Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-618/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş ## ###### 2001-ci il tarixli alqı-satqı müqaviləsinə və mülkiyyətini təsdiq edən JN- 1251 F kod ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən, satın aldığı Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və onun adına çıxarışın verilməsi öhdəliyini Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz olunmasını, Osmanlı (Həsənova) Sevda Balqadaş qızının hüquqmüəyyənedici sənədində əks olunmuş koordinatlara müvafiq düzəliş edilməklə ona Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən 800 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin protokol qərardadı ilə cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş ## ###### 2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba rayonu, Alekseyevka kəndi ərazisindən 0,08 ha həyətyanı torpaq sahəsi satın almış və qeyd edilən alqı-satqı müqaviləsi əsasında iddiaçıya ləğv edilmiş DT və XKnın Quba şöbəsi tərəfindən mülkiyyətimi təsdiq edən JN-1251F kod ******** saylı “Torpağın nülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmiş və qeyd edilən torpaq sahəsində fərdi yaşayış evi inşa edərək yaşayır. Iddiaçı qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində tanınması və adına çıxarışın verilməsi üçün cavabdeh təşkilata müraciət etsə də, cavabdeh təşkilat ##.##.2025-ci il tarixli cavab məktubunda JN-1251 F nömrəli kod 30304018 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin qeydiyyat kitablarında olmamasını və JN nömrəsinin elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamasını və həmçinin fərdi yaşayış evindən 18 metr ara məsafədən 110 kv-luq yüksək gərginlikli elektrik xətti keçdiyini və həmin daşınmaz əmlak onun qoruma zolağına düşdüyünü əsas gətirərək çıxarışın verilməsinə imtina etmişdir. Ona görə də, iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. JN-1251 F kod ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən aşkar olur ki, Quba rayonu, Alekseyevka kəndi ərazisindən 0,08 ha həyətyanı torpaq sahəsini satın almışdır. ## ###### 2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba rayon Alekseyevka kəndi ərazisindən 0,08 ha həyətyanı torpaq sahəsi satın almışdır. ##.##.2025-ci il tarixli cavab məktubundan aşkar olur ki, iddiaçıya çıxarışın verilməsinə imtina edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, İddiaçı Quba rayonu Alekseyevka kəndi ərazisində yerləşən fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinə ##.##.2025-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, fərdi yaşayış evinin yerləşdiyi 0.08 ha torpaq sahəsi üçün tərəfinizdən JN-1251 F nömrəli (KOD 30304018) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” təqdim edilmişdir. Bildiririk ki, JN-1251 F nömrəli (KOD 30304018) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin qeydiyyat kitabı Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsində aşkar edilməmişdir. Həmçinin, JN-1251 F nömrəli (KOD 30304018) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin JN nömrəsi elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Bundan əlavə, fərdi yaşayış evindən 18 metr ara məsafədən 110 kv-luq yüksək gərginlikli elektrik xətti keçir və həmin daşınmaz əmlak onun qoruma zolağına düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə Elektrik xətlərinin mühafizə zonaları təsdiq edilməsi göstərilir. Həmin qərarda 110 kv-luq yüksək gərginlikli elektrik xəttinin qoruma zolağı 20 metr ara məsafəsi kimi öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, ərizənizin icrasından imtina olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından ##.##.2025-ci il tarixli, *-**-*-**/*- ****/**** nömrəli məktubla imtina edilmişdir. Qeyd edildiyi kimi, JN-1251 F nömrəli (KOD 30304018) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında da öz əksini tapmamışdır. Bununla da, torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir Sumqayıt Inzibati Məhkəmənin ## ######## 2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadları ilə iş üzrə üçüncü şəxs2, Osmanlı (Həsənova) Sevda Balqadaş qızının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: JN-1251F KOD 30304018 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Quba rayon Dövlət Notariat Kontorunun ## ###### 2001-ci il tarixli, *-ə/*** saylı alqı-satqı müqaviləsinə əsasən, Quba rayonu, Alekseyevka kəndi ərazisindən 0,08 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. JN-1010F KOD 30304018 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Quba rayon Aqrar Islahat Komissiyasının ## ###### 2000-ci il tarixli, ** saylı qərarına əsasən, Quba rayonu, Alekseyevka kəndi ərazisindən 0,08 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. ##.##.2001-ci il tarixli, *Ə/*** nömrəli torpaq alqı-satqı müqaviləsindən görünür ki, üçüncü şəxs2 Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsini İddiaçı satmışdır. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, məktubundan görünür ki, JN-****F saylı, Kod ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surəti təqdim edilmişdir. Əlavə olaraq qeyd edilir ki, şəhadətnamənin verilməsinə əsas olan sənədlər Ərazi idarəsinə təhvil verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq, “xxxx” ASC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən, iddiaçı İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinin yaxınlığından keçən 35 kV-luq elektrik verilişi xətti “xxxx” ASC-yə məxsus deyil. Torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, torpaq sahəsinə naturada (yerdə) baxış keçirilmişdir və həmin torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi GPS və ölçmə cihazları vasitəsi ilə naturadan (yerdən) ölçü və koordinatları götürülmüşdür. Torpaq sahəsinin müayinəsi zamanı mübahisəli hal qeydə alınmamışdır. Faktiki olaraq həmin torpaq sahəsi iddiaçı tərəfindən mişar daşı ilə hasara alınmışdır və torpaq sahəsinin daxilində iddiaçıya məxsus fərdi yaşayış evi və köməkçi həyət tikililəri mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildirilir ki, iddiaçının iddia etdiyi və faktiki istifadəsində olan torpaq sahəsi 0,0892 ha təşkil edir. Torpaq sahəsinin müayinəsi zamanı iddiaçı tərəfindən təqdim olunmuş JN-****F nömrəli şəhadətnamə baza məlumatlarında olan DWJ xəritələrində öz əksini tapmamışdır və DBF siyahısında həmin nömrə qeyd olunmamışdır. Lakin sözügedən şəhadətnamə TEKUIS-də iz əksini tapmışdır və iddiaçının iddia etdiyi torpaq sahəsi ilə uyğunluq təşkil edir. Qeyd edək ki, sözügedən torpaq sahəsi baza məlumatlarında olan DWJ xəritələri üzərində JN-****F nömrəli şəhadətnaməyə əsasən torpaq sahəsi ilə sənəd üzrə tam olaraq üst-üstə düşür. Faktiki olaraq isə heç bir üst-üstə düşmə yoxdur. Həmin nömrə (1010) DBF siyahısında X3 adında qeyd olunmuşdur. Torpaq sahəsinin şimal-qərb istiqamətindən 110 kv-luq hava elektrik xətti keçir. Torpaq sahəsinin 0,0490 ha hissəsi və fərdi yaşayış evinin 8 kv.metr hissəsi həmin hava elektrik xəttinin mühafizə zolağında yerləşir, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi TEKUIS-ə əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olub, uqodiyası fərdi yaşayış kimi göstərilmişdir. Iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin şərq qonşuluğunda yerləşən torpaq sahəsi üzərində 303013153162-***** reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyət hüquqları tanınmışdır. Mübahisəli torpaq sahəsinə dair tərəfindən sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Osmanlı (Həsənova) Sevda Balqadaş qızının hüquqmüəyyənedici sənədində əks olunmuş koordinatlara müvafiq düzəliş edilməsi və Quba rayon Dövlət Notariat Kontorunun ##.##.2001-ci il tarixli, *-ə/*** saylı alqı-satqı müqaviləsinə və JN-****F saylı, 30304018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən, Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn üzərinə qoyulmuşdur. (hakim Mehriban Mahmudlu-Abbaszadə). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri. Apellyasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlilləinə etiraz edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmə səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "şəhər (rayon) icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46958" \o "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının HYPERLINK "https://eqanun.az/framework/46958" \o "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının HYPERLINK "https://eqanun.az/framework/46955" \o "Azərbaycan Respublikasının Mənzil Məcəlləsi"Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair HYPERLINK "https://eqanun.az/framework/5474" \o "yerli icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək HYPERLINK "https://eqanun.az/framework/5474" \o "Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi"müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Iddia ərizəsindən və iş materiallarından göründüyü kimi, iddiaçının hazırkı tələbində hüquqi marağı Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Hazırkı işin halları ilə müəyyən olunur ki, iddiaçı Quba rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş ## ###### 2001-ci il tarixli, *Ə/*** nömrəli müqaviləyə və JN-1251F kod 30304018 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə istinad etməklə Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və adına çıxarış verilməsini tələb etmişdir. Cavabdeh inzibati orqan isə ## #### 2025-ci il tarixli, *-**-*- **/*-****/**** nömrəli məktubla JN-****F nömrəli şəhadətnamənin qeydiyyat kitablarında aşkar edilməməsini, həmin JN nömrəsinin elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamasını, habelə daşınmaz əmlakın yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsini əsas gətirərək müraciətin icrasından imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmiş, ## ###### 2001-ci il tarixli, *Ə/*** nömrəli müqavilə və JN-1251F kod 30304018 seriyalı şəhadətnamə iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqi əsas kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının istinad etdiyi ## ###### 2001-ci il tarixli, *Ə/*** nömrəli müqavilənin hüquqi məzmunu birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin ## ### 2026-cı il tarixli, *-**-*-***/*-******/**** nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş ## ###### 2001-ci il tarixli, *Ə/*** nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə üzrə alqı-satqının predmeti Quba rayonu, Alekseyevka kəndində 800,0 kv.m torpaq sahəsində yerləşən bir otaqdan ibarət yarımçıq yaşayış evi olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin məzmununda torpaq sahəsinin müstəqil alqı-satqı predmeti kimi özgəninkiləşdirilməsi, həmin torpaq sahəsinə dair mülkiyyət və ya digər əşya hüququnun satıcıdan alıcıya keçirilməsi, yaxud satıcının torpaq sahəsi üzərində mövcud olmuş və qeydiyyata alınmış hüququnun alıcıya ötürülməsi barədə razılaşma nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, müqavilədə 800,0 kv.m torpaq sahəsinə istinad edilməsi həmin sahənin ayrıca alqı-satqı predmeti olduğunu deyil, müqavilə üzrə özgəninkiləşdirilən yarımçıq tikilinin yerləşdiyi ərazinin müəyyənləşdirildiyini göstərir. Bu hal özlüyündə torpaq sahəsinin satılması və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçıya keçməsi kimi qiymətləndirilə bilməz. Başqa sözlə, müqavilənin məzmunundan alqı-satqının predmetinin torpaq sahəsi deyil, həmin torpaq sahəsində yerləşən bir otaqdan ibarət yarımçıq yaşayış evi olduğu müəyyən edilir. Kollegiya qeyd edir ki, JN-1251F kod 30304018 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinin əsası kimi məhz ## ###### 2001-ci il tarixli, *Ə/*** nömrəli müqaviləyə istinad edildiyi görünür. Lakin yuxarıda da qeyd edildiyi kimi müqavilənin predmeti torpaq sahəsi deyil, həmin sahədə yerləşən yarımçıq yaşayış evi olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şəhadətnamədə istinad edilən hüquqi əsas torpaq sahəsinin özgəninkiləşdirilməsini və ya torpaq sahəsi üzərində hüquqların satıcıdan iddiaçıya keçməsini təsdiq etmədiyindən, həmin şəhadətnamə iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasını təsdiq edən kifayət qədər hüquqi əsas kimi qiymətləndirilə bilməz. Əks halda, şəhadətnamədə göstərilən nəticəyə əsaslanaraq onun istinad etdiyi hüquqi əsasların məzmunu nəzərə alınmamış olardı. Halbuki hüququn yaranmasının qanuniliyi həmin hüququn əsaslandığı ilkin hüquqi faktlar və sənədlər əsasında qiymətləndirilməlidir. Istinad edilən müqavilə torpaq sahəsinə dair sərəncam əqdi olmadığından, yalnız həmin müqaviləyə istinad edilməklə iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etdiyi qənaətinə gəlmək mümkün deyildir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, torpaq sahəsi üzərində hüququn alıcıya keçməsi üçün ilk növbədə həmin hüququ özgəninkiləşdirən şəxsin özündə mövcud olması, bu hüququn qanunla müəyyən edilmiş qaydada tanınması və müvafiq hüquqmüəyyənedici sənədlə təsdiqlənməsi zəruridir. Mövcudluğu təsdiq olunmayan hüququn başqa şəxsə keçməsi (ötürülməsi) mümkün deyildir. Hüquqların ötürülməsi yalnız ötürülən hüququn əvvəlki hüquq sahibində mövcud olduğu hallarda hüquqi nəticə yarada bilər. Hazırkı işdə isə satıcı üçüncü şəxs2 mübahisəli torpaq sahəsi üzərində dövlət qeydiyyatına alınmış və ya digər mötəbər hüquqmüəyyənedici sənədlə təsdiq olunan hüququnun mövcudluğu müəyyən edilməmişdir. Belə ki, Cavabdeh * saylı Xaçmaz Ərazi Idarəsinin ## ### 2026-cı il tarixli, *-**-*- **/*-****/**** nömrəli məktubunda ## ###### 2001-ci il tarixli, *Ə/*** saylı alqı-satqı müqaviləsində satıcı qismində çıxış edən üçüncü şəxs2 adına Quba rayonu, Alekseyevka kəndi üzrə yerləşən torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədin aşkar edilmədiyi bildirilmişdir. Bundan başqa, Cavabdeh tabeliyində “xxxx” MMC-nin ## ### 2026-cı il tarixli, *-**-*-**/*- ****/**** nömrəli məktubundan görünür ki, Mərkəzin arxivində JN-1251F kod ******** nömrəli şəhadətnamənin arxiv nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Milli Arxiv Idarəsi Dövlət Arxivinin Quba filialının ## ### 2026-cı il tarixli, *-**-*/*-*/**-*/*-**/**** nömrəli məktubu ilə Quba Rayon Icra Hakimiyyəti başçısının ## ###### 1996-cı il tarixli, *** saylı sərəncamının surəti və Quba Sovxoz-Texnikumunun ## ###### 1996-cı il tarixli, ** saylı əmrindən arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Quba Rayon Icra Hakimiyyəti başçısının ## ###### 1996-cı il tarixli, *** saylı sərəncamından görünür ki, rayon icra hakimiyyəti yanında torpaq komissiyasının ## ####### 1996-cı il tarixli iclas protokolu nəzərə alınaraq Alekseyevka inzibati ərazi vahidi üzrə vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin sərəncamda Quba Sovxoz-Texnikumunun ərazisindən fərdi yaşayış evlərinin tikintisi üçün ümumilikdə 32,60 hektar torpaq sahəsinin ayrılması göstərilmişdir. Quba Sovxoz-Texnikumunun ## ###### 1996-cı il tarixli, ** saylı əmrindən arxiv çıxarışında isə Quba Rayon Icra Hakimiyyəti başçısının ## ###### 1996-cı il tarixli, *** saylı sərəncamına əsasən sovxoz-texnikumun ərazisində yerləşən kəndlər üzrə həyətyanı torpaq sahəsi almaq üçün növbəyə alınmış vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi qeyd edilmişdir. Bununla yanaşı, arxiv çıxarışında torpaq sahəsi alacaq vətəndaşların adlı siyahısının əmrə əlavə edilmədiyi xüsusi olaraq göstərilmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan sənədlər satıcı üçüncü şəxs2 mübahisəli torpaq sahəsi üzərində hüququnun yarandığını və ya həmin hüququn sonradan dövlət qeydiyyatına alındığını təsdiq etmir. Həmin sənədlər yalnız müəyyən dövrdə torpaq sahələrinin ayrılması ilə bağlı müvafiq qərarların mövcudluğunu göstərir, lakin konkret olaraq üçüncü şəxs2 mübahisəli torpaq sahəsinə dair hüquq əldə etdiyini təsdiq edən məlumatları özündə ehtiva etmir. Bundan əlavə, * saylı Xaçmaz Ərazi Idarəsinin ## ### 2026-cı il tarixli, *-**-*-**/*- ****/**** nömrəli məktubundan görünür ki, ## ###### 2001-ci il tarixli, *Ə/*** saylı alqısatqı müqaviləsində satıcı qismində çıxış edən üçüncü şəxs2 adına Quba rayonu, Alekseyevka kəndində yerləşən torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, satıcının mübahisəli torpaq sahəsi üzərində hüququnun mövcudluğu iş materialları ilə təsdiq olunmadığından, həmin hüququn iddiaçıya keçməsi barədə nəticəyə gəlmək də mümkün deyildir. Kollegiya qeyd edir ki, satıcı sonradan torpaq sahəsini faktiki olaraq iddiaçıya verdiyini və ya satdığını bildirsə, yaxud hazırda torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etməsə belə, bu hal dövlət qeydiyyatından keçməmiş və hüquqmüəyyənedici sənədlə təsdiqlənməmiş torpaq sahəsi üzərində hüququn alıcıya keçməsi üçün müstəqil hüquqi əsas yaratmır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı şəxslərin sonrakı etirafı, razılığı və ya faktiki münasibətləri əsasında deyil, qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədlər əsasında aparılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 88.1-ci maddəsinə görə tikiliyə, qurğuya və ya müəssisəyə mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir. Həmin maddənin 3-cü hissəsində isə torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqların binanı və ya qurğunu əldə edənə keçməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd olunan normaların mahiyyətini belə qiymətləndirir ki, tikiliyə hüququn keçməsi ilə həmin tikilinin yerləşdiyi torpaq sahəsinə dair hüququn da əldə edənə keçməsi qaydası yalnız əvvəlki mülkiyyətçinin həmin torpaq sahəsi üzərində hüququ mövcud olduğu halda tətbiq edilə bilər. Bu qayda yeni hüququn yaranmasını deyil, əvvəlki mülkiyyətçiyə məxsus olmuş hüququn eyni həcmdə əldə edənə keçməsini nəzərdə tutur. Buna görə də Torpaq Məcəlləsinin 88-ci maddəsi satıcıda mövcudluğu təsdiq olunmayan torpaq sahəsi üzərindəki hüququn alıcıya keçməsi üçün hüquqi əsas kimi qiymətləndirilə bilməz. Kollegiya həmçinin Mülki Məcəllənin 135-ci maddəsinin müvafiq müddəalarına münasibətdə qeyd edir ki, həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən torpaq sahəsi və onunla möhkəm bağlı olan əşya vahid daşınmaz əşya və vahid mülkiyyət obyekti hesab olunur. Bu norma torpaq sahəsi ilə onun üzərində yerləşən tikili arasında hüquqi bağlılığın mövcudluğunu ifadə edir. Mülki Məcəllənin 135.9-cu maddəsində müxtəlif növlü əşyaların ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaratdığı halda mürəkkəb əmlak hesab olunması müəyyən edilmişdir. Bu müddəa ayrıca əşyaların vahid təsərrüfat və funksional təyinat çərçivəsində birlikdə qiymətləndirilməsini nəzərdə tutur. Həmin Məcəllənin 135.10-cu maddəsinə görə isə əşyanın tərkib hissəsi dedikdə, adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey başa düşülür. Bu norma əşyanın tərkib hissəsinin müstəqil hüquqi dövriyyə predmeti olub-olmaması məsələsinin müəyyənləşdirilməsinə yönəlmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan normalar torpaq sahəsi ilə onun üzərində yerləşən tikili arasındakı hüquqi bağlılığı müəyyən etsə də, torpaq sahəsi üzərində hüququn yaranmasının və ya həmin hüququn başqa şəxsə keçməsinin əsaslarını tənzimləmir. Buna görə də həmin müddəalar torpaq sahəsi üzərində hüququn mövcudluğunu təsdiq edən hüquqi əsas kimi qiymətləndirilə bilməz. Kollegiya həmçinin qeyd edir ki, əgər alqı-satqının predmeti torpaq sahəsi olmuş olsaydı belə, həmin torpaq sahəsi üzərində satıcının hüququ ilk növbədə qanunla müəyyən edilmiş qaydada tanınmalı və qeydiyyata alınmalı idi. Yalnız bundan sonra həmin hüququn alqı-satqı müqaviləsi əsasında alıcıya keçməsi və alıcının adına dövlət qeydiyyatının aparılması məsələsi müzakirə oluna bilərdi. Hazırkı halda isə, bir tərəfdən, müqavilənin predmeti torpaq sahəsi deyil, yarımçıq tikili olmuş, digər tərəfdən isə satıcının torpaq sahəsinə dair hüququ rəsmi qaydada təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası iş üzrə tərtib edilmiş müayinə aktında əks olunmuş məlumatları da nəzərə alır. Həmin aktdan görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0,0892 ha təşkil edir, JN-****F nömrəli şəhadətnamə baza məlumatlarında olan DWG xəritələrində və DBF siyahısında öz əksini tapmamış, yalnız TEKUIS məlumatlarında əks olunmuşdur. Eyni zamanda, mübahisəli torpaq sahəsinin baza məlumatlarında JN-****F nömrəli şəhadətnaməyə əsasən digər şəxsin adına olan torpaq sahəsi ilə sənəd üzrə üst-üstə düşdüyü göstərilmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinin digər torpaq sahəsi ilə üst-üstə düşməsi halı müəyyən hüquqi əhəmiyyət daşısa da, hazırkı iş üzrə ilkin araşdırma predmeti iddiaçının həmin torpaq sahəsi üzərində hüququnun yaranmasının və ya ona keçməsinin hüquqi əsaslarının mövcudluğudur. Iş materialları ilə belə hüquqi əsas müəyyən edilmədiyindən, torpaq sahələrinin üst-üstə düşməsi məsələsinin araşdırılması işin həlli üçün həlledici əhəmiyyət kəsb etmir və hazırkı mərhələdə ayrıca qiymətləndirilməsini zəruri etmir. Kollegiya hesab edir ki, torpaq sahəsinin faktiki istifadədə olması, hasara alınması, habelə həmin sahədə yaşayış evinin və digər tikililərin mövcudluğu torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasını təsdiq edən hüquqi fakt hesab oluna bilməz. Belə hallar torpaq sahəsindən istifadənin mövcudluğunu göstərsə da, həmin sahə üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınması üçün hüquqi əsas yaratmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi ## ###### 2001-ci il tarixli, *Ə/*** nömrəli müqavilə torpaq sahəsinə deyil, həmin sahədə yerləşən yarımçıq tikiliyə münasibətdə bağlanmış, satıcının mübahisəli torpaq sahəsi üzərində hüququ isə iş materialları ilə təsdiq olunmamışdır. JN-1251F kod 30304018 seriyalı şəhadətnamənin də məhz həmin müqaviləyə istinad etməsi iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün kifayət etmir. Bir sözlə, iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquqi əsas mövcud deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“Inzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Belə olan təqdirdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan natamam sübutlar əsasında iddanı təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-618/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-618/2026
16.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver