Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-523/2026 28.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı iddiaçı2 iştirakı ilə, Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı “sərəncamın və icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI:
1. Abşeron Rayonu Icra Hakimiyyəti başçısının ##.##.2008-ci il tarixli, *** nömrəli sərəncamı ilə Üçüncü şəxs Hövsan Südçülük KTMI ərazisindən 20.000,76 kv.m. torpaq sahəsi icarə yolu ilə ayrılmış, həmin torpaq sahəsinə dair Üçüncü şəxs ilə ##.##.2008-ci il tarixli icarə müqaviləsi bağlanmışdır.
2. Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh ## #### 2008-ci il tarixli, *** nömrəli sərəncamının ləğv olunması, onun hüquqi nəticələri aradan qaldırılmaqla cavabdeh ilə Üçüncü şəxs arasında bağlanmış ## #### 2008-ci il tarixli, *** nömrəli torpaq icarə müqaviləsinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat
3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ## ###### 2000-ci il tarixli, *** nömrəli sərəncamına əsasən südçülük sovxozu həmkarlar komitəsinin ## ###### 2000-ci il tarixli, ** nömrəli protokoluna uyğun olaraq 400 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin inşası üçün iddiaçıya ayrılmışdır. Həmin torpaq sahəsi iddiaçılar tərəfindən hasarlanaraq, sahədə fərdi yaşayış evi inşa etmiş və orada yaşamağa başlamışlar. Lakin ## ###### 2023-cü il tarixdə üçüncü şəxs evin qapısını sındıraraq ora daxil olmuş, iddiaçılara məxsus mənzildə olan əşyaları (pul və qızıl zinət əşyaları da daxil olmaqla) mənimsəmiş və onlara xeyli miqdarda zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
4. Sumqayıt Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Üçüncü şəxs məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
5. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Könül Həbibova).
6. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi Cavabdeh ## #### 2008-ci il tarixli, *** nömrəli qərarının və icarə müqaviləsinin ləğv edilməsi ilə bağlıdır. 2000-ci il # ######## tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il ## #### tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. IPM qüvvəyə minənədək, yəni ## ###### 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ## ###### 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, IPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçı sözügedən qərarın mübahisələndirilməsi imkanını # ###### 2011-ci il tarixədək itirmişdir. Məhkəmə həmçinin bildirir ki, iddiaçının iddia etdiyi torpaq sahəsini uzun müddət istifadə edərək, hüquqi rejimi ilə həmin müddət ərzində maraqlanmadığı ağlabatan deyildir.
7. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri
8. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə iddiaçının Abşeron RIH-nin ## #### 2008-ci il tarixli, *** nömrəli sərəncamından nə vaxtdan məlumatlı olmasını nəzərə almadan iddianı mümkün saymamışdır. Halbuki, həmin sərəncam iddiaçıya 2025-ci ilin aprel ayında Abşeron Rayon Məhkəməsinə müraciəti əsasında təqdim edilmiş və həmin vaxt iddiaçı hüquqlarının pozulduğunu bilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı2 (həmçinin, digər iddiaçı iddiaçı1 etibarnamə üzrə nümayəndəsi) apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, iddia etdiyi torpaq sahəsi Suraxanı rayonu, Binə Südçülük sovxozu ərazisində yerləşir.
10. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası IPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ:
11. “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı
12. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. Inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; ... 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. ... 8.6. Inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
13. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Inzibati Məhkəməsinə göndərilməlidir.
14. Hazırkı işin hallarından da görünür ki, iddiaçının tələbi Hövsan Südçülük KTMI ərazisindən 20.000,76 kv.m. torpaq sahəsinin üçüncü şəxs Üçüncü şəxs icarəsinə verilməsinə dair Abşeron Rayonu Icra Hakimiyyəti başçısının ##.##.2008-ci il tarixli, *** nömrəli sərəncamı və icarə müqaviləsinin ləğv edilməsi barədədir.
15. Birinci instansiya məhkəməsi daşınmaz əmlakda dair inzibati mübahisələrin ərazi aidiyyəti ilə bağlı prosessual qanunvericiliyin tələbini nəzərə almadan iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət vermiş, bununla da, prosessual hüquq normasının pozuntusuna yol vermişdir.
16. Belə ki, Inzibati Prosessual Məcəllənin 8.1 və 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır.
17. Işə baxan məhkəmə tərəfindən Abşeron Rayonu Icra Hakimiyyəti başçısının ##.##.2008-ci il tarixli, *** nömrəli sərəncamında qeyd edilən 20.000,76 kv.m. torpaq sahəsinin Bakı şəhəri, yoxsa Abşeron rayonunun inzibati ərazisində olmasına dair Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Abşeron Ərazi Idarəsinə sorğu verilsə də, torpaq sahəsinin yerini müəyyən edən texniki sənədlər sorğuya qoşma edilmədiyindən inzibati orqan ## ######## 2025-ci il tarixli məktubu ilə sorğunun icrasının mümkün olmadığını bildirmişdir.
18. Iş materiallarında torpaq sahəsinin yerləşmə yeri və döngə nöqtələrinin koordinatları göstərilən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi (səh.13-15) mövcud olmasına baxmayaraq, birinci instansiya məhkəməsi həmin sənədi əlavə etməklə yenidən müvafiq idarəyə sorğu verməmiş və aidiyyəti dəqiqləşdirməmişdir. Bununla da, məhkəmə tərəfindən IPM-in 12-ci maddəsində təsbit olunmuş işin hallarının xidməti vəzifəyə görə araşdırılması prinsipi pozulmuşdur.
19. IPM-nin 8.1 və 8.1.1-ci maddəsinin tələbinə müvafiq olaraq, mübahisələndirilən sərəncamla üçüncü şəxsə ayrılmış torpaq sahəsinin hansı inzibati ərazi vahidinin hüdudları daxilində yerləşməsi barədə apellyasiya instansiyası məhkəməsi tərəfindən reyestr orqanına təkrar sorğu verilmişdir. Inzibati orqanın ## ##### 2026-cı il tarixli məktubundan görünür ki, mübahisəli torpaq sahəsi Abşeron rayonu Icra Hakimiyyətinin idarəçiliyində saxlanılmış keçmiş Hövsan Südçülük sovxozunun hüdudları daxilində yerləşsə də, coğrafi-inzibati olaraq Bakı şəhərinə (Suraxanı rayonu) aiddir.
20. Məhkəmə təcrübəsindən də məlum olduğu kimi Bakı şəhəri ərazisində Abşeron rayonunun idarəçiliyində olan torpaq sahələri yerləşir və həmin ərazilər Abşeron rayonunun inzibati ərazisi sayılmır. Abşeron rayonun idarəçiliyində olan və Bakı şəhərinin rayonlarının inzibati ərazisində yerləşən torpaq sahələri üzərində Cavabdeh sərəncam vermək hüququ olsa da, həmin ərazilərdə kommunal xidmətlər, polis nəzarəti və digər dövlət xidmətləri Cavabdeh yox, torpaq sahəsinin yerləşdiyi rayonun müvafiq qurumlarına aid edilir.
21. Müvafiq reyestr xidmətləri bəzi hallarda Bakı şəhərinin ərazisində yerləşən torpaq sahələrinin Abşeron rayonunun inzibati ərazisində yerləşməsi ilə bağlı məktublar versə də, məhkəmə təcrübəsindən, eləcə də, inzibati orqanın yuxarıda qeyd olunan məktubundan müəyyən edilmişdir ki, Hövsan Südçülük sovxozuna aid torpaq sahələri Cavabdeh idarəçiliyində olmaqla, Bakı şəhəri Suraxanı rayonunun inzibati ərazisində yerləşir.
22. Hazırkı işin də müəyyən edilmiş faktiki hallarından torpaq sahəsinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşdiyi müəyyən edilmişdir.
23. Kollegiya hesab edir ki, hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar yarandığından mübahisəyə münasibətdə IPM-nin 8.1.1-ci maddəsi tətbiq edilməlidir.
24. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il ## ###### tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyasının 15.11-ci bəndinə əsasən Bakı şəhəri Suraxanı rayonu Bakı Inzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir.
25. “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 15.1-ci bəndinə əsasən IPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.
26. Belə olduğu halda, kollegiya hesab edir ki, hazırki iddiaya ərazi aidiyyəti üzrə Bakı Inzibati Məhkəməsində baxılmalıdır.
27. Göründüyü kimi hazırkı iddianın mümkünlüyünə səlahiyyətli olmayan məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir.
28. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı mübahisənin ərazi aidiyyəti ilə bağlı normanın tələbinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli və inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Inzibati Məhkəməsinə göndərilməlidir.
QƏRARA ALDI:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı “sərəncamın və icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair inzibati mübahisə ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Inzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.