Məhkəmə qərarları › İş №2-1(3-8)-610/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-610/2026

16.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-610/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi nümayəndə2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “çoxuşaqlı ana kimi iddiaçıya əsassız ödənilmiş əmək pensiyası məbləğinin ona təyin olunmuş yaşa görə müavinətdən tutulmasına dair qərarın ləğv edilməsi və yaşa görə müavinətindən tutulmuş pul vəsaitinin ona geri qaytarılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI Qubadlı rayon Prokurorluğunun İddiaçı barəsində qəbul edilmiş ## ###### 2023-cü il tarixli qərarının surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın ##.##.2023cü il tarixli *-**-*/*-H-******/**** saylı qərarına əsasən ##.##.2023-cü il tarixli əmək pensiyası üzrə qərara əsasən artıqvermə müəyyən edilmişdir. Keçmiş dövr üzrə təyin edilmiş müavinətin məbləğinin əmək pensiyası ilə əvəzləşdirilərək ödənilməsi qərara alınmışdır. Iddiaçıya aid pensiya işinin surəti iş materiallarına əlavə edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdeh tərəfindən ##.##.1996-cı il tarixdən ##.##.2023-cü il tarixədək çoxuşaqlı ana kimi iddiaçıya əsassız ödənilmiş əmək pensiyası məbləğinin ona təyin olunmuş yaşa görə müavinətdən tutulmasına dair qərarın ləğv edilməsi və 2023-cü ilin fevral ayından hazırki müddətə kimi yaşa görə müavinətindən tutulmuş pul vəsaitinin ona geri qaytarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin X7 qarşı “artıq tutulmuş 1000 manat məbləğinin geri qaytarılması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı olaraq məhkəməyə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilərək, “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təminatı üzrə Mərkəzi Filialı tərəfindən 2023-cü ilin fevral ayından - 2024-cü ilin dekabr ayına qədər 220 manat ödənilməsi əvəzinə 176 manat müavinat ödənilməsini nəzərə alaraq, bir aya 44 manat 22 ay ərzində isə artıq tutulmuş 968 manat məbləğin və məhkəmə qərarı çıxarılanadək artıq tutulmuş məbləğin hesablanaraq iddiaçıya qaytarılmasına dair qərar qəbul olunması” na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin inzibati iş Sumqayıt Inzibati Məhkəməsinin hakimi Leyla Mirzəyevanın icraatında olmuşdur. ##.##.2025-ci il tarixdə iddia tələbinin vəkil tərəfindən düzgün qoyulmadığını nəzərə alaraq iddia ərizəsinin geri qaytarılması ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması qərara alınmışdır. Bundan sonra iddiaçı cavabdeh orqana rəsmi qaydada ərizə ilə müraciət edərək, ##.##.1996-cı il tarixdən ##.##.2023-cü il tarixədək İddiaçı təyin edilmiş əmək pensiyası üzrə artıq ödənilmiş vəsitin hər ay sosial müavinətindən tutulması ilə bağlı qərarın rəsmi qaydada göndərilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş ərizənizə baxılmışdır. ##.##.2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən sizə ##.##.1996-cı il tarixindən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmiş, ##.##.2006-cı il tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyanızın ödənişi ##.##.2023-cü il tarixinədək davam etdirilmişdir. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sisteminə əsasən təvəllüdünüz ##.##.1955-ci il olmasına baxmayaraq, pensiya işinə daxil olan sənədlərdə və şəxsiyyət vəsiqəsinin (əvvəlki) surətində ##.##.1945-ci il kimi qeyd edilmişdir. Bu səbəbdən iddiaçıya hüququ olmadan çoxuşaqlı ana kimi təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi ##.##.2023-cü il tarixdən dayandırılmış və ##.##.1996-cı il tarixdən ##.##.2023-cü il tarixədək ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunanlara əsasən əmək pensiyası hüququ olmadığından ona ##.##.2017-ci il tarixdən yaşa görə müavinət təyin edilmiş və hazırda ödənişi davam etdirilir (əmək pensiyası üzrə əsassız ödənilmiş məbləğ nəzərə alınmaqla). Əlavə olaraq bildiririk ki, əmək pensiyası üzrə əsassız ödənilmiş məbləğin müəyyən edilməsi ilə bağlı ##.##.2024-cü il tarixli *-**-*/*-H-******/**** nömrəli məktubla iddiaçıya rəsmi cavab göndərildiyindən qərarın təqdim edilməsi mümkün hesab olunmur”. Hazırda cavabdehin imtinası ilə razı olmadığına görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Qubadlı rayon prokukorluğunun İddiaçı barəsində qəbul etdiyi cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında ##.##.2023-cü il tarixli 13-cü səhifəsinin 3-cü abzasından başlayaraq qeyd olunmuşdur ki, “****** nömrəli pensiya işi materiallarına əsasən ##.##.1945-ci il təvəllüdlü vətəndaş İddiaçı qızma (FIN: *******) Qubadlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin ** nömrəli ##.##.1996-cı il tarixli qərarı Hə ##.##.1996-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ##.##.1996-cı il tarixdən ##.##.2015-ci il tarixədək cəmi 16.169,03 manat olmaqla (cari məzənnə ilə) aylıq əmək pensiyası ödənilmişdir. MEIS-in "Pensiya" altsistemində aşkar edilən məlumatlara əsasən İddiaçı ##.##.2015-ci il tarixdən ##.##.2023-cü il tarixədək cəmi 21922,06 manat əmək pensiyası ödənilmişdir. Ümumilikdə İddiaçı ##.##.1996-cı il tarixdən ##.##.2023-cü il tarixədək 38.091,09 manat əmək pensiyası ödənilmişdir. İddiaçı ##.##.2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 4 uşağı olan qadınlara güzəştə əsasən ##.##.2005-ci il tarixində pensiya təyin edilməsi üçün tələb olunan yaş həddinə çatsa da, qanunla tələb olunan sığorta stajı mövcud deyil. Pensiya işi materiallarına əsasən İddiaçı ##.##.1993-cü ildən ##.##.1996-cı ilədək ** nömrəli Rayonlararası istehsalat təmir-tikinti trestində əmək fəaliyyəti dövrü üzrə 2 il 4 ay 5 gün sığorta stajı müəyyən edilmişdir. Həmçinin pensiya işinin tərkibində olan şahid ifadəsində vətəndaşın 1962-ci ildən əmək fəaliyyəti olduğu qeyd edilmişdir. Iddiaçının şəxsin XX. 02.1955-ci ildə anadan olduğu nəzərə alındıqda onun 7 yaşından əmək fəaliyyəti ilə məşğul olması halı şahid ifadəsinin etibarlılığına əsaslı şübhələr yaradır. Bu səbəbdən onun əmək fəaliyyətini təsdiq edən sənədlər mötəbər hesab edilmədiyindən İddiaçı 1962-1992-ci illərdə Qubadlı rayon "M.Hüseynzadə" adma kolxozda işlədiyi dövrün araşdırılması zərurəti yaranmışdır. Fondun Abşeron-Xızı regiona! filialından daxil olmuş Qubadlı Rayon Dövlət Arxivinin ##.##.2023-cü il tarixli 3 və * nömrəli Arxiv arayışlarının surətinə əsasən 1990-1992-ci illərdə vətəndaşın əmək haqqı aldığı qeyd edilsə də, vətəndaşın adma adam günü normaları və aylar üzrə əmək haqqı cədvəlləri aşkar edilməmişdir. Bu səbəbdən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Iş üzrə İddiaçı 2 il 4 ay 5 gün sığorta stajının olması pensiya işi materiallarına əsasən müəyyən edilmişdir. Qubadlı Rayon Dövlət Arxivinin ##.##.2023-cü il tarixli 3 və * nömrəli Arxiv arayışlarının surətinə əsasən 1990-1992-ci illərdə İddiaçı adına "M.Hüseynzadə" adına kolxozun əmək haqqı kitabında 6-cı səhifədə 1990-cı ildə 3465 manat, 1991-ci ildə 42.750 manat və 1992-ci ildə 759.500 manat əmək haqqı olması qeyd edilmişdir. Qubadlı rayonunun işğalı ilə əlaqədar "M.Hüseynzadə" adına kolxozun arxiv sənədlərində İddiaçı adma minimum adam günü (əmək günü) normaları aşkarlanmamış və əmək haqqı cədvəlləri mövcud olmamışdır. Qeyd olunan sənədlə İddiaçı daha 3 il sığorta stajının olması təsdiqini tapır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmədiyi və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edildiyindən hazırki iş üzrə İddiaçı yaşa görə əmək pensiyası hüququnun həmçinin himayəsində 4 uşağı olmasına görə 50 yaşında, yəni 2005-ci ilin fevral ayından yaranması nəzərə alınmalıdır. Cinayət işi materiallarına əlavə olunmuş İddiaçı ## ###### 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-yə maddi ziyan və dövlət büdcəsinə cinayət məsuliyyətindən azad olunması üçün ödəniş etməyi və bəraətverici əsaslar olmadan barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İddiaçı həmin qurumun təqdim etdiyi aylar üzrə göstərilən məbləğlərə əsasən hesablanmış 2977,57 manat cinayət nəticəsində vurulmuş ziyanı dövlət büdcəsinə Azərbaycan Beynəlxalq Bankının ##.##.2023-cü il tarixli, BPM************* nömrəli ödəniş tapşırığına əsasən tamamilə ödədiyindən və Azərbaycan Respublikası CM-ııin 73-1. lci maddəsinin tələbinə əsasən bu Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edildiyi üçün İddiaçı barəsində başlanmış cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən (cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda) xitam verilmişdir”. Qubadlı rayon prokurorluğunun ##.##.2023-cü il tarixli qərarının nəticə hissəsinin birinci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası ƏƏSMN- nin tabeliyində DSMFnin yanında Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialanın təqdim etdiyi hesablamalara görə dəymiş ziyanla bağlı ödəniş etdiklərinə görə X2 və İddiaçı barəsində Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, başlanmış cinayət işinə xitam verilsin. Cinayət təqibi üzrə qanuni qüvvəsini almış qərardanda görünür ki, iddiaçı İddiaçı cavabdeh orqana vurduğu zərəri tam şəkildə ödəməyinə baxmayaraq cavabdeh orqan tərəfindən ##.##.1996-cı ildən ##.##.2023-cü ilədək ödənilmiş əsassız vəsait halhazırda aldığı yaşa görə müavinətdən tutulmaqda davam edir. Hesab edir ki, cavabdeh orqanın hərəkətləri əsassız və qanunsuzdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla (bundan sonra - Qanun) müəyyən edilir. ##.##.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən İddiaçı ##.##.1996-cı il tarixdə çox uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmişdir və ##.##.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1ci maddəsi tətbiq edilməklə ödənişi davam etdirilmişdir. Xidməti yoxlama zamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin "Girişçıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində olan məlumatlara əsasən vətəndaşın təvəllüdünün ##.##.1955-ci il olmasına baxmayaraq, pensiya işinə daxil olan sənədlərdə və şəxsiyyət vəsiqəsinin (əvvəlki) surətində ##.##.1945-ci il kimi qeyd edildiyi aşkar edilmişdir. Bu səbəbdən iddiaçıya hüququ olmadan çoxuşaqlı ana kimi təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi ##.##.2023-cü il tarixdən dayandırılmışdır. İddiaçı təyin edilmiş əmək pensiyası ləğv edilmiş və ##.##.1996-cı il tarixdən ##.##.2023-cü il tarixədək ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Qanunun 1.0.2ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az oimayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilmişdir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı təqdim etdiyi və ona təyin edilmiş pensiya işinə əlavə edilmiş sənədlərin surətlərinə əsasən sığorta stajı 3 il təşkil etmişdir. Həmçinin ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək vətəndaşın fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq vətəndaşın sığorta stajı qanunla nəzərdə tutulandan (5 il) az olduğu üçün və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. ****** nömrəli pensiya işi materiallarına əsasən ##.##.1945-ci il təvəllüdlü vətəndaş İddiaçı Qubadlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin ** nömrəli ##.##.1996-cı il tarixli qərarı ilə ##.##.1996-cı il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ##.##.1996-cı il tarixdən ##.##.2015-ci il tarixədək cəmi 16169,03 manat olmaqla aşağıdakı məbləğlərdə (cari məzənnə ilə) aylıq əmək pensiyası ödənilmişdir: ##.##.1996-cı il tarixdən ##.##.1998-ci il tarixədək - 23.92 AZN ##.##.1998-ci il tarixdən ##.##.1999-cu il tarixədək - 27.30 AZN ##.##.1999-cu il tarixdən ##.##.2000-ci il tarixədək - 26.58 AZN ##.##.2001 -ci il tarixdən ##.##.2001-ci il tarixədək - 27,30 AZN ##.##.2001-ci il tarixdən ##.##.2001-ci il tarixədək - 25,86 AZN ##.##.2001-ci il tarixdən ##.##.2001-ci il tarixədək - 27,30 AZN 01.01,2002-ci il tarixdən ##.##.2002-ci il tarixədək - 26,58 AZN ##.##.2002-ci il tarixdən 01,05.2003-cü il tarixədək - 25,14 AZN 01,05.2003-cü il tarixdən ##.##.2003-cü il tarixədək - 26,58 AZN ##.##.2003-cü il tarixdən ##.##.2003-cü il tarixədək - 25,14 AZN ##.##.2003-cü il tarixdən 31,12.2003-cü il tarixədək - 26.58 AZN 01.01,2004-cü il tarixdən ##.##.2004-cü il tarixədək - 48,61 AZN ##.##.2004-cü il tarixdən ##.##.2005-ci il tarixədək - 45.55 AZN 01.01,2006-ci il tarixdən 01,04.2006-ci il tarixədək - 45,55 AZN 01,04.2006-cı il tarixdən ##.##.2006-cı il tarixədək - 50,55 AZN 01,10.2006-cı il tarixdən ##.##.2006-cı il tarixədək - 55,55 AZN ##.##.2007-ci il tarixdən ## ##.2007-ci il tarixədək - 62.26 AZN ##.##.2007-ci il tarixdən ##.##.2008-ci il tarixədək - 72,26 AZN ##.##.2008-ci il tarixdən ##.##.2008-ci il tarixədək - 85,98 AZN ##.##.2008-ci il tarixdən ##.##.2008-ci il tarixədək - 100.98 AZN 01.01,2009-cu il tarixdən ##.##.2010-cu il tarixədək - 106,38 AZN ##.##.2010-ci il tarixdən ##.##.2010-cu il tarixədək - 106,85 AZN ##.##.2010-ci il tarixdən 31,12.2010-cu il tarixədək- 116,85 AZN ##.##.2011-ci il tarixdən ##.##.2011-ci il tarixədək - 118.67 AZN ##.##.2011-cü il tarixdən ##.##.2012-cü il tarixədək- 149,66 AZN ##.##.2012-ci il tarixdən 01,01.2013-cü il tarixədək - 154,77 AZN ##.##.2013- cü il tarixdən ##.##.2013-cü il tarixinədək - 155,54 AZN ##.##.2013-cü il tarixdən 01.01,2014-cü il tarixədək - 170.54 AZN ##.##.2014-cü il tarixdən ##.##.2015-ci il tarixədək - 172,23 AZN MEIS-in "Pensiya” altsistemində aşkar edilən məlumatlara əsasən İddiaçı ##.##.2015-ci il tarixdən ##.##.2023-cü il tarixədək cəmi 21922,06 manat məbləğində əmək pensiyası ödənilmişdir. Ümumilikdə İddiaçı ##.##.1996-cı il tarixdən ##.##.2023-cü il tarixədək 38091,09 manat məbləğində əmək pensiyası ödənilmişdir. İddiaçı təvəllüdü XX.02.1955-ci il tarixi kimi nəzərə alındıqda pensiya işinin tərkibində olan sənədlərə əsasən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq vətəndaşın yaşa görə əmək pensiyası almaq hüququ mövcud olmamışdır. Belə ki, vətəndaş ##.##.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 4 uşağı olan qadınlara güzəştə əsasən ##.##.2005-ci il tarixdə pensiya təyin edilməsi üçün tələb olunan yaş həddinə çatsa da, qanunla tələb olunan sığorta stajı mövcud olmamışdır. Pensiya işi materiallarına əsasən İddiaçı ##.##.1993-cü il tarixdən ##.##.1996-cı il tarixədək ** nömrəli Rayonlararası istehsalat təmir-tikinti trestində əmək fəaliyyəti dövrü üzrə 2 il 4 ay 5 gün sığorta stajı müəyyən edilmişdir. Həmçinin pensiya işinin tərkibində olan şahid ifadəsində vətəndaşın 1962-ci ildən əmək fəaliyyəti olduğu qeyd edilmişdir. Adıçəkilən şəxsin XX.02.1955-ci ildə anadan olduğu nəzərə alındıqda onun 7 yaşından əmək fəaliyyəti ilə məşğul olması barədə hal şahid ifadəsinin etibarlılığına əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən onun əmək fəaliyyətini təsdiq edən sənədlər mötəbər hesab edilmədiyindən İddiaçı 1962-1992-ci illərdə Qubadlı rayon “M.Hüseynzadə” adına kolxozda işlədiyi dövrün araşdırılması zərurəti yaranmışdır. Fondun Abşeron-Xızı regional filialından daxil olmuş Qubadlı Rayon Dövlət Arxivinin ##.##.2023-cü il tarixli 3 və * nömrəli Arxiv arayışlarının surətinə əsasən 1990- 1992-ci illərdə vətəndaşın əmək haqqı aldığı qeyd edilsə də, vətəndaşın adına adam günü normaları və aylar üzrə əmək haqqı cədvəlləri aşkar edilməmişdir. Bu səbəbdən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Nəticədə vətəndaşın qanunla tələb olunan sığorta stajı mövcud olmadığından yaşa görə əmək pensiyası hüququ mövcud olmamışdır. Faktiki mübahisə üzrə iddiaçı İddiaçı iddia tələbində də qeyd etdiyi kimi ona təyin edilmiş ##.##.1996-cı il tarixdən 01.01,2023-cü il tarixədək ödənilmiş vəsaiti əsassız və qanunsuz olmasını etiraf etməklə hazırda ödəniş həyata keçirilən sosial müavinətdən tutulmaların dayandırılmasını bildirmişdir. Tutulma ilə əlaqədar analoji mübahisə predmetinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərarında da. qeyd edildiyi kimi “Inzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsi ilə inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda şəxs etimadın qorunması hüququna istinad edə bilməz. Həmin Qanunun 67.7-ci maddəsində isə göstərilmişdir ki, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Hazır ki mübahisə üzrə isə iddiaçı inzibati aktın qanunsuz olmasını bilməsindən əlavə eyni zamanda cinayət qanunvericiliyi ilə qorunan münasibətləri pozaraq cəza təhdidi altında qadağan olunmuş əməl törətməklə inzibati aktın qəbul edilməsinə nail olmuşdur. Həmçinin iddiaçının vurulmuş zərər üzrə 2977.57 manat ödəniş həyata keçirməsinə münasibətdə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nömrəli ##.##.2025 tarixli *-**-*/*-*-*****/**** nömrəli məktubuna əsasən bildirirlər ki, mərkəzləşdirilmiş infornasiya sisteminin aidiyyəti proqram təminatında yaradılmış ##.##.2023-cü tarixli **** saylı sorğuya və əmək pensiyası üzrə ##.##.2023 tarixli qərarlara əsasən İddiaçı təvəllüdünün saxtalaşdırılması nəticəsində yuxarıda qeyd edildiyi kimi əmək pensiyası hüququnun olmadığı təqdirdə ## ##.1996- ##.##.2023-cü il tarixlərində 38091,09 manat artıqalması yaranmış, ## ##.2017- ci il tarixindən 31.01,2023-cü il tarixədək olan dövr üçün yaşa görə sosial müavinət almaq hüququ olduğundan ona ödənilməli olan 7949 00 manat məbləğində vəsait qeyd edilən artıqalma ilə əvəzləşdirildikdən və yaşa görə ##.##.2023-cü il tarixindən ##.##.2025-ci il tarixədək olan dövr üçün 2244.00 manat məbləğ tutulduqdan sonra, qalıq artıqalma 27898,09 manat təşkil etmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilən 2977,57 manat vəsait 27898.09 manat artıq ödənilmiş vəsaitdən çıxdıqdan sonra qalıq artıqalma 24920,52 manat təşkil etməkdədir. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.2-ci maddəsinin ##.##.2020-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarıdır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya ##.##.2017-ci il tarixdən ##.##.2018-ci il tarixədək 66 manat, ##.##.2018-ci il tarixdən 31,03.2019-cu il tarixədək 73 manat, ##.##.2019-cu il tarixdən ##.##.2021-ci il tarixədək 130 manat. 01.012022-ci il tarixdən ##.##.2022-ci il tarixədək 180 manat. 01.01,2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. ##.##.1996-cı il tarixdən ##.##.2023-cü il tarixədək vətəndaşa təyin edilən əmək pensiyası üzrə artıq ödənilmiş vəsaitin bir hissəsi ##.##.2017-ci il tarixdən ödənilməli olan müavinətin məbləği ilə əvəzləşdirilmişdir. Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibatı orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. "Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci 67.2-ci, 67.3.2 ci və 67.7-ci maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi /əziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün sut yektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Aynur Axundova) ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı təvəllüdünün 1955-ci ildən 1945-ci ilə saxtalaşdırılması nəticəsində pensiya təyin edilməsinə nail olmuş, ##.##.1996-##.##.2023cü il tarixləri arasında olan dövrdə əsassız olaraq pensiya almaqda davam etmişdir. “Inzibati icraat haqqında” Qanunun 67.7-ci maddəsinə əsasən etimadın qorunmadığı halda qanunsuz əlverişli inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır və bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia tələbi rədd edilməlidir. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən əsassız olaraq iddia tələbi rədd edilmişdir. Həmçinin bildirilir ki, Qubadlı rayon prokurorluğunun ##.##.2023-cü il tarixli cinayət işi üzrə icraat hissəvi xitam verilməsi haqqında qərarın 15-ci səhifəsinin sonuncu abzasında qeyd olunur ki, cinayət işinə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində DSMF-nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının ##.##.2023-cü il tarixli *-**-*/*- *****/**** nömrəli məktubundan görünür ki, Qubadlı rayon prokurorluğunun icraatında olan ********* nömrəli cinayət işi üzrə DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2023-cü il tarixli *-**/*-*****/**** nömrəli məktubu nəzərə alınmaqla təqsirləndirilən şəxslərdən X2 və İddiaçı tərəfindən DSMF-yə dəymiş ziyan ödənilmişdir.Təqsirləndirilən şəxslərdən X2 və İddiaçı qarşı şikayətləri yoxdur. Göründüyü kimi, cinayət işinin materiallarında olan cavabdeh təşkilatın məktubundan görünür ki, cavabdehə dəyən zərər iddiaçı İddiaçı tərəfindən tam şəkildə ödənilmiş və cavabdehin ona qarşı heç bir şikayəti yoxdur. Işə baxan birinci instansiya məhkəməsi həmin hallara düzgün qiymət verməyərək əsassız olaraq iddia tələbini rədd etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə etiraz iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinə etirazı müdafiə edərək, şikayətin rədd edilməsini xahiş etmişdir. Iddiaçı İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Inzibati Icraat haqqında” Qanun: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmeti iddiaçıya əvvəllər təyin edilmiş əmək pensiyası üzrə artıq ödənilmiş məbləğin sonradan ona təyin edilmiş yaşa görə sosial müavinətdən tutulmasının qanuniliyinin müəyyən edilməsindən ibarətdir. Bu baxımdan mübahisənin düzgün həlli üçün iddiaçıya pensiyanın hansı əsaslarla təyin edilməsi, həmin hüququn sonradan hansı səbəbdən ləğv olunması və artıq ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı qanunvericiliyin tələbləri qiymətləndirilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı qeyri-qanuni əmək pensiyası almaq məqsədilə pasportunda doğum tarixi müvafiq olaraq 10 il geriyə çəkilib dəyişiklik edilməsi nəticəsində himayəsində 3 və artıq az yaşlı uşaq olmasına görə 1995-ci ilin oktyabr ayından ##.##.2023-cü il tarixədək vaxtından əvvəl yaşa görə əmək pensiyası almaq hüququ əldə etmişdir. ****** nömrəli pensiya işi materiallarına əsasən İddiaçı Qubadlı rayon Əmək Əhalinin Sosial Müdafiəsi Mərkəzinin ** nömrəli ##.##.1996-cı il tarixli qərarı ilə ##.##.1996-cı ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cinayət işi materiallarına əsasən İddiaçı cinayət məsuliyyətindən azad olunması üçün ödəniş etməyi və bəraətverici əsaslar olmadan barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Qubadlı rayon Prokurorluğunun ##.##.2023-cü il tarixli qərarı ilə İddiaçı barəsində Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən başlanmış cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın ##.##.2023cü il tarixli *-**-*/*-H-******/**** saylı qərarına əsasən ##.##.2023-cü il tarixli əmək pensiyası üzrə qərara əsasən artıqvermə müəyyən edilmişdir. Keçmiş dövr üzrə təyin edilmiş müavinətin məbləğinin əmək pensiyası ilə əvəzləşdirilərək ödənilməsi qərara alınmışdır. Iş üzrə mövcud olan materiallardan, o cümlədən Qubadlı Rayon Prokurorluğunun ## ###### 2023-cü il tarixli qərarından görünür ki, iddiaçının pensiya işi üzrə aparılmış araşdırmalar zamanı ona əmək pensiyasının təyin edilməsinə əsas olmuş məlumatların həqiqətə uyğun olmadığı müəyyən edilmiş, bununla əlaqədar cinayət təqibi aparılmış, sonradan isə vurulmuş ziyanın bir hissəsinin ödənilməsi ilə əlaqədar cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, cinayət təqibinə xitam verilməsi faktı özlüyündə iddiaçının pensiya almaq hüququnun mövcudluğunu təsdiq etmir və ona ödənilmiş vəsaitlərin qanuni xarakter daşıdığı nəticəsinə gəlməyə əsas vermir. Əksinə, cinayət təqibi materiallarında əks olunmuş hallar artıq ödənilmiş vəsaitin mövcudluğunu və həmin vəsaitin dövlət büdcəsinə vurulmuş zərər kimi qiymətləndirildiyini təsdiq edir. Bundan əlavə, iş materialları ilə müəyyən edilir ki, iddiaçıya ##.##.1996-cı il tarixdən ##.##.2023-cü il tarixədək ümumilikdə 38.091,09 manat əmək pensiyası ödənilmişdir. Cavabdeh inzibati orqan tərəfindən aparılmış hesablamalara əsasən iddiaçının yaşa görə sosial müavinət almaq hüququ yaranmış dövr üçün ona ödənilməli olan məbləğlər artıq ödənilmiş pensiya məbləği ilə əvəzləşdirilmiş, sonrakı dövrdə ödənilən sosial müavinətlərdən də müəyyən məbləğlər tutulmuşdur. Buna baxmayaraq, artıq ödəmənin tam şəkildə bağlanmadığı və hələ də dövlət qarşısında qaytarılmalı qalıq məbləğin mövcud olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının pensiya hüququnun yaranmasına əsas olmuş məlumatlar sonradan həqiqətə uyğun hesab edilməmiş, nəticədə ona ödənilmiş pensiya məbləğləri əsassız ödənilmiş vəsait kimi müəyyən edilmişdir. Bununla bağlı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın bu hərəkətləri «Inzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Belə ki, həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maddi və ya prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz hesab olunur. Qanunun 67.6-cı maddəsində müəyyən edilmişdir ki, maraqlı şəxs rüşvət, aldatma, yaxud təhrif olunmuş məlumatlar təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, habelə inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Həmin Qanunun 67.7-ci maddəsinə görə isə 67.6-cı maddədə göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalı, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələr aradan qaldırılmalı və maraqlı şəxs istifadə etdiyi pul vəsaitlərinin əvəzini ödəməlidir. Hazırkı iş üzrə müəyyən olunmuş hallar göstərir ki, iddiaçı məhz təhrif olunmuş məlumatlar əsasında ona əlverişli inzibati aktın qəbul edilməsinə nail olmuşdur. Belə olan halda onun etimadın qorunması hüququna istinad etmək imkanı qanunvericiliklə istisna edilmişdir. Bu səbəbdən iddiaçının uzun müddət həmin ödənişləri alması sonradan həmin vəsaitlərin geri qaytarılması öhdəliyini aradan qaldırmır. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, sosial təminat sahəsində dövlət vəsaitlərinin qanunsuz əldə olunması nəticəsində yaranmış artıq ödəmələrin geri alınması dövlətin maliyyə maraqlarının qorunmasına xidmət edir. Əks yanaşma dövlət büdcəsi vəsaitlərinin əsassız istifadəsinə şərait yaratmış olar ki, bu da qanunvericiliyin məqsədlərinə ziddir. Apellyasiya şikayətində göstərilən arqumentlər əsasən artıq ödənilmiş məbləğin tutulmasının iddiaçı üçün ağır nəticələr yaratmasına və onun sosial vəziyyətinə istinad edilməsindən ibarət olmuşdur. Lakin məhkəmə kollegiyası hesab edir ki, sosial vəziyyətin mövcudluğu qanunsuz əldə edilmiş dövlət vəsaitinin geri qaytarılması öhdəliyini aradan qaldıran hüquqi əsas hesab edilə bilməz. Çünki, mübahisə predmetini təşkil edən münasibətlərdə əsas məsələ artıq ödəmənin mövcud olub-olmaması və onun tutulmasının qanuniliyidir. Iş materialları isə artıq ödəmənin mövcudluğunu və tutulmanın qanuna uyğun həyata keçirildiyini təsdiq edir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçının apelyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar