Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-573/2026 07.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçı İddiaçı, cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) ##.##.2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında ##.##.2025-ci il tarixli ************** nömrəli qərar ləğv edilmişdir. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Işin halları Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ##.##.2025-ci il tarixli ************** nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında ##.##.2025-ci il tarixli ***** nömrəli aktın, * saylı Ərazi Vergilər Baş Idarəsinin rəisi R S.Ə.Vəliyev tərəfindən İddiaçı barəsində qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunverilyininpozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** nömrəli qərarın və bu qərar əsasında tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi barədə ************** nömrəli tələbnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 6.000 manat maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsinə dair “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ## ###### 2024-cü il tarixli icarə müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 175,4 kv.m olan qeyri-yaşayış binası icarəyə götürülmüşdür. Niyyəti, qiyabi oxuduğuna görə təhsil xərclərini ödəmək olmuşdur. Obyekt əsasən çayxana kmi fəaliyyət göstərir. Bu məqsədlə çayxanada bir az təmir və təmizlik işləri görüldükdən sonra 2024-cü ilin dekabr ayında fəaliyyətə başlamışdır. Təxminən bir aydan sonra, yəni ##.##.2025-ci il tarixdə iddiaçı semestr imtahanları başladığına görə Gəncə şəhərinə getmişdir və imtahanlarda (sessiyada) olarkən cavabdeh tərəfindən keçirilmiş operativ vergi nəzarəti nəticəsində onun haqqında akt və sonra müvafiq olaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərar qəbul edilmişdir. Belə ki, iddiaçı X7 qiyabi təhsil alır və imtahanda (sessiyada) olduğu gün, yəni ##.##.2025-ci il tarixdə vergi əməkdaşları obyektə gələrək, formal olaraq binanın əmlakına nəzarətçi kimi tapşırdığı dostu Səbuhi ilə rastlaşmışlar. Söhbət əsasında binanın sahibsiz olmadığını və sonuncu binaya nəzarət etdiyini vergi əməkdaşlarına bildirmişdir. Lakin vergi əməkdaşları formal olaraq obyektdə işləməsi etimal olunun Səbuhini müəyyən etmələrinə (obyektdə görmələrinə) baxmayaraq, guya obyektdə 3 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə şərait yaratdığı barədə akt tərtib edilmişdir. Bununla da * saylı Ərazi Vergilər Baş Idarəsinin rəisi R S.Ə.Vəliyev tərəfindən “İddiaçı barəsində keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında ##.##.2025-ci il tarixli ***** nömrəli aktına, eləcə də Əmək Məcələsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə şərait yaratdığı barədə aktda göstərilən qeydlərə əsasən İddiaçı Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Əmək Məcələsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə hər biri üçün 2.000 manat olmaqla, cəmi 6.000 manat maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyətinə cəlb edilməsi haqqında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** nömrəli qərar qəbul etmişdir. Hesab edir ki, həmin qərar əsasızdır və ləğv edilməlidir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdehin ##.##.2025-ci il tarixli ************** saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən İddiaçı fəaliyyət göstərdiyi Siyəzən rayonu, Ş.T.Ismayılov 1B. ünvanında yerləşən 7100375812-71001 kodlu “təsərrüfat subyektində (obyektində) “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” və “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi” məsələləri üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Vergi ödəyicisi İddiaçı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarla və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışla tanış olmuş, “ÖVN keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında-Tələbnamə”ni imzalamış və bir nüsxəsin qəbul etmişdir. Operativ vergi nəzarəti zamanı 3 nəfər işçinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməməsi” müəyyən edilmişdir. Belə ki, ##.##.2025-ci il tarixdə saat 12:45 radələrində müştəri tərəfindən qəbul edilmiş ictimai iaşə xidməti (1 ədəd çay dəsti) üçün 5 manat nağd şəkildə ödənilmiş pul məbləğinin NKA-ya vurulmadığı, kassa çeki təqdim edilmədiyi müəyyən edilmişdir Qeyd olunan məbləğ saat 12:50-də NKA-na bərpa edilərək bərpa çeki çıxarılmışdır. Həmçinin 3 nəfər işçinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi aşkar edilmişdir. Tərtib edilmiş aktlar əsasında vergi ödəyicisinə ##.##.2025-ci il tarixli “OVN materiallarına baxılması barədə - “BILDIRIŞ” göndərilərək Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək üçün zəruri hesab etdiyi sənədlərlə özü və ya səlahiyyətli nümayəndəsi ##.##.2025-ci il tarixdə * saylı Ərazi Vergilər Baş idarəsinə dəvət edilsədə vergi ödəyicisi və ya səlahiyyətli nümayəndəsi materiallara baxılmada iştirak etməmişdir. ##.##.2025-ci il tarixli ************** saylı və ##.##.2025-ci il tarixli ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar vergi ödəyicisi İddiaçı iştirakı olmadan çıxarılmış və ##.##.2025-ci il tarixli **************** nömrəli və ##.##.2025-ci il tarixli **************** nömrəli “Məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında” məktublarla vergi ödəyicinə göndərilmişdir. Həmçinin bağlı qeyd etmək lazımdır ki, iddiaçı iddia ərizəsində ##.##.2025-ci il tarixli aktın və tələbnamənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir, “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından inzibati akt hesab edilə və həmin aktın ləğvi məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalanan əlamətlərə görə inzibati akt: Inzibati orqan tərəfindən qəbul edilməli: Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı: Qərar, sərəncam və ya digər formada ifadə olunmalı: Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən ##.##.2025-ci il tarixli akt və tələbnamə yuxarıda sadalan əlamətlərin hamısına malik deyil və “hüquqi və ya fiziki şəxslərə ünvanlanma”, “həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətlərindən məhrumdur. Sözügedən akt birbaşa vergi ödəyicisinə ünvanlanmamış, onun üçün özüözlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Vergi ödəyicisi üçün hüquqi nəticələr isə məhz “vergi məsuliyyətinə cəlb etmə”, yaxud “vergi məsuliyyətinə cəlb etməkdən imtina” barədə qərarın qəbulu ilə yaradılır. Təsadüfi deyil ki, səlahiyyətli vergi orqanı adı çəkilən qərarlardan birini qəbtıl edərkən sübut kimi həmin akta və digər sənədlərə istinad edir və həmin qərar qəbul edilməyənədək. vergi ödəyicisi üçün müəyyən (konkret) hüquqi nəticə yaranmır. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmə yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürən habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşiqin məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğ olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantı) fəaliyyətə başlayanadək. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığori haqqının ödənilməsi haqqında qəbz” “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işləri yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yolverdikdə 2000 manat, ikinci dəfər yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat mailiyyə sanskiyası tətbiq edilir. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, məhkəmə iddianı təmin edərkən qeyd etmişdir ki, vergi orqanı vergi ödəyicisinə məxsus təsərrüfat obyektində operativ vergi yoxlaması həyata keçirən zaman işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslər kimi qeydə aldığı 3 nəfər fiziki şəxsin işçi olmamasına baxmayaraq, cavabdeh tərəfindən açıq-aşkar bəlli olan faktlar və məlumatlar faktiki olaraq inkar edilməklə, iddiaçıya əsassız və qanunsuz maliyyə sanksiyası tətbiq etmişdir. Bununla bağlı bildirilir ki, Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2025-ci il tarixli ************** nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı (VÖEN 7100375812) fəaliyyət göstərdiyi Siyəzən rayonu, Ş.T.Ismayılov 1B, ünvanda yerləşən 7100375812-71001 kodlu təsərrüfat subyektində (obyektində) “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” və “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi” məsələləri üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Vergi ödəyicisi İddiaçı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarla və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışla tanış olmuş, “OVN keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında- Tələbnamə”ni imzalamış və bir nüsxəsin qəbul etmişdir. Operativ vergi nəzarəti zamanı 3 nəfər işçinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməməsi” müəyyən edilmişdir. Belə ki, ##.##.2025-ci il tarixdə saat 12:45 radələrində müştəri tərəfindən qəbul edilmiş ictimai iaşə xidməti (1 ədəd çay dəsti) üçün 5 manat nağd şəkildə ödənilmiş pul məbləğinin NKA-ya vurulmadığı, kassa çeki təqdim edilmədiyi müəyyən edilmişdir. Qeyd olunan məbləğ saat 12:50-də NKA-na bərpa edilərək bərpa çeki çıxarılmışdır. Həmçinin, 3 nəfər işçinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi aşkar edilmişdir. Tərtib edilmiş aktlar əsasında vergi ödəyicisinə ##.##.2025-ci il tarixli “OVN materiallarına baxılması barədə bildiriş göndərilərək Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək üçün zəruri hesab etdiyi sənədlərlə özü və ya səlahiyyətli nümayəndəsi ##.##.2025-ci il tarixdə * saylı Ərazi Vergilər Baş Idarəsinə dəvət edilsədə vergi ödəyicisi və ya səlahiyyətli nümayəndəsi materiallara baxılmada iştirak etməmişdir. ##.##.2025-ci il tarixli ************** saylı və ##.##.2025-ci il tarixli ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət cəlb edilməsi haqqında” Qərar vergi ödəyicisi İddiaçı iştirakı olmadan çıxarılmış və ##.##.2025-ci il tarixli **************** nömrəli və ##.##.2025-ci il tarixli **************** nömrəli “Məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında” məktublarla vergi ödəyicinə göndərilmişdir. Həmçinin, iddiaçı iddia ərizəsində və məhkəmə prosesində fəaliyyət göstərdiyi Siyəzən rayonu, Ş.T.Ismayılov 1B, ünvanında yerləşən 7100375812-71001 kodlu “təsərrüfat subyektində təmir işlərinin getdiyini bildirmişdir. Bununla bağlı bildirilir ki, ##.##.2025-ci il tarixdə saat 12:45 radələrində müştəri tərəfindən qəbul edilmiş ictimai iaşə xidməti (1 ədəd çay dəsti) üçün 5 manat nağd şəkildə ödənilmiş pul məbləğinin NKA-ya vurulmadığı, kassa çeki təqdim edilmədiyi müəyyən edilmişdir. Qeyd olunan məbləğ saat 12:50-də NKA-na bərpa edilərək bərpa çeki çıxarılmışdır və qeyd olunan sənədlər məhkəməyə təqdim edilmişdir. Həmçinin, 3 nəfər işçinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi aşkar edilmiş, onlardan iki nəfərdən izahatlar alınmış, iki nəfər əmək müqaviləsi bağlanılmadan işə cəlb olunduğunu bildirmiş, ofisiant kimi işləyən X5 izahat verməkdən imtina etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, ##.##.2025-ci il tarixdə sözügedən obyektdə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Yoxlama zamanı saat 12:45 radələrində müştərilər tərəfindən çay sifarişi verildiyi və onlara xidmət göstərildiyi müəyyən edilmişdir. Lakin təqdim olunmuş xidmətə görə nəzarət-kassa aparatından kassa çeki vurulmamışdır. Bu səbəbdən vergi qanunvericiliyinin tələblərinin pozulmasına görə iddiaçı barəsində 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə, yoxlama zamanı obyektdə fəaliyyət göstərən 3 nəfər şəxsin əmək müqaviləsi olmadan işlədiyi aşkar edilmiş və bununla bağlı da müvafiq qərar qəbul olunmuşdur. Iddiaçı həmin qərarları məhkəmə qaydasında mübahisələndirmişdir. Iddiaçının yoxlama zamanı obyektdə olmaması onu məsuliyyətdən azad etmir. Belə ki, obyekt üzrə fəaliyyət faktiki olaraq həyata keçirilmiş, müştərilərə xidmət göstərilmiş və qanunvericiliyin tələbləri pozulmuşdur. Sonradan bərpa çeklərinin təqdim edilməsi isə pozuntunun baş verdiyi faktını aradan qaldırmır. Bu halı təsdiq edən audio-video yazı mövcuddur. Qeyd olunanlara əsasən hesab edirlər ki, birinci instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, ##.##.2025-ci il tarixdə operativ vergi yoxlanışı aparılan zaman o, Gəncə şəhərində təhsil aldığı müəssisədə dərsdə olmuş, həmin vaxt obyektdə olmamışdır. Sözügedən obyekti ## ###### 2024-cü il tarixdə icarəyə götürmüş, lakin dərhal fəaliyyətə başlamamışdır. Belə ki, obyekt istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün müəyyən tikinti və təmir işləri aparılmışdır. Bu halları təsdiq edən video-görüntülər də mövcuddur. Yoxlama zamanı obyektdə olan şəxslərdən yalnız qardaşı X3 rəsmi qaydada əmək müqaviləsi ilə çalışan işçi olmuşdur. Digər şəxslər isə obyektin işçiləri olmamışdır. Həmçinin faktiki fəaliyyətə başlamamış, hazırlıq mərhələsində olan obyektə görə maliyyə sanksiyasının tətbiqi qanunsuz və əsassızdır. Bu səbəbdən hesab edir ki, cavabdeh inzibati orqanın qəbul etdiyi qərarlar qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsaslıdır. Ona görə də, iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin və ona əlavələrin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən Inzibati Prosessual Məcəllənin 12-ci və 58.7-ci maddələrinin tələbləri pozularaq, işin faktiki hallarının tam və hərtərəfli araşdırılması təmin edilmədiyindən, eyni zamanda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Işdən görünür ki, hazırkı işdə iddiaçının hüquqi marağı vergi orqanı tərəfindən onun barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında ##.##.2025-ci il tarixli ************** nömrəli qərarının ləğvinə yönəlmişdir. Həmin qərarla iddiaçı barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdehin dəlillərinə görə operativ vergi nəzarəti zamanı 3 nəfər işçinin - X4, X5 və X1 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməməsi” müəyyən edilmişdir. Işin bu halı məhkəmə kollegiyasının iclasında tərəflərin iştirakı ilə nümayiş etdirilmiş audio-vedeo görüntü ilə təsdiq edilmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakı qanunvericilik normalarına istinad edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəəmaterial ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; ... Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. ... Maddə 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar ...
8. Iş yeri - işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer.
9. Əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi ...
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Maddə 43. Əmək müqaviləsinin məzmunu ...
2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FIN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”: Bənd 1.4. Operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin ## ###### 2011-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 1.6. Operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. 1.10. Operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. 1.13. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Bənd 2.1. Operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 2.2. Operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. 2.4. Operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. 2.5. Tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. 2.6. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. Bənd 10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: 10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. 10.2. Operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. 10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. 10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. 10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. 10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. Işəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. 10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. Belə ki, iş materiallarında olan audio-video görüntüdən açıq şəkildə görünür ki, operativ vergi nəzarəti keçirilən zaman təsərrüfat subyekti faktiki fəaliyyət göstərmiş, obyektə gələn şəxslərə xidmət təqdim edilmiş, çay satışı həyata keçirilmiş və xidmət müqabilində nağd pul vəsaiti qəbul edilmişdir. Həmin görüntülərdən həmçinin müəyyən olunur ki, qəbul edilən pul vəsaiti dərhal nəzarət-kassa aparatına vurulmamış, alıcıya kassa çeki təqdim edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş aktda da göstərilmişdir ki, 1 ədəd çay dəsti üçün ödənilmiş 5 manat məbləğində vəsait NKA-ya daxil edilməmiş, yalnız sonradan bərpa çeki çıxarılmışdır. Bu hal isə obyektin fəaliyyət göstərmədiyi və yalnız təmir-təmizlik işlərinin aparıldığı barədə iddiaçı tərəfin mövqeyini təkzib edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şahidlərin izahatlarına üstünlük verərək audio-video görüntünün və operativ vergi nəzarətinin faktiki nəticələrinin sübut əhəmiyyətini əsassız şəkildə azaltmışdır. Halbuki Vergi Məcəlləsinin 41.1 və 41.2-ci maddələrinin tələblərinə əsasən vergi nəzarəti tədbirləri zamanı aparılmış foto və videogörüntülər vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə istifadə edilə bilər və həmin sübutlar digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli X4 məxsus izahatda iddiaçının olmadığı müddətdə onun ofisiant kimi təyin olunduğu və günəmuzd olaraq (günlük 15 azn müqabilində) çalışdığı qeyd edilmişdir. Həmin şəxsin sonradan məhkəmədə bu halı inkar etməsi ilkin izahatın sübut əhəmiyyətini aradan qaldırmır. Məhkəmə kollegiyası nəzərə alır ki, operativ vergi nəzarəti tədbiri zamanı alınmış izahatlar hadisənin baş verdiyi anda verilmiş ilkin məlumat olmaqla, daha yüksək inandırıcılıq dərəcəsinə malikdir. Obyektdə xidmət göstərilməsi, mətbəxdə sobanın üzərində çaydan, qazan olması, X1 mətbəxdə aşpaz geyimində olması, müştəriyə çay təqdim olunması, ödəniş qəbul edilməsi və şəxsin özünü ofisiant kimi təqdim etməsi birlikdə qiymətləndirildikdə həmin şəxslərin faktiki olaraq xidmət prosesinə cəlb olunduqları təsdiq edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyası tətbiq edilir. Qanunvericilik həmin şəxslərlə formal əmək münasibətlərinin yazılı şəkildə rəsmiləşdirilib-rəsmiləşdirilməməsindən deyil, faktiki əmək funksiyasının icra olunub-olunmamasından çıxış edir. Iş materialları ilə müəyyən olunur ki, obyekt faktiki fəaliyyət göstərmiş, xidmət təqdim edilmiş və bu fəaliyyətə müxtəlif şəxslər cəlb edilmişdir. Lakin həmin şəxslərlə bağlı əmək müqavilələrinin mövcudluğu vergi orqanına təqdim edilməmişdir. Kollegiya həmçinin nəzərə alır ki, operativ vergi nəzarəti Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50-ci maddəsinin tələblərinə uyğun olaraq keçirilmiş, nəzarətin nəticələri üzrə müvafiq akt tərtib edilmiş, şəxslərin izahatları alınmış və vergi ödəyicisi qanunvericilikdə nəzərdə tutulmuş qaydada materiallara baxılmasında iştirak etməyə dəvət edilmişdir. Vergi orqanının həyata keçirdiyi tədbirlərin qanunauyğunluğunu şübhə altına alan mühüm prosessual pozuntu müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi isə yalnız şahid ifadələrinə əsaslanaraq operativ vergi nəzarətinin nəticələrini kifayət qədər əsas olmadan etibarsız hesab etmiş, videogörüntünün məzmununa, obyektin faktiki fəaliyyətdə olmasına və xidmət göstərilməsi faktına lazımi hüquqi qiymət verməmişdir. Halbuki, inzibati orqan tərəfindən təqdim edilmiş sübutlar məcmu halında qiymətləndirildikdə iddiaçının əmək münasibətlərini qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirmədən şəxsləri işlərin görülməsinə cəlb etməsi nəticəsinə gəlmək mümkündür. Şahid qismində dindirilmiş şəxslərin iddiaçının yaxın tanışları olmasını və onların iddiaçının məsuliyyətə cəlb olunmaması üçün məhkəmədə onun xeyrinə ifadə vermələrinə məhkəmə əhəmiyyət verməmiş, onların ifadələrini həqiqət kimi qəbul etmişdir. Nəticədə iddianı təmin edərkən haqlı olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərar qanuni və əsaslı olmuş, həmin qərarın ləğvi üçün hüquqi əsaslar mövcud olmamışdır. Buna görə də birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslıdır, həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ##.##.2025-ci il tarixli ************** nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.