Məhkəmə qərarları › İş №2-1(3-8)-561/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-561/2026

29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-561/2026 29.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iş üzrə (Açar sözlər: müddətsiz əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi və əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi, əlilliyin təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştrakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı “müddətsiz əlilliyin bərpa edilməsi və əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları # ###### 2006-cı il tarixli, *** nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, N saylı hərbi hissə komandirinin # ###### 2005-ci il tarixli sərəncamına əsasən İddiaçı Müdafiə Nazirliyi MHKH X8 tərəfindən şəhadətləndirilmiş, müəyyən edilmiş xəstəliklərin hərbi travmalar olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı və hərbi xidmət dövründə alındığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti * saylı Tibbi Sosial Ekspert Komissiyasının ## ### 2016-cı il tarixli qərarından görünür ki, İddiaçı ## ### 2016-cı il tarixdən ## ### 2021-ci il tarixədək “keçirilmiş QKBT-nın davamlı qalıq əlmətləri. Asteno-nevrotik sindrim. Onurğanın polidiskogen hemilaminoektomiyadan sonrakı vəziyyət. Sol pəncənin parezi” diaqnozu, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi” səbəb-əlaqəsi ilə ikinci dərəcəli xxxx təyin edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon Idarəsinin ## ###### 2024-cü il tarixli, ** nömrəli arayışından görünür ki, 1960-cı il təvəllüdlü istefada olan R İddiaçı ## ####### 1978-ci il tarixdən ## ##### 1992-ci il tarixədək keçmiş SSRI Silahlı Qüvvələrində, ## ###### 1992-ci il tarixdən ## ###### 1993-cü il tarixədək NN saylı hərbi hissədə, ## ###### 1993-cü il tarixdən ## ####### 1993-cü il tarixədək Müdafiə Nazirinin sərəncamında, ## ####### 1993-cü il tarixdən ## ###### 1999-cu il tarixədək NN saylı hərbi hissədə, ## ###### 1999-cu il tarixdən ## #### 2006-cı il tarixədək N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156- cı maddəsinin V bəndinə əsasən (xəstəliyə görə) müvafiq olaraq Müdafiə Nazirinin ## #### 2006-cı il tarixli əmrinə əsasən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon Idarəsinin ## ###### 2024-cü il tarixli, ** nömrəli arayışından görünür ki, İddiaçı ## #### 1994-cü il tarixli Qanuna əsasən Azərbaycan Respublikasının “Müharibə Veteranı”dır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. ## ### 2006-cı il tarixli, ZE seriyalı, ******* nömrəli “Hərbi bilet”in surətindən görünür ki, İddiaçı Ağdərə rayonu uğrunda gedən döyüşlərdə yanında minamyot mərmisi partlayıb, zədələnmişdir. “Sağ aşağı ətrafda qəlpə yara-kontuziya, orta – ağır forma” qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin # #### 2024-cü il tarixli, 3-17- */*-A-****/**** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, xxxx vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “xxxx” altsisteminə göndəriş daxil olmuşdur. Bu barədə müraciətini nəzərə alaraq əlavə araşdırılmanın aparılması və xxxx vəziyyətinilə bağlı yekun qərarın qəbul edilməsi məqsədilə ## #### 2021-ci il tarixdə Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ## ###### 2015-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, ## #### 2021-ci il tarixdən “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbindən müddətsiz ikinci dərəcə xxxx müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. xxxx səbəbinin dəyişdirilməsi ilə əlaqədar hərbi həkim komissiyasının xəstələnmənin (travmanın) səbəb əlaqəsi barədə qərarı əsasında dövlət tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, xxxx vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”dan görünür ki, İddiaçı # ###### 2024-cü il tarixdə “Keçirilmiş KBT-nın davamlı qalıq əlamətləri. Sağ aşağı ətrafın qəlpə yaralanmasından sonrakı vəziyyət” diaqnozun xxxx əlamətinin təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ## ###### 2024-cü il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubundan görünür ki, İddiaçı xxxx vəziyyəti ## ### 2005-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən bir il müddətinə (## ### 2006-cı il tarixədək) ikinci dərəcə ilkin xxxx təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa ## ### 2014-cü il tarixdə qiymətləndirmə aparılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən bir il müddətinə ikinci dərəcə təkrar xxxx təyinatı barədə qərar qəbul edilmişdir. Şəxsin ikinci dərəcə əlilliyi ## ### 2015-ci il tarixdən bir il müddətinə artırılmışdır. Sonrakı dövrdə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyi ## ### 2016-cı il tarixdə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “xxxx” altsistemi tərəfindən 5 il müddətinə (## ### 2021-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların xxxx vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. xxxx müddətinin bitdiyi ## ### 2021-ci il tarixdən sonra vətəndaşa dair ** nömrəli Şəhər Poliklinikası tərəfindən *******AAD*E nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin xxxx vəziyyəti ## #### 2021-ci il tarixlərdə elektron qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Qiymətləndirmə nəticəsindən narazı qalan İddiaçı müraciəti əsasında ## #### 2021-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən # ###### 2006-cı il tarixli, *** nömrəli Şəhadətnamədə “Kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Davamlı ağrı sindromu və bədənin məcburi vəziyyəti ilə müşayiət olunan tez-tez residivləşən vertebrogen mənşəli xroniki bel-oma radikuliti. Bel fəqərələrarası osteoxondrozu. L3-L4, L4-5 fəqərələrarası disklərin protruziyası nəticəsində funksiyanın cüzi dərəcədə pozulması” diaqnozlu xəstəliyin səbəb-əlaqəsi “hərbi xidmət dövrü zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, vətəndaşda mövcud olan xəstəliklər (kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri) Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən xxxx təyinatına əsas verməmişdir. Qeyd olunan digər xəstəlik və ağırlaşmalar (L3 fəqərəsinin sol tərəfli hissəvi hemilaminektomiyası. L3-L4 fəqərəarası disk yırtığının xaric edilməsi c/ə s/v (2007). L2 fəqərəsinin sol tərəfli hissəvi hemilaminektomiyası L2-L3 fəqərəarası disk yırtığının xaric edilməsi c/ə s/v (2008). Sol pəncənin parezi) hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən öz təsdiqini tapdığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ## ###### 2015-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ## #### 2021-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə müddətsiz ikinci dərəcə xxxx təyinatı barədə qərar qəbul edilmişdir. Nəzərə çatdırılmışdır ki, İddiaçı dair xxxx vəziyyətinin qiymətləndirilməsi məqsədilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “xxxx” altsisteminə dövlət tibb müəssisəsi tərəfindən E********NGM nömrəli göndəriş daxil olmuşdur. Bununla əlaqədar, vətəndaş növbəlilik əsasında Agentliyə əyani müayinəyə dəvət ediləcəkdir. Qoşma şəklində aparılmış inzibati icraat materiallarının surəti göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ## ###### 2024-cü il tarixli, *-**-*/*-******/**** nömrəli məktubundan görünür ki, İddiaçı Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEIS) “xxxx altsisteminə” əsasən ## ### 2016-cı il tarixdən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar II dərəcə xxxx təyin edilmişdir. Müvafiq olaraq vətəndaşa II qrup müharibə əlilləri üçün nəzərdə tutulmuş təqaüd təyin edilmiş və ## ### 2021-ci tarixdə xxxx müddətinin bitməsi səbəbilə sözügedən təqaüdün ödənişi dayandırılmışdır. Növbəti müayinə zamanı vətəndaşın xxxx səbəbi dəyişdirilərək ## #### 2021-ci il tarixdən müddətsiz hərbi xidmət dövrü ilə əlaqədar II dərəcə xxxx təyin edilmiş və İddiaçı # ###### 2021-ci il tarixdə müharibə veteranlarına Azərbaycan Respublikası təqaüdünün təyin edilməsi üçün müraciət etmişdir. Hazırda ona Mərkəzi Filial tərəfindən ## ### 2021-ci il tarixdən 80 manat müharibə veteranlarına Azərbaycan Respublikası təqaüdü təyin edilmiş və ödənişdədir. Bildirilmişdir ki, İddiaçı xxxx səbəbi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən müəyyən edilmiş xxxx deyil, hərbi xidmət dövrü ilə əlaqədar xxxx olduğundan ona sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ## ###### 2024-cü il tarixli, **** nömrəli məktubundan görünür ki, 1960-cı il təvəllüdlü, 1980-ci il tarixdə Rlər məktəbini bitirmiş, ## ####### 1978-ci il tarixdən SSRI Silahlı Qüvvələrində xidmət etmiş, R İddiaçı NN nömrəli hərbi hissə komandirinin ## ###### 1992-ci il tarixli, *** nömrəli əmrilə (əsas: §-3, səh-104, sıra-1) ## ###### 1992-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq maddi təminat tağımının komandiri vəzifəsinə təyin edilmişdir. NN nömrəli hərbi hissə komandirinin ## ###### 1992-ci il tarixli, *** nömrəli əmrilə (əsas: §-2, səh-120, sıra-2) maddi təminat tağımının komandiri R İddiaçı ## ###### 1992-ci il tarixdən NN nömrəli hərbi hissəyə humanitar yardım üçün 2 gün müddətinə ezamiyyətə göndərilmişdir. NN nömrəli hərbi hissə komandirinin ## ###### 1992-ci il tarixli, *** nömrəli əmrində (əsas: §-7, səh-124, sıra-1) Azərbaycan Respublikası Müdafiə nazirinin ## ###### 1992-ci il tarixli müvafiq nömrəli əmrinə əsasən, 1960-cı il təvəllüdlü, 1980-ci il tarixdə Rlər məktəbini bitirmiş, 19 okyabr 1978-ci il tarixdən SSRI Silahlı Qüvvələrində xidmət etmiş, R İddiaçı yolkomendant taborunun maddi təminat tağımının komandiri vəzifəsinə təyin olunması və ## ###### 1992-ci il tarixdən vəzifəsinin icrasına buraxılması qeyd olunmuşdur. NN nömrəli hərbi hissə komandirinin ## ###### 1993-cü il tarixli, * nömrəli əmrində (əsas: §-1, səh-7, sıra-1) xüsusi tapşırığı yerinə yetirmək üçün Qaradağ rayonunun Primorsk qəsəbəsinə göndərilən şəxsi heyətin siyahısında maddi təminat tağımının komandiri R İddiaçı adı qeyd olunmuşdur. Tibb xidməti rəisinin raportuna əsasən, hərbi hissənin maddi təminat tağımının komandiri R İddiaçı NN nömrəli hərbi hissə komandirinin ## ###### 1993-cü il tarixli, ** nömrəli əmrilə (əsas: §-3, səh-16, sıra-1, əmr olduğu kimi köçürülmüşdür) ## ###### 1993-cü il tarixdən 3 (üç) gün müddətinə xidməti vəzifəsinin icrasından azad edilmişdir. NN nömrəli hərbi hissə komandirinin ## ###### 1993-cü il tarixli, ** nömrəli əmrilə (əsas: §-4, səh-18, sıra-1) R İddiaçı qısamüddətli məzuniyyətdən qayıtmış hesab edilərək vəzifəsinin icrasına buraxılmışdır. NN nömrəli hərbi hissə komandirinin ## #### 1993-cü il tarixli, ** nömrəli əmrində (əsas: §-4, səh-92, sıra-5) döyüş tapşırığını yerinə yetirmək üçün Ağdərəyə ezamiyyətə göndərilərək ## #### 1993-cü il tarixdən qazan təminatından çıxarılan hərbi qulluqçuların siyahısında, R İddiaçı adı qeyd olunmuşdur. NN nömrəli hərbi hissə komandirinin ## #### 1993-cü il tarixli, ** nömrəli əmrilə (əsas: §-5, səh-100) ## #### 1993-cü il tarixdən R İddiaçı Ağdərədən, ezamiyyətdən qayıtmış hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin ## ##### 1993-cü il tarixli, ** nömrəli əmrində (əsas: §-5, səh-100) maddi təminat tağımının komandiri R İddiaçı raportuna əsasən, vəzifəsindən azad edilərək hərbi hissənin əşya anbarının rəisi vəzifəsinə təyin olunması qeyd edilmişdir. NN nömrəli hərbi hissə komandirinin # #### 1993-cü il tarixli, *** nömrəli əmrində (əsas: §- 7, səh-106) R İddiaçı əşya anbarının rəisi vəzifəsindən azad edilərək hərbi hissənin maddi təminat tağımının komandiri vəzifəsinə təyin olunması qeyd edilmişdir. NN nömrəli hərbi hissə komandirinin ## ######## 1993-cü il tarixli, *** nömrəli əmrində (əsas: §-4, səh-301, sıra-20, əmrdə hərbi rütbəsi “R” yazılmışdır) Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamına göndərilən hərbi qulluqçuların siyahısında, R İddiaçı adı qeyd olunmuşdur. NN nömrəli hərbi hissə komandirinin ## ###### 1993-cü il tarixli, ** nömrəli əmrində (əsas: §-2, səh-345, sıra-3, əmrdə hərbi rütbəsi “R” yazılmışdır) Müdafiə nazirinin sərəncamında olan R İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin ## ####### 1993-cü il tarixli müvafiq nömrəli əmrinə əsasən, N nömrəli hərbi hissənin 3-cü MAT-in MAB-nın Ru vəzifəsinə təyin edilməsi və # ###### 1993-cü il tarixdən bütün növ təminatlara yazılması qeyd olunmuşdur. NN nömrəli hərbi hissə komandirinin ## ###### 1994-cü il tarixli, ** nömrəli əmrində (əsas: §-5, səh-28, sıra-9, əmrdə hərbi rütbəsi “R” yazılmışdır) 3-cü MAT-in MABnın Ru R İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin ## ###### 1994-cü il tarixli müvafiq nömrəli əmrinə əsasən, vəzifəsindən azad edilməsi və 1-ci MAT-ın MAB-nın Ru vəzifəsinə təyin edilməsi qeyd olunmuşdur. NN nömrəli hərbi hissə komandirinin # #### 1994-cü il tarixli, *** nömrəli əmrində (əsas: §-4, səh-144, sıra-96, əmrdə atasının adı “Yədulla”, hərbi rütbəsi “R” yazılmışdır) motoatıcı taborun motoatıcı bölüyünün Ru, R İddiaçı Yədulla oğlunun vəzifəsindən azad edilməsi və əşya xidmətinin rəisi vəzifəsinə təyin edilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin ## ###### 1999-cu il tarixli müvafiq nömrəli əmrinə əsasən, R İddiaçı N nömrəli hərbi hissənin yemək və əşya xidməti rəisi vəzifəsinə təyin olunduğundan N nömrəli hərbi hissə komandirinin ## ###### 2000-ci il tarixli, ** nömrəli əmrilə (əsas: §-9, səh-5, əmrdə hərbi rütbəsi “R” yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış, vəzifə və işlərinin təhvil-təsliminə buraxılmışdır. N nömrəli hərbi hissənin # ###### 2004-cü il – ## ### 2012-ci il tarixli zabit və Rlərinin əlifba qeydiyyatı kitabında (səh-4, sıra- 3) Müdafiə nazirinin ## ###### 1998-ci il tarixli müvafiq nömrəli əmrinə əsasən, “R” hərbi rütbəsi verilmiş, İddiaçı Müdafiə nazirinin ## ###### 1999-cu il tarixli müvafiq nömrəli əmrinə əsasən, hərbi hissənin ərzaq və əşya xidməti rəisi təyin olunduğundan hərbi hissə komandirinin ## ###### 2000-ci il tarixli, ** nömrəli əmrilə şəxsi heyətin siyahısına salınması və Müdafiə nazirinin ## #### 2006-cı il tarixli müvafiq nömrəli əmrinə əsasən, ehtiyata tərxis olunduğundan komandirin ## ##### 2006-cı il tarixli, ** nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılması qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin ## #### 2006-cı il tarixli müvafiq nömrəli əmrində (əsas: səh-118, sıra- 3) “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) uyğun olaraq, ## ##### 1960-cı il təvəllüdlü, N nömrəli hərbi hissənin ərzaq və əşya xidmət rəisi, R İddiaçı Müdafiə Nazirliyinin MHHK-nın təsdiq etdiyi # ###### 2006-cı il tarixli, *** nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən ehtiyata buraxılması qeyd olunmuşdur. Qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin 2006-cı il tarixli nizami hissə üzrə əmrləri və Azərbaycan Respublikası Mülki Müdafiə Alayının sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən İddiaçı barəsində əlavə araşdırma aparaq mümkün olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsin ## ###### 2025-ci il tarixli, **** nömrəli məktubundan görünür ki, İddiaçı adına tərtib edilmiş ## ###### 2025-ci il tarixli, T ***/**** saylı rəydə onun ## ###### 2025-ci il tarixdə məhkəmə-tibbi ekspertizasında sağ ayağında, belində olan ağrıdan, axsamadan, başgicəllənmədən şikayət etmiş, diz oynağında bükmə natamam, açma tam olmuşdur. Bunlar onun 1993-cü ildə aldığı kəllə-beyin travmasının qalıq əlamətləridir. ## ###### 2025-ci il tarixdə şikayətləri ilə əlaqədar “X14”na göndərilmiş, onda “Qarışıq tipli bronxial astma, nəzarət olunmayan kəskinləşmə, qarışıq tipli obstruksiyon gedişli ağır ventilyasiya pozğunluğu” diaqnozu qoyulmuşdur ki, bunun 1993-cü ildə almış olduğu “Kəllə-beyin travması, aşağı ətrafın qəlpə yaralanması” diaqnozu ilə hər-hansı səbəbli əlaqəsi yoxdur. Azərbaycan Respublikası “xxxx” publik hüquqi şəxs “xxxx” publik hüquqi şəxsin ## ###### 2025-ci il tarixli, 18-1- */*-****/**** nömrəli məktubundan görünür ki, İddiaçı ## #### 2024-cü il tarixdə * nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Həkim-məsləhət Komissiyası (HMK) tərəfindən “T90.5 Kəllə daxili travmalarının nəticələri. Keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Sağ aşağı ətrafda qəlpə yaralanmasından sonrakı vəziyyət. R26 Dayaq-hərəkət funksiyasının pozulması. G83.1 Aşağı ətrafların monoplegiyası. F48 Nevrasteniya. Digər neqativ pozuntular. J45.8 Bronxial astma, qarışıq astma” diaqnozu ilə Forma 088 (göndəriş) tərtib edilərək ** nömrəli Şəhər Poliklinikasının Mərkəzi HMK-na təqdim olunmuşdur. Göndərişdə qeyd olunan xəstəliklərin XBT-10 üzrə “T90.5” kodu Qərarın 6.1-ci bəndində “Başın travmalarının nəticələri - T90”, “G83.1” kod 6.5.1-ci bəndində “Serebral iflic və digər paralitik sindromlar - G81-G83”, “J45.8” kod 1.1.2-ci bəndində “Astma - J45” ümümi diaqnozların dəqiqləşdirilmiş formaları kimi nəzərdə tutulmuşdur. Forma 088-də qeyd olunan “F48” kod üzrə diaqnoz qərarın hər hansı bəndində nəzərdə tutulmamışdır. ** nömrəli Şəhər Poliklinikasının Mərkəzi HMK-nın məlumatına əsasən, xəstəyə təyin olunan diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun gəldiyi üçün TSEK-ə göndəriş rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsinə dair ## #### 2021-ci il tarixli qərarın ləğv edilməsi, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinin tələblərinə uyğun olduğundan, 2006-cı ildən 2021-ci ilə qədər müəyyən edilmiş xxxx dərəcəsinin səbəbli əlaqəsinin dəyişdirilməsi cavabdehə qadağan edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın # ###### 2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə 65-80 faiz müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1992-ci ildən 2006-cı ilə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə xidmətdə olmaqla, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni faşistlərinə qarşı gedən döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə yaralanmışdır. 2006-cı il tarixdə ordu sıralarından ehtiyata tərxis olunmuşdur. Həmin il Hərbi Həkim Komissiyasının verdiyi rəyə görə, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü müdafiə edərkən, döyüş əməliyyatlarında aldığı hərbi travmaya görə 2-ci qrup əlil hesab olunmuşdur. O səbəbdən müharibə əlili kimi uzun illər Prezident təqaüdü almışadır. Lakin bir müddət əvvəl heç nə izah edilmədən iddiaçıya verilən Prezident təqaüdü dayandırılmışdır. Təqaüdün dayandırılma səbəblərinə aydınlıq gətirilməsi üçün # ###### 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə yazılı ərizə ilə müraciət etmiş, lakin müraciətinə cavab verilməmişdir. O səbəbdən, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Sumqayıt Inzibati Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmədə işə baxılarkən qarşı tərəfin məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən edilmişdir ki, təqaüdünün kəsilməsinə səbəb əlilliyinin səbəbli əlaqəsinin dəyişdirilməsi olmuşdur. Belə ki, sonuncu dəfə ## ### 2016-cı il tarixdən iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə 2-ci dərəcə xxxx təyin edilsə də, ## #### 2021-ci il tarixdən əlilliyin səbəbli əlaqəsi dəyişdirilərək “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbindən müddətsiz ikinci dərəcə xxxx müəyyən edilmişdir. Hesab edir ki, cavabdehin bu hərəkətləri tamamilə qanunsuz və əsassızdır. Qeyd olunur ki, 2006-cı ildən 2016-cı ilə qədər hər il, 2016-2021-ci illər isə 5 il müddətinə Tibbi Sosial Ekspert Komissiyasından keçərkən hamısında eyni rəy-əlilliyin səbəbi - “Hərbi travma - Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edildiyi halda, 2021-ci ildə dəyişdirilərək, “Xəstəlik hərbi xidmət dövründə alınmışdır” ilə əvəz edilmişdir. Odur ki, məhkəməyə müraciət edilir və hesab edilir ki, iddiaçıya təyin edilmiş əlilliyinin səbəbli əlaqəsi “Hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”dan “Xəstəlik hərbi xidmət dövründə alınmışdır” ilə əvəz edilməsi cavabdehin iddiaçıya qarşı qanunsuz və qərəzlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçıya ## #### 2021-ci il tarixli qərarı ilə diaqnoz “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Oynağın başqa rubrikalarda təsnif olunmayan çətin hərəkətliyi. Dayaq-hərəkət funksiyasının pozulması. Aşağı ətrafların monoplegiyası. Sol pəncənin parezi. Nevrasteniya, nəzərə çarpan astenonevrotik sindrom; Etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30- G32.9, G80-G80.9); “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəb-əlaqəsi ilə müddətsiz ikinci dərəcəli xxxx təyin edilmişdir. Iddiaçı həmin əlilliyin səbəbini Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar olmasını istəyir. ## #### 2021-ci il tarixli qərardan iddiaçının məlumatı ## #### 2021-ci il tarixdə olmuşdur. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin # ###### 2024-cü il tarixli qərarının ləğv edilməklə, həmin tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə 65-80% müddətsiz əlilliyin müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 1992-ci ildən 2006-cı ilə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə xidmətdə olmaqla, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni faşistlərinə qarşı gedən döyüşlərdə iştirak etmiş, 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə yaralanmış, 2006-cı il tarixdə ordu sıralarından ehtiyata tərxis olunmuş, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü müdafiə edərkən, döyüş əməliyyatlarında aldığı hərbi travmaya görə 2-ci qrup əlil hesab olunmuş, lakin 2021-ci il tarixdə xxxx yenidən müəyyən edilərək, əsassız olaraq əvvəlki səbəb-əlaqəsi ilə deyil, “hərbi xidmət dövrü ilə əlaqədar” səbəb-əlaqəsi ilə təyin edilmişdir. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçıda 2021-ci ildə xxxx müəyyən edilərək, həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, iddiaçıda mövcud olan kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən xxxx təyinatına əsas verməmiş, mövcud olunan digər xəstəlik və ağırlaşmalar hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən öz təsdiqini tapmışdır. . Iş materiallarına əlavə edilmiş, həmçinin məhkəmə araşdırması zamanı sorğulara cavab olaraq təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı ## ####### 1978-ci il tarixdən ## ##### 1992-ci il tarixədək keçmiş SSRI Silahlı Qüvvələrində, ## ###### 1992-ci il tarixdən ## ###### 1993-cü il tarixədək NN saylı hərbi hissədə, ## ###### 1993-cü il tarixdən ## ####### 1993-cü il tarixədək Müdafiə Nazirinin sərəncamında, ## ####### 1993-cü il tarixdən ## ###### 1999-cu il tarixədək NN saylı hərbi hissədə, ## ###### 1999- cu il tarixdən ## #### 2006-cı il tarixədək N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmiş, xəstəliyə görə ## #### 2006-cı il tarixli əmrinə əsasən ehtiyata buraxılmış, cavabdeh orqan tərəfindən qiymətləndirərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli xxxx ## ### 2005-ci il tarixdən ## ### 2006-cı il tarixədək bir il müddətinə, ## ### 2014-cü il tarixdən ## ### 2015-ci il tarixədək bir il müddətinə təyin edilərək, ## ### 2016-cı il tarixədək uzadılmış, ## ### 2016-cı il tarixdən ## ### 2021-ci il tarixədək beş il müddətinə təyin edilmiş, ## #### 2021-ci il tarixdən isə hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə xxxx təyin edilmiş, lakin sonuncu dəfə # ###### 2024-cü il tarixdə qiymətləndirilərək mövcud olan diaqnozun xxxx əlamətinin təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Işin müəyyən edilmiş hallarından, həmçinin iddiaçının xidmətinə dair müvafiq qurumların təqdim edilmiş məlumatlar əsasında (§4, 10) onun İ Qarabağ müharibəsində iştirak etməsi, aparılan döyüş əməliyyatları zamanı yaralanması, “Müharibə veteranı” statusuna malik olması, həmçinin əvvəllər Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxxn” publik hüquqi şəxsinin ## ######## 2025-ci il tarixli, T 736/2025 rəyinin nəticə hissəsindən görünür ki, iddiaçı ## ###### 2025-ci il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən “Elmi-X11 Institutu”na müayinəyə göndərilmiş və ## ###### 2025-ci il tarixdə Institutda aparılmış müayinələrdən sonra ona “Y45.8-bronxial astma qarışıq forma, nəzarət olunmayan, kəskinləşmə, Y96.1- obstruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozğunluğu” diaqnozu qoyulmuşdur. Iddiaçı 18 iyul – # ###### 2025-ci il tarixlərdə “Respublika Psixiatriya Xəstəxanası”nda “F07.0-üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, koqnitiv funksiyanın enməsi ilə” diaqnozu ilə müalicədə olmuş, 1 may – # ######## 2025-ci il tarixlərdə “X12”nda prostat vəzin transuretral rezeksiyası əməliyyatı keçirmiş və ona “Prostat vəzin hiperplaziyası (N40)” diaqnozu qoyulmuş, tibbi sənədlərinə əsasən xxxx vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Bakı Baş Səhiyyə Idarəsi” tərəfindən tərtib edilmiş ## #### 2024-cü il tarixli, E********NGM saylı Forma 088 göndərişində XBT-10 kodu üzrə qeyd edilmiş “əsas diaqnoz: T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, sağ aşağı ətrafda qəlpə yaralanmasından sonrakı vəziyyət. Ağırlaşmalar: G83.1-aşağı ətrafların monoplegiyası, aşağı ətrafların monoplegiyası, R26-hərəkətin və yerişin pozulmaları, dayaq-hərəkət funksiyasının pozulması. Yanaşı xəstəliklər: J45.8- qarışıq astma, bronxial astma qarışıq forma, F48-digər neqativ pozuntular, nevrasteniya” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələri əsasında müəyyən edilmişdir. Əsas diaqnozun yalnız ağırlaşmaları ilə səbəb əlaqəsi vardır, yanaşı xəstəliklərlə heç bir səbəb əlaqəsi yoxdur. Iddiaçının göndərişində qeyd olunan xəstəliklərin meyarlara uyğun olubolmamasının müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən həmin göndərişi tərtib etmiş xəstəxanaya sorğu göndərilmiş, cavab olaraq təqdim edilmiş məlumata əsasən aşkar edilmişdir ki, iddiaçıda ## #### 2024-cü il tarixdə * nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Həkim-məsləhət Komissiyası tərəfindən “T90.5 Kəllə daxili travmalarının nəticələri. Keçirilmiş kəlləbeyin travmasının davamlı qalıq əlamətləri. Sağ aşağı ətrafda qəlpə yaralanmasından sonrakı vəziyyət. R26 Dayaq-hərəkət funksiyasının pozulması. G83.1 Aşağı ətrafların monoplegiyası. F48 Nevrasteniya. Digər neqativ pozuntular. J45.8 Bronxial astma, qarışıq astma” diaqnozu müəyyən edilmiş, qeyd olunan xəstəliklərin “T90.5” kodun Qərarın 6.1-ci bəndində göstərilən “Başın travmalarının nəticələri - T90”, “G83.1” kodun 6.5.1-ci bəndində göstərilən “Serebral iflic və digər paralitik sindromlar - G81-G83”, “J45.8” kodun 1.1.2-ci bəndində göstərilən “Astma - J45” ümümi diaqnozların dəqiqləşdirilmiş formalarına uyğun olduğu, “F48” kod üzrə diaqnozun qərarın hər hansı bəndində nəzərdə tutulmadığı göstərilmişdir. Bundan əlavə, ekspert rəyindən sonra “xxxx” publik hüquqi şəxsin verdiyi məlumata əsasən ekspert müayinəsi zamanı iddiaçı sağ ayağında, belində olan ağrıdan, axsamadan, başgicəllənmədən şikayət etmiş, diz oynağında bükmə natamam, açma tam olmuş və bu halların 1993-cü ildə aldığı kəllə-beyin travmasının qalıq əlamətləri olduğu müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnoza əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur, həmin xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları”na uyğundur, yəni əlilliyin təyin edilməsi üçün əsasdır, eyni zamanda mövcud olan diaqnozun Azərbaycan Respublikasının müdafiəsi zamanı döyüş tapşırığını yerinə yetirərkən alınmış travmanın qalıq əlaməti olduğu öz təsdiqini tapmışdır. Iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Ona görə də iddia əsaslı hesab edilməlidir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdehin etirazını belə təhrif edərək, guya etiraz şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa xxxx təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin “Diaqnoz xxxx əlaməti təyin etməməsi” barədə qərar iddiaçının forma ** nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X15-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə xxxx təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə xxxx təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz xxxx əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, cavabdeh inzibati orqanın 0# ###### 2024-cü il tarixli qərarın ləğv edilməsi, onun ## #### 2021-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədə müddətsiz ikinci dərəcəli əlilliyin ləğb edildiyi vaxtdan bərpa edilməsi və ona 0# ###### 2024-cü ildən həmin əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə xxxx təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmasını xahiş etdilər. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbisosial ekspert komissiyaları (bundan sonra –TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin xxxx altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.1. xxxx səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. xxxx müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə xxxx səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya xxxx səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində xxxx bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Bənd 3.2. xxxx səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Bənd 3.3. xxxx səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRI-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir» “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 58.1. Inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh inzibati orqanın əlilliyin ləğv edilməsi barədə 0# ###### 2024-cü il tarixli qərarının ləğv edilməsi, ## #### 2021-ci il tarixdə təyin edilmiş hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə müddətsiz ikinci dərəcəli əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi, həmin əlilliyin səbəb əlaqəsinin 0# ###### 2024-cü il tarixdən dəyişdirilərək, həmin tarixdən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə əlilliyin müəyyən edilməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı onun barəsində təyin edilmiş müddətsiz əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan isə iddiaçı barəsində əvvəl təyin etdiyi müddətsiz əlilliyin ləğv edilməsi və diaqnozun xxxx əlamətinin təyin etməməsinə dair imtina qərarı qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş hallar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçıya 2005-2006ci ildə, 2014-2015-ci ildə, 2016-2021-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə ikinci dərəcə müddətli xxxx təyinatı aparılmış, sonuncu dəfə ##.##.2021-ci ildən hərbi xidmət dövrü ilə əlaqədar səbəb əlaqəsi ilə ikinci dərəcə müddətsiz xxxx təyinatı aparılmışdır. Daha sonra iddiaçı onun barəsində təyin edilmiş əlilliyin səbəb əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar deyil, hərbi xidmət dövrü ilə əlaqədar qeyd edilməsindən razı olmamış, onu mübahisələndirərək, bununla bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə cavab olaraq ##.##.2024-cü il tarixli məktubunun məzmununda əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi məsələsinə bu barədə xxxx alt sisteminə müvafiq tibbi göndərişin daxil ediləcəyi təqdirdə baxılmasının mümkün olduğunu bildirmişdir. Daha sonra müvafiq tibb müəssisəsi tərəfindən iddiaçı barəsində ##.##.2024-cü il tarixli yeni tibbi göndəriş rəsmiləşdirilərək, cavabdeh inzibati orqana göndərilmiş, həmin tibbi göndərişin məzmununda iddiaçı barəsində əsas diaqnoz kimi XBT kodu T90.5, ağırlaşmaları kimi XBT kodu G83.1, R26, yanaşı xəstəliklər kimi XBT kodu J45.8, F48 olan diaqnoz xəstəliklər, habelə xəstəliyin səbəbi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi səbəb əlaqəsi qeyd edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən həmin tibbi göndəriş əsasında iddiaçının xxxx vəziyyəti yenidən qiymətləndirilərək, diaqnozun əlilliyin təyin etməməsi əsası ilə ##.##.2024-cü il tarixli imtina qərarı qəbul edərək, əvvəl təyin edilmiş hərbi xidmət dövrü səbəb əlaqəsi ilə ikinci dərəcə müddətsiz əlilliyi ləğv edilmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya ##.##.2021-ci il tarixdə əlilliyin təyin edilməsinin və qiymətləndirmə aparılmasının əsasını ##.##.2021-ci il tarixli müvafiq tibbi göndəriş təşkil etmiş, həmin tibbi göndərişdə diaqnoz xəstəliklər qeyd edilsə də, onun yaranma səbəbi olan qrafa doldurulmamış, boş kimi qeyd edilmiş, ##.##.2024-cü il tarixli müvafiq tibbi göndərişin rəsmiləşdirilməsinə səbəb isə əlilliyin təyin edilməsi ilə bağlı hallar olmamış, məhz əlilliyin səbəb əlaqəsinin müəyyən edilməsi ilə bağlı hal olmuş, həmin qrafa doldurualaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi səbəb əlaqəsi” qeyd edilməklə, yeni tibbi göndəriş rəsmiləşdirilmişdir. Indiki halda iddiaçının istədiyi müddətsiz təyin edilmiş əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsi və əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsinə nail olmaqdır. Kollegiya iddia tələbinin müddətsiz təyin edilmiş əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsi ilə bağlı hissədə onu qeyd edir ki, müddətsiz əlilliyin bərpası tələbinə dair işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsi mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının analoji işlə əlaqədar vahid məhkəmə təcrübəsi müəyyən edən (üç ulduzlu ***) *-*(***)-****/**** nömrəli qərarında mövqe aşağıdakı kimi olmuşdur: “Müddətsiz əlilliyin müəyyən olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geri dönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın obyektiv səbəblərdən mümkün olmadığının qəbul edilməsidir. Başqa sözlə, qanunverici müddətsiz əllilik müəyyən edilmiş şəxslərə münasibətdə onların reabilitasiya imkanlarının tükəndiyini qəbul edir, buna görə də, onların təkrar müayinəyə cəlb edilməsi zərurəti aradan qalxmış olur. Belə yanaşma, bir tərəfdən, şəxsin sağlamlığında əhəmiyyətli yaxşılaşmaların artıq istisna edildiyi hallarda onun mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, müddətsiz əlilliyi müəyyən olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və yenidən müayinədən keçmədən, sosial dəstək təminatlarını itirmək qorxusunu yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin müddətsiz müəyyən olunması ilə həm dövlət orqanlarının və şəxsin əlavə inzibati yükdən azad olunmasına nail olunur, xüsusən dövlət reabilitasiyası artıq mümkün olmayan həmin şəxslərin təkrar müayinəsi ilə bağlı əlavə resurs sərfindən azad edilir, həm də müvafiq sahədəki dövlət idarəçiliyinin səmərəliliyi və proqnozlaşdırıla bilən olması, eləcə də şəxslərin hüquqi statuslarının sabitliyi və müəyyənliyi təmin edilir..... ..34. Əgər inzibati orqan müddətsiz xxxx təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətinəndən hərəkət etmişsə, bu halda mübahisə “Inzibati icraat haqqında” Qanunun 3.3cü və 67-ci maddəsinin, eləcədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. 35. Kollegiya qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bənində qanunverici inzibati orqana müəyyən şərtlər daxilində əvvəllər şəxsə olunmuş xxxxlə bağlı bağlı qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək imkanı tanımışdır. Istinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.36. Bununla bağlı kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarını sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda cavabdeh əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan sübutların mövcudluğunu müəyyən etməli, icraatı məhz bu süburlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir.Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.37. Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan sübutların mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar standartı tətbiq olunmalıdrı. Yəni, müddətsiz müəyyən edilmiş xxxxlə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret,uyğun və yetərliəsaslar ortaya çıxmış olmalıdır.Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müddətsiz müəyyən edilmiş xxxxlə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraat başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər.Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş xxxxlə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. 38. Belə mübahisələr həll edilərkən həm də “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Buna görə də qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtlənidrən hallar məlum olduğu ügndən 1 il ərzində ləğv edilə bilər.Həmin qayda bu Qanunun 67.6.1ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.” Yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqan əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edildiyi və buna dair sübutlar olduğu halda, inzibati icraatı məhz həmin sübutlar əsasında təzələməli, inzibati icraat başlanılmalı, şəxs əyani müayinəyə cəlb edilməklə, qərar qəbul edilməlidir. Indiki halda da cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müddətsiz xxxx təyin edilməsi ilə bağlı qərar qəbul etdiyi halda, sonradan onun barəsində əlilliyin olmaması qənaətinə gəlməsi halını da məhz iddiaçı barəsində bu cür qiymətləndirilmə aparılmaqla, onun nəticəsinə uyğun olaraq qərar qəbul etməklə edə bilərdi, əks halda əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olmadığı halda, özünün təkbaşına olaraq, heç bir qiymətləndirmə aparmadan bu qənaətə gəlməsi qanunvericilik normalarının tələbinin pozuntusu olmaqla, bu tələblərə birbaşa ziddir. Başqa sözlə desək, cavabdeh inzibati orqan iddiaçı barəsində əilliyin ləğv edilməsi (dayandırılması) məsələsini həll edərkən, yuxarıda istinad edilən əlilliyin müəyyən edilməsi meyarlarına və əlilliyin qiymətləndirilməsi qaydalarına dair müvafiq qanunvericilik normalarının, habelə inzibati icraat haqqında qanunvericilik normalarının tələblərini nəzərə almağa borcludur. Indiki halda cavabdeh inzibati orqan iddiaçı barəsində müddətsiz əlilliyin müəyyən edilməsi barədə özünün qəbul etdiyi əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan heç bir sübut təqdim etmədən, iddiaçının əlilliyin səbəb əlaqəsininin yenidən qiymətləndirilməsi barədə müraciəti əsasında iddiaçı barəsində “diaqnoz xxxx əlaməti təyin etmir” əsası ilə əliliyin ləğv edilməsi barədə qərar qəbul etmişdir. Nəticə etibarilə cavabdeh inzibati orqan qəbul etdiyi həmin akt inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozmaqla, qəbul edildiyindən ləğv edilməlidir. Bu baxımından kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında cavabdehin müddətsiz müəyyən edilmiş əlilliyin ləğv edilməsi ilə bağlı qəbul etdiyi qərarı əsassız və qanunsuz olduğu müəyyən edildiyindən, həmin inzibati aktı ləğv edilməli, iddiaçı barəsində ##.##.2021-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar səbəb əlaqəsi ilə ikinci dərəcə müddətsiz təyin edilmiş əlilliyi ləğv edildiyi tarixdən bərpa edilməli, iddia tələbi bu hissədə təmin edilməlidir. Kollegiya iddia tələbinin əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının iddiaçı barəsində qəbul etdiyi ##.##.2006-cı il tarixli “Xəstəlik Şəhadətnaməsi”nin məzmununda diaqnoz xəstəlik kimi “Dağınıq mikrocaqlı üzvi nevroloji nişanələr və davamlı asteno-nevrotik vəziyyətlə şüayiət olunan kəllədaxili təzyiqin mülayim dərəcədə artması ilə keçən serebral kistoz araxnoiditlə nəticələnmiş keçirilmiş qapalı kəllə beyin travması baş beyin silkələnməsindən sonrakı qalıq əlamətləri” kimi, səbəb əlaqəsi kimi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” qeyd edilmiş, habelə digər diaqnoz xəstəlikləri və onlarln səbəb əlaqəsi kimi “”hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişdə əks olunan əsas diaqnoz XBT kodu T90.5 “Kəllədaxili travmaların nəticələri keçirilmiş kəllə beyin travmalarının davamlı qalıq əlamətləri sağ aşağı ətrafda qəlpə yaralanmasından sonrakı vəziyyət”, ağırlaşmaları kimi XBT kodu G83.1 “Aşağı ətrafların monoplegiyası”, XBT kodu R26 “Hərəkətin və yerişin pozulmaları dayaq hərəkəti funksiyasının pozulması”,yanaşı xəstəliklər kimi XBT kodu J45.8 “Qarışıq astma bronxial astma qarışıq forma, XBT kodu olan F48 “Digər neqativ pozuntular nevrosteniya” kimi qeyd edilmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyinin məzmunundan görünür ki, iddiaçıda hazırda qeyd edilən XBT kodu T90.5, G83.1,R26, J45.8,F48 olan diaqnoz xətəliklər mövcuddur, ağırlaşmalar məhz əsas diaqnoz xəstəliklə səbəbindən yaranmışdır. Göründüyü kimi iddiaçı barəsində tərtib edilmiş müvafiq xəstəlik şəhadətnaməsində əks olunmuş və səbəb əlaqəsi kimi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” qeyd edilmiş “Dağınıq mikrocaqlı üzvi nevroloji nişanələr və davamlı asteno-nevrotik vəziyyətlə şüayiət olunan kəllədaxili təzyiqin mülayim dərəcədə artması ilə keçən serebral kistoz araxnoiditlə nəticələnmiş keçirilmiş qapalı kəllə beyin travması baş beyin silkələnməsindən sonrakı qalıq əlamətləri” diaqnoz xəstəliklər əlilliyin müəyyən edilməsi üçün əsas olan XBT kodu T90.5 olan “Kəllədaxili travmaların nəticələri keçirilmiş kəllə beyin travmalarının davamlı qalıq əlamətləri sağ aşağı ətrafda qəlpə yaralanmasından sonrakı vəziyyət” və onun ağırlaşmaları olan XBT kodu G83.1 və R26 diaqnoz xəstəliklərlə eynilik təşkil etmişdir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq Xəstlik şəhadətnaməsində “Hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi nəticəsində yaranmış diaqnoz xəstəlik kimi “davamlı ağrı sindromu və bədənin məcburi vəziyyəti ilə müşayiət olunan tez-tez residivləşən vertebrogen mənşəli xroniki bel-oma radikuliti, davamsız remissiya mərhələsində. Xora xəstəliyi,natamam remissiya mərhələsində.Onikibarmaq bağırsağın soağanğının çapıqlaşmış xorasından sonrakı mülayim çapıq deformasiyası,təxliyə funksiyasınln mülayim dərəcədə pouzlması ilə. Qaraciyərin mülayim dərəcəli piy distrofiyası,funksiyasının pozulması ilə.Bel fəqərələrarası osteoxondrozu,L... fəqərələrarası disklərinprotuziyası nəticəsində funksiyanın cüzi dərəcədə pozulması. .....” qeyd edilmişdir. Hansı ki, həmin xəstəliklər iddiaçı barəsində əlliyin qiymətləndirilməsi üçün tərtib edilmiş müvafiq tibbi göndərişdə əlilliyə əsas olan xəstəliklər kimi qeyd edilməmişdir. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən də iddiaçı barəsində əlilliyin qiymətləndiriıməsi və müəyyən edilməsi “Hərbi xidmət dövründə alınmış” xəstəliklər əsasında deyil, məhz Xəstəlik Şəhadətnaməsində “Hərbi travmadır. Azərbaycan Respublikasının ərazi bütövlüyü zamanı alınmışdır” səbəb əlaqəsi nəticəsində yaranmış xəstəliklər əsasında müəyyən edilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddiaçıda ikinci dərəcə müddətsiz əlilliyin müəyyən edilməsinə əsas olan xəstəliklərin məzh “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqadar” səbəb əlaqəsi ilə yarandığı müəyyən edildiyindən, iddiaçı əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsini tələb etməkdə də haqlı olmuşdur. Bundan əlavə, kollegiya əlilliyin səbəb əlaqəsinin hansı tarixdən dəyişdirilməli olması ilə bağlı onu qeyd edir ki, indiki halda iddiaçıya “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbilə xxxx ##.##.2021-ci il tarixdə təyin edilsə də, iddiaçı həmin vaxtda bu halı mübahisələndirməmişdir. Həmçinin, əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi məhz ##.##.2024-cü il tarixli tibbi göndəriş əsasında qiymətləndirilərək, “diaqnoz xxxx əlaməti təyin etmir” barədə ##.##.2024-cü il tarilxi imtina qərarı verildiyindən, dolayısı ilə iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsinə məhz həmin qərar əsasında imtina cavabı verilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndində göstərilmişdir ki, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qaydaların tələbindən göründüyü kimi, əlilliyin təyini və ya bundan imtina yalnız bu barədə müvafiq qərarın qəbul edilməsi nəticəsində öz hüquqi qüvvəsini müəyyən edir. Belə olan halda kollegiya hesab edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının və formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələbinə əsasən iddiaçıya əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsindən məhz ##.##.2024-cü il traixdə imtina verildiyindən, həmin tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə əlilliyi müəyyən edilməlidir. Həmçinin, kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarında hazırki işin halları ilə oxşar olan iş üzrə məhkəmə təcrübəsini müəyyən edən hüquqi mövqeyi əks olunmuşdur, həmin hüquqi mövqenin hazırki iş üzrə nəzərə alınması zəruridir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddianın əsaslılığı müəyyən edildiyindən, habelə cavabdehin şikayətinin dəlilləri təkzib edildiyindən, iddia tələbi əsaslı olmuş, cavabdehin şikayəti əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Bununla yanaşı, kollegiya onu qeyd edir ki, iddiaçının hüquqi marağı məhz əlilliyin bərpa edilməsi və səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı olduğundan, məhkəmə icraatı zamanı iddiaçının hüquqi marağına uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım göstərilmiş, iddiaçı tərəfindən bu barədə yazılı ərizə təqdim edilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin əsaslılığı müəyyən edildiyindən, həmin ərizə nəzərə alınmaqla, ona müvafiq olaraq birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilsin. Iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh iddiaçı X2 haqqında qəbul etdiyi “Diaqnoz xxxx əlaməti təyin etmir barədə” # ###### 2024-cü il tarixli qərarı ləğv edilsin. Iddiaçı İddiaçı “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbilə müddətsiz ikinci dərəcə əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi və ona ##.##.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar