Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-585/2026 18.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, iddiaçı İddiaçı vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “cavabdehin imtinasının və 410013042339-***** reyestr nömrəli, ##.##.2019-cu il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Şamaxı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “cavabdehin imtinasının və 410013042339-***** reyestr nömrəli, ##.##.2019-cu il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Dünyamalıyeva Nahidə Alməmməd qızı və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzbati məhkəmə icraatına cəlb edilmişdirlər. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh nəzərə alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, o, Şamaxı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ######## 2019-cu il tarixli qətnaməsi ilə Şamaxı Rayonu Avaxıl kəndi ərazisində 0,25 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinə köçürülmüşdür. Hal-hazırda ailə üzvləri ilə birgə həmin fərdi yaşayış evində yaşayır. Buna dair Şamaxı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ######## 2019-cu il tarixli qətnaməsinin əslini hazırki iddia ərizəsinə daxil edir. Bu qətnamədə yazılanlardan görünür ki, onun atası X6, anası X8r. Şamaxı Rayon Qeydiyyat Şöbəsindən verilmiş ## ######## 2019-cu il tarixli arayışdan görünür ki, X7 və anası X2 ## #### 1957-ci il tarixdə ** saylı aktla rəsmi nikaha daxil olmuşlar və nikahdan sonra anasına “Dünyamalıyeva” soyadı verilmişdir. Şamaxı Rayon Qeydiyyat Şöbəsindən verilmiş ## #### 2019-cu il tarixli arayışdan görünür ki, anası X8 ## ###### 1998-ci ildə vəfat etmişdir. Şamaxı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ######## 2019-cu il tarixli qətnaməsində yazılanlara əsasən AZ-İ № ****** saylı ölüm şəhadətnaməsindən görünür ki, X7 ##.##.2019-cu il tarixdə vəfat etmişdir. Torpağın Mülkiyyətə verilməsinə dair JN-009A Kod ******** saylı şəhadətnamədən və bu torpaq sənədinə dair Şamaxı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ######## 2019-cu il tarixli qətnaməsində yazılanlardan görünür ki, Şamaxı Rayon Aqrar İslahat Komissiyasının ## #### 1997-ci il tarixli, ** saylı qərarı ilə X9, Dünyamalıyeva Nahidə Alməmməd qızı və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 0,29 ha torpaq sahəsi verilmişdir. Şamaxı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ######## 2019-cu il tarixli qətnaməsində yazılanlardan görünür ki, mərhum nənəsi X10 Şamaxı Rayonu Avaxıl kəndi ərazisində 0,25 ha torpaq sahəsi olmuş və həmin torpaq sahəsinin üzərində mərhum atası və anası 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi tikmişlər. X13 vəfat etdikdən sonra atası cavabdeh Dünyamalıyeva Nahidə Alməmməd qızı ilə evlənmişdir. Cavabdeh Nahidə Dünyamalıyeva Torpağın Mülkiyyətə verilməsinə dair JN-009A Kod ******** saylı şəhadətnaməyə öz adını yazdıra bilmişdir. X7 vəfat etdikdən sonra cavabdeh Nahidə Dünyamalıyeva vərəsələrin razılığı olmadan qeyri-qanuni vasitələrlə Şamaxı Rayonu Avaxıl kəndi ərazisində 0,25 ha torpaq sahəsi üzərində yerləşən sözügədən 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi üçün 2019-cu ildə öz adına çıxarış düzəltdirmişdir. Lakin bu çıxarışın əldə edilməsi qeyri-qanuni əməllərlə olmuşdur. Doğrudan da nüsxəsini bu ərizəyə daxil etdiyi çıxarışdan və həmçinin bu barədə Şamaxı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ######## 2019-cu il tarixli qətnaməsində yazılanlardan görünür ki, reyestr nömrəsi 410013042339-*****, qeydiyyat nömrəsi ********** olan ##.##.2019-cu il tarixli çıxarışla və ona əlavə edilmiş X3 Rayonu, Avaxıl kəndində yerləşən 0,2853530 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində hüququ rəsmiləşdirilən şəxs cavabdeh Dünyamalıyeva Nahidə Alməmməd qızıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Şamaxı Ərazi İdarəsindən verilmiş m/*** saylı, ##.##.2021-ci il tarixli arayışdan görünür ki, mərhum X7na məxsus daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində keçmiş Tİ və MİQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada ünvan 2ndə ümumbirgə fərdi yaşayış evi qeydiyyata alınmışdır. Həmin ev vaxtilə X4, sonradan X5 adına keçirilmişdir. Həmin fərdi yaşayış evinin yerləşdiyi 0,29 ha həyətyanı torpaq sahəsinə ləğv edilmiş DTXK tərəfindən 009A, kod ******** nömrəli şəhadətnamə X9, Dünyamalıyeva Nahidə Alməmməd qızı və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 adına işlənildiyinə görə, fərdi yaşayış evi ümumbirgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan evin özgəninkiləşdirilməsi barədə Ərazi İdarəsində məlumat aşkar olunmamışdır. Məhkəməyə bildirir ki, uzun müddətdir ki, cavabdeh Nahidə Dünyamalıyeva evdən çıxıb getmiş və onun harada olduğu bilinmir. Hətta onun sağ-salamat olub-olmadığı da məlum deyil. Kənar bir şəxs kimi, o, iddiaçının mərhum nənəsinə və sonra isə mərhum atasına məxsus yaşayış mülkinə sahib çıxa bilməz. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçıya Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli, ********** qeydiyyat, 410013042339-***** reyestr nömrəli çıxarışın ləğv edilməsi Dünyamalıyeva Nahidə Alməmməd qızının, X11, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 mülkiyyət hüquqlarının pozulması deməkdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Qeydiyyat orqanının hər hansı bir şəxsi mülkiyyət hüququndan məhrum etməyə səlahiyyəti yoxdur. Ona görə də, İddiaçı müraciətinin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Rahim Həsənov) Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, o, atası - X11 ##.##.2019-cu il də rəhmətə gedəndən sonra ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evində yaşayır və həmin miras əmlakı faktiki olaraq məhz o qəbul etmişdir. Digər sağ olan qardaşlarının isə həmin əmlakdan imtina ərizələri də vardır. Dünyamalıyeva Nahidə Alməmməd qızı və onun atasından olan digər qızı - inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 bu əmlakda qeyd olunan tarixdən yaşamırlar. Bütün bunlara baxmayaraq, qeyd olunan əmlak – yəni ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi onun atasına məxsus olmuş, lakin atası rəhmətə gedəndən sonra onun arvadı olan Dünyamalıyeva Nahidə Alməmməd qızı qeyd etdiyi kimi qanunsuz yollarla bu əmlaka yiyələnmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı 410013042339-***** reyestr nömrəli, ##.##.2019-cu il qeydiyyat tarixli çıxarışın ləğv edilməsinə nail olmaqdan ibarətdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının ## #### 1997-ci il tarixli, ** nömrəli qərarı ilə fərdi yaşayış evi tikintisi üçün X11, Dünyamalıyeva Nahidə Alməmməd qızı və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 ayrılmış 0,29 ha torpaq sahəsinə dair DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən ## ###### 2002-ci il tarixli, JN-009A, KOD ******** qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamə əsasında sözügedən torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X11, Dünyamalıyeva Nahidə Alməmməd qızı və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, 410013042339-***** reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, 0,28 ha torpaq sahəsi üzərində X11, Dünyamalıyeva Nahidə Alməmməd qızı və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 ümumi birgə mülkiyyət hüququ, ümumi sahəsi 47,40 kv.m olan fərdi yaşayış evi üzərində isə Dünyamalıyeva Nahidə Alməmməd qızının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. X11 iddiaçının atası, Dünyamalıyeva Nahidə Alməmməd qızı ögey anası, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 isə ögey bacısıdır. Hazırda iddiaçı ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, 410013042339- ***** reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışın ləğv edilməsini tələb edir. Birinci instansiya məhkəməsi hazırki iddia tələbi üzrə iddiaçının hüquqi marağına uyğun olaraq ilk öncə “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin verilməsinə əsas olmuş Quba rayon Aqrar İslahat Komissiyasının ## #### 1997-ci il tarixli, ** nömrəli qərarının mübahisələndirilməli olması əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Eyni zamanda “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 6-cı maddəsinin tələblərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Həmçinin sözügedən qərarın 8-ci bəndinin tələblərinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 17-ci bəndində göstərilir ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Kollegiya hesab edir ki, hazırda qaldırılmış iddia iddiaçının hüquqi marağına uyğun deyildir. Belə ki, onun çatmaq istədiyi məqsədə hazırda qaldırdığı iddianın uğurlu olması ilə nail olmaq mümkün deyildir. İddiaçı öz məqsədinə çatmaq üçün ilk növbədə Quba rayon Aqrar İslahat Komissiyasının ## #### 1997-ci il tarixli, ** nömrəli qərarını mübahisələndirməli, daha sonra qaldırdığı iddianın hüquqi taleyindən asılı olaraq, üçüncü şəxslərin adına tərtib edilmiş JN-009A, KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında reyestrdə aparılmış ##.##.2019-cu il tarixli qeydiyyatın ləğvinə dair məhkəmədə iddia qaldırmalıdır. İş materiallarından göründüyü kimi iddiaçı İddiaçı cavabdeh Dünyamalıyeva Nahidə Alməmməd qızına qarşı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- ***)-*/**** nömrəli qərardadı ilə ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası tərəfindən yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla iddiaçının vəkili və nümayəndəsinə hüquqi yardım edilmiş, ilk növbədə mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş Quba rayon Aqrar İslahat Komissiyasının ## #### 1997-ci il tarixli, ** nömrəli qərarının (cavabdeh qismində müvafiq icra hakimiyyəti qeyd olunmaqla) məhkəmə qaydasında mübahisələndirilməli olması, lakin həmin mübahisəyə baxılarkən də qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinə riayət edilib-edilməməsinin nəzərə alınması izah edilmişdir. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-585/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-585/2026
18.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver