Məhkəmə qərarları › İş №2-1(3-8)-539/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-539/2026

06.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-539/2026 06.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Cabbarova Gülnar İnqilab qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, üçüncü şəxs Üçüncü şəxs iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “iddiaçının torpaq sahəsinin sərhədində yerləşən, hasara bitişik olan və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2- 1-ci bəndinin tələblərinə uyğun olmadan tikilmiş fərdi yaşayış evinə dair üçüncü şəxsə məxsus ************-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli çıxarışın-fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi və həmin hissədə reyestrdə qeydin silinməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən qanunsuz tikili üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair hərəkətlərini qanunsuz hesab edərək ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reysterindən çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “iddiaçının torpaq sahəsinin sərhədində yerləşən, hasara bitişik olan və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinə uyğun olmadan tikilmiş fərdi yaşayış evinə dair üçüncü şəxsə məxsus ************-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli çıxarışın-fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi və həmin hissədə reyestrdə qeydin silinməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Üçüncü şəxs zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə üçüncü şəxslə Abşeron rayon məhkəməsində məhkəmə çəkişmələri olmuş, həmin iş üzrə iddiaçı tərəfindən üçüncü şəxsə məxsus ünvan 2 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin iddiaçının hasarına bitişik olan hissəsinin üçüncü şəxsin hesabına sökülərək normalara uyğunlaşdırılması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Qeyd olunan iddia ərizəsi ##.##.2021-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmə həmin iddianı icraata qəbul etmişdir. Bundan əvvəl üçüncü şəxsin iddiaçıya qarşı oxşar tələbi əsasında mülki iş başlanılmış, Abşeron Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və həmin iş rəy verilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir. Surəti hazırki iddia ərizəsinə əlavə edilən cavabdeh inzibati orqanın ##.##.2021-ci il tarixli ************ nömrəli məktubundan da görünür ki, həmin qərardad ##.##.2021-ci il tarixdə həmin orqan tərəfindən qəbul edilmiş və tərəflər arasında mübahisənin olduğu cavabdehə məlum olmuşdur. Cavabdehin bu hərəkətinin qanunsuz hesab etdiyi üçün çıxarışın ləğvinə dair ərizə ilə Abşeron rayonu * saylı ərazi idarəsinə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciəti olan məktubu qəbul etməmiş, həmin zərf geri qaytarılmışdır. Surəti hazırki iddia ərizəsinə əlavə edilən məktubdan da görünür ki, cavabdeh orqan ərizəni ##.##.2023-cü il tarixdə qəbul etmiş, cavabdehin ##.##.2023-cü il tarixli məktubu ilə müraciətindən imtina olunmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı qeydiyyat orqanı tərəfindən verilmiş müvafiq çıxarışın ləğvi tələb olunmasına baxmayaraq, sözügedən sənədin qanunsuz və əsassız verilməsinin iddia ərizəsində əsaslandırılmadığı, buna dair hər hansı mötəbər sübutun işə əlavə edilmədiyi, ləğv edilməsi xahiş edilmiş xxxxndən Üçüncü şəxs adına ************-***** reyestr nömrəli çıxarışın ##.##.2009-cu il tarixli, 4Ə/05-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında verildiyi, sözügedən sənədin verilməsinin qanuni əsaslarla aparıldığı və qeydə alma zamanı hər hansı yanlışlığa yol verilmədiyi müəyyən olunmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia ərizəsinə etirazlarını bildirib, * saylı Abşeron Ərazi İdarəsinin iş üzrə imtinasının qanuni hesab edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş edirlər. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı ilə Abşeron Rayon Məhkəməsinin icraatında mübahisələri olmuşdur, nəticəsi olaraq məhkəmənin ##.##.2023-cü il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə “AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDR Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında xxxxndən verilmiş ##.##.2009-cu il tarixli MH ******* saylı çıxarışa əsasən Üçüncü şəxs mülkiyyətində olan ünvan 1ndəki 0.05 ha torpaq sahəsinin 36 kv.metr hissəsində İddiaçı tərəfindən inşa edilmiş daş hasar İddiaçı vəsaiti hesabına sökülməsi və İddiaçı tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin bu ölçüdə boşaldılması qərara alınmışdır. Tərəflərə məxsus torpaq sahələri arasında əvvəlki daş hasarın tikilib bərpa edilməsi İddiaçı həvalə edilsin” qət olunmuşdur. Əvvəlki iş üzrə iddiaçı bu qətnamədən şikayət vermişdir, iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Aralarında mülki konflikt İddiaçı özbaşına və qanunsuz hərəkətlərindən, mülkiyyətində torpaq sahəsinin bir hissəsinin onun tərəfindən ələ keçirilməsi səbəbi ilə yaranmışdır. Bu hərəkətlər açıq-aşkar mülkiyyətini mənimsəmə məqsədi ilə həyata keçirilmişdir. Abşeron Rayon Məhkəməsində bir il ərzində davam olunmuş araşdırmaları dövründə hazırkı kimi o, torpağını qanunsuz zəbt edən şəxs İddiaçı tərəfindən psixoloji təzyiqlərə məruz qalır. Abşeron Rayon Məhkəməsi və Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri, reyestr Xidmətinin və digər mütəxəssisləri torpağının 36 kv.m ərazisini İddiaçı tərəfindən daş hasara alaraq faktiki istifadə etdiyini müəyyən etmişlər. Torpağını boşaltmaq istəməyən İddiaçı əsassız digər iddialar qaldırır və bu cür iddia hazırda icraatdadır. Torpaq sahəsinə mülkiyyət hüququ ##.##.2009-cu il tarixində dövlət qeydiyyatına alınmışdır. Bağ evinin tikintisi müvafiq dövlət qurumların razılığı ilə 2010-cu ilin əvvəlində başa çatmışdır. Bağ evi eskiz layihə sənədlərə uyğun, mülkiyyətində olan torpaq sahəsində tikilmişdir. Buna görə bu evi “qanunsuz tikili” kimi təqdim etmək hüquqi cəhətdən əsassız olmuşdur. Qanunla tələb olunan sənədlər əsasında o, 2021-ci ildə həmin bağ evini Əmlak Məsələləri Dövlət Xidmətində rəsmiləşdirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin mənasına görə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hesab edir ki, iddiaçının bu mübahisə üzrə heç bir hüququ və ya marağı toxunulmur, bu səbəbdən iddiaçının hazırkı iddianı qaldırmaq subyektiv hüququ mövcud deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı torpaq sahəsinin sərhədində yerləşən, hasara bitişik olan və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinə uyğun olmadan tikilmiş fərdi yaşayış evinə dair üçüncü şəxs Üçüncü şəxs məxsus ************-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi və həmin hissədə reyestrdə qeydin silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisənin yerində araşdırılması məqsədi ilə məhkəmə tərəflərin, mütəxəssis və ekspertin iştirakı ilə yerli baxışda iştirak etmiş, mübahisəli ərazi müayinə edilmiş, üçüncü şəxs Üçüncü şəxs məxsus fərdi yaşayış evinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hasarına tam olaraq bitişik tikildiyi müəyyən edilmişdir. Məhkəmə tərəflər arasında olan digər məhkəmə mübahisəsinə münasibətdə bildirir ki, Abşeron Rayon Məhkəməsinin Qətnaməsi ilə üçüncü şəxsə məxsus 0.05 ha torpaq sahəsinin 36kv.metr hissəsinin İddiaçı hesabına sökülməsi qət edilsə də, həmin qətnamə hazırda qanuni qüvvəsini almamış (apellyasiya instansiyasında icraat dayandırılmışdır) və faktiki vəziyyətdə iddiaçının hasarı və mübahisəli fərdi yaşayış evi arasında ara məsafə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun deyildir. Beləliklə məhkəmə araşdırması zamanı üçüncü şəxs Üçüncü şəxs məxsus fərdi yaşayış evinin iddiaçıya məxsus və faktiki istifadəsində olan torpaq sahəsinin hasarına bitişik tikilmiş olduğu müəyyən edildiyindən, Üçüncü şəxs məxsus ************-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli çıxarış -fərdi yaşayış evinə aid hissədə ləğv edilməlidir. Üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsinə mülkiyyət hüququ ##.##.2009-cu il tarixində dövlət qeydiyyatına alınmışdır. Bağ evinin tikintisi müvafiq dövlət qurumları -Abşeron Rayon İcra Hakimiyyətinin ##.##.2009-cu il tarixində alınmış razılığı ilə 2010-cu ilin əvvəlində başa çatmışdır. Bağ evi eskiz layihə sənədlərinə uyğun mülkiyyətində olan torpaq sahəsində tikilmişdir. Qanunla tələb olunan sənədlər əsasında 2021-ci ildə həmin bağ evi dövlət reyestrində qeydə alınmişdır. Beləliklə torpaq sahəsinə hüquqları 2009-cu ildə yaranmışdır, bağ evi 2010-cu ildə tikilmişdir və tikiliyə çıxarış 2021-ci ildə verilmişdir. Məhkəmə və işə cəlb olunmuş ekspertlər mübahisənin əhəmiyyət kəsb edən hallarına düzgün qiymət vermədilər. Belə ki, araşdırma zamanı onlar Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin 69-cu maddəsinə istinad etmişdilər. Halbuki bağ evi 2010-cu ildə tikilmişdir, tikiliyə dair layihə sənədləri 2009-cu ildə təsdiq olunmuşdur, sözügedən məcəllə isə ##.##.2013-cü il tarixində qüvvəyə minmişdir. Hesab edir ki, 2013-cü ildən qüvvəyə minmiş qanun normaları 2010-cu ildə tikilmiş tikiliyə tətbiq oluna bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddisinin VII bəndinə görə normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun 87.3-cü maddəsinə əsasən törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Tikinti və Şəhərsalma Məcəlləsində nəzərdə tutulan qaydaların pozulmasına görə mülki məsuliyyətinə cəlb edilməsi əsassızdır. Məhkəmə Ekspertiza Xidmətləri MMC tərəfindən mübahisəli torpaq sahəsində tədqiqat aparılmışdır. ## #### 2026-cı il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və tikinti Məcəlləsində göstərilən normativlərin ## ###### 2013-cü il tarixindən sonrakı tarixlərdə inşa edilən tikililərə münasibətdə qüvvəyə mindiyini nəzərə alaraq mütəxəssis tərəfindən qeyd olundu ki, ünvan 2ndə yerləşən Üçüncü şəxs mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2009-cu ildə inşa olunduğundan və həyətyanı sahələrdə inşa olunan evlərin torpaq sahələrinin sərhədləri arasında ara məsafəsinin nə qədər təşkil etməsi barədə müddəa həmin dövrdə Azərbaycan Respublikasının Şəhərsalma vəTikinti Məcəlləsi ilə tənzimləmirdi. Eyni zamanda yaşayış evi müvafiq qurumlar tərəfindən dövlət qeydiyyatına alındığını nəzərə alaraq, yaşayış evi tikinti- norma qaydalarına uyğun inşa olunmuşdur. Aralarında mülki konflikt İddiaçı özbaşına və qanunsuz hərəkətlərindən, mülkiyyətində torpaq sahəsinin bir hissəsinin onun tərəfindən ələ keçirilməsi səbəbi ilə yaranmışdır. Bu hərəkətlər açıq-aşkar mülkiyyətini mənimsəmə məqsədi ilə həyata keçirilmişdir. Abşeron Rayon Məhkəməsində bir il ərzində davam olunmuş araşdırmaları dövründən hazıra kimi o, torpağını qanunsuz zəbt edən şəxs İddiaçı tərəfindən psixoloji təzyiqlərə məruz qalır. Abşeron Rayon Məhkəməsi və Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri, reyestr Xidmətinin və digər mütəxəssisləri torpağının 36 kv.m ərazini İddiaçı tərəfindən daş hasara alaraq faktiki istifadə etdiyini müəyyən etmişdilər. Torpağını boşaltmaq istəməyən M.Rəhimo- ona qarşı digər (inzibati) iddia qaldırmışdır. İş üzrə araşdırma zamanı təyin olunmuş məhkəmə ekspertizası ilə əlaqədar olaraq müəyyən sualların və qeydlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmənin ekspertlərə 1-ci sualı ilə bağlı onlar tərəfindən bildirilmişdir ki, Üçüncü şəxs məxsus ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən 30.40 kv.m fərdi evin (tikilinin) arxasında hasar faktiki mövcud deyil, sahə tikilinin yan hissəsindən hasarlanmışdır. İddiaçı (iddiaçı) tərəfindən əvvəlki hasar özbaşına olaraq sökülüb və indiki hasar Üçüncü şəxs mülkiyyətində olan torpaq sahəsinin 36 kv.m hissəsinə girib tikilmişdir. Və bu hal 2022-ci ildə Abşeron Rayon Məhkəməsində mübahisə predmeti olmuşdur. 6-cı sualın bu məzmunda verilməsini xahiş olunmuşdur: Mülkiyyət hüquqları mübahisələndirilən, 2010-cu ildə tikilmiş tikili həmin dövrdə Azərbaycan Respublikasında qüvvədə olan tikinti texniki normalarına uyğun olaraq inşa edilmişdirmi? Ekspertiza qarşısında bu suallarını da qoyulmasını xahiş etmişdirlər: İş üzrə iddiaçınin (İddiaçı) və 3-cü şəxsin (Üçüncü şəxs) torpaq sahələrinin texniki sənədlərinə və layihələrinə uyğun olaraq, mübahisəyə qoyulan 30,40 kv m fərdi evin arxa divarı və həmin sahələr arasında sərhədli ara məsafəsi mövcuddurmu?- Torpaqların texniki sənədlərində nəzərdə tutulmuş sərhəddə hasar bərpa olunsa, ara məsafəsi mövcud olacaqmı? Məhkəmə suallarına əhəmiyyət verməyib, tək iddiaçının qaldırdığı sualları öz qərardadı ilə ekspertlərə təqdim etmişdir və mübahisəli bağ evinin tikilməsinin tarixi, evə dair texniki və layihə sənədlərini nəzərə almamışdır, texniki sənədlərinə uyğun sərhədli hasarın koordinatları tədqiq olunmamışdır. Halbuki iş materiallarında olan xxxx MMC-nin ## ###### 2022-ci il tarixli Rəy ilə torpaqlar arasında bağ evi tərəfindən 1.05 m və qeyri-qanuni hasarın tərəfində 1.40 m ölçüdə ara məsafəsinin mövcud olması müəyyən edilmişdir. Məhkəmə araşdırma zamanı bu sübutlarını araşdırıb onlara lazımi qiymət verməmişdir və səhv olaraq ara məsafəsinin mövcud olmamasını göstərmişdir. Eyni zamanda, həmin ərazidə torpaqların sürüşməsinin mövcud olub-olmaması da tədqiq edilməmişdir. Sürüşmə zamanı torpaqların koordinatları da dəyişilə bilər. İş üzrə iddiaçı faktiki olaraq öz hüquqlarından sui-istifadə edir. Abşeron Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli *(***)-**/*** saylı qətnaməsinə əsasən,” iş materialları ilə təsdiq olunur ki, Üçüncü şəxs öz torpaq sahəsini İddiaçı münasibətdə daha öncə (##.##.2010 ildə)* əldə etmişdir, yəni İddiaçı torpaq sahəsini alarkən mövcud situasiyanı görmüş və bununla barışmışdır. Ona qarşı qaldırılan iddiadan sonra İddiaçı hazırki tələblə məhkəməyə müraciət etməsi isə məhkəmənin qənaətinə görə hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Bu isə qanunla qadağandır.” Burda qeyd edilir ki, sərhədə aid ilkin hasar onun tərəfindən tikilmişdir, o, həmin torpağı alanda heç bir hasar mövcud olmamışdır. İddiaçı 12 il ərzində heç bir narazılıq və ya etiraz şifahi və yazılı ona bildirməmişdir. Bundan başqa, məhkəmə öz qərarında iddianın mümkünlüyü məsələsinə toxunaraq, faktiki olaraq mümkünlüyün əsasları göstərməmişdir. AR MM-nin 35.1-ci maddəsi ilə nəzərdə tutulmuş mümkünlüyünün əsasları- inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması iddiaçının iş üzrə hansı hüquqlarının və maraqlarının pozulmasını göstərilməmişdir və bu hissədə qərarda əsaslandırma yoxdur. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsimi xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Hazırda iddiaçı üçüncü şəxsə məxsus, dövlət reyestrində ************-***** reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə ##.##.2021-ci il tarixdə qeydə alınmış fərdi yaşayış evinə dair çıxarışın həmin tikiliyə aid hissədə ləğv edilməsini və müvafiq reyestr qeydinin silinməsini tələb etmişdir. İddianın əsasını mübahisəli yaşayış evinin iddiaçıya məxsus torpaq sahəsinin sərhədində, hasara bitişik şəkildə yerləşməsi və tikintinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsində nəzərdə tutulmuş ara məsafəsi tələblərinə uyğun olmaması təşkil etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qərarın ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, üçüncü şəxs Üçüncü şəxs məxsus fərdi yaşayış evinin iddiaçıya məxsus və faktiki istifadəsində olan torpaq sahəsinin hasarına bitişik tikilmiş olduğu müəyyən edildiyindən və iddiaçının hasarı və mübahisəli fərdi yaşayış evi arasında ara məsafə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olmadığından iddiaçı tələbində haqlı olmuşdur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddəsini hazırki işə tətbiq etməklə yanlışlığa yol verdiyindən qərar hər bir halda ləğv edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi reyestr orqanının arxiv sənədlərindəki texniki pasportun “Yaşayış evinin texniki göstəriciləri” cədvəlində tikilinin tikildiyi il 2009 kimi göstərilmişdir. Tikili bir mərtəbəli, ümumi sahəsi 30,4 kvadratmetr olan fərdi yaşayış evidir. Beləliklə, tikilinin Şəhərsalma və Tikinti Məcəlləsinin (Bu Məcəllə Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli ***-IVQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) qüvvəyə minməsindən əvvəl inşa edildiyi iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq edilməklə işin mübahisəsiz halını təşkil edir. Belə olduğu təqdirdə isə birinci instansiya məhkəməsi 2009-cu ildə tikilmiş fərdi yaşayış evinə 2014-cü ildə qanunvericiliyə əlavə olunmuş 69.5.2-1-ci maddəni tətbiq etməklə maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Maddi hüquq normasının düzgün tətbiq edilməməsi isə məhkəmə qərarının ləğv olunması üçün bilavasitə prosessual əsasdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi ## #### 2012-ci il tarixli ***-IVQ nömrəli Qanunla təsdiq edilmiş, sonradan Məcəlləyə ## #### 2014-cü il tarixli ***-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 69.5.2-1-ci maddə əlavə edilmişdir. Həmin norma tikililərlə torpaq sahəsinin sərhədi arasında saxlanılmalı olan minimal məsafəni müəyyən edən maddi hüquq norması olmaqla, onun hüquqi qüvvəyə mindiyi tarixdən əvvəl yaranmış və başa çatmış hüquq münasibətlərinə şamil edilməsi qanunvericiliyin zamana görə qüvvəsi prinsipinə ziddir. Bundan başqa kollegiya qeyd edir ki, hazırkı iddianın mümkün iddia olmaması birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas hesab olunur. Bununla yanaşı kollegiya apellyasiya şikayətinin iddianın rədd edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, hazırki iş üzrə iddianın mümkünlüyü ilə bağlı şərtlər mövcud olmadığından işə mahiyyəti üzrə baxılması düzgün olmamışdır. Birinci instansiya məhkəməsi ilk növbədə iddianın mümkünlüyünü şərtləndirən əsasların mövcudluğunu araşdırmalı, yalnız bu şərtlərin mövcudluğu müəyyən edildikdən sonra mübahisənin mahiyyəti üzrə hüquqi qiymətləndirmə aparmalı idi. İddianın mümkünlüyü ilə bağlı şərtlər mövcud olmadığı halda isə mübahisənin mahiyyəti üzrə araşdırılması və nəticə etibarilə iddianın təmin edilməsi və ya rədd edilməsi prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu tam yoxlanılmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Belə ki, məhkəmə qərarında iddianın mümkün sayılmaması üçün əsaslar olduğu halda, həmin əsaslarla iddiaya mahiyyəti üzrə baxmaqla yalnış nəticəyə gəlmişdir. ”İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 1- ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin qərarın 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Plenum Qərarının 5.1-ci bəndinə görə iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» ##.##.2015-ci il tarixli * nömrəli Qərarında qeyd edilib ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını........ yoxlamalıdırlar (2.3). İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada, şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya qeyd edir ki, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. İş materiallarından göründüyü kimi MA0069001 seriyalı, ## ### 2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Abşeron rayon, Məmmədli kəndində yerləşən 0.07 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı bildirir ki, ************-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli çıxarış əsasında üçüncü şəxs Üçüncü şəxs məxsus fərdi yaşayış evi ona (iddiaçıya) məxsus olan torpaq sahəsinin hasarına bitişik tikilmiş, ara məsafə saxlanılmamışdır. İddiaçı qeyd edilən çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi üçün cavabdeh orqana müraciət etsə də, ## #### 2023-cü il tarixdə müraciətinin təmin edilməsindən imtina edilmişdir. ************-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ## ###### 2021-ci il tarixli çıxarışdan görünür ki, Abşeron rayon, Məmmədli kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində Üçüncü şəxs mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarına ekspert rəyləri əlavə edilmişdir. Belə ki, “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2022-ci il tarixli, **-***/** nömrəli ekspert rəyindən görünür ki, Üçüncü şəxs məxsus torpaq sahəsinin faktiki sərhədləri ölçüləri və ümumi sahələri mülkiyyət sənədlərinə uyğun deyildir. Belə ki, həmin torpaq sahəsinin 36 kv.metrinə cavabdeh İddiaçı tərəfindən müdaxilə edilmişdir. İddiaçı məxsus 0,07 ha torpaq sahəsində Üçüncü şəxs tərəfindən tikinti aparılmamışdır. İddiaçı tərəfindən ərazilərinin bitişik hissəsində Üçüncü şəxs məxsus 0,05 ha torpaq sahəsinin 36 kv.metrini daş hasar inşa edib zəbt edərək öz həyətyanı sahəsinə qatmışdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ##### 2023-cü il tarixli, **/*** nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsinin ## ###### 2023-cü il tarixli ************ nömrəli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında xxxx Xidməti tərəfindən verilmiş MA seriyalı ******* №-li, ##.##.2010-cu il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 2ndə yerləşən 0,07 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları naturada İddiaçı faktiki istifadəsində olan 0,0756 ha torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edildi. Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında xxxx Xidməti tərəfindən verilmiş MA seriyalı ******* №-li, ##.##.2010-cu il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında xxxx Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilən ##.##.2010-cu il tarixli AA ****** №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan ünvan 2ndə yerləşən 0,07 ha torpaq sahəsində X2 tərəfindən hər hansı bir tikintinin aparılmadığı müəyyən olundu. Həmçinin mütəxəssis rəyinə əlavə olunmuş sxemdən görünür ki, cavabdeh İddiaçı faktiki istifadəsində olan 0,0756 ha torpaq sahəsinin 0,0036 (36 m²) hissəsi ilə X2 mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsi üst-üstə düşür. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qeyd olunur ki, X2 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin həmin evin yerləşdiyi torpaq sahəsinin sərhədində olması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1 bəndinin tələbinə uyğun deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Üçüncü şəxs faktiki istifadəsində olan fərdi yaşayış evi ************ reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsi ************ reyestr nömrəli çıxarışla Üçüncü şəxs Eyvaz oğlunun sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, ilkin olaraq 0,12 hektar torpaq sahəsi Səttarov İslam Əhmədbağa oğluna məxsus olmuşdur. ##.##.2009-cu il tarixli alqı-satqı müqaviləsi ilə həmin torpağın 0,05 hektar hissəsi Üçüncü şəxs, 0,07 hektar hissəsi X1 satılmışdır. Üçüncü şəxs 0,05 hektar torpaq sahəsinə mülkiyyət hüququ ##.##.2009-cu ildə dövlət qeydiyyatına alınmışdır. Abşeron Rayon İcra Hakimiyyəti başçısının ##.##.2009-cu il tarixli sərəncamı ilə Üçüncü şəxs öz torpaq sahəsində razılaşdırılmış eskiz əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Əlavə olaraq iş materiallarından göründüyü kimi tərəflər arasında mülki mübahisə də olmuşdur. Belə ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 36 kvadratmetr hissəsi Üçüncü şəxs sənəd üzrə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə həmin hissədə tikilmiş daş hasarın sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qərar vermiş, İddiaçı Üçüncü şəxs tikilisinin sökülməsi barədə qarşılıqlı iddiasını isə təmin etməmişdir. Həmin qətnamə qanuni qüvvəyə minməmiş, mülki iş üzrə apellyasiya icraatı hazırkı inzibati mübahisənin nəticəsi gözlənilməklə dayandırılmışdır. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2009-cu ildə inşa olunduğundan və həyətyanı sahələrdə inşa olunan evlərin torpaq sahələrinin sərhədləri arasında ara məsafəsinin nə qədər təşkil etməsi barədə müddəa həmin dövrdə Azərbaycan Respublikasının Şəhərsalma vəTikinti Məcəlləsi ilə tənzimləmirdi. Kollegiya hesab edir ki, hazırki iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququ olmadığından üçüncü şəxsin dəlilləri ilə bağlı əlavə araşdırılma aparılmasına da zərurət olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia inzibati aktın qəbuluna yönəlməyən müəyyən hərəkətin edilməsinin tələb edilməsinə xidmət edir. İPM-in 35.1-ci maddəsi isə belə iddianın mümkünlüyü üçün inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüququnun və ya qanunla qorunan marağının pozulduğunun əsaslandırılmasını tələb edir. Hazırkı işdə iddiaçının hüququnun mahiyyət etibarilə reyestr orqanının hərəkəti nəticəsində deyil, qonşu tikilinin sərhəddə yerləşməsi nəticəsində pozulduğu iddia olunur. Kollegiya qeyd edir ki, ekspert və mütəxəssis rəylərində ardıcıl şəkildə müəyyən edilmişdir ki, Üçüncü şəxs evi İddiaçı sənəd üzrə 0,07 hektar torpaq sahəsinə daxil deyil. İddiaçı faktiki istifadə etdiyi 0,0756 hektar sahənin 36 kvadratmetr hissəsi Üçüncü şəxs sənəd üzrə 0,05 hektar sahəsi ilə üst-üstə düşür. ##.##.2025-ci il tarixli ekspert rəyi də göstərir ki, evin yerləşdiyi hissədə hasar sənəd üzrə sərhədə uyğundur, evə qədər olan hasar hissəsi isə sərhədə uyğun deyil və üçüncü şəxsin sahəsinin içərisindədir. Bu sübutlar ən azı onu göstərir ki, ev iddiaçının sənəd üzrə torpaq sahəsini zəbt etmir. Beləliklə də, ekspert və mütəxəssis rəyləri mübahisəli evin iddiaçının sənəd üzrə torpaq sahəsində yerləşmədiyini göstərir, bu isə hazırkı iddianı qaldırmaqda iddiaçının subyektiv hüququnun pozulmasının ayrıca əsaslandırılmalı olduğunu göstərir. Kollegiya qeyd edir ki, İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Lakin hazırki iş üzrə mübahisəli ev iddiaçının sənəd üzrə torpaq sahəsinə daxil olmadığı halda onun hansı konkret hüququnun pozulduğu əsaslandırılmamışdır. Göstərilən normanın məzmunundan görünür ki, inzibati məhkəmə icraatında iddia qaldırmaq səlahiyyəti inzibati orqanın fəaliyyətinin obyektiv qanuniliyinin mücərrəd şəkildə yoxlanılmasını tələb etmək imkanını deyil, həmin fəaliyyət nəticəsində iddiaçının özünə məxsus subyektiv hüququn və ya qanunla qorunan fərdi marağın pozulması ehtimalını nəzərdə tutur. Başqa sözlə, fiziki şəxsin inzibati orqanın fəaliyyətində qanun pozuntusunun mövcudluğunu göstərməsi iddianın mümkün sayılması üçün özlüyündə kifayət deyildir. İddiaçı, həmçinin pozulduğunu bildirdiyi hüququ, həmin hüququn istinad olunan hüquq normasının qoruma dairəsinə daxil olduğunu və inzibati orqanın konkret hərəkəti və ya hərəkətsizliyi ilə həmin hüququn pozulması arasında əlaqəni əsaslandırmalıdır. İnzibati Prosessual Məcəllənin 35.2-ci maddəsində kollektiv maraqların müdafiəsi məqsədilə yaradılmış qeyri-hökumət təşkilatlarının müəyyən şərtlərlə iddia qaldıra bilməsinin ayrıca nəzərdə tutulması da onu göstərir ki, qanunla xüsusi hal müəyyən edilmədiyi təqdirdə fiziki şəxslərin ümumi və ya publik maraqların müdafiəsi məqsədilə ümumi maraqların müdafiəsinə yönəlmiş iddia qaldırmasına yol verilmir. Məhkəmə kollegiyası bu baxımdan yuxarıda qeyd olunduğu kimi hazırkı işə tətbiq edilməli olan norma olmasada ara məsafəsinə dair hüquq normasının xarakterini də qiymətləndirir. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş ara məsafəsi qaydaları bir tərəfdən tikintinin planlı və təhlükəsiz aparılması, şəhərsalma intizamının qorunması kimi ümumi publik məqsədlərə xidmət edir. Digər tərəfdən, həmin qaydalar müəyyən hallarda qonşu torpaq sahələrinin mülkiyyətçilərinin işıqlandırma, havalanma, yanğın təhlükəsizliyi, öz torpaq sahəsindən istifadə və orada tikinti aparmaq imkanları kimi fərdi maraqlarının qorunmasına da yönələ bilər. Beləliklə, ara məsafəsi haqqında norma yalnız ümumi maraqları deyil, müəyyən şərtlərlə qonşu torpaq sahəsinin mülkiyyətçisinin fərdi hüquqlarını da qoruyan norma kimi çıxış edə bilər. Lakin normanın fərdi hüquqları da qorumaq xüsusiyyətinə malik olması onun pozulduğu bütün hallarda qonşu torpaq sahəsinin mülkiyyətçisinə avtomatik olaraq iddia qaldırmaq səlahiyyəti vermir. Bunun üçün iddiaçı istinad etdiyi pozuntu nəticəsində normanın qoruduğu şəxsi hüquqi vəziyyətinə hansı konkret müdaxilənin baş verdiyini göstərməlidir. İddiaçı yalnız üçüncü şəxsə məxsus fərdi yaşayış evinin onun faktiki istifadəsində olan hasara bitişik tikildiyini və tikili ilə hasar arasında ara məsafəsinin saxlanılmadığını bildirmişdir. Bununla belə, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə həmin vəziyyət nəticəsində iddiaçının torpaq sahəsindən istifadə etmək, öz torpağında tikinti aparmaq, mövcud tikililərindən istifadə etmək, torpaq sahəsinə daxil olmaq və ya digər konkret hüquqi imkanlarının məhdudlaşdırıldığı irəli sürülməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən tikilinin onun torpaq sahəsinin işıqlandırılmasına, havalanmasına, yanğın təhlükəsizliyinə və ya başqa hüquqla qorunan fərdi marağına konkret mənfi təsir göstərdiyi də əsaslandırılmamışdır. İş materiallarından görünür ki, iddiaçının evi üçüncü şəxs ilə sərhədin digər istiqamətində inşa edilmiş və mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçının mövqeyi mahiyyət etibarilə üçüncü şəxsin tikilini hasara bitişik inşa edə bilməməsi və buna görə də dövlət qeydiyyatının aparılmasının qanunsuz olması barədə ümumi qanunçuluq mülahizəsi ilə məhdudlaşmışdır. Halbuki ara məsafəsi qaydasının obyektiv şəkildə pozulması ilə həmin pozuntunun konkret qonşunun subyektiv hüququna müdaxilə etməsi eyni hüquqi məsələ deyildir. Birinci hal ümumi şəhərsalma qanunçuluğuna, ikinci hal isə müəyyən şəxsin fərdi hüquqi müdafiəyə ehtiyacının mövcudluğuna aiddir. İş materialları iddiaçının mülkiyyət hüququna aşkar və birbaşa müdaxilənin mövcudluğu nəticəsinə gəlməyə əsas vermir. Belə ki, iş üzrə alınmış mütəxəssis və ekspert rəyləri ilə üçüncü şəxs Üçüncü şəxs məxsus fərdi yaşayış evinin iddiaçı İddiaçı hüquqmüəyyənedici sənədləri üzrə mülkiyyətində olan 0,07 hektar torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Belə vəziyyətdə tikilinin iddiaçının faktiki istifadə etdiyi hasara bitişik olması faktı həmin tikilinin iddiaçının sənəd üzrə torpaq sahəsinə daxil olması və ya onun mülkiyyət hüququnu birbaşa məhdudlaşdırması nəticəsini doğurmur. Birinci instansiya məhkəməsi iddiaçının mübahisəli tələb üzrə subyektiv hüququnun mövcud olub-olmadığını, istinad edilən ara məsafəsi normasının konkret halda iddiaçının hansı fərdi marağını qoruduğunu və həmin marağa müdaxilənin necə baş verdiyini, seçilmiş iddia vasitəsinin iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırmağa yararlı olubolmadığını müəyyən etməmişdir. Bununla da birinci instansiya məhkəməsi iddianın mümkünlüyünün əsas şərtini təşkil edən iddia qaldırmaq səlahiyyətini lazımi qaydada yoxlamadan işə mahiyyəti üzrə baxmışdır. Əlavə olaraq yuxarıda da istinad olunduğu kimi iş materiallarından tərəflər arasında torpaq sahələrinin sərhədi, faktiki istifadə vəziyyəti, hasarın yerləşməsi və tikilinin qonşu mülkiyyətə təsiri ilə bağlı mülki-hüquqi xarakterli mübahisənin mövcud olduğunu müəyyən edilir. Göstərilən hallar təsdiq edir ki, tərəflər arasında real mübahisə yalnız reyestr orqanının fəaliyyətinin qanuniliyindən deyil, qonşu torpaq sahələrinin hüquqi sərhədlərindən, hasarın hansı torpaq sahəsində yerləşməsindən, tərəflərin faktiki istifadəsindən və tikilinin qonşuluq hüquqlarına təsirindən irəli gəlir. Əgər iddiaçı üçüncü şəxsə məxsus tikilinin onun mülkiyyət hüququnun həyata keçirilməsinə konkret maneə yaratdığını hesab edirsə, bu müdaxilənin aradan qaldırılmasını, tikilinin uyğunlaşdırılmasını və ya digər müvafiq hüquqi nəticəni tikilinin mülkiyyətçisinə qarşı uyğun mülki-hüquqi müdafiə vasitəsindən istifadə etməklə tələb edə bilər. Lakin tərəflər arasındakı sərhəd və qonşuluq mübahisəsinin üçüncü şəxsin daşınmaz əmlak üzərində dövlət qeydiyyatına alınmış hüququnun inzibati orqan tərəfindən silinməsi tələbi vasitəsilə dolayı yolla həll edilməsi yolverilən deyildir. “xxxx haqqında” Qanunun 16.3-cü maddəsinə görə, dövlət reyestrinin məzmununun həqiqi hüquqi vəziyyətə uyğun olmadığı halda qeyddə düzəliş tələb edən şəxs belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq tələb edə bilər. Hazırkı işdə hüququna toxunulacaq üçüncü şəxs qeydiyyatın silinməsinə razı deyil və onun əmlak üzərində hüququnun mövcudluğu tərəflər arasında mübahisəlidir. Bu səbəbdən reyestr orqanının üzərinə həmin qeydin silinməsi öhdəliyinin qoyulması tərəflər arasındakı xüsusi hüquq mübahisəsinin inzibati orqan tərəfindən həll olunması ilə nəticələnərdi. Halbuki inzibati orqan qonşu mülkiyyətçilər arasında torpaq sərhədi, tikilinin qanuniliyi və mülkiyyət hüququnun mövcudluğu barədə xüsusi hüquq mübahisəsini həll etmək səlahiyyətinə malik deyildir. Beləliklə, hazırkı iddia, bir tərəfdən, iddiaçının normanın qoruma dairəsinə daxil olan konkret subyektiv hüququnun pozulması ilə əsaslandırılmamış, digər tərəfdən isə iddiaçının istinad etdiyi mümkün hüquq pozuntusunun aradan qaldırılması üçün münasib və effektiv hüquqi müdafiə vasitəsi olmamışdır. Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş ara məsafəsi qaydasının ümumi olaraq pozulması iddiaçıya dövlət reyestrində aparılmış qeydin obyektiv qanunçuluğun təmin edilməsi məqsədilə silinməsini tələb etmək səlahiyyəti vermir. İnzibati məhkəmə icraatında ümumi qanunçuluğun müdafiəsi məqsədilə ümumi maraqların müdafiəsinə yönəlmiş iddiaya yol verilmədiyindən, iddiaçının hazırkı tələb üzrə iddia qaldırmaq səlahiyyəti yoxdur. Yuxarıda qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yalnız özünün subyektiv hüququnun və ya qanunla qorunan fərdi marağının pozulduğunu əsas gətirərək iddia qaldıra bilər. Təkcə publik marağın mövcud olması, qanunda xüsusi səlahiyyət nəzərdə tutulmadıqca, istənilən fiziki şəxsə məhkəməyə müraciət etmək hüququ vermir. Məcəllənin 35.2-ci maddəsində kollektiv maraqların müdafiəsi məqsədilə yaradılmış qeyri-hökumət təşkilatlarına müəyyən şərtlərlə iddia qaldırmaq səlahiyyətinin ayrıca göstərilməsi də bu prinsipin istisnasıdır. Kollegiya əlavə olaraq qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin iddianın təmini üçün əsas hesab etdiyi normalar üçüncü şəxsin yaşayış evi tikilən zaman qüvvdə olmadığı üçün, hazırkı işə tətbiq edilən norma kimi çıxış edə bilməz. Lakin kollegiya qeyd edir ki, üçüncü şəxsin evinin daşınmaz əmlakın dövlət reystrində qeydiyyatı zamanı qeyd edilən normalar qüvvədə olduğu nəzərə alınaraq hazırkı işə tətbiq edilən norma kimi qəbul edilsə belə, yuxarıda qeyd edilən əsasar iddianın mümkünlüyünü istisna edir. Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlük şərtlərini yoxlamadan işə mahiyyəti üzrə baxaraq, qərar qəbul etmiş, iddianın mümkün sayılmaması üçün əsaslar olduğu halda, həmin halları diqqətdən qaçırmış, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, üçüncü şəxsin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi ilə bağlı olduğundan, apellyasiya şikayəti qismən-məhkəmə qərarının ləğv edilməsi hissəsində təmin edilməli, iddia mümkün sayılmadığından, şikayət qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar