Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-580/2026 05.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Rahim Həsənov) ##.##.2026-cı tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə qarşı “##.##.2021-ci il tarixli M-**** nömrəli alqı-satqı müqaviləsi əsasında tam ödəniş edilməklə ona satılmış Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin ** saylı küçəsində bina 15, mərtəbə 5/6, ümumi sahəsi 272.80 kv.m olan */** saylı mənzil üzrə hüquqlarının dövlət qeydiyyatına alınması, həmin mənzilə dair texniki sənədlərin, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Işin halları Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “##.##.2021-ci il tarixli M-**** nömrəli alqısatqı müqaviləsi əsasında tam ödəniş edilməklə ona satılmış Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında “AAAF- Park” yaşayış massivinin ** saylı küçəsində bina 15, mərtəbə 5/6, ümumi sahəsi 272.80 kv.m olan */** saylı mənzil üzrə hüquqlarının dövlət qeydiyyatına alınması, həmin mənzilə dair texniki sənədlərin, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2021-ci il tarixli M-**** nömrəli Dubleks alqısatqı müqaviləsi əsasında Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin ** saylı küçəsində bina 15, mərtəbə 5/6, ümumi sahəsi 272.80 kv.m olan */** saylı mənzili tam ödəniş edilməklə alıcı olaraq ona satılmışdır. Maliyyə arayışından da görünür ki, ##.##.2021-ci il tarixli M-**** nömrəli alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi layiqincə vaxtında yerinə yetirmişdir və heç bir borcu yoxdur. Əksinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin tələbinə əsasən yaşayış binalarında bayır, ara divarları, habelə məhəccərlərin, sobanın (buxarın) yerləşdiyi sahələr mənzilin ümumi sahəsinə aid edilmədiyi halda həmin sahələrə görə hesablanmış xeyli miqdarda pul vəsaiti ondan alınmışdır. ##.##.2021-ci il tarixli M-**** nömrəli alqı-satqı müqaviləsinin 2.2.1-ci maddəsinə əsasən yaşayış kompleksinin tikintisini qüvvədə olan norma və qaydalara uyğun həyata keçirməyi, müqavilənin 9.3-cü maddəsinə əsasən yaşayış kompleksinin qüvvədə olan qanunvericilik tələblərinə əsasən istismara qəbulundan sonra, mənzil üzrə alıcının, yəni onun hüquqlarımın dövlət qeydiyyatına alınması üçün zəruri olan hüquqi əhəmiyyətli sənədlərin verilməsini təmin etmən öhdəliyi götürülmüşdür. Bununla belə uzun müddətdir ki, qeyd edilən mənzil üzərində onun hüquqlarının dövlət qeydiyyatına alınması üçün tədbirlər görülmür, mənzili üzərində mülkiyyət hüquqlarını əldə edə bilmir və belə hüquqlardan yararlana bilmir, hüquq və mənafeyi pozulur. Cavabdehə və üçüncü şəxs “xxxx” MMC-yə müraciət edərək xahiş etmişdir ki, ona satılmış mənzil üzrə hüquqlarının dövlət qeydiyyatına alınması təmin edilsin, bunun üçün zəruri olan hüquqi əhəmiyyətli sənədlərin verilməsi təmin edilsin. Lakin, cavabdeh tərəfindən müraciətinin alınmasını təsdiq edən poçt xəbərnaməsi barədə ünvanına məlumat daxil olmamış, müraciətinə cavab verilməmişdir. ##.##.2024-cü il tarixdə **** saylı poçta gedərək oradan öyrənmişdir ki, müraciəti cavabdehə ##.##.2024-cü il tarixdə çatdırılmışdır və bu barədə poçt xəbərnaməsi hələ də ünvan sahibinin poçtunda qalmaqdadır. Həmin məlumat portal üzərindən götürülmüş çıxarışla bir daha təsdiq olunmuşdur. Üçüncü şəxs “xxxx'’ MMC tərəfindən ##.##.2024-cü il tarixdə etdiyi müraciətə cavab verilməmişdir. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Iş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz qərarında cavabdehin məhkəməyə ünvanlanmış məktubuna əsaslanmışdır. Məhkəmə sorğusuna cavabdeh tərəfindən verilmiş cavab məktubundan belə görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin sözügedən binası və bu binada özəlləşdirilən mənzillər - daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzillər yoxdur. Həmin fakt işə baxan məhkəmə tərəfindən tam, hərtərəfli araşdırılmamışdır. Belə ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmış qeydiyyat nömrəsi 1623004959, qeydiyyat tarixi ##.##.2023-cü il olan çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanı və bu ünvanda ev 24, mənzil 186 üzərində xüsusi mülkiyyət hüququ “xxxx” MMC-nin adına rəsmiləşdirilmişdir. Həmin ünvanda “xxxx” MMC yaşayış kompleksi, * saylı küçə, ev 11 isə qeydiyyat nömrəsi 1624026372, qeydiyyat tarixi ##.##.2024-cü il olan çıxarışa əsasən X1 adına rəsmiləşdirilmişdir. Ona münasibətdə bərabərlik prinsipinin pozulması baş vermişdir. Iddiaçı olaraq onun təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçı olaraq ona münasibətdə hüququn qeydə alınmasından və çıxarışın verilməsindən imtina olumnuşdur. Cavabdeh diskresion səlahiyyətlərini eyni üsulla və eyni qaydada ona münasibətdə həyata keçirməyə borclu olduğu halda bunu nəinki etməmişdir, hətta sözügedən ünvanı və bu ünvanda mənzillərin qeydiyyata aldığı faktları gizlətməyə çalışmışdır. Qeyd edilən faktlar onu deməyə əsas verir ki, məhkəmə tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzillərin məhkəmə qərarına və ya “xxxx” MMC tərəfindən verilmiş maliyyə arayışlarına, protokoldan çıxarışlara əsasən qeydiyyatdan keçməsi araşdırılmamış, qeydə alınmış mənzillər barəsində qeydiyyatın aparılması barədə inzibati icraat materiallarını tələb etməmiş, bu mənzillərə dair qeydiyyatın hansının məhkəmə qərarı əsasında, hansının inzibati orqanın öz təşəbbüsü ilə aparılmasını, həmin məhkəmə qərarlarından inzibati orqan tərəfindən şikayət verilibverilməməsini, cavabdeh inzibati orqan qeyd olunan məhkəmə qərarları əsasında özünün yeni inzibati praktikasını yaradıb-yaratmaması aydınlaşdırılmamışdır, inzibati orqan tərəfindən onun barəsində bərabərlik və inzibati orqanların praktikasına etimadın hüququnun qorunması prinsiplərinin pozulmasını nəzərə almadan iddianı rədd etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Iddiaçı İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Lakin iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Vəkil iddiaçının vəkili kimi elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, Bakı Ağır Cinayətlər Məhkəməsində saat 14:00-a əvvəlcədən təyin olunmuş məhkəmə iclasında iştirakı ilə bağlı hazırkı işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Işdə olan iddiapçının vəkil Vəkil verdiyi ##.##.2024-cü il tarixli etibarnamənin müddəti ##.##.2026-cı il tarixdə bitmişdir, Vəkil yeni etibarnamə və apellyasiya instansiya məhkəməsində iddiaçı təmsil etmək üçün vəkil orderini məhkəməyə təqdim etməmişdir. Səlahiyyətli olmaması səbəbindən məhkəmə kollegiyası tərəfindən ərizəyə qiymət verilməmiş, müvafiq ərizə nəzərə alınmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-in 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı tələbinin əsası kimi ##.##.2021-ci il tarixli M-**** nömrəli alqı-satqı müqaviləsi əsasında tam ödəniş edilməklə ona satılmış Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin ** saylı küçəsində bina 15, mərtəbə 5/6, ümumi sahəsi 272.80 kv.m olan */** saylı mənzili əldə etməsini, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasındakı mənzillərin məhkəmə qərarına və ya “xxxx” MMC tərəfindən verilmiş maliyyə arayışlarına, protokoldan çıxarışlara əsasən qeydiyyatdan keçməsini bildirir. Cavabdeh isə iddiaçının müraciətindən imtina səbəbini notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin müraciətə əlavə olunmamasını, mənzilin yerləşdiyi binanın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsini və bu səbəbdən daşınmaz əmlaka müayinə baxışının keçirilməməsi olaraq göstərmişdir. Məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, İddiaçı ilə “xxxx” MMC arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin ** saylı küçəsində bina 15, mərtəbə 5/6, ümumi sahəsi 272.80 kv.m olan */** saylı mənzilə dair ##.##.2021-ci il tarixli M-**** nömrəli dubleks alqı-satqı müqaviləsi bağlanmışdır. “xxxx” MMC-nin nömrəli maliyyə arayışından görünür ki, ##.##.2021-ci il tarixli Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivində ** saylı küçə, bina 15, mərtəbə 5/6, ümumi sahəsi 272.80 kv.m olan */** saylı mənzil 104170 manat ödəniş edilməklə İddiaçı satılmışdır. İddiaçı müqavilə üzrə heç bir borcu yoxdur. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim olunan ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, ** saylı küçə ünvanında inşa edilmiş “AAAF” park yaşayış kompleksində ** saylı çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 144-1.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. 144-1.2. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış mülkiyyətçi tikiləcək binanın tərkib hissələrinin sayına və sahəsinə mütənasib olaraq həmin torpaq sahəsini bu Məcəllənin 144.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında paylara bölə bilər və bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilər. 144-1.3. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış şəxs bölünmə planına əsasən yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verə bilər. 144-1.4. Bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu Məcəllənin 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır. 144-1.5. Bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ... 8.0.10. Azərbaycan Respublikasının HYPERLINK "https://eqanun.az/framework/46958" \o "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi" \t "_blank" Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müqavilə əsasında əldə etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin ** saylı küçəsində bina 15, mərtəbə 5/6, ümumi sahəsi 272.80 kv.m olan */** saylı mənzilin yerləşdiyi “xxxx” MMC tərəfindən tikilən çoxmənzilli ** nömrəli yaşayış binasının daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun tələblərinə uyğun qeydiyyatdan keçməsi öz təsdiqini tapmamışdır. Iddiaçının apellyasiya şikayətinin dəlili olaraq qeyd etdiyi hallara, yəni hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmış qeydiyyat nömrəsi 1623004959, qeydiyyat tarixi ##.##.2023-cü il olan çıxarışla Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanı və bu ünvanda ev 24, mənzil 186 üzərində xüsusi mülkiyyət hüququnun “xxxx” MMCnin adına rəsmiləşdirilməsi, həmçinin həmin ünvanda “AAAF” inşaat yaşayış kompleksi, * saylı küçə, ev 11 ünvanının isə qeydiyyat nömrəsi 1624026372, qeydiyyat tarixi ##.##.2024-cü il olan çıxarışa əsasən X1 adına rəsmiləşdirilməsi, ona münasibətdə bərabərlik prinsipinin pozulması ilə bağlı kollegiya qeyd edir ki, həmin çıxarışlar iddiaçının iddia etdiyi Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin ** saylı küçəsində yerləşən ** saylı yaşayış binasına deyil, 24 və ** saylı binalarda yerləşən mənzillərə dair verilmişdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Iddiaçı hüququnun qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədləri cavabdeh inzibati orqana və məhkəməyə təqdim edə bilməmişdir. Iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Bundan əlavə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcuddur, həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadında qeyd olunur ki, məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, iddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinə qarşı *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli, iddiaçı X4 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı *-*(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli, Iddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı *-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qərarlarda) qeyd edilmişdir ki, tikilinin istismara qəbulu barədə akt olmadığı təqdirdə həmin tikili üzərində hüquqlar dövlət qeydiyyatına alına bilməz. ...Beləliklə, oxşar işlərə dair qərarlarda aparılmış təhlil və gəlinən nəticələr hazırkı şikayətə də şamil edilir və həmin qərarlardakı mövqedən kənara çıxmağa əsas yoxdur. Mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin, sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-580/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-580/2026
05.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver