Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-578/2026 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Sumqayıt şəhər Corat Bələdiyyəsinin **/** saylı, ## ###### 2007-ci il tarixli qərarından görünür ki, İddiaçı Corat qəsəbəsi ərazisində faktiki istifadə etdiyi 1200 kv m torpaq sahəsi ona ayrılmışdır. Corat bələdiyyəsinin ərazisidə yerləşən 0.12 ha torpaq sahəsinə dair Corat bələdiyyəsi tərəfindən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Cavabdeh orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli müayinə aktına əsasən, torpaq sahəsinin sənəd üzrə və faktiki istifadəsinin göstəriciləri arasında uyğunsuzluq olmadığı, torpaq sahəsinin yerüstü kommunikasiya xəttlərinin mühafizə zolağında yerləşmədiyi qeyd edilmişdir. Cavabdeh iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı müraciətinə cavab olaraq bildirmişdir ki, bələdiyyənin müvafiq qərarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə Iş Baş Idarəsi tərəfindən qeydə alınmaması səbəbindən iddiaçının müraciətinin təmin olunması mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi Idarəsinə qarşı “Corat Bələdiyyəsinin qərarı əsasında iddiaçıya ayrılmış Sumqayit şəhəri Corat qəsəbəsi ərazisində yerləşən 1200 kv m ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqiləşdiriməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir Iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayit şəhəri Corat Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli **/* saylı qərarına əsasən Corat qəsəbəsi ərazisində yerləşən 1200 kv m olan torpaq sahəsi fərdi yaşayış evi tikilməsi üçün alqı-satqı yolu ilə iddiaçıya ayrılmışdır. Qeyd edilən qərara əsasən iddiaçı ilə Corat Bələdiyyəsi arasında torpaqların alqısatqısına dair eyni tarixdə akt imzalanmışdır və həmin akta əsasən tərəfindən torpaq müqabilində Corat Bələdiyyəsinin hesabına 2140 (iki min yüz qirx) manat haqq ödənilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi iddiaçının faktiki istifadəsində və sahibliyindədir, tərəfindən sahə daş hasara alınaraq giriş darvazası quraşdırılmışdır. Iddiaçı ## ####### 2025-ci il tarixdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdeh orqana müraciət etmişdir. ## ###### 2025-ci il tarixdə qeyd etdiyi inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış *-**-*-**/*-****/**** saylı cavab məktubu ilə torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydyyatına alınmasından imtina edilməsi bildirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli 2- *(***)-****/**** nömrəli qərarı ilə iddia tələbinin təmin edilərək, Corat Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, **/* saylı qərarı əsasında iddiaçıya ayrılmış Sumqayit şəhəri Corat qəsəbəsi ərazisində yerləşən 1200 kv m torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh1 üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçıya torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlərin arxiv nüsxəsinin mövcud olubolmadığını araşdırmaq məqsədilə müvafiq sorğular ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq Sumqayıt şəhər Corat bələdiyyəsi tərəfindən təqdim edilmiş ## ###### 2026-cı il tarixli məktubda Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, **/* nömrəli qərarının qüvvədə olduğu, ləğv edilmədiyi və digər şəxslər tərəfindən mübahisələndirilmədiyi qeyd edilmişdir. Məhkəmə sorğularına əsasən təqdim edilmiş müayinə aktında torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə, faktiki ölçüsünün 0.12 ha olduğu; torpaq sahəsinin təyinatının yaşayış məntəqələri torpaqlarına aid olduğu; yerüstü kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmədiyi qeyd edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh orqan tərəfindən ##.##.2025-ci il tarixli məktuba əlavə edilmiş sənədlərdən aydın olur ki, mübahisə predmeti olan torpaq sahəsinin ətrafında yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış digər torpaq sahələri də eyni bələdiyyə tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələridir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının müraciətinə torpaq sahəsinin ayrılması barədə qərarın müvafiq bəndlərində göstərilən digər sənədlər əlavə olunmadığından, yaranmış zərurətlə əlaqədar olaraq, Sumqayıt Şəhər Corat Bələdiyyəsinin ##.##.2007-ci il tarixli **/* saylı qərarının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq qeydiyyatdan keçibkeçməməsi, qeydiyyatdan keçdiyi halda qərarın və qərara əlavə olunmuş digər hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərinin idarəyə təqdim edilməsi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş baş idarəsinə ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli sorğu ünvanlanmışdır. Sözügedən sorğu ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktubla cavablandırılmış və Sumqayıt şəhər Corat Bələdiyyəsinin ##.##.2007-ci il tarixli **/* saylı qərarının Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmadığı bildirilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə digər iddiaçı məhkəmə iclasında iştirak etməmişlər. Iddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasına iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ...... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (...) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarı “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi Corat Bələdiyyəsinin qərarı əsasında iddiaçıya ayrılmış Sumqayit şəhəri Corat qəsəbəsi ərazisində yerləşən 1200 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqan imtinasını və apellyasiya şikayətini yeganə olaraq onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı Ədliyyə Nazirliyi Bələdiyyələrlə Iş Baş Idarəsində qeydiyyata alınmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2007-ci il tarixli **/* saylı qərarı ilə iddiaçı İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə 1200 kv m torpaq sahəsinin satılması qərara alınmış, qərarın icrası ilə əlaqədar torpağın alqısatqısına dair müvafiq sənədlər rəsmiləşdirilmiş və həmin vaxtdan etibarən mübahisəli torpaq sahəsi iddiaçının sahibliyinə və istifadəsinə verilmişdir. Iş üzrə təqdim edilmiş hüquqmüəyyənedici sənədlər, o cümlədən bələdiyyə qərarı və alqısatqı aktı torpaq sahəsinin bələdiyyənin sərəncamında olan torpaq fondundan qanunvericiliyin tələblərinə uyğun qaydada iddiaçıya özgəninkiləşdirildiyini təsdiq edir. Həmin sənədlərin hüquqi qüvvəsini şübhə altına alan, onların etibarsızlığını və ya ləğv edilməsini təsdiq edən hər hansı mötəbər sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Sumqayıt şəhər Corat bələdiyyəsinin ## ###### 2026-cı il tarixli məktubunda sözügedən qərarın ## ###### 2007-ci il tarixli **/* saylı qüvvədə olduğu, ləğv edilmədiyi və mübahisələndirilmədiyi birbaşa göstərilmişdir. Sözügedən torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktına əsasən, mübahisəli torpaq sahəsinin faktiki ölçüsü hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçü ilə uyğunluq təşkil edir, torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına daxildir, habelə onun dövlət qeydiyyatına alınmasına mane ola biləcək hər hansı hüquqi və ya texniki məhdudiyyət müəyyən edilməmişdir. Bundan başqa, cavabdeh orqanın özünün məhkəməyə təqdim etdiyi sənədlərlə mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə eyni hüquqi əsaslarla (eyni bələdiyyə qərarı ilə) digər şəxslərə, o cümlədən X2 və X4 ayrılmış torpaq sahələrinin dövlət qeydiyyatına alındığı və həmin şəxslərə müvafiq çıxarışların verildiyi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri qanunvericilik normasının tələbinə zidd olmaqla, iddiaçıya münasibətdə mülkiyyət hüququndan əsassız olaraq məhdudlaşdırılmasına səbəb olduğundan, imtina və şikayətin dəlilləri əsassız olmuşdur. Məhkəmə kollegiyası iş materiallarından müəyyən etmişdir ki, indiki halda torpaq sahəsi naturada mövcuddur, torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd hazırda qüvvədə olmaqla, həmin sənədin ləğv edilməsi və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, torpaq sahəsiin ayrılması barədə bələdiyyə qərarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə Iş Baş Idarəsində qeydə alınmaması vətəndaşın mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ yarandığından, habelə bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsas olması halı müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın imtina və apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar ümumi sözlər şəklində ifadə edilməklə, formal xarakter daşımış və əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-578/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-578/2026
30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver