Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-583/2026 17.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Sumqayıt şəhər Sumqayıt bələdiyyəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI Sumqayıt bələdiyyəsinin ##.##.2004-cü il tarixli *** nömrəli qərarı ilə Sumqayıt şəhər bələdiyyəsi torpaq komissiyasının ##.##.2004-cü il tarixli ** saylı protokoluna əsaslanaraq, “Yaşıl dərə” ərazisində 0.12 ha bağ torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. Həmin bağ sahəsinə dair tərtib olunmuş plan iş materiallarına əlavə edilmişdir. ##.##.2004-cü il tarixli akta əsasən “Yaşıl dərə” bağ massivindən İddiaçı 0.12 ha bağ sahəsi yerində yoxlanılıb verilmişdir. Sumqayıt bələdiyyəsinin ##.##.2025-ci il tarixli **** №-li məktubu ilə bildirilmişdir ki, Sumqayıt şəhərinin “Yaşıldərə” adlandırılan ərazisində yerləşən torpaq sahəsinə dair İddiaçı ilə Sumqayıt Bələdiyyəsi arasında icarə müqaviləsinin bağlanılmasına əsas olmuş Sumqayıt Bələdiyyəsinin ##.##.2004-cü il tarixli *** saylı qərarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə Iş Mərkəzinin müvafiq məktubları əsasında Sumqayıt Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə ləğv edilmişdir. Həmin bələdiyyə qərarının İddiaçı verilməsi barədə məlumatı müəyyən etmək, qeyd edilən dövrün arxiv sənədləri bələdiyyədə saxlanılmadığından, mümkün olmamışdır. Eyni zamanda, Sumqayıt şəhərinin “Yaşıldərə” adlandırılan ərazisində yerləşən torpaq sahəsinə dair İddiaçı ilə Sumqayıt Bələdiyyəsi arasında bağlanılmış icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra yeni müddətə uzadılmamışdır. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Sumqayıt şəhər bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaşların istifadəsində olan bağ təsərrüfatının texniki passportuna əsasən, 1994-cü il tarixli, ** saylı müqavilə ilə Sumqayıt şəhəri, Yaşıl dərə ərazisindən 1200 kv.metr torpaq sahəsi iddiaçının istifadəsində olub. ##.##.2004-cü il tarixli *** nömrəli qərarla həmin bağ sahəsi yenidən iddiaçının icarəsinə verilmiş və müvafiq icarə müqaviləsi bağlanmışdır. Onu da qeyd edir ki, torpaq sahəsi ona Qarabağ müharibəsi veteranı olduğu üçün verilmişdir. Həmin vaxtdan indiyədək həmin bağ sahəsi iddiaçının icarəsindədir və hər il orada bostan bitkiləri əkir. Qeyd olunanlara əsasən bildirir ki, həmin bağ sahəsi ilə bağlı faktiki olaraq bu günədək heç kimlə heç bir mübahisə və narahatçılıq yoxdur. Bütün qonşular mübahisəli torpaq sahəsinin iddiaçıya aid olduğunu bilirlər. Iddiaçı qeyd olunan torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün müraciət etmiş, Xidmətin imtinası əsasında Sumqayıt Inzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, Sumqayıt Bələdiyyəsi onun iştirakı və xəbəri olmadan ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə ##.##.2004-cü il tarixli *** saylı qərarını ləğv etmişdir. Iddiaçı hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan qərarı qanunsuz və əsassızdır. Belə ki, həmin qərarı vəkil sorğusu əsasında tələb etsə də, cavab tərəfindən həmin qərar təqdim olunmamış və onun qəbul olunmasına əsas olmuş sənədləri təqdim etməmişlər. Bundan başqa, həmin qərarın iddiaçıya təqdim olunub-olunmaması barədə sənəd təqdim etməmişlər. Buna görə də, hesab edir ki, həmin qərar ləğv edilməlidir. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığı halda, tamamilə əsassız şəkildə Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə bağlı verdiyi inzibati aktı mübahisələndirmişdir. Ilk növbədə qeyd olunmalıdır ki, iddiaçının mübahisələndiyi torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətindədir və bələdiyyənin ehtiyat torpağı kimi nəzərdə tutulmuşdur. Onu da bildirir ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsi * saylı Sumqayıt Ərazi Idarəsinə qarşı “icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi” tələbinə dair Sumqayıt Inzibati Məhkəməsinin icraatında olmuş 2-1(118)-791/2025 inzibati işlə bağlı məhkəmənin sorğusuna cavab olaraq ## ### 2025-ci il tarixli **** saylı məktubla bildirilmişdir ki, Sumqayıt şəhərinin “Yaşıldərə” adlandırılan ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsi ilə İddiaçı arasında icarə münasibətləri davam etdirilmir və Sumqayıt şəhərinin “Yaşıldərə” ərazisində sözügedən torpaq icarə müqaviləsinin bağlanılmasına əsas olmuş Sumqayıt Bələdiyyəsinin ##.##.2004-cü il tarixli *** saylı qərarı Sumqayıt Bələdiyyəsi tərəfindən ləğv edilmişdir. Həmçinin, İddiaçı hüquqlarını müdafiə edən vəkil Vəkil sorğusuna verilmiş cavabda bildirilmişdir ki, Sumqayıt şəhərinin “Yaşıldərə” adlandırılan ərazisində yerləşən torpaq sahəsinə dair İddiaçı ilə Sumqayıt Bələdiyyəsi arasında icarə müqaviləsinin bağlanılmasına əsas olmuş Sumqayıt Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli, *** saylı qərarı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə Iş Mərkəzinin müvafiq məktubları əsasında Sumqayıt Bələdiyyəsinin ## ######## 2007-ci il tarixli, ** saylı qərarı ilə ləğv edilmiş, həmin bələdiyyə qərarının İddiaçı verilib-verilməməsi barədə məlumatı müəyyən etmək, qeyd edilən dövrün arxiv sənədləri bələdiyyədə saxlanılmadığından mümkün olmamış, eyni zamanda, Sumqayıt şəhərinin “Yaşıldərə” adlandırılan ərazisində yerləşən torpaq sahəsinə dair İddiaçı ilə Sumqayıt Bələdiyyəsi arasında bağlanılmış icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra yeni müddətə uzadılmamışdır. Məhkəmənin nəzərinə onu da çatdırır ki, mübahisələndirilən torpaq sahəsinin yerləşdiyi “Yaşıldərə” adlandırılan, hazırda isə rəsmi sənədlərdə Sumqayıt şəhərinin cənubunda, “Samur- Abşeron” kanalının şimalında yerləşən Yeni yaşayış massivi adını daşıyan ərazidəki torpaqların həmin dövrdə məqsədəli təyinatı müəyyən edilmədiyindən, bələdiyyə tərəfindən 2004-2005-ci illərdə bağ sahələri kimi 10 ilədək müddətə icarə müqavilələri bağlanılaraq ayrıayrı fiziki şəxslərin müvəqqəti icarəsinə verilmişdir. Iddiaçıya da həmin torpaq sahəsi məhz müvəqqəti olaraq bağ sahəsi kimi ayrılmışdır. Lakin 2007-ci ildə qeyd edilən torpaq sahələrinin məqsədli təyinatı aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq müvafiq torpaq kadastr məlumatları torpaq reyestrinə daxil edildikdən sonra həmin torpaqların yaşayış təyinatlı torpaqlara aid olduğu müəyyən edilmiş və bundan sonra hər birinin sahəsi 600 kvadrat metrdən artıq olmamaqla fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaqlar kimi ayrılmağa başlanılmışdır. Bu səbəbdən, həmin dövrədək torpaqların təyinatına uyğun olmadan, müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmadan və ümumiyyətlə, torpaq qanunvericiliyinin tələblərinə uyğun sənədləşdirmə aparılmadığı səbəbindən, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə Iş Mərkəzinin çoxsaylı iradları və tövsiyələrinə əsasən, həmin torpaqların ayrılmasına dair Sumqayit Bələdiyyəsinin 2004-2006-cı illəri əhatə edən qərarları Sumqayıt Bələdiyyəsinin özü tərəfindən ##.##.2007-ci il tarixli, ** saylı qərarla ləğv edilmşdir, lakin həmin qərarların ləğv edilməsinə baxmayaraq, torpağın icarə müqavilələrində nəzərdə tutulmuş 10 illik icarə müddətləri bitənədək, yəni 2014-2015-ci illərədək torpaq icarəçilərinin torpaqlardan istifadələrinə hər hansı müdaxilələr olmamışdır. Onu da bildirir ki, Sumqayıt Bələdiyyəsinin özü tərəfindən qəbul edilmiş ##.##.2007-ci il tarixli ** saylı qərarında bələdiyyə qərarları ləğv edilən qərarda adları qeyd edilən vətəndaşların torpaq sahələrindən istifadələrinin qanuniliyini təmin etmək məqsədilə “Yaşıl dərə” ərazisinin baş planına və təyinatına uyğun olaraq “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 17-21-ci maddələrinin tələblərinə müvafiq olaraq hər bir müraciətə qanunamüvafiq qaydada baxılacağı birbaşa nəzərdə tutulmuşdur. Iddiaçının hüquqi marağının istifadəsində olan torpaq üzərində hüququnun qeydiyyata alınmasından ibarət olduğunu və ona bələdiyyə qərarı əsasında bağ sahəsi kimi ayrılmış torpağın icarə müddətinin 2014-cü ildə başa çatdığını və torpağın icarə müddətinin uzadılmadığını nəzərə alaraq, iddiaçı istifadəsində olan torpağı fərdi yaşayış evinin tikintisi məqsədi ilə mülkiyətinə almaq hüququna malikdir. Lakin bunun üçün qanunvericiliklə müəyyən edilmiş qaydada təkrarən Sumqayıt Bələdiyyəsinə müraciət edərək torpağın mülkiyyət hüququnda sənədləşdirilməsi işlərini həyata keçirməlidir. Bu səbəbdən hesab edir ki, iddiaçının irəli sürdüyü hazırki iddia tələbi əsassız və hüquqa zidd olmaqla yanaşı, bu tələb tələb hüququ olmayan şəxs tərəfindən irəli sürülmüşdür, çünki bələdiyyə qərarı əsasında icarəsinə ayrılmış torpağın icarə müqaviləsinin müddəti də 10 ildən çoxdur ki, başa çatmışdır və icarə tərəflər arasında münasibətləri uzadılmayaraq torpağın da məqsədli təyinatı fərdi ev tikintisi üçün torpaqlar kimi müəyyən edilmişdir. Hesab edir ki, iddiaçı İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “bələdiyyə qərarının ləğv olunması barədə” iddia tələbi əsassız olmaqla yanaşı, həmin tələb tələb hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır. Bu səbəbdən, habelə iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünü də nəzərə alaraq, iddiaçı İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı “bələdiyyə qərarının ləğv olunması barədə” iddia ərizəsinin mümkün hesab edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Iddiaçının nümayəndəsi və vəkili buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, 1994-cü il tarixli, ** saylı müqavilə ilə Sumqayıt şəhəri, Yaşıl dərə ərazisindən iddiaçıya 1200 kv.metr tоrраq sahəsi istifadəyə verilmiş və ##.##.2004-cü il tarixli, *** nömrəli qərarla həmin torpaq sahəsi ona ayrılmış və hələ də onun istifadəsindədir. Həmin torpaq sahəsinə çıxarış almaq üçün məhkəməyə müraciət etdikdə müəyyən olmuşdur ki, Sumqayıt bələdiyyəsinin ##.##.2004-cü il tarixli, *** nömrəli qərarı ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə ləğv olunmuşdur. Iddiaçının hüquqlarını həmin qərar pozduğu üçün Sumqayıt bələdiyyəsinə müraciət edərək, qərarın surətini tələb etmişdir. Səbəb isə ondan ibarət olmuşdur ki, mülkiyyətində olan torpaq sahəsinin hansı əsasla ləğv olunmasını öyrənmək olmuşdur, çünki iddiaçı hüquqlarını pozan həmin qərarın ləğvi barədə məhkəməyə iddia verərkən əsaslandırma hissəsini müəyyən etməlidir. Sumqayıt Bələdiyyəsi iddiaçının müraciətini təmin etməmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən də göndərilmiş eyni məzmunlu sorğuya cavab verilməmişdir. Hazırda hüquqi mənzərə ondan ibarətdir ki, iddiaçının hüquqlarını pozan ##.##.2007-ci il tarixli, ** saylı qərar barədə məlumat var, lakin həmin qərarın özü yoxdur. Əvvəl keçirilmiş məhkəmə iclasında məhkəmə IPM-in 13cü maddəsinə əsasən, hüquqi yardım edərək, prosessual müddətin bərpası barədə ərizə verməyi təklif etmişdir. Həmin qərar iddiaçıya hələ də verilmədiyi üçün və həmin qərarın mətnindən xəbərsiz olduğu üçün iddiaçının həmin qərardan məhkəməyə şikayət verməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılması üzürlü hesab olmalı və həmin müddət bərpa olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Sumqayıt Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarından məhkəməyə şikayət verilməsi üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpa olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Mehriban Mahmudlu-Abbaszadə) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının mübahisə etdiyi qərar ##.##.2007-ci ildə qəbul edilmişdir. Iddia ərizəsi isə məhkəməyə ##.##.2025-ci il tarixdə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı 18 il müddət keçəndən sonra məhkəməyə müraciət etmişdir. Bununla da, qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə qeyd edilən müddətdə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnu məhdudlaşdıran hər hansı hal müəyyən etmir. Həmçinin, iddiaçı torpağın icarə müddətinin 2014-cü ildə başa çatdığını da bilirdi və ya bilməli idi. Eyni zamanda, iddiaçı Sumqayıt Bələdiyyəsinə torpağın satılması ilə bağlı müvafiq prosedura başlanılması barədə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə, təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir, iddia mümkün sayılmamalıdır. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərardadın 8-ci abzasında qeyd etmişdir ki, göründüyü kimi, iddiaçı 18 il müddət keçəndən sonra məhkəməyə müraciət etmişdir. Bununla da, qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Hesab edir ki, məhkəmənin bu cür yanaşması heç bir qanuna sığmır. Çünki, iş materiallarından da sübut olunur ki, cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən iddiaçının xəbəri olmamış, bundan başqa həmin qərarı iddiaçıya bu və ya hansısa digər formada təqdim etməmişdir. Bununla bağlı məhkəmə də cavabdehə sorğu göndərsə də, cavabdeh belə bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qanunvericilikdən də görünür ki, vətəndaş inzibati orqanın qərarını aldığı gündən sonra şikayət edə bilər. Halbuki, həmin qərar bu günədək ona təqdim olunmamışdır. Ümumiyyətlə, qərarın mövcud olması da şübhə altındadır. Çünki, həm vəkil sorğusuna, həm də məhkəmənin sorğusuna əsasən mübahisələndirilən həmin qərar cavabdeh tərəfindən təqdim olunmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının davamının ##.##.2026-cı il tarixə saat 11:50-yə təyin edilməsi barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası IPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab edir. TƏTBIQ EDILƏN HÜQUQ: “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. Inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hazırkı iddianı mübahisələndirmə haqqında iddia kimi qiymətləndirərək iddia müddətinin ötürülməsi əsası ilə mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Iş materiallarından müəyyən olunur ki, mübahisələndirilən Sumqayıt bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə iddiaçının icarəsində olmuş torpaq sahəsinin ayrılmasına əsas olmuş ##.##.2004-cü il tarixli *** saylı bələdiyyə qərarı ləğv edilmişdir. Iddiaçı isə həmin qərarın ləğvi barədə tələblə məhkəməyə yalnız ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Inzibati Prosessual Məcəllənin 2.2 və 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) iddialara baxılır. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə iddia qaldırmaq səlahiyyətinə (Inzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (Inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. IPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Beləliklə, inzibati aktın qəbul edildiyi tarixdən 18 ilə yaxın müddət keçdikdən sonra iddia qaldırılmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq bu halı iddia müddətinin ötürülməsi kimi qiymətləndirmişdir. Iddiaçının buraxılmış prosessual müddətin bərpa edilməsinə dair dəlilləri də məhkəmə kollegiyasının qənaətinə görə əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarından iddiaçının göstərilən müddətdə məhkəməyə müraciət etməsini obyektiv olaraq mümkünsüz edən hər hansı hal müəyyən edilmir. Əksinə, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, iddiaçı torpaq sahəsinin icarə müddətinin 2014-cü ildə başa çatdığını bilirdi və ya bilməli idi. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddianın mümkünlüyünü istisna edən digər mühüm hal iddiaçının mübahisələndirilən inzibati aktın ləğvini tələb etmək üçün hazırda qüvvədə olan subyektiv hüququnun mövcud olmamasıdır. Inzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüququnun yaranmasına əsas olmuş icarə münasibətlərinin müddəti 2014-cü ildə başa çatmış, həmin müddət sonradan uzadılmamışdır. Belə olan halda, icarə münasibətlərinin başa çatmasından sonra iddiaçının həmin torpaq sahəsi üzərində əvvəlki icarə hüququnun davam etdiyini qəbul etmək üçün hüquqi əsas mövcud deyildir. Bu səbəbdən, 2007-ci ildə qəbul edilmiş və icarə münasibətlərinə təsir göstərmiş inzibati aktın ləğv edilməsini tələb etmək üçün iddiaçının hazırda müdafiə edilməli subyektiv hüququnun mövcudluğundan söhbət gedə bilməz. Eyni zamanda, iddiaçının torpaq sahəsindən faktiki istifadəsinin davam etməsi özözlüyündə ona həmin torpaq sahəsi üzərində əvvəlki icarə hüququnun davam etməsi və ya 2007-ci il tarixli inzibati aktın ləğvini tələb etmək hüququ vermir. Torpaq sahəsinin sonrakı hüquqi statusunun müəyyən edilməsi və mülkiyyətə keçirilməsi məsələsi isə qanunvericiliklə nəzərdə tutulmuş ayrıca prosedur çərçivəsində həll edilməlidir. Birinci instansiya məhkəməsi də iddiaçının torpağın mülkiyyətə keçirilməsi ilə bağlı müvafiq qaydada bələdiyyəyə müraciət etmək hüququnun olduğunu qeyd etmişdir. Iddiaçı apellyasiya şikayətinin dəlili kimi Sumqayıt Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarının mövcud olmadığını və vəkil, həmçinin məhkəmə sorğularına əsasən həmin qərarın təqdim olunmadığını bildirmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Sumqayıt bələdiyyəsi tərəfindən ##.##.2007-ci il tarixli ** saylı qərar təqdim edilmişdir. Həmin qərarın 16-cı bəndində “##.##.2004-cü il tarixli *** saylı iclas protokolunun qərarı ilə vətəndaşlar ...İddiaçı... torpaq sahələrinin ayrılması haqqında qərarlar ləğv edilsin...” qeyd edilmişdir. Beləliklə, iddiaçının həm qanunla müəyyən edilmiş iddia müddətini ötürməsi, həm də hazırkı mərhələdə mübahisələndirilən inzibati aktın ləğvini tələb etmək üçün subyektiv hüququnun mövcud olmaması nəzərə alınmaqla, iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin nəticəsi əsaslı olmuşdur. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı həm qanunla müəyyən edilmiş şikayət və iddia müddətlərinə riayət etməmiş, həm də hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Buna görə də birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə həmin qərardadın ləğvi üçün əsas yaratmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-583/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-583/2026
17.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver