Məhkəmə qərarları › İş №2-1(3-8)-609/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-609/2026

07.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-609/2026 07.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “cavabdehin üzərinə Qusar rayonunun Kuzunqışlaq kəndində yerləşməklə onun və ailə üzvlərinin mülkiyyətində olan ************ reyestr nömrəli 2934,98 kv.metr torpaq sahəsinə aid B№****** saylı, ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində və ************ reyestr nömrəli 17818,94 kv.metr torpaq sahəsinə aid B№****** saylı, ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaqların məkan göstəricilərində (yerləşmə yerində) yol verilmiş uyğunsuzluqların aradan qaldırılması, həmin torpaq sahələrinin cizgilərinin JN:169 KOD ******** saylı Dövlət Aktının “169M” və “169” saylı planşetlərində əks olunmuş cizgilərə düzəliş edilməsi və buna uyğun yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi; Qusar rayonunun Kuzunqışlaq kəndində yerləşməklə X2 mülkiyyətində ************ reyestr nömrəli 37823,00 kv.metr torpaq sahəsinə aid “A” seriyalı, ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpağın məkan göstəricilərində (yerləşmə yerində) yol verilmiş uyğunsuzluqların aradan qaldırılması, həmin torpaq sahəsinin cizgilərinin JN:170 KOD ******** saylı Dövlət Aktının “*** saylı planşetində əks olunmuş cizgilərə düzəliş edilməsi və buna uyğun yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Şamaxı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh DƏDKR PHŞ-in * saylı Xaçmaz Ərazi Idarəsinin üzərinə Qusar rayonunun Kuzunqışlaq kəndində yerləşməklə onun və ailə üzvlərinin mülkiyyətində olan ************ reyestr nömrəli 2934,98 kv.metr torpaq sahəsinə aid B№****** saylı, ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində və ************ reyestr nömrəli 17818,94 kv.metr torpaq sahəsinə aid B№****** saylı, ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaqların məkan göstəricilərində (yerləşmə yerində) yol verilmiş uyğunsuzluqların aradan qaldırılması, həmin torpaq sahələrinin cizgilərinin JN:169 KOD ******** saylı Dövlət Aktının “169M” və “169” saylı planşetlərində əks olunmuş cizgilərə düzəliş edilməsi və buna uyğun yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi; Qusar rayonunun Kuzunqışlaq kəndində yerləşməklə X2 mülkiyyətində ************ reyestr nömrəli 37823,00 kv.metr torpaq sahəsinə aid “A” seriyalı, ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpağın məkan göstəricilərində (yerləşmə yerində) yol verilmiş uyğunsuzluqların aradan qaldırılması, həmin torpaq sahəsinin cizgilərinin JN:170 KOD ******** saylı Dövlət Aktının “*** saylı planşetində əks olunmuş cizgilərə düzəliş edilməsi və buna uyğun yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən, Cavabdeh publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. Daha sonra, iddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat: Iddia onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar Islahat Komissiyasının ## ### 1998-ci il tarixli, */* saylı qərarına əsasən, iddiaçıya və ailə üzvlərinə Qusar rayonunun Kuzunqışlaq kəndi ərazisindən 2,08 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:169 KOD ******** saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunmuşdur. Həmin 2,08 ha torpaq sahəsi 2 (iki) müxtəlif yerdə yerləşir və hər ərazidəki torpaq sahəsi həmin Dövlət Aktının ayrıca planşetində əks olunmuşdur. JN:169 KOD ******** saylı Dövlət Aktının “169M” saylı planşetində 2934,98 kv.metr torpaq sahəsi, JN:169 KOD ******** saylı Dövlət Aktının “169” saylı planşetində isə 17818,94 kv.metr torpaq sahəsi yerləşir. Həmin torpaq sahələrində mən artıq 25 ildən çoxdur ki, gilas bağı salıb istifadə edir. Iddiaçıya və ailə üzvlərinə məxsus JN: 169 KOD ******** saylı Dövlət Aktının “169M” saylı planşetində yerləşən 2934,98 kv.metr torpaq sahəsi bir tərəfdən üçüncü şəxs X2 və onun ailə üzvlərinə məxsus JN: 170 KOD ******** saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “170” saylı planşetində yerləşən 37823,00 kv.metr torpaq sahəsi ilə həmsərhəddir. Bizə məxsus JN: 169 KOD ******** saylı Dövlət Aktının “169M” saylı planşetində yerləşən 2934,98 kv.metr torpaq sahəsinin digər tərəfində isə torpaq islahatları zamanı bölgüyə düşməmiş 2 hektardan artıq yararsız boş sahə yerləşir. X2 özünə və ailə üzvlərinə məxsus JN: 170 KOD ******** saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “170” saylı planşetində yerləşən 37823.00 kv.metr torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyata aldıraraq həmin torpaq sahəsinə öz adına ## #### 2023-cü il tarixli, ************ reyestr nömrəli çıxarış almışdır. Həmin çıxarışla birlikdə cavabdeh DƏDKR PHŞ-in * saylı Xaçmaz Ərazi Idarəsi həmin 37823,00 kv.metr torpaq sahəsinə X2 adına “A” seriyalı, ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədini də vermişdir, X1nun adına verilmiş həmin “A” seriyalı, ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində 37823.00 kv.metr torpaq sahəsinin cizgisinin yeri, ona və ailə üzvlərinə məxsus JN:170 KOD ******** saylı Dövlət Aktının “170” saylı planşetində əks olunmuş cizginin yerinə uyğun tərtib edilməmişdir. Belə ki, X2 adına olan “A” seriyalı, ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin cizgisi iddiaçıya və ailə üzvlərinə məxsus JN:169 KOD ******** saylı Dövlət Aktının “169M” saylı planşetində yerləşən 2934,98 kv.metr torpaq sahəsinin digər tərəfində yerləşən torpaq islahatları zamanı bölgüyə düşməmiş 2 hektardan artıq yararsız boş sahəyə tərəf çəkilməklə tərtib edilmiş, iddiaçıya və ailə üzvlərinə məxsus JN: 169 KOD ******** saylı Dövlət Aktının “169M” saylı planşetində yerləşən 2934,98 kv.metr torpaq sahəsi həmin yararsız boş torpaq sahəsinin lap qıraq hissəsinə çəkilərək əks olunmuş, torpaq islahatları zamanı bölgüyə düşməmiş 2 hektardan artıq yararsız boş sahə isə X2 adına verilmiş “A” seriyalı, ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin digər tərəfində əks olunmuşdur. Belə olan halda iddiaçıya və ailə üzvlərinə məxsus JN:169 KOD ******** saylı Dövlət Aktının “169M” saylı planşetində yerləşən 2934,98 kv.metr torpaq sahəsi bütövlüklə X2 adına tərtib edilmiş “A” seriyalı, ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə daxil edilmiş, həmin torpaq sahəsində saldığı gilas bağı bütövlüklə X2 idarəçiliyinə keçmiş və bununla da hüquqları pozulmuşdur. Iddiaçı da öz növbəsində ona və ailə üzvlərinə məxsus JN:169 KOD ******** saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “169M” saylı planşetində yerləşən 2934,98 kv.metr torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində öz adlarına qeydiyyata aldıraraq həmin torpaq sahəsinə ## ### 2023-cü il tarixli, ************ reyestr nömrəli çıxarış almışdır. Həmin çıxarışla birlikdə cavabdeh DƏDKR PHŞ-in * saylı Xaçmaz Ərazi Idarəsi həmin 2934,98 kv.metr torpaq sahəsinə iddiaçının və ailə üzvlərinin adlarına B №****** saylı, ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədini də vermişdir. Lakin adlarına verilmiş həmin B№****** saylı, ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində də 2934,98 kv.metr torpaq sahəsinin cizgisinin yeri, ona və ailə üzvlərinə məxsus JN: 169 KOD ******** saylı Dövlət Aktının “169M” saylı planşetində əks olunmuş cizginin yerinə uyğun tərtib edilməmişdir. Belə ki, bizim adlarımıza verilmiş B№****** saylı, ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində həmin 2934,98 kv.metr torpaq sahəsinin cizgisi torpaq sahəsinin yanında yerləşən və torpaq islahatları zamanı bölgüyə düşməmiş 2 hektardan artıq yararsız, boş sahənin lap qırağına çəkilməklə tərtib edilmişdir. X2 və ailə üzvlərinə məxsus JN: 170 KOD ******** saylı Dövlət Aktının “170” saylı planşetində yerləşən 37823,00 kv.metr torpaq sahəsi isə torpaq islahatları zamanı bölgüyə düşməmiş 2 hektardan artıq yararsız boş sahəyə tərəf çəkilməklə yuxarıda qeyd etdiyi kimi X2 adma “A” seriyalı, ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Torpaq islahatları zamanı bölgüyə düşməmiş 2 hektardan aıtıq yararsız boş sahə isə X2 adına verilmiş “A” seriyalı, ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin digər tərəfində əks olunmuşdur. Iddiaçı X2 müraciət edərək cavabdeh DƏDKR PHŞ-in * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən onun adına verilmiş “A” seriyalı, ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində və onun və ailə üzvlərinin adına verilmiş B№****** saylı, ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahələrinin cizgilərində yol verilmiş səhvlərin aradan qaldırılması, həmin sənədlərdə torpaqların cizgilərinin müvafiq olaraq JN:170 KOD ******** saylı Dövlət Aktının “170” saylı planşetindəki və JN:169 KOD ******** saylı Dövlət Aktının “169M” saylı planşetindəki cizgilərə düzəliş etdirilməsini təklif etmişdir. X1 “A” seriyalı, ##.##.2023-cü il tarixli və B№****** saylı, ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində həmin düzəlişlərin aparılmasına razı olmamışdır. Iddiaçı həmçinin, özünə və ailə üzvlərinə məxsus JN: 169 KOD ******** saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “169” saylı planşetində yerləşən 17818,94 kv.metr torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində öz adlarına qeydiyyata aldıraraq həmin torpaq sahəsinə ## ### 2023-cü il tarixli, ************ reyestr nömrəli çıxarış almışdır. Həmin Çıxarışla birlikdə cavabdeh DƏDKR PHŞ-in * saylı Xaçmaz Ərazi Idarəsi həmin 17818,94 kv.metr torpaq sahəsinə mənim və ailə üzvlərimin adlarına B №****** saylı, ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədini də vermişdir. Lakin B№****** saylı, ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində də 17818,94 kv.metr torpaq sahəsinin cizgisinin yeri JN:169 KOD 301 ***** saylı Dövlət Aktının “169” saylı planşetində əks olunmuş cizginin yerinə uyğun tərtib edilməmişdir. Belə ki, JN:169 KOD ******** saylı Dövlət Aktının “169” saylı planşetində həmin torpaq sahəsinin cizgisi “üçbucaq” şəklindədir. Lakin B№****** saylı, ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində həmin 17818,94 kv.metr torpaq sahəsinin cizgisinin yeri dəyişdirilmiş, üçbucaq şəkilli cizginin bir tərəfi kəsilməklə “trapesiya” şəklində yeni cizgi tərtib edilmişdir. Torpaq sahəsinin “üçbucaq” şəkilli cizgisinin həmin kəsilmiş hissəsində isə mənim saldığım gilas bağının bir hissəsi qalmış və bununla da hüquqları pozulmuşdur. Iddiaçı JN:169 KOD 301 ***** saylı Dövlət Aktına əsasən, ona və ailə üzvlərinə məxsus 2,08 ha torpaq sahəsinin kadastr uçotu məlumatlarının (cizgilərinin) torpaqların elektron kadastr uçotu informasiya sistemində düzgün, yəni həmin Dövlət Aktının “169M” və “169” saylı planşetlərində əks olunduğu kimi qeydiyyata alınması üçün cavabdeh DƏDKR PHŞ-in * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət etmişdir. DƏDKR PHŞ-in * saylı Xaçmaz Ərazi Idarəsi ## ######## 2025-ci il tarixli məktubla “qonşu torpaq mülkiyyətçiləri ilə aralarında mübahisə halı mövcud olduğu üçün torpaqların elektron kadastr uçotu informasiya sistemində düzəliş etməkdən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, İddiaçı Qusar rayonu Kuzunqışlaq kəndi ərazisində yerləşən 2,08 ha torpaq sahəsinə dair məlumatların torpaqların elektron kadastrı uçotu informasiya sistemində düzəliş edilməsi barədə Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinə ərizə ilə müraciət etmişdir. Məlumat üçün bildirilir ki, vətəndaş İddiaçı sözügedən torpaq sahəsində çöl işləri aparılmışdır və məlum olmuşdur ki, qonşu torpaq mülkiyyətçiləri ilə aralarında mübahisə halı mövcuddur. Bu səbəbdən də, torpaqların elektron kadastrı uçotu informasiya sistemində düzəliş edilməsi mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən, Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Qeyd edilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənin icrasından ##.##.2025-ci il tarixdə 3- **-*-**/*-*****/**** nömrəli məktubla imtina verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Mehriban Mahmudlu-Abbaszadə) Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində göstərilən tələblə cavabdeh inzibati orqana müraciət etməsi sübuta yetirilməmiş, habelə üçüncü şəxsə məxsus plan-ölçü sənədinin düzəldilməsi hissəsində iddiaçının subyektiv hüququ mövcud olmamışdır. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iddianın mümkün sayılmamasının əsası kimi cavabdeh inzibati orana hazırkı tələblə müraciət edilməsinə dair müvafiq sübutun məhkəməyə təqdim edilməməsini iddiaçıya təklif olunduğunu, lakin belə bir sübutun olmadığını bildirməsini və belə bir halın məhkəmə tərəfindən müəyyən edilməsini qeyd edilmişdir. Bildirir ki, cavabdeh inzibati orqan olan Cavabdehn * saylı Ərazi Idarəsinə ərizə ilə müraciət edərək ona və ailə üzvlərinə məxsus 2,08 ha torpaq sahəsinin kadastr uçotu məlumatlarının (cizgilərinin) torpaqların elektron kadastr uçotu informasiya sistemində düzgün, yeni həmin Dövlət Aktının “169M” və “169” saylı planşetlərində əks olunduğu kimi qeydiyyata alınmasını xahiş etmiş və cavabdeh inzibati orqan da ##.##.2025-ci il tarixli məktubla “qonşu torpaq mülkiyyətçiləri ilə aralarında mübahisə halı mövcud olduğu” üçün torpaqların elektron kadastr uçotu informasiya sistemində düzəliş etməkdən imtina etmişdir ki, həm onun cavabdeh inzibati orqana ünvanladığım ərizə, həm də cavabdeh inzibati orqanın həmin ərizənin icrasından imtina məktubu iddia materiallarına əlavə edilmişdir. Cavabdeh inzibati orqana etdiyi müraciətlə iddia ərizəsində cavabdehə qarşı qoyduğu tələb arasında ciddi bir fərq yoxdur və mahiyyətcə eyni tələblərdir. Belə olan halda hesab edir ki, məhkəmə məhz iddia ərizəsində qeyd olunan məzmunda cavabdeh inzibati orqana müraciət etməklə bağlı ondan əlavə sübutları tələb etməkdə haqlı olmamışdır. Bundan əlavə, iddiasının 2-ci bəndində qeyd edilmiş tələbin, yəni Qusar rayonunun Kuzun-qışlaq kəndində yerləşməklə X2 və ailə üzvlərinin mülkiyyətində olan HYPERLINK "tel:************" ************ reyestr nömrəli 37823 kv.metr torpaq sahəsinə aid A seriyalı ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaqların məkan göstəricilərində (yerləşmə yerində) yol verilmiş uyğunsuzluqların aradan qaldırılması, həmin torpaq sahəsinin cizgilərinin JN: 170 KOD ******** saylı Dövlət Aktının “170” saylı planşetlərində əks olunmuş cizgilərə düzəliş edilməsi və buna uyğun yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin buna uyğun yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin qoyulmasına dair subyektiv hüququnun olmadığı kimi, iddia qaldırmaq hüququnun olmaması barədə məhkəmənin gəldiyi qənaəti də düzgün hesab etmir. Belə ki, iddia ərizəsində qeyd olunan hər iki tələb bir-biri ilə əlaqəlidir, yəni mübahisə predmeti olan torpaq sahələri qonşu torpaq sahələridir b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinn dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2. Inzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. Inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. Inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Iş materiallarından görünür ki, iddiaçı İddiaçı ona və ailə üzvlərinə məxsus Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisində yerləşən 2,08 ha torpaq sahəsinin JN:169 KOD ******** saylı Dövlət Aktında əks olunmuş cizgilərinə uyğun olaraq elektron kadastr uçotu məlumatlarında düzəliş edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin müraciət iddiaçıya məxsus 2934,98 kv.metr və 17818,94 kv.metr torpaq sahələrinin məkan göstəricilərinin Dövlət Aktının “169M” və “169” saylı planşetlərində göstərilən cizgilərə uyğunlaşdırılması, bununla əlaqədar verilmiş plan-ölçü sənədlərində yol verilmiş uyğunsuzluqların aradan qaldırılması məqsədini daşımışdır. Iş materiallarında olan cavabdehin etirazından və ## ######## 2025-ci il tarixli, *-**- *-**/*-*****/**** nömrəli məktubdan görünür ki, inzibati orqan həmin müraciəti qəbul etmiş, iddiaçının torpaq sahəsində çöl işləri aparmış, lakin qonşu torpaq mülkiyyətçiləri ilə mübahisə halının mövcudluğunu əsas gətirərək torpaqların elektron kadastr uçotu informasiya sistemində düzəliş aparılmasını mümkün hesab etməmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə iddianı mümkün saymamış, qərardadını əsasən onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində göstərilən tələblə cavabdeh inzibati orqana müraciət etməsi sübuta yetirilməmiş, habelə üçüncü şəxsə məxsus plan-ölçü sənədinin düzəldilməsi hissəsində iddiaçının subyektiv hüququ mövcud olmamışdır. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın mümkünlüyü onun mahiyyəti üzrə əsaslı olub-olmamasından əvvəl yoxlanılan ilkin prosessual şərtdir. IPM-in 35.1-ci maddəsinin məzmununa görə, iddiaçının inzibati aktın qəbul edilməsi və ya qəbulundan imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Bu mərhələdə məhkəmənin vəzifəsi iddianın faktiki və hüquqi əsaslarının mahiyyəti üzrə sübuta yetirilib-yetirilmədiyini həll etmək deyil, iddiaçının müdafiə olunmağa layiq subyektiv hüququnun və hüquqi marağının mövcudluğunu, eləcə də müvafiq inzibati orqana əvvəlcədən müraciət edilməsini qiymətləndirməkdən ibarətdir. Kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçının cavabdeh inzibati orqana müraciət etməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş materialları ilə təkzib edilir. Belə ki, iddiaçı cavabdehə məhz torpaq sahəsinin elektron kadastr uçotu məlumatlarında düzəliş edilməsi üçün müraciət etmiş, cavabdeh də həmin müraciət üzrə araşdırma apararaq imtina məktubu vermişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədi torpaq sahəsinin məkan göstəriciləri və kadastr uçotu məlumatları əsasında tərtib edildiyindən, elektron kadastr uçotu məlumatlarının Dövlət Aktındakı cizgilərə uyğunlaşdırılması barədə müraciət mahiyyət etibarilə mövcud plan-ölçü sənədlərindəki uyğunsuzluqların aradan qaldırılması və buna uyğun yeni plan-ölçü sənədlərinin verilməsi tələbinə yönəlmişdir. Bu səbəbdən yalnız müraciətin ifadə formasına istinad etməklə iddianın həmin hissədə mümkün sayılmaması həddindən artıq formal yanaşma olmuşdur. Digər tərəfdən, X2 məxsus ************ reyestr nömrəli torpaq sahəsinə dair plan-ölçü sənədinin düzəldilməsi ilə bağlı tələbdə iddiaçının subyektiv hüququnun olmaması barədə nəticə də kifayət qədər əsaslandırılmamışdır. Belə ki, iddiaçı bu tələb vasitəsilə başqa şəxsin hüququna müdaxilə edilməsini deyil, həmin plan-ölçü sənədinin ona məxsus 2934,98 kv.metr torpaq sahəsinə düşdüyünü, başqa sözlə, torpaq sahələrinin sərhəd göstəricilərinin üst-üstə düşməsi nəticəsində öz mülkiyyət və istifadə hüquqlarının pozulduğunu iddia edir. Bu halda iddiaçının hüquqi marağı öz torpaq sahəsinin sərhəd göstəricilərinin ilkin Dövlət Aktında əks olunan cizgilərə uyğunlaşdırılmasında və iddia olunan üst-üstə düşən hissədə üçüncü şəxsin plan-ölçü sənədinin yaratdığı hüquqi nəticələrin aradan qaldırılmasında ifadə olunur. Həmin halların həqiqətən mövcud olub-olmaması isə mümkünlük mərhələsində deyil, işə mahiyyəti üzrə baxılarkən sübutların araşdırılması yolu ilə müəyyən edilməlidir. Bundan əlavə, IPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, habelə işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bu norma məhkəmənin hüquqi yardım vəzifəsini təsbit edir və onun məqsədi şəxsin məhkəmə müdafiəsi hüququnun yalnız tələbin düzgün ifadə edilməməsi və ya prosessual formanın dəqiq seçilməməsi səbəbindən məhdudlaşdırılmasının qarşısını almaqdır. Hazırkı işdə birinci instansiya məhkəməsi iddia tələbinin ifadəsində qeyri-dəqiqlik olduğunu hesab etmişdirsə, iddiaçı ilə bu məsələni müzakirə etməli, ona tələbin hüquqi mahiyyətinin dəqiqləşdirilməsi, o cümlədən öz torpaq sahələrinin kadastr məlumatlarının ilkin Dövlət Aktına uyğunlaşdırılması, buna uyğun yeni plan-ölçü sənədlərinin verilməsi, habelə iddia olunan üst-üstə düşən hissədə üçüncü şəxsin plan-ölçü sənədinin mübahisələndirilməsi və ya həmin hissədə hüquqi nəticələrinin aradan qaldırılması formasında tələbin dəqiqləşdirilməsi barədə zəruri hüquqi yardım göstərməli idi. Həmçinin zərurət olduqda X2 üçüncü şəxs prosesə cəlb edilməsi məsələsi müzakirə edilməli və mübahisənin düzgün həlli üçün əhəmiyyətli faktiki hallar IPM-in 12-ci maddəsində nəzərdə tutulmuş araşdırma prinsipi əsasında müəyyənləşdirilməli idi. Lakin birinci instansiya məhkəməsi göstərilən prosessual imkanlardan istifadə etmədən, iddiaçının müraciətinin mahiyyətini və onun üçüncü şəxsin plan-ölçü sənədi ilə bağlı hüquqi marağını lazımi qaydada qiymətləndirmədən iddianı mümkün saymamışdır. Belə yanaşma iddianın mümkünlüyü institutunun məqsədinə, məhkəmənin hüquqi yardım vəzifəsinə və məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi tələbinə uyğun deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamış, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış və mübahisənin hüquqi təbiəti düzgün müəyyən edilməmişdir. IPM-nin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTICƏVI HISSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “cavabdehin üzərinə Qusar rayonunun Kuzunqışlaq kəndində yerləşməklə onun və ailə üzvlərinin mülkiyyətində olan ************ reyestr nömrəli 2934,98 kv.metr torpaq sahəsinə aid B№****** saylı, ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində və ************ reyestr nömrəli 17818,94 kv.metr torpaq sahəsinə aid B№****** saylı, ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaqların məkan göstəricilərində (yerləşmə yerində) yol verilmiş uyğunsuzluqların aradan qaldırılması, həmin torpaq sahələrinin cizgilərinin JN:169 KOD ******** saylı Dövlət Aktının “169M” və “169” saylı planşetlərində əks olunmuş cizgilərə düzəliş edilməsi və buna uyğun yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi; Qusar rayonunun Kuzunqışlaq kəndində yerləşməklə X2 mülkiyyətində ************ reyestr nömrəli 37823,00 kv.metr torpaq sahəsinə aid “A” seriyalı, ##.##.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpağın məkan göstəricilərində (yerləşmə yerində) yol verilmiş uyğunsuzluqların aradan qaldırılması, həmin torpaq sahəsinin cizgilərinin JN:170 KOD ******** saylı Dövlət Aktının “*** saylı planşetində əks olunmuş cizgilərə düzəliş edilməsi və buna uyğun yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar