Məhkəmə qərarları › İş №2-1(3-8)-593/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-593/2026

30.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-593/2026 30.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı (Açar sözlər: mülkiyyət hüququnun qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Xaçmaz rayonu Ağaşirinoba bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarından görünür ki, Ağaşirinoba bələdiyyəsinin prespektiv inkişaf üçün saxlanılan torpaqlardan X1 fərdi mənzil tikintisi üçün 0,10 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Xaçmaz rayon Palçıqoba bələdiyyəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli arayışdan görünür ki, fərdi yaşayış evinin tikintisi məqsədilə Ağaşirinoba bələdiyyəsinin ##.##.2006cı il il tarixli, ** saylı qərarı ilə X1 mülkiyyətinə aldığı 0,10 ha torpaq sahəsinin qərarı qüvvədədir. Həmin torpaq sahəsinə çıxarışın alınmasına etiraz etmir. Xaçmaz rayon Palçıqoba bələdiyyəsinon Ağaşirinoba kəndinin baş planından çıxarışdan görünür ki, X1 məxsus 0,10 ha torpaq sahəsinə dair tərtib edilmişdir. ** nömrəli, ## ######## 2006-cı il tarixli qəbzdən görünür ki, X2 rayonu Ağaşirinoba bələdiyyəsinin hesabına 300 manat torpağın dəyəri ödənilmişdir. ##.##.2006-cı il tarixli, **** nömrəli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Abşeron rayonu Ağaşirinoba bələdiyyəsi ərazisindən 0,10 ha torpaq sahəsi X2. Azərbaycan Respublikası Dövlət Torpaq və X11 rayon şöbəsi tərəfindən verilmiş ##.##.2006-cı il tarixli, ** nömrəli rəydən görünür ki, fərdi mənzil tikintisi məqsədi ilə satılması nəzərdə tutulan torpaq sahəsi Ağaşirinoba bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulmuş torpaq sahəsi Ağaşirinoba bələdiyyəsinin perspektiv inkişaf üçün saxlanılan torpaqlarına aid olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. ##.##.2006-cı il tarixli, AN-İ№******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 rayonu Ağaşirinoba kəndi ərazisində yerləşən 1000 kv.m torpaq sahəsi və üzərində olan yarımçıq tikilini İddiaçı satmışdır. Torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, Xaçmaz rayon Ağaşirinoba bələdiyyəsinin ##.##.2006-ci il tarixli, ** saylı qərarı ilə iddiaçı İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin Kateqoriyası torpaqların elektron kadastrı uçotu informasiya (TEKUIS) sistemində kənd təsərrüfatı təyinatlı torpaqlarına aiddir. Kommunikasiya xətləri keçmir. Hər hansı bir fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Iddiaçıya məxsus 0,10 ha torpaq sahəsinin ətrafında (qonşuluğunda) olan torpaq sahələrinə ##.##.2023-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq çıxarışlar verilmişdir. Cavabdeh iddiaçıya ünvanladığı imtina məktububdan görünür ki, ərizədə qeyd olunan 0.10 ha torpaq sahəsini X1 Xaçmaz rayon * saylı dövlət notariat kontoru tərəfindən təsdiqlənmiş ##.##.2006-cı il tarixli 4Ə/12-**** reyesr nömrəli yarımçıq tikilinin alqı-satqı müqaviləsi əsasında əldə edilmiş, F.D.Isbatov 0.10 ha torpaq sahəsini Xaçmaz rayon Ağaşirinoba bələdiyyəsinin ##.##.2006cı il tarixli ** saylı qərarı əsasında əldə elmiş və mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata alınmadan sizə satmış, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olunmuş fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsi * saylı Xaçmaz Ərazi Idarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid olmaması, həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Xaçmaz rayonu Ağaşirinoba bələdiyyəsinin ## ######## 2006-cı il tarixli ** saylı protokolunun surətini məhkəməyə göndərilmişdr. Qeyd edilir ki, adı göstərilən vətəndaşa məxsus torpaq sahəsinə aid toıpaqayırma sənədləri aşkarlanmadı. Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Xaçmaz rayonu Ağaşirinoba bələdiyyəsinin ## ######## 2006-cı il tarixli ** saylı protokolunda iddiaçıya torpaq sahəsinin ayrılması barədə (həmçinin digər torpaqayırma sənədləri) aşkarlanmadı. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayonu, Ağaşirinoba kəndi ərazisində yerləşən yarımtikili fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Ağaşirinoba kəndi ərazisində yerləşən yarımtikili fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsini 2006-cı ildə alqı-satqı yolu ilə X2 6,000 manata almış, alandan sonra həmin fərdi yaşayış evini öz vəsaiti hesabına tikib tamamlamış və bu günə kimi onun istifadəsindədir. Həmin torpaq sahəsi və yarımtikili fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi barədə cavabdeh təşkilata müraciət etmişdir, lakin 3-21-3-34/2- N-****- */**** saylı, ##.##.2024-cü il tarixli məktubla imtina cavabı verilmişdir. Imtina məktubunda göstərilmişdir ki, 0,10 ha torpaq sahəsini F.D.Isbatovdan Xaçmaz rayon * saylı dövlət notariat kontoru tərəfindən təsdiqlənmiş ##.##.2006-cı il tarixli, 40/12-**** reyestr nömrəli yarımçıq tikilinin alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. F.D.Isbatov 0,10 ha torpaq sahəsini Xaçmaz rayon Ağaşirinoba bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarı əsasında əldə etmiş və mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata aldırmadan satmışdır. Imtina əsassızdır, ona görə də, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu Ağaşirinoba bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarına əsasən, Ağaşirinoba bələdiyyəsinin prespektiv inkişaf üçün saxlanılan torpaqlardan X2 fərdi mənzil tikintisi üçün 0,10 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. X1 ##.##.2026-cı il tarixli, AN-İ№******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Xaçmaz rayonu Ağaşirinoba kəndi ərazisində yerləşən 1000 kv.m torpaq sahəsi və üzərində olan yarımçıq tikilini İddiaçı satmışdır. Beləliklə, müəyyən edilmişdir ki, onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Iddiaçının sahibliyində olduğunu iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. X1 rayonu Ağaşirinoba bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarına əsasən, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarış əldə etdikdən sonra alqı-satqı müqaviləsinə əsasən, iddiaçı İddiaçı sata bilərdi.Inşası iddiaçı tərəfindən tamamlanmış tikiliyə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin müvafiq olaraq 8.0.9.1.1-ci, 8.0.9.1.2-ci və ya 8.0.10.2-ci maddələrində qeyd olunan sənədlərin olması tələb olunur. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsini qanuni olaraq, notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin torpaq sahəsindən 20 ildir fasiləsiz və etirazsız istifadə edir. Bu səbəbdən məhkəmə qərarını qanunsuz və əsassız hesab edir. Məhkəmənin qərarı işin faktiki hallarına uyğun deyil. Göründüyü kimi məhkəmə qərarı inzibati və mülki prosessual normalarının tələblərinin pozulması ilə qəbul edilmiş, bu səbəbdən məhkəmə tərəflər arasında yaranmış mübahisəyə maddi hüquq normalarım düzgün tətbiq etməmiş, iddia təmin etməli olduğu halda qanunsuz və əsassız olaraq təmin etməmişdir. Göründüyü kimi məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməmiş, nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 4- cü bəndini pozmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... Maddə 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;.... 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;... Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “ HYPERLINK "http://e-qanun.az/framework/107" \o "Azərbaycan Respublikasının 1999-cu il 26 noyabr tarixli 762-IQ nömrəli Qanunu" \t "_blank" Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;.....8.0.9. Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46958" \t "_blank" \o "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi" Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair:8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, HYPERLINK "https://e-qanun.az/framework/5474" \t "_blank" \o "yerli icra hakimiyyəti orqanları" müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;.... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqununun dövlət qeydiyyatına alınmasına nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata alınmadan satılması, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olunmuş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi elektron məlumat bazasında olan xəritəyə əsasən, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid olmaması, həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olması halına istinad edərək, imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş hallar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçı sözügedən torpaq sahəsini və orada yerləşən yarımçıq tikilini ##.##.2006-cı il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etmiş, həmin müqavilənin predmeti qismində ##.##.2006-cı il tarixli,** saylı bələdiyyə qərarına əsasən X1 məxsus olan 1000 kv.m. torpaq sahəsi və onun üzərində yerləşən yarımçıq tikili təşkil etmişdir. Işin müəyyən edimiş hallarından görünür ki, alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsi müvafiq bələdiyyə qərarı əsasında X1 adına ayrılmış, lakin satıcı qismində çıxış edən həmin şəxs öz adına mülkiyyət hüququnu dövlət qeydiyyatına alındırmadan, iddiaçı ilə alqı-satqı müqaviləsi bağlamışdır. Nəticə etibarilə sözügedən torpaq sahəsinin üzərində satıcının adına mülkiyyət hüququ qeydiyyata alınmadan iddiaçıya satılması işin mübahisəsiz halı kimi çıxış etmişdir. Kollegiya sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranıbyaranmaması ilə bağlı qeyd edir ki, indiki halda iddiaçı tələbin əsası kimi məhz notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında əmlak üzərində hüququnun yaranması halına istinad etdiyindən, iddianın əsaslılığı baxımından əqdin etibarlı əqd kimi çıxış edib-etməməsi ilə bağlı dəyərləndirmə aparılması zəruridir. Bununla bağlı kollegiya qeyd edir ki, yuxarıda istinad edilən mülki qanunvericilik normasının tələbinə əsasən əmlak üzərində sahiblik və istifadə hüququ notarial qaydada əqdin bağlandığı andan yarandığı halda, əmlak üzərində sərəncam verilməsi hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Göründüyü kimi qanunvericilikdə şəxs tərəfindən əmlakın özgəninkiləşdirilməsinə yönələn hərəkətlərin edilməsi və ya digər formada sərəncam verilməsi üçün həmin əmlakın notarial qaydada təsdiq edilmiş müqavilə əsasında əldə edilməsi kifayət deyildir. Həmin səlahiyyətə malik olmaq üçün şəxs müqavilə əsasında əldə etdiyi əmalk üzərində öz adına hüququ dövlət qeydiyyatına aldırmalı, yalnız bundan sonra həmin əmlakın özgəninkiləşdirilməsi ilə bağlı davranış imkanına malik olmuş olur. Bu qaydada həmin imkana malik olma əsası qanunvericilikdə imperativ norma kimi müəyyən edilmiş, ona dair istisna norma müəyyən edilməmişdir. Başqa sözlə desək, şəxs ona aid olan əmlakı yalnız o halda, başqa şəxsə sata bilərdi ki, özünün həmin əmlak üzərində hüququ dövlət qeydiyyatına alınmış olsun, bu cür qeydiyyat olmadan şəxsin əmlakın başqa şəxsə satması ilə bağlı hərəkətləri məhz Mülki Məcəllənin 146.2-ci maddəsinin dispozitiv şərtinə zidd olmaqla, qanunauyğun deyildir. Nəticə etibarilə şəxs əmlak üzərində öz adına hüququ qeydiyyata aldırmadan, əmlakın özgəninkiləşdirilməsinə dair əqd bağlamış olarsa, bu hal həmin əqdin etibarlılığına təsir edən hal kimi çıxış edəcəkdir. Bununla bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 337.1-ci maddəsinin dispozitiv şərtinə əsasən Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, 337.4cü maddənin dispozitiv şərtinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Indiki halda şəxsin əmlak üzərində özgəninkiləşdirilməsinə yönələn əqd bağlamaq hüququnun olması məhz həmin əmlaka dair öz adına hüququnun dövlət qeydiyyatına alınmasından sonra malik olması halı imperativ norma şəklində müyyən edildiyindən (MM-nin 146.2-ci maddəsi), həmin tələbə riayət edilmədən əqd bağlanılması mahiyyət etibarilə Mülki Məcəllə ilə müəyyən edilmiş şərtin pozulması deməkdir, bu hal isə əqdin etibarsız əqd kimi dəyərləndirilməsinə əsas verir (MM-nin 337ci maddəsi) Bu baxımından kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları (satıcının əmlak üzərində hüququ qeydiyyata aldırmadan, alqı-satqı müqaviləsi bağlaması) özlüyündə əqdin qanunla müəyyən edilmiş şərtləri pozmaqla, bağlanması kimi dəyərləndirilməsinə əsas verdiyindən, bu hal isə onun etibarlılğına birbaşa təsir etdiyindən, həmin əqd əmlak üzəridnə mülkiyyət hüquqununun yaranması üçün əsas qismində çıxış etməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi əqd əsasında sözügedən torpaq sahəsi üzərində onun adına mülkiyyət hüququ yaranmadığından, iddiaçı həmin əqdə istinad etməklə, hazırki iddia tələbini irəli sürməkdə haqlı olmamış, cavabdehin imtina ilə bağlı hərəkətləri qanunauyğun olmuşdur. Bundan əlavə, kollegiya fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun yaranıbyaranmaması ilə bağlı hissədə digər əsaslar üzrə də dəyərləndirmə apararaq, onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən fərdi yaşayış evi üzərində hüququn yaranması və bu hüququn qeydiyyata alınması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı mövcud olmalıdır. Indiki halda iddiaçının fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüququnu təsdiq edən sənəd, razılaşdırılmış layihə və ya istismara qəbul aktı mövcud olmadığından, habelə qanunla müəyyən edilmiş digər əsaslar (## ###### 2015-ci il tarixli *** nömrəli müvafiq Fərmanın tələbləri) da aşkar edilmədiyindən, həmin hissədə də iddianın əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır.Bu baxımından kollegiya hesab edir ki, iddia tələbi fərdi yaşayış evinə aid hissədə də əsassız olmuşdur. Bu baxımından, kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi sənəd iddianın əsaslılığının müəyyən edilməsinə imkan vermədiyindən, habelə məhkəmə araşdırması zamanı iddia tələbində qeyd edilmiş evə dair mülkiyyət hüququnun yaranması üçün qanunla müəyyən edilmiş digər əsasların mövcudluğu aşkar edilmədiyindən, iddia tələbi əsassız olmuşdur. Bundan əlavə kollegiya iddiaçının şikayətinin dəlili kimi istinad etdiyi arqumenti ilə bağlı qeyd edir ki, iddiaçı 20 ildir fasiləsiz olaraq, həmin əmlaka sahiblik etdiyini, istifadə etdiyini bildirmişdir. Bununla bağlı, kollegiya qeyd edir ki, iddiaçının sözügedən əqd əsasında həmin əmlak sahiblik və istifadə etməsi halı qanunla yolverilən olduğundan (sahiblik və istifadə hüququnun əqd əsasında yaranması mümkün olduğundan), habelə bu hal qanunun normasında əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas qismində çıxış edən hal kimi müəyyən edilmədiyindən, iddiaçı həmin hala istinad etməkdə haqlı olmamışdır. Həmçinin, kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halalrı əsasında hazırki dəyərləndirmə mərhələsində iddianın əsaslılığı müəyyən edilmədiyindən, prosessual qənaət prinsipinin tələblərinə əsasən cavabdehin digər imtina əsasları üzrə (evin yerləşdiyi torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı örüş torpaqları olmasına aid hissədə) əlavə araşdırma aparılması zərurəti mövcud olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları iddianın əsaslılığını və şikayətin dəlillərini təkzib etdiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar