Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-553/2026 29.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri X2 (sədrlik edən, məruzəçi hakim), hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdeh qurum tərəfindən verilmiş qərarların ləğv olunması və ödənilməmiş ayların (##.##.2025-ci ildən başlayaraq ##.##.2025-ci il tarix də daxil olmaqla) ödənişlərinin (təzminatın) ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, 2025-ci ilin yanvar ayından etibarən haqsız olaraq dayandırılmış sosial yardımın yenidən bərpa edilməsi, yanvar - iyul 2025 tarixləri üzrə ödənilməmiş 6 aylıq sosial yardım məbləğinin ödənilməsi (fevral ayında yenidən olunan müraciətdən 15 iş günü madi məişət şaraitinin baxışına gəlmə müddəti nəzərə alınmaqla) və cavabdeh orqan tərəfindən verilmiş əsassız imtina qərarlarının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdeh qurum tərəfindən verilmiş qərarların ləğv olunması və sosial yardımın təyin olunması zamanı haqsız və hüquqi baxımdan əsassız olan imtinalar səbəbindən ödənilməmiş ayların (##.##.2025-ci ildən başlayaraq ##.##.2025-ci il tarixi də daxil olmaqla) ödənişlərinin (təzminatın) ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o sosial yardıma ehtiyacı olan vətəndaş kimi, uzun müddət ünvanlı dövlət sosial yardımı almış, lakin 2025-ci ilin yanvar ayından etibarən heç bir əsas olmadan, cavabdeh qurum tərəfindən yardımın verilməsi dayandırılmış və növbəti müraciətləri zamanı isə ardıcıl olaraq 6 ay ərzində eyni məzmunlu və haqsız imtina cavabları təqdim edilmişdir.Qeyd edir ki, bütün əməkhaqqı və məcburi dövlət sosial sığorta (MDSS) ödənişlərim rəsmi şəkildə, şəffaf olaraq iş yerində həyata keçirilmiş və bu barədə sənədlər aidiyyəti quruma təqdim edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qüvvəyə minmiş yeni qaydalara əsasən, əgər ailə tərkibində və ya gəlir strukturunda əvvəlki dövrlərlə müqayisədə heç bir dəyişiklik baş verməyibsə, bu halda ailənin maddi-məişət şəraitinə baxış keçirilməsi tələb olunmur və ünvanlı dövlət sosial yardımının təyinatı avtomatik olaraq elektron sistemlər vasitəsilə həyata keçirilməlidir. Bu mexanizm, vətəndaşın əlavə inzibati maneələrlə qarşılaşmaması, qərarların operativ və şəffaf verilməsi məqsədilə tətbiq edilir.Himayəmsində 4 azyaşlı övladı var, iki övladı qüsurludur. Evdə bir tək o işləyir, haqsız olunmuş imtinalar səbəbindən maddi sıxıntıları yaranıb. Daha sonra iddiaçı iddi tələbinə əlavə olaraq ərizə təqdim etmiş və ərizə onunla əsaslandırılmışdır ki, o ünvanlı dövlət sosial yardımının dayandırılması və müraciətlərinə imtina verilməsinin səbəbi kimi cavabdeh qurum tərəfindən məcburi dövlət sosial sığorta (MDSS) ödənişləri ilə bağlı uyğunsuzluq göstərildiyini bildirir. Dəfələrlə aşağıda qeyd etdiyi eyni səbəbdən müxtəlif vaxtlarda əsassız imtinalar verilmişdir. 1) ##.##.2024-cü il tarixli müraciəti 2025-ci ilin yanvar ayının 6-da mdss ödənişi olmaması səbəbindən dayandırılmışdır. (ərizə nömrəi 2432180000562), 2) ##.##.2025-ci il tarixli müraciəti mdss ödənişi olmaması səbəbindən imtina olunmuşdur.(ərizə nömrəsi 2532180002168) 3) ##.##.2025-ci il tarixli müraciət mdss ödənişi olmaması səbəbindən imtina olunmuşdur.(ərizə nömrəsi 2532180002168), 4) ##.##.2025-ci il tarixli müraciət mdss ödənişi olmaması səbəbindən imtina olunmuşdur.(ərizə nömrəsi 2532180002168), 5) ##.##.2025-ci il tarixli müraciəti isə məhkəməyə müraciətindən sonra ÜDSY təsdiq olumnuş, təyinatın hesablanma tarixi isə ##.##.2025-ci ildən hesablanmışdır.(ərizə nömrəsi 2571580010896)təyinatın məbləği: 564.35 AZN). Lakin qeyd olunan bu səbəb tamamilə əsassızdır və faktiki hallarla təsdiqlənmir. Belə ki, bütün MDSS ödənişləri qanunvericiliyin tələblərinə uyğun şəkildə tam və vaxtında həyata keçirilmişdir. Bu ödənişlər rəsmi əmək münasibətləri çərçivəsində işəgötürən tərəfindən dövlət sisteminə köçürülmüşdür. Bu halı təsdiq edən, iş yerindən verilmiş rəsmi arayışlar, əməkhaqqı sənədləri, MDSS ödənişlərinin aparıldığını göstərən məlumatlar cavabdeh quruma təqdim edilmişdir. Cavabdeh qurum tərəfindən təqdim etdiyi rəsmi sənədlər araşdırılmamış, onlara hüquqi qiymət verilməmiş və buna baxmayaraq sosial yardımın dayandırılması davam etdirilmişdir. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət edir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinədək 1 il müddətinə aylıq 693.03 manat məbləğində ünvanlı dövlət sosial yardımı (bundan sonra-sosial yardım) təyin olunmuşdur. Həmin təyinatdan sonra ailənin əmək qabiliyyətli üzvü kimi iddiaçının əmək müqaviləsi üzrə gəlirlərində dəyişiklik baş verdiyinə görə sosial yardımın verilməsi ##.##.2025-ci il tarixindən dayandırılmış və bu barədə iddiaçının müraciətində qeyd etdiyi əks-əlaqə vasitəsinə məlumat göndərilmişdir. Daha sonra iddiaçı sosial yardımın təyin edilməsi ilə əlaqədar bir neçə dəfə müraciət etmişdir. Həmin müraciətlərə baxılmış, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemi tərəfindən ailə üzvünün məşğulluğunu təmin edən məcburi dövlət sosial sığorta haqqı ödənişlərinin olmaması səbəbindən ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərində sosial yardımın verilməsindən imtina edilmiş və bu barədə iddiaçının müraciətində qeyd edilən əks-əlaqə vasitəsinə məlumat göndərilmişdir. Iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardımın verilməsinə köməklik göstərilməsi ilə bağlı Nazirliyin 142 Çağrı mərkəzindən daxil olmuş ##.##.2025-ci il tarixli müraciətinə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maddi-X4 üzrə Mərkəzi Filialında baxılmış və müəyyən edilmişdir ki, ona VEMTAS tərəfindən ##.##.2025-ci il tarixindən ##.##.2026-cı il tarixinədək aylıq 564.35 manat məbləğində sosial yardım təyin edilmişdir. Həmin təyinat barədə müraciətdə qeyd olunan əks-əlaqə vasitəsinə məlumat göndərilmişdir. Iddia ərizəsindən göründüyü kimi, iddiaçının hüquqi marağı 2025-ci ilin yanvar ayından etibarən dayandırılmış sosial yardımın bərpa edilməsi və 2025-ci ilin yanvar-iyul aylarında ödənilməmiş yardım məbləğinin ödənilməsinə nail olmaqdır......Hazırkı iş üzrə ##.##.2024-cü il tarixli təyinatdan sonra ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişləri olmadığına – muzdlu işlə əlaqədar ailənin gəlirlərində dəyişiklik baş verdiyinə görə ailəyə sosial yardımın verilməsi ##.##.2025-ci il tarixindən dayandırılmış və bu barədə iddiaçının müraciətində qeyd etdiyi əks-əlaqə vasitəsinə məlumat göndərilmişdir.Belə ki, məcburi dövlət sosial sığorta ödənişləri barədə məlumat Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Hesabat) – Baxış” altsistemində öz təsdiqini tapmadığından ailəyə təyin edilmiş ünvanlı dövlət sosial yardımı dayandırılmışdır. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi sözügedən əmək müqaviləsinin ailəyə ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün formal olaraq bağlanmasına əsaslı şübhələr yaradır, həmçinin sosial yardım təyin edildikdən sonra iddiaçının işləməsi faktını təkzib edir.Belə ki, sözügedən ödənişlərin edilməməsi iddiaçının əmək fəaliyyəti ilə məşğul olmadığını, nəticə olaraq məşğul şəxs hesab edilmədiyini və bu səbəbdən sosial yardım almaq hüququ olan şəxs hesab edilmədiyini göstərir. Təsadüfi deyil ki, “Məşğulluq haqqında” Qanunun 4cü maddəsindən də aydın olur ki, muzdla işləyənlərə, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslərə dair məlumatlar məşğul şəxslərin reyestrinə məcburi dövlət sosial sığorta haqları üzrə təqdim edilmiş hesabat məlumatlarına əsasən daxil edilir. “Inzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə,dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. IPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd edilməlidir ki, cavabdehin iddiaçının müraciətinə verilən imtina cavabları iddiaçı tərəfindən IPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətdə məhkəmə qaydasında mübahisələndirilməmiş, bununla da, iddia müddəti ötürülmüş və həmin qərarlar qüvvəyə minmişdir. Bildiririk ki, nə qədər ki əvvəlki imtinalar, inzibati akt olaraq ləğv edilməmişdir (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və hazırda da qüvvədədir, bu səbəbdən iddiaçıya 2025-ci ilin yanvar-iyul ayları üzrə ünvanlı sosial yardımın təyin edilib ödənilməsi qanunvericiliyin tələbləri baxımından əsaslı hesab edilə bilməz.Hazırkı işin hallarına əsasən iddiaçı İddiaçı sonuncu təyinatdan əvvəlki 6 ay ərzində qəbul edilmiş inzibati aktlardan məlumatlı olmuş, lakin həmin aktları mübahisələndirməmiş, nəticədə həmin inzibati aktlar qüvvəyə minmişdir. Həmçinin, ona 12 aydan artıq müddətə sosial yardımın ödənilməsi qanunvericiliyin tələblərinə ziddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin iddiaçı barəsində qəbul edilmiş qərarlarının ləğv edilməsi və iddiaçıya ödənilməmiş ayların (##.##.2025-ci ildən başlayaraq ##.##.2025-ci il tarixi də daxil olmaqla) ödənişlərinin (təzminatın) İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçıya ƏƏSMN tərəfindən ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinədək 1 il müddətinə ünvanlı dövlət sosial yardımın təyin edilmişdir. Cavabdehin bildirdiyinə görə iddiaçının əmək müqaviləsi üzrə gəlirlərində dəyişiklik baş verdiyi əsası ilə iddiaçıya sosial yardımın verilməsi ##.##.2025-ci il tarixindən dayandırılmışdır. Iddiaçının çox saylı müraciətləri əsasında cavabdeh tərəfindən iddiaçıya ##.##.2025-ci il tarixindən ##.##.2026-cı il tarixinədək aylıq 564.35 manat məbləğində sosial yardım təyin edilmişdir. Iddiaçının hüquqi marağı 2025-ci ilin yanvar ayından etibarən dayandırılmış sosial yardımın bərpa edilməsi və 2025-ci ilin yanvar-iyul aylarında ödənilməmiş yardım məbləğinin ona ödənilməsinə nail olmaqdır. Məhkəmə cavabdeh təşkilatın hərkətlərini qanunsuz hesab edir. Belə ki, Işəgötürən barəsində DVX tərəfindən verilmiş şəxsi hesab vərəqəsinin surətindən görünür ki, cavabdehin iddia etdiyi aylar ərzindəki sosial sığorta haqları işəgötürən tərəfindən ödənilmiş və iddiaçı əməkhaqqı almışdır. Cavabdeh təşkilat inzibati orqan olaraq araşdırma səlahiyyəti olmasına baxmayaraq, iddiaçının əmək fəaliyyəti məlumatları barədə səhv nəticəyə gəlmiş və ailəyə sosial yardımın verilməsini dayandırmışdır. Halbuki, cavabdehin geniş səlahiyyətləri olmuş, iddiaçının işlədiyi iş yerindən onun hansı məbləğdə əməkhaqqı aldığını qısa müddət ərizədə araşdıra bilərdi, ancaq müvafiq inzibati icraatı etməyərək, ailəyə yardı dayandırmışdır. Yəni vətəndaşın səhvi ucbatından olmamış hərəkətlər nəticəsində onun müvafiq müddətlərdə kəsilmiş ünvanlı dövlət sosial yardımın verilməməsi ədalətli hesab etmək olmaz. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarında məhkəmənin mövqeyi üçün əsas olmuş səbəb kimi qeyd edilmişdir ki, “işəgötürən barəsində DVX tərəfindən verilmiş şəxsi hesab vərəqəsinin surətindən görünür ki, cavabdehin iddia etdiyi aylar ərzindəki sosial sığorta haqları işəgötürən tərəfindən ödənilmiş və iddiaçı əməkhaqqı almışdır. Cavabdeh təşkilat inzibati orqan olaraq araşdırma səlahiyyəti olmasına baxmayaraq, iddiaçının əmək fəaliyyəti məlumatları barədə səhv nəticəyə gəlmiş və ailəyə sosial yardımın verilməsini dayandırmışdır.” Məhkəmənin bu mövqeyinə münasibətdə bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın (bundan sonra- Qaydalar) 4.3-cü bəndinə əsasən, aşağıdakı məlumatlar istisna olmaqlasosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir. Hazırkı iş üzrə ##.##.2024-cü il tarixli təyinatdan sonra ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişləri olmadığına – muzdlu işlə əlaqədar ailənin gəlirlərində dəyişiklik baş verdiyinə görə ailəyə sosial yardımın verilməsi ##.##.2025-ci il tarixindən dayandırılmış və bu barədə iddiaçının müraciətində qeyd etdiyi əks-əlaqə vasitəsinə məlumat göndərilmişdir. Belə ki, məcburi dövlət sosial sığorta ödənişləri barədə məlumat Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Hesabat) – Baxış” altsistemində öz təsdiqini tapmadığından ailəyə təyin edilmiş ünvanlı dövlət sosial yardımı dayandırılmışdır. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi sözügedən əmək müqaviləsinin ailəyə ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün formal olaraq bağlanmasına əsaslı şübhələr yaradır, həmçinin sosial yardım təyin edildikdən sonra iddiaçının işləməsi faktını təkzib edir. Belə ki, sözügedən ödənişlərin edilməməsi iddiaçının əmək fəaliyyəti ilə məşğul olmadığını, nəticə olaraq məşğul şəxs hesab edilmədiyini və bu səbəbdən sosial yardımalmaq hüququ olan şəxs hesab edilmədiyini göstərir. Təsadüfi deyil ki, “Məşğulluq haqqında” Qanunun 4-cü maddəsindən də aydın olur ki, muzdla işləyənlərə, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslərə dair məlumatlar məşğul şəxslərin reyestrinə məcburi dövlət sosial sığorta haqları üzrə təqdimedilmiş hesabat məlumatlarına əsasən daxil edilir. Digər tərəfdən məhkəmənin diqqətinə çatdırırıq ki, Sumqayıt Inzibati Məhkəməsi ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarını qəbul edərkən iddiaçıya tələbini dəqiqləşdirməklə bağlı hüquqi yardım göstərməmişdir. Nəticə olaraq məhkəmə cavabdehin iddiaçı barəsində qəbul edilmiş qərarlarının ləğv edilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Iddia tələbində cavabdehin məhz hansı qərarlarının ləğv edilməsi qeyd edilmədiyindən bu qərarların siyahısı qeyri-müəyyən olaraq qalmışdır. Bu isə cavabdehin iddiaçı barəsində qəbul etdiyi bütün qərarlarının ləğv edilməsi deməkdir, hansı ki iddiaçıya sosial yardımın təyin edilməsi haqqında qərar da buraya daxildir. Başqa sözlə desək, məhkəmə cavabdehin məhz hansı qərarlarının ləğv edilməsinin iddiaçının hüquqi marağına uyğun olduğunu dəqiqləşdirməmiş və həmin hissədə araşdırma aparmadan qərar qəbul etmişdir. Sumqayıt Inzibati Məhkəməsi ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarını qəbul edərkən iddia tələbinin cavabdehin qəbul etdiyi qərarların ləğv edilməsi kimi dəqiqləşdirildiyini nəzərə almamışdır. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə,dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. IPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, iddiaçı ##.##.2025-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, cavabdehin iddiaçının müraciətinə münasibətdə qəbul etdiyi ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli imtina qərarları, eləcə də ##.##.2025-ci il tarixli dayandırma qərarı iddiaçı tərəfindən IPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətdə məhkəmə qaydasında mübahisələndirilməmiş, bununla da, iddia müddəti ötürülmüş və həmin qərarlar qüvvəyə minmişdir. Bildiririk ki, nə qədər ki əvvəlki imtinalar, inzibati akt olaraq ləğv edilməmişdir (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və hazırda da qüvvədədir, bu səbəbdən iddiaçıya 2025-ci ilin yanvar-iyul ayları üzrə ünvanlı sosial yardımın ödənilməsi qanunvericiliyin tələbləri baxımından əsaslı hesab edilə bilməz. Ali Məhkəmənin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarında da eyni mövqe əks olunmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə Tətbiq edilən hüquq “Ünvanlı sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə. 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; 1.0.4. ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi 6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 6.4. Sosial yardımın təyin edilməsi və təyin olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X5 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X5 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Maddə 8. Sosial yardımın təyin olunması müddəti 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. 8.2 Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir. Maddə. 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. 10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaları Bənd 1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi; 1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4. ailənin əmək qabiliyyətli üzvünün “Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; 1.2.5. ailə üzvünün vəfat etməsi; 1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması. 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X5 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizəbəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (HYPERLINK "https://e-qanun.az/framework/32084" \l "%C9%99lav%C9%995"* nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (HYPERLINK "https://e-qanun.az/framework/32084" \l "%C9%99lav%C9%996"* nömrəli əlavə) qərar çıxarılır. 3.4-1. Sosial yardım təyin olunmuş ailənin tərkibi, yaşayış ünvanı dəyişmədikdə və ailədə ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü və ya orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 2 (iki) və daha çox ailə üzvü, 3 (üç) və daha çox uşaq olduqda sosial yardımın təyin edilmə müddəti bitdikdən sonra həmin ailənin sosial yardımın alınması üçün növbəti 1 (bir) il ərzində təkrar müraciəti Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisinə tapşırıq göndərilmədən VEMTAS tərəfindən araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X7 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 3.8. VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (HYPERLINK "https://eqanun.az/framework/32084" \l "%C9%99lav%C9%995"* nömrəli əlavə) çıxarıldığı hallarda sosial yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (HYPERLINK "https://e-qanun.az/framework/32084" \l "%C9%99lav%C9%996"* nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir və ya bildirilir. 3.9. Sosial yardımın təyin edilməsi və təyin olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X5 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X5 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. 4.2. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 4.3. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTASa 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. 4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. 4.6. Bu Qaydaların 4.4-cü və 4.5-ci bəndlərində göstərilən hal baş verdikdə, sosial yardımın verilməsi dəyişikliyin baş verdiyi aydan sonrakı ayın 1-dən dayandırılır. 4.10. Sosial yardımın təyin edilməsi və sosial yardımın təyinatından imtina edilməsi barədə qərardan “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada Nazirliyə və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.5. Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı “cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarların ləğv olunması və ##.##.2025-ci ildən başlayaraq ##.##.2025-ci il tarix də daxil olmaqla ödənişlərinin ona ödənilməsinə nail olmağa yönəlmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Inzibati prosessual qanunvericiliyin tələbinə əsasən işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Bu baxımından kollegiya hesab edir ki, hazırki iş üzrə işin faktiki və hüquqi halları baxımından iddianının əsaslılığından öncə iddianın mümkünlük şərtlərinin yerinə yetirilib-yetirilməməsnin yoxlanılması zəruridir. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçıya ##.##.2024-cü il tarixli müraciəti əsasında ##.##.2024-cü ildən 1 il müddətinə ##.##.2025-ci il tarixədək ünvanlı sosial yardım təyin edilmişdir. Daha sonra cavabdeh inzibati orqan tərəfindən 06.01.205-ci il tarixdən ünvanlı sosial yardım ödənilməsi dayandırılmış, buna səbəb ailənin gəlirlərində dəyişlik olmasının aşkar edilməsi olmuşdur. Cavabdeh inzibati orqan ailənin gəlirində baş vermiş dəyişkliyi onunla əsaslandırmışdır ki, iddiaçının adıan əmək müqaviləsi bağlanmış olsa da, müvafiq alt sistem məlumatlarında həmin müqavilə üzrə məcburi dövlət sosial sığorta ödənişlərinin ödənilməməsinin aşkar edilməsi, bu halın isə əmək müqaviləsinin formal olaraq bağlanılmasını deməyə əsas verdiyini, belə olan halda isə iddiaçı ünvanlı sosial yardım almaq hüququ olan şəxs hesab edilməmişdir. Daha sonra iddiaçı ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı yenidən müraciətlər etmiş, həmin müraciətlərə dair cavabdeh inzibati orqan eyni əsasla (ailə üzvinin məşulluğunu təmin edən mdss ödənişlərinin olmaması) ünvanlı sosial yardımın təyin edilməsindən imtina olunması barədə ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli qərarlar qəbul etmişdir. Daha sonra iddiaçı sonuncu dəfə ##.##.2025-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, həmin müraciət əsasında iddiaçıya ##.##.2025-ci il tarixdən 1 il müddətinə ##.##.2026-cı il tarixədək ünvanlı sosial yardım təyin edilmişdir. Indiki halda iddiaçının istədiyi ##.##.2025-ci il tarixdən ## #### 2027-ci il tarixədək olan dövr üzrə ünvanlı sosial yardımın ona ödənilməsinin təmin edilməsi, bununla bağlı iddia tələbi ilə məhkəməyə ##.##.2025-ci ildə müraciət edərək, cavabdehin qəbul etdiyi imtina qərarlarını mübahisələndirmişdir. Kollegiya iddia tələbi ünvanlı sosial yardımın təyin edildiyi və sonradan dayandırıldığı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək ödənilməli olan ödənişlərə aid hissədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçıya həmin dövr üzrə ünvanlı sosial yardım təyin edilmiş olsa da, sonradan dayandırılmış, 1 ayın ödənişi ödənilməmişdir. Iddiaçı tərəfindən həmin inzibati akt ##.##.2025-ci il tarixdə verilmiş iddia ərizəsi əsasında mübahisələndirilmişdir. Bununla bağlı, kollegiya qeyd edir ki,sosial ödənişin dayandırılması barədə inzibati aktın ləğv edilməsi isə mübahisələndirmə haqqında iddia olmaqla, iddiaçının həmin aktı prosessual qanunvericiliklə müəyyən edilmiş 30 gün müddətində mübahisələndirmək hüququ mövcud olmuşdur. Buna baxmayaraq, iddiaçı tərəfindən həmin akt mübahisələndirilməmiş, cavabdeh inzibati orqana ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı yenidən müraciətlər edilmiş, yeni müraciətlərə əsasən yeni imtina qərarları qəbul edilmiş, yalnız iddia ərizəsi ilə 7 aydan artıq vaxt keçdikən sonra həmin dövrlə bağlı qəbul edilmiş inzibati aktı mübahisələndirilərək, bu barədə məhkəməyə müraciət olunmuşdur. Belə olan halda, kollegiya hesab edir ki, həmin hissədə iddia müddəti ötürüldüyündən, bu hal iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsas qismində çıxış etdiyindən, həmin hissədə iddia mümkün sayılmamalıdır. Bundan əlavə, kollegiya iddia tələbinin ##.##.2025-ci ildən ##.##.2025-ci ilədək ödənişin ödənilməsi ilə bağlı hissədə qeyd edir ki, həmin dövrlər iddiaçıya ünvanlı sosial yardım təyin edilmədiyi dövrlər olmaqla, həmin dövr üzrə ##.##.2025,##.##.2025 və ##.##.2025-ci il tarixli imtina qərarları qəbul edilmişdir. Iddiaçı tərəfindən cavabdeh tərəfindən qəbul edilmiş imtina barədə qərarları, qanunla müəyyən edilmiş 30 gün müddətində mübahisələndirilməmiş, həmin imtina qərarları qanuni qüvvəyə minmişdir. Belə ki, iddiaçı həmin qərarları ##.##.2025-ci il tarixdə iddia tələbi irəli sürərək, həmin dövrə aid imtina qərarlarını mübahisələndirmişdir. Göründüyü kimi, sözügedən imtina qərarları qanunla müəyyən edilmiş müddətdə mübahisələndirilmədiyindən, qanuni qüvvəsini almışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, prosessual qnaunvericiliyin tələbinə əsasən həmin qərarlar qanuni qüvvəyə mindiyindən və qüvvədə olduğu, habelə müabhisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddətlər ötürüldüyündən, həmin qərarların aid olduğu dövr üzrə ödənişlərin ödənilməsini tələb etməklə bağlı iddiaçının subyektiv hüququ mövcud olmamışdır. Bu hal isə həmin hissədə iddia tələbinə mahiyyəti üzrə baxılmasına yol verilmədiyindən və iddianın mümkün sayılmaması üçün əsas qismində çıxış etdiyindən, həmin hissədə də iddia tələbi mümkün sayılmamalıdır. Həmçinin, kollegiya qeyd edir ki, oxşar işlər üzrə formalaşdırılmış məhkəmə təcrübəsini müəyyən edən bir sıra qərarlarda bu hüquqi mövqe əks olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarında qeyd edilmişdir ki, “...33. Məhkəmə kollegiyası qeyd edir ki, “Inzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxundğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). 34. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağrılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). 35. Qeyd edilməlidir ki, cavabdehin iddiaçının müraciətinə verilən imtina cavabları iddiaçı tərəfindən IPMin 38-ci maddəsində nəzərdə tutulmuş müddətdə məhkəmə qaydasında mübahisələndirilməmiş, bununla da həmin qərarlar qüvvəyə minmişdir. 36. Məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki əvvəlki imtinalar, inzibati akt olaraq ləğv edilməmişdir (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və hazırda da qüvvədədir, bu səbəbdən iddiaçıya ünvanlı sosial yardımın xx.xx.2024-cü il tarixdən təyin edilməsi qanunvericiliyin tələbləri baxımından əsaslı hesab edilə bilməz.....” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** saylı qərarında qeyd edilmişdir ki,”... yəni apellyasiya məhkəməsi iddiaçıya 1 (bir) il 2 (iki) ay müddətinə ünvanlı sosial yardımın ödənilməsini cavabdehin üzərinə qoymuşdur. 37. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ünvanlı sosial yardımın 14 (on dörd) ay ərzində ona ödənilməsini tələb etməklə bağlı subyektiv hüququ yoxdur, belə ki, bu subyektiv hüquq qanunla 12 (on iki) ayla, yəni bir illə məhdudlaşdırılmışdır.38. Ünvanlı sosial yardım haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciıt edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.Qanunvericiliyin sözügedən tələbindən göründüyü kimi sosial yardım bir müraciət əsasında yalnız bir il müddətinə təyin oluna bilər......” Nəticə etibarilə hazırki iş üzrə iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti ötürüldüyündən və subyektiv hüququ mövcud olmadığından iddia tələbi mümkün sayılmamalıdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hallar araşdırılmamış, iddianının mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi istiqamətində araşdırılma aparılmayaraq, formalaşdırılmış məhkəmə təcrübəsinə aid hüquqi mövqe nəzərə alınmayaraq, işə mahiyyəti üzrə baxılmış, bununla da işin hallarına düzgün hüquqi qiymət verməyərək, gəldiyi nəticə yalnış olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində təmin edilməli, iddia mümkün sayılmadığından, “iddianın təmin edilməməsi” hissəsində təmin edilməməlidir. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-553/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-553/2026
29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver