Məhkəmə qərarları › İş №2-1(3-8)-534/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-534/2026

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-534/2026 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə pensiya təyin olunması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ##.##.1984-cü ildən ##.##.1987-ci il tarixinə kimi SSRI Metallurgiya Nazirliyi Qızıl Birliyi, Şimal- Şərq Birliyi, Lenin adına Iultinsk mədən kombinatında, ##.##.1989-cu il tarixindən ##.##.1990-cı il tarixinə kimi isə SSRI Nazirlər Soveti yanında qiymətli Metallar və Qiymətli Daşlar Baş Idarəsi Qızıl Birliyi, Şimal-X1 adına Iultinsk mədən kombinatında yeraltında tam iş günü olmaqla 1-ci dərəcəli mədənçi şagirdi, 3-cü dərəcəli mədənçi, 4-cü dərəcəli mədənçi peşələrində işlədiyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Iddiaçı apelyasiya şikayətində aşağıdakıları qeyd edir: “Sumqayıt Inzibati Məhkəməsinin hakimi Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə baxılmış *-*(***)-****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qərardadla mənim, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamış və iş üzrə qərardad qəbul edilmişdir. Hesab edirəm ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassız olduğu üçün tam ləğv edilməli, iş üzrə iddia tələbimin mahiyyəti üzrə baxılmasına imkan yaradılmalıdır. Məlikəmə işin faktiki hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Mən Azərbaycan Respublikasının sığortalı vətəndaşı olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququmu tanıtdırmaq məqsədilə cavabdeh orqana Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına müraciət etmişəm. Müraciətimin əsasını isə aşağıda ətraflı izah edilən şərtlər altında yerinə yetirilmiş əmək fəaliyyətim təşkil etmişdir. Mən ##.##.1984-cü ildən ##.##.1987-ci il tarixinə (7086 ##.##.1985-ci il tarixli əmək müqaviləsi ilə) kimi SSRI Metallurgiya Nazirliyi Qızıl Birliyi, Şimal-Şərq Birliyi, Lenin adma Iultin mədən kombinatında yeraltı işlərdə çalışmışam. Bu dövrdə mən birinci dərəcəli mədənçi şagirdi, üçüncü dərəcəli mədənçi, dördüncü dərəcəli mədənçi peşələrini icra etmişəm. Sonradan, ##.##.1989-cu ildən ##.##.1990-cı il tarixinə kimi isə SSRI Nazirlər Soveti yanında Qiymətli Metallar və Qiymətli Daşlar Baş Idarəsi Qızıl Birliyi. Şimal-X1 adma Iultin mədən kombinatında eyni xarakterli, yeraltı, tam iş günü ilə çalışma şəraitini nəzərdə tutan mədənçi peşəsini yerinə yetirmişəm. Yeraltı mədən işləri öz mahiyyəti etibarilə həmişə, o cümlədən SSRI qanunvericiliyi dövründə də "Xüsusilə zərərli və ağır əmək şəraiti" kateqoriyasına aid edilmiş, bu sahədə çalışan işçilər güzəştli pensiya hüquqları əldə etmişlər. Lenin adına Iultin mədən kombinatının yeraltı iş obyektlərindəki fəaliyyət bu meyara tam cavab verir. Həm SSRI Nazirlər Şurasının 1956-cı il tarixli müvafiq qərarları, həm də müstəqil Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiqlənmiş siyahılar bu sahəni güzəştli pensiya hüququ verən peşələr sırasında açıq şəkildə göstərir. Müraciətimdə haqlı olduğumu sübut edən sənədlər, əmək kitabçası, arxiv arayışları, peşəni təsdiq edən digər rəsmi sənədlər cavabdeh orqana təqdim edilmişdir. Cavabdeh orqan isə güzəştli stajın tanınmasından imtina etmiş, nəticədə mənə güzəştli şərtlərlə pensiya təyin edilməmişdir. Bu imtina vətəndaşın konstitusion əmək və sosial müdafiə hüquqlarını kobud şəkildə pozur. Qeyd etmək lazımdır ki, 2024-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti güzəştli pensiya hüquqlarının sübut edilməsi qaydalarında ciddi dəyişikliklər etmişdir. Xüsusilə, müəssisənin artıq fəaliyyət göstərməməsi halında, şəxsin iş yeri tərəfindən arayış alması mümkün olmadıqda, şəxsin işləmiş olduğu peşənin Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahıya uyğun olması əsasında güzəştli stajın hesablanması mümkün elan edilmişdir. Birinci instansiya məhkəməsi həm bu yeni hüquqi bazanı, həm də mənim tələbimin mahiyyətini tam araşdırmadan lazımi olan sənədləri sorğu göndərərək tələb etmədən mümkün olmayan saymışdır və bu yanaşma düzgün deyildir. Mahiyyəti üzrə baxılmamış tələbim isə belədir, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialı mənə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək öhdəliyini yerinə yetirməmişdir. Bu öhdəlik isə həm Azərbaycan Respublikasının Konstitusiyasına, həm də "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa birbaşa əsaslanır. Məhkəmə 2024-cü ildə baxılmış *-*(***)-***/**** saylı işə istinad edərək hesab etmişdir ki, iddia qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu səbəbindən mümkün sayılmamalıdır. Lakin bu baxış tamamilə yanlışdır: birincisi, öncəki apellyasiya məhkəməsi həmin iş üzrə apellyasiya şikayətini mahiyyəti üzrə deyil, prosessual əsasla, qeyri-mümkün hesab edərək rədd etmişdir. Bu o deməkdir ki, iddiamın mahiyyəti üzrə, faktiki hallar, yeni sübut bazası və dəyişən qanunvericilik işığında heç vaxt tam araşdırılmamışdır. Ikincisi, iddianın qeyrimümkün elan edilməsi üçün məhkəmə tərəfindən irəli sürülən əsaslar, IPM-in 45.5.1 -ci və 78ci maddələri bu, işdə tətbiqə uyğun deyil, çünki bu maddələr paralel icraat, yəni eyni anda iki məhkəmə prosesinin gedişi zamanı tətbiq olunur, artıq başa çatmış işlərə deyil. Bundan başqa, qeyd etmək vacibdir ki, iddiamın mahiyyəti sosial xarakter daşıyır. Güzəştli pensiya hüququ Konstitusiyanın 38-ci maddəsindən irəli gələn sosial müdafiə hüququdur. Bu hüquqdan məhkəmənin formal prosessual əsaslarla əl çəkərək iddianı mahiyyəti üzrə araşdırmaması, əslində, vətəndaşı hüquqi müdafiədən tamamilə məhrum etmək deməkdir. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birbaşa pozulmasına gətirib çıxarır. Yuxarıda qeyd edilənlər onu göstərir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı hüquqi baxımdan qeyri-məqbul əsaslar üzərində qurulmuş olub, vətəndaşın prosessual hüquqlarını kobud şəkildə pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edərək yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Bu səbəblərdən apellyasiya şikayətimi təqdim edirəm. IPM-in 45.5.1-ci maddəsinin yanlış tətbiqi barədə paralel icraat ilə tamamlanmış icraatın səhv eyniləşdirilməsi Sumqayıt Inzibati Məhkəməsi öz qərardadında Inzibati Prosessual Məcəllənin (IPM) 45.5.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə bu normanı əsas alaraq hesab etmişdir ki, eyni iddiaçının eyni cavabdehə qarşı əvvəllər məhkəməyə müraciəti olduğundan hazırkı iddia mümkün sayılmamalıdır. Lakin bu yanaşma prosessual qanunvericiliyin kobud şəkildə səhv tətbiqi nümunəsidir. IPM-in 45.5.1-ci maddəsi öz mahiyyəti etibarilə paralel icraat (lis pendens) institutunu tənzimləyir. Bu normanın tətbiq edilməsi üçün eyni tərəflər arasında eyni predmet üzrə iddia bir məhkəmənin icraatında olarkən, eyni iddianın başqa məhkəməyə verilməsi halı gərəklidir. Başqa sözlə, IPM 45.5.1-ci maddəsi ancaq o halda tətbiq edilir ki, həmin anda iki müstəqil məhkəmə prosesi eyni vaxtda davam etsin, tərəflər eyni olsun, iddia predmeti eyni olsun. Bu — eyni vaxtda gedən iki prosesi birbirinə qarışdırmaq halının qarşısını almaq üçün nəzərdə tutulmuş qayda olub, hüquqi müəyyənlik prinsipini qorumaq məqsədi daşıyır. Hazırkı işdə isə bu şərtlər mövcud deyildir. *-*(***)-***/**** saylı iş üzrə icraat 2024- cii ildə qəti tamamlanmışdır: birinci instansiya məhkəməsi tələbi rədd etmişdir, sonra apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2-1(105)- ****/**** saylı, ## ####### 2024-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Beləliklə, 2024-cü ildə aparılmış icraat artıq başa çatmışdır. Hazırkı iş isə 2025-ci ildə — başa çatmış birinci icraatdan sonra başlanmış ayrı, müstəqil bir prosesdir. Iki icraatın paralel davam etdiyi faktı mövcud deyildir. Bu isə o deməkdir ki, IPM-in 45.5.1 -ci maddəsinin tətbiqi üçün qanuni əsas yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * saylı Qərarında da qeyd edilmişdir ki, mümkünlük şərtlərinin mövcudluğu məhkəmə tərəflərindən asılı olmayaraq yoxlanılmalıdır. Məhz bu yoxlama zamanı məhkəmə əvvəlki icraatın tamamilə başa çatdığını müəyyən etməli, paralel icraatın olmadığını aşkara çıxararaq hazırkı iddianı mümkün saymalı idi. Bunu etməmək qərardadı əsassız edir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının bir dəfə müraciəti nəticəsiz qaldıqda onun yenidən müraciət etmək hüququndan tamamilə məhrum edilməsi, əgər əsas olmayan bir prosessual norma buna əsas kimi göstərilirsə. Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsini məhkəməyə müraciət etmək hüququnu pozur. Konstitusiyanın 60-cı maddəsindəki hüquq mütləq xarakter daşımasa da. ona qoyulan məhdudiyyətlər qanuni məqsəd güdməli və müvafiq tədbirlərlə mütənasib olmalıdır. Yalnız öncəki icraatın mövcudluğunu əsas gətirərək iddianı məhkəmənin araşdırmasından kənarda saxlamaq isə bu hüququn mahiyyətini pozan, mütənasiblik tələbini ödəməyən bir yanaşmadır. IPM-in 78-ci maddəsinin (qanuni qüvvəyə minmiş məhkəmə aktının məcburiliyi) tətbiqindəki hüquqi xəta barədə — mahiyyət üzrə baxılmamış tələbin preyudisial qüvvəyə malik olmaması Məhkəmə qüvvəyə minmiş məhkəmə aktının məcburiliyini və preyudisiya institutunu əsas gətirərək iddianı mümkün saymamışdır. Bu mövqe isə hüquqi cəhətdən naqisdir, çünki preyudisiya prinsipi ancaq o halda tam həcmilə tətbiq edilə bilər ki, əvvəlki məhkəmə aktı mübahisənin mahiyyəti üzrə — faktiki hallar, tərəflərin hüquqları, inkar edilən öhdəliklər tam araşdırılmaqla — qəbul edilmiş olsun. Hazırkı işin fərqli xüsusiyyəti budur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-l(***)-****/**** saylı, ## ####### 2024-cü il tarixli qərardadı apellyasiya şikayətini məhz qeyri-mümkün hesab etmişdir. Bu isə o deməkdir ki, apellyasiya instansiyası məhkəməsi tələbimin mahiyyətini — mədən işinin güzəştli staja hesablanmasını, yeraltı iş şəraitinin xüsusilə zərərli olub-olmamasını, peşənin qanunvericiliklə müəyyən edilmiş siyahılara uyğunluğunu — hətta ən əsas faktiki sualları belə araşdırmamışdır. Tələbim üçüncü bir müstəqil instansiyada heç bir prosessual müzakirəyə məruz qalmadan "mümkün deyil" qərardadı arxasında qalmışdır. Hüquq nəzəriyyəsində preyudisiya institutunun tətbiqi üçün tələb olunan ən mühüm şərt "iştirak" şərtidir: qərarda müəyyənləşdirilmiş faktlar həmin qərara qüvvəyə minmiş akt qismində aid olan tərəflər arasında preyudisial qüvvəyə malikdir. Lakin bu qüvvə müstəsna olaraq o faktlara şamildir ki, həmin faktlar məhkəmə tərəfindən aşkara çıxarılmış olsun — yəni mahiyyəti üzrə araşdırılmış, mübahisəyə qoyulmuş, sübutlarla yoxlanılmış olsun. 2024-cü ildəki apellyasiya icraatında isə işin mahiyyəti üzrə heç bir araşdırma aparılmamışdır. Buna görə də həmin qərardad tam preyudisial qüvvəyə malik ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumu isə qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisial qüvvəsini şərh edərkən qeyd etmişdir ki. məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir. Bu müəyyənləşdirmə isə yalnız mahiyyəti üzrə baxılmış mübahisəyə aid ola bilər. Apellyasiya şikayətini prosessual əsasla (qeyri-mümkün elan etməklə) rədd etmək isə nə faktları müəyyənləşdirmək, nə də mahiyyəti üzrə hüquq haqqında qərar qəbul etmək deməkdir. Buna görə də 2024-cü il qərardadı mənim güzəştli staj hüququmu əhatə edən preyudisial müəyyənliyi formalaşdırmır. Əlavə olaraq, Azərbaycan Respublikası ilə keçmiş SSRI respublikaları arasında bağlanmış "Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında" X5 (MDB) Sazişi (## #### 1992-ci il) müvafiq əmək fəaliyyəti sübut edildikdə keçmiş SSRI ərazisində toplanmış pensiya stajının MDB ölkələri tərəfindən qarşılıqlı olaraq tanınmasını nəzərdə tutur. Azərbaycan Respublikası həmin Sazişin iştirakçısıdır. Bu beynəlxalq öhdəlik də iddiaçının SSRI dövründə Rusiya Federasiyasına aid ərazidə (Çukotka) toplanmış güzəştli stajının tanınması tələbini hüquqi cəhətdən əsaslandırır. Yuxarıda göstərilənlər onu sübut edir ki, birinci instansiya məhkəməsinin IPM-in 78-ci maddəsinə istinadı hüquqi cəhətdən düzgün deyildir. Əvvəlki icraatda iddiamın mahiyyəti araşdırılmamışdır, deməli, hazırkı icraatda preyudisiyanın tam tətbiqi üçün qanuni əsas mövcud deyildir. Məhkəmə hazırkı iddianı mümkün sayaraq mahiyyəti üzrə araşdırmalı idi. Yeni hüquqi baza və dəyişən qanunvericilik işığında iddianın müstəqil əsasının olması barədə Birinci instansiya məhkəməsinin xüsusi diqqət yetirmədiyi, lakin işin ədalətli həlli üçün əhəmiyyətli olan bir məsələ də odur ki. 2024-cü ildəki birinci icraat zamanı qüvvədə olmayan yeni qanunvericilik aktı bu gün iddiaçının mövqeyini daha möhkəm hüquqi zəmində yerləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2024-cü il tarixli Qərarı ilə "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasf'nda mühüm dəyişikliklər edilmişdir. Həmin dəyişikliyə görə, əgər müəssisənin artıq fəaliyyət göstərməməsi səbəbindən güzəştli iş şəraitinə dair arayışın təqdim edilməsi mümkün olmadıqda, şəxsin çalışmış olduğu peşənin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahıya uyğun olması əsasında onun müvafiq iş dövrü güzəştli staja daxil ediləcəkdir. Bu dəyişiklik mənim vəziyyətimdə birbaşa tətbiq olunur: Lenin adma Iultin mədən kombinatı SSRI dövründə fəaliyyət göstərmiş, müstəqillik dövründə ləğv edilmiş bir müəssisədir. Ondan arayış almaq artıq faktiki olaraq mümkün deyildir. Lakin peşəmin — yeraltı mədənçilik — güzəştli siyahıya daxil olduğu danılmaz bir faktdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, xüsusilə zərərli və ağır şəraitdə çalışmış kişilər 57 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayım həmin işlərdə keçirdikdə güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Həmçinin Qanunun 9.5-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəlki qanunvericiliyə müvafiq surətdə təyin edilir. Bu norma SSRI dövründə toplanmış güzəştli stajın hazırkı qanunvericiliyə görə də qorunduğunu açıq şəkildə ifadə edir. Beləliklə, öncəki icraat zamanı mövcud olmayan yeni hüquqi mexanizm indi qüvvədədir. Bu hal iddiamın yeni icraatda müstəqil hüquqi əsas üzərində qurulduğunu göstərir. Məhkəmə iddianı mümkün saymadan, yeni hüquqi bazanı da nəzərə almadan rədd etmişdir. Bu isə yanlış qərardad qəbul edilməsinə səbəb olmuşdur. Konstitusiyanın 60-cı maddəsi, IPM-in 12.1-ci maddəsi və işin araşdırılması prinsipinin pozulması barədə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi açıq müddəa ilə hər kəsə hüquq və azadlıqlarının məhkəmədə müdafiəsini təminat kimi tanıyır. Bu konstitusion hüquq yalnız forma etibarilə məhkəmə binasına daxil olmaq deyil, həm də mahiyyəti üzrə ədalətli bir baxış əldə etmək deməkdir. Mahiyyəti üzrə araşdırılmadan, iddianın mümkünlüyü məsələsindən kənara çıxılmadan tərk edilmiş bir iddia prosessual formalizmin qurbanı olmuşdur. Inzibati Prosessual Məcəllənin 12.1-ci maddəsi məhkəməyə kifayətləndirici araşdırma aparmağı proses iştirakçılarının sübutları ilə yanaşı, işin düzgün həlli üçün əhəmiyyətli olan bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağı, məcburi edir. Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli * saylı Qərarında da bu öhdəlik xüsusilə vurğulanmışdır. Məhkəmə iddianın mümkünlüyünü qiymətləndirərkən iddiaçının subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericiliyin öhdəlik nəzərdə tutduğu hallarda imtinanın baş verib-verməməsini araşdırmalıdır. Hazırkı işdə isə məhkəmə bu araşdırmanı aparmamışdır. Məhkəmə yalnız əvvəlki icraatın mövcud olduğunu müəyyən etmiş, buradan dərhal iddianın mümkün olmadığı nəticəsinə gəlmişdir. Lakin məhkəmə IPM-in 12.1-ci maddəsindəki xidməti vəzifəsini yerinə yetirsəydi, aşağıdakıları aşkara çıxarardı: birincisi, öncəki icraat mahiyyəti üzrə baxılmadan prosessual əsasla tamamlanmışdır; ikincisi, tələb olunan güzəştli staj yeraltı mədən işini əhatə edir ki, bu da qanunvericiliklə birbaşa nəzərdə tutulan güzəştli kateqoriyadır; üçüncüsü, yeni hüquqi baza iddiaçıya əlavə sübut imkanı yaratmışdır; dördüncüsü, iddiaçının konstitusion sosial müdafiə hüququ mühüm mübahisəsiz bir faktdır. Bütün bunlar araşdırılmadan qərar qəbul etmək IPM-in 12.1 -ci maddəsini, Ali Məhkəmə Plenumunun məhkəmə aktını, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsini pozur. Apellyasiya instansiyası məhkəməsi bu pozuntunu aradan qaldırmalı, işə mahiyyəti üzrə baxılmasını təmin etməlidir. Sosial müdafiə hüququnun konstitusion müdafiəsi və güzəştli pensiya hüququnun inkar edilməsinin yolverilməzliyi barədə Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsi hər kəsin sosial müdafiə hüququnu — əmək qabiliyyətini itirdikdə yaşa görə, xəstəliyə görə və qanunla müəyyən edilmiş digər hallarda dövlət tərəfindən maddi təminat almaq hüququnu — birbaşa müəyyən edir. Pensiya hüququ bu konstitusion normanın ən mühüm ifadəsidir. Uzun illər ağır, zərərli şəraitdə yeraltı mədən işlərində çalışmış bir vətəndaşın güzəştli pensiyaya hüququ isə həmin 38-ci maddənin bilavasitə özündə ehtiva etdiyi hüquqi müdafiə elementlərindən biridir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.5-ci maddəsi bu qanun qüvvəyə mindiyi günədək güzəştli stajı tamamlamış şəxslərin əvvəlki qanunvericiliyə o cümlədən SSRI qanunvericiliyinə uyğun olaraq pensiya almaq hüququnu qoruyur. Bu maddə xüsusilə mənim kimi vətəndaşları — SSRI dövründə yeraltı mədən işlərində fəaliyyət göstərmiş, müstəqil Azərbaycan dövlətinin hüquqi sisteminin formalaşması ilə əmək hüquqlarını qorumağa çalışan insanları — birbaşa əhatə edir. Qanunverici bu maddəni əbəs yerə qoymamışdır: məhz bu normanın mövcudluğu keçid dövrünün mürəkkəbliyindən doğan hüquqi boşluqları aradan qaldırmaq məqsədi daşıyır. Eyni zamanda, hüquq dövləti prinsipinə görə, dövlət öz vətəndaşlarına qanunla nəzərdə tutulmuş hüquqları təmin etmək öhdəliyini daşıyır. Sosial sığorta sistemi vətəndaşın illərlə ödədiyi haqlar və gördüyü işin müqabilində dövlət tərəfindən zəmanət verilən bir mexanizmdir. Bu mexanizmi formal prosessual səbəblərlə işlətməmək, mahiyyəti üzrə araşdırmanı aradan qaldırmaq — həm hüquqi, həm də əxlaqi baxımdan kabul edilə bilməz bir nəticəyə gətirib çıxarır: yeraltı mədəndə ağır şəraitdə onillər boyu çalışmış bir insanın güzəştli pensiyadan məhrum edilməsi. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin (AIHM) 1-ci Saylı Protokolunun 1-ci maddəsinə dair presedent hüququna əsasən, qanunvericiliklə müəyyən edilmiş şərtlər yerinə yetirildiyi hallarda əldə edilmiş pensiya hüququ "mülkiyyət" kimi qorunur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü olduğundan Konvensiya Azərbaycan üçün məcburi standart təşkil edir. Yeraltı mədən işlərindəki çalışma müddətlərini sübut edən sənədlər mövcud olduğunda əmək kitabçası, arxiv məlumatları həmin müddətin güzəştli staja hesablanmasından imtina etmək vətəndaşın "mülk" qismindəki hüququna qeyri-qanuni müdaxilə sayılır. Apellyasiya instansiyası məhkəməsi bütün bu yuxarıda qeyd edilən hüquqi əsasları nəzərə almalı, ilk növbədə birinci instansiya məhkəməsinin iddianı mümkün saymama qərarını ləğv etməli, işin mahiyyəti üzrə araşdırılmasına imkan yaratmalıdır. Yalnız bu yolla vətəndaşın konstitusion hüquqları tam bərpa edilə bilər.” b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ: “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. Inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hazırkı mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərarının surətindən görünür ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-****/**** saylı, ## ####### 2024-cü il tarixli qərardadı ilə Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2024-cü il tarixli, 2-1(118)- ***/**** saylı qərarından verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Göründüyü kimi eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə mübahisəsi olmuş və iddiaçının həmin tələbi təmin edilməmiş, tələblə bağlı qərar qanuni qüvvəyə minmişdir. Inzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmçinin, “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 15.5 və 15.6-cı bəndlərinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı fərqli əsaslarla inzibati orqana müraciət etməsi istisna edilmir. Lakin hazırkı işdə iddiaçının eyni əsaslarla eyni tələbi irəli sürməsi hüquqi müəyyənlik prinsipi baxımındanda əsaslı hesab edilmir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar