Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-605/2026 26.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər Xəlilov Ramin Adilxan oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi nümayəndə2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”in surətindən görünür ki, ##.##.1983cü ildən ##.##.1985-ci il tarixədək hərbi xidmətdə olmuşdur. # ######## 1984-cü il tarixli “Əmək kitabçası”nın surətindən görünür ki, iddiaçı ##.##.1985-ci il tarixdən əmək fəaliyyətinə başlamış və ## ###### 2011-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. ##.##.2019-cu il tarixdən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olmuşdur. “xxxx” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunun kadrlar şöbəsinin ## ###### 2023-cü il tarixli ** nömrəli arayışından görünür ki, İddiaçı ## ##### 2001-ci il tarixdən ## ###### 2005-ci il tarixədək tam iş günü “xxxx” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun təmir quraşdırma sexində spirt, divinil və kauçuk istehsalatları üzrə quraşdırıcı çilingər peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** saylı qərarının VIII saylı bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən * saylı siyahı üzrə (spirtlər, butadien sintetik kauçuklar) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. # #### 2024-cü il tarixli *-**-*/*-B-*****/**** nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” İddiaçı göndərilmiş məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən İddiaçı güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Azərikimya” İstehsalat Birliyinin **-*-*/*-***/**** nömrəli, ## ### 2026-cı il tarixli məktubundan görünür ki, İddiaçı ##.##.2011-ci il tarixindən ##.##.2019-cu il tarixinədək Təmir-tikinti İdarəsinin * saylı Mexaniki quraşdırma sahəsində 05-ci dərəcəli quraşdırıcı-çilingər, ##.##.2019-cu il tarixindən bu günədək həmin sahədə 05-ci dərəcəli təmirçi çilingər peşəsində çalışır. İddiaçı Təmir-tikinti İdarəsində ##.##.2011-ci il tarixindən işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd edilən peşələrə (vəzifələrə) aid deyildir. Belə ki, İddiaçı bu günə olan güzəştli iş stajı ##.##.2001- ##.##.2010- cu il tarixləri əhatə edərək ümumilikdə 9 il 2 ay 12 gün təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşından güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, # ###### 1963-cü il tarixdə anadan olmuş və 1981- 1983-cü illərdə sovet ordusu sıralarında xidmət etmiş və hərbi xidmətini başa vurduqdan sonra bir sıra müəssisələrdə çalışmış və ## ##### 2001-ci il tarixdə isə Azərbaycan Dövlət Neft Şirkətinin “xxxx” istehsalat birliyinin nəzdində olan “Sintezkauçuk” zavodu təmir quraşdırma sexinə spirt, divinil və kauçuk istehsalı üzrə quraşdırıcı çilingər vəzifəsində işə qəbul olunmuş, həmin zavodun mexaniki təmir və quraşdırma sexində ## #### 2010-cu il tarixə kimi əmək funksiyasını yerinə yetirmişdir. Azərbaycan Respublikasının Prezidentinin # ##### 2010-cu il tarixli, *** saylı sərəncamı ilə “xxxx” Dövlət Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində verilmiş və 2# ##### 2010cu il tarixli, *** saylı Fərmanı ilə “xxxx” istehsalat birliyi kimi bu şirkətin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ## ##### 2010-cu il tarixli, ** saylı Əmri ilə “xxxx” istehsalat birliyinin “Sintezkauçuk” və “Etilen Politilen” zavodlarının bazasında “Etilen Politilen” zavodu yaradılmışdır. O, ## #### 2010-cu il tarixdə bu zavodun ** saylı quraşdırma sexinə 5- ci dərəcəli quraşdırıcı çilingər keçirilmiş və işlədiyi müəssisənin adının dəyişməsi səbəbindən ## ###### 2011-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş və iddiaçının işlədiyi müəssisənin adı dəyişdirilərək “xxxx” istehsalat birliyinin Təmir Tikinti İdarəsi adlandırılmış və iddiaçı ## ###### 2011ci il tarixli əmrlə həmin idarənin * saylı mexaniki quraşdırma sahəsinə 5-ci dərəcəli quraşdırıcı çilingər vəzifəsinə qəbul edilmişdir. 2013- 2019-cu illərdə həmin müəssisədə qaz kəsicisi kimi işləmiş və ## #### 2019-cu il tarixdə isə həmin sahəyə 5-ci dərəcəli təmirçi çilingər vəzifəsinə keçirilmiş və hazırda da bu sahədə əmək fəaliyyətini davam etdirir. Onun əmək kitabçasında müxtəlif vaxtlarda iş yerinin dəyişdirilməsi barədə əmrlər qeyd olunsa da, onun ilə eyni müəssisədə işləmiş və bu əmrlərdə qeydlər işlədiyi müəssisənin tabeçiliyinin və adının dəyişdirilməsi ilə bağlı verilmiş əmrlərə əsasən aparılmışdır. Yəni iddiaçının bu gün də işlədiyi sahə zərərli iş sahəsi hesab olunur və onunla işlədiyi Təmir Tikinti İdarəsi arasında bağlanmış ## ###### 2011-ci il tarixli əmək müqaviləsinə * saylı əlavədə də müəssisə rəhbərliyi iddiaçıya işlədiyi sahənin zərərli iş sahəsi olması ilə bağlı 23,25 manat aylıq əmək haqqına əlavənin hesablanmasını qeyd etmişdir. Bundan başqa o, zərərli iş sahəsində çalışan işçilərə müəssisə tərəfindən tətbiq olunan bir sıra təyinatlardan da istifadə edir. O bu gün də spirt, divinil və kauçuk istehsalı ilə məşğul olan bir müəssisədə çilingər vəzifəsində çalışır və bu hal da ona dəlalət edir ki, iddiaçının bu sahədə işlədiyi 14 il də zərərli iş sahəsi kimi qəbul edilməlidir. ## #### 2010-cu il tarixdən sonrakı dövr üzrə işlədiyi iş sahəsinin zərərli işlər siyahısına aid edilməsi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** saylı Qərarının 8-ci bölməsinin 8.1.1-ci bəndinin təsiri altına düşməsi barədə rəsmi arayış “xxxx” istehsalat birliyi tərəfindən cavabdeh orqana göndərilmiş, lakin həmin göndərişə düzgün cavab verilməmiş və iddiaçının zərərli iş sahəsindəki əmək fəaliyyəti düzgün hesablanmamışdır. Buna görə də müvafiq sənədləri toplayaraq öz adından ərizə ilə cavabdehə müraciət edərək, onun stajını və zərərli iş sahəsində uzun müddətli əmək fəaliyyətini nəzərə alaraq 60 yaşdan güzəştli əsaslarla əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin ünvanlanan # #### 2024- cü il tarixli məktubunda cavabdeh bu müraciətini təmin etməmiş və cavab məktubunda göstərmişdir ki, onun güzəştli əmək stajı yoxdur. Cavabdehin imtinası qanunsuz hesab olunmalı və ona hüququnun yarandığı vaxtdan – 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən güzəştli iş stajı yoxdur. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün oüzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş verinin arayışını təqdim etməlidir. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu zürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin zördüyü işin siyahılara uyğunluqunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Beləliklə, iddiaçının qanunvericiliklə tələb olunan güzəştli stajı mövcud olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.Göründüyü kimi qanunla tələb olunan sərt ödənilmir. Əlavə olaraq, tərəflərindən Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğular göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci tarixli 2-1(118)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş “xxxx” İstehsalat Birliyi “Təmir-tikinti” İdarəsinin məktubundan görünür ki, iddiaçı ## ###### 2011-ci il tarixdən ## #### 2019-cu il tarixədək Təmir-tikinti İdarəsinin * saylı Mexaniki quraşdırma sahəsində 05-ci dərəcəli quraşdırıcı-çilingər, ## #### 2019-cu il tarixdən hal-hazıra kimi təmirçi çilingər peşəsində çalışır. Həmçinin qeyd edilmişdir ki, iş şəraitinin amillərinə əsasən əmək şəraitinə görə vəzifə maaşına əlavə artım əmsalı (1,04%) ödənilir və məzuniyyət müddəti “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”na uyğun olaraq verilir. Odur ki, qeyd edilmiş məktub əsasında iddiaçının güzəştli şərtlərlə iş stajı 14 il 1 ay 7 gün olaraq müəyyən edilir. Eyni zamanda, iddiaçının ## ##### 2001-ci il tarixdən ## ###### 2005-ci il tarixədək “xxxx” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun təmir quraşdırma sexində spirt, divinil və kauçuk istehsalatları üzrə quraşdırıcı çilingər peşəsində, # ###### 2006-cı il tarixdən ## #### 2010-cu il tarixədək tam iş günü “xxxx” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun mexaniki təmir və quraşdırma sexində spirt, divinil və kauçuk istehsalatları üzrə quraşdırıcı çilingər peşəsində əmək fəaliyyəti iş materiallarına əlavə edilmiş “xxxx” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunun arayışları, həmçinin əmək kitabçasında mövcud olan məlumat ilə təsdiqlənir. Belə ki, iddiaçının 2010-cu ilədək güzəştli şərtlərlə iş stajı 9 il 2 ay 14 gün təşkil edir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.2011-ci il tarixindən bugünədək “Azərikimya” İstehsalat Birliyinin Təmir-tikinti İdarəsinin * saylı mexaniki quraşdırma sahəsində işlədiyi təmirçi çilingər peşəsi yuxarıdakı Siyahıda qeyd edilən yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri peşəsinə uyğun deyil. Eyni zamanda iddiaçının işlədiyi Təmir-tikinti İdarəsinin * saylı mexaniki quraşdırma sahəsi Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə uyğun deyil. Belə ki, onun güzəştli iş stajı 12 il 6 aydan az (9 il 2 ay12 gün (##.##.2001-##.##.2010-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin məhkəmə öz qərarında qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş “xxxx” İstehsalat Birliyi “Təmir-tikinti” İdarəsinin məktubundan görünür ki, iddiaçı ## ###### 2011-ci il tarixdən ## #### 2019-cu il tarixədək Təmir-tikinti İdarəsinin * saylı Mexaniki quraşdırma sahəsində 05-ci dərəcəli quraşdırıcı-çilingər, ## #### 2019-cu il tarixdən hal-hazıra kimi təmirçi çilingər peşəsində çalışır. Həmçinin qeyd edilmişdir ki, iş şəraitinin amillərinə əsasən əmək şəraitinə görə vəzifə maaşına əlavə artım əmsalı (1,04%) ödənilir və məzuniyyət müddəti “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”na uyğun olaraq verilir. Odur ki, qeyd edilmiş məktub əsasında iddiaçının güzəştli şərtlərlə iş stajı 14 il 1 ay 7 gün olaraq müəyyən edilir. Məhkəmənin əsassız mövqeyi ilə razılaşmayaraq bildirilir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubdaməhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmədə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Beləliklə, iddiaçının qanunvericiliklə tələb olunan güzəştli stajı mövcud olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Beləliklə, iddiaçı İddiaçı güzəştli şərtlərləyaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan şərt ödənmədiyindən güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, “xxxx” İstehsalat Birliyi “Təmir-tikinti” İdarəsinin məktubundan görünür ki, iddiaçı ## ###### 2011-ci il tarixdən ## #### 2019-cu il tarixədək Təmirtikinti İdarəsinin * saylı Mexaniki quraşdırma sahəsində 05-ci dərəcəli quraşdırıcı-çilingər, ## #### 2019-cu il tarixdən hal-hazıra kimi təmirçi çilingər peşəsində çalışır. Həmçinin qeyd edilmişdir ki, iş şəraitinin amillərinə əsasən əmək şəraitinə görə vəzifə maaşına əlavə artım əmsalı (1,04%) ödənilir və məzuniyyət müddəti “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”na uyğun olaraq verilir. Odur ki, qeyd edilmiş məktub əsasında iddiaçının güzəştli şərtlərlə iş stajı 14 il 1 ay 7 gün olaraq müəyyən edilir. Eyni zamanda, iddiaçının ## ##### 2001-ci il tarixdən ## ###### 2005-ci il tarixədək “xxxx” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun təmir quraşdırma sexində spirt, divinil və kauçuk istehsalatları üzrə quraşdırıcı çilingər peşəsində, # ###### 2006-cı il tarixdən ## #### 2010-cu il tarixədək tam iş günü “xxxx” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun mexaniki təmir və quraşdırma sexində spirt, divinil və kauçuk istehsalatları üzrə quraşdırıcı çilingər peşəsində əmək fəaliyyəti iş materiallarına əlavə edilmiş “xxxx” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunun arayışları, həmçinin əmək kitabçasında mövcud olan məlumat ilə təsdiqlənir. Belə ki, iddiaçının 2010cu ilədək güzəştli şərtlərlə iş stajı 9 il 2 ay 14 gün təşkil edir. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Məhkəmə araşdırılması nəticəsində iddiaçının azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən zərərli və ağır olan işlərdə əmək fəaliyyətinin mövcud olduğu təsdiq edilmişdir. Bu isə iddiaçıya 60 yaşının tamam olduğu ## ###### 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüququnu verir.” İş materiallarında olan və məhkəmələr tərəfindən iddianın təmin edilmə əsası kimi qəbul edilmiş arayışlar iddiaçıya güzəştli şərtlərlə pensiya təyini üçün kifayət deyil. İş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun müəyyən edilməsi baxımından əsas əhəmiyyət kəsb edən məsələlərdən biri onun çalışdığı peşələrin qanunvericilikdə nəzərdə tutulmuş zərərli və ağır işlər siyahısının konkret hansı bənd və koduna uyğun gəldiyinin müəyyən edilməsidir. Lakin iş materiallarına əlavə edilmiş arayışların məzmunundan görünür ki, həmin sənədlərdə iddiaçının çalışdığı peşənin müvafiq siyahının hansı bölməsi, hansı bəndi və hansı kodu üzrə güzəştli peşə kimi nəzərdə tutulduğu konkret şəkildə göstərilməmişdir. Belə ki, təqdim edilmiş arayışlarda iddiaçının müəyyən dövrlərdə quraşdırıcı çilingər və təmirçi çilingər vəzifələrində çalışdığı qeyd edilsə də, bu peşələrin qüvvədə olan normativ hüquqi aktlarda nəzərdə tutulmuş zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısının konkret hansı bənd və koduna uyğun gəldiyi barədə hər hansı əsaslandırma verilməmişdir. Bu baxımdan, qeyd olunan arayışlar tam və hərtərəfli əsaslandırılmış sənədlər hesab edilə bilməz. Çünki arayışlarda yalnız vəzifənin adı və müəyyən əmək şəraiti barədə ümumi məlumatlar göstərilmiş, lakin həmin vəzifənin güzəştli pensiya hüququ verən siyahının konkret bənd və koduna uyğunlaşdırılması izah edilməmişdir. Belə natamam və qeyri-müəyyən məzmunlu arayışların isə məhkəmə tərəfindən heç də birmənalı və qəti sübut kimi qəbul edilməsi mümkün deyildir. Digər tərəfdən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasıdır. Bu prinsipə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sənədlərlə kifayətlənməməli, zəruri hallarda işin düzgün həlli üçün əlavə sübutların əldə edilməsi istiqamətində təşəbbüs göstərməlidir. Lakin apellyasiya məhkəməsi işə baxarkən bu mühüm halın tam araşdırılması üçün zəruri prosessual tədbirlər görməmiş, iddiaçının çalışdığı peşələrin müvafiq siyahının konkret hansı bənd və koduna uyğun gəldiyini müəyyən etmək məqsədilə aidiyyəti qurumlara sorğu göndərməmişdir. Halbuki, belə bir sorğunun verilməsi işin düzgün və obyektiv həlli üçün vacib idi. Yalnız bu halda iddiaçının əmək fəaliyyətinin həqiqətən də güzəştli şərtlərlə pensiya hüququ verən zərərli və ağır işlər siyahısına daxil olub-olmadığını dəqiq müəyyən etmək mümkün olardı. Bununla yanaşı Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən həmin sənəd (güzəştli arayış) məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, arayışda ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, pensiya işlərinə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Eyni zamanda adı çəkilən ##.##.2020-ci il tarixli icmal məktubda qeyd edilir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi növbəti məhkəmə baxışında iddiaçının çalışdığı peşələrin müvafiq siyahının konkret bənd və koduna uyğunluğunun müəyyən edilməsi ilə bağlı icmal məktubda qeyd edilənlərə uyğun araşdırma aparmalıdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara * nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)- ***/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı ləğv edildiyindən, iş təkrar baxılması üçün göndərildiyindən, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiyanın ödənilməsinə nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə onun güzəştli iş stajı 9 il 2 ay 12 gün (##.##.2001-##.##.2010-cu il tarixləri arasındakı dövr) təşkil etdiyindən, qanunla tələb olunan güzəştli iş stajına aid şərtin ödənilməməsi halına istinad edərək, müraciətindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşının tamama olduğu vaxtda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan şərtlər: a) iddiaçının 60 yaşına çatması; b) azı 25 il ümumi iş stajının mövcud olması; c) azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması; d) əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına malik olması. İndiki halda iddiaçı ##.##.1963-cü il təvəllüdlü olmaqla, qanunla tələb olunan pensiya yaş həddinə aid şərt ödənilmişdir. Həmçinin, işin mübahisəsiz hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il ümumi iş stajına malik olması halını qəbul edir, habelə bu hal iş materiallarında olan sənədlər (əmək kitabçası, hərbi bilet və s.) əsasında da öz təsdiqini tapmışdır. Nəticə etibarilə iddiaçıya münasibətdə pensiya hüququnun yaranması üçün qanunla tələb olunan ümumi iş stajına aid şərt də ödənilmişdir. Kollegiya iddiaçıya münasibətdə güzəştli iş stajına aid şərtin ödənilib-ödənilməməsi ilə bağlı qeyd edir ki, iddiaçının ##.##.2001-##.##.2010-cu illərə aid dövrdə işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə aid olması barədə işəgötürən tərəfindən ətraflı arayış verilmiş, habelə cavabdeh tərəfindən də həmin dövr (9 il 2 ay 12 gün) güzəştli iş stajı kimi nəzərə alınmışdır. İndiki halda iddiaçı ##.##.2011-ci ildən ##.##.2019-cu il tarixədək və ##.##.2019-cu il tarixdən hazırki vaxtadək işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olduğunu bildirmiş, cavabdeh inzibati orqan isə həmin dövrdə iddiaçının işlədiyi peşənin müvafiq Siyahı üzrə nəzərdə tutulmuş peşələrə aid olmadığını bildirmişdir. Kollegiya iddiaçının mübahisəli dövrlərdə (##.##.2011-##.##.2019,##.##.2019-hazıradək) işlədiyi peşə bağlı qeyd edir ki, iddiaçı həmin tarixlərdə Təmir-Tikinti İdarəsində quraşdırıcı çilingər və təmirçi çilingər peşəsində işləmişdir. Həmçinin, kollegiya qeyd edir ki, iddiaçının həmin dövrlərdə işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olub-olmaması ilə bağlı kassasiya instansiya məhkəməsinin göstərişinə uyğun olaraq, müvafiq araşdırma aparılmışdır. Belə ki, kassasiya instansiya məhkəməsinin iş üzrə qəbul edilmiş qərarında əks olunmuş hüquqi mövqeyində qeyd edilmişdir ki, “…..Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən həmin sənəd (güzəştli arayış) məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, arayışda ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.....” Bununla bağlı məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisəyə müvafiq sorğu ünvanlanmış, sorğuya dair işəgötürən müəssisə tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, iddiaçının işlədiyi həmin dövrlər müvafiq Siyahı üzrə nəzərdə tutulmuş güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olmamış, yalnız 2001-2010-cu illərdə işlədiyi peşələr güzəşrli pensiya hüququ verən peşələrə aid olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, müəssisə tərəfindən iddiaçının işlədiyi peşələrə aid vəzifə təlimatları təqdim edilmiş, təlimatın məzmununda iddiaçının gördüyü işin xarakteri və icra etdiyi əmək funksiyası barədə ətraflı məlumat əks olunmuşdur. Kollegiya qeyd edir ki, əmək qanunvericiliyinin tələbinə əsasən işçinin gördüyü işin xarakteri məhz onun icra etdiyi əmək funksiyasının əsasını təşkil etməklə, əmək müqaviləsinin məzmununda (ona əlavə sənəd kimi vəzifə təlimatında və s.) ətraflı qeyd edilir. Kollegiya iddiaçının mübahisəli dövrlərdə işlədiyi sahənin xüsusiyyətlərini (Təmir-Tikinti İdarəsi), gördüyü işin xarakteri, əmək funksiyasının məzmunu, vəzifə təlimatını və müvafiq Siyahı üzrə ehtiva edilən sahə və peşələrin xarakterini (Kimya istehsalatı və s.) müqayisəli təhlil edərək, hesab edir ki, işəgötürən tərəfindən verilmiş arayışın mötəbərliyini şübhə altına alan hal aşkar edilməməklə, iddiaçının mübahisələndirdiyi dövrdə işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələr aid olmaması halı öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən isə həmin halı təkzib edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının güzəştli şərtlər pensiya hüququ verən peşələrdə işləməsi halı öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə mübahisələndirilən dövrləri güzəştli iş stajı kimi nəzərə almamaqda haqlı olmuş, iddiaçı isə həmin dövrün güzəştli iş stajı kimi nəzərə alınmasını tələb etməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya iddanın əsaslılığı baxımından qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçıya münasibətdə əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına malik olması şərtin ödənilməsi halı da müəyyən edilməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, iddiaçıya münasibətdə qanunla tələb olunan 12 il 6 ay güzətli iş stajına aid şərtin ödənilməsi halı müəyyən edilmədiyindən və bu əsasla iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranmadığından, iddianın əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, kollegiya iddiaçının istinad etdiyi arqumenti ilə bağlı qeyd edir ki, iddiaçı bütün dövrlərdə işlədiyi peşələrin eyni olduğunu bildirmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının 2001-2010-ci illərdə işlədiyi sahə Kimya istehsalatı sahəsi olduğu halda, mübahisələndirilən dövrlərdə işlədiyi sahə Təmir-Tikinti Quraşdırma sahəsi olmuş, gördüyü işin xarakterinin isə kimya istehsalatı sahəsi ilə bağlılığı müəyyən edilməmişdir. İddiaçı tərəfindən də həmin hala dair heç bir sübut təqdim edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının həmin arqumenti əsassız olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin halları ətraflı araşdırılmamaqla, işin hallarına düzgün hüquqi qiymət verilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuş, cavabdehin imtina və şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-605/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-605/2026
26.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver