Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-592/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçı İddiaçı və vəkili (nümayəndəsi) Vəkil/Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)- ***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI:
1. Azərbaycan SSR Meliorasiya və Su təsərrüfatı Nazirliyinin Abşeron rayonu Mexaniki Suvarma Idarəsi tərəfindən həmin idarədə sürücü vəzifəsində işləyən X1 barəsində verilən ##.##.1980-ci il tarixli, ** nömrəli arayışa əsasən Abşeron rayonunda yerləşən 2 otaqlı fərdi yaşayış evi sonuncuya ayrılmışdır və hazırda həmin mənzildə onun ailəsi yaşayır.
2. Abşeron rayonu, Görədil qəsəbəsində yerləşən yaşayış sahəsi 45,0 kv.m olan fərdi yaşayış evinə dair Texniki Inventarlaşdırma Bürosu tərəfindən X1 adına ## ###### 1989-cu il tarixli, 21 inventar nömrəli “Dövlət, ictimai mənzil fondunun, mənzil-tikinti kooperativləri fondunun yaşayış evinə dair” texniki pasportu tərtib edilmiş, texniki pasportda yaşayış evinin dövlət mənzil fonduna aid olduğu və Abşeron Təmir Istehsal-Istehsalat Birliyinin balansında olduğu qeyd edilmişdir.
3. AZ-İ seriyalı, ****** nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X1 ##.##.2013-cü il tarixdə vəfat etmişdir.
4. Abşeron rayonu * saylı notariat ofisinin xüsusi notariusu tərəfindən DƏDRX-nin * saylı Abşeron Ərazi Idarəsinə ünvanlanmış ## #### 2023-cü il tarixli, **** nömrəli məktuba əsasən Vaqif Umayevdən miras qalmış daşınmaz əmlaklara dair İddiaçı müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənədlər, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında vərəslərin dairəsi müəyyən edilmiş və *V-** nömrəli vərəsəlik işi açılmışdır.
5. Iddiaçı İddiaçı Abşeron rayonu, Görədil kəndində yerləşən mərhum atası Vaqif Umayevə məxsus fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması tələbinə dair ərizə ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 * saylı Abşeron Ərazi Idarəsinə müraciət etmişdir.
6. Inzibati orqan ##.##.2023-cü il tarixli, *-**-*-**/*-*-*** nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək bildirmişdir ki, torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin, qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin dairəsini müəyyənləşdirən notariat vərəsəlik məktubu hazırkı ərizəyə əlavə olunmadığı müəyyən edilmişdir. Bundan başqa, texniki baxış keçirilən zaman müraciət üzrə əlavə edilmiş 21 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin daxilində rekonstruksiya işlərinin aparıldığı müəyyən edilmişdir.
7. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 * saylı Abşeron Ərazi Idarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 2 otaqdan ibarət mənzilə dair hüququn mərhum X1 məxsus olması haqqında arayışın verilməsini xahiş etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat
8. Iddiaçı tələbini hazırkı qərarın 1-4-cü bəndində qeyd olunanlarla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, iddia olunan fərdi yaşayış evində iddiaçı 1983-cü ildən qeydiyyatda olaraq ailəsi ilə birlikdə yaşayır. Atası ##.##.2013-cü ildə vəfat etdikdən sonra sözügedən fərdi yaşayış evi atasından miras olaraq ona qalmışdır. 1993-cü ildən etibarən Azərbaycan Respublikasında dövlət (ictimai) mənzil fondunun özəlləşdirilməsi haqqında Qanunun qəbul edilməsi ilə sovet dövründən müxtəlif formada vətəndaşların şəxsi mülkiyyətinə verilmiş mənzillərin əlavə ödəniş tələb etmədən əvəzsiz olaraq özəlləşdirilməsinə başlanılsa da, mərhum atası X1 hüquqi savadı olmamasına görə mənzil bugünə kimi özəlləşdirilməmiş olaraq qalmışdır. Sözügedən mənzil 1980-ci ildən 2013-cü ilədək - 33 (otuz üç) il kimi böyük bir müddət ərzində X1 faktiki olaraq mülkiyyətində olmuş, onu öz mülkiyyəti kimi hər hansı maneə olmadan fasiləsiz olaraq istifadə və idarə etmiş, ömrünün sonunadək həmin mənzildə daimi qeydiyyatda olmuş, həmin mənzildə vəfat etmiş və əmlakı öz vərəsəsinə ötürmüşdür. Bundan sonra 2000-ci ildə yeni qəbul edilən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və 2004-cü ildə qəbul edilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə görə AR Mənzil Məcəlləsi qüvvəyə minənədək - yəni ##.##.2009-cu il tarixinədək dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi həmin mənzil üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilmişdir. Sovet dövründən qalma mənzillərin özəlləşdirilməsi, həmçinin, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, qeyd olunan mənzilin mərhum atasının adına özəlləşdirilməsini və həmin mənzil üzərində ona məxsus olmuş hüquqların dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ vardır. Cavabdeh ərizə üzrə icraat zamanı tələb olunan əlavə sənədlər barədə ərizəçiyə məlumat verməmiş və çatışmazlıqların aradan qaldırılması üçün müddət təyin etməmişdir. Xüsusi olaraq, qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edərkən cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində qeyd olunan hüquqi əsaslardan konkret hansına uyğun olaraq imtina cavabı verdiyini göstərməmişdir.
9. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Görədil kəndində yerləşən fərdi yaşayış evinə dair tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin Idarəyə təqdim edilmədiyi, sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmadığı, İddiaçı ## ### 2023-cü il və ## ###### 2023-cü il tarixli müraciətlərinin Abşeron rayonu, Görədil kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ünvanlandığı, lakin iddia ərizəsində ünvan 1 ünvanında yerləşən, 2 otaqdan ibarət mənzilin mərhum X1 adına qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbi qoyulduğu aşkarlanmışdır.
10. Sumqayıt Inzibati Məhkəməsi tərəfindən “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh cavabdeh2n * saylı Abşeron Ərazi Idarəsi prosessual hüquqi varisi kimi publik hüquqi şəxsin özü ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Aynur Axundova).
12. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı tələbinin əsası kimi hüquqmüəyyənedici sənəd qismində fevral 1989-cu il tarixli, 21 inventar nömrəli texniki pasporta əsaslanır. Iş materiallarına həmin texniki pasportun surəti əlavə edilmiş, məhkəmə araşdırması zamanı texniki sənədin əslinin iddiaçıda olmadığı müəyyən olunmuşdur. Həmçinin, məhkəmə tərəfindən müvafiq sorğular verilmiş və fevral 1989-cu il tarixli 21 inventar nömrəli texniki pasportunun arxiv əsasları cavabdeh2n * saylı Abşeron Ərazi Idarəsində aşkar edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edilmiş fevral 1989-cu il tarixli 21 inventar nömrəli texniki pasportu məhkəmə mötəbər sənəd kimi qəbul etmir. Göründüyü kimi, iddiaçı mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən mötəbər hüquqmüəyyənedici sənədə malik deyil. Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur.
13. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri
14. Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işə baxan məhkəmə iddiaçının təqdim etdiyi texniki pasportla bağlı Milli Arxiv idarəsinə və digər aidiyyəti orqanlara sorğular vermədən həmin sənədin mötəbər sənəd olmadığı qənaətinə gələrək iddianı rədd etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinin tələbləri baxımından ya qeydiyyat vəsiqəsi, ya da order, sərəncam, mənzil kirayə müqaviləsi təqdim edilməlidir. Lakin qeyd edilən sənədlərin heç biri mövcud deyil, təqdim edilməmişdir. Bu baxımdan, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ:
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...
18. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (* №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (* №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirir. Vətəndaş saxta sənədlər təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir.
19. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evlərinə dair aşağıdakı sənədlər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur: 2.4. texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). ...
20. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi. 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI
21. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Buna görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
22. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
23. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Bununla belə, məhkəmə kollegiyası həmin nəticənin əsaslandırılmasını aşağıdakı hüquqi mövqelərlə dəqiqləşdirməyi zəruri hesab edir.
24. Hazırkı mübahisənin predmetini ünvan 1 ünvanında yerləşən 2 otaqdan ibarət yaşayış sahəsinə dair hüququn mərhum X1 məxsus olması haqqında arayışın verilməsindən cavabdehin imtinası təşkil edir.
25. Iddiaçı tələbini əsasən mərhum atasının adına tərtib edilmiş sənədlərə və mənzilin uzun illər ərzində ailənin faktiki istifadəsində olmasına istinadla əsaslandırır. Belə ki, iddiaçı yaşayış evinə dair Texniki Inventarlaşdırma Bürosu tərəfindən ## ###### 1989-cu il tarixdə mərhum atasının adına tərtib edilmiş 21 inventar nömrəli texniki pasporta, habelə yaşayış sahəsinin atasına ayrılması və onun sağlığında həmin mənzildə yaşaması hallarına əsaslanaraq, həmin mənzilə dair hüququn mərhum X1 məxsus olması barədə arayış verilməli olduğunu bildirir.
26. Bu baxımdan, mübahisənin hüquqi həlli ilk növbədə iddiaçının istinad etdiyi sənədlərin, xüsusilə texniki pasportun və yaşayış sahəsinin ayrılması barədə arayışın mənzil üzərində mülkiyyət hüququnun yaranmasını təsdiq edən hüquqmüəyyənedici sənəd olub-olmamasının qiymətləndirilməsini tələb edir.
27. Birinci instansiya məhkəməsi təqdim olunmuş texniki pasportun əslinin təqdim edilmədiyini, həmin sənədin arxiv əsaslarının cavabdeh publik hüquqi şəxsin arxivində aşkar edilmədiyini və onun hüquqmüəyyənedici sənəd xarakteri daşımadığını nəzərə alaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə düzgündür. Bununla yanaşı, hazırkı işdə həlledici məsələ təkcə texniki pasportun arxivdə aşkar edilib-edilməməsi deyil, həmin texniki pasportun məzmununa və hüquqi təyinatına görə iddia edilən hüququ təsdiq edib-etməməsidir.
28. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 2.4-cü bəndində 2001-ci il ######ın #-dək texniki inventarlaşdırma orqanları tərəfindən tərtib olunmuş texniki pasportların müəyyən hallarda hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi qəbul edilməsi nəzərdə tutulmuşdur. Lakin həmin norma bütün texniki pasportlara deyil, yaşayış və bağ evlərinə dair texniki pasportlara, həm də müvafiq tikilinin yerləşdiyi həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda tətbiq edilir.
29. Iddiaçının istinad etdiyi ## ###### 1989-cu il tarixli, 21 inventar nömrəli texniki pasport isə bu kateqoriyaya aid sənəd kimi qiymətləndirilə bilməz. Həmin sənədin adından və məzmunundan görünür ki, o, “Dövlət, ictimai mənzil fondunun, mənzil-tikinti kooperativləri fondunun yaşayış evinə dair” texniki pasportdur. Texniki pasportun özündə yaşayış sahəsinin dövlət mənzil fonduna aid olduğu və Abşeron Təmir Istehsal-Istehsalat Birliyinin balansında saxlanıldığı göstərilmişdir.
30. Eyni hal birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Abşeron Rayon Icra Hakimiyyəti Başçısının Görədil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ## #### 2025-ci il tarixli, ** nömrəli məktubu ilə də təsdiqlənir. Həmin məktubdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi vaxtilə X6 Idarəsinin balansında olmuşdur.
31. Beləliklə, təqdim edilmiş texniki pasport *** nömrəli Fərmanla təsdiq edilmiş Siyahının 2.4-cü bəndində nəzərdə tutulan, yaşayış və ya bağ evi üzərində hüququn əldə edilməsini təsdiq edən texniki pasport deyil. O, mübahisəli yaşayış sahəsinin texniki inventarlaşdırma uçotunda müəyyən göstəricilərlə əks olunduğunu və həmin sahənin dövlət mənzil fonduna aid olduğunu göstərir. Bu sənəd mərhum Vaqif Umayevin mənzil üzərində xüsusi mülkiyyət hüququnun yarandığını təsdiq edən hüquqmüəyyənedici sənəd hesab edilə bilməz.
32. Iddiaçının istinad etdiyi ## #### 1980-ci il tarixli, ** nömrəli arayış da eyni nəticəni dəyişmir. Həmin arayışdan yalnız Azərbaycan SSR Meliorasiya və Su təsərrüfatı Nazirliyinin Abşeron rayonu Mexaniki Suvarma Idarəsində sürücü vəzifəsində işləyən X4 rayonunda yerləşən 2 otaqlı yaşayış sahəsinin ayrıldığı və həmin mənzildə onun ailəsinin yaşadığı müəyyən olunur. Bu arayış yaşayış sahəsinin faktiki istifadəyə verilməsi halını təsdiq edə bilər, lakin mülkiyyət hüququnun yaranmasını və ya dövlət qeydiyyatına alınmasını təsdiq edən hüquqmüəyyənedici sənəd kimi çıxış edə bilməz.
33. Yaşayış sahəsinin uzun illər ərzində iddiaçının ailəsinin faktiki istifadəsində olması da özlüyündə mənzil üzərində xüsusi mülkiyyət hüququnun yaranmasına səbəb olmur. Dövlət və ya ictimai mənzil fonduna aid yaşayış sahəsinin istifadəyə verilməsi şəxsdə ilk növbədə həmin yaşayış sahəsindən istifadə hüququ yaradır. Belə yaşayış sahəsi üzərində xüsusi mülkiyyət hüququ isə yalnız qanunla müəyyən edilmiş özəlləşdirmə prosedurunun həyata keçirilməsi nəticəsində yarana bilər.
34. Bu səbəbdən, texniki pasport və 1980-ci il tarixli arayış əsasında mərhum Vaqif Umayevin mübahisəli mənzil üzərində mülkiyyət hüququnun mövcudluğu barədə arayış verilməsi üçün hüquqi əsas yoxdur.
35. Iş materiallarından mübahisəli yaşayış sahəsinin dövlət və ya ictimai mənzil fonduna aid olduğu göründüyündən, məhkəmə kollegiyası bu kateqoriyadan olan yaşayış sahələri üzrə mülkiyyət hüququnun yaranması qaydasına da münasibət bildirməyi zəruri hesab edir.
36. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxslərin yaşadıqları mənzilləri bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 8-ci maddəsi mənzilin özəlləşdirilməsi üçün müraciət edən şəxsin təqdim etməli olduğu sənədləri, o cümlədən mənzil sahəsinin orderini, mənzil kirayə müqaviləsini və ya yaşayış sahəsinin verilməsinə dair sərəncamı nəzərdə tutur. Qanunun 9-cu maddəsinə əsasən isə müvafiq icra hakimiyyəti orqanı yalnız belə müraciət daxil olduqdan sonra mənzilin vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir və hüququ çıxarışla rəsmiləşdirir.
37. Bu normaların məzmunundan görünür ki, dövlət və ya ictimai mənzil fonduna aid mənzil üzərində xüsusi mülkiyyət hüququ şəxsin həmin mənzildə yaşaması və ya adına texniki pasport tərtib edilməsi ilə deyil, qanunla nəzərdə tutulmuş sənədlərlə birlikdə özəlləşdirmə üçün müraciət etməsi və həmin prosedurun yekunlaşması nəticəsində yaranır.
38. Hazırkı işdə isə Vaqif Umayevin sağlığında mübahisəli mənzilin özəlləşdirilməsi üçün qanunda nəzərdə tutulmuş sənədlərlə müraciət etdiyi, belə müraciətin qəbul edildiyi və ya mənzil üzərində mülkiyyət hüququnun onun adına dövlət qeydiyyatına alındığı iş materialları ilə təsdiq olunmur. Əgər şəxs sağlığında özəlləşdirmə üçün tələb olunan sənədləri təqdim etmiş və inzibati orqan həmin müraciət üzrə qərar qəbul etməmiş olsaydı, məsələ başqa hüquqi müstəvidə qiymətləndirilə bilərdi. Lakin hazırkı işdə belə faktiki hal müəyyən edilməmişdir.
39. Odur ki, mərhum Vaqif Umayevin sağlığında özəlləşdirmə prosedurunu başlatmadan və həmin prosedur nəticəsində mülkiyyət hüququ əldə etmədən vəfat etməsi şəraitində, mübahisəli mənzil üzərində mülkiyyət hüququnun ona məxsus olmuş hüquq kimi tanınması və bu barədə arayış verilməsi mümkün deyildir.
40. Eyni zamanda, bu nəticə iddiaçının və ya həmin yaşayış sahəsinə hüququ olan digər ailə üzvlərinin qanunla nəzərdə tutulmuş qaydada öz adlarından özəlləşdirmə məsələsi ilə bağlı müraciət etmək imkanını istisna etmir. Əgər iddiaçı mənzilə hüququ olan ailə üzvü kimi order, mənzil kirayə müqaviləsi, yaşayış sahəsinin verilməsinə dair sərəncam və ya onların arxiv arayışını, habelə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş digər sənədləri əldə edərsə, o, mübahisəli yaşayış sahəsinin öz adına özəlləşdirilməsi barədə ayrıca inzibati müraciət edə bilər.
41. Lakin, hazırkı işdə iddiaçı nə mərhum atasının adına mülkiyyət hüququnun yaranmasını təsdiq edən sənəd, nə də öz adına özəlləşdirmə prosedurunun aparılması üçün zəruri olan order, mənzil kirayə müqaviləsi və ya yaşayış sahəsinin verilməsinə dair sərəncam təqdim etmişdir. Buna görə də hazırkı iddia tələbi çərçivəsində cavabdeh inzibati orqanın üzərinə mərhum Vaqif Umayevə mənzil üzərində hüququn məxsus olması barədə arayış vermək öhdəliyinin qoyulması mümkün deyildir.
42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsi də bu nəticəni təsdiq edir. Həmin normada Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutulmuşdur. Hazırkı işdə bu sənədlərdən heç biri təqdim olunmamışdır.
43. Beləliklə, hazırkı mübahisə üzrə iki müstəqil əsas iddia tələbinin təmin edilməsini istisna edir: birincisi, iddiaçının istinad etdiyi texniki pasport *** nömrəli Fərmanla təsdiq edilmiş Siyahının 2.4-cü bəndində nəzərdə tutulan hüquqmüəyyənedici texniki pasport deyil; ikincisi, dövlət və ya ictimai mənzil fonduna aid yaşayış sahəsinin özəlləşdirilməsi üçün qanunla tələb olunan order, mənzil kirayə müqaviləsi və ya sərəncam kimi hüquqmüəyyənedici sənədlər iş materiallarında mövcud deyildir.
44. Apellyasiya şikayətində irəli sürülən, məhkəmənin Milli Arxiv Idarəsinə və digər aidiyyəti qurumlara sorğu verməməsi barədə dəlil də qərarın ləğvi üçün əsas yaratmır. Belə sorğular nəticəsində texniki pasportun surəti və ya arxiv nüsxəsi əldə edilsə belə, bu hal özlüyündə iddiaçının tələbini əsaslandırmır. Çünki, mübahisənin həllində həlledici məsələ texniki pasportun mövcudluğu deyil, həmin sənədin hüquqmüəyyənedici xarakter daşıyıbdaşımaması və dövlət mənzil fondu üzrə mülkiyyət hüququnun qanunda nəzərdə tutulmuş qaydada yaranıb-yaranmamasıdır.
45. Bununla yanaşı, əgər iddiaçı gələcəkdə orderin, mənzil kirayə müqaviləsinin və ya yaşayış sahəsinin verilməsinə dair sərəncamın mövcudluğunu təsdiq edən arxiv arayışını əldə edərsə, bu hal onun öz adına özəlləşdirmə ilə bağlı ayrıca inzibati müraciət etməsinə mane olmur. Hazırkı məhkəmə araşdırmasının predmeti isə yalnız mərhum Vaqif Umayevə məxsus hüquq barədə arayışın verilməsi tələbi olduğundan, məhkəmə həmin tələbin hədləri daxilində qiymətləndirmə aparır.
46. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi, öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə iddiaçı cavabdehin üzərinə tələb etdiyi arayışı vermək öhdəliyinin qoyulmasını zəruri edən hüquqi və faktiki əsasları sübut edə bilməmişdir.
47. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, cavabdehin imtinası qanuna zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır.
48. Beləliklə, işin sadalanan hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.