin biri yanvarından yaranmış hüququ ilə bağlı düzgün olmayaraq pensiya hesablanmışdır. Həmin məqsədli yanlışlıq indi də davam edir." 0# #### 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * nömrəli siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı on ilini xüsusilə zərərli və ağır işlərdə çalışan 50 yaşı tamam oImuş kişilərin, güzəştli şərtlərlə yaşa görə əmək Azərbaycan Respublikası Nazirlər Кabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı on iki il altı ayını zərərli və ağır işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı imtina məktubuna uyğun əsaslandırılmışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı pensiya hüququnun yarandığı ##.##.2009-cu il tarixdən əvvəlki (son) 24 ayın orta aylıq əmək haqqı əsas götürülməklə əmək pensiyasının yenidən hesablanması və müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün yaranmış məbləğ fərqinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Məkəzi Filialın üzərinə vəzifə olaraq qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarından görünür ki, ##.##.1952-ci il təvəllüdlü İddiaçı pensiya hüququ ##.##.2009-cu il tarixindən yaranmış, 2010-cu ildə ##.##.2009-cu il tarixindən pensiya təyin edilmişdir. Lakin onun pensiyası ##.##.2010-cu ildən qüvvədə olan qanunvericiliyə əsasən hesablanmışdır. Beləliklə pensiyalar haqqında qanunvericiliyin həmin vaxt qüvvədə olan normaları ilə müəyyən olunmuş hüququ pozulmuş və qeyd edilən hal pensiyasının düzgün hesablanmamasına səbəb olmuşdur. Belə ki, həmin vaxt qüvvədə olmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının “21” avqust 1997-ci il tarixli **-* nömrəli qərarı ilə təsdiq edilmiş və “28” 08 1997-ci il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Pensiya hesablanması üçün orta aylıq əmək haqqının müəyyən edilməsi qaydaları” İ bəndi nəzərdə tuturdu ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq pensiya təminatı üçün əsas olan orta aylıq əmək haqqı məbləğindən iki təqvim ilinin 12 ayı ərzindəki gəlirə görə, yəni, qeyd edildiyi kimi son 24 ayın gəlirinə görə hesablana bilər. Konkret halda isə iddiaçıya təyin olunan ilkin pensiya qanunvericiliyin qeyd olunan tələblərinin pozulması ilə aparılmışdır. Iş materiallarına iddiaçının 2007-2008-ci illər üzrə əmək haqqı üzrə xxxx ASCnin ##.##.2026-cı il tarixli AZB **/** saylı arayışı əlavə edilmişdir. Cavabdeh inzibati orqanın ##.##.2022-ci il tarixli, *********** nömrəli məktubundan müəyyən edilir ki iddiaçının hazırki tələblə bağlı müraciəti ## #### 2022-ci il tarixdə olmuşdur. Qeyd edilən hal iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən təsdiq edilərək işin mübahisəsiz halı olmuşdur. Iddiaçının pensiyanın yenidən hesablanması ilə bağlı # ###### 2019-cu il tarixindən, yəni “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsi ilə 3 illik məhdudiyyətin tətbiq olunmağa başlandığı # ###### 2019-cu il tarixdən sonra müraciət etdiyindən və Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında da vurğulandığı kimi Qanunun 32.1-2-ci maddəsi ilə məhz əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimləndiyindən, bu halda şəxsə yenidən hesablanmış pensiya məbləği əvvəlki dövr üzrə üç illik müddət üçün ödənilməlidir. Nəzərə almaq lazımdır ki, iddiaçı tərəfindən iradəsindən asılı olmayan hallara görə müraciətin # ###### 2019-cu il tarixədək edilməməsinə dair sübutlar təqdim edilməmişdir. Bu iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsi tətbiq edilməlidir. Beləliklə, göstərilənlərə əsasən qeyd edilən hissədə iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Əmək haqqının səksən səkkiz faizi əsasında pensiyanın yenidən hesablanması, illik artım tempinə uyğun olaraq düzgün indeksləşdirilməsi hissəsinə münasibətdə bildirilir ki, qeyd edilən hissə pensiyanın hesablanması qaydasını müəyyən etməklə “pensiya hüququnun yarandığı ##.##.2009-cu il tarixdən əvvəlki son 24 ayın orta aylıq əmək haqqı əsas götürülməklə əmək pensiyasının yenidən hesablanması” tələbi ilə tam əhatə olunur. Iş materiallarından göründüyü kimi, iddiaçı dəqiqləşdirilmiş tələbində həmçinin vurulmuş ziyanın əvəzi olaraq on min manat ödənilməsini xahiş etmişdir. Lakin məhkəməyə vurulmuş zərərlə bağlı hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən qeyd edilən hissədə məhkəmə iddia tələbini əsaslı hesab etmir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin şikayəti imtina məktubuna uyğun əsaslandırılmışdır. Iddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il ######ın #-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin # ###### tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il # ###### tarixindən 2017-ci il # #### tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il # #### tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. 27.2. 2006-cı il ######ın #-dən 2010-cu il ######ın #-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il ######ın #-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il ## #### tarixindən yenidən hesablanır. (0# #### 2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 27.3. 2006-cı il ######ın #-dən 2010-cu il ######ın #-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda, daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. (0# #### 2017-ci il tarixədək qüvvədə olan redaksiyada) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respiblikası Qanunun (qüvvədən düşmüşdür): Maddə17. Yaşa görə pensiyaların məbləği Yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. ..... Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin edilmiş hissəsində yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv olunmalı, ləğv edilən hissədə iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ##.##.2007-ci il tarixdən ##.##.2009-cu il tarixədək əmək haqqının səksən səkkiz faizi əsasında pensiyanın yenidən hesablanması, illik artım tempinə uyğun olaraq düzgün indeksləşdirilməsi, vurulmuş ziyanın əvəzi olaraq on min manat ödənilməsi”ndən ibarət olmuşdur. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə 2006-cı ilədək olan dövr üzrə əmək pensiya məbləğinin əmək haqqı əsasında hesablandığını, 2007-2009-cu ilədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı və həmin dövrdə baza hissəsi əsasında hesablanma aparıldığını, qanunvericilikdə hesablanma qaydası bu qaydada müəyyən edildiyindən, iddiaçının istinad etdiyi qaydada hesablanma aparılmasının qanunauyğun olmadığını əsas gətirərək, müraciətindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilmişdir. Məhkəmə kollegiyası apellyasiya baxışının predmeti olan hazırki iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya apellyasiya baxışının predmeti olan hissədə iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçı ##.##.1952-ci il təvəllüdlü olmaqla, ##.##.2009-cu ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. Kolegiya hesab edir ki, iddiaçı 2007-2009-cu ildə işlədiyi dövr üzrə əmək pensiya məbləğinin əmək haqqı məbləği əsasında hesablanmasını istədiyindən, iddianın əsaslılığı məhz həmin dövrdə qüvvədə olan qnaunvericilik normasının təlbələri əsasında yoxlanılmalıdır. Həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əmək pensiya məbləğinin hesablanma qaydası dəqiq və imperativ norma şəkildə müəyyən edilmişdir, həmin normanın dispozitiv şərtinə əsasən əmək pensiya məbləği əmək haqqı əsasında deyil, məhz sığorta hesabında qeydə alınmış pensiya kapitalı və həmin dövrdə baza hissəsi əsasında hesablanma qaydası müəyyən edilmişdir. Nəticə etibarilə, əmək pensiyasının yenidən hesablanma qaydası qanunla müəyyən edilməklə, cavabdehin diskresion səlahiyyətinə aid olmamış, habelə cavabdeh inzibati orqan məhz qanunla müəyyən edilmiş qaydada əmək pensiyasının yenidən hesablanmasını həyata keçirmək öhdəliyi daşımaqla, yalnız bu əsasla pensiyanın hesablanması aparmaq səlahiyyətinə malik olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə məhz fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında əmək pensiyasının hesbalanma qaydasını tətbiq etməklə, hesablanma aparılması ilə bağlı hərəkətləri qanunauyğun olmuş, iddiaçı məhz qeyd edilən dövr üzrə əmək haqqı əsasında hesablanma qaydasının tətbiq edilməsini tələb etməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, həmin vaxtda qüvvədə olan qnaunvericilik normasında son 24 aylıq əmək haqqı əsasında pensiya məbləğinin hesablanma qaydası bütün şəxslərə münasibətdə deyil, məhz hərbi qulluqçu, dövlət qulluqçusu və ya xüsusi rütbəli şəxs kimi pensiya almaq hüququ olan şəxslərə münaisbətdə qanunla müəyyən edilmiş hesablanma qaydası kimi nəzərdə tutulmuşdur. Indiki halda iddiaçı hərbi qulluqçu və ya dövlət qulluqçusu və ya xüsusi rütbəli şəxs kimi pensiya hüququ əldə etmiş şəxs olmamaqla, qanunun normasında qeyd edilmiş həmin subyektlərə aid olmamışdır. Belə olan halda, kollegiya hesab edir ki, qanunda məhz həmin subyektlər üçün xüsusi norma şəklində hesablanma qaydası müəyyən edildiyindən, iddiaçı isə həmin subyektlərin dairəsinə aid olmadığından, xüsusi normada müəyyən edilmiş hesablanma qaydasının iddiaçıya münasibətdə tətbiqinin qanuni əsasları mövcud olmamışdır. Nəticə etibarilə iddiaçı xüsusi normada ehtiva edilmiş subeyktlərə aid olmadığından, xüsusi normada ehtiva edilmiş hesablanma qaydasının ona tətbiq edilməklə, əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı olmamışdır. Həmçinin, kollegiya onu qeyd edir ki, iddiaçının hüquqi marağı 2007-2009-cu ilə aid işlədiyi dövrlə bağlı olduğundan, həmin dövrdə əmək pensiya münasibətləri məhz ##.##.2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunla tənzim edildiyindən, “Vətəndaşların pensiya təminatı haqqında” Qanun hazırki tələbin qanuni əsası qismində çıxış etmədiyindən, iddianın əsaslılığı həmin norma əsasında dəyərləndirilməməlidir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki və hüquqi hallarına qanunvericilik normasının tələbi baxımından düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq norması düzgün tətbiq edilməmiş, iddiaçının tələbinin əsaslılığı ümumi normanın şərtləri əsasında dəyərləndirməli olduğu halda (yaşa görə əmək pensiyasının hesablanma qaydası baxımından), xüsusi normanın tələbləri əsasında (hərbi qullquçu, dövlət qullquçsu və xüsusi rütbəli şəxs kimi təyin edilmiş əmək pensiyasının hesablanma qaydasını ehtiva edən tələblər) dəyərləndirmə aparmış, bununla da iş üzrə gəldiyi nəticə yanlış və əsassız olmuş, apellyasiya baxışının predmeti olan hissədə cavabdehin şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv olunmalı, ləğv edilən hissədə iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı qismən, iddianın təmin olunmuş hissəsində ləğv edilsin, ləğv edilən hissədə iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-519/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-519/2026
21.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver