Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-606/2026 10.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X1, üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 iştirakları ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X2 publik hüquqi şəxsə qarşı “torpaq sahəsinin icarəyə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: Sumqayıt Bələdiyyəsinin ## #### 2023-cü il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Bələdiyyəsinin mülkiyyətində, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 26-cı məhəllə ərazisində, Heydər Əliyev prospektində yerləşən sahəsi 167 kv.m. torpaq sahəsinin sahibkarlıq məqsədilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınmış, Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin 20 il müddətinə icarəyə verilməsi məqsədilə müsabiqə keçirilməsi qərara alınmışdır. Torpaq sahəsi II zonada yerləşir. IV qiymət zonasında ## ###### 2023cü il tarixdə keçirilən müsabiqə zamanı icarəyə verilən torpaq sahəsinin bir kvadrat metrinin satış (icarə) qiyməti 460 manat təşkil etmişdir. Hal-hazırda müsabiqəyə çıxarılan torpağın icarə haqqının qiyməti müvafiq olaraq bir kvadrat metr üçün 5.50 manat olmaqla, illik 918,50 manat müəyyən edilməsi və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi * saylı Sumqayıt Ərazi Şöbəsi torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlanılması qərara alınmışdır. RX seriyalı, ******* nömrəli ##.##.2012-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 26-cı məhəllə, Heydər Əliyev prospektində yerləşən sahəsi 167 kv.m torpaq sahəsi mülkiyyət hüququ əsasında Sumqayıt Bələdiyyəsinə məxsusdur. İş materiallarında olan cavabdehin imtinasına dair elektron məlumatdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin 2301310157 və ********** saylı məktubunda qeyd olunmuşdur ki, sahibkarlıq məqsədilə icarəyə verilməsi nəzərdə tutulmuş 0.004 ha və 0.0167 ha torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanlarının rəyi təqdim edilmədiyindən və fərdi yaşayış evi (bağ) məqsədilə mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0.064 ha torpaq sahəsinin müvafiq icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəyi təqdim edilmədiyindən müsabiqəyə çıxarılması məqsədəuyğun sayılmır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2007-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnaməyə əsasən mütəxəssis rəyinin verilməsi Komitənin səlahiyyətlərinə aid edilməmişdir. İddiaçı Sumqayıt Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X2 publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Sumqayıt Bələdiyyəsinin ## #### 2023-cü il tarixli, ** saylı iclasının * saylı qərarı əsasında Sumqayıt şəhərinin 26-cı məhəlləsi ərazisində Heydər Əliyev prospektində yerləşən sahəsi 167 kvadrat metr olan torpaq sahəsinin icarəyə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılır ki, Sumqayıt şəhərinin 26-cı məhəlləsi ərazisində Heydər Əliyev prospektində yerləşən sahəsi 167 kvadrat metr olan torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətindədir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə sənədləşdirilməsi nəzərdə tutulmuş qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına dair * saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi 1412007785, qeydiyyat tarixi də ## #### 2012-ci il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verilmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən ## #### 2012-ci il tarixli ** saylı iclasının ** saylı qərarı ilə ## #### 2023-cü il tarixli ** saylı iclasının ** saylı qərarı qəbul edilərək sözügedən torpaq sahəsinin sahibkarlıq məqsədi ilə icarəyə verilməsi üçün torpaq müsabiqəsinə çıxarılması qərara alınmışdır. Həmin bələdiyyə qərarına uyğun olaraq qeyd edilən torpaq sahəsi torpaq müsabiqəsinə çıxarılaraq 10 il müddətinə müsabiqənin qalibi olmuş inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 icarəsinə verilmişdir. Adı çəkilən vətəndaş torpaq icarə müddətinin başa çatacağı 2022-ci ilin sonlarını gözləmədən ərizə ilə bələdiyyəyə müraciət edərək həmin torpağın icarə müddətinin uzadılması məqsədi ilə yenidən torpaq müsabiqəsinə çıxarılmasını xahiş etmişdir. Bunun əsasında Sumqayıt Bələdiyyəsi tərəfindən ## #### 2023-cü il tarixli ** saylı iclasının * saylı qərarı qəbul edilmiş və cavabdeh Cavabdeh publik hüquqi şəxsə müraciət edilərək qeyd edilən bələdiyyə torpağının icarəyə verilməsi üçün həmin torpağın təkrarən müsabiqəyə çıxarılması xahiş olunmuşdur. Lakin Sumqayıt Bələdiyyəsinin sözügedən müraciətinə cavabdeh Cavabdeh publik hüquqi şəxsin Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasının ## #### 2023-cü il tarixli, ************ saylı məktubla cavab verilərək yuxarıda qeyd edilən torpaq sahəsinin icarəyə verilməsi üçün müsabiqəyə çıxarılmasının məqsədəuyğun sayılmadığını bildirilmişdir. Cavabdeh torpağın icarəyə verilməsi üçün müsabiqəyə çıxarılmasından imtinanı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş rəyin müraciətə əlavə olunmadığı bildirilmişdir. Hesab edir ki, bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini müsabiqəyə çıxarılmaqla icarəyə verilməsi barədə müraciətindən cavabdehin imtinası tamamilə əsassız və qanunaziddir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmış və iddiaçının Mərkəzə müraciət etmədən, Mərkəzin hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadan məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi müəyyən edilmişdir. Hesab edilir ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin Mərkəzə qarşı iddiası mümkün sayılmamalıdır. Həmçinin, qanunvericiliyinin tələblərinə uyğun olaraq bələdiyyə torpaq sahəsinin hərraca və ya müsabiqəyə çıxarılması məqsədi ilə hüquqmüəyyənedici sənədləri toplayaraq Əmlak Məsələləri Dövlət Xidmətinin yerli ərazi şöbəsinə müraciət etməlidir. İddia ərizəsindən göründüyü kimi, Sumqayıt bələdiyyəsi Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə müraciət etmiş, lakin ərazi şöbəsi Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin məktubuna istinad edərək qeyd etmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş sənədlər toplusunda “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ######## tarixli *** nömrəli Fərmanının 1-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi əlavə olunmadığından müsabiqəyə çıxarılması məqsədəuyğun sayılmamışdır. İddia ərizəsində qeyd edilən və bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə edilmiş müraciətə və ərazi şöbəsinin ##.##.2023-cü il tarixli, ************ saylı cavab məktubu inzibati aktın qəbulundan imtina kimi qiymətləndirilə bilməz. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinə əsasən Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.5-ci maddəsinə əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il ## #### tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Eyni zamanda Mərkəz Azərbaycan Respublikası Prezidentinin ## ####### 2003-cü il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na uyğun olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə müsabiqə və hərraclar təşkil edir. Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt Bələdiyyəsinin ## #### 2023-cü il tarixli ** saylı iclasının * saylı qərarı əsasında Sumqayıt şəhərinin 26-cı məhəlləsi ərazisində Heydər Əliyev prospektində yerləşən sahəsi 167 kvadrat metr olan torpaq sahəsinin icarəyə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X2 publik hüquqi şəxsə havalə olunması qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər: G.Cabbarova - sədrlik edən və məruzəçi, V.Əzizova və İ.Quliyev). Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.6-cı maddəsində göstərilmişdir ki, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. İşə baxan məhkəmə qanunun qeyd edilən tələbini kənara qoyaraq “cavabdehin torpaq sahəsini icarəyə vermək üçün torpaq müsabiqəsinə çıxarmaqdan imtina üçün göstərdiyi torpağa dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin verilməli olmasına dair dəlili tamamilə əsassızdır” nəticəsinə gəlmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinə əsasən Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.5-ci maddəsinə əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatıməqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatıməqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il ## #### tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Qanunvericiliyinin tələblərinə uyğun olaraq bələdiyyə torpaq sahəsinin hərraca və ya müsabiqəyə çıxarılması məqsədi ilə hüquqmüəyyənedici sənədləri toplayaraq Əmlak Məsələləri Dövlət Xidmətinin yerli ərazi şöbəsinə müraciət etməlidir. İş materiallarından göründüyü kimi, Sumqayıt bələdiyyəsi Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə müraciət etmiş, lakin ərazi şöbəsi Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin məktubuna istinad edərək qeyd etmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş sənədlər toplusunda “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ######## tarixli *** nömrəli Fərmanının 1-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi əlavə olunmadığından müsabiqəyə çıxarılması məqsədəuyğun sayılmamışdır. Qeyd edilən və bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə edilmiş müraciətə və ərazi şöbəsinin ##.##.2023-cü il tarixli, ************ saylı cavab məktubu inzibati aktın qəbulundan imtina kimi qiymətləndirilə bilməz. Mərkəz Azərbaycan Respublikası Prezidentinin ## ####### 2003cü il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na uyğun olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə müsabiqə və hərraclar təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin ## ####### 2021-ci il tarixli F-*** nömrəli Əmri ilə təsdiq edilmiş Mərkəzin Nizamnaməsinə görə, Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin və Xidmət rəisinin əmr və sərəncamlarını, bu Nizamnaməni və digər normativ hüquqi aktları rəhbər tutur. İddiaçının cavabdehə qarşı irəli sürdüyü tələbinin əsası kimi istinad etdiyi hallara dair heç bir sübut təqdim edilməmişdir. Buna baxmayaraq məhkəmə cavabdeh tərəfindən təqdim olunan sübutları qeyri-mötəbər, lakin iddiaçı tərəfindən təqdim olunan sübutları heç bir əsas olmadan əsaslı hesab etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, iş üzrə tərəflərindən məhkəməyə təqdim olunmuş sübutlar ümumiyyətlə nəzərə alınmamışdır. Bununla da tam təsdiq olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən MPM-nin 88-ci maddəsinin tələbi pozulmaqla iş üzrə sübutlar birtərəfli qaydada, cavabdehin zərərinə qiymətləndirilmişdir. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və digər üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ OLUNAN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8.Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; ..... Maddə 47.7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001ci il # ###### tarixli, *** nömrəli Fərmanı 2.5. həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli, ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.
“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il # ### tarixli, *** nömrəli Fərmanı 2.5. həmin Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (kənd təsərrüfatı və qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər;
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il ## ####### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”
2. Torpaq müsabiqələrinin və hərraclarının predmeti sərhədləri və hüquqi rejimi müəyyənləşdirilmiş torpaq sahələri üzərində mülkiyyət və ya icarə hüquqlarıdır.
3. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir.
4. Müsabiqə və hərracların təşkilatçısı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X2. Təşkilatçı hərrac və ya müsabiqədə iştirak etmək üçün torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən edir.
5. Təşkilatçı alqı-satqı və icarə obyekti üzrə tələb olunan sənədləri və materialları hazırlayır. Bu sənədlər aşağıdakı məlumatları əks etdirilməlidir: - alqı-satqı və icarə obyekti olan torpaq sahəsinin mülkiyyət hüququna dair sənədin nömrəsi, kadastr məlumatları, yerləşdiyi ərazi (ünvan); - servitutların da göstərildiyi torpaq sahəsinin planı və ölçüsü; - torpaq vergisinin miqdarı; - alqı-satqı və icarə obyekti olan torpaq sahəsi şəhərin baş inkişaf planının hüdudlarında yerləşdiyi halda şəhərsalma və arxitektura üzrə müvafiq orqanın rəyi; - torpaq sahəsinin ekoloji vəziyyəti haqqında məlumatlar.
6. Təşkilatçı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi (bundan sonra “bildiriş”) hazırlayıb və onun yayılmasını təşkil edir. Təşkilatçı ərizələrin qəbulu barədə qeydiyyat jurnalında müsabiqə və ya hərracda iştirak etmək istəyənlərin ərizələrini qeyd edir, ərizəçilər tərəfindən təqdim edilmiş sənədlərin bu Qaydaların tələblərinə uyğun tərtib olunubolunmamasını yoxlayır, müsabiqə və hərracların keçirilməsi və ona hazırlıq barədəki təklifləri protokolla rəsmiləşdirir.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Belə ki, hazırkı mübahisənin predmetini torpaq sahəsinin icarəyə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılmasından cavabdehin imtinası təşkil edir. İddiaçının hüquqi marağı mübahisəli torpaq sahəsinin icarəyə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Daha sonra iddiaçı həmin torpaq sahəsini icarəyə vermək üçün cavabdeh quruma müraciət edərək, torpaq müsabiqəsinin keçirilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, sözügedən torpaq sahəsi üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 faktiki istifadəsindədir və orada qeyriyaşayış binası inşa edilmiş, həmin əmlaka dair eskiz layihə təqdim edilmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh qurum iddiaçı tərəfindən həmin torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin təqdim edilməsinin zəruri olduğunu bildirir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, “...cavabdehin həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin verilməli olmasına dair dəlilinə münasibətdə bildirilir ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hələ tikiləcək tikililər üçün öncədən rəyin, razılığın verilməsi tələb olunur. Məhkəməyə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki, sənədləşməsi nəzərdə tutulmuş torpaq sahəsində avtoyuma sexi şəklində istifadə edilən qeyri-yaşayış obyekti artıq inşa edilərək fəaliyyət göstərməkdədir. Belə olan halda cavabdehin torpaq sahəsini icarəyə vermək üçün torpaq müsabiqəsinə çıxarmaqdan imtina üçün göstərdiyi torpağa dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin verilməli olmasına dair dəlili tamamilə əsassızdır...” Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır. Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, “...bələdiyyə tərəfindən torpaq sahəsinə dair təqdimedilmiş sənədlər toplusuna Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi əlavə olunmamışdır və buna görə cavabdeh tərəfindən torpağın hərraca çıxarılması məqsədəuyğun hesab edilməmişdir.
34. Məhkəmələr isə hərrac keçirilməsinə dair sənədlərin tam olmamasına baxmayaraq, iddiaçı tərəfindən mübahisə predmeti olan torpaq sahəsi üzrə rəy verilməsi məqsədilə, ümumiyyətlə, həmin quruma müraciət edilməməsini nəzərə almadan işə mahiyyəti üzrə baxıb iddianın təmin edilməsi nəticəsinə gəlmişlər. ...
40. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçıya Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq rəyin alınaraq cavabdehə təqdim edilməsini təklif etməklə hüquqi yardım göstərməli, hazırki işdə Azərbaycan Respublikası İPM-nin 67.2-ci maddəsində nəzərdə tutulan imkandan istifadənin mümkünlüyünü müzakirə etməli, yalnız bundan sonra iddiaya mahiyyəti üzrə baxıb müvafiq qərar qəbul etməlidir...” Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, cavabdehin imtinasının əsasını müvafiq qurum tərəfindən müsbət rəyin təqdim edilməməsi təşkil etmişdir. Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq isə müəyyən olunur ki, müvafiq inzibati orqan tərəfindən müsbət rəyin verilib-verilməməsindən asılı olmayaraq iddiaçı tərəfindən hər bir halda həmin inzibati orqana müraciət edilməli idi. Təkrar apellyasiya baxışını həyata keçirən məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin göstərişləri nəzərə alınmaqla iddiaçıya ## ##### 2026-cı il tarixli məktub ünvanlanaraq İPM-nin 13-cü maddəsinin tələbinə uyğun olaraq hüquqi yardım edilmiş və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edərək müvafiq rəyin alınması və cavabdehə təqdim edilməsi barədə sənədlərin məhkəməyə təqdim edilməsi hüququnun olması izah olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış ## ### 2026-cı il tarixli, **** nömrəli məktubun surəti məhkəməyə təqdim edilmişdir (iş materialları, səhifə 216). İddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, sözügedən quruma tərəflərindən müraciət ünvanlansa da, bu günədək cavab daxil olmamışdır. Bundan sonra məhkəmə kollegiyası tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ## #### 2026-cı il tarixli sorğu ünvanlanaraq həmin məktubun surəti təqdim edilməklə müraciətin nəticəsi (iddiaçıya ünvanlanmış cavab məktubu əlavə edilməklə) barədə ən qısa zaman ərzində məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ## #### 2026-cı il tarixli, *-**/*- ****/**** nömrəli cavab məktubundan görünür ki, sözügedən məktub ilə bağlı Komitəyə hər hansı müraciət daxil olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Komitəyə ünvanlanan məktublar qəbul edilməmiş, bu səbəbdən Sumqayıt Bələdiyyəsi tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanaraq müvafiq sənədlərin rəy verilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi xahiş edilmişdir (iş materialları, səhifə 234). Bundan sonra məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin göstərişlərinin faktiki və səmərəli icrasını təmin etmək məqsədilə yenidən Komitəyə sorğu ünvanlanmaqla yazılı müraciət daxil olmasa da, ## ### 2026-cı il tarixli, **** nömrəli məktubun surəti təkrarən təqdim edilməklə müraciətə qanunvericiliyin tələbinə uyğun olaraq baxılması və bu barədə ən qısa zaman ərzində məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ## #### 2026-cı il tarixli, *-**/*- ****/**** nömrəli cavab məktubundan görünür ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2018-ci il tarixli *** nömrəli Fərmanının 1.2ci bəndinə əsasən, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahəsi ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy verir. Həmin rəy yalnız tikintinin həyata keçirilməsi nəzərdə tutulan boş (tikilisiz) torpaq sahələri üzrə təqdim olunur. Təqdim edilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlar əsasında aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, müraciətdə qeyd olunan torpaq sahəsində mövcud tikili yerləşir. Bu səbəbdən sözügedən müraciət Azərbaycan Respublikası Prezidentinin ##.##.2018-ci il tarixli *** nömrəli Fərmanının tətbiq dairəsinə aid olmadığından, həmin torpaq sahəsi üzrə Komitə tərəfindən şəhərsalma baxımından rəyin verilməsi mümkün deyildir. Göründüyü kimi iddiaçı tərəfindən Komitəyə ünvanlanmış ## ### 2026-cı il tarixli müraciətin nəticəsi olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən mübahisəli torpaq sahəsində tikili olmasına istinad olunmaqla rəy verilməsindən imtina edilmişdir. Belə ki, mübahisəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlar əsasında araşdırma aparılaraq həmin sahədə mövcud tikilinin yerləşdiyi müəyyən edilmiş və bu səbəbdən müraciətin *** nömrəli Fərmanın tətbiq dairəsinə aid olmadığı, həmin torpaq sahəsi üzrə şəhərsalma baxımından rəy verilməsinin mümkün olmadığı bildirilmişdir. Beləliklə, Ali Məhkəmənin göstərişində nəzərdə tutulan prosessual məsələ işə təkrar baxılma zamanı aradan qaldırılmış və iddiaçının Komitəyə müraciət etməsi təmin edilmişdir. Eyni zamanda, Komitənin cavabından mübahisəli torpaq sahəsi üzrə rəyin verilməsinin hüquqi baxımdan mümkün olmadığı açıq şəkildə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hal mübahisənin hüquqi qiymətləndirilməsi baxımından həlledici əhəmiyyət daşıyır. Belə ki, cavabdehin torpaq sahəsinin hərraca çıxarılmasından imtinasının əsasını məhz Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq rəyinin təqdim edilməməsi təşkil etmişdir. Halbuki, həmin rəyin alınması məqsədilə səlahiyyətli dövlət orqanına müraciət edilmiş, Komitə isə konkret olaraq mübahisəli torpaq sahəsində tikilinin mövcudluğunu müəyyən etdikdən sonra həmin torpaq sahəsi üzrə belə rəyin verilməsinin mümkün olmadığını bildirmişdir. Beləliklə, iş üzrə artıq müəyyən edilmişdir ki, cavabdehin tələb etdiyi sənədin təqdim edilməməsi iddiaçının iradəsindən və ya hərəkətsizliyindən irəli gəlmir. Əksinə, müvafiq səlahiyyətli orqanın mövqeyinə görə, həmin sənədin verilməsi üçün hüquqi əsas yoxdur. Bu baxımdan inzibati orqanın şəxs üçün əldə edilməsi hüquqi və faktiki baxımdan mümkün olmayan sənədin təqdim edilməməsini həmin şəxsin müraciətinin təmin edilməsindən imtina üçün əsas kimi qəbul etməsi düzgün olmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Hazırki mübahisəni mütənasiblik prinsipi baxımından da qiymətləndirən kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsinin hərraca çıxarılmasının mümkün olmaması ilə bağlı cavabdehin istinad etdiyi dəlil - rəyin verilməsi Komitənin özünün mövqeyinə görə mümkün deyildir. Belə şəraitdə həmin sənədin təqdim edilməsini tələb etmək və onun olmamasını hərracın keçirilməsindən imtinanın əsası kimi qəbul etmək qanuni məqsədə nail olunmasına xidmət edən zəruri və yararlı vasitə sayıla bilməz. Kollegiya onu da qeyd edir ki, işin müəyyən edilmiş faktiki halları əsasında sözügedən torpaq sahəsinin hazırda da faktiki olaraq üçüncü şəxsin istifadəsində olduğu müəyyən edilmişdir. İndiki halda iddiaçının məqsədi məhz torpaq sahəsinin həmin şəxsin icarəsinə verməkdən ibarət olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.