Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-61/2026 12.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması nəticəsində əlil olmuş şəxsə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2-1(118)-2263/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək onun Çernobıl AES-də baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə bağlı 605 saylı Tikinti idarəsinin tərkibində 8 may 1987-ci ildən 17 iyul 1987-ci il tarixədək yəni 2 ay 18 gün işlədiyi işə görə almış olduğu əmək haqqına uyğun qaydalar əsasında (əmək haqqının dörtqatı həcmində) pensiyanın yenidən hesablanması və artırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1956-cı ildə anadan olmuşdur. xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddətdə Çernobıl AES-də baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə bağlı 605 saylı Tikinti İdarəsinin tərkibində 8 may 1987-ci ildən 17 iyul 1987-ci il tarixədək yəni 2 ay 18 gün sürücü vəzifəsində işləmiş və yüksək dozada qamma şüalanmasına məruz qalaraq əlil olmuşdur. Bu səbəblə 2000-ci ildən müddətsiz 2-ci dərəcəli əlildir. Cavabdeh AR ƏƏSMN Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək Çernobıl AES-də baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə bağlı 605 saylı Tikinti İdarəsinin tərkibində 8 may 1987-ci ildən 17 iyul 1987-ci il tarixədək yəni 2 ay 18 gün işlədiyi işə görə almış olduğu əmək haqqına uyğun qaydalar əsasında (əmək haqqının dörtqatı həcmində) pensiyanın yenidən hesablanması və artırılmasını tələb etmiş, cavabdeh təşkilatdan ünvanlanan 16 avqust 2024-cü il tarixli cavab məktubunda pensiyanın əmək haqqı əsasında hesablanmasının mümkünsüz olduğu bildirilmişdir. Halbuki onunla bərabər çalışmış bir çox şəxslər hazırda aldığı pensiyanın 4-5 qatı həcmində pensiya ilə təmin olunurlar. AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komisiyasının xx.xx.2017-ci il tarixli Qərarına əsasən 1986-cı ildə Çernobil faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə aldığı, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqələndirilə bilən və xx.xx.2017-ci ildə xəstəliklərin səbəbinin və əlilliyin peşə xarakterinin Çernobil AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika idarələrarası Ekspert Şurası tərəfindən təyin edilmiş xəstəlik - diaqnoz: "Postradiasion ensefalopatiya, kəskin ifadə olunmuş asteno-nevrotik sindrom" (Azərbaycan Respublikası SHXÇDX-nin Sumqayıt şəhər idarəsinin xx.xx.2017-ci İl tarixli 30 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 369 nömrəli arayışı, Xəstəliklərin səbəbinin və əlilliyin peşə xarakterinin Çernobil AES-de baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika idarələrarası Ekspert Şurası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ekspert rəyi, MN MHHK-nın həkim mütəxəssisinin və nevropatoloqun rəyləri ilə təsdiq edilir), "XƏSTƏLİKDİR, ÇERNOBİL AES-də qəza ilə əlaqədar HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİN (XİDMƏTİ VƏZİFƏLƏRİN) İCRASİ ZAMANİ ALİNMİŞDİR". Hazırda ümumi əsaslarla 2-ci dərəcə əlildir, 363 manat pensiya alır. İki övladı Çernobil faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə aldığı radiasiyalar səbəbindən anadangəlmə xəstəliklərlə doğulmuşlar. “Çernobil qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları Çernobil qəzası nəticəsində onların səhhətinə dəymiş zərərin tam əvəzini almaq, güzəştli tibbi xidmətdən istifadə etmək, radioaktiv maddələrlə çirklənmiş ərazidə işə görə kompensasiya və güzəştlər almaq hüququna malikdirlər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdehə müraciət edərək, ona keçmişdə qüvvədə olan qanunvericiliyə əsasən ona təyin edilmiş əmək pensiyasının aldığı əməkhaqqının dörd qatı miqdarında yenidən hesablanmasını xahiş etmiş, cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-195841/2024 nömrəli məktubunda mövcud qanunvericiliyə uyğun olaraq iddiaçıya təyin edilmiş əmək pensiyasının əməkhaqqı əsasında hesablanmasının mümkün hesab edilmədiyi qeyd edilmişdir. İddiaçının müraciətinə baxılan zaman pensiya işinə daxil olan sənədlərin surətlərinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 20 il 5 ay 28 gün sığorta stajı əsasında əlilliyə görə əmək pensiyası yenidən hesablanmış və pensiya məbləğində dəyişiklik olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. İddiaçının cavabdehə müraciətində ona təyin olunmuş əlilliyə görə əmək pensiyasının xx.xx.1987-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək Çernobil AES-də baş vermiş faciənin nəticələrinin aradan qaldırılmasında iştirakına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 577 saylı qərarı əsasında əmək haqqının dörd qat məbləğində ödənilmiş mükafat əsasında əmək pensiyasının yenidən hesablanmasını tələb etmişdir. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1993-cü il 10 sentyabr tarixli məktubunda ifadə olunduğu kimi əmək pensiyasının dörd qat əmək haqqı məbləğində müəyyən edilmiş mükafat əsasında hesablanması qeyri-mümkündür və bu səlahiyyət “X2 haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci bəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanının 2.3-cü bəndinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 30.1-ci maddəsində (birinci və ikinci cümlələrində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının” səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 21 dekabr tarixli 577 saylı Qərarına əsasən, əmək haqqının dörd qat məbləğində mükafat ödənilir və əmək haqqından pensiya hesablanması “X2 haqqında” Qanunun 83-cü maddəsində nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləğ ÇAES günlərinin sayına bölünərək 25.4-ə vurulmalıdır. Alınan məbləğ pensiyanın orta aylıq əmək haqqını təşkil edir. Dörd qat məbləğ özü müasirləşdirilərək ödənildiyi üçün həmin əmək haqqının müasirləşdirilməsinə yol verilmir. Yəni Nazirlər Kabinetinin 24 may 1993-cü il tarixli 255 saylı Qərarına əsasən orta aylıq əmək haqqının müasirləşdirilməsi qeyri-mümkündür. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı müraciəti zamanı xx.xx.1987-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək Çernobil AES-də baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə bağlı 605 saylı Tikinti idarəsinin tərkibində sürücü vəzifəsində işlədiyi müddət ərzində almış olduğu əməkhaqqının dörd qatı miqdarında əmək pensiyasının yenidən hesablanmasını xahiş etsə də, həmin dövrlərdə aldığı əməkhaqqı barədə hərhansı bir sənəd təqdim etməmiş, hansı sənəd əsasında əməkhaqqının müəyyən edilməsi və onun dörd qat həcmdə hesablanaraq təyin edilməsi barədə iddiasını əsaslandırmamışdır. Oxşar inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(105)-579/2024 nömrəli qərarında qeyd edilir ki, Çernobil AES-də və Slavutiç şəhərində işə gorə alınmış maaşın dördqat məbləğindən hesablama aparılması imkanı mövcud olmuş, lakin tələb olunan sübutlar məhkəməyə təqdim edilmədiyi üçün iddia həmin hissədə də əsaslı deyil, iddiaçının istinad etdiyi birdəfəlik 10000 manat mükafat və həmin dövrdəki orta əmək haqqı məbləğinin beşqatı məbləğinin hesablanıb ödənilməsini əks etdirən arayış 02 fevral 2024-cü il tarixli olmaqla birinci instansiya məhkəməsində icraat zamanı əldə edilərək təqdim olunmuş və iddiaçıya məxsus pensiya işində öz əksini tapmamışdır. Bu səbəbdən də həmin arayış məhkəmə kollegiyası tərəfindən mötəbər sübut qismində qəbul edilmir. Bununla da iddiaçının istinad etdiyi hallar sübuta yetirilməmiş olur. Sumqayıt Apellyasiya Məhkəməsinin sözügedən qərarından kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(102)- 1437/2025 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Analoji iş üzrə tətbiq edilmiş məhkəmə mövqeyindən görünür ki, iddiaçı əməkhaqqının dörd misli məbləğində əmək pensiyasının yenidən hesablanmasını istəyirsə, müraciəti zamanı aldığı əməkhaqqı və mükafatlarla bağlı mötəbər sübutlar təqdim etməlidir. Qeyd edilir ki, hazırki iş üzrə iddiaçı əməkhaqqı alması və ya hansı məbləğdə alması barədə inzibati orqana və ya məhkəməyə heç bir zəruri sənəd təqdim etməmiş, bununla da iddiasını əsaslandırmamışdır. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən qeyd edilir ki, mövcud qanunvericiliyə uyğun olaraq iddiaçıya təyin edilmiş əmək pensiyasının əmək haqqı əsasında hesablanması mümkün olmadığından, həmçinin formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçı tərəfindən zəruri sənədlər təqdim edilmədiyindən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, 1986-cı ildə Çernobil faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə aldığı, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqələndirilə bilən və xx.xx.2017-ci ildə Xəstəliklərin səbəbinin və əlilliyin peşə xarakterinin Çernobil AES-de baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika idarələrarası Ekspert Şurası tərəfindən təyin edilmiş xəstəlik - diaqnoz: "Postradiasion ensefalopatiya, kəskin ifade olunmuş asteno-nevrotik sindrom" (Azərbaycan Respublikası SHXÇDX-nin Sumqayıt şəhər idarəsinin xx.xx.2017-ci İl tarixli 30 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 369 nömrəli arayışı, Xəstəliklərin səbəbinin və əlilliyin peşə xarakterinin Çernobil AES-de baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika idarələrarası Ekspert Şurası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ekspert rəyi, MN MHHK-nın həkim mütəxəssisinin və nevropatoloqun rəyləri ilə təsdiq edilir), "XƏSTƏLİKDİR, ÇERNOBİL AES-də qəza ilə əlaqədar HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİN (XİDMƏTİ VƏZİFƏLƏRİN) İCRASİ ZAMANİ ALİNMİŞDİR". Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 16 01.1956-cı il təvəllüdlü İddiaçı adı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsində olan, X4 Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmiş vətəndaşların adlı siyahısında mövcuddur. İddiaçı bu qəzada 605 nömrəli Tikinti İdarəsinin tərkibində iştirak etməsi Rusiya Federasiyasının Arxiv İdarəsindən sorğu əsasında əldə edilmiş arayışda öz əksini tapır. Çernobıl AES-də işə görə aldığı maaş barədə baş idarədə heç bir məlumat mövcud deyil. Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhər 2707 saylı Avtokolonun və 605 saylı Tikinti İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyindən vətəndaş İddiaçı iş stajı və əmək haqqı barədə məlumatları müsbət cavablandırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı 06 may 1987-ci ildən 17 iyul 1987-ci il tarixədək ÇAES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2-1(118)-2263/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “X2 haqqında” Azərbaycan Respublikası Qanunun (2007-ci il 6 mart tarixli, 260-İİ1QD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 71-ci maddəsinə istinad edərək göstərmişdir ki, Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orla aylıq əmək haqqından faiz, əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. Orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. 80-ci maddəsinin 2-ci abzasına əsasən, iş stajından asılı olmayaraq Çernobil qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar pensiya almaq hüququna malikdirlər: 81-ci maddəsinin 1-ci abzasına əsasən, bu Qanunun 80-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəymiş zərər müqabilində təyin edilir; 83-cü maddəsinə əsasən, pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: 80-ci maddənin beşinci bəndində göstərilmiş şəxslərə — minimum əmək haqqının beşqat məbləğindən; 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərəÇernobil AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğində, yaxud Çernobil AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən. Maddə 99. Təyin olunmuş pensiyalar aşağıdakı müddətlərdə yenidən hesablanır: pensiyanın artırılması hüququ yarandıqda, ərizə bütün lazımi sənədlərlə birlikdə ayın 15-dək verilmişdirsə - müraciət edilən ayın 1-dən, ayın 15-dən gec təqdim edilmişdirsə növbəti ayın 1-dən; pensiyanın azaldılmasına səbəb olduqda—bu səbəbin baş verdiyi aydan sonrakı ayın 1-dən. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 1991-ci il tarixli 577 saylı qərarına əsasən Çernobil AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara əmək haqqının dördqat məbləğində mükafat ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1-18 saylı 10 sentyabr 1993cü il tarixli “Vətəndaşların bəzi kateqoriyalarına pensiyaların hesablanması Qaydaları’na (2-ci bəndi) əsasən isə Çernobil AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 1991-ci il tarixli 577 saylı qərarına əsasən əmək haqqının dördqat məbləğində mükafat ödənilmişdir. Həmin əmək haqqından pensiya hesablanması Qanunun 83-cü maddəsində nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləğ Çernobil AES-də olduğu günlərin sayına bölünüb 25,4-ə vurulmalıdır. Məhkəmə onun aldığı maaş barədə heç bir məlumat müəyyən edilmədiyini əsas gəlirməklə iddia tələbini rədd etmişdir, halbuki onunla eyni vaxtda eyni yerdə və eyni əsaslarla işləmiş iş yoldaşları da olmuşdur ki, onlara həmin ödənişlər aparılmışdır və bu arayışların müvafiq orqanlar tərəfindən verilməməsi onun təqsiri deyildir. b) Cavabdeh inzibati orqan apellyasiya şikayətinə etiraz ünvanlayaraq iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “X2 haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 80. Pensiya almaq hüququ olan şəxslər İş stajından asılı olmayaraq milli münaqişə zəminində öz daimi yaşayış yerlərini məcburi tərk edərkən, sərhəd rayonlarında, Qarabağın dağlıq hissəsində, 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı yaralanma, zədələnmə, kontuziya və digər bədən xəsarəti almaq nəticəsində əlil olmuş vətəndaşlar, həmin səbəblər üzündən başçısını itirmiş əmək qabiliyyəti olmayan ailə üzvləri, eləcə də bu maddədə sadalanmış şəxslər sırasından olan əlillər vəfat etdikdə, onların ailələri. İş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər; köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-in istismarında və digər işlərdə iştirak etmiş şəxslər (o cümlədən müvəqqəti göndərilənlər və ezamiyyətdə olanlar); köçürmə zonasında xidmət etmiş müddətli xidmət hərbi qulluqçuları; həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xüsusi toplanışa çağırılmış və köçürmə zonasında işə cəlb edilmiş hərbi vəzifəlilər; 1987-ci ilin aprelin 21-dən 1990-cı ilin dekabrın 31-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər; Çernobıl AES-də baş vermiş qəza nəticəsində həlak olanların, eləcə də bu maddənin ikinci hissəsində sadalanmış şəxslər sırasından olan vəfat etmiş əlillərin ailə üzvləri. Maddə 83 (Azərbaycan Respublikasının xx.xx.1995-ci il tarixli, 1090 nömrəli Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyada). Pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: 80-ci maddənin birinci bəndində göstərilmiş şəxslərə — minimum əmək haqqının beşqat məbləğindən; 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə — Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dörd qat məbləğindən, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı Çernobıl AES-də baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə bağlı 605 saylı Tikinti idarəsinin tərkibində 8 may 1987-ci ildən 17 iyul 1987-ci il tarixədək yəni 2 ay 18 gün işlədiyi işə görə almış olduğu əmək haqqına uyğun qaydalar əsasında (əmək haqqının dörtqatı həcmində) pensiyanın yenidən hesablanması və artırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmaqla yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “X2 haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən əlilliyə görə pensiyalar əlillik əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nəticəsində yaralanma, zədələnmə və ya xəstələnmə, müddətli hərbi və ya alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilir. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “X2 haqqında” Azərbaycan Respublikası Qanunun 80-ci maddəsinin 2-ci abzasına əsasən, iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar pensiya almaq hüququna malikdirlər. Həmin Qanunun: 81-ci maddəsinin 1-ci abzasına görə bu Qanunun 80-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəymiş zərər müqabilində təyin edilir. 83-cü maddəsinə (xx.xx.1996-cı il tarixədək qüvvədə olan redaksiyası) müvafiq olaraq pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: 80-ci maddənin birinci bəndində göstərilmiş şəxslərə — minimum əmək haqqının beşqat məbləğindən; 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə — Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğində, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən. Göründüyü kimi həm “X2 haqqında” Qanunun sadalanan normalarında, həm də Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 577 nömrəli qərarında Çernobil AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında çalışanlara pensiya təyinatı zamanı pensiyanın hesablanması müvafiq olaraq pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanırdı. Hazırkı iş üzrə iddiaçıya da qeyd edilən əsaslarla (əvvəlki 12 ayın əmək haqqından) əlilliyə görə pensiya təyin edilmişdir. Lakin qanunvericiliyin tələbinə əsasən bu kateqoriya şəxslərin müraciəti zamanı onların arzusuna əsasən pensiya aşağıdakı kimi üç fərqli qaydada hesablana bilərdi:
1. Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğindən
2. Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından
3. minimum əmək haqqının beşqat məbləğindən. Göründüyü kimi iddiaçıya pensiya təyinatı aparılan zaman onun seçim etmək imkanı olmuş, lakin o bu hüquqdan istifadə etməmişdir. İddiaçıya pensiya təyini aparılan zaman hər hansı qanun pozuntusuna yol verildiyi müəyyən edilmir. Lakin məhkəmə kollegiyası bu kateqoriya işlərdə məhkəmə təcrübəsinin olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdeh inzibati orqana müraciətinin əsaslı olubolması yoxlanılmalı və mahiyyəti üzrə qərar qəbul edilməlidir. İddiaçı pensiyanın yenidən hesablanması üçün 605 saylı Tikinti idarəsinin tərkibində 8 may 1987-ci ildən 17 iyul 1987-ci il tarixədək yəni 2 ay 18 gün işlədiyi işə görə almış olduğu əmək haqqının dörtqatı həcmində nəzərə alınmasını xahiş edir. Qeyd olunan halın araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən zəruri sorğular edilməklə aşağıdakı məlumatlar əldə olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin 24 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, 16 01.1956-cı il təvəllüdlü İddiaçı adı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsində olan, X4 Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmiş vətəndaşların adlı siyahısında mövcuddur. İddiaçı bu qəzada 605 nömrəli Tikinti İdarəsinin tərkibində iştirak etməsi Rusiya Federasiyasının Arxiv İdarəsindən sorğu əsasında əldə edilmiş arayışda öz əksini tapır. Çernobıl AES-də işə görə aldığı maaş barədə baş idarədə heç bir məlumat mövcud deyil. Dövlət Arxivinin Sumqayıt filialının 24 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər 2707 saylı Avtokolonun və 605 saylı Tikinti İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyindən vətəndaş İddiaçı iş stajı və əmək haqqı barədə məlumatları müsbət cavablandırmaq mümkün olmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı ünvan 1 ünvanı barədə məlumat əldə edilməsi mümkün olmamışdır. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçının Çernobıl AES-də işə görə aldığı maaş barədə heç bir məlumat müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası formalaşmış məhkəmə təcrübəsini də nəzərə alaraq hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2-1(118)-2263/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.