Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-542/2026 23.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prokurorluq orqanlarında qulluq etmiş şəxsə xüsusi rütbəli işçisi kimi pensiyanın təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “prokurorluq orqanlarında qulluq etmiş şəxsə xüsusi rütbəli işçisi kimi pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının Baş Prokurorluğunun # ###### 2012-ci il tarixli, **/*** nömrəli arayışından görünür ki, İddiaçı avqust 1991-ci ildən ## ###### 1993-cü il tarixə kimi Azərbaycan Respublikası Baş Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi, ## ### 1994-cü ildən iyul 1996-cı il tarixə kimi Qobustan rayon prokurorluğunun müstəntiqi vəzifələrində işləmiş, 1992-ci ilin dekabr ayı 100%, 1993-cü ilin mart ayında 100%, may ayında 50%, dekabr ayında 100%, 1994-cü ilin may ayında 50%, dekabr ayında 50%, 1995-ci ilin may ayında 50%, noyabr ayında 100%, 1996-cı ilin mart ayında 100%, may ayında 50% vəzifə maaşı həcmində mükafatlar almışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış # #### 2025-ci il tarixli, *-**-*/*-T-******/**** nömrəli məktubdan görünür ki, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablamanın prokurorluq orqanlarının işçisi kimi pensiya təminatına şamil olunmur. Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğundan prokurorluq orqanlarında xüsusi rütbəli vəzifələrdəki qulluq illərinin müraciətində göstərdiyi əsaslarla hesablanması həmin Qanunun tələbləri baxımından mümkün deyil. Prokurorluq orqanlarının xüsusi rütbəli əməkdaşı kimi əmək pensiyasının müəyyən edilməsi üçün xidmət illərinin hesablanması zamanı dövlət qulluğu stajının nəzərə alınması mümkün hesab edilmir. Qeyd olunanları və Mərkəzi Filiala təqdim etdiyi sənəddə göstərilmiş məlumatları nəzərə alaraq, prokurorluq orqanlarında iş stajı (12 il 4 ay 15 gün (# ###### 1991-ci il - ## ###### 2003-cü il tarixləri arasındakı dövr)) və dövlət qulluğu stajı (4 il 10 ay 21 gün (## ###### 2010cu il - # #### 2015-ci il tarixləri arasındakı dövr)) 15 ildən az təşkil edir. Bu səbəbdən də prokurorluq orqanlarının sabiq xüsusi rütbəli işçisi və ya sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Azərbaycan Respublikasının Baş Prokurorluğunun ## #### 2025-ci il tarixli, 2-2- ***/*-******/**** nömrəli məktubundan görünür ki, İddiaçı # ###### 1991-ci il tarixdən X2 vilayəti üzrə Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin vahid istintaq-əməliyyat qrupunda müqavilə əsasında Azərbaycan Respublikası Baş prokuror yanında xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsinə təyin edilmiş, ## ###### 1993-cü il tarixdən daimi qulluğa qəbul edilərək Qobustan rayon prokurorluğunun köməkçisi, ## ### 1994-cü il tarixdən Qobustan rayon prokurorluğunun müstəntiqi, # #### 2001-ci il tarixdən Xızı rayon prokurorluğunun müstəntiqi vəzifələrində işləmiş və Azərbaycan Respublikası Baş prokurorunun ## ###### 2003-cü il tarixli, **/***-k nömrəli əmri ilə Ali Attestasiya Komissiyasının qərarına əsasən tutduğu vəzifəyə uyğun olmadığı üçün “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 29.2.2-ci maddəsinə əsasən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun # #### 1996-cı il tarixli, ***-l nömrəli əmri ilə ona R xüsusi rütbəsi verilmiş və xaric edilərkən həmin rütbədən məhrum edilməmişdir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin ## ###### 2025-ci il tarixli, 9- */*-****/**** nömrəli “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində sektor müdiri vəzifəsində iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi” məsələsinə dair məktubundan görünür ki, 2010-2015-ci illərdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində sektor müdiri vəzifəsində iş müddətilə bağlı bildirilmişdir ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Dövlət orqanlarında inzibati və yardımçı vəzifələrin adları Azərbaycan Respublikası Prezidentinin 2003-cü il # ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” ilə müəyyən edilmişdir. Sektor müdiri vəzifəsi həmin topluda nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən vətəndaş dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanında inzibati vəzifə tutan dövlət qulluqçusu olmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 65 yaşdan, yəni ## ### 2025-ci il tarixdən prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq orqanlarının sabiq xüsusi rütbəli işçisi kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 15 ildən artıq dövlət qulluğunun xüsusi növündə xidmət etmişdir. Buna görə də prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçisi kimi orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, Prokurorluq orqanlarının sabiq xüsusi rütbəli işçisi kimi əmək pensiyasının təyin edilməsi hüququ verən qulluq (xidmət) stajına malikdir. Dövlət qulluğunun xüsusi növündə xidmət müddətinə daxil olan dövrlər aşağıdakı kimidir: 1.1 – # ###### 1991ci il tarixdə Azərbaycan Respublikası Prokurorluğu Baş Prokuroru yanında vahid istintaq-əməliyyat qrupunda 5 il müddətinə mühüm işlər üzrə müstəntiq vəzifəsinə; 1.2 – ## ###### 1993-cü il tarixdə Azərbaycan Respublikası Prokurorluğunda daimi işə qəbul olunmuş və Qobustan rayon prokurorunun köməkçisi vəzifəsinə; 1.3 – ## ######## 1994-cü il tarixdə Qobustan rayon prokurorluğunun müstəntiqi vəzifəsinə; 1.4 – # #### 2001-ci il tarixdə Xızı rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilmişdir. 1.5 – ## ###### 2003-cü il tarixdə “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 29.2.2-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilib prokurorluq orqanlarından xaric edilmişdir. Beləliklə, prokurorluq orqanlarında qulluq müddəti 12 il 4 ay 15 gün (# ###### 1991-ci il – ## ###### 2003-cü il) təşkil edir. 2.1 – ## ###### 2010-cu il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı X5 sektorunun vəzifəsinə təyin edilmişdir; 2.2 – ## #### 2012-ci il tarixdə R ixtisas dərəcəsi verilmişdir. 2.3 – ## #### 2014-cü il tarixdə üçüncü dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 2.4 – # #### 2015-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq öz xahişilə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar orqanlarında qulluq müddəti 4 il 10 ay 21 gün (18 avqst 2010-cu il – # #### 2015-ci il). Beləliklə, prokurorluq orqanlarında və Fövqəladə Hallar orqanlarında qulluq müddəti cəmi 17 il 3 ay 6 gün (12 il 4 ay 15 gün + 4 il 10 ay 21 gün = 17 il 3 ay 6 gün) təşkil edir. Göstərilənlərə əsasən, prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçisi kimi – orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla Prokurorluq orqanlarının sabiq xüsusi rütbəli işçisi kimi əmək pensiyasının təyin edilməsi hüququ verən qulluq stajına malikdir. Bununla bağlı cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan tərəfindən əsassız olaraq imtina verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iş materiallarına əsasən ## ### 1960cı il təvəllüdlü iddiaçının ## ### 2025-ci il tarixli müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmış və cavabdehin # #### 2025-ci il tarixli, 3-17-1/2-T******/2025 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablamanın prokurorluq orqanlarının işçisi kimi pensiya təminatına şamil olunmur. Prokurorluq orqanlarının xüsusi rütbəli əməkdaşı kimi əmək pensiyasının müəyyən edilməsi üçün xidmət illərinin hesablanması zamanı dövlət qulluğu stajının nəzərə alınması mümkün hesab edilmir. İddiaçının istinad etdiyi qaydalar dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablamanın sabiq dövlət qulluqçusu kimi pensiya təminatına şamil olunmur. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanları və Mərkəzi Filiala təqdim edilən sənədlərdə göstərilmiş məlumatları nəzərə alaraq, iddiaçının prokurorluq orqanlarında iş stajının müddəti 12 il 4 ay 15 gün (# ###### 1991-ci il – ## ###### 2003cü il tarixləri arasındakı dövr) və dövlət qulluğu stajınının müddəti 4 il 10 ay 21 gün (## ###### 2010cu il – # #### 2015-ci il tarixləri arasındakı dövr) qanunvericiliklə tələb olunan 15 ildən az olduğu aşkar görünməkdədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə mübahisə halı iddiaçının fövqəladə hallar orqanlarında 4 il 10 ay 21 gün dövlət qulluqçusu kimi əmək stajının prokurorluq orqanlarında olan iş stajına daxil olub-olmamasından ibarətdir. “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası”na əsasən dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı prokurorluq işçilərinə iş stajına görə əlavə haqq almaq hüququ verən iş stajına aiddir. Bundan əlavə, qeyd olunan Qayda ilə əlavə haqq almaq hüququ verən iş stajının müəyyən edilməsi qaydası da müəyyən edilmişdir. Belə ki, prokurorluq işçilərinə iş stajına görə əlavə haqq verilməsi üçün iş stajı Azərbaycan Respublikası Baş Prokurorluğunun komissiyası tərəfindən müəyyən edilir və bu barədə müvafiq qərar qəbul edilir. Göründüyü kimi, dövlət qulluğu vəzifəsində qulluq stajı nəzərə alınmaqla prokurorluq işçilərinin iş stajına görə əlavə haqq almaq hüququnun yaranması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun komissiyasının müvafiq qərarın qəbul edilməsi zəruridir. Bundan başqa, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” ilə müəyyən olunduğu kimi, əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün həmin Qaydada əks olunmuş dövlət orqanın arayışı təqdim edilməlidir. Qanunvericiliklə tələb edilən, iddiaçının dövlət qulluğunda iş stajının prokurorluq orqanlarında iş stajına daxil edilməsi üçün zəruri olan aktların, yəni Azərbaycan Respublikası Baş Prokurorluğunun komissiyasının qərarı, həmçinin dövlət orqanın müvafiq arayışı mövcud olmamış, bu səbəbdən də iddiaçının fövqəladə hallar orqanlarında 4 il 10 ay 21 gün təşkil edən qulluq müddətinin nəzərə alınması üçün hər hansı əsas müəyyən edilməmişdir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin olunmaması, qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri; 20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla); 20.1.5-2. prokurorluq işçisi, yaxud prokurorluq işçisi kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; .... Maddə 20.8. Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: .... 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə;.... Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. 23.3. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir.[123] 23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. ….. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılması apellyasiya baxıçının predmetini təşkil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı prokurorluq işçisi kimi (xüsusi rütbəli şəxs kimi) yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının prokurorluq orqanında işlədiyi dövrün 12 il 4 ay 15 gün olduğunu, dövlət qulluğu stajının isə 4 il 10 ay 21 gün olduğundan, həmin staj illərinin isə toplanmasının qanunla yol verilmədiyindən, müraciətindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçının prokurorluq orqanında işlədiyi dövrün 12 il 4 ay 15 gün olması, fövqəladə hallar orqanlarında dövlət qulluğu stajının isə 4 il 10 ay 21 gün olması işin mübahisəsiz halıdır. Bu baxımından kollegiya qeyd edir ki, hazırki iş üzrə iddianın əsaslılığı baxımından müəyyən edilməli olan hal məhz xüsusi dövlət qulluğu stajının ümumi dövlət qulluğu stajı ilə birləşdirilərək, birlikdə xüsusi dövlət qulluğu stajı kimi nəzərə alınmasının mümkün olub-olmaması ilə bağlı olan haldır. Bununla bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki və hüquqi halları qanunvericiliyin tələbi və oxşar işlər üzrə formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələbləri baxımından ətraflı araşdırılaraq, hüquqi qiymət vermənin əsasları ətraflı şəkildə qeyd edilmişdir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, dövlət qulluğu haqqında qanunvericiliyin tələbinə əsasən dövlət qulluğunun xüsusi növü məhz xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan dövlət qulluğunu özündə ehtiva edir, həmin şəxslərin pensiya təminatı isə əmək pensiyalar haqqında qanunvericiliklə tənzimlənir. Həmçinin, qanunun normasıının tələbinə xüsusi rütbəli dövlət qulluğu vəzifəsində iş stajı məhz xüsusi rütbə nəzərdə tutan dövlət qulluğunu əks etdirir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericilikdə xüsusi rütbələr nəzərdə tutulmayan dövlət qulluğu vəzifəsində işlədiyi illərin xüsusi rütbələr nəzərdə tutulan dövlət qulluğu vəzifəsində işlədiyi illərə birləşdirilməklə, ümumilikdə xüsusi rütbəli dövlət qulluğu illəri kimi penisya təyin edilməsinin əsası kimi çıxış etməsinə dair hər hansı norma mövcud olmamışdır. İndiki halda isə iddiaçının istinad etdiyi fövqəlada hallar orqanlarında işlədiyi dövr xüsusi rütbə nəzərdə tutan vəzifə olamamışdır, bu hal işin mübahisəsiz halıdır. Belə olan halda, iddiaçı xüsusi rütbə nəzərdə tutulmayan vəzifədə işlədiyi dövrü prokurorluq orqanlarında olan qulluq illəri ilə birləşdirməklə, ümumilikdə xüsusi rütbə nəzərdə tutan dövlət qulluğu illəri kimi nəzərə alınması ilə bağlı istinad etdiyi arqumenti qanunvericiliyin tələbinə zidd olduğundan, iddiaçı bu əsasla iddia tələbini irəli sürməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya iddiaçının şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı tələbinin əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nə istinad etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, həmin Qaydaların 2.1-ci bəndinə əsasən xüsusi rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti və digər müddətlər ehtiva edilmiş, dövlət qulluğu vəzifəsində olan müddət nəzərdə tutulmamışdır. Həmçinin, həmin Qaydaların 4.2-ci bəndinə əsasən dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinin dövlət qulluğunda qulluq stajına və dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajının rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinə daxil edilməsi şəxsin çalışdığı dövlət orqanı tərəfindən həyata keçirilir. İndiki halda isə iddiaçının işlədiyi müvafiq qurumlar tərəfindən onun işlədiyi dövlət qulluğu illərinin onun işlədiyi xüsusi rütbə nəzərdə tutan dövlət qulluğu illərinə daxil edilməsinin həyata keçirilməsi halı müəyyən edilməmişdir. Cavabdeh inziabti orqanın isə belə bir səlahiyyətinin olması qanunvericilik normasında müəyyən edilməmişdir. Nəticə etibarilə cavabdeh qurumun iddiaçının istinad etdiyi qaydada dövlət qulluğu illərini hesablamaqla, xüsusi rütbəli şəxs kimi pensiya hüququnun yaranması halını müəyyən etməklə bağlı qanunla müəyyən edilmiş öhdəliyi və səlahiyyətli olmamış, dövlət qulluğu illərinin həmin qaydada daxil edilməsinin həyata keçirilməsi məhz iddiaçının işlədiyi dövlət orqanının səlahiyyətinə aid olmuşdur. Bu baxımından kollegiya hesab edir k, iddiaçı tələbin və şikayətin əsası kimi həmin hallara istinad etməkdə haqlı olmamışdır. Həmçinin, kollegiya qeyd edir ki, oxşar işlər üzrə formalaşdırılmış vahid məhkəmə təcrübəsi mövcud olmaqla, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq həmin hallara istinad etmişdir, təkrarən həmin halların qeyd edilməsi zərurəti mövcud olmamışdır (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının ## #### 2024-cü il tarixli *-*(***)-****/**** saylı, ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərarları) Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddiaçının şikayətinin dəlilləri təkzib edildiyindən, şikayəti əsassız olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-542/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-542/2026
23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver