Məhkəmə qərarları › İş №2-1(3-8)-590/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-590/2026

07.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-590/2026 07.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “## ######## 2017-ci il tarixdə keçirilən hərracın (## ######## 2017-ci il tarixli, ** saylı hərrac protokolu) etibarsızlığı və hərracın hüquqi nəticələrinin etibarsızlığı” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “hərracın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə ##.##.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, ## ######## 2017-ci il tarixdə keçirilən hərracın (## ######## 2017-ci il tarixli, ** saylı hərrac protokolu) etibarsızlığı və hərracın hüquqi nəticələrinin etibarsızlığı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər X4 # #### 1992-ci il tarixli, ** nömrəli sərəncamına əsasən iddiaçıya ünvan 2 ünvanında yanacaqdoldurma məntəqəsi tikmək üçün 900 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində öz vəsaiti ilə 3 kolonkalı yanacaqdoldurma məntəqəsi, 2 otaqlı dispetçer otağı və 4 ədəd avtomobillərə texniki qulluq boksları tikdirilmişdir. Bundan sonra yanacaqdoldurma məntəqəsi kimi fəaliyyətə başlamaq üçün yanacaq almaq məqsədilə Dövlət Yanacaq Komitəsinə müraciət edilmişdir. Dövlət Yanacaq Komitəsindən bildirilmişdir ki, iddiaçı İddiaçı MMC özəl firma olduğuna görə yanacaqdoldurma məntəqəsi Yanacaq Doldurma Komitəsinin balansına salınacağı təqdirdə yanacaq ayrılması mümkün olacaqdır. Beləliklə, məcburiyyət qarşısında qalaraq müəssisənin fəaliyyət göstərə bilməsi üçün, yanacaqla təchiz olunması məqsədilə iddiaçıya məxsus olan yanacaq doldurma məntəqəsinin əvəzsiz olaraq Dövlət Yanacaq Komitəsinin balansına qəbul edilməsinə razılıq verilmişdir. Bundan sonra Dövlət Yanacaq Komitəsinin ## ###### 1994-cü il tarixli, *** saylı əmrinə əsasən, Bakı şəhər avtomobillərə yanacaq doldurma idarəsinin ## ###### 1994-cü il tarixli, *** saylı əmrinə əsasən, Dövlət Yanacaq Komitəsinin ## ###### 1995-ci il tarixli, ** saylı sərəncamı ilə iddiaçıya məxsus yanacaqdoldurma məntəqəsi istismara verilmişdir. Qeyd edilir ki, iddiaçıya məxsus yanacaqdoldurma məntəqəsi 19 ilə yaxın müddət fəaliyyət göstərmişdir. Sonrakı illərdə yanacaqdoldurma məntəqəsinin ətrafında yeni, müasir 2 ədəd yanacaqdoldurma məntəqəsi (“Azpetrol”, “Əmrah”) tikildiyinə, eyni zamanda iddiaçıya məxsus *** saylı yanacaqdoldurma məntəqəsinin nisbətən çökəklik ərazidə yerləşməsi səbəbindən yanacaq yaxşı satılmadığına görə müəssisənin fəaliyyəti nisbətən zəifləmişdir. Bununla əlaqədar olaraq ## ### 2012-ci il tarixdə yanacaqdoldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsinin təyinatının dəyişdirilməsi barədə Sumqayıt Şəhər Icra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edilmişdir. Sumqayıt Şəhər Icra Hakimiyyətindən məktuba cavab olaraq bildirilmişdir ki, Sumqayıt Şəhər Memarlıq Idarəsinə müvafiq göstərişlər verilmiş, lakin məsələ uzadılaraq həllini hələ də tapmamışdır. Bir müddət keçdikdən sonra yanacaqdoldurma məntəqəsinin tamamilə talan edildiyi, müəssisənin avadanlıqların əsər-əlamət qalmadığı aşkar olunmuşdur. Eyni zamanda iddiaçıya məxsus olan və yanacaqdoldurma məntəqəsinin yerləşdiyi ərazinin hansısa naməlum şəxslər tərəfindən zəbt edilərək hasara alındığı müşahidə edilmişdir. Bununla əlaqədar olaraq yaranmış vəziyyətə aydınlıq gətirmək həmin halın səbəblərini müəyyənləşdirmək, yanacaqdoldurma və avtomobillərə texniki xidmət müəssisənin sonrakı müqəddəratının müəyyən edilməsi ilə əlaqədar ## ###### 2023-cü il tarixdə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ilə müraciət edilmiş, müraciətə ## #### 2023-cü il tarixli *-**-*/*-****/**** saylı cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2000-ci il tarixli, *** saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət Əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”na uyğun olaraq Sumqayıt şəhər, Nəsimi parkı, Şərq hissəsi (keçmiş 5-ci mikrorayon, S.Vurğun küçəsi) ünvanda yerləşən iddiaçıya məxsus *** saylı yanacaqdoldurma məntəqəsinin özəlləşdirilməsi barədə ## ####### 2016-ci il tarixdə qərar qəbul edilmiş, müəssisə ## ######## 2017-ci il tarixdə keçirilmiş hərracın qalibi tərəfindən satın alınmışdır. ## ######## 2017-ci il tarixli, ** saylı hərrac protokoluna əsasən satıcı cavabdeh yanacaqdoldurma məntəqəsini üçüncü şəxs2 adlı şəxsə 50.000 manata satmışdır. Yanacaqdoldurma məntəqəsi və yerləşdiyi torpaq sahəsi 1992-ci il tarixindən rəsmi sənədlər əsasında İddiaçı MMC-yə məxsus və istifadəsində olmuşdur. Yanacaqdoldurma məntəqəsinin tikintisində heç bir dövlət vəsaitindən istifadə olunmamış, İddiaçı firmasının vəsaiti hesabına tikilmiş, avadanlıqları firmanın vəsaiti ilə əldə edilmiş və 19 il fəaliyyət göstərmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Nəsimi parkı, Şərq hissəsi (keçmiş 5-ci mikrorayon, S.Vurğun küçəsi) ünvanında yerləşən *** saylı yanacaq doldurma məntəqəsi (ümumi faydalı sahə 24.5 kv.m, torpaq sahəsi 987.0 kv.m) özəlləşdirilərkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olmuş Istehsal və Xidmət Müəssisələrinin Idarəetmə Mərkəzinin balansında olmaqla dövlət mülkiyyətində olmuşdur. *** saylı yanacaqdoldurma məntəqəsinin özəlləşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2000-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”na uyğun olaraq ## ####### 2016-cı il tarixdə qərar qəbul edilmiş, ## ######## 2017-ci il tarixdə keçirilmiş hərracda hərracın qalibi üçüncü şəxs2 ilə ## ######## 2017-ci il tarixli, **** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, mübahisə predmeti olan yanacaq doldurma məntəqəsi özəlləşdirilərkən dövlət mülkiyyətində olmuş və bu barədə cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin # ###### 1999-cu il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə uyğun olaraq dövlət əmlakının registrində qeydiyyat aparılmışdır. Qanunvericiliyin normalarının tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məcburidir. Daşınmaz əmlak üzərində mülkiyyət və s. hüquqlar ancaq qeydiyyat sənədlərinə əsasən müəyyən olunur. Belə ki, iddiaçı ilə cavabdeh arasında mübahisə predmeti olan əmlaka dair hər hansı icarə müqaviləsi mövcud olmamış, həmin əmlakın özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qərar qəbul edilən zaman iddiaçının həmin əmlaka dair hər hansı hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Göründüyü kimi, iddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Əlavə olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən verilmiş ## #### 2023-cü il tarixli, *-**-*/*-****/**** nömrəli məktubundan görünür ki, Xidmət tərəfindən iddiaçın müraciətinə cavab olaraq mübahisəli *** saylı yanacaqdoldurma məntəqəsinə dair bağlanmış ## ######## 2017-ci il tarixli, **** nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi və ## ######## 2017-ci il tarixli, ** nömrəli hərrac protokolu ona təqdim olunmuşdur. Hazırda iddiaçı tərəfindən iş materiallarında əlavə olunmuş mübahisələndirilən hərrac protokolunun məzmunundan görünür ki, mübahisə predmeti olan *** nömrəli yanacaqdoldurma məntəqəsi cavabdehin ## ####### 2016-cı il tarixli, *** nömrəli sərəncamı ilə özəlləşdirməyə açıq elan edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, mübahisə predmeti olan əmlakın özəlləşdirilməsi ilə bağlı hərrac protokolu uzun müddət ərzində məhkəmə araşdırması predmeti olmuş və iddiaçı qeyd olunan əmlakın özəlləşdirilməsi ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş ## ####### 2016-cı il tarixdə, *** nömrəli sərəncamın mövcudluğundan xəbərdar olmuşdur. Beləliklə, iddiaçı cavabdehin ## #### 2023-cü il tarixli məktublu ilə mübahisə predmeti olan əmlaka dair Xidmət tərəfindən qəbul edilmiş ## ####### 2016-cı il tarixli, *** nömrəli sərəncamdan məlumatlı olsa da, hazırkı iddia ərizəsi məhkəməyə ## ###### 2024-cü il tarixdə təqdim edilmişdir. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1, 73.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin # ###### 1999-cu il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının registri haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2000-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 4.6.5-ci bəndinə, prosessual hüquqi əsası kimi isə IPM-in 38.1-ci maddəsinə istinad edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “hərracın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Sumqayıt bələdiyyəsi üçüncü şəxs (adi cəlbetmə) qismində məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “hərracın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə üçüncü şəxs2 üçüncü şəxs (zəruri cəlbetmə) qismində məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin (hakim Könül Həbibova) ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “hərracın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia rədd edilmişdir. Iddiaçı İddiaçı MMC ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verərək, iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə şikayəti əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə iddiaçı İddiaçı MMC-nin nümayəndəsi, üçüncü şəxslər Sumqayıt bələdiyyəsinin nümayəndəsi və üçüncü şəxs2 məhkəmə iclasına gəlməmişdir. Üçüncü şəxs üçüncü şəxs2 məhkəmə kollegiyasına ərizə ilə müraciət edib, hazırkı iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçının və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırkı iş üzrə iddia müddəti ötürüldüyünə və iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyekiv hüququ olmadığına görə iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli ** saylı qərarının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. Iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Inzibati Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Inzibati Prosessual Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və digər qarşısı alınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Qanunvericiliyin tələbinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilərdi. Iddiaçı isə bu müddəti ötürməklə ##.##.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2017-ci il tarixdə keçirilən hərrac və onun hüquqi nəticələrini mübahisələndirmiş, müddətin üzrlü səbəbdən ötürülməsinə dair sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin iddianın etibarsızlığın tanınmasına dair iddia olması səbəbindən müddət tətbiq edilməməsinə dair mövqeyi kollegiya tərəfindən əsaslı hesab edilmir. Çünki iddiaçı faktiki olaraq onun hüquqlarına müdaxilə etdiyini iddia etdiyi konkret inzibati aktın və onun nəticələrinin aradan qaldırılmasını tələb edir. Belə olan halda hüquqi müəyyənlik və sabitlik prinsipləri baxımından həmin akt qeyri-müəyyən müddət ərzində mübahisələndirilə bilməz. Iş materiallarından əlavə edilmiş ## #### 1993-cü il tarixli AB seriyalı ****** №-li şəhadətnaməyə əsasən İddiaçı firması tikinti materialları istahsalı ilə məşğul olan vergi ödəyicisi kimi uçota alınmışdır. Sumqayıt şəhər X4 # #### 1992-ci il tarixli, ** nömrəli sərəncamına əsasən iddiaçıya ünvan 2 ünvanında yanacaqdoldurma məntəqəsi tikmək üçün 900 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində öz vəsaiti ilə 3 kolonkalı yanacaqdoldurma məntəqəsi, 2 otaqlı dispetçer otağı və 4 ədəd avtomobillərə texniki qulluq boksları tikdirilmişdir. Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin ## ###### 1994-cü il tarixli *** nömrəli əmrindən müəyyən olunur ki, İddiaçı firması öz gücü və vəsaiti hesabına Sumqayıt şəhəri 5-ci mikrorayon S.Vurğun küçəsində YDM inşa etmişdir. Sumqayıt şəhər Icra Hakimiyyətinin ##.##.1994-cü il tarixli *** nömrəli məktubu ilə həmin həmin YDM əvəzi ödənilmədən Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin balansına verilərək istismara buraxılmasını xahiş etmişdir. Yanacaq doldurma məntəqəsinin istismara hazırlıq vəziyyətini yerində təyin etmək və müvafiq sənədlərin hazırlanması üçün komissiya yaradılması, yanacaq doldurma məntəqəsinin ümumi balans dəyərini müəyyən edib, onun əvəzi ödənilmədən İddiaçı firmasının balansından çıxarılıb Bakı AYDM-nin balansına qəbul olunmasının təmin edilməsi əmr edilmişdir. ## ###### 1994-cü il tarixli təhvil-qəbul aktına əsasən Sumqayıt şəhər Icra hakimiyətinin ## ###### 1994-cü il tarixli, *** saylı məktubu ilə Sumqayıt şəhərində yerləşən İddiaçı firması tərəfindən 5-ci mikrorayonda inşa edilmiş YDM-nin Azərbaycan DYK-nin əvəzi ödənilmədən balansına verilməsi və istismara buraxılması xahiş edilmişdir. Bununla əlaqədar Dövlət Yanacaq Komitəsinin ##.##.1994-cü il tarixli, *** saylı əmrinə əsasən akt tərtib edilmişdir ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, S.Vurğun küçəsində inşası edilmiş YDM-i istismar qaydalarının texniki tələblərinə uyğundur və istismar üçün hazırdır. Ümumi 250 avtomobil doldurma/sutka YDM-nin üçuçi balans dəyəri 15058 min manat olan yanacaq doldurma məntəqəsi əvəzi ödənilmədən Bakı şəhəri AYDM idarəsinin balansına götürülməsi məqsədə uyğundur. “Sumqayıt şəhəri, 5-ci mikrorayon, S.Vurğun küçəsində fərdi avtonəqliyyata xidmət göstərən yanacaq doldurma məntəqəsinin istirmara verilməsi haqqında” ## ###### 1994-cü il tarixli, *** nömrəli əmrə əsasən Sumqayıt şəhəri, 5-ci mikrorayon S.Vurğun küçəsində tikilən və əvəzi ödənilmədən AYDM idarəsinin balansına verilən fərdi avtonəqliyyata xidmət edəcək yanacaq doldurma məntəqəsinin inşasının başa çatdırılması nəzərə alınaraq, yanacaq doldurma məntəqəsi Bakı şəhəri X5 idarəsinin balansına qəbul edilmişdir. İddiaçı firmasının ##.##.1996-cı il tarixli, 08/12-** №-li məktubunda qeyd edilmişdir ki, respublikada özəlləşmənin keçirilməsi ilə əlaqədar olaraq İddiaçı firmasına məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən YDM-in firmadan xəbərsiz olaraq auksiona satışa qoyulmuşdur. ##.##.1994-cü il tarixdə ** saylı məktubla İddiaçı firması müraciət etmiş və ancaq istirmarı ilə əlaqədar olaraq balansa əvəzsiz olaraq götürülməsini xahiş etmişdir. Belə olan halda məktubda göstərilən şərtlə YDM-nin istismarının davam etdirilməsi və ya həmin məntəqənin əvəzsiz olaraq balansdan çıxarılıb yenidən İddiaçı firmasının balansına qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsi tərəfindən İddiaçı firması heyətinin sədrinə ünvanlanmış ##.##.1996-cı il tarixli, 02-**/*** №-li məktuba əsasən Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin neft və neft məhsulların təchizatı və satışı obyektlərinin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli, ** saylı qərarı əsasında İddiaçı firmasının Sumqayıt şəhəri, 5-ci mikrorayon, S.Vurğun küçəsində tikdirmiş olduğu YD və TX məntəqələri Yanacaq Komitəsinin başqa obyektləri kimi hərraca qoyulmaq üçün Dövlət Əmlak Komitəsinin ixtiyarına verilmişdir. İddiaçı MMC-nin ##.##.1999-cu il tarixli, *** №-li pretenziya məktubuna əsasən respublikada özəlləşmənin keçirilməsi ilə əlaqədar olaraq Dövlət Əmlak Komitəsi Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən YDM-də ümumi əsaslarla qiymətləndirərək, hərraca çıxarışmışdır. Bu yanacaq doldurma məntəqəsinin tikintisində dövlət vəsaiti sərf edilməmişdir. Bu məntəqə bütünlüklə İddiaçı firmasının vəsaiti hesabına tikilmiş və əvəzsiz olaraq Dövlət Əmlak Komitəsinin balansına verilmişdir. Bütün bunları nəzərə alaraq həmin YDM-in əvəzsiz olaraq İddiaçı firmasına qaytarılmasına sərəncam verilməsi xahiş edilmişdir. Dövlət Əmlak Komitəsi Sumqayıt bölgə şöbəsinin *** saylı Yanacaq Doldurma məntəqəsinə ünvanlanan ##.##.1999-cu il tarixli K-*-** nömrəli məktublunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasında 1995-1998-ci illərdə Dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət proqramına uyğun olaraq müəssisə kiçik müəssisə formasında məcburi özəlləşdirməyə cəlb edilməli idi. Lakin Dövlət Əmlak Komitəsi rəhbərliyinin tələbinə əsasən dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq ilkin özəlləşdirmə sənədlərinin hazırlanıb DƏK-ə təqdim edilməsi təmin edilməmişdir. Bu səbəbdən *** saylı Yanacaq Doldurma məntəqəsinin nəzərinə çatdırılmışdır ki, noyabr ayının sonunadək sənədlər hazırlanıb DƏK-ə təqdim edilməsə obyektin ləğv edilərək, dislokasiyadan silinməsi üçün DƏK rəhbərliyi qarşısında məsələ qaldırılacaqdır. ## ###### 2007-ci il tarixli, *** nömrəli “Torpaq icarəsi müqaviləsi”ndən görünür ki, icarədar Sumqayıt şəhər bələdiyyəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli, ***- IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında Əsasnamə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ##### tarixli, ** nömrəli qərarına əsasən Sumqayıt şəhər X2 # #### 1992-ci il tarixli, ** saylı sərəncamı əsasında Sumqayıt səhəri, 5-ci mikrorayon ərazisində yerləşən ümumi sahəsi 900 kv.m olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə vermiş, icarəçi İddiaçı firması onu qəbul etmişdir. Icarə müqaviləsi # ###### 2007-ci il tarixdən ## ###### 2009-cu il tarixədək bağlanılmışdır. ## #### 2007-ci il tarixli, BRÇ seriyalı, ****** nömrəli qəbzdən görünür ki, İddiaçı firması tərəfindən Sumqayıt bələdiyyəsinin hesabına 675 manat məbləğində 2001-2006-cı il dövrü üçün icarə haqqı ödənilmişdir. ## #### 2007-ci il tarixli, BRÇ seriyalı, ****** nömrəli qəbzdən görünür ki, İddiaçı firması tərəfindən Sumqayıt bələdiyyəsinin hesabına 561,60 manat məbləğində 2007- 2009-ci il dövrü üçün icarə haqqı ödənilmişdir. ## ### 2010-cu il tarixli, ****** nömrəli qəbzdən görünür ki, İddiaçı firması tərəfindən Sumqayıt bələdiyyəsinin hesabına 561,60 manat məbləğində 2010-2012-ci il dövrü üçün icarə haqqı ödənilmişdir. ## ######## 2017-ci il tarixli, ** nömrəli “Hərrac protokolu”ndan görünür ki, IXMIM-nin *** saylı yanacaq doldurma məntəqəsinə (faydalı sahə 24,5 kv.m, torpaq sahəsi 987 kv.m) dair keçirilmiş hərracın qalibi üçüncü şəxs2dur. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ## #### 2023-cü il tarixli, *-**-*/*-****/**** nömrəli məktubundan görünür ki, müraciətdə qeyd olunan Sumqayıt şəhəri, Nəsimi parkı, Şərq hissəsi (keçmiş 5-ci mikrorayon, S.Vurğun küçəsi) ünvanında yerləşən xxxx firmasına məxsus *** saylı Yanacaqdoldurma məntəqəsinin özəlləşdiriIməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2000-ci il tarixli, *** nömrəli Fərman ilə təsdiq edilmiş “Dövlət Əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”na uyğun olaraq ## ####### 2016-cı il tarixdə qərar qəbul edilmiş, ## ######## 2017-ci il tarixdə keçirilmiş hərracda hərracın qalibi tərəfindən satın alınmışdır. Odur ki, Xidmətin arxivində olan *** saylı Yanacaqdoldurma məntəqəsinin alıcısı ilə bağlanılmış ## ######## 2017-ci il tarixli, **** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və ## ######## 2017-ci il tarixli, ** nömrəli hərrac protokolunun təsdiq olunmuş surətləri təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ## ###### 2025-ci il tarixli, *- **-*/*-****/**** nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - ## ######## 2017-ci il tarixli, ** nömrəli “Hərrac protokolu” (§5); - ## ######## 2017-ci il tarixli, **** nömrəli müqavilədən görünür ki, müqavilənin predmetini alıcı üçüncü şəxs2 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin * saylı ərazi şöbəsi tərəfindən ## ######## 2017-ci il tarixdə keçirilən hərracda * nömrəli protokola əsasən satın-aldığı *** saylı yanacaq-doldurma məntəqəsi (ümumi faydalı sahəsi – 24,5 kv.m) və 987 kv.m torpaq sahəsini təşkil edir. Satıcı satır, alıcı isə həmin müqavilədə göstərilən şərtlərlə Sumqayıt səhəri, Nəsimi parkı, Şərq hissəsi ünvanda yerləşən *** saylı yanacaq-doldurma məntəqəsi və torpaq sahəsini hərracdan satış qiyməti ilə 50.000 manata satın alır. Dövlət Arxivinin Sumqayıt Filialının # #### 2025-ci il tarixli, *-**-DA-**F/*-**/**** nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” IB-yə dair texniki pasport və İddiaçı firması ilə Sumqayıt şəhər bələdiyyəsi arasında bağlanmış 298 və *** saylı, ## ###### 2007-ci il tarixli torpaq icarə müqaviləsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Sumqayıt şəhər bələdiyyəsinin 2007-ci ilə dair iclas protokollarına baxılmış, sorğu olunan məsələ barədə məlumat aşkarlanmamışdır. Sumqayıt Şəhər Icra Hakimiyyətinin ## ###### 2025-ci il tarixli *-*/*-****/**** nömrəli məktubundan görünür ki, İddiaçı firmasına məxsus yanacaqdoldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsinin təyinatının dəyişdirilməsi barədə həmin müəssisənin müraciətinə dair sənəd Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma Idarəsinin arxivində aşkar olunmamışdır. Beləliklə, işin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt şəhəri, Nəsimi parkı, Şərq hissəsi (keçmiş 5-ci mikrorayon, S.Vurğun küçəsi) ünvanında yerləşən *** saylı yanacaq doldurma məntəqəsi (ümumi faydalı sahə 24.5 kv.m, torpaq sahəsi 987.0 kv.m) özəlləşdirilərkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olmuş Istehsal və Xidmət Müəssisələrinin Idarəetmə Mərkəzinin balansında olmaqla dövlət mülkiyyətində olmuşdur. *** saylı yanacaqdoldurma məntəqəsinin özəlləşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2000-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”na uyğun olaraq ## ####### 2016-cı il tarixdə qərar qəbul edilmiş, ## ######## 2017-ci il tarixdə keçirilmiş hərracda hərracın qalibi üçüncü şəxs2 ilə ## ######## 2017-ci il tarixli, **** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, mübahisə predmeti olan yanacaq doldurma məntəqəsi özəlləşdirilərkən dövlət mülkiyyətində olmuş və bu barədə cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin # ###### 1999-cu il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə uyğun olaraq dövlət əmlakının registrində qeydiyyat aparılmışdır. Iddiaçı isə mübahisəli əmlak üzərində hər hansı mülkiyyət, istifadə və ya digər əşya hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən yazılı sübutları məhkəməyə təqdim edə bilməmişdir. ## ###### 2007-ci il tarixli torpaq icarə müqaviləsi və ödəniş qəbzləri iddiaçının yalnız müəyyən müddət ərzində torpaq sahəsindən istifadə etdiyini təsdiq edir. Həmin müqavilənin müddəti ## ###### 2009-cu il tarixdə bitmiş, sonrakı dövr üzrə isə torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması və ya uzadılması müəyyən edilməmişdir. Halbuki, Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinə, eləcə də Mülki Məcəllənin 139.1ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların yaranması və tanınması onların dövlət qeydiyyatından keçirilməsi ilə bağlıdır. “Inzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarında qeyd edilir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, Inzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Prosessual müddətin axımının başlanması şəxsin hüquq və azadlıqlarının pozulmasının ona məlum olduğu anla, başqa sözlə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqələndirmişdir. Iddiaçı mübahisəli YDM-in onun sahibliyindən çıxmasını və əvəzsiz olaraq dövlətin balansına keçməsini 1994-cü ildən bilmiş, 1996-cı ildən başlayaraq həmin əmlakın ona qaytarılmasına dair dövlət orqanlarına müraciətlər etmiş və YDM-in dövlət əmlakı kimi hərraca qoyulmaq üçün Dövlət Əmlak Komitəsinin ixtiyarına verilməsindən məlumatlı olmuşdur. Həmin əmlakın qaytarılması üçün məhkəməyə müraciət etməmişdir. Odur ki, iddiaçı üçün iddia müddətinin axımı hərracın keçirildiyi ## ######## 2017-ci il tarixdən başlamışdır. Iddiaçı 30 günlük iddia müddətini ötürməklə ##.##.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı əmlakı əvəzsiz olaraq 1994-cü ildə Dövlət Yanacaq Komitəsinin balansına verdiyi vaxtdan, həmin əmlak üzərində hüququnu itirmişdir, onun həmin əmlaka dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Bundan əlavə, iş materiallarına əlavə edilmiş 1994-1996-cı illər dövrünü əhatə edən aktlar və iddiaçı ilə Dövlət Yanacaq Komitəsi arasında aparılan yazışmalardan da aydın görünür ki, torpaq sahəsi üzərində iddiaçı tərəfindən inşa edilmiş yanacaq doldurma məntəqəsi əvəzi ödənilmədən Dövlət Yanacaq Komitəsinin balansına verilərək istismara buraxılmış, bu barədə iddiaçı və Dövlət Yanacaq Komitəsi tərəfindən ## ###### 1994-cü il tarixli təhvil-qəbul aktı tərtib edilmişdir. Göründüyü kimi, iddiaçı yanacaq doldurma məntəqəsinin onun xüsusi mülkiyyətinə deyil, yalnız istismar üçün verildiyi barədə inşa etdiyi vaxtdan məlumatlı olmuşdur. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının istinad etdiyi hallar onun yalnız əvvəllər həmin ərazidən faktiki istifadə etdiyini göstərə bilər. Lakin faktiki istifadə halı özlüyündə inzibati aktın mübahisələndirilməsi üçün kifayət edən subyektiv hüquq yaratmır. Iddiaçı mübahisəli hərracın keçirildiyi tarixdə əmlak üzərində qanunla qorunan hər hansı qeydiyyata alınmış hüquqa malik olmamışdır. Bu səbəbdən də iddiaçının mübahisələndirilən inzibati aktla birbaşa və fərdi qaydada hüquqlarının pozulduğu qənaətinə gəlmək mümkün deyildir. Məhkəmə kollegiyası sadalanan halları nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti rədd edilməli, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 38, 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə qərardad qəbul edilsin. Iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Sumqayıt şəhəri, Nəsimi parkı, Şərq hissəsi (keçmiş 5-ci mikrorayon, S.Vurğun küçəsi) ünvanda yerləşən *** saylı yanacaq doldurma məntəqəsinin (ümumi faydalı sahə 24.5 kv.m, torpaq sahəsi 987.0 kv.m) özəlləşdirilməsi ilə bağlı ## ######## 2017-ci il tarixdə keçirilən hərracın (## ######## 2017-ci il tarixli, ** saylı hərrac protokolu) və hərracın hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar