Məhkəmə qərarları › İş №2-1(3-8)-55/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-55/2026

29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-55/2026 29.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər Quliyev Ismayıl Rza oğlu və X1 ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili vəkil1 və vəkil2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları ##.##.2023-cü il tarixli EBDL208219 seriyalı elektron qaimədən görünür ki, “xxxx” MMC (VÖEN **********) tərəfindən “xxxx” MMC-yə (VÖEN 1307233551) bir vahidinin (kv m) buraxılış qiyməti 11.22 manat olan 30466.44 kv m qranit, bir vahidinin (ton) buraxılış qiyməti 1105 manat olan 48.3 ton armatur təqdim etmişdir. Elektron qaimənin əməliyyat tarixçəsindən görünürü ki, ##.##.2023-cü il tarixli EBDL208219 seriyalı elektron qaimə ləğv edilmişdir. Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsin tərəfindən qəbul edilmiş ## ######## 2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarı ilə müəyyən edilir ki, kameral vergi yoxlamasının nəticəsi üzrə 2024-cü ilin iyul ayı üçün olan dövr üzrə 50.925,34 manat məbləğində əlavə vergi borcu (ƏDV) hesablanmışdır. Hesablama üçün əsas kimi EBDO seriyalı 913376, 878758, 913392 və ****** nömrəli qaimələr üzrə ümumilikdə 50925.34 manat məbləğində vəsaitlə bağlı aparılan əmliyyatların riskli hesab olunması səbəbindən həmin məbləğin əvəzləşdirməyə əsas vermədiyi göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsin tərəfindən qəbul edilmiş ## ####### 2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarı ilə müəyyən olunur ki, kameral vergi yoxlamasının nəticəsi üzrə 2023-cü il üçün 127.079,40 manat məbləğində əlavə vergi borcu (mənfəət vergisi) hesablanmışdır. Həmin qərar da eyni əsasla qəbul edilmiş, həmin qaimələr üzrə icra olunmuş ödənişlər xərc kimi qəbul edilməmiş və gəlirdən çıxılması ləğv edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli və ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə inzibati işin baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ## ######## 2024-cü il tarixli, 3-21-2-3/2- ******/**** saylı məktubu ilə bildirilmişdir ki, “xxxx” MMC tərəfindən riskli vergi ödəyicisi ilə əmtəəsiz əməliyyatlar aparılması səbəbindən e-qaimə fakturalar 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmamış və kənarlaşmalar yaranmışdır. Məsələ ilə bağlı bütün məlumat və sənədlərin təqdim olunması bildirilmişdir. Iddiaçı tərəfindən cavab məktubu (##.##.2024, kargüzarlıq nömrəsi 2419012122863800) qanunvericiliklə müəyyən edilmiş müddət ərzində hazırki iddia ərizəsinə əlavə olunan bütün sənədlər də əlavə olunmaqla göndərilmişdir. Həmin izahatlarla bağlı cavab məktubu yalnız ##.##.2024-cü il tarixində təqdim olunmuş, məktubda “Bildiririk ki, tərəfinizdən 2023-cü il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində yaranmış, məktubunuzda qeyd olunan uyğunsuzluq nəzərə alınmışdır” göstərilmişdir. Həmçinin oxşar məzmunlu ##.##.2024-cü il tarixli məktubda “Bildiririk ki, izahat məktubunuzda qeyd olunanları nəzərə alaraq kameral vergi yoxlamaları araşdırılması zamanı Vergi Məcəlləsinin tələblərinə uyğun qanunamüvafiq tədbirlər görüləcəkdir” qeyd edilmişdir. Göründüyü kimi, bildiriş və izahat üzrə araşdırma aparıldığı göstərilməsinə baxmayaraq, cavabdeh vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, 3-21-2-3/2 ******/**** nömrəli və ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli Qərarlar qəbul edilmişdir. Təqdim olunan ##.##.2024-cü il tarixli Qərara əsasən, 50 925,34 manat məbləğində əlavə ƏDV hesablanmışdır. Hesablama üçün əsas olaraq EBDO seriyalı 913376, 878758, 913392 və ****** nömrəli qaimələr üzrə ümumilikdə 50 925,34 manat məbləğində vəsaitlə bağlı aparılan əməliyyatların riskli hesab olunması səbəbindən həmin məbləğin əvəzləşdirməyə əsas vermədiyi göstərilmişdir. Eyni əsasla ##.##.2024-cü il tarixli Qərarla həmin qaimələr üzrə icra olunmuş ödənişlər xərc kimi qəbul edilməmiş, gəlirdən çıxılması ləğv edilmiş və 127 079,40 manat məbləğində əlavə mənfəət vergisinin hesablanmışdır. Həmçinin, həmin Qərarların icrası ilə bağlı ƏDV hesabı dondurulmuş və banklara vəsaitlərin dondurulması ilə bağlı qanunsuz və əsassız sərəncamlar göndərilmişdir. Hər iki Qərarın qanunsuz və əsassız olması ilə bağlı aşağıdakıları bildirir: Şirkət ilə “xxxx” MMC arasında ##.##.2023-cü il tarixli, KL/AR-****k**** saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin ##.##.2023-cü il tarixli * saylı əlavəsinə (Qiymət razılaşdırma protokoluna) əsasən, tərəflər müqavilə predmeti olan malların təqdim olunması barədə razılığa gəlmişdirlər. “xxxx” MMC həmin malları digər şirkətdən almış, malların satışı ilə bağlı müvafiq elektron qaimələr təqdim olunmuşdur. “xxxx” MMC tərəfindən müvafiq olaraq, EBDO seriyalı ****** nömrəli elektron qaiməfaktura, EBDO seriyalı ****** nömrəli elektron qaimə-faktura, EBDO seriyalı ****** nömrəli elektron qaimə-faktura, EBDO seriyalı ****** nömrəli elektron qaimə-fakturalar “xxxx” MMC-yə göndərilmiş, alıcı tərəfindən həmin malların dəyəri ödənilmiş, müvafiq təhvil-təslim aktları ilə malların alıcıya çatdırılması rəsmiləşdirilmişdir. “xxxx” MMC tərəfindən mallar Çin Xalq Respublikasından idxal olunmuşdur. Bununla yanaşı, elektron faktura-qaimə üzrə alınmış mallar “xxxx” MMC tərəfindən əməkdaşlıq etdiyi “xxxx” MMC-yə satılmışdır. Belə ki, tərəflər arasında bağlanmış ## ###### 2023-cü il, BA **/** saylı müqaviləyə əsasən, “xxxx” MMC-dən alınmış mallar “xxxx” MMC-yə təqdim olunmuşdur. Bunula yanaşı qeyd edir ki, əməkdaşlıq etdi “xxxx” MMC şirkəti müqavilə münasibətləri yaranan zaman riskli vergi ödəyicisi olmamışdır. Belə ki, Dövlət Vergi Xidmətinin riskli ödəyicilər haqqında məlumat əldə edilməsi üçün təqdim etdiyi axtarış portalı üzrə “xxxx” MMC şirkəti ilə bağlı axtarış verildikdə şirkətin ##.##.2024-cü il tarixində riskli vergi ödəyicisi siyahısına daxil edildiyi görünür. Qeyd edilən MMC riskli vergi ödəyiciləri siyahısına daxil edildikdən dərhal sonra növbəti gün şirkətə bildiriş göndərilmişdir. Beləliklə, aydın olur ki, iddiaçı ilə “xxxx” MMC arasında müqavilə bağlanılması və qarşılıqlı əməliyyatlar aparılması zamanı şirkət riskli vergi ödəyicisi olmamış, mallar həqiqətən təqdim olunmuş, müvafiq ödənişlər aparılmış və o cümlədən mallar üçüncü şəxslərə təkrar satılmışdır. Göstərilən səbəbdən cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli və ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli Qərarları qanunsuz hesab olunmaqla EBDO seriyalı ****** nömrəli, EBDO seriyalı ****** nömrəli, EBDO seriyalı ****** nömrəli, EBDO seriyalı ****** nömrəlielektron qaimə-fakturalar üzrə ödənişlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd kimi qəbul edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, araşdırma zamanı İddiaçı MMC (VÖEN: **********) tərəfindən ##.##.2024-cü il tarixdə 2024-cü il iyul ayı üzrə ƏDV bəyannaməsi təqdim edilmiş, bəyannamədə əldə edilmiş və müvafiq dövrlərdə əvəzləşmə üçün təqdim edilmiş riskli elektron qaimə fakturalarla bağlı elektron uyğunsuzluqlar müəyyən edilmişdir. Bildirir ki, yaranmış uyğunsuzluq EBDO seriyalı 878287, 878758, 913376, ****** nömrəli riskli elektron qaimə fakturaar üzrə yaranmışdır. Qeyd olunan elektron qaimə fakturalar “xxxx” MMC ilə "xxxx" MMC ( VÖEN: 1905758001) arasında tərtib edilmişdir. Həmin qaimələrə nəzər yetirdikdə müəyyən olunur ki, “xxxx” MMC "xxxx" MMC-dən “Çadırlar (PVC) (Maroof)”, “Aliminium Radiatorlar” əldə etmişdir. “xxxx" MMC-nin fəaliyyəti üzrə aparılan ilkin müşahidələrlə ödəyicinin riskli və ya əmtəəsiz əməliyyatlar aparması şübhəsi yarandığından vergi ödəyicisinə məxsus təsərrüfat subyektində vergi nəzarəti keçirilməsi ilə bağlı ##.##.2023-cü il tarixdə **************** nömrəli xidməti məktubla Operativ Vergi və Uçota Nəzarət Baş Idarəsinə müraciət olunmuş, 2439130013560500 və **************** nömrəli xidməti məktubla aparılmış vergi nəzarəti tədbirinin nəticəsi “Monitorinq zamanı təsərrüfat obyektində malların olmadığı və heç bir əmtəə əməliyyatların aparılmadığı müşahidə edilmişdir. Vergi ödəyicisinin baza məlumatlarında olan (******-**-**, 055-457- 68-84) telefon nömrələri ilə əlaqə yaratmaq mümkün olmamışdır. Icarədarın nümayəndəsinin iştirakı ilə anbara baxış keçirildi və anbarın boş olduğu müəyyən edilmişdir. Həmin anbarda siyahıda olan “xxxx” MMC-də qeydiyyatdadır.” olmuşdur. Həmçinin, ##.##.2023-cü il tarixdə **************** nömrəli xidməti məktuba əsasən, ödəyiciyə məxsus təsərrüfat subyektində özünü cəmiyyətin nümayəndəsi kimi təqdim edən X2 (FIN: 2CHL7M8, əlaqə nömrəsi: **********) iştirakı ilə yenidən baxış keçirilmiş və mal qalığı aşkarlanmamışdır. Nəticədə vergi ödəyicisi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”ına əsasən, riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 37.1 -ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 83.7ci maddəsinə əsasən, vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. 108-ci maddəsinə əsasən, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd edilən Qərarı ilə təsdiq edilmiş meyarların 2-ci bəndinə əsasən, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: riskli əməliyyatlar aparan şəxs olduqda; aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim olunması aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; yuxarıda qeyd edilmiş meyarlar üzrə riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; yuxarıda qeyd edilmiş meyarlar üzə riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Həmin meyarların 3-cü bəndinə əsasən, vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab edilir: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən, vergi üstünlüyü-vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma, 13.2.70-ci maddəsinə əsasən, vergidən yayınma sxemi-vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat, 13.2.71-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisivergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri, 13.2.82- ci maddəsinə əsasən, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Qeyd edir ki, riskli vergi ödəyicisi statusunu daşıyan vergi ödəyicilərinə, habelə əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidən yayınan vergi ödəyiciləri ilə bağlı Vergi Məcəlləsində bir sıra məhdudlaşdırmalar nəzərdə tutulur. Belə məhdudlaşmalara aşağıdakılar aiddir: Əmtəəsiz əməliyyatlar üzrə yaranan vergi öhdəlikləri benefisiar şəxsin (faydalanan şəxsin) üzərinə qoyulur; Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir; Əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində aparılan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir; Riskli vergi ödəyiciləri barədə məlumat kommersiya və (və ya) vergi sirri olmayan məlumat hesab edilir; Vergi ödəyicisi riskli vergi ödəyicisi meyarına uyğun gəldiyi halda, bu hal onda növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarəti tədbirinin aparılmasına əsas verir; Vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır; Riskli vergi ödəyicisinə münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmır; Riskli vergi ödəyicilərinə münasibətdə artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra qaytarılır. Bununla yanaşı bildirilir ki, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # #### tarixli ** nömrəli qərarına uyğun olaraq vergiləri hesablamaq vergi orqanının hüququdur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçı “xxxx” MMC barəsində cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** saylı və ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** saylı qərarların ləğv edilməsi qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə həmin şəxs arasında müqavilə münasibətləri yarandığından, iddiaçı həm müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər, həmçinin də Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına görə cavabdehlik daşımışdır ki, bu da onun müqavilə üzrə öhdəliklərin icra etməməsi, əməliyyatların aparılmaması zamanı əlavə məsuliyyətə cəlb edə bilərdi. Bundan başqa malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına (hazırki işdə iddiaçıya) münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Lakin cavabdeh vergi orqanı tərəfindən qeyd olunan hallar nəzərə alınmadan hazırda mübahisələndilən qərarlar qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətinı onunla əsaslandırmışdır ki, aşağıdakıları nəzərə alaraq iddiaçı ilə "xxxx"MMC arasında əməliyyatlar faktiki olaraq həyata keçirilmədiyindən və məhkəmə tərəfindən işə düzgün hüquqi qiymət verilmədiyindən, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia təmin olunmamalıdır:

1. Baza məlumatlarına əsasən 2023-cü il üzrə ümumi gəlir 23 824 327,78 manat təşkil etdiyi halda, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə 23 188 930,80 manat məbləğində göstərilməsi nəticəsində gəlir məbləğinin 635 396,98 manat (23 824 327,78-23 188 930,80) az bəyan edilməsi;

2. “xxxx” MMC-yə (VÖEN: 1307233551) 652 666,03 manat dəyərində mal təqdim edilmişdir. “xxxx” MMC tərəfindən 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsi təqdim edilərkən həmin məbləğ xərcləri təsdiq edən sənəd kimi bəyan edilməsi;

3. “xxxx’ MMC-nin tikinti materiallarının topdan satışı, iddiaçının isə mebel istehsalı sahəsində fəaliyyət göstərməsinə baxmayaraq, tərəflərin fəaliyyət sahələrinə uyğun olmayan alüminium radiatorlar və çadırların alqı-satqısını həyata keçirməsi;

4. “xxxx” MMC ilə iddiaçı arasında 282 918,49 manat məbləğində əməliyyat aparıldığı göstərilsə də, qeyd olunan MMC-nin həmin dövrdə və sonrakı dövrdə də ümumiyyətlə işçisinin olmaması

5. Iddiaçı və “xxxx” MMC tərəfindən malların təqdim edilməsi üçün zəruri ilkin şərtlər daşıma ilə bağlı yol-nəqliyyat vərəqəsi və qaiməsinin təqdim edilməməsi;

6. “xxxx” MMC-nin təsərrüfat obyektində keçirilən monitorinq zamanı malların mövcud olmaması, anbara baxış zamanı anbarın boş olması və həmin anbarın ‘xxxx’ MMC-nin qeydiyyatında olması;

7. “xxxx” MMC-nin faktiki fəaliyyət göstərməsi müəyyən edildiyi halda, 2023 və 2024-cü illər üzrə mənfəət vergisi bəyannamələrinin təqdim edilməməsi.

Apellyasiya şikayətinə qarşı etirazın daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndələri və vəkilləri vəkil2 və vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bitməz. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları ... 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il ######ın #-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Maddə 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırk iş üzrə iddiaçının iddia tələbi “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli və ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarlarının ləğv edilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində ## ######## 2024-cü il tarixli, *-**-*- */*-******/**** nömrəli qərarı ilə 50.925,34 manat məbləğində əlavə vergi, ## ####### 2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarı ilə 127.079,40 manat məbləğində əlavə vergi hesablanmışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin predmeti cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş vergi hesablamalarının və bununla bağlı inzibati qərarların qanuniliyinin qiymətləndirilməsindən ibarətdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə ##.##.2024-cü il tarixli qərar üzrə əlavə vergi öhdəliyinin müəyyən edilməsinin əsaslandırılması kimi iddiaçının sonradan riskli vergi ödəyicisi statusu almış şəxslərlə həyata keçirdiyi əməliyyatlara istinad edilmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçının həmin təsərrüfat subyektləri ilə müqavilə münasibətlərinə daxil olduğu və müvafiq əməliyyatları həyata keçirdiyi dövrdə həmin şəxslər vergi orqanı tərəfindən riskli vergi ödəyicisi kimi tanınmamış, bu barədə hər hansı hüquqi nəticə doğuran qərar qəbul edilməmişdir. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçının həmin təsərrüfat subyektlərinin gələcəkdə riskli vergi ödəyicisi hesab ediləcəyi barədə əvvəlcədən məlumatlı olduğunu və ya bu halları bilməli olduğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hüquqi müəyyənlik və legitim gözlənti prinsiplərinin tələblərinə əsasən, vergi ödəyicisinin sonradan yaranmış hüquqi status dəyişikliklərinə görə geriyə şamil edilən mənfi nəticələrə məruz qoyulması yolverilməzdir. Vergi ödəyicisinin həyata keçirdiyi əməliyyatların nəticələrinin qiymətləndirilməsi həmin əməliyyatların baş verdiyi tarixdə mövcud olmuş hüquqi və faktiki vəziyyət nəzərə alınmaqla aparılmalıdır. Bundan əlavə, tərəflər arasında yaranmış münasibətlər mülki-hüquqi xarakter daşımaqla, iddiaçı bağlanmış müqavilələr üzrə öhdəliklərini qanunvericiliyin tələblərinə uyğun şəkildə icra etmişdir. Qarşı tərəfin sonradan vergi intizamının pozulmasına yol verməsi və ya riskli vergi ödəyicisi siyahısına daxil edilməsi, özlüyündə iddiaçının vicdanlı iştirakçı statusunu aradan qaldırmır və onun əlavə vergi məsuliyyətinə cəlb olunması üçün yetərli hüquqi əsas təşkil etmir. Kollegiya həmçinin vurğulayır ki, malın satıcısı tərəfindən idxal və ya alış sənədlərində müəyyən uyğunsuzluqların mövcudluğu avtomatik olaraq həmin əməliyyatların əmtəəsiz olması qənaətinə gəlməyə əsas vermir. Belə hallarda vergi orqanı tərəfindən əməliyyatların formal xarakter daşıdığını, faktiki mal dövriyyəsinin baş vermədiyini və vergi ödəyicisinin bu hallarda iştirak etdiyini və ya məlumatlı olduğunu birmənalı şəkildə təsdiq edən kifayət qədər sübutlar təqdim edilməlidir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən belə sübutlar təqdim olunmamış, yalnız əməliyyat tərəfinin sonradan riskli vergi ödəyicisi kimi qiymətləndirilməsi əsasında iddiaçının təqdim etdiyi əvəzləşmələr qəbul edilməmişdir ki, bu da qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. ##.##.2024-cü il tarixli qərar üzrə cavabdeh inzibati orqan mübahisə predmeti olan müvafiq qərarların qəbul edilməsinin əsası kimi istinad etdiyi halları (iddiaçı tərəfindən qeyd edilən məbləğdə malların elektron-qaimə faktura olmadan digər vergi ödəyicisinə təqdim edilməsi və həmin təqdimetmədən əldə edilən gəlirin bəyannamədə əks olunmaması) sübut etmək öhdəliyi daşıyır. Indiki halda cavabdeh inzibati orqan bununla bağlı sübut qismində yalnız malların satılmasına dair ##.##.2023-cü il tarixli EBDL seriyalı ****** nömrəli elektron-qaimə fakturaya və həmin qaimənin ləğv edilməsi barədə məlumatın elektron informasiya sistemində aşkarlanmadığına istinad etmiş və nəticədə iddiaçı barəsində vergi qanunvericiliyinin pozulmasına görə satılmış mallara müvafiq olaraq əlavə dəyər vergisi hesablamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın istinad etdiyi iddiaçı tərəfindən “xxxx” MMC-yə göndərilmiş ##.##.2023-cü il tarixli EBDL seriyalı ****** nömrəli elektron-qaimə faktura ləğv edilmiş və qeyd edilən hal hər iki şirkətin elektron sistemindən çıxarışlarla öz təsdiqini tapır. Həmçinin, iddiaçı bu hissədə iddia tələbinin əsası kimi də məhz həmin elektron-qaimə fakturanın ləğv edilməsi, alqı-satqının baş tutmadığına istinad etmişdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qeyd olunan qərarın qəbul edilməsinin əsası qismində çıxış edən ##.##.2023-cü il tarixli elektron qaimə-faktura ləğv edilmişdir. Nəticə etibarilə indiki halda cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində ƏDV faktiki olaraq geri qaytarıldığından iddiaçının anbarda aşkar edilməmiş mallara, eləcə də ləğv edilmiş elektron qaimə-fakturaya münasibətdə hesablanmışdır ki, bu hal vergi qanunvericiliyinin normalarının tələbinə zidd olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən isə bu halı təkzib edən, habelə müvafiq qərarların qəbul edilməsinin əsası kimi istinad edilən halları sübut edən heç bir dəlilə istinad edilməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuş, sübutetmə yükünün məhz cavabdeh inzibati orqanın üzərinə düşməsi ilə bağlı qənaəti düzgün olmuş, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarlar vergi qanunvericiliyi və işin halları baxımından düzgün qiymətləndirilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Bununıla bağlı məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar