Məhkəmə qərarları › İş №2-1(3-8)-525/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-525/2026

21.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-525/2026 21.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsi üzərində sənədləşdirilmənin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Qusar rayonu Aşağı Ləgər bələdiyyəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Qusar rayon Aşağı Ləğər bələdiyyəsi tərəfindən verilmiş kənd təsərrüfat təyinatlı 2,5 ha torpaq sahəsinin sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddia geri götürülmüş hesab edilərək iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilərək inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Qusar rayon Köhnə Xudat bələdiyyəsi ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon, Aşağı Ləgər bələdiyyəsi tərəfindən iddiaçıya 2,5 ha torpaq sahəsi verilmiş, lakin ## #### 2018-ci il tarixdən bu günə qədər həmin torpaq sahəsinin sənədləşdirilməsi barədə müraciətinə cavab verilməmiş, qanunla bələdiyyələrin ehtiyat fondunda olan torpaq sahələri, müharibə əlillərinə, məcburi köçkünlərə və digər müvafiq imtiyazlı şəxslərə verilməsində üstünlük hüququ verilməlidir, belə olan halda bələdiyyənin ehtiyat fondunda olan torpaq sahələrinin xəritəsi və sxemi tələb edilsə, heç bir torpaq sahəsinin təyinatı üzrə istifadə edilməməsi müəyyən olunacaq. Belə ki, bu torpaq sahələri heç bir imtiyazlı şəxslərə verilməmiş, imkanlı və şəxsi maraq güdülən şəxslərə verilmiş, hesab edir ki, qeyd edilən səbəblərə görə iddia tələbi haqlıdır və verilən torpaq sahəsinin sənədləşdirilməsi qanunamüvafiq hesab edilməlidir. Cavabdeh Qusar rayon Köhnə Xudat bələdiyyəsi iddia tələbinə qarşı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, Qusar rayonu Aşağı Ləgər kəndində yerləşən və sabiq Aşağı Ləgər bələdiyyəsi tərəfindən vətəndaşa verilmiş 2,5 ha torpaq sahəsinə dair sənədlər və torpaq sahəsinin yerləşdiyi ərazi barədə məlumatlar ilə Köhnə Xudat bələdiyyəsi tanış deyildir. İddiaçıya şifahi olaraq həmin sənədlər ilə bir yerdə bələdiyyəyə yaxınlaşması xahiş edilsə də, iddiaçı tərəfindən həmin sənədlər bələdiyyəyə təqdim olunmamışdır. Bu səbəbdən də, hal-hazırkı vəziyyətdə həmin torpaq sahəsinə çıxarışın verilməsinə etiraz edilir. İddiaçıya ona sabiq Aşağı Ləgər bələdiyyəsi tərəfindən verilmiş sənədlər və onların arxiv surətləri ilə bir yerdə bələdiyyəyə yaxınlaşması tövsiyə olunur. Sənədlər və torpaq sahəsi barədə araşdırma aparılıb, məlumat olduqdan sonra bələdiyyə tərəfindən vətəndaşa aidiyyatı üzrə arayış (etirazın olub-olmaması ilə bağlı) və əgər etiraz yoxdursa, torpaq sahəsinin yerinin yerləşdiyi ərazinin sxemləri (2000-lik, 10000-lik xəritələr) təqdim olunacaqdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Qusar rayonu Aşağı Ləgər bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, ** nömrəli sərəncamından görünür ki, Qusar rayonu Aşağı Ləgər bələdiyyəsinə məxsus ümumi istifadəsində olmayan kolluq torpaq sahəsindən İddiaçı 2,2 ha torpaq sahəsinin 49 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## ###### 2006-cı il tarixli müqavilədən görünür ki, Qusar rayonu Aşağı Ləgər bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, ** nömrəli sərəncamına əsasən Qusar rayonu Aşağı Ləgər bələdiyyəsi tərəfindən İddiaçı kənd təsərrüfatı məhsulların istehsalı üçün 49 il müddətinə 2,2 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyindən görünür ki, Aşağı Ləgər bələdiyyəsinin torpaqlarından İddiaçı 2,2 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədi üçün icarəyə verilməsi qanuna müvafiqdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ## ### 2023cü il tarixli, *-**-*-**/*-N-****/**-*/**** nömrəli məktubundan görünür ki, heyvandarlığın inkişafı məqsədilə ayrılması nəzərdə tutulan Qusar rayonu Aşağı Ləgər bələdiyyəsi tərəfindən heyvandarlığın inkişafı məqsədilə icarəsinə verilməsi nəzərdə tutulan 2,5 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı kolluq ərazisində yerləşir və əkin kimi istifadə edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin # ###### 2023cü il tarixli, *-**-*-***/*-N-****/**-*/**** nömrəli məktubundan görünür ki, Qusar rayonu, Aşağı Ləyər kəndi ərazisində yerləşən bələdiyyə tərəfindən İddiaçı icarəsinə verilməsi nəzərdə tutulan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olduğu üçün bələdiyyəyə müraciət edilməsi tövsiyə olunmuşdur. Cavabdeh ## #### 2025-ci il tarixli, * nömrəli məktubundan görünür ki, İddiaçı bələdiyyələrin birləşməsindən sonra torpaq sahəsinin sənədləşdirilməsi məsələsi ilə əlaqədar Köhnə Xudat bələdiyyəsinə müraciət etməmişdir. Vətandaş ilə əlaqə yaradıldıqda Aşağı Ləgər kəndində olmadığını bildirmiş və sənədləri “WhatsApp” üzərindən göndərmişdir. Bu səbəbdən də məsələ ilə bağlı ətraflı araşdırmanın aparılması mümkün olmamışdır. Göndərilən sənədlərə baxış zamanı məlum olmuşdur ki, qeyd olunan 2,5 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı sahə yox, bələdiyyənin kolluq (örüş) sahəsinə aiddir və çıxarışın çıxarılması qeyri mümkündür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslılığına hüquqi qiymət verildiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Hazırda iddiaçı Qusar rayon Aşağı Ləğər bələdiyyəsi tərəfindən verilmiş kənd təsərrüfat təyinatlı 2,5 ha torpaq sahəsinin sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunu yoxlamadan iddia tələbinin əsaslığına hüquqi qiymət verməklə yalnışlığa yol vermişdir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Qeyd olunan müddəalar onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağının nədən ibarət olduğu bəlli deyildir. Belə ki, hüquqi maraq yalnız o halda mövcud hesab edilə bilər ki, iddiaçının hüquqi müdafiə vasitəsindən istifadə etməsi onun konkret və aktual hüquq və ya qanunla qorunan marağının pozulması ilə bağlı olsun və həmin müdafiə vasitəsi ilə arzu edilən nəticəyə çatmaq mümkün olsun. Hazırki iş üzrə iş materiallarından göründüyü kimi iddiaçıya Qusar rayonu Aşağı Ləgər bələdiyyəsi tərəfindən 2,2 ha torpaq sahəsi icarəyə verilmişdir. Belə ki, Qusar rayonu Aşağı Ləgər bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, ** nömrəli sərəncamından görünür ki, Qusar rayonu Aşağı Ləgər bələdiyyəsinə məxsus ümumi istifadəsində olmayan kolluq torpaq sahəsindən İddiaçı 2,2 ha torpaq sahəsinin 49 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## ###### 2006-cı il tarixli müqavilədən görünür ki, Qusar rayonu Aşağı Ləgər bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, ** nömrəli sərəncamına əsasən Qusar rayonu Aşağı Ləgər bələdiyyəsi tərəfindən İddiaçı kənd təsərrüfatı məhsulların istehsalı üçün 49 il müddətinə 2,2 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyindən görünür ki, Aşağı Ləgər bələdiyyəsinin torpaqlarından İddiaçı 2,2 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədi üçün icarəyə verilməsi qanuna müvafiqdir. Göründüyü kimi bələdiyyə tərəfindən müvafiq torpaq sahəsinin iddiaçıya icarə müqaviləsi əsasında ayrılması iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Buna baxmayaraq iddiaçının torpaq sahəsinə dair sənədləşmə işlərinin bələdiyyənin üzərinə qoyulması ilə bağlı tələbində nəzərdə tutduğu sənədləşmə işlərinin, ümumilikdə isə hüquqi marağının nədən ibarət olması aydın olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının müraciətinə yenidən baxılması məqsədilə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdehə 30 gün müddət təyin edilmişdir. Cavabdeh ## ###### 2026-cı il tarixli, * nömrəli məktubundan görünür ki, Qusar rayonu Aşağı Ləgər kəndində yerləşən və sabiq Aşağı Ləgər bələdiyyəsi tərəfindən vətəndaşa verilmiş 2,5 ha torpaq sahəsinə dair sənədlər və torpaq sahəsinin yerləşdiyi ərazi barədə məlumatlar ilə Köhnə Xudat bələdiyyəsi tanış deyildir. İddiaçıya şifahi olaraq həmin sənədlər ilə bir yerdə bələdiyyəyə yaxınlaşması xahiş edilsə də, iddiaçı tərəfindən həmin sənədlər bələdiyyəyə təqdim olunmamışdır. Bu səbəbdən də, hal-hazırkı vəziyyətdə həmin torpaq sahəsinə çıxarışın verilməsinə etiraz edilir. İddiaçıya ona sabiq Aşağı Ləgər bələdiyyəsi tərəfindən verilmiş sənədlər və onların arxiv surətləri ilə bir yerdə bələdiyyəyə yaxınlaşması tövsiyə olunur. Sənədlər və torpaq sahəsi barədə araşdırma aparılıb, məlumat olduqdan sonra bələdiyyə tərəfindən vətəndaşa aidiyyatı üzrə arayış (etirazın olub-olmaması ilə bağlı) və əgər etiraz yoxdursa, torpaq sahəsinin yerinin yerləşdiyi ərazinin sxemləri (2000-lik, 10000lik xəritələr) təqdim olunacaqdır. Apellyasiya instansiyasında icraat zamanı yuxarıda qeyd olunan halların araşdırılması məqsədilə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya hüquqi yardım edilməsi üçün ## ##### 2026-cı il tarixli məktub ünvanlanmış, məhkəmə iclasında iştirakının zəruri olduğu xüsusilə qeyd edilmişdir. Buna baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası tərəfindən hazırki iddiaya iddia ərizəsində istinad olunan hallar və əlavə edilmiş sənədlər əsasında baxılmış, iddiaçının hüquqi marağının nədən ibarət olması araşdırılaraq ona uyğun hüquq müdafiə vasitəsinin müəyyən edilməsi mümkün olmamışdır. Eləcə də kollegiya tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz ərazi idarəsinə sorğu ünvanlanmaqla Qusar rayonu Aşağı Ləgər bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, ** nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinə dair müvafiq məlumatların təqdim edilməsi tələb olunmuşdur. İnzibati orqanın ## ##### 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, mübahisələndirilən torpaq sahəsinə tərəflərindən müayinə-baxışın keçirilməsinə zərurət yaranmışdır. Lakin iddiaçı ilə əlaqə saxlamaq mümkün olmadığından müvafiq məlumatların hazırlanaraq təqdim edilməsi mümkün olmamışdır. Göründüyü kimi iddiaçı nə birinci instansiya məhkəməsində, nə apellyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, nə də mübahisənin araşdırılması məqsədilə inzibati orqanların çağırışı üzrə getmişdir. Belə ki, Cavabdeh ## ##### 2026-cı il tarixli, *** nömrəli məktubundan göründüyü kimi İddiaçı Rəfail oğluna sabiq Aşağı Ləgər bələdiyyəsi tərəfindən icarəyə verilmiş 2,2 ha torpaq sahəsinin yeri, kimin istifadəsində olduğu, həmin ərazidə mübahisənin olub-olmaması və vətəndaşın əlində olan sənədlər barədə X1 ətraflı məlumatı yoxdur. 2015-ci ildə yaradılmış BAMS (X2 Sistemi) sistemində də, vətəndaşın qeydiyyatı mövcud deyil və icarə məbləğlərinin ödənilib-ödənilməməsi barədə də məlumatları yoxdur. Vətəndaş ilə bu məsələ barədə şifahi əlaqə yaradılmış və əlində mövcud sənədlər ilə bələdiyyəyə yaxınlaşması və məsələnin aydınlaşdırılması ilə əlaqədar tövsiyə verilmiş, lakin bələdiyyəyə yaxınlaşmamışdır. Sənədlərin şəkillərini “Whatsapp” tətbiqi vasitəsilə onlara göndərmişdir. Oradan da müqavilə və torpaq sahəsinin yeri tam aydın olmamaqdadır. Torpaq sahəsinin yerini bilmədiyi üçün təyinatı və uqodiyası barədə də məlumat təqdim edə bilmirlər. Kollegiya qeyd edir ki, yuxarıda da istinad olunduğu kimi iddiaçıya məxsus Qusar rayonu Aşağı Ləgər bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, ** nömrəli sərəncamı və “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## ###### 2006-cı il tarixli müqavilə mövcuddur. İddiaçı həmin hüquq müəyyənedici sənədlər əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə müvafiq inzibati orqana müraciət etmək, müraciəti imtina ilə cavablandırıldığı təqdirdə isə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Göründüyü kimi iddiaçının tələbi dəqiq olmadığından, cavabdehin üzərinə hansı öhdəliyin qoyulmalı olduğu, eləcə də iddiaçının hazırki iddianı qaldırmaqda mövcud hüquqi marağı və mümkün hüquq müdafiə vasitələri müəyyən edilə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan hallar isə hazırki iddiaya mahiyyəti üzrə baxılmasını istisna edir. Kollegiya əlavə olaraq qeyd edir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı aydın olsaydı belə, iddia digər mümkünlük şərtlərindən biri olan “cavabdeh inzibati orqana müraciət edilməsi” ilə bağlı şərti də ödəmədiyindən mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının 2.3cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Yuxarıda adı çəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və sairə) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarının yuxarıda qeyd edilən tələblərindən müəyyən edildiyi kimi hazırki iç üzrə iddia o halda mümkün sayıla bilər ki, iddiaçı tərəfindən əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edildiyi, inzibati orqanın onun müraciətinin təmin olunmasından imtina edildiyi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətinin cavablandırılmadığı müəyyən edilmiş olsun. Göründüyü kimi öhdəliyin icrası haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. Yuxarıda istinad olunan normanın tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və iddia həmin şərtlərə riayət edilməklə qaldırılmalıdır. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən öhdəliyin icrası haqqında iddialara münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının ilkin olaraq öz tələbi ilə bağlı inzibati orqana müraciət etməsi şərti də ödənilmiş olmalıdır. İşin qeyd olunan hallarından görünür ki, iddiaçı Qusar rayon Aşağı Ləğər bələdiyyəsi tərəfindən verilmiş kənd təsərrüfat təyinatlı 2,5 ha torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmiş, bununla da iddianın xüsusi mümkünlük şərtini yerinə yetirməmişdir. Yuxarıda qeyd olunan xüsusatları ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması üçün əsaslar olduğu halda iddianın əsaslılığına qiymət verərək təmin etməməklə yalnış hüquqi nəticəyə gəlmişdir. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi ilə yanaşı iddianın təmin edilməsinə yönəldiyindən apellyasiya şikayəti qismən – qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsi üzərində sənədləşdirilmənin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar