Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-531/2026 21.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X6, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “X1 adına tərtib edilmiş fərdi yaşayış fondunun yaşayış evinə dair texniki pasportun etibarsız hesab edilməsi və X11 adına yeni texniki pasportun tərtib edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Sumqayıt Texniki Inventarlaşdırma Börosu tərəfindən X1 adma tərtib edilmiş 1963-cü il tarixli, 69 inventar nömrəli və 1987-ci il tarixli, 69 inventar nömrəli, 10-** reyestr nömrəli “fərdi yaşayış fondunun yaşayış evinə dair texniki pasportun” etibarsız hesab edilməsi və həmin ev və toıpaq sahəsinə babam X11 adma texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər XDS IK-nin ##.##.1954-cü il tarixli ** saylı Protokol-Qərarına əsasən babası X4 adına fərdi yaşayış evi tikintisi üçün ünvan 2 ünvanında *** saylı torpaq sahəsi ayrılmışdır. Babası həmin torpaq sahəsində fərdi yaşayış evi tikmiş və ailəsi ilə yaşamışdır. Babası H.Ismayılov ##.##.1960- cı ildə rəhmətə getmişdir. Həmin evdə babasının anası Həvva Əsgərova, anası Ismayılova LiiIya Həsən qızı ailə üzvləri ilə yaşamağa davam etmişdir. X3 ##.##.2015-ci il tarixdə vəfat etmişdir. O vaxtdan bu vaxta qədər isə iddiaçı həmin evdə yaşamağa davam edir. Babasından miras qalmış fərdi yaşayış evinə və torpaq sahəsinə dair vərəsəlik hüquqlarını qeydə aldırmaqdan ötrü Reyestr Xidmətinə müraciət edəndə məlum olmuşdur ki, həmin ünvanda yerləşən fərdi yaşayış evinə dair 1987-ci il tarixdə tərtib edilmiş texniki pasport X.Əsgərovanın (Həvva Əsgərova) adına qeydə alınmışdır. H.Əsgərova babasının anasıdır. Amma torpaq sahəsi ayrılmasına dair qərar babasının adına olduğu üçün həmin torpaqda tikilmiş ev və tərtib edilmiş texniki pasport da babasının adına qeydə alınmalı idi. Amma görünür həmin vaxt babası sağ olmadığına görə, texniki pasportu babasının anasının adına tərtib etmişlər. Bu isə onun babasından qalma vərəsəlik hüququmun rəsmiləşdirilməsində hüquqi maneələr yaradır. Bunu nəzərə alaraq ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda “X.Əsgərova” qeydinin ləğv edilərək, həmin texniki pasportu qərarla məxsus olan şəxsin, babası X4 adına qeydə alınmasını təmin edilməsi üçün Reystr Xidmətinə ərizə ilə müraciət etmişdir. Reyestr Xidməti imtina məktubu verərək məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Reyestr Xidmətinin imtinasını qanunsuz hesab edərək Inzibati Məhkəməyə müraciət etmişdir. Belə hesab edirdi ki, hazırda Reyestr Xidməti o zaman qeydiyyat aparmış orqanın hüquqi varisidir və həmin orqanın səhvini düzəldərək həmin qeydiyyatı dəyişdirmək onun vəzifəsi olmuşdur. Lakin işə baxan Inzibati Məhkəmə ##.##.2025-ci il tarixli *-*(***)-***/**** saylı qərardadı ilə iddianı mümkünsüz hesab edərək öz qərarında göstərdi ki, bu mübahisə ilə əlaqədar ümumi məhkəmə hüquqi faktın müəyyən edilməsi barədə iddia qaldırılmalıdır. Ona görə də hüquqi faktın müəyyən edilməsi üçün Sumqayıt şəhər məhkəməsinə ərizə ilə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərardadı ilə ərizəsi geri qaytarılmış və göstərilmişdir ki, mülkiyyət hüququ əsasında sahiblik və istifadə hüququnun tanınması o zaman mümkündür ki, belə bir mülkiyyət hüququna dair sənəd mövcud olsun, lakin onu bərpa etmək mümkün olmasın. Fərdi yaşayış evinin babasına məxsus olmasına dair mülkiyyət sənədi olmadığına görə məhkəmənin bu qərardadı ilə razılaşmış və apellyasiya şikayəti verməmişdir. Qərara gəlmişdir ki, babasının anası H.Əsgərovanın adına qanunsuz olaraq tərtib edilmiş texniki pasportun etibarsız hesab edilməsi barədə Reyestr Xidmətinə müraciət etsin. Cavabdeh iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Həmin torpaq sahəsi Sumqayıt şəhər XDS IK-nin ##.##.1954-cü il tarixli qərarla babası H.Ismayılovun adına ayrılmışdır. Bundan sonra Sumqayıt şəhər Soveti ilə babası H.Ismayılov arasında bağlanmış ##.##.1954-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması barədə” Müqavilə ilə torpaq sahəsi babası H.Ismayılova təhvil verilmişdir. Sumqayıt şəhər Kommunal Təsərrüfatı Şöbəsinin ##.##.1954cü il tarixli arayışından da görünür ki, ona Sumqayıt şəhər XDS IK-nin ##.##.1954-cü il tarixli ** saylı Qərarına əsasən, fərdi ev tikintisi üçün Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində *** saylı torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər Kommunal Təsərrüfatı Şöbəsinin ##.##.1971-ci il tarixli arayışında göstərilmişdir ki, ünvan 1 ünvanda *** saylı torpaq sahəsi X4 ayrılmışdır. Həmin arayışda qeyd edilmişdir ki, həmin sahədə sahəsi 52,20 kv. metr olan daşdan tikilmiş,inventar qiyməti 2.036 rubl olan ev mövcuddur. Yuxarıda sadalanan hüquqi sənədlər hamısı babası H.Ismayılovun adına olduğu halda, Texniki Inventarlaşdırma bürosu 1987-ci ildə bu torpağa və evə hüquqi aidiyyatı olmayan “X.Askerova”nın adına texniki pasport tərtib etmişdir ki, bu da hazırda onun babasına dair mülkə vərəsəlik hüquqlarını rəsmiləşdirməyə maneə yaratmışdır. Həvva Əsgərova ##.##.1969-cu il tarixdə vəfat etmişdir. Mübahisə edilən ünvanda yerləşən ev babasına ayrılmış torpaq sahəsində babası tərəfindən inşa edilmiş və o,ailə üzvləri ilə birlikdə həmin evdə yaşamış və orada da rəhmətə getmişdir. Bundan sonra isə texniki inventarlaşdırma aparılan zaman Texniki Inventarlaşdırma orqanı səhvən evə dair tərtib edilmiş texniki pasportda babasının deyil, onun anası Həvva Əsgərovanın adını “X.Askerova” kimi qeyd etmişdir ki, hazırda bu qeyd babasının əmlaka olan hüquqlarının qeydə alınmasının qarşısı alır. Babasına ayrılmış 0,06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair ilk inventarlaşdırma və texniki pasportun tərtib edilməsi 1963-cü il tarixdə baş vermişdir. Həmin vaxt babası sağ olmamışdır. Ikinci dəfə 1987-ci ildə texniki pasport tərtib edilərkən H.Əsgərova da sağ olmamışdır. Bu halda inventarlışdırma idarəsi növbəti qanunsuzluq etmiş, evə dair texniki pasportu torpaq qərarı adına olan babası H.Ismayılovun adına deyil, bu torpağa və evə hər hansı bir hüququ olmayan və sağ olmayan H.Əsgərovanın adına tərtib etmişdir. Ona görə də belə hesab edir ki, babasına ayrılmış torpaq sahəsi və onun tərəfindən inşa edilmiş fərdi yaşayış evinə dair cavabdeh tərəfindən tərtib edilmiş texniki pasport etibarsız hesab edilməlidir və torpaq ayrılması barədə qərara əsasən həmin torpaq sahəsi və fərdi yaşayış evinə dair babası H.Ismayılovun adına yeni texniki pasport tərtib edilməlidir. Cavabdeh etirazında qeyd etmişdir ki, təqdim olunmuş müraciətə əlavə edilmiş protokoldan çıxarışda X4 adına *** saylı torpaq sahəsinin ayrılması göstərilsə də, lakin həmin protokolda torpaq sahəsinin ölçüsü qeyd olunmamış və torpağın yerləşmə sxemi təqdim edilməmişdir. Əlavə olaraq X4 və ya X.Əsgərovanın vərəsəsi olmasını təsdiq edən sənəd təqdim edilməmişdir. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının X11 vərəsəsi olmasını təsdiq edən sənəd məhkəməyə təqdim edilmişdir. Beləliklə hazırki iddia tələbini qaldırmaqda iddiaçının subyektiv hüququ müəyyən olunmur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi ## ###### 2011-ci il tarixində qanuni qüvvəyə minmişdir. Iş materialları ilə müəyyən edilir ki, mübahisələndirilən texniki pasport 1987-ci il tarixdə tərtib edilmişdir. Mübahisənin mahiyyəti Inzibati Prosessual Məcəllə qanuni qüvvəyə minənə qədər yaranmışdır, o zaman isə qüvvədə olan 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən, ümumi iddia müddəti üç il idi. Azərbaycan SSR Mülki Prosessual Məcəlləsi ## ######## 1964-cü ildə qəbul edilsə də (## #### 1965-ci il tarixdən qüvvəyə minib), iddia müddətləri ilə bağlı əsas maddi-hüquqi normalar həmin dövrün Azərbaycan SSR Mülki Məcəlləsində öz əksini tapırdı. Iddia ərizəsinə əsasən iddiaçı babası X11 ölümündən sonra babasının anası Həvva Əsgərova, öz X3 ilə həmin evdə yaşamağa davam etmişdir. Lakin qeyd edilən texniki pasport vaxtı ilə iddiaçının anası Ismayılova (Daşdəmirova) Liliya Həsən qızı tərəfindən mübahisələndirilməmiş, verildiyi tarixdən uzun müddət keçdikdən sonra (təxminən 38 il) cavabdeh inzibati orqana qarşı hazırkı tələblə məhkəməyə müraciət edilmişdir. Tələb mübahisənin yarandığı dövrdə müəyyən edilən üç illik iddia müddəti keçdikdən sonra irəli sürüldüyündən, Inzibati Prosessual Məcəllədə və Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarında əksini tapan iddianın qanuni mümkünlüyü şərtləri, xüsusən də iddia müddətinə əməl olunması meyarı pozulmuşdur və bu pozuntu üzrlü səbəblərlə əsaslandırılmamışdır. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. Iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Qərardadla razılaşmayan iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin yeni məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddianı mümkünsüz hesab edərkən 2 dəlilə əsaslanmışdır: 1. Iddiaçının hazırkı iddianı verməyə subyektiv hüququ yoxdur. 2. Iddia müddətini ötürmüşdür. Hər iki dəlili əsassız və qanunsuz hesab edir. Belə ki, məhkəmə iddiaçının iddianı verməyə subyektiv hüququm olmamasını onunla izah etmişdir ki, babsının mirasını qəbul etmək üçün vərəsəlik işi açmamış və belə olan halda məhkəmə hesab etmişdir ki, guya onun hazırkı iddia verməyə subyektiv hüququ olmamışdır. Bu əsasla əlaqədar olaraq mülki qanunvericiliyə əsasən yalnız şəxsi mülkiyyətdə olan əmlaklar miras kimi hesab edilir və iddiaçı babasına dair evə vərəsəlik haqda şəhadətnamə almaq istədikdə məlum olmuşdur ki, iddiaçının babası hesab etdiyi ev babasının deyil, onun anasının adına qeydə alınmışdır. Əgər iddiaçının babasının adına ev qeydə alınmayıbsa, onun adına necə vərəsəlik ala bilərdim ki. Məhz bu iddia da ona görə verilmişdir ki, evin texniki sənədləri və qeydiyyatı iddiaçının babasının adına keçsin ki, sonradan həmin sənədlərə əsasən babasının evinə dair vərəsəlik haqda şəhadətnamə alsın. Ona görə də bu əsasla iddianı mümkünsüz hesab edərkən məhkəmə qanunun tələblərini pozmuşdur. Iddia müddətinə gəldikdə isə, məhkəmə belə hesab etmişdir ki, mülki qanunvericiliklə 3 il ərzində iddia verilməli olduğu halda, 38 il ötəndən sonra iddia verilmişdir və bununla da iddia müddəti ötürülmüşdür. Məhkəmənin gəldiyi bu nəticəni də qanunusuz hesab edir. Belə ki, əvvəla, iddia müddəti hüququn pozulduğu gündən deyil, bu pozuntu şəxsə məlum olan gündən hesablanır. Nə iddiaçının anası, nə də babasının həyətinin və evinin babasının anasının adına qeydə alınmasını bilməmişdir. Çünki həmin vaxt iddiaçının anası uşaq olmuş ,sonradan atası rəhmətə getmiş, evdə böyük kimi nənəsi olmuş, ondan sonra da özü rəhmətə getmişdir. Iddiaçı isə yalnız 2025-ci ildə evə dair hüquqlarını vərəsəliklə adına qeydə aldırmaq istəyərkən, cavabdehin məktubu əsasında bilmiş ki, ev babasının deyil, onun anasının adına qeydə alınıb. Ona görə də məhkəmənin iddia müddətinin keçməsi ilə əlaqədar gətirdiyi dəlil üzrə ətraflı araşdırılma aparılmamış və məhkəmə işin hallarına və maddi hüquq normalarına zidd qərara gəlmişdir. Bundan əlavə, hər hansı bir qərar və sənədin etibarsız hesab edilməsinə iddia müddəti tətbiq edilmir və bu zaman məhkəmə bu əsasla da səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmənin bu qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün məhkəməyə qaytarılmalı, işə qanunauyğun baxılaraq qərar qəbul edilməlidir. Tərəflərin məhkəmə iclasında verdiyi izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3.Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. Iddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı babasının anasının adına tərtib edilmiş texniki pasportun etibarsız hesab edilməsi, həmin texniki pasportda əks olunmuş ev və torpaq sahəsinə dair babasının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmağa yönəlmişdir Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Kollegiya qeyd edir ki,iddianın mümkünlüyü mərhələsində ilkin dəyərləndirmə üzrə müəyyən edilməli olan birinci hal məhz iddiaçının sözügedən iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması ilə bağlı olan haldır. Qanunvericiliyin tələbinə və formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələbləri baxımından subyektiv hüququnun mövcudluğu o halda ortaya çıxmış olur ki, tələb etmək hüququnun qanuni əsası mövcud olmuş olsun, habelə hüququn həqiqətən pozulması, hüquqa aşkar müdaxilənin mövcudluğu, hüquqi müdafiəyə ehtiyacın olması, çatmaq istədiyi məqsədə uyğun iddia irəli sürməsi və s. kimi dəyərləndirmə əsasları mövcud olmuş olsun. Kollegiya hazırki iş üzrə iddianın mümkünlüyü baxımından onu qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən bu mərəhələdə zəruri olan həcmdə araşdırma aparılaraq, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi ilə bağlı işin faktiki və hüquqi hallarına dair düzgün hüquqi qiymət verilərək, qiymətvermənin əsasları ətraflı şəkildə qeyd edilmiş, kollegiya həmin dəyərləndirmə razı olduğundan, təkrarən həmin halların qeyd edilməsini zəruri hesab etmir. Bundan əlavə kollegiya onu qeyd edir ki, hazırki iş üzrə iddaçı babasının əmlak hüquqlarının müdafiəsi ilə bağlı iddia tələbi irəli sürmüşdür. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının babası ##.##.1960-cı ildə vəfat etmiş, babasının anası 1969-cu ildə vəfat etmiş, iddiaçının özünün anası da 2015-ci ildə vəfat etmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən nəvə o halda qanun üzrə vərəsə hesab edilir ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Kollegiya qeyd edir ki, indiki halda iddiaçının babası vəfat etdiyi vaxtda onun anası sağ olmuş, mirasın faktiki qəbul edilməsi ilə bağlı halın isə müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, kollegiya qeyd edir ki, indiki halda iddiaçının hüquqi marağı babasının anası olan Əskərova Həvva adlı şəxsin adına tərtib edilmiş 1963-cü il və 1987-ci il tarixli texniki pasportun etibarsız hesab edilməsinə nail olmaqla, həmin sənədlərin babasına aid olduğunu müəyyən etmək, nəticə etibarilə həmin sənədlər əsasında əmlaka dair mülkiyyət hüququnun babasının adına qeydiyyata alınmasına nail olmaqdır. Işin müəyyən edilmiş hallarından görünür ki, həmin sənədlərin arxiv nüsxələri mövcud olmuş, məzmununda Əskərova Həvva adlı şəxsin adı qeyd edilmiş, habelə həmin şəxsin özü və ya onun vərəsələri və ya iddiaçının babası və ya anası tərəfindən sözügedən sənədlərin etibarlılığı mübahisələndirilməmişdir. Iddiaçı tərəfindən isə babasının vərəsəsi kimi ##.##.2025-ci il tarixdə iddia tələbi irəli sürərək, həmin sənədləri mübahisələndirmişdir. Kollegiya onu qeyd edir ki, iddiaçının babasının vərəsi kimi qeyd edilən iddia tələbini irəli sürmək üçün o halda subyektiv hüquqi olmuş olardı ki, mülki qanunvericiliyin tələbinə əsasən vərəsə qismində çıxış etməsinin əsasları mövcud olmuş olsun. Indiki halda isə qanunla müəyyən edilmiş əsasın mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, kollegiya qeyd edir ki, indiki halda həmin evdə yaşaması halına istinad etdiyindən hətta iddiaçının vərəsə qismində subyektiv hüququn sahibi kimi qəbul etsək belə (halbuki iş üzrə həmin halın müəyyən edilməsi mümkün olmamışdır), mülki və prosessual qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Iddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. Iddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri Ispaniyaya qarşı” iş üzrə ## ###### 2000-ci il tarixli qərarında isə Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının Inzibati ProsessualMəcəlləsi qüvvəyə minənədək, yəni # ###### 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ## ###### 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz.Belə ki, IPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə iddia müddətinin ötürülməsi ilə bağlı istinad etdiyi hallar və həmin halların dəyərləndirilməsinin qanuni əsasları əsaslı olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-531/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-531/2026
21.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver