Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-596/2026 31.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarış, plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: Qusar rayonu Əniğ bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** nömrəli qərarı ilə Qusar rayonu Əniğ bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına aid az yararlı torpaq sahəsindən alqı-satqı qaydasında İddiaçı sahibkarlıq məqsədi üçün 0,50 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyindən görünür ki, İddiaçı sahibkarlıq məqsədi ilə satılması nəzərdə tutulan 0,50 ha torpaq sahəsi Əniğ bələdiyyəsinin mülkiyyətindədir və İddiaçı satılması qanuna müvafiqdir. ##.##.2006-cı il tarixli ** nömrəli qəbzdən görünür ki, İddiaçı Əniğ bələdiyyəsinin hesabına 280 manat pul köçürmüşdür. ##.##.2006-cı il tarixdə Əniğ bələdiyyəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin nümayəndələri, torpaqalan İddiaçı iştirakları ilə 0,5 ha torpaq sahəsinə dair tərtib edilmiş **** nömrəli torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Əniğ bələdiyyəsinin yerquruluşu xəritəsindən layihəsindən İddiaçı sahibkarlıq məqsədi üçün satılması nəzərdə tutulmuş 0,5 ha torpaq sahəsinə dair çıxarış (miqyas 1:10.000). Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Xaçmaz Ərazi Idarəsinin ## ### 2024-cü il tarixli, *-**-*-**/*-G-****- */**** nömrəli məktubundan görünür ki, ərizəyə əlavə olunmuş sənədlərin əsilləri və eyni zamanda Qusar rayonu Əniğ bələdiyyəsi tərəfindən sahibkarlıq məqsədi üçün ayrılması nəzərdə tutulan 0,50 ha torpaq sahəsinə dair torpaq sahəsinin yerləşdiyi ərazinin 1:2000 miqyasda təsdiqlənmiş yerquruluşu sxemi və Qusar rayonu Əniğ bələdiyyəsinin ## ### 2006-cı il tarixli, ** saylı qərarının qüvvədə olması barədə arayış təqdim olunacağı təqdirdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır. Qusar Rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli *-**-**RA/*-***-**/**** nömrəli arxiv çıxarışından görünür ki, Qusar rayonu Əniğ bələdiyyəsinin heç bir il üçün sənədləri Qusar rayon dövlət arxivinə təhvil verilməmişdir. Ona görə də Əniğ bələdiyyəsinin ## ### 2006-cı il tarixli ** nömrəli qərarının və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətlərinin göndərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Xaçmaz Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli məktubundan görünür ki, 0,50 ha torpaq sahəsi naturada hasara alınmayaraq, şərti sərhədlərlə ayrılmışdır, hal-hazırda ümumi istifadədə yerləşir, üzərində tikililər inşa olunmamışdır, torpaq sahəsinin faktiki koordinatlarını TEKUIS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə məlum olmuşdur ki, 0,0147 ha hissəsi - “Sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqları”na aid “xüsusi mülkiyyəti” kimi, uqodiyası “tikinti altında olan torpaqlar”ına aid olmaqla, “X2”nun adına uçota alınmışdır və aqrar islahat uqodiyası “təmiz örüşdür”, 0,2351 ha hissəsi - “kənd təsərrüfatı təyinatlı torpaqları”na aid “bələdiyyə mülkiyyəti” kimi, uqodiyası “kollu örüş” olmaqla uçota alınmışdır və aqrar islahat uqodiyası da “təmiz örüşdür”, 0,1215 ha hissəsi - “kənd təsərrüfatı təyinatlı torpaqları”na aid “bələdiyyə mülkiyyəti” kimi, uqodiyası “biçənək” olmaqla uçota alınmışdır və aqrar islahat uqodiyası da “biçənək”dir, 0,0169 ha hissəsi - “kənd təsərrüfatı təyinatlı torpaqları”na aid “bələdiyyə mülkiyyəti” kimi, uqodiyası “yollar və küçələr” olmaqla uçota alınmışdır və aqrar islahat uqodiyası da “yollar və küçələr”dir, 0,1118 ha hissəsi - “kənd təsərrüfatı təyinatlı torpaqları”na aid “bələdiyyə mülkiyyəti” kimi, uqodiyası “biçənək” olmaqla uçota alınmışdır və aqrar islahat uqodiyası da “biçənək”dir. Qeyd edilmişdir ki, torpaq sahəsinin üzərindən 10 kV-luq izolyasiyasız hava elektrik verilişi xətti keçir və torpaq sahəsinin 0,10 ha hissəsi həmin xəttin qoruma zolağına düşür. Qusar rayon Urva bələdiyyəsinin ##.##.2025-ci il tarixli *** nömrəli məktubundan görünür ki, Köhnə Əniq bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** nömrəli qərarı ilə vətəndaş İddiaçı verilmiş 0,5 ha torpaq sahəsi barədə bələdiyyədə hər hansı bir məlumat yoxdur. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarış, plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Qusar rayonu Əniğ bələdiyyəsinin ##.##.2006-cı il tarixli * saylı qərarı ilə Əniğ bələdiyyəsinin hüdudları daxilində 0,50 ha sahəsi olan torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi işin hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, torpaq sahəsi ayrıldığı vaxtdan naturadan ayrılaraq sərhədləri müəyyən edilmiş və iddiaçının istifadəsinə verilmişdir, həmin tarixdən də torpaq sahəsi 18 ildən çoxdur ki istifadəsindədir, təyinatı üzrə istifadə edilir, müvafiq vergilər ödənilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Xaçmaz Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh (bundan sonra - “cavabdeh”) ilə əvəz edilmişdir. Iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin (hakim Könül Həbibova) ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, ilə iddiaçıya ayrılmış və hazırda qüvvədə olan 0,05 ha torpaq sahəsinə dair Qusar rayonu Əniğ bələdiyyəsinin ## ### 2006-cı il tarixli ** nömrəli qərarı və digər sənədlər iddiaçıya Qusar Rayon Dövlət Arxivi tərəfindən təqdim edilsə də, məhkəmənin sorğusuna həmin arxivin verdiyi məlumata əsasən Əniğ bələdiyyəsinin heç bir il üçün sənədləri Qusar rayon dövlət arxivinə təhvil verilmədiyi müəyyən edilmişdir. Eyni zamanda, Əniq bələdiyyəsinin birləşdiyi Urva bələdiyyəsinin təqdim etdiyi məlumatdan müəyyən edilir ki, ## ### 2006-cı il tarixli ** nömrəli qərarı ilə iddiaçıya verilmiş 0,5 ha torpaq sahəsi barədə bələdiyyədə hər hansı bir məlumat mövcud deyildir. Bundan əlavə, cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən aşkar olunur ki, mübahisələndirilən torpaq sahəsinin - 0,0147 ha hissəsi - Sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarına aiddir, aqrar islahat uqodiyası təmiz örüşdür; - 0,2351 ha hissəsi - kənd təsərrüfatı təyinatlı torpaqlarına aid bələdiyyə mülkiyyətinə aiddir, uqodiyası kollu örüş, aqrar islahat uqodiyası da təmiz örüşdür; - 0,1215 ha hissəsi - kənd təsərrüfatı təyinatlı torpaqlarına, bələdiyyə mülkiyyətinə aiddir, uqodiyası və aqrar islahat uqodiyası biçənəkdir; - 0,0169 ha hissəsi - kənd təsərrüfatı təyinatlı torpaqlarına, bələdiyyə mülkiyyətinə aiddir, uqodiyası və aqrar islahat uqodiyası da yollar və küçələrdir; - 0,1118 ha hissəsi - “kənd təsərrüfatı təyinatlı torpaqları”na, “bələdiyyə mülkiyyəti”nə aiddir, uqodiyası və aqrar islahat uqodiyası biçənəkdir. Məhkəmə hesab edir ki, iddia edilən 0,50 ha torpaq sahəsinin hissə-hissə kənd təsərrüfatı, sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı, örüş, biçənək və ümumi istifadədə olan torpaq sahələrinə aid olduğu, həmçinin təqdim edilmiş ortofotodan da torpaq sahəsinin yaşayış, və ya sahibkarlıq üçün ayrılmış torpaq sahəsinin olmadığının aydın göründüyündən hazırkı iddia tələbi təmin edilməməlidir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi səthi araşdırma aparmaqla əsası olmayan qərar qəbul etməklə əsassız mövqe nümayiş etdirmiş və işə birtərəfli cavabdeh tərəfin mövqeyinin müdafiə edilməsi şəraitində baxılmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlərə münasibətdə bildirilir ki, torpaq sahəsi tam qanuni əsaslarla onun istifadəsinə ayrılmışdır, müvafiq sənədləşmə işləri aparılmışdır və hal-hazırda torpaq sahəsinin ayrılması barədə Bələdiyyənin arxivində sənədlərin olmaması, yəni bələdiyyə tərəfindən təhvil verilməməsi heç də qərarın qeyri-qanuniliyinə dəlalət etmir həmin sənədlərin arxivə təhil verilməsi səlahiyyəti vətəndaşa deyil, bələdiyyə orqanına aiddir və həmin orqan məsuliyyət daşıyır. Bələdiyyənin 2006-cı ilə dair torpaq sahələrinin ayrılmasına dair protokolda 17 nəfərlə birlikdə onun da adısoyadı vardır. Cavabdeh * saylı Xaçmaz Ərazi Idarəsinin # ######## 2025-ci il tarixli *-**-*-**/*- *****/**** nömrəli məktubunda 0,50 ha torpaq sahəsinin naturada hasara alınmayaraq, şərti sərhədlərlə ayrılması, hal-hazırda ümumi istifadədə yerləşməsi, 0,0147 ha hissəsinin “Sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqları”na aid “xüsusi mülkiyyəti” kimi, uqodiyası “tikinti altında olan torpaqlarına aid olmaqla, “X2”nun adına uçota alınması və aqrar islahat uqodiyasında “təmiz örüşdür”, 0,2351 ha hissəsinin “kənd təsərrüfatı təyinatlı torpaqları”na aid “bələdiyyə mülkiyyəti” kimi, uqodiyası “kollu örüş” olmaqla uçota alınması və aqrar islahat uqodiyasının da “təmiz örüş”, 0,1215 ha hissəsi - "kənd təsərrüfatı təyinatlı torpaqları"na aid "bələdiyyə mülkiyyəti" kimi, uqodiyasının "biçənək" olmaqla uçota alınmışdır və aqrar islahat uqodiyasının da "biçənək"dir, 0.0169 ha hissəsi "kənd təsərrüfatı təyinatlı torpaqları"na aid "bələdiyyə mülkiyyəti" kimi, uqodiyasının "yollar və küçələr olmaqla uçota alınması və aqrar islahat uqodiyasının da "yollar və küçələr, 0,1118 ha hissəsinin - "kənd təsərrüfatı təyinatlı torpaqları"na aid "bələdiyyə mülkiyyəti" kimi, uqodiyasının "biçənək" olmaqla uçota alınması və torpaq sahəsinin üzərindən 10 kV-luq izolyasiyasız hava elektrik verilişi xətti keçməsi və torpaq sahəsinin 0,10 ha hissəsinin həmin xəttin qoruma zolağına düşməsi göstərilmişdir. Hesab edir ki, * saylı Ərazi Idarəsinin bu məktubu həqiqəti və realllığı özündə əks etdirmir, kiçik ölçülü torpaq sahəsinin bir təyinatı üzrə müxtəlif uqodiyalara məxsusluğu şübhə doğurur. Qeyd olunmalıdır ki, Əniğ bələdiyyəsinin ##.##.2006-cı il tarixli qərarı ilə ona torpaq sahəsinin qeyd edilən ərazidə ayrılmasına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müsbət rəy verilmişdir və qeyd edilən torpaq sahəsi alqı-satqı predmeti olmuşdur. Əgər torpaq sahəsi yalnız uzun müddətli istifadə və icarəyə verilməsi nəzərdə tutulmuş olsaydı təbii ki, qeyd edilən dövlət orqanının müsbət rəy verməsi mümkünsüz olardı. Həmçinin ərazi idarəsinin sorğuya cavabında torpaq sahəsinin 0,0147 ha hissəsinin "Sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqları"na aid "xüsusi mülkiyyəti" kimi, uqodiyası "tikinti altında olan torpaqlarına aid olmaqla, "X2" nun adına uçota alınmasını göstərməklə qeyd edilən torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi mümkünlüyünü əks etdirmişdir (torpaq sahəsi tam olaraq onun istifadəsindədir və hər hansı şəxslə torpaq sahəsi ilə bağlı mübahisə mövcud olmamışdır). Lakin məhkəmə tərəfindən qeyd edilən amillər araşdırılmamışdır. Torpaq sahəsi ilə bağlı mütəxəssis rəyi bu işdə marağı olan təşkilatdan tələb edilməsi nə dərəcədə qanunidir? Məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi, torpaq sahəsinin və bitişik torpaq sahələrinin təyinatı, torpaq sahəsinə bitişik torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində hansı əsaslarla qeydiyyatdan keçibkeçməməsi barədə məlumatlar əldə edilməli idi. Qeyd edilir ki, torpaq sahəsinin müəyyən hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsi əsassızdır. Belə ki, həmin ərazidən keçən xəttin gərginlik üzrə hansı məsafədə yerləşməsi və gərginliyi göstərilməmişdir. Torpaq sahəsi heç bir mühafizə zolağına düşmür və ər hansı təhlükə yaranması halı mövcud deyildir. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli qərarının təsir dairəsinə düşmür. Işə baxan birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 12.2-ci maddəsinin tələblərini pozmuş, zəruri sübutları toplamaqdan yayınmışdır. Həmçinin qərarda Qusar rayon Urva bələdiyyəsinin # #### 2025-ci il tarixli, *** nömrəli məktubundan görünür ki, Köhnə Əniq bələdiyyəsinin ## ### 2006-cı il tarixli, ** nömrəli qərarı ilə vətəndaş İddiaçı verilmiş 0,5 ha torpaq sahəsi barədə bələdiyyədə hər hansı bir məlumat yoxdur. Göründüyü kimi bələdiyyə tərəfindən qanunun tələblərinə riayət edilməmişdir və müvafiq sənədlər gizlədilmiş, mühafizə olunmamış və arxivə təhvil verilməmişdir.Qeyd edilən sənədlərin arxivə verilməsi üçün bərpa edilməsi səlahiyyəti müvafiq qurumlara aiddir və bu hal sənədlərin rəsmiləşdirilməsi zamanı ərazi idarəsi tərəfindən nəzərə alınmalıdır. Sözügedən qeydiyyat mülkiyyət hüquqlarını qeydə almağa səlahiyyətli orqan tərəfindən aparıldığına görə, qeydiyyatın aparıldığı vaxt buna əsas verən sənədlərin mövcud olduğu qəbul edilməlidir. Digər tərəfdən, qeydiyyatın aparılmasına dair sənədlərin saxlanılmasını təmin etmək ilk növbədə müvafiq icra hakimiyyəti orqanının borcudur. Odur ki, cavabdeh qeydiyyatın aparılmasına dair sənədlərin saxlanılmadığı halına öz xeyrinə istinad edə bilməz, eləcə də həmin sənədlərin saxlanılması yükü iddiaçının üzərinə qoyulmaqla bu hala istinadla hüququn qeydə alınmasından imtina oluna bilməz. Məhkəmənin müəyyən etdiyi 0,05 ha torpaq sahəsinə dair Qusar rayonu Əniğ bələdiyyəsinin ## ### 2006-cı il tarixli, ** nömrəli qərarı və digər sənədlərin iddiaçıya Qusar Rayon Dövlət Arxivi tərəfindən təqdim edilməsi, məhkəmənin sorğusuna həmin arxivin verdiyi məlumata əsasən Əniğ bələdiyyəsinin heç bir il üçün sənədlərinin Qusar rayon dövlət arxivinə təhvil verilmədiyini müəyyən etmişdir. Məhkəmənin bu mövqeyi yanlışdır, Qusar rayon Dövlət Arxivindən mənə sənəd təqdim edilməmişdir. Məhkəmə yalnız işdə marağı olan təşkilatın mütəxəssis rəyi (torpaq sahəsinə baxış keçirilib-keçirilməməsi və digər halları ilə bağlı mənə məlumat verilməmişdir) ilə kifayətlənərək iddia tələbinin əsassızlığı qənaətinə gəlməklə qərar qəbul etməsi qanuni hesab edilə bilməz. Torpaq sahəsinə bitişik sahələrin reyestrdə qeydiyyata alınaraq çıxarışlarla tərəfindən qətiyyən təmin edilməsi halı məhkəmə araşdırılmamışdır, bu barədə zəruri sübutlar müvafiq qurumdan əldəedilməmişdir. Iş materiallarından da aydın olur ki, bu torpaq sahəsi uzun müddətdir onun sahibliyindədir və istifadəsindədir, faktiki olaraq mülkiyyətindədir və sərəncam vermək hüququnun da həyata keçirilməsi üçün torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı zəruridir. Bütün qeyd edilən amilllər, yəni məhkəmənin səyhi araşdırma nəticəsində gəldiyi mövqe onu səmərəli hüquqi müdafiə vasitəsindən məhrum etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 1.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Qusar rayonu Əniğ bələdiyyəsinin ## ### 2006-cı il tarixli * saylı qərarı ilə Əniğ bələdiyyəsinin hüdudları daxilində 0,50 ha torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən, 0,50 ha torpaq sahəsinə dair torpaq sahəsinin yerləşdiyi ərazinin 1:2000 miqyasda təsdiqlənmiş yerquruluşu sxemi və Qusar rayonu Əniğ bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı qərarının qüvvədə olmasına dair sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə iddianın rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsinin Qusar rayonu Əniğ bələdiyyəsinin ## ### 2006-cı il tarixli, ** nömrəli qərarı ilə ona qanuni əsaslarla ayrıldığı, həmin qərarın qüvvədə olduğu, torpaq sahəsinin uzun müddət onun istifadəsində olduğu, bələdiyyəyə məxsus sənədlərin arxivə təhvil verilməməsinin onun təqsiri olmadığı və bu halın onun hüquqlarının dövlət qeydiyyatına alınmasına maneə kimi qiymətləndirilə bilməyəcəyi bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin həlli baxımından yalnız bələdiyyənin ## ### 2006-cı il tarixli, ** nömrəli qərarının mövcudluğu və ya formal olaraq qüvvədə olması deyil, həmin qərarın qəbul edildiyi vaxt və hazırda mübahisələndirilən torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq mülkiyyətə verilə bilən torpaq sahəsi olub-olmaması əhəmiyyət kəsb edir. Iş materiallarından müəyyən olunur ki, məhkəmənin sorğusuna Qusar Rayon Dövlət Arxivi tərəfindən verilmiş cavabda Əniğ bələdiyyəsinin heç bir il üzrə sənədlərinin dövlət arxivinə təhvil verilmədiyi bildirilmişdir. Eyni zamanda, Əniğ bələdiyyəsinin birləşdiyi Urva bələdiyyəsinin təqdim etdiyi məlumatdan ##.##.2006-cı il tarixli, ** nömrəli qərarla iddiaçıya verilmiş 0,5 ha torpaq sahəsi barədə bələdiyyədə hər hansı məlumatın mövcud olmadığı müəyyən edilmişdir. Iddiaçının həmin sənədlərin arxivə təhvil verilməsinin bələdiyyənin vəzifəsi olması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələb etdiyi hüququn dövlət qeydiyyatına alınması üçün mübahisəli torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq onun mülkiyyətinə verilə bilən torpaq sahəsi olması və buna hüquqi əsasların mövcudluğu müəyyən edilməlidir. Sənədlərin arxivdə saxlanılmaması faktı isə özlüyündə torpaq sahəsinin mülkiyyətə verilməsinin qanuniliyini təsdiq edən hal kimi qəbul edilə bilməz. Həmçinin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əldə edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, mübahisələndirilən 0,50 ha torpaq sahəsinin müxtəlif hissələri fərqli təyinatlı torpaqlara aid olmaqla, o cümlədən kənd təsərrüfatı təyinatlı, bələdiyyə mülkiyyətində olan örüş və biçənək sahələrindən, yollar və küçələrdən, habelə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlardan ibarətdir. Həmçinin iş materiallarına əlavə edilmiş ortofotodan torpaq sahəsinin yaşayış və ya sahibkarlıq fəaliyyəti üçün ayrılmış torpaq sahəsi olmadığı müəyyən edilmişdir. Bu baxımdan apellyasiya şikayətində həmin məlumatların həqiqəti əks etdirmədiyi, kiçik ölçülü torpaq sahəsinin müxtəlif uqodiyalara aid edilməsinin şübhə doğurduğu barədə göstərilənlər əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tərəfindən mütəxəssis rəyində göstərilən konkret məlumatları təkzib edən, mübahisəli torpaq sahəsinin tam şəkildə yaşayış və ya sahibkarlıq məqsədli torpaq kateqoriyasına aid olduğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Iddiaçının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin vaxtilə torpaq sahəsinin ayrılmasına müsbət rəy verməsinə istinad etməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin rəyin mövcudluğu torpaq sahəsinin qanunvericiliyin tələblərinə zidd olaraq mülkiyyətə verilməsini qanuniləşdirən əsas kimi qəbul edilə bilməz. Torpaq sahəsinin mülkiyyətə verilməsi məsələsində qanunvericiliyin imperativ tələblərinə riayət olunması zəruridir. Eyni zamanda, apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin uzun müddət iddiaçının istifadəsində olması və faktiki olaraq onun sahibliyində yerləşməsi də əsas dəlil kimi irəli sürülmüşdür. Lakin torpaq sahəsindən uzun müddət istifadə edilməsi həmin torpaq sahəsinə mülkiyyət hüququnun avtomatik olaraq yaranmasına və belə hüququn dövlət qeydiyyatına alınmasına əsas vermir. Hüququn dövlət qeydiyyatına alınması üçün qanunla nəzərdə tutulmuş hüquqmüəyyənedici əsasların mövcudluğu tələb olunur. Apellyasiya şikayətində həmçinin mübahisəli torpaq sahəsinin bir hissəsinin elektrik verilişi xəttinin mühafizə zolağına düşməsi barədə məlumatın əsassız olduğu, xəttin gərginliyinin və mühafizə məsafəsinin göstərilmədiyi, bu səbəbdən həmin halın nəzərə alınmasının düzgün olmadığı qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dəlilin araşdırılması iş üzrə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə təsir etmir. Belə ki, iddianın rədd edilməsinin əsasını yalnız elektrik verilişi xəttinin mühafizə zolağı ilə bağlı hal deyil, mübahisəli torpaq sahəsinin müxtəlif hissələrinin kənd təsərrüfatı təyinatlı, örüş, biçənək, yollar və küçələr, habelə digər təyinatlı torpaqlara aid olması təşkil edir. Həmçinin iddiaçıya torpaq sahəsinin ayrılmasına dair sənədlərin (əsli) arxiv nüsxəsinin olmaması, həmin sənədlərin mötəbərliyini şübhə altına alması təşkil edir. Iddiaçının ekspertiza keçirilməli olması və məhkəmənin mütəxəssis rəyinə əsaslanmasının yolverilməzliyi barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iş materiallarında olan sübutların məcmusu torpaq sahəsinin hüquqi və faktiki statusunu müəyyən etməyə imkan verdiyi halda ekspertizanın keçirilməsi zəruri hesab edilmir. Iddiaçı isə apellyasiya instansiyasında ekspertizanın keçirilməsini zəruri edən və mövcud mütəxəssis rəyinin nəticələrini şübhə altına alan konkret, mötəbər sübut təqdim etməmişdir. Həmçinin iddiaçı tərəfindən torpaq sahəsinə bitişik ərazilərdə yerləşən torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə araşdırmanın aparılmadığı göstərilsə də, digər şəxslərə məxsus torpaq sahələri üzrə qeydiyyatların mövcudluğu özlüyündə hazırkı mübahisənin predmetini təşkil edən torpaq sahəsinə də mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas yaratmır. Hər bir torpaq sahəsi üzrə hüquqi status və hüququn yaranmasına əsas olan sənədlər ayrıca qiymətləndirilməlidir. Məhkəmə kollegiyası, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli 2-1HYPERLINK "tel:%28102%29-1500/2023" (102)- 1500/2023 nömrəli qərarında ifadə edilmiş hüquqi mövqeni nəzərə alır. Həmin hüquqi mövqeyə əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaqlarının yararlı və ya yararsız olmasından asılı olmayaraq mülkiyyətə verilməsi mümkün deyildir. Həmçinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin başqa məqsədlər üçün istifadəsi onun kateqoriyası dəyişdirildikdən sonra mümkündür. Hazırkı iş üzrə isə mübahisəli torpaq sahəsinin əhəmiyyətli hissəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara, o cümlədən örüş və biçənək sahələrinə aid olduğu iş materialları ilə təsdiq edilir. Həmin torpaq sahəsinin kateqoriyasının qanunvericiliyin müəyyən etdiyi qaydada dəyişdirilməsini təsdiq edən sübutlar isə mövcud deyildir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-596/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-596/2026
31.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver