Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-612/2026 03.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş Idarəsinə qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Cavabdehin ##.##.2025-ci il tarixli imtina məktubundan görünür ki, “xxxx” MMC-nin (VÖEN: 1400985921) müvafiq fonda ##.##.2025-ci il tarixə borcu – məcburi dövlət sosial sığorta haqları üzrə 15886,19 manat təşkil edir. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2021- ci il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikası Iqitisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş Idarəsinin maraqlı şəxs İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi təmin edilmişdir. Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında sistemdən çıxarışdan görünür ki, “xxxx” MMC-nin qanuni təmsilçisi X1r. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş Idarəsinə qarşı iddia tələbi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2021-cü il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1400985921) dövlət büdcəsinə 100 manat, Dövlət Sosial Müdafiə Fonduna 158869,19 manat olmaqla, ümumilikdə 158969,19 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə həmin MMC-nin icra orqanının rəhbəri olduğu dövrdə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.Hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X1r. Bu dəyişiklik ##.##.2024-cü il tarixdən dövlət resyterində qeydiyata alınmışdır. Baxmayaraq ki, rəsmi olaraq ##.##.2024-cü il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanın rəhbəri deyil, hələdə barəsində tətbiq edilmiş ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılma götürülməmişdir.Əlavə olaraq da bildirir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ondan sonra təyin olunmuş rəhbəri X1 da həmin borc öhdəliyinə görə Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarxili, e*-*(***)-***/**** saylı qətnaməsinə əsasən ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılma qoyulmuşdur. Cavabdehə etdiyi müraciətlərə cavab olaraq ölkədən getmək hüququnuzun müvəqqəti məhdudlaşdırılmasma səbəb olmuş əsaslar aradan qalxmadığını, məhdudlaşdırılmaya səbəb olmuş əsaslar aradan qalxdıqdan və ya borcun ödənilməsini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər görüldükdən sonra ölkədən getmək hüququnuzun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi məsləsinə baxılacaqdır. Bu isə onun konstitusion hüquq və azadlığının pozulması deməkdir.Bu səbədən məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, Vergi Məcəlləsinin 23.1.15-3- cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini həmin Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Qanunvericiliyin qeyd olunan normasına istinad edərək bildirilir ki, “xxxx” MMC-nin dövlət büdcəsinə 158969,19 manat məbləğində borcunun (MDSS üzrə) ödənilməsini təmin etmək üçün cəmiyyətin rəhbəri olan İddiaçı ölkədən getmək hüququ Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2021-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə məhdudlaşdırılmışdır. Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən, vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludurlar. Iddiaçının icra orqanının rəhbəri olduğu hüquqi şəxs “xxxx” MMC-nin dövlət büdcəsinə olan borcuna görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır.Iddiaçı tərəfindən sonradan həmin hüquqi şəxsin icra orqanının rəhbərinin dəyişdiyi qeyd edilsə də, borc ödənilməmişdir. Yəni, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas hazırda aradan qalxmamışdır. Həmçinin, əlavə edir ki, xüsusi mülkiyyətli hüquqi şəxsin icra orqanının rəhbəri dəyişdikdə borcun alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər (bildiriş, sərəncam, əmlakın siyahıya alınması, yeni təyin olunmuş rəhbərə məhdudiyyətin tətbiqi, cinayət xarakterli materialların aidiyyəti üzrə göndərilməsi və s.) görüldükdən sonra əvvəlki rəhbərin məhdudiyyəti aradan qaldırılır. (əsas vergi borcu 50000 manatdan yuxarı olan, barəsində vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət işi başlanan və riskli vergi ödəyiciləri istisna). İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinə dair ##.##.2024-cü il tarixli müraciətinə aidiyyəi üzrə Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş Idarəsində baxılmış və müraciəti ##.##.2024-cü il tarixli **************** nömrəli məktubla cavablandırmışdır. Həmin məktubda qeyd olunmuşdur ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır, yəni məhkəmə qətnaməsi üzrə borc məbləği ödənilməmişdir.Borcun ödənilməsi təmin edildikdən sonra ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə dərhal qərar qəbul ediləcəkdir.Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli 2-1(118)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cəmiyyətin təsisçisi və rəhbəri olmuş İddiaçı dövründə dövlət büdcəsinə borc yaranmış və bunun nəticəsində müvafiq məhkəmə iddiaçının ölkədən getmək hüququnu məhdudlaşdırmışdır. Göründüyü kimi vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinə əsas yoxdur. Belə olan halda cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edərkən Vergi Məcəlləsinin 24.0.2-1 -ci maddəsinə istinad edərək qeyd etmişdir ki, vergi öhdəliyi aradan qalxdıqdan sonra məhdudiyyətin aradan qaldırılması vergi orqanının borcudur. Mülki qanunvericliyin tələblərinə görə müəssisənin icra orqanının yeni rəhbəri (sonuncu rəhbər) həmin müəssisənin borc öhdliklərinə cavabdehlik daşıyır. Məhkəmənin yanaşması düzgün deyildir. Belə ki, borc öhdəliyi dövründə yaransa da, belə onda sual yaranır görəsən nəyə görə həmin müəssisənin borc öhdəliyi aradan qalxmamış, onun həmin icra orqanın rəhbəri vəzifəsindən azad ediblər, yeni rəhbər təyin ediblər, qəbul edilsin ki, o bu borcu ödəməliydisə, vergi orqanı artıq onu həmin borca görə ölkədən çıxışı barədə məhkəmə müraciət etmiş və məhduyyət qoyulmuşdur, belə olan nəyə görə yeni təyin olunmuş rəhbər həmin borca görə ölkədən çıxışa məhdudiyyət qoyur. Belə çıxır ki qanunvericilik, eyni qanun pozuntusunu törətmiş şəxsi məsuliyyətə cəlb edibsə, həmin qanun pozuntusunu törətmiş başqa şəxsi də cəlb edə bilər. Göründüyü kimi, Vergi Məcəlləsinə görə vergi ödəyicisi hüquqi şəxs və ya fiziki şəxsdir. Onun ölkədən çıxışına məhdudiyyətin qoyulması hüquq şəxsin borcuna görədir. Hüquqi şəxsin borc öhdəliklərinə görə həmin hüquqi şəxsin direktoru məsuliyyət daşıyır, həmin dövrdə həmin hüquqi şəxsin (“xxxx” MMC) icra orqanının rəhbəri idi, hazırda isə onun həmin hüquqi şəxslə heç bir bağlılığı yoxdu, adi vətəndaşdır. “xxxx” MMC-nin hazırda borcu varsa da və ya hər hansı başqa öhdəliklərinə və ya sərəncam vermək hüququ yoxdur, hazırda rəhbəri olan şəxsin üzərinə düşür və vergi orqanı da həmin borca görə həmin şəxsin məsuliyyət daşıdığını nəzərə alaraq ölkədən çıxışına məhdudiyyət qoydurmuşdur. Məhkəmənin nəzərinə əlavə olaraq bir məsələni də nəzərə çatdırır ki, bununla əlaqədar, iddia ərizəsində iddia etdiyi, eyni predmetlə əlaqədar Ali Məhkəmənin artıq bir neçə iş üzrə mövqeyi də vardır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemində elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlyaraq, məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: (-) 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: (-) 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur; (-) MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: (-) 305.1.12. vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında; Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquqi normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməlidir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsindən ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Iş materiallarından müəyyən olunur ki, iddiaçı barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması “xxxx” MMC-nin dövlət büdcəsi və müvafiq fondlar qarşısında yaranmış borcları ilə əlaqədar olaraq tətbiq edilmişdir. Həmin məhdudiyyət tətbiq edilən dövrdə iddiaçı cəmiyyətin rəhbəri olmuşdur. Lakin iş üzrə müəyyən edilmiş hallardan görünür ki, ##.##.2024-cü il tarixdən etibarən “xxxx” MMC-nin direktoru vəzifəsindən azad edilmiş və həmin vəzifəyə başqa şəxs təyin olunmuşdur. Bu hal rəsmi dövlət reyestrləri ilə təsdiq olunur. Eyni zamanda iddiaçının hazırda həmin hüquqi şəxslə hər hansı əmək və ya idarəetmə münasibətlərinin mövcud olmadığı da iş materialları ilə sübuta yetirilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhdud məsuliyyətli cəmiyyətin hüquqi mahiyyətinə görə onun öhdəlikləri birbaşa cəmiyyətin özünə aiddir və belə öhdəliklərə görə cəmiyyətin əvvəlki rəhbərinin məsuliyyət daşıması yalnız qanunla nəzərdə tutulmuş hallarda mümkündür. Iş üzrə isə iddiaçının həmin borclara görə fərdi məsuliyyətini şərtləndirən hüquqi əsaslar müəyyən edilməmişdir. Cavabdeh apellyasiya şikayətində məhdudiyyətin tətbiqinə əsas olan halların aradan qalxmadığını göstərsə də, borcun mövcudluğu faktı öz-özlüyündə artıq həmin hüquqi şəxslə bağlılığı qalmayan şəxs barəsində məhdudiyyətin davam etdirilməsi üçün yetərli əsas hesab edilə bilməz. Belə olan halda, iddiaçı artıq “xxxx” MMC-nin rəhbəri və ya iştirakçısı olmadığı üçün onun həmin cəmiyyətin borclarına görə məsuliyyət daşıması və bu əsasla ölkədən getmək hüququnun məhdudlaşdırılması qanuni hesab edilə bilməz. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının bir sıra qərarlarında da əks olunmuşdur (*-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarlar). Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia tələbi təmin edilsin. Iddiaçı İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş Idarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-612/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-612/2026
03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver