Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-544/2026 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış, plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı Quba rayonu, Qaraçay kəndində 0,08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət etmişdir. İddiaçı göndərilmiş imtina məktubunda qeyd olunur ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən Quba rayonu Qaraçay bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, ** saylı qərarı ilə həyətyanı məqsədi üçün satılmış 0,08 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritəyə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid deyildir. Həmin torpaq sahəsi elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı ərazidir. Bundan əlavə, torpaq sahəsinin naturada faktiki istifadə vəziyyətinin ölçüləri bələdiyyə və ləğv edilmiş DT və XK-nin Quba rayon şöbəsi tərəfindən təsdiq edilmiş sxemlərdə göstərilən ölçülərdən fərqlidir. Qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Iddiaçı İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaraçay və İ Nügədi kəndində l Nügədi bələdiyyəsində yaradılan ## ###### 2006-ci il tarixli, ** saylı iclas protokolu ilə Quba rayonu, Qaraçay kəndi ərazisindən iddiaçıya satılan 0,08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılır ki, torpaq sahəsi iddiaçıya ayrıldığı vaxtdan halhazıra kimi onun sahibliyində və istifadəsindədir. Iddiaçının torpaqayırma sənədləri olsada, cavabdeh heç bir əsas olmadan istifadəsində və sahibliyində olan torpağa çıxarış verməkdən imtina etmişdir. Iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 13.11, 16.1-ci maddələrinə, ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2004-ci il tarixli, *** nömrəli Fərmanının 4.2.1-ci bəndinə, prosessual hüquqi əsası kimi IPM-in 33.1, 33.2-ci maddələrinə istinad edilmişdir. Iddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Qaraçay və İ Nügədi kəndində İ Nügədi bələdiyyəsində yaradılan ## ###### 2006-cı il tarixli, * saylı iclas protokolu ilə Quba rayon, Qaraçay kənd ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, buna dair müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin # ###### 2026-cı il tarixli protokolqərardadı ilə icraata qəbul edilmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, imtina məktubunda qeyd edilən hallara istinad edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.1, 13.2, 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9, 11.1, 15-ci maddələrinə istinad edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: ## ###### 2006-cı il tarixli, ** nömrəli “Kassa mədaxil orderi”ndən görünür ki, İddiaçı Qaraçay bələdiyyəsinin hesabına 900.000 manat məbləğində ödənişi köçürmüşdür. Quba rayonu Qaraçay bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, ** nömrəli qərarından görünür ki, bələdiyyənin ümumi istifadəsində kənd təsərrüfatına yararlı olan torpaq sahəsindən İddiaçı həyətyanı məqsədilə 0,08 ha torpaq sahəsi satılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyindən görünür ki, İddiaçı satılması nəzərdə tutulmuş torpaq sahəsi Qalacıq bələdiyyəsinin fonduna aiddir, ev tikməyə yararlı olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. ## ###### 2006-cı il tarixli aktdan görünür ki, Qaraçay bələdiyyəsinin nümayəndələri tərəfindən ## ###### 2006-cı il tarixli, ** nömrəli qərar ilə satılmış 0,08 ha torpaq sahəsi İddiaçı təhkim edilmişdir. ## ###### 2006-cı il tarixli Qaraçay bələdiyyəsinin nümayəndəsi, torpaqalan İddiaçı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin nümayəndəsinin iştirakları ilə Qaraçay bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, * nömrəli qərarı əsasında ayrılmış 0,08 ha torpaq sahəsinə dair “Torpaqların alqısatqısına dair akt”. Quba rayonu, Qaraçay kəndinin yerquruluşu xəritəsindən İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinə dair çıxarışlar (miqyas 1:2000; 1:10.000). Quba rayonu İ Nügədi bələdiyyəsinin # #### 2022-ci il tarixli, ** nömrəli arayışından görünür ki, Quba rayonu Qaraçay və İ Nügəsi bələdiyyələrinin əhatə etdiyi Qaraçay və İ Nügədi kəndlərində İ Nügədi bələdiyyəsi yaradılmışdır. Quba rayonu İ Nügədi bələdiyyəsinin # #### 2022-ci il tarixli, ** nömrəli arayışından görünür ki, Quba rayonu İ Nügədi bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, ** saylı protokoluna əsasən İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsi üçün çıxarılmış qərar qüvvədədir. Çıxarışın verilməsinə etiraz edilməmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinin İddiaçı göndərilmiş məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən Quba rayonu Qaraçay bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, ** saylı qərarı ilə həyətyanı məqsədi üçün satılmış 0,08 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritəyə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid deyildir. Bildirilmişdir ki, həmin torpaq sahəsi elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı ərazidir. Nəzərinə çatdırılmışdır ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qeyri-kənd təsərrüfatı məqsədilə istifadə edilməsi qanunverilicikdə nəzərdə tutulmamışdır. Bundan əlavə, torpaq sahəsinin naturada faktiki istifadə vəziyyətinin ölçüləri bələdiyyə və ləğv edilmiş DT və XK-nin Quba rayon şöbəsi tərəfindən təsdiq edilmiş sxemlərdə göstərilən ölçülərdən fərqlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Azərbaycan Respublikasının Dövlət X2 # ###### 2024-cü il tarixli, *-**-DA-*F/*-***-**/**** nömrəli məktubundan görünür ki, Quba rayonu İ Nügədi bələdiyyəsinin ## ###### 2006-cı il tarixdə ** saylı iclası keçirilməmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinin # ####### 2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubu ilə göndərilmiş müayinə aktından görünür ki, torpaq sahəsinin müayinəsi zamanı qonşu mülkiyyətçilər ilə heç bir mübahisə halı qeydə alınmamışdır. Kameral araşdırma nəticəsi olaraq bildirilmişdir ki, mübahisəli torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür və kəsişmir. Iddia olunan torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) kənd təsərrüfatı təyinatlı kateqoriyalı olub uqodiyası həyətyanı kimi, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Torpaq sahəsi baza məlumatlarında olan DWJ xəritələrinə əsasən kənd təsərrüfatı təyinatlı olub uqodiyası kolluq olaraq göstərilmişdir. Torpaq sahəsi mühafizə zolağında yerləşmir. Qeyd edilmişdir ki, Qaraçay və İ Nügədi kəndində İ Nügədi bələdiyyəsində yaradılan ## ###### 2006-cı il tarixli, ** saylı iclas protokolu ilə Quba rayonu, Qaraçay kəndi ərazisindən ayrılmış torpaq sahəsinə dair tərtib olunmuş torpaq sahəsinə dair sxemlərdə göstərilən torpaq sahəsinin yerləşmə mövqeyi ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi uyğunluq təşkil edir. Mübahisəli torpaqsahəsinə dair sxem tərtib olunmuş, koordinatlar və ortofoto görüntülər qoşma şəklində göndərilmiş. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Qaraçay və İ Nügədi kəndində İ Nügədi bələdiyyəsində yaradılan ## ###### 2006-cı il tarixli, * saylı iclas protokolu ilə Quba rayon, Qaraçay kənd ərazisindən ayrılmış 0,08 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 həvalə edilməsi qərara alınmışdır.(hakim Könül Həbibova) Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; ... “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. “Inzibati icraat haqqında” Qanun: Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli, *** nömrəli Fərmanı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydaları: 2.3-cü bənd. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməsi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinə tapşırılmışdır: 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; ... Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini Quba rayonu Qaraçay bələdiyyəsinin ## ###### 2006-ci il tarixli, ** saylı qərarı ilə, Qaraçay kəndi ərazisindən iddiaçıya satılan 0,08 ha həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası təşkil edir. Iddiaçının hüquqi marağı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir. Quba rayonu Qaraçay bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, ** nömrəli qərarından görünür ki, bələdiyyənin ümumi istifadəsində kənd təsərrüfatına yararlı olan torpaq sahəsindən İddiaçı həyətyanı məqsədilə 0,08 ha torpaq sahəsi satılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyindən görünür ki, İddiaçı satılması nəzərdə tutulmuş torpaq sahəsi Qalacıq bələdiyyəsinin fonduna aiddir, ev tikməyə yararlı olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. ## ###### 2006-cı il tarixli, ** nömrəli “Kassa mədaxil orderi”ndən görünür ki, İddiaçı Qaraçay bələdiyyəsinin hesabına 900.000 manat məbləğində ödənişi köçürmüşdür. Cavabdehin imtina məktubu və apellyasiya şikayətinin dəlilləri 2 hissədən ibarətdir: - torpaq sahəsi elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı ərazidir; - torpaq sahəsinin naturada faktiki istifadə vəziyyətinin ölçüləri bələdiyyə və ləğv edilmiş DT və XK-nin Quba rayon şöbəsi tərəfindən təsdiq edilmiş sxemlərdə göstərilən ölçülərdən fərqlidir. Birinci instansiya məhkəməsi cavabdehin qeyd olunan dəlillərini əsassız hesab edərək iddianı təmin etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Quba rayonu Qaraçay bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, * nömrəli qərarı ilə iddiaçıya həyətyanı məqsədilə 0,08 ha torpaq sahəsi satılmış, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri ödənilmişdir. Eyni zamanda, mübahisə predmeti olan torpaq sahəsinə dair Quba rayonu Qaraçay bələdiyyəsinin sxemindən çıxarış, ## ###### 2006-cı il tarixdə alqı-satqısına dair akt tərtib edilmiş, torpaq sahəsinin satılmasına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən etiraz edilməmiş, həmçinin qeyd edilən qərarın qüvvədə olması Quba rayonu İ Nügədi bələdiyyəsinin təqdim etdiyi məlumatı ilə öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktından müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür və kəsişmir, mühafizə zolağında yerləşmir. Həmçinin, bələdiyyənin ## ###### 2006-cı il tarixli, * saylı iclas protokolu ilə Quba rayonu, Qaraçay kəndi ərazisindən ayrılmış torpaq sahəsinə dair tərtib olunmuş sxemlərdə göstərilən yerləşmə mövqeyi ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyinin uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hallar iddianın təmin edilməsi üçün əsas təşkil edir. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən sorğu edilmiş, iddiaçının torpaqayırma sanəddlərinin arxivə təhvil verilmədiyi müəyyən edilmişdir. Kollegiya hesab edir ki, sənədlərin arxivdə mövcud olmaması hazırkı halda qeyd olunan sənədlərin mötəbərliyinə şübhə yaratmamaqla, iddiaçının təqsiri hesab edilərək onun üçün neqativ nəticələr yarada bilməz. Belə ki, yuxarıda istinad edilən, iş materiallarında torpaq sahəsinin Qaraçay bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmasına dair müvafiq sənədlər – bələdiyyə qərarı, alqı-satqı aktı, Quba rayonu Qaraçay bələdiyyəsinin sxemindən çıxarış, kassa mədaxil orderi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyi mövcuddur. Qeyd olunan sənədlərin mötəbərliyinə isə şübhələr müəyyən edilmir, eyni zamanda torpaqayırma sənədlərinin mötəbərliyini səlahiyyətli bələdiyyədə təsdiq etmişdir. Şikayətin mübahisə predmeti olan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan müayinə aktından görünür ki, baza məlumatlarında olan DWJ xəritələrinə əsasən torpaq sahəsinin uqodiyası kolluq olaraq göstərilmiş, yenilənmiş torpaqların elektron kadastr uçotu informasiya sistemi – TEKUIS-də həmin torpaq sahəsinin uqodiyası həyətyanı kimi göstərilmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Həmçinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; Sadalanan normaların tələblərindən göründüyü kimi qanunvericiliklə bələdiyyə tərəfindən kənd təsərrüfat təyinatlı az yararlı və yararsız torpaqların şəxslərin mülkiyyətinə verilməsi yolverilən hesab edilir. Iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin rəyindən görünür ki, İddiaçı satılması nəzərdə tutulmuş torpaq sahəsi Qaraçay bələdiyyəsinin perspektiv inkişaf fonduna aiddir, ev tikməyə yararlı olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun bələdiyyə qərarı ilə iddiaçıya torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olan redaksiyasının 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən müvafiq fərmanına əsasən Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları” nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirir. Işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi iddiaçıya həmin torpaq sahəsi qüvvədə olan qanunvericiliyin tələbinə müvafiq qaydada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin razılığı əsasında ayrılmış və torpaq sahəsi ev tikməyə yararlı olmaqla həmin məqsəd üçün satılmışdır. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətrinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, inzibati məhkəmə icraatında məhkəmə iddiaçının ifadə tərzi ilə bağlı deyil. Iddiaçıya Quba rayonu Qaraçay bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, ** nömrəli qərarı ilə 0,08 ha torpaq sahəsi satılmışdır, iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüqunun daşınmaz əmlakın dövlət reystrində qeydininin cavabdehə həvalə edilməsini istəyir və təmin edilmiş iddia tələbidə bu cür qəbul edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-544/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-544/2026
30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver