Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-551/2026 28.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, Üçüncü şəxs Üçüncü şəxs iştirakı ilə, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Rahim Həsənov) ##.##.2026-cı tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “Abşeron rayon Məmmədli Bələdiyyəsinin ## #### 2008-ci il tarixli **/** saylı qərarına əsasən Abşeron rayon Bələdiyyə inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız olan torpaq sahəsindən ona satılmış, habelə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsin tərəfindən ##.##.2008-ci il tarixdə 7704 nömrə ilə uçota alınmış A № ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmiş 0,06 ha torpaq sahəsinin hazırkı iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş X3 mülkiyyətində olan topaq sahəsinin 0,0093 ha hissəsi ilə üst-üstə düşən hissəsi istisna olmaqla (yəni iddia tələbində 0,06 ha torpaq sahəsinin 0,0093 hissəsədə azaldılması nəzərə alınmaqla) digər 0,0507 ha hissəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və həmin torpaq sahəsi ilə bağlı digər texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Işin halları Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Məmmədli kəndində yerləşən ona məxsus 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınaraq, müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili vəkil2 iddia tələbini dəqiqləşdirərək, Abşeron rayon Məmmədli Bələdiyyəsinin ## #### 2008-ci il tarixli **/** saylı qərarına əsasən Abşeron rayon Bələdiyyə inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız olan torpaq sahəsindən ona satılmış, habelə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsin tərəfindən ##.##.2008-ci il tarixdə 7704 nömrə ilə uçota alınmış A № ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmiş 0,06 ha torpaq sahəsinin hazırkı iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş X3 mülkiyyətində olan topaq sahəsinin 0,0093 ha hissəsi ilə üst-üstə düşən hissəsi istisna olmaqla (yəni iddia tələbində 0,06 ha torpaq sahəsinin 0,0093 hissəsədə azaldılması nəzərə alınmaqla) digər 0,0507 ha hissəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və həmin torpaq sahəsi ilə bağlı digər texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məmmədli Bələdiyyəsinin ## #### 2008-ci tarixli **/** saylı qərarına əsasən Abşeron rayon Bələdiyyə inkişaf fondunun alqısatqı predmeti olan kənd təsərrüfatına yararsız olan torpaq sahəsindən iddiaçıya 0,06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmçinin qeyd olunan qərara əsasən ## ##### 2008-ci il tarixdə 1174/08 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt ilə 0,06 ha torpaq sahəsinin dəyəri olan 600 manat pul tərəfindən X4 rayon filialındakı Məmmədli bələdiyyəsinin adına açılmış ************** saylı hesaba köçürülmüşdür. Qeyd olunan bələdiyyə qərarına, alqı-satqı aktına əsasən Azərbaycan Respublikasının Torpaq və Xəritəçəkmə komitəsindən ona ##.##.2008-ci il tarixdə 7704 nömrə ilə uçota alınmış A No ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bununla bağlı, Abşeron rayon Məmmədli Bələdiyyəsinin ## #### 2008-ci il tarixli **/** saylı qərarına əsasən Abşeron Rayon Bələdiyyə Inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız olan torpaq sahəsindən ona satılmış və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ##.##.2008-ci il tarixdə 7704 nömrə ilə uçota alınmış A N****** nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmiş 0,06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair çıxarış verilməsini xahiş etmiş, lakin cavabdeh orqan * saylı Abşeron Ərazi Idarəsinin **/***/*-****/** nömrəli ##.##.2024-ci il tarixli məktubu ilə qanunsuz və əsassız olaraq çıxarışın verilməsindən imtina etmişdir. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə X3 zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Iddiaçının nümayəndəsi və vəkilinin dəqiqləşmə ərizəsi nəzərə alınmaqla məhkəmənin ##.##.2026-cı il tarixli iclasının protokol qərarı ilə X3 iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Üçüncü şəxs ##.##.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı X2 cavabdeh DƏDRX-nin * saylı Ərazi Idarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iddiası onun maraqlarına toxunur. Belə ki, iddiaçı ona Abşeron rayon Məmmədli bələdiyyəsinin ## #### 2008-ci il tarixli **/** saylı qərarı ilə ayrılmış 0,06 ha torpaq sahəsinə dair çıxarışın verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bildirir ki, həmin torpaq sahəsi ona iddiaçıdan əvvəl Abşeron rayon Məmmədli bələdiyyəsinin ## #### 2007-ci il tarixli **/*** saylı qərarı ilə ayrılmışdır. Iddiaçı ilə onun arasında məhkəmə mübahisəsi mövcuddur. Bununla bağlı hətta iddiaçı cavabden DƏDRX-nin * saylı Abşeron Ərazi Idarəsinə müraciət edən zaman da, cavabdeh imtina məktubunda məhkəmə mübahisəsinin mövcud olmasını qeyd etmişdir. Belə ki, hazırkı iş üzrə iddiaçı ##.##.2023-cü il tarixdə Abşeron rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, mübahisəli torpaq sahəsindən çıxarılması, habelə ona məxsus torpaq sahəsi üzərində aparılmış təmir tikinti işlərinin (inşa edilmiş hasarın, qoyulmuş darvazanın və digər tikinti işlərinin) onun hesabına sökülməsini xahiş etmişdir. Hazırda həmin iddia tələbi üzrə məhkəmənin baxış iclası davam edir. Bildirir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi onun istifadəsindədir. Bunu Abşeron rayon Məhkəməsi tərəfindən təyin edilmiş ekspert rəyi də təsdiq edir. Torpaq sahəsi ayrılan vaxtdan onun istifadəsində olmuşdur. Bütün bu hallar, icraatda olan hazırkı iş onun maraqlarına toxunur. Ona görə hazırkı iş üzrə onun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli iclas protokolu əsasında Üçüncü şəxs iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Iş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, eyni inzibati ərazi vahidliyində yerləşən və hazırkı iş üzrə iddia tələbinin predmetini təşkil edən torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahələri ilə bağlı eyni əsaslarla verilmiş iddia ərizələrinin təmin edilməsi haqqında Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli və ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarlarından görünür ki, mübahisəli torpaq sahələrinin üçü də Abşeron rayon Məmmədli Bələdiyəsinin ## #### 2008-ci tarixli **/** saylı, ## #### 2008-ci tarixli **/** saylı, ## #### 2008-ci il tarixli **/** saylı qərarlarına əsasən Abşeron rayon Bələdiyyə inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız olan torpaq sahəsindən hazırkı iş üzrə iddiaçının atası X1, iddiaçının özünə və tanışları X5 hər birinə ayrı-ayrılıqda 0,06 ha olmaqla torpaq sahələri ayrılmış, həmin torpaq sahələrinə hüquqların qeydiyyata alınması və çıxarış verilməsi tələbləri ilə bağlı iddia ərizəsində qeyd olunan eyni əsaslarla eyni cavabdehə qarşı iddia ərizələri təmin edilsə də, hazırkı iş üzrə iddia ərizəsi əsassız olaraq rədd edilmişdir. Mövcud təcrübəyə dair yuxarıda sadalanan məhkəmə qərarlarından *-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərar hazırkı iş üzrə iddia tələbini rədd etmiş hakim tərəfindən qəbul edilmişdir. Hansı ki, həmin qərarla hazırkı iş üzrə iddia tələbinin hüquqi əsasları ilə eynilik təşkil edən əsaslarla qaldırılmış iddia tələbi təmin edilmişdir. Buna görə də, iddiaçı iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının hazırkı iddia tələbləri ilə bağlı mövcud məhkəmə təcrübəsinə zidd olduğuna və əsaslandılmadığına görə ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Üçüncü şəxs apellyasiya şikayətini əsassız hesab edərək bildirdi ki, iddiaçının tələb etdiyi 0,06 ha torpaq sahəsi ona məxsusdur, həmin torpaq sahəsi Məmmədli Bələdiyyəsinin ##.##.2007-ci il tarixli qərarı ilə ona satılmışdır və 2007-ci ildən onun istifadəsində və sahibliyindədir. Torpaq sahəsini hasara almış, darvaza qoymuşdur. Ev tikmişdir, tikinti tam başa çatmamışdır. Fotoşəkillərini məhkəməyə təqdim edir. Ona məxsus olan torpaq sahəsinə dair bələdiyyə qanunsuz olaraq qərar verərək, iddiaçıya satmışdır. O, bələdiyyənin qərarını mübahisələndirmiş və birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə onun iddiası təmin edilmişir. Şəxsi kabinetdən çıxarışı məhkəməyə təqdim edir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Iddiaçı İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Lakin iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Iddiaçının vəkili vəkil2 elektron kabinet vasitəsilə ərizə göndərərək, Bakı şəhəri Xətai və Nərimanov rayon Məhkəmələrinin icraatında olan işlərə dair ##.##.2026-cı il tarixə saat 10:30; 11:30; 12:30 və 15:30-a təyin olunmuş məhkəmə iclaslarında iştirakı ilə bağlı hazırkı işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Abşeron rayon Məmmədli Bələdiyyəsinin ##.##.2008-ci il tarixli **/** nömrəli qərarı əsasında İddiaçı fərdi yaşayış evinin tikinisi üçün 0.06 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin dəyəri Məmmədli Bələdiyyəsinin hesabına köçürülmüş və onun adına A № ****** nömrəli (************** reyestr nömrəli) torpaq sahəsinin plan və ölçüsü sənədi də hazırlanmışdır. Iddiaçı ona ayrılmış 0.06 ha torpaq sahəsi üzrə yaranmış mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı İddiaçı Abşeron rayon Məmmədli Bələdiyyəsinin ## #### 2008-ci il tarixli **/** saylı qərarı ilə 0.06 ha torpaq sahəsinin bilavasitə, müvafiq bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı, müraciət üzrə əlavə edilmiş alqı-satqı aktının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron ravon şöbəsinin müdirinin imzası ilə) təsdiqlənmədiyi, sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğu, sənəd üzrə daşınmaz əmlakın 0.0090 ha hissəsinin ************ reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü, sözügedən daşınmaz əmlak hüquqmüəyyənedici sənəd üzrə 0.06 ha olduğu halda, faktiki vəziyyətdə isə 0.0550 ha hissəsinin iddiaçının istifadəsində olduğu müəyyən olunmuşdur. Göründüyü kimi, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmiş, torpaq sahəsi hərrac və va müsabiqə vasitəsi ilə satılmalı olduğu halda, bilavasitə satılmışdır. Torpaq sahəsi iddiaçıya torpaq qanunvericiliyin tələblərinə riayət olunmadan satıldığı üçün ərizənin icrası mümkün olmamışdır. Məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, Abşeron rayon Məmmədli Bələdiyyəsinin ##.##.2008-ci il tarixli **/** nömrəli qərarına əsasən İddiaçı bələdiyyənin inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən ev tikmək məqsədilə 0,06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Abşeron rayon Məmmədli bələdiyyəsinin ##.##.2008-ci il tarixli **/** nömrəli qərarına əsasən Abşeron rayon Məmmədli bələdiyyəsi İddiaçı oğluna 0,06 ha torpaq sahəsi satmışdır. Rəy, yerquruluşu planından çıxarış tərtib edilmişdir. ##.##.2008-ci il tarixli ** №-li qəbzə əsasən iddiaçı İddiaçı Abşeron rayon Məmmədli bələdiyyəsinin hesabına 600 manat torpaq rüsumu ödəmişdir. DƏDKR-in * saylı Ərazi Idarəsinin ##.##.2024-ci il tarixli ******/*-****/** nömrəli imtina məktubu, etiraz ərizəsi, Abşeron rayon Məmmədli Bələdiyyəsinin ## #### 2008-ci il tarixli **/** nömrəli qərarının surəti, Məmmədli Bələdiyyəsinin torpaq sahəsinə yerquruluşu planından çıxarışın surəti, DT və XK-nın Abşeron rayon şöbəsi və bələdiyyə tərəfindən təsdiqlənmiş alqsatqı aktının surəti, torpaq sahəsinin dəyərinin ödənilməsi ilə bağlı ödəniş qəbzinin surəti, İddiaçı adına olan A№****** nömrəli (************** reyestr nömrəli) torpaq sahəsinin plan və ölçüsü sənədinin surəti, Üçüncü şəxs adına rəsmiləşdirilmiş Abşeron rayon Məmmədli Bələdiyyəsinin ##.##.2007-ci il tarixli **/*** nömrəli qərarının surəti, DT və XK-nın Abşeron rayon şöbəsinin rəyi, Məmmədli Bələdiyyəsinin torpaq sahəsinə yerquruluşu planından çıxarışın surəti, cavabdehin ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyi və digər sənədlər işə əlavə edilmişdir. ##.##.2007-ci il tarixli ***-IIIQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən ##.##.2007-ci il tarixdən etibarən Azərbaycan Respublikasında bələdiyyə torpaqlarının satışı dayandırılmışdır. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının ##.##.2008-ci il tarixdə 709-III QD nömrəli Qanununa əsasən “Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Torpaq sahəsinin müsabiqə və ya hərrac vasitəsi ilə satışı satışa çıxarılan torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra aparılır. Nəzərə alınmalıdır ki, bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 15 və 16-cı bəndlərinə əsasən torpaq sahəsinin ayrılmasını tələb edən şəxsin müraciətini nəzərdən keçirərək həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədə uyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli *** nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2002-ci il tarixli *** saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron rayon Məmmədli Bələdiyyəsinin ## #### 2008-ci il tarixli **/** nömrəli qərarı əsasında İddiaçı fərdi yaşayış evinin tikinisi üçün 0.06 ha torpaq sahəsi ayrılarkən torpaq sahəsi hərrac və ya müsabiqə vasitəsilə satılmalı olduğu halda, qanunvericiliyin tələbinə əməl edilməmiş, torpaq sahəsi bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan, torpaq sahəsinin müsabiqə və ya hərrac vasitəsi ilə satışı həyata keçirilmədən, iddiaçıya bilavasitə salmışdır. Həmçinin, təqdim edilmiş DƏDKR-in * saylı Abşeron Ərazi Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyindən müəyyən olunur ki, İddiaçı adına olan A № ****** nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən 0,06 ha torpaq sahəsi ilə Üçüncü şəxs faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşən hissəsi 0.0507 ha təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** nömrəli ekspert rəyindən müəyyən edilir ki, cavabdeh orqanın mütəxəssisləri tərəfindən torpaq sahəsinə müayinə baxışı zamanı sözügedən torpaq sahəsinin darvazası Üçüncü şəxs tərəfindən açılaraq, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları götürülmüş və həmin torpaq sahəsi cavabdeh Üçüncü şəxs faktiki istifadəsindədir. Ləğv edilmiş DT və XK tərəfindən İddiaçı adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi ilə Üçüncü şəxs faktiki istifadəsində olan torpaq sahəsi və üzərində yerləşən yarımçıq tikili ilə üst-üstə düşən hissəsi 0.0507 ha təşkil edir. Ləğv edilmiş DT və XK tərəfindən İddiaçı adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin 0.0093 ha hissəsi************ reyestr nömrəli çıxarışla X3 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üstüstə düşür. Kollegiya qeyd edir ki, iddiaçının dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi onun faktiki istifadəsində olmayıb, əksinə, həmin sahə müxtəlif hissələr üzrə digər şəxslərin istifadəsində və mülkiyyətindədir. Bu hal isə iddiaçının tələb etdiyi hüququn realizəsini faktiki və hüquqi baxımdan mümkünsüz edən mühüm amil kimi çıxış edir . Göründüyü kimi, İddiaçı fərdi yaşayış evinin tikinisi üçün Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi Abşeron rayon Məmmədli Bələdiyyəsinin ## #### 2008-ci il tarixli **/** nömrəli qərarı ilə, yuxarıda qeyd olunan Qanuna zidd olaraq ##.##.2007ci il tarixdən sonra satılmışdır. Həmçinin, Abşeron rayon Məmmədli Bələdiyyəsinin ## #### 2007-ci il tarixli **/*** nömrəli qərarı ilə Üçüncü şəxs satılmış Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin 0,0507 ha hissəsi sonradan, Abşeron rayon Məmmədli Bələdiyyəsinin ## #### 2008-ci il tarixli **/** nömrəli qərarı ilə qanunsuz və əsassız olaraq İddiaçı satılmışdır. Həmçinin, ## #### 2001-ci ildə qüvvəyə minmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən müvafiq ərazi üzrə 5 ildən artıq yaşayan şəxslərə torpaq sahəsi ayrılan zaman torpaq sahəsinin məhz açıq hərrac vasitəsi ilə satılması məcburi deyil. Yəni qeyd olunan maddənin tələbləri baxımından torpaq sahəsinin yerləşdiyi ərazidə 5 ildən artıq yaşayan şəxslər açıq hərrac keçirilmədən də torpaq sahəsini əldə edə bilərlər. Araşdırma zamanı müəyyən edildi ki, qərar qəbul edilən ərəfədə iddiaçı 5 ildən artıq Abşeron rayonu Məmmədli kəndində pasport qeydiyyatda olmamış, həmin vaxt və hazırda da yaşayış yeri üzrə ünvan 1 ünvanda pasport qeydiyyatındadır. Bu səbəbdən İddiaçı hərracdan və ya müsabiqədən kənar qaydada torpaq sahəsi almaq hüququ olmamışdır. Beləliklə, işə olan rəsmi sənədlərdən müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi ##.##.2007-ci il tarixdən sonra, yəni bələdiyyə torpaqlarının birbaşa satışı qadağan edildiyi dövrdə ayrılmış, eyni zamanda torpaq sahəsinin hərrac və ya müsabiqə yolu ilə verilməsi tələblərinə əməl olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin müsabiqə və ya hərrac vasitəsi ilə satışı satışa çıxarılan torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra aparılır. Iddiaçıya torpaq sahəsi ##.##.2007-ci il tarixdən sonra, yəni bələdiyyə torpaqlarının birbaşa satışı qadağan edildiyi dövrdə ayrılmış, eyni zamanda torpaq sahəsinin hərrac və ya müsabiqə yolu ilə verilməsi tələblərinə əməl olunmamışdır. Torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslar və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün Mülki Məcəllənin 139-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar əsaslar mövcud olmamışdır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yalnız dövlət qeydiyyatı ilə yaranır (lakin qeydiyyat üçün qanuni əsas olmalıdır, təkcə bələdiyyə qərarı və pul ödənişi kifayət etmir, hüquq qanunauyğun əldə olunmalıdır. Iddiaçının əldə etmə əsası (torpağın alınması) qanunsuzdur, buna görə qeydiyyat mümkün deyil. Cavabdeh inzibati orqanın torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınmasından imtinası əsaslı və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını haqlı hesab etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti və iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-551/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-551/2026
28.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver