Məhkəmə qərarları › İş №2-1(3-8)-536/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-536/2026

21.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-536/2026 21.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin dövlət qeydiyyata alınması və torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları JN 178 Kod ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, DNK-nun ## ###### 2005-ci il tarixli *-Ə-*** saylı alqı-satqı müqaviləsi ilə fərdi yaşayış evinin tikintisi üçün Quba şəhəri ərazisindən 0.05 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Cavabdehin iddiaçıya ünvanladığı məktubundan görünür ki, Cavabdeh publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən aparılan araşdıma zamanı JN-178 (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçmədiyi məlum olmuşdur. Müraciətinizlə əlaqədar Cavabdeh publik hüquqi şəxsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində aparılmış araşdırma zamanı elektron kadastr məlumat bazasında JN-178 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" barədə hər hansı məlumat, eləcə də arxivdə JN-178 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin verilməsinə əsas olan ilkin torpaqayırma sənədləri aşkar edilməmişdir. Müayinə aktından görünür ki, “torpaq sahəsinin naturada 0.05ha təşkil etdiyi, iddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsinin baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən X14 kateqoriyalı olub uqodiyasının fərdi yaşayış kimi, mülkiyyət növünün isə bələdiyyə mülkiyyəti kimi göstərildiyi, DT və XK-nın Quba rayon şöbəsi tərəfindən tərtib olunmuş JN-*** nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamədə göstərilən cizgilərin elektron məlumat bazasında öz əksini tapmadığı, torpaq sahəsinin müayinəsi zamanı mübahisəli halın qeydə alınmadığı, torpaq sahəsinin baza məlumatlarında olan xəritə materialları üzərində heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmədiyi və heçbir mühafizə zolağında yerləşmədiyi” qeyd edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba Rayonu Rustov kənd sakini İddiaçın Quba rayon DNK-nun ## ###### 2005-ci il tarixli *-Ə-*** saylı alqı-satqı müqaviləsi ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılan 0.05 ha torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Quba şəhəri ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, , DNK-nun ## ###### 2005-ci il tarixli *-Ə-*** saylı alqı-satqı müqaviləsi ilə fərdi yaşayış evinin tikintisi üçün 0.05 ha torpaq sahəsi Quba şəhər ərazisində mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair şəhadətnamə JN-178 KOD 303010041 qeydiyyatdan keçmişdir. Torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasına dair cavabdehə müraciət məktubuna cavab olaraq bildirilmşdir ki, DƏDK və Reyesteri publik hüquqi şəxsin * saylı Xaşmaz Ərazi İdarəsi tərəfindən aparılan araşdırma zamanı JN-178 kod (********) nömrəli Torpaqın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə”nin ləğv edilmş Dövlət Topaq və Xəritəçəkmə komitəsi tərəfindən təhvil verilmiş şəhadətnamənin verilməsi kitabında qeydiyyatdan keçmədiyi məlum olmuşdur. Müraciətimizlə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin Kadastrı və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin aparılmış araşdırılma zamanı elektron kadastr məlumat bazasında JN-*** nömrəli Torpağın mülkiyyətə verilməsi dair Şəhadətnamə barədə ilkin torpaq sahəsinin sənədlərinin aşkar olumaması qeyd olunmuşdur. Sənədin arxivinin cavabdehə təqdim olunmaması onun günahı kimi qiymətləndirilə bilməz. Sənədin bir nüsxə əsli ondadır. Uzun müddətdir ki, torpaq sahəsindən istifadə edir və torpaq sahəsinin istifadəsində olmasını onun qonşuları Ömərov İlham Bəybala oğlu, X4 və X2 tərtib olunan akda öz imzalarını çəkməklə təstiq etmişlər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı İddiaçı iddiasına qarşı münasibətin (etirazın) bildirilməsi ilə bağlı sərəncamın icrası ilə əlaqədar xxxx publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş məktubunuza baxılmışdır. Bildirirlər ki, İddiaçı səlahiyyətli nümayəndəsi X3 şəhərində yerləşən JN-*** nömrəli (kod 30301004) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də qeyd olunan 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xxxx publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinə ## ##.2023-cü il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə ##.##.2023-cü il tarixli, *-**-*-**/*-*-****-*/**** nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Ərizənizə əlavə olunmuş JN-*** nömrəli (kod 30301004) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ərazi İdarəsi tərəfindən araşdırılmışdır. Məlumat üçün bildiririk ki, qeyd olunan JN-*** nömrəli (kod 30301004) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmamış, ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Qeyd olunan səbəbdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Belə ki, İddiaçı Quba şəhəri ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.05 ha torpaq sahəsinin Quba rayon DNK-nın ##.##.2005-ci il tarixli, *-Ə-*** saylı alqı-satqı müqaviləsi əsasında ona satıldığını bildirmiş və torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını məhkəmədən xahiş etmişdir. Lakin iddiaçı həmin torpaq sahəsinin ona satılmasına dair nə inzibati icraat zamanı inzibati orqana, nə də məhkəmə icraatı zamanı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə inzibati işin araşdırılması zamanı Quba rayon DNK-nun ##.##.2005-ci il tarixli, *-Ə-*** saylı alqı-satqı müqaviləsinin təqdim edilməsi üçün aidiyyatı üzrə dövlət orqanlarına sorğular ünvanlamışdır. Məhkəmə sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin təqdim etdiyi ##.##.2025-ci il tarixli məktubda aşağıdakılar qeyd edilmişdir: “Bildiririk ki, həmin dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2005-ci ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda bildiririk ki, arxivə təhvil verilmiş 4Ə-*** reyestr nömrəli müqavilənin ##.##.2005-ci il tarixdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir.” Eyni zamanda xxxx publik hüquqi şəxsi xxxx MMC tərəfindən də məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş ## ######## 2025-ci il tarixli məktubda JN-178 (kod ********) nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsinin və tərtib edilməsinə əsas olan sənədlərin aşkar edilmədiyi qeyd edilmişdir. Məhkəmənin digər sorğusuna cavab olaraq, cavabdeh orqan tərəfindən təqdim edilmiş müayinə aktında “torpaq sahəsinin naturada 0.05ha təşkil etdiyi, iddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsinin baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən X14 kateqoriyalı olub uqodiyasının fərdi yaşayış kimi, mülkiyyət növünün isə bələdiyyə mülkiyyəti kimi göstərildiyi, DT və XK-nın Quba rayon şöbəsi tərəfindən tərtib olunmuş JN-*** nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamədə göstərilən cizgilərin elektron məlumat bazasında öz əksini tapmadığı, torpaq sahəsinin müayinəsi zamanı mübahisəli halın qeydə alınmadığı, torpaq sahəsinin baza məlumatlarında olan xəritə materialları üzərində heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmədiyi və heçbir mühafizə zolağında yerləşmədiyi” qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ..... 139-1.1.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3. aşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;...8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı alqı-satqı müqaviləsi əsasında ona atılmış 0,05 ha torpaq sahəsinə dair onun adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan torpaq sahəsinə dair müvafiq şəhadətnamənin qeydiyyatdan keçməməsi və elektron kadastr məlumat bazasında şəhadətnamənin verilməsinə əsas olan ilkin torpaqayırma sənədlərinin aşkar edilməməsi halına istinad edərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş hallar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçı tələbin əsası kimi ## ###### 2005-ci il tarixli *-Ə-*** saylı alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini satın alması və onun əsasında müvafiq Şəhadətnamə tərtib edilməsi halına istinad etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, arxiv məlumatlarında iddiaçının həmin torpaq sahəsini satın alması ilə bağlı istinad etdiyi alqı-satqı müqaviləsi mövcud olmamış, arxiv məlumatında aşkar edilən *-Ə-*** saylı müqavilənin bağlanma tarixi ##.##.2005-ci il olmaqla, başqa şəxslər arasında bağlanmışdır. Nəticə etibarilə iddiaçının alqı-satqı müqvailəsi əsasənda sözügedən torpaq sahəsini satın alması halı təkzib edilmişdir. Bundan əlavə, iddiaçının adına tərtib edilmiş müvafiq Şəhadətnamənin də arxiv nüsxəsi aşkar edilməmiş, elektron məlumat bazasında öz əksini tapmamış, qeydiyyatdan keçməmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi naturada mövcud olmaqla, TEKUİS-də bələdiyyə mülkiyyəti, yaşayış məntəqələri torpaqları kimi qeyd edilmiş, başqa şəxslərə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmə, kommunal xəttlərin mühafizə zolağında yerləşməsi halı müəyyən edilməmişdir Kollegiya ilk növbədə iddianın əsaslılığı baxımından onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının məzmununda əmlaka mülkiyyət hüququnun yaranması əsasları və bu hüququn dövlət qeydiyyatına alınması şərtləri öz əksini tapmışdır. Kollegiya sözügedən əmlak üzərində iddiaçının mülkiyyət hüququnun yaranıb-yaranmaması ilə bağlı onu qeyd edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddiaçının adına sözügedən torpaq sahəsinin satılmasına dair alqı-satqı müqaviləsinin əsli və ya arxiv əsaslarının mövcudluğu müəyyən edilməmişdir. Hansı ki yalnız həmin sənədlərin aşkar edilməsi halı əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas ola bilərdi. İndiki halda isə iddiaçının sözügedən torpaq sahəsini alqı-satqı müqvailəsi əsasında satın alması halı müəyyən edilmədiyindən, habelə müvafiq Şəhadətnamənin elektron kadastr baza məlumatında qeydiyyatdan keçmədiyindən, arxiv əsasları aşkar edilmədiyinən iddiaçının istinad etdiyi müvafiq Şəhadətnamənin mötəbərliyi müəyyən edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi sənədlər (müvafiq Şəhadətnamə) mötəbər hüquqmüəyyənedici sənəd qismində iddianın əsaslılığını müəyyən edən sübut qimsində çıxış etməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən, cavabdehin imtina ilə bağlı hərəkətləri qanunauyğun olmuş, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar