Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-619/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X6 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026- cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Iddiaçı 1960-cı il təvəllüdlüdür. Iddiaçıya ##.##.2025-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialın ## ###### 2025-ci il tarixli *-**-*/*-******/**** saylı məktubundan görünür ki, iddiaçının ##.##.1991-ci il tarixdən ##.##.2012-ci il tarixədək işlədiyi dövr dövlət qulluğu stajı kimi nəzərə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il # ######## tarixli *** nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “Inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda ##.##.1985-##.##.1991-ci il tarixləri arasındakı dövr ərzində işlədiyiniz Xaçmaz rayon Qımılgışlaq X3 Sovetinin Icraiyyə Komitəsinin katibi vəzifəsi nəzərdə tutulmamışdır. Bununla əlaqədar qeyd edilən müddətin iddiaçının dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Dövlət Imtahan Mərkəzinin ## ###### 2026-cı il tarixli *-*/*-***/**** saylı məktubundan görünür ki, 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (##.##.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət quluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin # ######## 2005-ci il tarixli *** saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesbalandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2- ci bəndlərinə əsasən aparılmışdır. Adıçəkilən Siyahının 1.17-ci bəndində rayon (şəhər) X5 icraiyyə komitəsində mövcud olmuş vəzifələr uyğunlaşdırılmış, X3 Soveti icraiyyə komitəsində mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Müvafiq uyğunlaşdırma aparılmadığından Xaçmaz rayon Qımılqışlaq X3 Sovetinin Icraiyyə Komitəsində katib vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesbalanarkən nəzərə alınmamışdır. Xaçmaz rayon Icra Hakimiyyətinin ## #### 2026-cı il tarixli, *-**/*-***/**** saylı məktubundan görünür ki, ##.##.1991-ci il tarixədək mövcud olmuş X3 Sovetinin Icraiyyə Komitəsinin katibi vəzifəsinin və həmin vəzifəni icra etmiş şəxslərin səlahiyyətlərinin hazırki rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi nümayəndəsinin müavini vəzifəsinə və səlahiyyətlərinə uyğundur. SSRI dövründə dövlət hakimiyyəti və idarəetmə orqanlarında –yəni mərkəzi və yerli sovetlərdə, həmçinin onların icraedici orqanlarında (icraiyyə komitələrində) çalışan şəxslər ümumi olaraq sovet işçisi hesab olunurdular. Kənd XDS Icraiyyə Komitəsi yerli dövlət hakimiyyətinin icraedici və sərəncamverici orqanı olduğu üçün onun aparatının əməkdaşları birbaşa dövlət idarəçiliyi sisteminə daxil idilər. Kənd XDS Icraiyyə Komitəsinin aparatında çalışan və inzibati-idarəetmə funksiyalarını yerinə yetirən şəxslər (sədr, sədr müavini, katib) bu kateqoryaya aid edilirdi. Beləliklə həmin dövrün qanunvericiliyinə əsasən kənd XDS Icraiyyə Komitəsinin aparatındakı vəzifələri icra etmiş şəxslər sovet işçisi sayılıblar. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “##.##.1985-ci il tarixdən ##.##.1991-ci il tarixədək Xaçmaz rayonu Qımılqışlaq kənd XDS IK katibi vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajına hesablanması və ona hazırda IƏD müavini vəzifəsinin aylıq maaşına uyğun pensiyanın təyin edilməsi” məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ###### 1985-ci ildən ## ######## 2012-ci il tarixədək fasiləsiz olaraq Xaçmaz rayon Icra Hakimiyyəti Başçısının Qımılqışlaq IƏDsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləmişdir. 2012-ci ilin sentyabr ayında xəstəliyi ilə əlaqədar öz xahişi ilə işdən çıxmışdır. 2012-ci ilin oktyabr ayından 2021-ci ilin oktyabr ayına kimi II dərəcəli əlilliyə görə ayda 687 manat pensiya almışdır. 2021-ci ilin oktyabr ayından isə pensiyası kəsilmişdir. ##.##.2025-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Hesablanmış pensiyanın məbləği 587.48 manat təşkil edir. Pensiyanın düzgün hesablanması üçün DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət etmişdir. Ərizəsində xahiş etmişdir ki, onun dövlət qulluqçusu qulluq stajı düzgün hesablansın və müvafiq olaraq pensiya məbləği müəyyən edilsin. Lakin cavabdeh tərəfindən 1985-1991-ci illərdə işlədiyi dövrün dövlət qulluğu stajına daxil olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin iddiaçının ##.##.1985-ci il tarixdən ##.##.1991-ci il tarixədək Xaçmaz rayon Qımılqışlaq kənd XDS IK-nin katibi vəzifəsində çalışdığı müddətin dövlət qulluğu stajına hesablanmaması tamamilə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilımiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi” Qaydasının 9-cu bəndinə qeyd olunur ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il #######ın ##-dək dövlət sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Bundan da əlavə “Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə əsasən pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: 5.2.2. 1991-ci il #######ın ##-dən “Dövlət qulluğu haqqında’’ Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 5.2.3. 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti; Göründüyü kimi cavabdehin imtina məktubunda qeyd edilmiş “1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “Inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda ##.##.1985-##.##.1991-ci il tarixləri arasındakı dövr ərzində işlədiyiniz Xaçmaz rayon Qımılqışlaq X3 Sovetinin Icraiyyə Komitəsinin katibi vəzifəsi nəzərdə tutulmayıb” müddəası yuxarıda göstərilən Qanunun və Qaydasının məzmunun ziddiyyət təşkil edir. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Xaçmaz rayon şöbəsi tərəfindən ## ####### 2012-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd edilmişdir. Iddiaçının əlillik dərəcəsi müddətinin ## ####### 2021-ci il tarixində bitməsi ilə əlaqədar pensiya ödənişi # ###### 2021-ci il tarixindən dayandırılmışdır. Eyni zamanda iddiaçının Mərkəzi Filiala # ##### 2025-ci il və ## ##### 2025-ci il tarixlərində daxil olmuş müraciətlərinə əsasən ona ## #### 2025-ci il tarixindən hesablanmaqla sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 445,00 manat, qulluq stajına görə əlavə 133,50 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 66,75 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 166,88 manat olmaqla orta aylıq əmək haqqı 867,13 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən, 20 il 11 ay 1 gün (##.##.1991- ##.##.2012-ci il tarixləri arasındakı dövr) qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (867,13 manat) 67,75 faizi-587,48 manat məbləğində müəyyən olunmuşdur. Həmçinin cari ilin mart (4 gün üçün) və aprel ayları üzrə iddiaçıya ödənilməli olan ümumilikdə 269,02 manat fərq məbləği hesablanmışdır. Həmin fərq məbləği iddiaçının əmək pensiyasının (587,48 manat) üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır.“Dövlət qulluğu haqqında" Qanunun 1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsinə əsasən nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il # ######## tarixli *** nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991- ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “Inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda ##.##.1985-##.##.1991-çj Il tarixləri arasındakı dövr ərzində işlədiyiniz Xaçmaz rayon Qımılgışlag X3 Sovetinin Icraiyyə Komitəsinin katibi vəzifəsi nəzərdə tutulmamışdır. Bununla əlaqədar qeyd edilən müddətin iddiaçının dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“Inzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026- cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ##.##.1985-##.##.1991-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi vəzifənin iddiaçının dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınmaması qanunvericiliyin tələbləri baxımından əsaslı olmuşdur. Hazırkı halda cavabdehin hərəkəti qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Iddiaçı qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır, belə ki, iddiaçı ##.##.1960-cı il təvəllüdlüdür və ##.##.2025-ci il tarixində 65 yaşı tamam olmuşdur. Ona ƏSMN tabeliyində olan DSMF-nin X1 Idarəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, pensiyanın məbləği 587,48 manat təşkil etmişdir. Iddiaçı ## ###### 1985-ci ildən ## ######## 2012-ci il tarixədək fasiləsiz olaraq Xaçmaz rayon Icra Hakimiyyəti Başçısının Qımılqışlaq IƏD-si üzrə nümayəndəsinin müavini vəzifəsində işləmiş, xəstəliyi ilə əlaqədar öz xahişi ilə işdən çıxmışdır. 2012-ci ilin oktyabr ayından 2021-ci ilin oktyabr ayına kimi II qrup əlilliyə görə ayda 687 manat pensiya almış, 2021-ci ilin oktyabr ayından isə pensiyası kəsilmişdir. O, təyin olunmuş pensiyanın yenidən hesablanması üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh idarənin ## ### 2025-ci il tarixli məktubu ilə imtina cavabı verilmişdir. Cavab məktubunda və məhkəmə qərarında qeyd olunmuşdur ki, 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya organlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin "Inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında ##.##.1985–##.##.1991-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Xaçmaz rayon Qımılqışlaq X3 Sovetinin Icraiyyə Komitəsinin katibi vəzifəsi nəzərdə tutulmamışdır. Bu səbəbdən həmin müddətin iddiaçının dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və məhkəmə iddia tələbini təmin etməmişdir. Iddiaçı məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası Prezidentinin # ###### 2003-cü il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Inzibati və yardımçı vəzifələrin təsnifat toplusu"nun 1.9.40-cı bəndində yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi və onun müavini inzibati vəzifələr kimi nəzərdə tutulmuşdur. Həmin maddənin məzmunundan "və onun müavini" sözləri yalnız ## #### 2026-cı il tarixində çıxarılmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2002-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun "Dövlət qulluğu haqqında" Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti organlarında, habələ 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya organlarında iş müddəti də daxil edilir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazını iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005ci il # ######## tarixli *** nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “Inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nda ##.##.1985-##.##.1991-ci il tarixləri arasındakı dövr ərzində işlədiyiniz Xaçmaz rayon Qımılqışlaq X3 Sovetinin Icraiyyə Komitəsinin katibi vəzifəsi nəzərdə tutulmamışdır. Bununla əlaqədar qeyd edilən müddətin iddiaçının dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Dövlət Imtahan Mərkəzinin ## ###### 2026-cı il tarixli 9-3/2- ***/**** saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il #######ın ##dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən Inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (31,08.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin # ######## 2005-ci il tarixli *** saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin Inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1-ci və 2- ci bəndlərinə əsasən aparılmışdır. Xaçmaz rayon Qımılqışlaq X3 Sovetinin icraiyyə komitəsində katib vəzifəsində iş müddətilə bağlı bildirilir ki, yuxarıda adıçəkilən Siyahının 1.17ci bəndində rayon (şəhər) X5 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrin “Inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası aparılmışdır. Həmin bənddə X3 Soveti icraiyyə komitəsində mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Müvafiq uyğunlaşdırılma aparılmadığından Xaçmaz rayon Qımılqışlaq X3 Sovetinin icraiyyə komitəsində katib vəzifəsində is müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Belə olan halda göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdehin iddiaçının müraciətinin təminindən imtinası istər qanunvericiliyin tələbləri, istərsə də məhkəmə təcrübəsi baxımından qanuni olmuş, onun hüquq və azadlıqlarını pozmamışdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması üçün hər hansı faktiki və ya hüquqi əsas yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 12. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 19-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasında dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarını müəyyən edir. Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; ... 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; 1.1.5. dövlət orqanlarının kateqoriyası (təsnifatı) – dövlət orqanlarının statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla təsnifləşdirilməsi; ... 1.1.7. dövlət qulluğu vəzifəsi – dövlət orqanının Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən səlahiyyətlərini icra etmək məqsədilə həmin orqanın strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; 1.1.7. inzibati və yardımçı vəzifələrin təsnifatı – dövlət orqanlarında inzibati və yardımçı vəzifələrin aid olduqları dövlət orqanlarının kateqoriyası nəzərə alınmaqla təsnifləşdirilməsi; 1.1.8. dövlət qulluğunun inzibati vəzifəsi – dövlət orqanının struktur bölməsinin fəaliyyət istiqamətinə uyğun olaraq həmin bölmənin səlahiyyətlərini bilavasitə həyata keçirən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; 1.1.9. dövlət qulluğunun yardımçı vəzifəsi – dövlət orqanının struktur bölməsinin fəaliyyətini təmin edən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; 1.1.10. inzibati və yardımçı vəzifələrin təsnifat toplusu – inzibati və yardımçı vəzifələrin adlarını, təsnifatlarını və dövlət qulluqçularının ixtisas dərəcələrini özündə əks etdirən, dövlət orqanlarında ştat cədvəllərinin hazırlanması üçün əsas olan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən siyahı; ... 1.1.22. vəzifə təlimatı – dövlət qulluğu vəzifəsinin adının, qulluq funksiyalarının və həmin vəzifənin tutulması şərtlərinin əks olunduğu və dövlət orqanının rəhbəri tərəfindən təsdiq olunan sənəd; ... Maddə 17. Ixtisas dərəcələrinin verilməsi və onlardan məhrum edilməsi 17.1. Ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. ... Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il # ######## tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin Inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”
3. 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında və ya Inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu tətbiq edilənədək dövlət orqanlarında mövcud olmuş qulluqçu və kiçik xidmətedici (xidmət) heyətin vəzifələri bu Siyahının 1-ci və 2-ci bəndlərində göstərilən müvafiq dövlət orqanlarının Təsnifat Toplusunda göstərilən yardımçı vəzifələrinə uyğundur.
“Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının iddia tələbi ##.##.1985-ci il tarixdən ##.##.1991-ci il tarixədək Xaçmaz rayonu Qımılqışlaq kənd XDS IK katibi vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajına hesablanması və ona hazırda IƏD müavini vəzifəsinin aylıq maaşına uyğun pensiyanın təyin edilməsi barədə qərar qəbul edilməsi barədədir. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2005ci il # ######## tarixli *** nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “Inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda ##.##.1985-##.##.1991-ci il tarixləri arasındakı dövr ərzində işlədiyiniz Xaçmaz rayon Qımılgışlag X3 Sovetinin Icraiyyə Komitəsinin katibi vəzifəsi nəzərdə tutulmamışdır. Bununla əlaqədar qeyd edilən müddətin iddiaçının dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Işin müəyən edilmiş faktiki hallarına görə iddiaçı ##.##.1985-ci il tarixindən ##.##.1991-ci il tarixinə kimi Xaçmaz rayonu Qımılqışlaq kənd X4 Icraiyyə Komitəsinin katibi, ##.##.2012-ci il tarixinədək Xaçmaz rayon Icra hakimiyyəti Başçısının Qımılqışlaq Inzibati Ərazi Vahidliyinin nümayəndəsinin müavini vəzifəsində işləmişdir. O, həmin dövrlərin dövlət qulluqçusu vəzifəsi kimi nəzərə alınmaqla ona hüququnun yarandığı tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh iddiaçının ##.##.1985-ci il tarixindən ##.##.1991-ci il tarixinə kimi ilədiyi işlədiyi vəzifənin dövlət qulluğu vəzifəsinə uyğun olmadığını əsas gətirərək həmin dövrü dövlət qulluğu stajına daxil etməkdən imtina etmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin mübahisəli dövrlərin dövlət qulluqçusu vəzifəsi kimi nəzərə alınmaqla ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Iddiaçının hüquqi marağı və nail olmaq istədiyi məqsəd onun ##.##.1985-ci il tarixindən ##.##.1991-ci il tarixiədək Xaçmaz rayon Qımılqışlaq X3 Soveti Icraiyyə Komitəsinin katibi vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajı kimi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesbalanmasından ibarətdir. Azərbaycan Respublikası IPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin mahiyyəti üzrə həll edilməsi üçün X3 Soveti Icraiyyə Komitələrinin mövcud olduğu və fəaliyyət göstərdiyi dövrdə qüvvədə olan, onların təşkilati-hüquqi və funksional statusunu müəyyən edən normativ əsaslardan çıxış etmək lazımdır. Belə ki, 1978-ci il #####in ##-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında qəbul edilmiş Azərbaycan Sovet Sosisalist Respublikasının Konstitusiyasının 137-ci maddəsinə əsasən X2 Vilayətində, rayonlarda, şəhərlərdə, şəhərlərdəki rayonlarda, qəsəbələrlə, kənd yaşayış məntəqələrində dövlət hakimiyyəti orqanları müvafiq xalq deputatları Sovetləridir. Həmin Konstitusiyanın 138-ci maddəsinə əsasən yerli xalq deputatları Sovetləri ümumdövlət mənafeyini və Sovetin ərazisində yaşayan vətəndaşların mənafeyini əsas tutaraq yerli əhəmiyyəti olan bütün məsələləri həll edir, yuxarı dövlət orqanlarının qərarlarını həyata keçirir, aşağı xalq deputatları Sovetlərinin fəaliyyətinə rəhbərlik edir, respublika və Ümumittifaq əhəmiyyətli məsələlərin müzakirəsində iştirak edir, bu məsələlər barəsində öz təkliflərini verirlər. Həmin Konstitusiyanın 139-cu maddəsinə əsasən yerli xalq deputatları Sovetləri özlərinin səlahiyyəti daxilində öz ərazilərində kompleks iqtisadi və sosial inkişafı təmin edirlər; həmin ərazidə yerləşən və yuxarı orqanlara tabe olan müəssisə, idarə və təşkilatlar tərəfindən qanunlara əməl olunmasına nəzarət edirlər; torpaqdan istifadə, təbiətin mühafizəsi, tikinti, əmək ehtiyatlarından istifadə, xalq istehlakı malları istehsalı, əhaliyə sosial-mədəni xidmət, məişət xidməti və digər xidmət sahəsində onların fəaliyyətini əlaqələndirir və bu fəaliyyətə nəzarət edirlər. Həmin Konstitusiyanın 140-cı maddəsinə əsasən X2 X7 Sovetinin, rayon, şəhər, şəhərlərdə rayon xalq deputatları Sovetlərinin sessiyaları onların icraiyyə komitələri tərəfindən ildə azı dörd dəfə çağırılır. Qəsəbə və X3 Sovetlərinin sessiyaları onların icraiyyə komitələri tərəfindən ildə azı altı dəfə çağırılır. Həmin Konstitusiyanın 141-ci maddəsinə əsasən yerli xalq deputatları Sovetləri SSR Ittifaqı, Azərbaycan SSR qanunvericiliyi ilə onların MSSR-də isə həmçinin Naxçıvan MSSR qanunları ilə onlara verilmiş səlahiyyət daxilində qərarlar qəbul edirlər. Həmin Konstitusiyanın 142-ci maddəsinə əsasən aşağı Sovetlərin fəaliyyətinə rəhbərlik edən yerli xalq deputatları Sovetləri, aşağı sovetlərin aktları qanunvericiliyə uyğun gəlmədikdə, bu aktları ləğv etmək hüququna malikdirlər. Həmin Konstitusiyanın 143-cü maddəsinə əsasən X2 X7 Soveti, rayon, şəhər, şəhərlərdə rayon, X3 Sovetləri yerli Sovetlərin səlahiyyətinə aid məsələləri qabaqcadan nəzərdən keçirib hazırlamaq üçün, habelə Sovetlərin qərarlarının həyata keçirilməsinə kömək etmək dövlət orqanlarının, müəssisə, idarə və təşkilatların fəaliyyətinə nəzarət etmək üçün deputatlardan daimi komissiyalar seçirlər. Yerli Sovetlərin daimi komissiyalarının tövsiyələri müvafiq dövlət orqanları və ictimai orqanlar, müəssisə idarə və təşkilatlar tərəfindən hökmən nəzərdən keçirilməlidir. Bunların nəzərdən keçirilməsi iri və ya görülən tədbirlər haqqında komissiyalara müəyyən edilmiş müddətdə məlumat erilməlidir. Həmin Konstitusiyanın 144-cü maddəsinə əsasən yerli xalq deputatları Sovetləri özlərinin fəaliyyətini ictimai təşkilatlarla və əmək kollektivləri ilə sıx əlaqədə həyata keçirir, ən mühüm məsələləri vətəndaşların müzakirəsinə verib onları daimi komissiyaların, icraiyyə komitələrinin və Sovetlərə hesabat verməli olan başqa orqanların işinə cəlb edir, yerli, könüllü cəmiyyətlərin işinə kömək göstərir və əhalinin ictimai özfəaliyyətini inkişaf etdirirlər. Həmin Konstitusiyanın 145-ci maddəsinə əsasən X2 X7 Sovetinin, rayon, şəhər, şəhərlərdə, rayon, qəsəbə və X3 Sovetlərinin icra və sərəncam orqanları Sovetlərin sədrdən, sədr müavinlərindən, katibdən və üzvlərdən ibarət tərkibdə deputatlardan seçdikləri icraiyyə komitələridir, Icraiyyə komitələri onları seçmiş Sovetlər qarşısında, habelə əmək kollektivlərinin yığıncaqlarında və vətəndaşların yaşayış yerlərində ildə azı bir dəfə hesabat verirlər. Həmin Konstitusiyanın 146-cı maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri onları seçmiş Sovetlərin və yuxarı dövlət hakimiyyəti və idarə orqanlarının qərarlarına əsasən müvafiq Sovetlərin ərazisində dövlət, təsərrüfat quruculuğuna və sosial-mədəni quruculuğa rəhbərlik edirlər. Həmin Konstitusiyanın 147-ci maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri öz səlahiyyəti daxilində qərarlar qəbul edir və sərəncamlar verirlər. Həmin Konstitusiyanın 148-ci maddəsinə əsasən Xalq deputatları Sovetlərinin icraiyyə komitələri aşağı xalq deputatları Sovetləri icraiyyə komitərlərinin qərar və sərəncamlarını ləğv etmək hüququna malikdirlər. Həmin Konstitusiyanın 149-cu maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin vəkalət müddəti qurtardıqda, onların icraiyyə komitələri yeni çağırış xalq deputatları Sovetləri tərəfindən icraiyyə komitələri seçilənədək öz səlahiyyətini saxlayırlar. Həmin Konstitusiyanın 150-ci maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri həm onları seçmiş Sovetə, həm də yuxarı icra və sərəncam orqanına bilavasitə hesabat verirlər. Həmin Konstitusiyanın 151-ci maddəsinə əsasən Icraiyyə komitələrinin şöbə və idarələri X2 X7 soveti rayon, şəhər, şəhərlərdə rayon xalq deputatları Sovetləri tərəfindən təşkil edilir və özlərinin fəaliyyətində həm sovetlərə və onların icraiyyə komitələrinə, həm də müvafiq yuxarı dövlət idarə orqanlarına tabedirlər. Yerli xalq deputatları Sovetləri icraiyyə komitələrinin şöbə və idarələrinin siyahısı və onların təşkili qaydası SSR Ittifaqı, Azərbaycan SSR qanunvericiliyi ilə, Naxçıvan MSSR-in yerli Sovetləri üçün isə həmçinin Naxçıvan MSSR qanunvericiliyi ilə müəyyən edilir. Yuxarıda qeyd edilən hüquq normalarından göründyü kimi rayonlarda, şəhərlərdə, şəhərdəki rayonlarda, qəsəbələrdə, kənd yaşayış məntəqələrində dövlət hakimiyyət orqanları müvafiq xalq deputatları Sovetləridir. Yəni, kənd yaşayış məntəqlərində olan xalq deputatları Sovetləri dövlət hakimiyyət orqanları hesab olunur. Həmçinin müəyyən edilmişdir ki, X3 Sovetlərinin icra və sərəncam orqanları Sovetlərin sədrdən, sədr müavinlərindən, katibdən və üzvlərdən ibarət tərkibdə deputatlardan seçdikləri icraiyyə komitələridir. Qeyd edilən hüquq normalarından görünür ki, həmin dövrün dövlət hüquq normalarına və idarəçilik sisteminin təşkili prinsiplərinə əsasən Xaçmaz rayon Qımılqışlaq X3 Soveti Icraiyyə Komitəsi dövlət idarəçiliyi sahəsində dövlətin funksiyalarını və vəzifələrini həyata keçirən idarəçilik orqanlarının vahid sisteminə aid edilmiş və icra orqanı statusuna malik olmuşdur. Başqa sözlə, hüquq normalarına görə yalnız rayon, şəhər, şəhərdəki rayon və qəsəbələrdə deyil, kənd yaşayış məntəqələrində olan xalq deputatları Sovetləri və icraiyyə komitələri də dövlət hakimiyyət orqanları hesab olunur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək qeyd edir ki, iddiaçı ##.##.1985-ci il tarixindən ##.##.1991-ci il tarixinə kimi Xaçmaz rayonu Qımılqışlaq kəndi X4 Icraiyyə Komitəsinin katibi vəzifəsində işlədiyindən və həmin vəzifə yuxarıda qeyd edilən əsas Qanuna (Konstitusiyaya) görə dövlət hakimiyyət orqanı hesab olunduğundan onun həmin vəzifəsi dövlət qulluqçusu vəzifəsi kimi qəbul edilməlidir. Bundan başqa iş materiallarına əlavə edilmiş Xaçmaz rayon Icra Hakimiyyətinin məhkəmə kollegiyasının sorğusuna verdiyi ## #### 2026-cı il tarixli, *-**/*-***/**** saylı cavab məktubundan görünür ki, ##.##.1991-ci il tarixədək mövcud olmuş X3 Sovetinin Icraiyyə Komitəsinin katibi vəzifəsinin və həmin vəzifəni icra etmiş şəxslərin səlahiyyətlərinin hazırki rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi nümayəndəsinin müavini vəzifəsinə və səlahiyyətlərinə uyğundur. SSRI dövründə dövlət hakimiyyəti və idarəetmə orqanlarında –yəni mərkəzi və yerli sovetlərdə, həmçinin onların icraedici orqanlarında (icraiyyə komitələrində) çalışan şəxslər ümumi olaraq sovet işçisi hesab olunurdular. Kənd XDS Icraiyyə Komitəsi yerli dövlət hakimiyyətinin icraedici və sərəncamverici orqanı olduğu üçün onun aparatının əməkdaşları birbaşa dövlət idarəçiliyi sisteminə daxil idilər. Kənd XDS Icraiyyə Komitəsinin aparatında çalışan və inzibati-idarəetmə funksiyalarını yerinə yetirən şəxslər (sədr, sədr müavini, katib) bu kateqoryaya aid edilirdi. Beləliklə, həmin dövrün qanunvericiliyinə əsasən kənd XDS Icraiyyə Komitəsinin aparatındakı vəzifələri icra etmiş şəxslər sovet işçisi sayılıblar. Beləliklə də, iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, X3 Sovetinin icraiyyə komitəsinin katibi vəzifəsi dövlət qulluğunun inzibati vəzifəsi hesab olunur və bu vəzifə hazırda yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə uyğundur. Həmçinin müəyyən edilmişdir ki, yerli XDS və onun Icraiyyə Komitələrinin səlahiyyətlərinin əksəriyyəti hazırda rayon Icra Hakimiyyəti Başçılarının səlahiyyətlərinə daxil edilmiş və həmin dövrün əsas qanununa əsasən kənd XDS Icraiyyə Komitəsinin aparatındakı vəzifələri icra etmiş şəxslər sovet işçisi sayılmışdır. Bundan başqa iş üzrə materiallardan da görünür ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, iddiaçı icra hakimiyyəti orqanı kimi yeni yaradılan Xaçmaz rayon Icra Hakimiyyəti başçısının Qımılqışlaq kəndi üzrə nümayəndəliyinə icra nümayəndəsinin müavini təyin olunmuş və cavabdeh həmin vəzifəni mübahisəsiz şəkildə dövlət qulluqçusu vəzifəsi kimi qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Bununla yanaşı obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, X3 Soveti Icraiyyə Komitəsinin katibi vəzifəsinin istinad olunan Siyahıda nəzərdə tutulmaması və həmin vəzifəyə münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunlaşdırmanın aparılmaması X3 Soveti Icraiyyə Komitəsinin dövlət orqanı və həmin vəzifənin dövlət qulluğu vəzifəsi olmadığı anlamına gəlmir və bu məzmunda qiymətləndirilə bilməz. Qeyd olunmalıdır ki, eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarında da öz əksini tapmışdır. Beləliklə də, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026- cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia təmin edilsin. Iddiaçı İddiaçı ##.##.1985-ci il tarixdən ##.##.1991-ci il tarixədək Xaçmaz rayonu Qımılqışlaq X3 Sovetinin Icraiyyə Komitəsinin katibi vəzifəsində çalışdığı dövrün dövlət qulluğu stajı kimi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesbalanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlətlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.