Məhkəmə qərarları › İş №2-1(3-8)-558/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-558/2026

12.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-558/2026 12.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “ona ## ###### 1983-cü il tarixdən ## ###### 1988-ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya Institunun gündüz şöbəsində təhsil aldığı dövrü nəzərə almaqla 60 yaşdan, yəni ## ###### 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI РВ № ****** saylı diploma görə, iddiaçı ## ###### 1983-cü il tarixdən ## #### 1988-ci il tarixədək təhsil almışdır. HЗ № ******* saylı hərbi biletə görə, iddiaçı ## ### 1979-cu il tarixdən ## #### 1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Iddiaçıya məxsus əmək kitabçasına görə o, ##.##.1981-ci ildən ##.##.1983-cü ilədək, həmçinin ##.##.1988-ci ildən ##.##.1994-cü ilədək, ##.##.1994-cü ildən ##.##.1998-ci ilədək, ##.##.1999-cu ildən ##.##.2010-cu ilədək, ##.##.2010-cu ildən ##.##.2023-cü ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ## ###### 1983-cü il tarixdən ## ###### 1988-ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya Institutunun gündüz şöbəsində təhsil aldığı dövrü nəzərə almaqla 60 yaşdan, yəni ## ###### 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ## ###### 1960-cı il tarixdə Füzuli rayonu Kürtlar kəndində anadan olmuşdur. ## ###### 1978-ci il tarixdən ## ### 1979-cu il tarixinə kimi Füzuli rayonunun Lenin adına sovxozun * nömrəli briqadasında fəhlə işləmişdir. ## ### 1979-cu il tarixdən ## #### 1981-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. ## ####### 1981-ci il tarixində Füzuli rayonu Lenin adına sovxozun * nömrəli briqadasından işdən azad edilmişdir. ## ####### 1981-ci il tarixdə Oktyabr Inqilabının 50 illiyi adına “Azərkimya” Istehsalat Birliyinin Üzvi Sintez zavodunun xlor istehsalatının elektrolitik qələvinin alınması sexində 3-cü dərəcəli aparatçı vəzifəsinə işə qəbul edilmişdir. ## ###### 1983-cü il tarixdən ## ###### 1988-ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya Institutunun gündüz şöbəsində təhsil almışdır. ## ######## 1988-ci il tarixdə “Azərkimyatəmir” Trestinin * saylı Təmir Tikinti Quraşdırma Idarəsinə 3-cü dərəcəli təmirçi çilingər vəzifəsinə qəbul edilmişdir. ## ###### 1988-ci il tarixdə usta vəzifəsinə keçirilmişdir. ## ###### 1994-cü il tarixdə * nömrəli sahəyə iş icraçısı təyin edilmişdir. ## ###### 1994-cü il tarixdə həmin * nömrəli sahəyə sahə rəisi təyin edilmişdir. ## ######## 1998-ci il tarixdə işdən azad edilmişdir. ## #### 1999-cu il tarixdən ## ###### 1999-cu il tarixinə kimi ona işsizlik müavinəti təyin edilmişdir. ## ###### 2001-ci il tarixdə “Azərkimya” Istehsalat Birliyinin Üzvi Sintez zavodunun texnoloji avadanlıqların təmiri və quraşdırılması sexinin qeyri standart avadanlıqların təmiri və quraşdırılması sahəsinə sahə rəisi vəzifəsinə qəbul edilmişdir. ## ###### 2003-cü il tarixdə təmir-tikinti, korroziyadan mühafizə və əhaliyə məişət xidməti sexinə sahə rəisi vəzifəsinə keçirilmişdir. ## ######## 2005-ci il tarixdə izolyasiya və korroziyadan mühafizə sexinə sahə rəisi vəzifəsinə keçirilmişdir. ## #### 2006-cı il tarixdə həmin sexdə sex rəisinin müavini vəzifəsinə keçirilmişdir. ## ####### 2008-ci il tarixdə təmir-tikinti, izolyasiya və korroziyadan mühafizə sexinə izolyasiya və korroziyadan mühafizə sahəsinin rəisi vəzifəsinə keçirilmişdir. ## #### 2010-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. ## #### 2010-cu il tarixdə “Azərkimya” Istehsalat Birliyinin Təmir-Tikinti Idarəsinin * saylı Təmir-Tikinti sahəsinə iş icraçısı vəzifəsinə təyin edilmişdir. ## ###### 2011-ci il tarixdə * saylı Mexaniki Quraşdırma sahəsinə iş icraçısı vəzifəsinə keçirilmişdir. ## ###### 2011-ci il tarixdə izolyasiya sahəsinə 12-ci dərəcəli sahə rəisi vəzifəsinə keçirilmişdir. ## ##### 2012-ci il tarixdə * saylı izolyasiya sahəsinə 12-ci dərəcəli sahə rəisi vəzifəsinə keçirilmişdir. ## #### 2019-cu il tarixdə * saylı izolyasiya sahəsində 13-cü dərəcəli sahə rəisi vəzifəsinə keçirilmiş və hal-hazırda da həmin vəzifədə işləyir. ## ###### 1978-ci il tarixdən ## ###### 2020-ci il tarixədək 42 ildən çox ümumi iş stajına, 15 ildən çox ağır zərərli şəraitdə işlədiyi iş stajına malikdir. O, 15 ildən çox ağır zərərli şəraitdə işlədiyi iş stajına malikdir. SOKAR Təmir Tikinti idarəsinin # #### 2023-cü il tarixli ** nömrəli arayışı onun ağır zərərli şəraitdə işlədiyi iş stajını yox, ümumi iş stajını təsdiq edən arayışdır. Cavabdeh orqanın həmin arayışa istinad edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtinası başa düşülən deyil. Beləliklə, o hesab edir ki, onun ## ###### 1978-ci il tarixdən ## ###### 2020-ci il tarixədək 42 ildən çox ümumi iş stajına, 15 ildən çox ağır zərərli şəraitdə işlədiyi iş stajına malik olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, iddiaçı İddiaçı cavabdeh orqana müraciət edərək təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya verilmiş cavab məktubunda iddiaçının qanunla tələb edilən güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Iddiaçının cavabdeh orqana təqdim etdiyi SOCAR Təmir-Tikinti idarəsinin ## #### 2023-cü il tarixli ** nömrəli arayışında ##.##.2010-##.##.2011-ci il tarixləri arasındakı dövr ərzində Təmir-tikinti və mexaniki quraşdırma sahələrində iddiaçının iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən İddiaçı iş stajına aid məlumatların yerində yoxlanılması nəticəsində çalışdığı müəssisədə vaxtilə attestasiya zamanı işlədiyi iş icraçısı vəzifəsinin zərərli peşə hesab edilmədiyi üçün məzuniyyət və əmək haqqına əlavə hesablanmadığı müəyyən edilmişdir. Bu fakt “xxxx” Istehsalat Birliyi “Təmir- Tikinti” idarəsinin # #### 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Əlavə olaraq bildirilir ki, SOCAR Təmir-Tikinti idarəsi tərəfindən İddiaçı dair verilmiş sözügedən arayışda da işlədiyi sahə və vəzifənin güzəştli əmək pensiyası hüququ verən iş olması barədə yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan hər hansı sahə və vəzifəyə istinad edilməmişdir. Iddiaçı İddiaçı mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 10 ay 10 gün (##.##.1981-##.##.1983-cü il, ##.##.1988-##.##.1994-cü il, ##.##.2005-##.##.2005-ci il və ##.##.2006-##.##.2010-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim L.Mirzəyeva) iddia təmin edilmiş, İddiaçı ## ###### 1983-cü il tarixdən ## ###### 1988-ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya Institutunun gündüz şöbəsində təhsil aldığı dövrü nəzərə almaqla 60 yaşdan, yəni ## ###### 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X3-Polietilen zavodu tərəfindən verilmiş *** saylı, ## #### 2023-cü il tarixli və *** saylı, ## #### 2023-cü il tarixli, *** saylı, ##.##.2023-cü il tarixli arayışlarda qeyd edilir ki, iddiaçının çalışdığı vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarının, 8-ci bölməsinin 8.1.1 bəndinə əsasən (xlor, kaustik soda; antikorroziya tərkiblərinin və örtük sexlərinin işçiləri) həmin vəzifələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir. Göründüyü kimi, iddiaçının fəaliyyət göstərdiyi vəzifələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda birbaşa nəzərdə tutulmaması iddiaçının hüquqlarının pozulmasına əsas olmamalıdır. Cavabdeh inzibati işin icraatı zamanı qeyd etdiyi arqumenti təsdiq edəcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq yuxarıda adı qeyd olunan iş materiallarında olan vəzifə təlimatları və arayışlarla iddiaçının məhz həmin işlə məşğul olduğu öz təsdiqini tapmışdır. Bundan başqa iddiaçının pensiya kapitalı və iş stajı ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında hər hansı mübahisənin olduğu, cavabdehin həmin dövrlərin sosial sığorta stajı kimi qəbulundan imtinası müəyyən edilmir. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, İddiaçı dair Mərkəzi Filialda mövcud olan sənədlərdə onun “Azərkimyatəmir” Tresti * saylı Təmir-Tikinti-Quraşdırma Idarəsində ##.##.1988-##.##.1994-cü il tarixləri arasındakı dövr ərzində iş icraçısı və ##.##.1994-##.##.1998-ci il tarixləri arasındakı dövrlər ərzində isə “sahə rəisi” vəzifələrində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən şəxsin işlədiyi “sahə rəisi” vəzifəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” (29) bəndində nəzərdə tutulmamışdır. Eyni zamanda sahə rəisi vəzifəsi sözügedən bənddə nəzərdə tutulan iş icraçısı vəzifəsinə uyğun deyil. Göstərilən səbəbdən də həmin dövrü adıçəkilən şəxsin güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. Iddiaçı İddiaçı mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 10 ay 10 gün (##.##.1981-##.##.1983-cü il, ##.##.1988- ##.##.1994-cü il, ##.##.2005- ##.##.2005-ci il və ##.##.2006-##.##.2010-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhkəmə qeyd edir ki, sahə rəisi vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzr qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraiti xüsusilə ağır olan işlərə aid edilməlidir. Lakin məhkəmə öz qərarında qeyd edilən işlər üzrə qərarlara istinad etməmiş, həmin qərarların tarix və nömrəsini göstərməmişdir. Həmçinin qərarda istinad olunan X3Polietilen zavodu tərəfindən verilmiş 164, 165, *** nömrəli arayışları tərəflərindən mübahisələndirilməmiş, mübahisələndirilən ##.##.1994-##.##.1998-ci il tarixləri arasındakı dövrlər üzrə isə iddiaçı tərəfindən güzəştli arayış təqdim edilməmişdir. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Apellyasiya instansiya məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə (hakimlər: İ.Quliyev sədrlik edən və məruzəçi, G.Cabbarova və V.Əzizova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı ## ###### 1983-cü il tarixdən ## ###### 1988-ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya Institutunun gündüz şöbəsində təhsil aldığı dövr onun ümumi iş stajı, ## ### 1979-cu il tarixdən ## #### 1981-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olduğu dövr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmək hüququ verən iş stajı hesab edilərək ona 60 yaşının tamam olduğu ## ###### 2020ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının 11 il 10 ay 10 gün güzəştli staja malik olması işin mübahisələndirilməyən halıdır. Bununla yanaşı, iddiaçının ## ### 1979-cu il tarixdən ## #### 1981-ci ilədək hərbi xidmətdə olduğu 2 il 23 gün iddiaçının güzəştli stajına əlavə edildikdə onun tələb olunan güzəştli iş stajının 12 il 6 aydan çox olması iş materialları ilə öz təsdiqini tapır. Bununla da, iddiaçının qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına malik olması halı da öz təsdiqini tapmışdır. Nəticə etibarilə iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan digər şərt də ödənilir. Eyni zamanda iddiaçının “Azərkimyatəmir” Trestinin * saylı Təmir Tikinti Quraşdırma Idarəsində ## ###### 1994-cü il tarixindən ## ######## 1998-ci il tarixinədək * nömrəli sahədə “sahə rəisi” vəzifələrində işlədiyi dövrlərin onun güzəştli iş stajına daxil edilməsi xahiş olunmuşdur. Kollegiya hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən (analoji müəssisə tərəfindən sorğuya cavab olaraq göndərilmiş məktub) sözügedən “sahə rəisi” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aid olmadığından həmin dövrlər iddiaçının güzəştli iş stajına daxil edilməməli, ərizə həmin hissədə təmin olunmamalıdır. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunan hissəsində rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasındakı qeydlərdən də göründüyü kimi, o, ##.##.1978-ci ildə Lenin adına üzümçülük sovxozunun 9№-li briqadasında fəhlə qəbul edilmiş, ## ### 1979-cu il tarixdən ## #### 1981-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan təxminən 4 ay sonra - ## ####### 1981-ci il tarixdə Oktyabr Inqilabının 50 illiyi adına "Azərkimya” Istehsalat Birliyinin Üzvi Sintez zavodunun xlor istehsalatının elektrolitik qələvinin alınması sexində 3-cü dərəcəli aparatçı vəzifəsinə işə qəbul edilmiş və bununla bağlı ## ####### 1981-ci il tarixdə Füzuli rayonunun Lenin adına sovxozun * nömrəli briqadasından işdən azad edilmiş, ## ###### 1983-cü il tarixdən ## ###### 1988-ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya Institutunun gündüz şöbəsində təhsil almış və daha sonra əmək fəaliyyətini müxtəlif müəssisələrdə davam etdirmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, SSRI Nazirlər Sovetinin ## ###### 1972-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinə əsasən iddiaçının hərbi xidmət dövrünün onun güzəştli iş stajına daxil edilməsi mümkündür. Belə ki, həmin normaya əsasən, müəyyən hallarda hərbi xidmət dövrü xidmətə qədərki və ya ondan sonra gələn güzəştli iş stajı dövrünə bərabər tutula bilər. Lakin işə baxmış məhkəmə nəzərə almamışdır ki, bu müddəanın tətbiqi üçün əsas şərt ondan ibarətdir ki, hərbi xidmətdən əvvəl və ya dərhal sonra şəxs faktiki olaraq güzəştli şərtlərlə əmək fəaliyyəti göstərmiş olmalıdır. Hazırkı işdə isə iddiaçı ## ### 1979-cu ildə hərbi xidmətə Lenin adına üzümçülük sovxozunun 9№-li briqadasında fəhlə vəzifəsində işləyərkən getmiş, ## #### 1981-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra da adı çəkilən sovxozun 9№-li briqadasında fəhlə vəzifəsinə qayıtmış, bundan təxminən 4 ay sonra isə, yəni ## ####### 1981-ci il tarixində Oktyabr Inqilabının 50 illiyi adına "Azərkimya” Istehsalat Birliyinin Üzvi Sintez zavodunun xlor istehsalatının elektrolitik qələvinin alınması sexində 3-cü dərəcəli aparatçı vəzifəsinə işə qəbul edildiyi üçün ## ####### 1981-ci il tarixdə Lenin adına sovxozun * nömrəli briqadasında çalışdığı fəhlə işindən azad edilmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı hərbi xidmətdən ## #### 1981-ci il tarixdə qayıtdıqdan sonra onun xidmətə gedərkən sonuncu iş yeri olan sovxozdakı fəhlə işində işləməyə davam etmiş, zərərli işdə işləməyə isə bundan 4 ay sonra, yəni ## ####### 1981-ci il tarixdə başlamışdır, başqa sözlə, iddiaçı zərərli işdə işləməyə hərbi xidmətini bitirəndən dərhal sonra başlamamışdır. Buna görə də onun hərbi xidmət dövrü həmin zərərli iş stajına bərabər tutula bilməz. Məhkəmə kollegiyası bu barədə apellyasiya instansiyası məhkəməsinin qənaətini əsassız hesab edir. Bundan əlavə məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, apellyasiya instansiyası məhkəməsinin qərarında oxşar iş kimi istinad edilən Azərbaycan Respublikasının Ali Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarındakı işin faktiki halları hazırkı işin faktiki halları ilə eynilik təşkil etmir. Kollegiya hesab edir ki, iş üzrə əsas araşdırılmalı məsələ iddiaçının güzəştli iş stajının olduğunu iddia edərkən istinad etdiyi vəzifələrin, o cümlədən sahə rəisi, iş icraçısı, usta, aparatçı və s. peşələrin faktiki olaraq güzəştli şərtlərlə ona pensiya təyin olunması üçün əsas verib-vermədiyinin yoxlanılmasından ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na * nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən həmin sənəd (güzəştli arayış) məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, arayışda ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. IPM-in 58.6cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, pensiya işlərinə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağı instansiya məhkəmələrinə ünvanlamış olduğu ##.##.2020-ci il tarixli icmal məktubda qeyd edilir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Həmçinin adı çəkilən icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquq varisindən, hüquq varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. 40.Belə olan halda, iddiaçının müvafiq müəssisələrdə işlədiyi peşələr üzrə güzəştli stajının olubolmaması ilə bağlı icmal məktubda qeyd edilənlərə uyğun araşdırma aparılmalıdır. APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSINDƏ IKINCI ICRAAT Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “SSRI Nazirlər Sovetinin ## ###### 1972-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamə: 109-cu bənd: Yeraltı işlərdə, əmək şəraiti zərərli olan işlərdə və çox isti sexlərdə, eləcə də əmək şəraiti ağır olan başqa işlərdə işləyən fəhlə və qulluqçulara güzəştli şərtlərlə qocalığa (yaşa) görə pensiya təyin edilərkən pensiya təyin edilməsi üçün müraciət edənin arzusu ilə keçmiş SSRI Silahlı Qüvvələrində xidmət dövrü hərbi xidmət dövründən əvvəlki işə, yaxud da həmin dövrdən sonra gələn işə bərabər tutulur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia rədd olunmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona 60 yaşdan, yəni ## ###### 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə yönəlmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün onların azı 25 il sığorta stajına malik olmaları və həmin müddətin azı 12 il 6 ayını qanunvericiliklə müəyyən edilmiş xüsusi zərərli və ağır əmək şəraitində keçirmələri tələb olunur. Işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçının müxtəlif illərdə ayrı-ayrı müəssisələrdə işlədiyi vəzifələrin, eləcə də hərbi xidmət keçdiyi dövrün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun güzəştli iş stajına daxil edilməsinin mümkün olub-olmaması, nəticə etibarilə isə iddiaçının qanunvericiliklə tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına malik olub-olmaması müəyyən edilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının ümumi iş stajının mövcudluğunu mübahisələndirməmiş, yalnız onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün zəruri olan xüsusi iş stajının yetərli olmamasını (onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 10 ay 10 gün təşkil edir (##.##.1981-##.##.1983-cü il, ##.##.1988- ##.##.1994-cü il, ##.##.2005-##.##.2005-ci il və ##.##.2006-##.##.2010-cu il tarixləri arasındakı dövrlər)) əsas gətirərək pensiya təyin edilməsindən imtina etmişdir. Iş materiallarından müəyyən olunur ki, iddiaçı ## ### 1979-cu il tarixdən ## #### 1981-ci il tarixədək hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra əvvəlki iş yeri olan Lenin adına üzümçülük sovxozunun * nömrəli briqadasında fəhlə kimi fəaliyyətini davam etdirmiş, yalnız təxminən 4 ay sonra - ## ####### 1981-ci il tarixdə “Azərkimya” Istehsalat Birliyinin Üzvi Sintez zavodunda aparatçı vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən SSRI Nazirlər Sovetinin ## ###### 1972-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 109-cu bəndinin tətbiqi üçün şəxsin hərbi xidmətdən əvvəl və ya dərhal sonra güzəştli işdə çalışması zəruridir. Hazırkı halda isə iddiaçının hərbi xidmətdən sonra dərhal zərərli əmək şəraitində işləmədiyi müəyyən olunduğundan, hərbi xidmət dövrünün güzəştli iş stajına daxil edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, iddiaçının güzəştli iş stajına daxil edilməsini tələb etdiyi dövrlər üzrə təkcə işlədiyi vəzifələrin adlarının deyil, həmin vəzifələr üzrə faktiki icra etdiyi əmək funksiyalarının, işin xarakterinin, müəssisələrin fəaliyyət istiqamətinin, eləcə də həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş sahə və kodlara uyğun olub-olmamasının araşdırılması zəruridir. Dövlət Neft Şirkəti “xxxx” Istehsalat Birliyinin ## ### 2025-ci il tarixli, **-*-*/*-***/**** nömrəli məktubundan görünür ki, “Azərkimyatəmir” Tresti * saylı Təmir-Tikinti-Quraşdırma Idarəsi müstəqil hüquqi şəxs statusuna məxsus olmuş və heç bir zaman nə “xxxx” Dövlət Şirkətinin, nə də SOCAR-ın “xxxx” Istehsalat Birliyinin strukturuna daxil olmamışdır. Həmin Idarənin arxiv məlumatları Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialında saxlanılır. Yuxarıda adı çəkilən idarənin sahə rəisi vəzifəsinin əmək funksiyalarına uyğun olan “xxxx” IB-nin Təmir-tikinti Idarəsinin Mexaniki quraşdırma sahəsinin “sahə rəisi” vəzifəsinə dair vəzifə təlimatı əlavədə təqdim edilmiş və eyni zamanda məlumat üçün bildirilmişdir ki, qeyd edilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına aid deyil. Kollegiya qeyd edir ki, işə təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişlərinin yerinə yetirilməsi üçün müvafiq sorğular verilərək, cavab məktubları əldə olunmuş, iş materiallarına əlavə edilmiş sənədlər və “sahə rəisi” vəzifəsinə dair vəzifə təlimatları nəzərdən keçirilmiş, iddiaçının güzəştli iş stajının olduğunu iddia edərkən istinad etdiyi vəzifələrin, o cümlədən “sahə rəisi” peşəsinin faktiki olaraq güzəştli şərtlərlə iddiaçıya pensiya təyin olunması üçün əsas vermədiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının ##.##.1994-##.##.1998-ci il tarixləri arasındakı dövrlər ərzində “xxxx” IB-nin Təmir-Tikinti Idarəsində çalışdığı “sahə rəisi” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına aid olmadığından onun güzəştli iş stajına daxil edilməməlidir. Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində tam və hərtərəfli araşdırma aparmadan, yəni iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (11 il 10 ay 10 gün) olmasına əhəmiyyət verməmiş, əsassız olaraq iddanı təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “ona ## ###### 1983-cü il tarixdən ## ###### 1988-ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya Institunun gündüz şöbəsində təhsil aldığı dövrü nəzərə almaqla 60 yaşdan, yəni ## ###### 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar