Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-521/2026 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Atakişiyeva Şəfəq Arif qızının katibliyi, iddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “bərpa edilmiş pensiyanın dayandırıldığı tarixdən ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı ## ##### 2016-cı il tarixdə daxili işlər orqanları sıralarından tərxis olunmuş, ## ###### 2016-cı il tarixdə yenidən xidmətə qayıtmışdır. # #### 2016-cı il tarixdə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. # ###### 2017-ci il tarixdən pensiyanın ödənişi dayandırılmışdır. Iddiaçı 2024cü ildə müraciət edərək 2017-ci idə dayandırılmış pensiyanın bərpa edilərək ödənilməsini istəmiş, cavabdeh tərəfindən pensiya ödənişi bərpa edilsə də, keçmiş müddət üçün yalnız üç il hesablanaraq ödənilmişdir. Cavabdeh pensiya məbləğinin qalan hissəsini ödəməkdən imtina etmişdir. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, # ###### 2017-ci il tarixdən ## #### 2021-ci il tarixədək alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ##### 2016-cı il tarixdə daxili işlər orqanları sıralarından tərxis olunmuş, ## ###### 2016-cı il tarixdə yenidən xidmətə qayıtmışdır. # #### 2016-cı il tarixdə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. # ###### 2017-ci il tarixdən pensiyanın ödənişi dayandırılmışdır. Pensiyanın dayandırılmasının səbəbi iddiaçının yenidən xidmətə daxil olmağı göstərilmişdir. Sonradan məlum olmuşdur ki, vaxtilə təyin edilmiş pensiya cavabdeh tərəfindən qanunsuz olaraq dayandırılmışdır. Iddiaçı yenidən xidmətə daxil olsa da, təyin olunmuş pensiyanı almalı idi. Bu barədə cavabdeh orqana müraciət edilmiş, cavabdeh tərəfindən pensiya ödənişi bərpa edilsə də, keçmiş müddət üçün yalnız üç il hesablanaraq ödənilmişdir. Cavabdeh pensiya məbləğinin qalan hissəsini ödəməkdən imtina etmişdir. Iddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1, 32.1-1, 37.3.4, 37.3.5-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının # ### 2024-cü il tarixli, 2-1(102)- ****/**** nömrəli qərardadına istinad olunmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən # #### 2016-cı il tarixdən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin # #### 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçı yenidən xidmətə cəlb olunduğu üçün pensiya ödənişi # ###### 2017-ci il tarixdən dayandırılmışdır. Daha sonra iddiaçı pensiya məbləğinin bərpa edilməsi ilə əlaqədar ## #### 2024-cü il tarixdə müraciət etmiş, həmin müraciət əsasında Mərkəzi Filial tərəfindən # ###### 2024- cü il tarixli, *-**-*/*-*- *****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərar qəbul edilmiş, müraciət tarixdən (## #### 2024-cü il) əvvəlki üç il müddət üçün (## #### 2021-ci il tarixdən etibarən) pensiya məbləğinin ödənilməsi qərara alınmışdır. Qanunvericilikdə keçmiş dövr üzrə alınmış əmək pensiyasının məbləği ən çoxu üç il müddət üçün hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 32.663,77 manat pul vəsaitinin 1.814,66 manatı 2024-cü ilin ilin avqust və sentyabr aylarında ona ödənilmiş, qalıq 30.849,11 manatı isə iddiaçının müraciətini nəzərə alaraq # ####### 2024- cü il – ## #### 2025-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. Məlumat üçün bildirilmişdir ki, Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar 2025-ci ilin # ###### tarixindən hesablanaraq iddiaçının əmək pensiyası hazırda 1.146,07 manat məbləğində müəyyən edilməklə ona ödənilir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının sonuncu xidmət keçdiyi qurum tərəfindən Mərkəzi Filiala təqdim edilən ona dair məlumat vərəqində qeyd olunan dövrlər əmək pensiyası təyin edilərkən və yenidən hesablanan zaman mübahisəsiz olaraq nəzərə alınmışdır. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1, 29, 32.1-1, 37.3.4, 37.3.5, 37.7, prosessual hüquqi əsası kimi IPM-in 47.2-ci maddələrinə istinad olunmuşdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: ## ######## 2024-cü il tarixli, *-**-*/*-A-******/**** nömrəli İddiaçı göndərilmiş “Pensiya ödənişinin bərpa edilməsi və keçmiş dövr üzrə hesablanmış pul vəsaiti haqqında” məktubdan görünür ki, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin # #### 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, # #### 2016-cı il tarixdə Mərkəzi Filial tərəfindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Yenidən xidmətə cəlb olunduğu üçün onun pensiya ödənişi # ###### 2017-ci il tarixdən dayandırılmışdır. Qanunvericiliyin tələbləri nəzərə alınaraq, pensiya təyinat tarixi # #### 2017-ci il tarixədək olduğu üçün əmək pensiyası 2024-cü ilin avqust ayında 1.060,19 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, 2023-cü il və 2024-cü il üzrə əmək pensiyalarının indeksləşdirilməsi də nəzərə alınmaqla) olmaqla tam məbləğdə bərpa olunmuşdur. Həmçinin keçmiş üç il müddət üzrə hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 32.663,77 manat pul vəsaitinin 1.814,66 manatı 2024-cü ilin avqust və sentyabr aylarında ona ödənilmişdir. Qalan ödənilməli vəsait 30.849,11 manat təşkil edir. ## ###### 2024-cü il tarixli, *-**-*/*-A-******/**** nömrəli İddiaçı göndərilmiş “Keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin qalıq hissəsinin ödənilməsi haqqında” məktubdan görünür ki, əmək pensiyası üzrə keçmiş müddət üçün ödənilməli olan qalıq 30.849,11 manat fərq məbləğinin Mərkəzi Filiala müraciətini nəzərə alaraq # ####### 2024-cü il – ## #### 2025-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ## #### 2025- ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin # #### 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, # #### 2016-cı il tarixdə Mərkəzi Filial tərəfindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Yenidən xidmətə cəlb olunduğu üçün onun pensiya ödənişi # ###### 2017-ci il tarixdən dayandırılmışdır. Qanunvericiliyin tələbləri nəzərə alınaraq, İddiaçı pensiya təyinat tarixi # #### 2017-ci il tarixədək olduğu üçün əmək pensiyası 2024-cü ilin avqust ayında 1.060,19 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, 2023-cü il və 2024-cü il üzrə əmək pensiyalarının indeksləşdirilməsi də nəzərə alınmaqla) olmaqla tam məbləğdə bərpa olunmuşdur. Həmçinin keçmiş üç il müddət üzrə hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 32.663,77 manat pul vəsaitinin 1.814,66 manatı 2024-cü ilin avqust və sentyabr aylarında ona ödənilmiş, qalıq 30.849,11 manatı isə adıçəkilən şəxsin Mərkəzi Filiala müraciətini nəzərə alaraq # ####### 2024-cü il – ## #### 2025-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. Məlumat üçün bildirilmişdir ki, əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar cari ilin 1 yanvar tarixdən hesablanaraq İddiaçı əmək pensiyası hazırda 1.146,07 manat məbləğində müəyyən edilməklə ona ödənilir. Əlavə olaraq bildirilmişdir ki, sonuncu xidmət keçdiyi qurum tərəfindən Mərkəzi Filiala təqdim edilən ona dair məlumat vərəqində qeyd olunan dövrlər əmək pensiyası təyin edilərkən və yenidən hesablanan zaman mübahisəsiz olaraq nəzərə alınmışdır. Qoşma şəklində aşağıdakı sənədlərin surəti göndərilmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının # ###### 2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından görünür ki, # ### 2016-cı il tarixdə təyin olunmuş yenidən hesablanmış pensiya məbləği 1.060,19 manat, təminat xərcliyi 968,90 manat, yenidən hesablamanın səbəbi “ödənişin bərpa edilməsi” olaraq göstərilmişdir. - pensiya işinə dair digər materiallar. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (-) 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; (-) 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Maddə 30.1. Əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. Maddə 37.3. Işləyən əmək pensiyaçılarına: 37.3.1. Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; 37.3.2. Əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir. “N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2022-ci il tarixli qərarı “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 2.0.2. Inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 2.0.6. Inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya bərpa edilmiş pensiyanın dayandırıldığı tarixdən ödənilməsindən imtinası təşkil edir. Iddiaçının hüquqi marağı bərpa edilmiş pensiyanın dayandırıldığı tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Yaranmış mübahisə ilə bağlı kollegiya qeyd edir ki, hərbi qulluqçular "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 9.5-ci maddəsinin tələbləri baxımından güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər kateqoriyasına aid edilir. Işin müəyyən edilmiş və tərəflər arasında mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı ## ##### 2016-cı il tarixdə daxili işlər orqanları sıralarından tərxis olunmuş, ## ###### 2016-cı il tarixdə yenidən xidmətə qayıtmış və ona # #### 2016-cı il tarixdə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin xidmətə daxil olduğu üçün # ###### 2017-ci il tarixdən pensiyanın ödənişi dayandırılmış, lakin daha sonra pensiyası bərpa edilərək, müraciət tarixindən əvvəlki üç ilin ödənilməsi qərara alınmış, # ###### 2017-ci il tarixdən ## #### 2021-ci il tarixədək olan vəsaitin ödənilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya # #### 2016-cı il tarixdə cavabdeh orqan tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əməkpensiyası təyin edilmiş, yenidən xidmətə cəlb olunduğu üçün onun pensiya ödənişi # ###### 2017-ci il tarixdən dayandırılmış, iddiaçının ## #### 2024-cü il tarixli müraciəti nəticəsində # ###### 2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilərək, pensiya təyinat tarixi # #### 2017-ci il tarixədək olduğu üçün əmək pensiyası 2024-cü ilin avqust ayında 1.060,19 manat olmaqla tam məbləğdə bərpa olunmuş, keçmiş üç il müddət üzrə hesablanaraq, 32.663,77 manat pul vəsaiti hazıradək hissə-hissə ödənilir. Cavabdeh etiraz və apellyasiya şikayətinin dəlillərində “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyini bildirmişdir. Göründüyü kimi iddiaçının əmək pensiyası cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələri tətbiq edilməklə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən onun pensiya ödənişi bərpa edildikdən sonra keçmiş üç il müddət üçün ödənilmiş məbləğdən əlavə, pensiya məbləğinin qalan hissəsisinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə kollegiyası yaranmış mübahisə üzrə “N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2022-ci il tarixli qərarına diqqət yetirməyi zəruri hesab edir. Həmin qərarda göstərilmişdir ki, “Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 32.1-2-ci maddəsinə əsasən isə bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il ######ın #-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Burada xüsusilə qeyd olunmalıdır ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç ili ödənilməklə” müddəası pensiya hüququ # #### 2017-ci il tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanmasını ehtiva edir. Həmin Qanuna ## ###### 2018- ci il tarixindı yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddə isə inzibat orqana 2019-cu il ######ın #-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq 2019-cu il ######ın #-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1.1- ci maddəsinin tələblərini şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi tərəfindən şərh verilmiş müddəa pensiyanın təyini və yenidən hesablanması ilə əlaqədar ödənişlərin təyinatı məsələsinə müddətlə bağlı məhdudiyyətin gətirilib-gətirilməməsi ilə bağlıdır. Hazırki iş üzrə tələb edilən ödəniş isə nə əmək pensiyasının təyini, nə də əmək pensiyasının yenidən hesablanması ilə bağlı olmadığından müddətlə bağlı məhdudiyyətin tətbiqini istisna edir. Inzibati işin faktiki hallarından da görünür ki, hazırda iddiaçı tərəfindən ödənilməsi tələb edilən ödəniş heç bir inzibati akt olmadan inzibati orqanın maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadan səhvi nəticəsində dayandırılmış pensiya ödənişlərinin bərpası ilə bağlıdır ki, bununla bağlı iddiaçının müraciətinə məhdudiyyət gətirən hər hansı norma mövcud deyil və mülkiyyət hüququnun tərkib hissəsi kimi iddiaçı ona ödənilməli olan, lakin cavabdeh orqan tərəfindən ödənilməmiş ödənişləri müddət məhdudiyyəti olmadan tələb etmək hüququna malikdir. Həmin ödənişlərin ödənilməli olmasının maddi və prosessual hüququ əsası fərqli olması səbəbindən də hazırki mübahisə nə 32.1-1-ci maddənin, nə də 32.1-2-ci maddənin tətbiqindən söhbət gedə bilməz. Qanunvericiliyin tələblərindən də göründüyü kimi əmək pensiyası təyin edilmiş şəxsin daha sonra xidmətə bərpa edilməsi və ya hər hansı formada əmək fəaliyyətini davam etdirməsi onun əmək pensiyasının dayandırılması əsası kimi çıxış etmir. Əksinə, yuxarıda adıçəkilən müddəaların tələbindən də müəyyən edilir ki, şəxsə əmək pensiyası təyin edildikdən sonra da onun əmək fəaliyyətini həyata keçirməsi mümkündür ki, qanunvericilik həmin qrup şəxslər üçün işləyən əmək pensiyaçıları statusu müəyyən etməklə, şəxsin əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini həyata keçirməsi nəzərə alınmaqla və daha sonradan işləməyən əmək pensiyası statusu müəyyən edildiyi təqdirdə əmək pensiyasının hansı qaydada ödənilməsi ilə bağlı qaydaları təsbit etmişdir. Beləliklə cavabdeh orqan əsaslı səbəb olmadan # ###### 2017-ci il tarixli əmək pensiyasının təyinatını iddiaçının xidmətə bərpası əsası ilə dayandırmış, şəxsin işləyən əmək pensiyaçısı statusunu nəzərə almamış, əmək pensiyası həmin dövrdə də ödəməli olmasına baxmayaraq, ödənişləri iddiaçının müraciətinə əsasən yenidən təyinat aparmaqla əldə etməyə nail olmuşdur. Halbuki, iddiaçı işləyən əmək pensiyaçısı statusuna malik olduğu dövrdə də həmin ödənişləri əldə etməli idi. Məhkəmə kollegiyası anoloji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarına diqqət yetirməyi zəruri hesab edir. Həmin qərarda göstərilmişdir ki, hazırkı işdə söhbət əmək pensiyasının təyin edilməsindən və ya onun yenidən hesablanmasından deyil, iddiaçıya vaxtilə (##.##.2017-ci il tarixdən əvvəl) təyin edilmiş, lakin ödənişi cavabdehin təqsiri üzündən əsassız dayandırılmış pensiyanın ödənişinin dayandırıldığı vaxtdan bərpasından gedir. Həmin vaxtdan sonra qanuna edilmiş dəyişikliklər isə iddiaçının əvvəllər əldə etdiyi hüquqlara xitam verməmişdir. Buna görə də pensiyanın ödənişi onun dayandırıldığı vaxtdan başlayan bütün müddəti əhatə edir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətrinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.