Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-604/2026 25.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur Ikram oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, Iddiaçı Sumqayıt bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsə qarşı “Sumqayıt Bələdiyyəsinin ## #### 2021-ci il tarixli ** saylı iclasının ** saylı qərarı əsasında Sumqayıt şəhərinin 76-cı məhəlləsi ərazisində Çerkassi küçəsində yerləşən sahəsi 27,06 kvadrat metr olan torpaq sahəsinin icarəyə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Işin halları: Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sumqayıt Bələdiyyəsinin ## #### 2021-ci il tarixli ** saylı iclasının ** saylı qərarı əsasında Sumqayıt şəhərinin 76-cı məhəlləsi ərazisində Çerkassi küçəsində yerləşən sahəsi 27,06 kvadrat metr olan torpaq sahəsinin icarəyə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin (hakim Ceyhun Məmmədov) ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt Bələdiyyəsinin ## #### 2021-ci il tarixli ** saylı iclasının ** saylı qərarı əsasında Sumqayıt şəhərinin 76-cı məhəlləsi ərazisində Çerkassi küçəsində yerləşən sahəsi 27,06 kvadrat metr olan torpaq sahəsinin icarəyə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsə havalə olunması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Iddiaçı Sumqayıt bələdiyyəsi ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsində yerləşən qeyri-yaşayış obyekti “Qeyri-yaşayış təyinatlı obyektlərin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin **** saylı ## #### 2023-cü il tarixli Fərmanına müvafiq olaraq sənədləşdirildiyindən və bu Fərmanın təsiri altına düşən qeyri-yaşayış obyektlərinin altında yerləşən torpaqların qanunvericiliyə əsasən bilavasitə qaydada fizki və hüquqi şəxslərin mülkiyyətinə, yaxud icarəsinə ayrılması nəzərdə tutulduğundan, torpaq sahəsinin rəsmiləşdirilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılmasına ehtiyac aradan qalxmışdır. Hal-hazırda sözegdən torpaq sahəsinin bilavasitə qaydada iş üzrə üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 mülkiyyətinə, yaxud icarəsinə rəsmiləşdirilməsi ilə bağlı müvafiq sənədləşdmə işləri aparılmaqdadır. Bu səbəbdən məhkəməyə təqdim olunmuş iddia ərizəsindən imtina edərək, iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının iddiadan imtina haqqında ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirərək, belə qənaətə gəlir ki, iddiaçının iddia tələbindən imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4. Iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. Iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 55-ci maddəsin rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-8)-604/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-604/2026
25.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver