Məhkəmə qərarları › İş №2-1(3-8)-566/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-566/2026

28.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-566/2026 28.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Iddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Könül Həbibova) ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ## ###### 2023-cü il tarixli *-**-*/*-*-***/**** saylı, # #### 2023-cü il tarixli *-**-*/*-*-****/**** saylı, # ##### 2023-cü il tarixli *-**-*/*-*-****/**** saylı qərarları ləğv edilmiş, mərhum X4 münasibətdə ## ###### 2023-cü il tarixdən # ####### 2023-cü il tarixədək azaldılan və tutulan pensiya məbləğlərinin fərqinin hüquqi varisi İddiaçı ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Işin halları Iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmaların qaytarılması” tələbinə dair iddia ərizəsi ilə ##.##.2023-cü il tarixdə iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2023-cü il tarixdən kəsilmiş pensiyanın bərpa edilməsi və pensiyanın üzərinə əlavələrin edilməsi ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ###### 1959-cu il tarixdə doğulmuşdur. ##.##.1975-ci il – ##.##.1978-ci il traixlərdə ** saylı Sumqayıt Dövlət Texniki Peşə Məktəbində təhsil almışdır. Əmək fəaliyyətinə ## ##### 1979-cu il tarixdə başlamışdır. ## ##### 1979-cu il – ## ### 1981-ci il tarixlərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. ## ##### 1979-cu il – # ###### 1979-cu il tarixlərdə Azərbaycan Boru Prokat zavodunda, ## ##### 2004-cü il – ## #### 2020-ci il tarixlərdə “X1 MMC-də, # ###### 2021-ci il – # ###### 2022-ci illərdə “xxxx” MMC-də işləmiş, 50 yaşını tamam olan tarixdən, yəni ## ###### 2009-cu il tarixdə l-ci siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Iddiaçının 1997-ci il tarixə qədər ümumi 22 il stajı olmuşdur. Iş stajının 18 ili birinci siyahı üzrə zərərli iş stajı hesab olunur. Həmçinin, “X1” MMC-də və “xxxx" MMC müəssisəsində işlədiyi iş dövrü zərərli iş stajı olub 2-ci siyahıya aiddir. Ümumilikdə hazırkı tarixə ümumi iş stajı 40 ildən artıqdır. 2023-cü ilin yanvar ayından iddiaçının əmək pensiyasının 50%-i naməlum səbəbdən kəsilmişdir. Məsələlə ilə əlaqədar DOST xidmətinə ərizə ilə müraciət etsə də, cavab verilməmiş, əmək pensiyanın kəsilməsi barədə məlumat verilməmişdir. Iddiaçı cavabdehə sifarişli məktub ilə ## ##### 2023-cü il tarixdə müraciət etmiş, lakin cavahdeh məktuba heç bir cavab verməmişdir. Iddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa, prosessual hüquqi əsası kimi isə IPM-in 33, 73-ci maddələrinə istinad olunmuşdur. IPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Işin hallarından müəyyən edilir ki, iddiaçı X4 # ####### 2023-cü il tarixdə vəfat etmiş və hazırkı məhkəmə icraatında hüquqi varisi İddiaçı ilə əvəz edilmişdir. Iddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” ## ###### 2023-cü il tarixli *-**-*/*-*-***/**** saylı, # #### 2023-cü il tarixli *-**-*/*-*-****/**** saylı, # ##### 2023-cü il tarixli *-**-*/*-*-****/**** saylı qərarların ləğvi, mərhum X4 əvvəlki pensiya məbləğinin bərpa edilməsi, ## ###### 2023-cü il tarixdən # ####### 2023-cü il tarixədək azaldılan və tutulan pensiya məbləğlərinin fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin ## ###### 2026-cı il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, imtina məktubunda göstərilən hallara istinad edərək qeyd etmişdir ki, araşdırma zamanı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası iddiaçının 52 yaşının tamam olduğu ## ###### 2011-ci il tarixdən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu ## ###### 2009-cu il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. Belə ki, pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən # ###### 2006-cı ilədək ümumi iş stajı 22 il 11 ay təşkil edir. Bununla əlaqədar # ###### 2006-cı il tarixədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 27,05 manat (22,92 il x 170 manat:144 ay) hesablanaraq ## ###### 2011-ci il tarixə indeksləşdirilib 44,31 manat müəyyən edilməklə üzərinə, # ###### 2006-cı il – ## ###### 2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5.440,32 manat sığorta kapitalına uyğun 37,78 (5.440,32:144) manat və 85 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı ##.##.2011-ci il tarixə 167,10 (44,31+37,78+85,00) manat əmək pensiyası (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq ## ###### 2023-cü il tarixədək 770,83 manat) təyin edilməli olduğu halda, orta aylıq əmək haqqına uyğun olaraq ## ###### 2009-cu il tarixdən 368,53 manat əmək pensiyası təyin edilmişdir (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq ## ###### 2023-cü il tarixədək 1.239,20 manat). Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınaraq, 29.031,93 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 29.031,93 manat pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 88,41 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27, 39.1, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddələrinə istinad olunmuşdur. Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətində iddia ərizəsinə qarşı etirazında və imtina məktubunda göstərilən hallara istinad etmişdir. Birinci instansiya məhkəməsinin qeyd olunanları nəzərə almadan, iddianın təmin edilməsi barədə qanunsuz və əsassız qərar qəbul etdiyini qeyd edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etdi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Iddiaçı İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, 3-cü qrup əlil olduğuna görə mərhum atasının aldığı pensiya ona ödənilməlidir. Cavabdeh qanunsuz və əsassız olaraq mərhum atasının pensiyasını azaltmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçıya 50 yaşından təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası qanunsuz olaraq cavabdehin qərarı ilə kəsilmiş, ona 52 yaşdan pensiya təyin edilmiş, hazırda pensiya məbləğindən tutulmalar aparılır. Iddiaçının 50 yaşı ##.##.2009-cu il tarixdə tamam olmuşdur. ##.##.1997-ci il tarixə qədər iddiaçının 22 il ümumi, 18 il 1-ci Siyahı üzrə iş stajı olmuşdur. Həmçinin, “X1” MMC-də və “xxxx" MMC müəssisəsində işlədiyi iş dövrü zərərli iş stajı olub 2-ci siyahıya aiddir. Ümumilikdə hazırkı tarixə ümumi iş stajı 40 ildən artıqdır. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı ##.##.2011-ci il tarixdən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı ##.##.2009-cu il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ## ###### 2023-cü il tarixli, *-**- */*-******/**** nömrəli məktubu ilə X4 münasibətdə aparılmış inzibati icraat materialları surəti qoşma şəklində göndərilmişdir: # ### 2023-cü il tarixli *-**-*/*-Ə-*****/**** nömrəli X4 göndərilmiş məktubda göstərilir ki, araşdırma zamanı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu ## ###### 2011-ci il tarixdən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu ## ###### 2009-cu il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. Belə ki, pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən # ###### 2006-cı il tarixədək ümumi iş stajı 22 il 11 ay təşkil edir. Bununla əlaqədar # ###### 2006-cı il tarixədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 27,05 manat (22,92 il x 170 manat:144 ay) hesablanaraq ## ###### 2011-ci il tarixə indeksləşdirilib 44,31 manat müəyyən edilməklə üzərinə, # ###### 2006-cı il – ## ###### 2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5.440,32 manat sığorta kapitalına uyğun 37,78 (5.440,32:144) manat və 85 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı ## ###### 2011-ci il tarixə 167,10 (44,31+37,78+85,00) manat məbləğində əmək pensiyası (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq ## ###### 2023-cü il tarixədək 770,83 manat) təyin edilməli olduğu halda, orta aylıq əmək haqqına uyğun olaraq ## ###### 2009-cu il tarixdən 368,53 manat məbləğində əmək pensiyası təyin edilmişdir (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq ## ###### 2023-cü il tarixədək 1.239,20 manat). Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınaraq, 29.031,93 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 29.031,93 manat pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 88,41 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ## ###### 2023-cü il tarixli, *-**- */*-*-***/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından görünür ki, X4 ## ###### 2011-ci il tarixdə təyin edilmiş, hazırkı pensiya məbləği 1.239,20 manat, yenidən hesablanmış pensiya məbləği 770,83 manat, yenidən hesablamanın səbəbi “0-dan hesablama (artıqvermə)” olaraq göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının # #### 2023- cü il tarixli, *-**-*/*- *-****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından görünür ki, X4 ## ###### 2011-ci il tarixdə təyin edilmiş, hazırkı pensiya məbləği 1.239,20 manat, yenidən hesablanmış pensiya məbləği 884,14 manat, yenidən hesablamanın səbəbi “0-dan hesablama (artıqvermə) (##.##.2009-##.##.2011 aralığı tam tutulsun) 39.1; ##.##.2023-cü il tarixli, *-**-*/*-*-***/**** nömrəli sərəncam etibarsız sayılsın” olaraq göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının # ##### 2023- cü il tarixli, *-**- */*-*-****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından görünür ki, X4 ## ###### 2011-ci il tarixdə təyin edilmiş, hazırkı pensiya məbləği 884,14 manat, yenidən hesablanmış pensiya məbləği 884,14 manat, yenidən hesablamanın səbəbi “0-dan hesablama (artıqvermə) 39.1; ##.##.2023-cü il tarixli, *-**-*/*-*-***/**** nömrəli sərəncam etibarsız sayılsın” olaraq göstərilmişdir. AZ-II seriyalı, ****** nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X4 # ####### 2023cü il tarixdə ölmüşdür. # #### 2024-cü il tarixli, 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə”dən görünür ki, # ####### 2023-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi İddiaçıdur. X4 məxsus # ###### 1978-ci il tarixli, ИТ seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti işə əlavə edilmişdir. Iddiaçı X4 # ####### 2023-cü il tarixdə vəfat etmiş və hazırkı məhkəmə icraatında hüquqi varisi İddiaçı ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2024-cü il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edilmişdir ki, “Iddiaçının mərhum ərinin ## ######## 2020-ci il tarixdə Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq pensiyanın yenidən hesablanması ilə bağlı müraciət etməsini nəzərə alsaq, həmin tarixdən öldüyü ## ######## 2021-ci il tarixədək ona təyin edilmiş pensiyanın yenidən hesablanması nəticəsində fərq məbləğini alacaqdı ki, hazırda həmin məbləğə yeganə vərəsəsi olan iddiaçının hüququ çatır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən dövr (## ######## 2020-ci il - ## ######## 2021-ci il) üzrə ödəniləcək fərq məbləği iddiaçının hazırda aldığı ailə başçısını itirməyə görə pensiya məbləği hesablanarkən və ödənilərkən nəzərə alınmalıdır.” Belə ki, iddia tələbinin əsasına görə X4 ümumi iş stajı 40 ildən artıqdır, 50 yaşı tamam olduğu ## ###### 2009-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmiş, lakin daha sonra # ###### 2023-cü il tarixdə pensiya məbləği əsassız və iddiaçının məlumatı olmadan azaldılmışdır. Cavabdeh tərəfin mövqeyinə görə X4 yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu ## ###### 2011-ci il tarixdən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu ## ###### 2009-cu il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuş, 29.031,93 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. IPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Belə ki, hazırkı işin hallarından, həmçinin iddianın məzmunundan müəyyən edilir ki, iddia tələbi cavabdehin ## ###### 2023-cü il tarixli *-**-*/*-*-***/**** saylı, # #### 2023-cü il tarixli *-**-*/*-*-****/**** saylı, # ##### 2023-cü il tarixli *-**-*/*-*-****/**** saylı qərarlarının ləğv edilməsindən, yəni əvvəlki pensiya məbləğinin bərpa edilərək, ## ###### 2023-cü il tarixdən # ####### 2023-cü il tarixədək azaldılan və tutulan pensiya məbləğlərinin fərqinin ödənilməsindən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)- ****/**** nömrəli qərarında qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. Inzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki, sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “Inzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “Inzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “Inzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “Inzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “Inzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “Inzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. Ikinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir.” Göründüyü kimi, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarına görə cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş güzəştli yaşa görə əmək pensiyasının yenidən hesablanmasına dair inzibati icraata başlanılmış, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı ## ###### 2011-ci il tarixdən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, 50 yaşının tamamlandığı ## ###### 2009-cu il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilmiş, qeyd edilmişdir ki, # ###### 2006-cı il tarixədək ümumi iş stajı 22 il 11 ay təşkil edir, # ###### 2006-cı il tarixədək iş stajına uyğun olaraq, həmin tarixə pensiyanın sığorta hissəsi 27,05 manat hesablanaraq ## ###### 2011-ci il tarixə indeksləşdirilib 44,31 manat müəyyən edilməklə üzərinə, # ###### 2006-cı il – ## ###### 2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5.440,32 manat sığorta kapitalına uyğun 37,78 manat və 85 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı ## ###### 2011-ci il tarixə 167,10 manat əmək pensiyası təyin edilməli olduğu halda, orta aylıq əmək haqqına uyğun olaraq ## ###### 2009-cu il tarixdən 368,53 manat əmək pensiyası təyin edilmiş, bu səbəbdən də artıq ödənilmiş 29.031,93 manat pensiya məbləğinin büdcəyə bərpa edilməsi qərara alınmışdır. Bununla da aydın olur ki, cavabdeh orqan tərəfindən “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbini gözləməmişdir. Iddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Odur ki, iddiaçının pensiyası təyin olunduğu ## ###### 2009-cu il tarixdən cavabdeh təxminən 14 il sonra iddiaçının pensiya məbləğinin səhv təyin edilməsinin bildirilməsində və pensiyadan müvafiq tutulmaların aparılmasında haqlı olmamışdır. Bundan əlavə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcuddur, həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarında qeyd olunur ki, “... analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi qərarlarda (o cümlədən, xx.xx.2019-cu il tarixli 2- *(***)-****/**** nömrəli, xx.xx.2023-cü il tarixli *- *(***)-****/**** nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il # #### tarixli, ***-IIIQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13- cü maddəsinə 1997-ci il ## #### tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin ######un #-dən başlayaraq 2000-ci ilin ######un #-dək hər il 6 ay artırılır. Iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi əmək stajlarını # ###### 1997-ci il tarixinədək topladığına görə, ona əmək pensiyası 52 yaşdan deyil, əvvəllər qüvvədə olmuş Qanunun tələbləri ilə, yəni iddiaçının 50 yaşının tamam olduğu tarixdən təyin edilməlidir. ... Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qəbul edilmiş məhkəmə aktı qanunvericiliyə və məhkəmə təcrübəsinə uyğun həyata keçirilmişdir. Göründüyü kimi, cavabdehin etirazın və apellyasiya şikayətində qeyd edilən dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Iddiaçının tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh inzibati orqanın şikayətinin dəlilləri əsassızdır və iddianın rədd edilməsi üçün əsas deyildir. Bunun əksi qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən “qazanılmış hüquq” konsepsiyasına, ədalət və hüquqi müəyyənlik prinsiplərinə zidd olardı. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli qərardadları ilə cavabdeh inzibati orqanın apellyasiya instansiya məhkəməsinin qərarından eyni dəlillər (əmək pensiyasının pensiya sığorta kapitalına uyğun olaraq 52 (57) yaşından təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq əmək haqqına əsasən 50 (55) yaşından hesablanaraq təyin edilməsi) əsasında verdiyi kassasiya şikayətləri belə mübahisələrə dair işlər üzrə hüququn tətbiqinə dair mövcud və aydın vahid məhkəmə təcrübəsi olduğundan mümkün sayılmamışdır. “Inzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa Insan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ##.##.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ##.##.1982-ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə, iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qanuni və əsaslı qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar