Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-541/2026 21.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Iddiaçı X2, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X11 Hüquqi Şəxsin nümayəndəsi X1 iştirakları ilə, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Könül Həbibova) ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli qərarı ləğv edilməklə, həmin tarixdən X2 “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb-əlaqəsi ilə 35-60 faiz iki il müddətə əlilliyin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Işin halları Iddiaçı X2 (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Fondunun yanında Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, iddiaçıya ##.##.2025-ci il tarixdən 3-cü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1995-ci il təvəllüdlüdür, ##.##.2016-cı ildən ##.##.2022-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq hərbi xidmətdə olmuş, ##.##.2020-ci il tarixdə müddətdən artıq hərbi xidmət əsgəri kimi 2-ci Qarabağ müharibəsi zamanı kəllə-beyin travması və sağ baldır hissəsindən qəlpə yarası almış və N saylı hərbi hissəyə müraciət etmişdir. N saylı hərbi hissə tərəfindən iddiaçıya “Barotravma, səthi qəlpə yaraları” diaqnozu ilə müalicə etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xəstəliyi şahadətlənmiş və iddiaçıya ##.##.2022-ci il tarixdə ***** saylı “xxxx” verilmişdir. Həmin şəhadətnamə ilə təsdiq olunmuşdur ki, aldığı travma hərbi travma olmuş, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Mərkəzi Hərbi Həkim Komissiyasının rəyi ilə aşağıdakı diaqnozlar müəyyən edilmişdir: “Üzvi (2-ci Qarabağ müharibəsi zamanı xəsarət almış, kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, qıcolma tutmaları ilə. Gərginlik tibb baş ağrısı, sağ gözün hipermetropiyası HN4, OD, sol gözün mürəkkəb hipermetropik astiqmatizmi, 4,75 və 3, OD nəticəsində görmə itiliyinin sağda 0,6, solda 0,5-ə qədər azalması, korreksiya ilə 0,8 olmaqla. Burun arakəsməsinin əyriliyi, burun tənəffüssünün mülayim dərəcə pozulması. 17, 47-ci dişlərin kariyesi. 16-ci dişin kökü. 26, 36, 46-cı dişlərin olmaması. Kürək nahiyyəsinin sızanaqları”. Qeyd olunan xəstəliklərlə əlaqədar olaraq iddiaçıya ## ##### 2023-cü il tarixdə 3-cü dərəcəli əlillik verilmiş, orqanizmin funksiyasının 35% pozulması müəyyən olunmuşdur. Növbəti əlilliyin müəyyən edilməsi müddəti ## ##### 2025-ci il təyin edilmişdir. Əlillik təyinindən sonra iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında ## ##### 2024-cü il tarixdən ## ### 2024-cü il tarixədək və ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixə qədər stasionar şəraitdə “Üzvi (2-ci Qarabağ müharibəsi zamanı xəsarət almış, kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, qıcolma tutmaları” diaqnozu ilə müalicə almışdır. Bunu 109720 və ****** saylı ambulator kitabçasından çıxarışlar təsdiq edir. Həmin çıxarışlarla yuxarıda qeyd edilən diaqnoz təsdiq olunmuşdur. Bildirilir ki, iddiaçının səhhəti gündəngünə ağırlaşır, qıcolmalar, əsəb, yuxusuzluq, görmə qabiliyyətinin gündən-günə zəifləməsi, gərginlik, özünəqapanma, bədənin ayrı-ayrı nahiyyələrində olan küt ağrılar narahat edir. Əlilliyin növbəti müəyyən edilməsi zamanı cavabdeh əlilliyin təyin edilməsindən imtina etmişdir. Əlillik təyinindən imtina olunması üçün əsas ## #### 2025-ci il tarixdə Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən verilmiş ## #### 2025-ci il tarixli göndərişdə qeyd olunan diaqnozun əlillik əlamətinin təyin etməməsi göstərilmişdir. Iddiaçı cavabdehin imtinası ilə yuxarıda qeyd olunanlara görə razılaşmır. Əlilliyin təyinindən imtina sms vasitəsilə ## ###### 2025-ci il tarixdə göndərilmişdir. Iddiaçı Füzulinin, Cəbrayılın azad olunması, “Vətən müharibəsi iştirakçısı” və 2-ci dərəcəli fərqlənmə nişanı medalları ilə Ali Baş Komandan X4 tərəfindən təltif edilmişdir. Həmçinin, cavabdehin iddia etdiyi ##.##.2025-ci il tarixli göndərişdə iddiaçının daşıdığı xəstəliklər qeyd olunmuşdur. Həkim-radioloq tərəfindən təsdiq olunmuş həmin rəyə görə “baş-beyin sağ yarımkürəsində, sağsenioval mərkəzdə təksaylı fokalqliotik ocağın olması” müəyyən edilmişdir. Belə olan halda cavabdehin imtinası əsassızdır və iddiaçıya ## ##### 2025-ci il tarixdən 3-cü dərəcəli əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Iddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair sonuncu ərizə təqdim edərək, cavabdeh orqanın ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə 35-60 faiz iki il müddətə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, iddiaçı əyani müayinə zamanı özünü təqdim edir. Formadadır (4 medal). Ev verilmişdir. Subaydır. Valideynləri ilə yaşayır. Işləmir. Gözlərini tez-tez qırpır, başında tik hərəkətləri edir. Başını niyə belə etməsi soruşulduqda qolunu açıb göstərir (sağ biləyin iç səthində cızıqlar göstərir), qolunu şüşəyə vurub. “Travmatologiyada çətin tikdilər deyir, tikiş qoyulduğunu bildirir (hal-hazırda səthi izlərdir). Psixiatrik müayinə: Səliqəli və baxımlıdır. Ünsiyyətə qoşulur, suallara normal səslə, qısa cavablar verir. Aqressivdir, MRT sənədini istədikdə “Orda var da, kompyuterdə baxın. Sizin probleminiz nədir?” deyə komissiya üzvlərinə ünvanlayır. Qısa və uzunmüddətli yaddaşı qorunub. Tiklərin nümayişkarlığını edir (məqsədli). Bəzi vəziyyətlərdə tam aşkar yalan danışmağı görülür. Teatrallaşdırılmış davranış aşkardır. Cavabdeh orqan tərəfindən aparılmış laborator və instrumental müayinələr aparılmamışdır. Diaqnoz: hazırkı psixi vəziyyəti “Üzvi mənşəli (barotravma) yüngül ifadəli şəxsiyyət pozuntusu, nümayişkar davranış, teatrallaşmış” kimi müəyyənləşdirilmişdir. Aparılan anamnestik, obyektiv müayinələrin nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verə biləcək psixoproduktiv psixosimptomatika aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlamətinin təyin etməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nə həvalə edilmişdir. Iş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi işi araşdırmayaraq, etirazlarını belə təhrif edərək, guya etirazlarının şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq, sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə ehtiyac qalmazdı. “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar iddiaçının forma ** nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X12-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirirlər ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Odur ki, cavabdeh inzibati orqan Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə etdi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X2 apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Işin araşdırılan hallarından görünür ki, iddiaçı ona təkrarən əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş və Dövlət Tibbi-Sosial Ekspertiza və X13-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli qərarı ilə diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçının sonuncu müayinəsi zamanı diaqnozu hazırkı psixi vəziyyəti “Üzvi mənşəli (barotravma) yüngül ifadəli şəxsiyyət pozuntusu, nümayişkar davranış, teatrallaşmış” kimi müəyyənləşdirilmiş, aparılan anamnestik, obyektiv müayinələrin nəticələrinə əsasən əlillik təyinatına əsas verə biləcək psixoproduktiv psixosimptomatika aşkarlanmamışdır. Cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərar barədə iddiaçıya ##.##.2025-ci il tarixdə SMS bildiriş vasitəsilə məlumat verilmişdir. Iddiaçı qanunla müəyyən edilmiş müddətdə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi ##.##.2022-ci il tarixli ***** nömrəli “xxxx”dən görünür ki, X2 ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan mərmi atəşi zamanı “Barotravma, səthi qəlpə yaraları” xəsarəti almışdır (əsas: N nömrəli hərbi hissənin təqdim etdiyi ##.##.2021-ci il tarixli *** nömrəli travma haqqında arayışı). Aldığı xəsarətlə əlaqədar ilk tibbi yardım döyüş meydanında göstərildikdən sonra N nömrəli hərbi hissəyə müraciət etmiş, “Barotravma, səthi qəlpə yaraları” diaqnozu qoyulmuş və müvafiq yardım göstərilmişdir (əsas: N nömrəli hərbi hissənin təqdim etdiyi ##.##.2021-ci il tarixli *** nömrəli arayış). ##.##.2022-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. ##.##.2022-ci il tarixdə diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə SN Sumqayıt şəhər Psixiatriya Xəstəxanasına göndərilmiş, Həkim-Psixiatr Komissiyası tərəfindən müayinə olunaraq “Postravmatik stress pozuntusu F43.1” diaqnozu təyin olunmuşdur (əsas: Həkim-Psixiatr Komissiyasının ***/*** nömrəli rəyi). Xəstədə baş ağrısı, əsəbilik kimi şikayətlər narahat etdiyindən Sumqayıt Tibb Mərkəzi tərəfindən ##.##.2022-ci il tarixdə intisaslı müayinə və müalicə üçün SN Respublikas Psixiatriya Xəstəxanasına göndərilmişdir. ##.##.2022-##.##.2022-ci il tarixədək “Üzvi mənşəli şəxsiyyət pozuntusu, həyəcan - təşviş daxilolmalar, tiklərlə” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: *****/** nömrəli xəstəlik tarixindən çıxarış). ##.##.2022-##.##.2022-ci il tarixədək SN Respublikas Psixiatriya Xəstəxanasına; ##.##.2022-ci il tarixdə MN MHP-da müayinə və müalicədə olmuşdur. ##.##.2022-ci il tarixdə Sumqayıt Tibb Mərkəzinin göndərişinə əsasən SN Psixi Sağlamlıq Mərkəzinə göndərilmiş, ##.##.2022-ci il tarixdə SN Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə Idarəsinin Baş Psixiatrı tibb elmləri doktoru, professor Fuad Ismayılov tərəfindən müayinə olunaraq X2 “Üzvi mənşəli (müharibə zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, həyəcan - təşviş daxilolmalarla və fikirlərlə” diaqnozu təyin olunmuşdur (əsas: **** nömrəli tibbi rəy). Səfərbərlik və Hərbi Sağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş Idarəsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, həyəcan - təşviş daxilolmalarla və fikirlərlə, gərginlik tip baş ağrısı” və “Sağ baldırın ön səthinin qəlpə yaralanmasından sonrakı dəri çapığı” diaqnozları ilə xəsarətləri - “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Bir nəfər müşayiətçiyə zərərət olduğu qeyd edilmişdir. (iş v. 4-5) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin ##.##.2023-cü il tarixli **** nömrəli məktubundan görünür ki, X2 ##.##.2023-cü il tarixdə SN Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə Idarəsinin Baş Psixiatrı tibb elmləri doktoru, professor Fuad Ismayılov tərəfindən müayinə olunaraq, ona “Üzvi mənşəli (müharibə zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, həyəcan - təşviş daxilolmalarla və fikirlərlə F07.0” diaqnozu qoyulmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X2 “Üzvi mənşəli (müharibə zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, həyacan-təşviş daxilolmalarla və fikirlərlə. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davmlı dəyişikliyi. Gərginlik tip baş ağrısı. Hərbi əməliüyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələnmələr, Barotravma, sağ baldırın ön iç səthinin qəlpə yaraları. Hipertoniya, OD-Zəif dərəcəli hipertoniya Hm2.0 Astiqmatizm, OS-Mürəkkəb hipermetrik astiqmatizm Hm 4.0 və 3.0” diaqnozu, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb-əlaqəsi ilə ## ##### 2023-cü il tarixdən ## ##### 2025-ci il tarixədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin ##.##.2021-ci il tarixli *** nömrəli tarmva arayışından görünür ki, N nömrəli hərbi hissənin - MAHHXHQ əsgər ##.##.1995-ci il təvəllüdlü X2 döyüş tapşırığını yerinə yetirərkən ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərmi atəşi zamanı xəsarət almışdır. Ona “Barotravma, səthi qəlpə yaraları” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin ##.##.2021-ci il tarixli *** nömrəli arayışdan görünür ki, N nömrəli hərbi hissənin - MAHHXHQ əsgər X2 ##.##.2020-ci il tarixdə N nömrəli hərbi hissəyə müraciət etmiş (amb No 9190), ona “Barotravma, səthi qəlpə yaraları” diaqnozu qoyulmuş və müvafiq yardım göstərilmişdir. Iddiaçıya məxsus ambulator kitabçadan (xəstəlik tarixindən) və digər xəstəxanaların arayışlarından çıxarışlar işə əlavə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X14-Sosial Ekspert Komissiyasının ##.##.2023-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarından görünür ki, X2 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə müvafiq olaraq “Üzvi mənşəli (müharibə zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, həyacan-təşviş daxilolmalarla və fikirlərlə. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davmlı dəyişikliyi. Gərginlik tip baş ağrısı. Hərbi əməliüyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələnmələr, Barotravma, sağ baldırın ön iç səthinin qəlpə yaraları. Hipertoniya, OD-Zəif dərəcəli hipertoniya Hm2.0 Astiqmatizm, OS-Mürəkkəb hipermetrik astiqmatizm Hm 4.0 və 3.0” diaqnozu ilə ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının üçüncü dərəcəli əlillik (orqanizmin funksiyalarının 35 faiz pozulması) təyin edilmişdir. Əmək qabiliyyətsiz olması göstərilmiş və əlilik müddəti ##.##.2025-ci il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X14-Sosial Ekspert Komissiyasının ## #### 2025-ci il tarixli *******0003 nömrəli qərarı ilə X2 diaqnozun əlillik əlamətinin təyin etməməsi səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X14-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarından görünür ki, X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq olaraq diaqnozun əlillik əlamətinin təyin etməməsi barədə qərar qəbul edilmişdir. Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasının ## ###### 2025-ci il tarixli, *** nömrəli məktubundan görünür ki, “Gərginlik tip baş ağrısı. G44.2”, “Zəif dərəcəli hipermetropiya H52.0”, “Mürəkkəb hipermetropik” H52.2, “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Barotravma. Sağ baldırın ön səthinin qəlpə yaralanması. Y36.2” göstərilən yanaşı xəstəliklər vətəndaşın Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ***** nömrəli, # ###### 2022-ci il tarixli xxxxsində göstərildiyi üçün sistemə daxil edilmişdir. Yanaşı diaqnozlardan G44.2 və Y36.2 “əlilliyin müəyyən olunması meyarlarında” yoxdur, lakin H52.0 və H52.2 “əlilliyin müəyyən olunması meyarlarında” mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)- ****/**** saylı qərarında qeyd edilmişdir ki, “həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.” Məhkəmənin təyin edilmiş tibbi ekspertiza nəticəsində təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin ##.##.2026-cı il tarixli ** nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iddiaçıda hazırda “Üzvi şəxsiyyət pozuntusu, anamnezində qicolma tutmaları ilə” (F07.0) aşkar olunur. Bunu inzibati iş materialları, anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, baş ağrılarından və qıcolma tutmalarının müşahidə edilməsi, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi” Respublika Psixiatriya Xəstəxanası”nda “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən narahat və gərgin olması, əhvali ruhiyyəsinin dəyişkən olması, emosional sferasının qeyri-stabil olması və s.) sübut edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbisosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra -Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının: 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31- 60 faiz. 3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.6-cı bəndinə əsasən simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. 7.6.2 üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 Qiymətləndirmə: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - 35-60 faiz, 2 il. Məhkəmə kolegiyası iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarla razılaşaraq qeyd edir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: 7.6.2 üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0. Qiymətləndirmə: 7.6.2.1. əmək qabiliyyətinin nəzərə çarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı). Hazırkı işdə cavabdehin imtina qərarı yetərli əsaslandırılmamışdır. Iş materiallarına görə iddiaçıya daha əvvəl eyni səbəb-əlaqəsi ilə, Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş meyarlara uyğun olaraq 2 il müddətinə 35 faiz funksional pozuntu müəyyən edilmişdir. Sonradan # #### 2025-ci il tarixli qərarla ona “diaqnozun əlillik əlamətini təyin etməməsi” əsası ilə imtina edilmişdir. Lakin cavabdeh orqan əvvəlki qərarla sonrakı imtina arasında yaranmış bu ziddiyyəti obyektiv tibbi meyarlarla izah etməmişdir. Xüsusən, əvvəl tanınmış funksional pozuntunun hansı tibbi dəyişikliklərə görə artıq mövcud olmadığı, yaxud niyə meyarlara cavab vermədiyi aydın göstərilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi bu ziddiyyəti haqlı olaraq nəzərə almışdır. Iddiaçının vəziyyəti ilə bağlı yalnız diaqnozun adı deyil, onun davamlılığı və funksional təzahürü də sübutlarla təsdiq olunmuşdur. Iş üzrə təyin olunmuş məhkəmə-psixiatrik ekspertizanın ##.##.2026-cı il tarixli ** nömrəli rəyində iddiaçıda “Üzvi şəxsiyyət pozuntusu, anamnezində qıcolma tutmaları ilə” (F07.0) diaqnozunun mövcud olduğu göstərilmiş, bunun inzibati iş materialları, döyüşlərdə alınmış kəlləbeyin travması, baş ağrıları, qıcolma tutmaları, xarici qıcıqlara həssaslıq, stasionar psixiatrik müalicə və hal-hazırkı psixiatrik müayinənin nəticələri ilə sübut olunduğu bildirilmişdir. Birinci instansiya məhkəməsi həmin rəyə istinad etməklə xüsusi bilik tələb edən məsələnin neytral və prosessual qaydada aydınlaşdırıldığını əsaslı şəkildə qəbul etmişdir. Kollegiya hesab edir ki, cavabdeh orqan bu ekspert rəyini təkzib edən, ondan daha üstün sübut qüvvəsinə malik tibbi sənəd təqdim etməmişdir. Bu halda məhkəmənin ekspertiza rəyinə və iş materiallarının məcmusuna üstünlük verməsi qanunauyğundur. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının daha əvvəl də eyni xəstəlik kompleksi və eyni xüsusi səbəb-əlaqəsi ilə əlilliyi tanınmışdır. Belə şəraitdə sonrakı imtina qərarı daha yüksək əsaslandırma standartına cavab verməli idi. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mahiyyətcə düzgün hesab edir. Doğrudur, həmin məhkəmənin əsaslandırmasında faiz diapazonunun və müddətin meyarlarla əlaqəsinin daha geniş izahı verilə bilərdi. Lakin bu hal qərarın nəticəsinin qanunsuz olması anlamına gəlmir. Işin bütün halları birlikdə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin ##.##.2025-ci il tarixli qərarı tibbi və hüquqi baxımdan yetərincə əsaslandırılmamış, iddiaçının əvvəlki əlillik statusu, davam edən müalicəsi, ekspertiza nəticəsi və travma-səbəb əlaqəsi lazımi səviyyədə nəzərə alınmadan qəbul edilmişdir. Buna görə də həmin qərarın ləğvi və iddiaçının hüququnun bərpası barədə nəticə düzgündür. Kollegiya həmçinin hesab edir ki, bu iş üzrə birinci instansiya məhkəməsinin yalnız inzibati aktı ləğv etməklə kifayətlənməyib, iddiaçının tələbi üzrə məcburetmə nəticəsinə gəlməsi də işin halları ilə uzlaşır. Çünki, işdə hüquqi əhəmiyyət daşıyan faktlar kifayət qədər müəyyən edilmiş, iddiaçının tələbi konkretləşdirilmiş, ekspertiza təyin olunmuş və cavabdehin imtinasının əsassızlığı sübuta yetirilmişdir. Bu halda məsələnin yenidən eyni inzibati orqana göndərilməsi iddiaçının səmərəli məhkəmə müdafiəsi hüququnu natamam edərdi. Bununla yanaşı, apellyasiya şikayətinin özündə və TSEK materiallarında iddiaçının davranış xüsusiyyətləri kimi aqressivlik, tik hərəkətləri, teatrallaşdırılmış davranış, bəzi hallarda yalan danışma, özünə xəsarət göstərmə elementləri qeyd edilir. Bu hallar psixi və davranış sahəsində pozuntunun tamamilə yox sayılmasını çətinləşdirir və “diaqnoz əlillik əlaməti təyin etmir” nəticəsini zəiflədir. Belə ki, iş üzrə hüquqi əhəmiyyət daşıyan faktlar artıq kifayət qədər müəyyən edilmişdir: iddiaçının müharibə zamanı aldığı travma, həmin travma ilə xəstəlik arasında səbəb-əlaqə, əvvəlki əlillik təyinatı, sonrakı imtina qərarı, davam edən tibbi vəziyyət, təkrar stasionar müalicələr və nəhayət məhkəməpsixiatrik ekspertizanın nəticəsi iş materialları ilə təsdiq olunmuşdur. Belə şəraitdə məsələnin yenidən eyni inzibati orqana qaytarılması yalnız artıq aydınlaşdırılmış halların təkrar qiymətləndirilməsi ilə nəticələnər, iddiaçının hüququnun real və səmərəli müdafiəsini lüzumsuz olaraq gecikdirərdi. Bu səbəbdən, birinci instansiya məhkəməsinin cavabdehin ##.##.2025ci il tarixli qərarını ləğv etməklə yanaşı, həmin tarixdən iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb-əlaqəsi ilə 35- 60 faiz, 2 il müddətinə əlilliyin müəyyən edilməsi vəzifəsini cavabdehin üzərinə qoyması işin hallarına və səmərəli məhkəmə müdafiəsi prinsipinə uyğundur. Beləliklə, Kollegiya belə nəticəyə gəlir ki, iddiaçının vəziyyəti üzrə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” xüsusi səbəbəlaqəsi saxlanılmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Meyarların Əlavəsinin 7.6.2.1-ci yarımbəndi tətbiq edilməklə, 35-60 faiz, 2 il müddətinə əlilliyin müəyyən edilməsi işin hallarına, tibbi sənədlərə və normativ tənzimləməyə uyğundur. Bu səbəbdən, cavabdehin “diaqnoz əlillik əlaməti təyin etmir” barədə imtina mövqeyi əsaslı hesab edilə bilməz. Cavabdeh orqan tərəfindən iddiaçıya əlilliyin təyin olunmasından imtina edilməsi, iddiaçının qanunla qorunan hüquqlarını pozulmasına səbəb olmaqla, işin konkret halı nəzərə alınmadan iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan müraciətə baxarkən əhəmiyyətli faktları tam, hərtərəfli və obyektiv araşdırmalı, zərurət yarandıqda isə öz təşəbbüsü ilə əlavə sübutların toplanmasını təmin etməli olduğu halda, bu öhdəliklərə riayət etməmişdir. Bu səbəbdən işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən, iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qanuni və əsaslı qərar qəbul etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa Insan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ##.##.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ##.##.1982-ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-541/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-541/2026
21.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver