Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-629/2026 08.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Cabbarova Gülnar İnqilab qızı və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarış və plan-ölçü sənədlərinin torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən üçüncü şəxs1 adına verilmiş ************* reyestr nömrəli, ##.##.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına verilmiş ************* reyestr nömrəli ##.##.2010-cu il tarixli, MA seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən üçüncü şəxs1 adına verilmiş ************* reyestr nömrəli, ##.##.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın və həmin çıxarışa əlavə olan AN ****** nömrəli, ##.##.2017-ci il tarixli, ************* reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına verilmiş ************* reyestr nömrəli ##.##.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın və həmin çıxarışa əlavə olan AN ****** nömrəli, ##.##.2017-ci il tarixli, ************* reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün, iddiaçıya Quba rayonu Qırız bələdiyyəsinin ## ### 2006-cı il tarixli, ** saylı qərarı ilə verilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən tərtib edilmiş X4 Kitabında ##.##.2008-ci il tarixli, *** saylı ilə uçota alınmış AN ****** nömrəli Torpaq sahəsinin planı-ölçüsü sənədində qeyd edilmiş 0.12 ha torpaq sahəsi (həmin torpaq sahəsinin koordinatları daxilində) ilə üst-üstə düşən hissəsində ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadına əsasən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs və üçüncü şəxs1 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərardadına əsasən Quba rayon Xınalıq bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ##### 1988-ci ildə Quba rayonu Qırız-Dəhnə kəndində anadan olmuşdur. Yaşadığı yerdə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alınması məqsədilə ## ### 2006-cı ildə Quba rayonu Qırız bələdiyyəsinə müraciət etmişdir. Quba rayonu Qırız bələdiyyəsinin ## ### 2006-cı il tarixli * saylı iclas protokolundan çıxarışa əsasən iddiaçıya Quba rayonu Qırız bələdiyyəsi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. ## ### 2006-cı il tarixdə aldığı torpaq sahəsi iddiaçıya yerində tanıdılaraq təhkim edilmişdir. Həmin qərardan sonra Quba rayonu Qırız bələdiyyəsi ilə aralarıda torpaq sahəsinin alqı-satqısına dair ## ###### 2006-cı il tarixdə akt tərtib edildi. İddiaçı həmin torpaq sahəsinin alınmasına görə Azərbaycan Beynalxalq bankının Quba filialına bələdiyyənin hesabına pul ödəmişdir. Bundan sonra həmin torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsi tərəfindən ## #### 2008-ci il tarixdə planı və ölçüsü tərtib edilmiş və torpaq sahəsinin koordinatları təsdiq edilmişdir. ## ### 2006-cı il tarixdən hal-hazıra kimi həmin torpaq sahəsi iddiaçının sahibliyindədir. İddiaçı torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış alınması üçün sənədlərini təqdim etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış ## ### 2020-ci il tarixli məktubunda ərizəsinə və sənədlərinə baxıldığı bildirilmiş, təqdim etdiyi sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı Quba rayonu Qırız bələdiyyəsinin ## ### 2006-cı il tarixli ** saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.12 ha torpaq sahəsinin * saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxslərin adına verilmiş dövlət reyestrindən çıxarışlarla kəsişdiyi bildirilmiş və torpaq sahəsinə çıxarış verilməsindən imtina olunmuşdur. Adına verilmiş 0.12 ha torpaq sahəsinin kimlərə verilmiş çıxarışlarla kəsişdiyi barədə vəkil sorğusu verilmişdir. Sorğuya verilmiş iddiaçıya məxsus torpaq sahəsi üzərində üçüncü şəxs1 verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışla kəsişdiyi məlum olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə dair etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən üçüncü şəxs1 adına olan Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən 0.12 ha torpaq sahəsinə dair ************ reyestr nömrəli, seriya MA ******* nömrəli, ##.##.2010-cu il tarixli və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına olan Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən 0.12 ha torpaq sahəsinə dair ************ reyestr nömrəli, seriya MA ******* nömrəli, ##.##.2010-cu il tarixli dövlət reyestrindən çıxarışlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatına əsas olan bələdiyyə və DTXK tərəfindən verilmiş torpaqayırma sənədləri əsasında hazırlanmışdır. Üçüncü şəxsin vəkili və nümayəndəsi tərəfindən iddia tələbinə dair etiraz ünvanlanaraq onunla əsaslandırılmışdır ki, Quba rayonu Qırız bələdiyyəsinin ## ###### 2006-cı il tarixli ** saylı iclas protokolundan çıxarışa əsasən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Quba rayonu Qırız kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi verilməsi və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ilə Quba rayonu Qırız bələdiyyəsi arasında bağlanmış ## ###### 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Qırız bələdiyyəsi ərazisindən 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************* reyestr nömrəli ##.##.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu, Qırız Dəhnə kəndi ərazisindən 0.12 ha həyətyanı torpaq sahəsi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyətinə verilmişdir. Eyni zamanda torpaq sahəsinin 3-cü şəxs üçüncü şəxs1 mülkiyyətinə hansı əsaslarla verilməsinə dair sənədlər də iş materiallarında mövcud olduğundan, təkrar olaraq bu sənədlərə istinad etmir. İddiaçının irəli sürdüyü tələblə bağlı nəzərə çatdırılır ki, İddiaçı, X19, Sədiyeva (Rzayeva) Səmirə Nüsrəddin qızı 2009-cu ildə “torpaq sahələrinin ilkin sxemlər üzrə yerində tanıdılması və həmin torpaq sahələrindən kənar şəxslərin çıxarılması tələbinə dair” iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət etmişlər. Həmin *(***)-***/**** saylı iş üzrə iddia ərizəsində onlar bildirmişlər ki, torpaq sahələrinə dair mülkiyyət hüququna dair çıxarışların verilməməsinə səbəb bu torpaq sahələrinin plan-ölçülərinin tərtib olunması zamanı Quba rayon Torpaq Şöbəsi tərəfindən səhvə yol verilərək, ilkin xəritəyə uyğun verilməməsidir. Bu iş üzrə Quba rayon Məhkəməsinin ## ###### 2010-cu il tarixli *(***)**/**** saylı məktubuna əsasən təqdim edilmiş ## ###### 2010-cu il tarixli *(***)**/**** nömrəli “Məhkəmə mühəndis-texniki ekspertizası təyin edilməsi haqqında” qərardadının icrası ilə bağlı aparılmış araşdırmaya dair mütəxəssis rəyi tərtib edilmişdir. Mütəxəssis rəyindən müəyyən olunur ki, İddiaçı, X19, Sədiyeva (Rzayeva) Səmirə Nüsrəddin qızına Quba rayonu Qırız-Dəhnə Bələdiyyəsinin ## ### 2006-cı il tarixli qərarı ilə alqı-satqı qaydasında torpaq sahələri verilərkən, torpaq sahələrinin ilkin sxemləri naturaya uyğun hazırlanmadığından, həmin torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şəbəsi tərəfindən tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri düzgün hazırlanmamışdır. Göründüyü kimi, iddiaçı Rzayeva (Sədiyeva) Səmirə Nüsrəddin qızının torpaq sahəsinə dair Çıxarış ala bilməməsinə səbəb müvafiq orqanlar tərəfindən sənədlərin düzgün tərtib edilməməsidir. Bu səbəbdən çıxarış ala bilməyən iddiaçı onlara məxsus çıxarışların ləğv edilməsinə dair məhkəmədə qaldırdığı iddia tələbi əsassızdır. Eyni zamanda bildirilir ki, Quba rayonu Qrız- Dəhnə Bələdiyyəsinin torpaq sahəsinin yerquruluşu planı ilə Torpaq Şöbəsinin planölçüsü arasında da həm torpaq sahələrinin yerləşməsində, həm də ölçülərində kifayət qədər ziddiyətlər vardır. Belə ki, Quba rayon Əlik Bələdiyyəsinin verdiyi ##.##.2022-ci il tarixli arayışda göstərilmişdir ki, Quba rayon məhkəməsində baxılan məhkəmə işi ilə əlaqədar həmin məhkəmənin ##.##.2010-cu il tarixli *(***)**/**** nömrəli qərardadının icrası ilə bağlı aparılmış mütəxəssis rəyindən sonra 2010-cu il aprel ayında Quba rayon torpaq şöbəsinin mütəxəssisi, sahə müvəkkilinin və Bələdiyyə sədrinin iştirakı ilə vətəndaşlar üçüncü şəxs1, Mədinov Nərgiz, Aslanona Məkanət, Sədiyeva Samirə (qızlıq soyadı), Sədiyev Nizaməddin və İddiaçı Quba rayon Qırız-Dəhnə kəndində verilmiş həyətyanı torpaq sahələrinin ölçüləri yerində araşdırılmışdır. Araşdırmadan sonra üçüncü şəxs1, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs və Aslanova Məkanətə həyətyanı torpaq sahələrin ölçüləri yerində yenidən təyin edilib göstərilmişdir. Ancaq iddiaçılar Sədiyeva (Rzayeva) Səmirə, Sədiyev Nizaməddin və İddiaçı həyətyanı torpaq sahələrinin ölçülərinin yenidən yerində təyin edilməsinə dəvət olunmasına baxmayaraq ölçülərin aparılmasında iştirak etməkdən səbəbsiz olaraq imtina etdilər. Aparılmış yeni ölçülər əsasında "Çıxarış" almaq üçün vətəndaşlara yeni kadastr planı yenidən tərtib edilmişdir. Arayışda o da göstərilmişdir ki, 2017-ci ildə Quba rayon məhkəməsinin iş № *- (027)-45/2017 olan məhkəmə işi ilə əlaqədar əraziyə baxış keçirildikdə məlum olmuşdur ki 2010-cu ildə DƏDRX-nin * saylı Xaçmaz rayon ərazi idarəsində döngə nöqtələri vurulduqda ərazinin döngə nöqtələri Qudyalçay istiqamətində sürüşdürülmüşdür. Bununla əlaqədar 2017-ci ilin sentyabr ayında * saylı DƏDRX-nın Quba rayon şöbəsinin əməkdaşı və sədrin iştirakı ilə boş əraziyə yenidən baxış keçirilərək akt tərtib olunmuşdur. Bundan sonra İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs, X14, üçüncü şəxs1, X11 və X6 yeni döngə nöqtələri göstərilmişdir. Buna əsasən vətəndaşlar yeni çıxarış almışdırlar. X2, X15, İddiaçı, X20 və digər qonşular torpaq sahələrinin ölçülərinin yenidən yerində təyin edilməsinə dəvət olunmasına baxmayaraq yeni ölçülərin aparılmasında iştirak etməkdən səbəbsiz olaraq imtina etmişdirlər. Göstərilənlərdən göründüyü kimi, iddiaçının tələbi əsassızdır və o Bələdiyyəyə müraciət edərək özünə aid torpaq sahəsinin koordinatlarının müəyyən edilməsini tələb etməlidir. Yuxarıda göstərdiyi kimi, üçüncü şəxslərə verilmiş torpaq sahələri ƏMDK yanında DƏDRX hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışlar əsasında onların mülkiyyətinə verilib. Iddiaçının iddia ərizəsində göstərilən dəlillərə gəldikdə, bələdiyyənin və ya dövlətin hansısa orqanlarının etdikləri səhvlərə görə üçüncü şəxslər məsuliyyət daşımamalı və onların hüquqları da pozulmamalıdır. Bununla bağlı qeyd edilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən üçüncü şəxs1 adına verilmiş ************* reyestr nömrəli, ##.##.2010cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın və həmin çıxarışa əlavə olan AN ****** nömrəli, ##.##.2017-ci il tarixli, ************* reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına verilmiş ************* reyestr nömrəli ##.##.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın və həmin çıxarışa əlavə olan AN ****** nömrəli, ##.##.2017-ci il tarixli, ************* reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün iddiaçıya Quba rayonu Qırız bələdiyyəsinin ## ### 2006-cı il tarixli, ** saylı qərarı ilə verilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən tərtib edilmiş X4 Kitabında ##.##.2008-ci il tarixli, *** saylı ilə uçota alınmış AN ****** nömrəli Torpaq sahəsinin planı-ölçüsü sənədində qeyd edilmiş 0.12 ha torpaq sahəsi (həmin torpaq sahəsinin koordinatları daxilində) ilə üst-üstə düşən hissədə ləğv edilməsi qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Üçüncü şəxslər qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdirlər. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxslər apellyasiya şikayətini iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdirlər ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini əsaslandırarkən belə nəticəyə gəlmişdir ki, sözügedən torpaq sahəsi iddiaçıya bələdiyyə qərarı ilə öncədən ayrılmış, torpaq sahəsinin dəyəri ödənilmişdir. Məhkəmə hesab etmişdir ki, sonradan ona ayrılmış torpaq sahəsi üzərində digər şəxslərin – üçüncü şəxs1 və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla, adlarına müvafiq çıxarış və planölçü sənədlərinin tərtib edilməsi İddiaçı mülkiyyət hüquqlarının pozulması və məhdudlaşdırılmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmənin gəldiyi həmin nəticə qanuni və əsaslı deyildir. Bildirilir ki, Quba rayonu Qrız bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarına əsasən üçüncü şəxs1 0.12 ha torpaq sahəsi ayrılmış, onun adına A № ****** saylı “Torpaq sahəsinin planölçüsü” sənədi tərtib edilmiş, daha sonra onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına MA seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, ##.##.2010-cu il tarixli çıxarış və A№****** saylı, ##.##.2017-ci il tarixli “Torpaq sahəsinin plan-ölçüsü” sənədi tərtib edilmişdir. Eyni zamanda Quba rayonu Qrız bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarına əsasən X7 0.12 ha torpaq sahəsi ayrılmış, onun adına A № ****** saylı “Torpaq sahəsinin plan ölçüsü” sənədi tərtib edilmiş, daha sonra onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına MA seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, ##.##.2010-cu il tarixli çıxarış və A №****** saylı, ##.##.2017ci il tarixli “Torpaq sahəsinin plan ölçüsü” sənədi tərtib edilmişdir. Bundan başqa Quba rayon Əlik bələdiyyəsinin sədri Nadir Məmmədov tərəfindən tərtib edilmiş və imzalanmış məhkəməyə təqdim edilmiş arayışda aşağıdakılar qeyd edilmişdir: “Həmin arayış verilir ondan ötəri ki, Quba rayon məhkəməsində baxılan məhkəmə işi ilə əlaqədar məhkəmənin ##.##.2010-cu il tarixli, *(***)-**/**** nömrəli qərardadının icrası ilə bağlı aparılmış mütəxəssis rəyindən sonra 2010-cu il aprel ayında Quba rayon torpaq şöbəsinin mütəxəssisi, sahə müvəkkilinin və mənim iştirakım ilə vətəndaşlar üçüncü şəxs1, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs, Aslanova Məkanət, Sədiyeva Samirə (qızlıq soyadı), Sədiyev Nizaməddin və İddiaçı Quba rayon Qırız-Dəhnə kəndində verilmiş həyətyanı torpaq sahələrinin ölçüləri yerində araşdırılmışdır. Araşdırmadan sonra üçüncü şəxs1, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs və Aslanova Məkanətə həyətyanı torpaq sahələrinin ölçüləri yerində yenidən təyin edilib göstərilmişdir. Ancaq iddiaçılar Sədiyev Samirə, Sədiyev Nizaməddin və İddiaçı həyətyanı torpaq sahələrinin ölçülərinin yenidən yerində təyin edilməsinə dəvət olunmasına baxmayaraq ölçülərin aparılmasında iştirak etməkdən səbəbsiz olaraq imtina etdilər. Aparılmış yeni ölçülər əsasında "Çıxarış" almaq üçün vətəndaşlara yeni kadastr planı yenidən tərtib edilmişdir. Lakin, 2017-ci ildə Quba rayon məhkəməsinin iş № *-(027)-45/2017 olan məhkəmə işi ilə əlaqədar əraziyə baxış keçirildikdə məlum olmuşdur ki, 2010-cu ildə DƏDRX-nın * saylı Xaçmaz rayon ərazi idarəsində döngə nöqtələri vurulduqda ərazinin döngə nöqtələri Qudyalçay istiqamətində sürüşdürülmüşdür. Bununla əlaqədar 2017-ci ilin sentyabr ayında * saylı DƏDRX-nın Quba rayon şöbəsinin əməkdaşı və onun iştirakı ilə boş əraziyə yenidən baxış keçirilərək akt tərtib olunmuşdur. Bundan sonra İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs, X14, üçüncü şəxs1, X11 və X8 yeni döngə nöqtələri göstərilmişdir. Buna əsasən vətəndaşlar yeni çıxarış almışdırlar. X3, X15, İddiaçı, X20 və digər qonşular torpaq sahələrinin ölçülərinin yenidən yerində təyin edilməsinə dəvət olunmasına baxmayaraq yeni ölçülərin aparılmasında iştirak etməkdən səbəbsiz olaraq imtina etmişdirlər.” Aparılmış yeni ölçülər əsasında "Çıxarış" almaq üçün vətəndaşlara yeni kadastr planı yenidən tərtib edilmişdir. İddiaçı Əlik bələdiyyəsinə rəsmi müraciət etsə, həmin əraziyə bitişik ərazidə yenidən həyətyanı torpaq sahəsinin yeni ölçülərini Daşınmaz Əmlakın Quba rayon şöbəsi ilə birlikdə aktlaşdırıb, yeni kordinatlar təyin edib göstərilə bilər. Həmçinin bildirilir ki, qeyd olunan torpaq sahələri uzun illərdir ki, X14 (X1 qanun üzrə vərəsəsi) İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs və üçüncü şəxs1 istifadəsindədir. Sərhədləri müəyyən edilmişdir. Qırız bələdiyyəsinin də məhkəməyə ünvanlanmış arayışında da iddiaçının torpaq sahəsinin boş vəziyyətdə mövcud olduğu qeyd edilmişdir. İddiaçı boş torpaq sahəsi üzərində hüququn qeydə alınmasını tələb edə bilər. Bundan əlavə ## ####### 2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: “İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. İddiaçı Quba rayonu Qırız bələdiyyəsinin qərarı ilə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinin ilkin sxemində koordinatlar olmadığından həmin torpaq sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş kadastr planındakı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini, eyni olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. Həmçinin bildirilir ki, Quba rayon məhkəməsinin ##.##.2010-cu il tarixli *(***)-**/**** nömrəli qərardadının icrası ilə əlaqədar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən aparılmış araşdırmaya dair mütəxəssis rəyindən görünür ki, mütəxəssislər qarşısında qoyulan 1-ci suala cavabda qeyd olunmuşdur ki, iddiaçılar X20, İddiaçı və X16 Quba rayonu, Qırız-Dəhnə bələdiyyəsinin ## ### 2006-cı il tarixli qərarı ilə alqı-satqı qaydasında Qırız bələdiyyəsinin qərarı ilə vətəndaşlara həyətyanı torpaq sahəsi verilərkən, torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən tərtib olunmuş, “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri düzgün hazırlanmamışdır. Belə olan halda məhkəmə mübahisəli torpaq sahəsinin koordinatlarını dəqiq müəyyən edilməsi ilə bağlı kompleks ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. Bundan başqa Əlik bələdiyyə sədrinin, ƏMDK DƏDRX * saylı Xaçmaz ərazi idarəsinin mühəndisinin, üçüncü şəxs1 iştirakı ilə tərtib edilmiş Aktda qeyd edilmişdir ki, torpaq sahəsinin plan-ölçü sənədində göstərilən koordinatlar faktiki yerindən fərqli olduğu üçün mülkiyyətçinin idarəyə təqdim etdiyi ərizəyə əsasən ərazidə ölçmə işləri aparılmış və torpaq sahəsinin faktiki göstərilən döngə nöqtələrinin koordinatları müəyyən olunduqdan sonra iştirakçıların imzası ilə akt tərtib edilmişdir. Beləliklə qeyd olunanları nəzərə alaraq apellyasiya məhkəməsinin diqqətinə çatdırılır ki, iddia tələbinin təmin edilməsini əsaslandırarkən birinci instansiya məhkəməsinin istinad etdiyi bütün hallar əsassız olmuş və digər şəxslərin hüquqlarını pozmuşdur. b) İddiaçı apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində bələdiyyənin məktubuna istinad edilmişdir. Bələdiyyənin məktubu əsassızdır və hüquqmüəyyənedici sənəd deyildir. Bələdiyyə torpaq sahəsini satmaqla işi bitmişdir. Onu və digər qohumlarını heç kim çağırmamışdır. Bələdiyyə özündən istənilən arayışı verib, çox şey yaza bilər. Torpaq sahəsi onun və qohumlarının istifadəsində olmuş, onları həmin torpaq sahəsindən çıxarmaq üçün məhkəməyə iddia tələbilə müraciət etmişlər, hazırda iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olmaqla, iş üzrə icraat dayandırılmışdır. Üçüncü şəxslərə ilk dəfə çıxarış və plan-ölçü sənədi verilmiş, daha sonra isə həmin çıxarış və plan-ölçü sənədi dəyişdirilmişdir. Məhkəmələrin icraatında eyni qaydada üç iş mövcuddur. Yəni bizim ailənin yan-yana olan üç torpaq sahəsinə eyni üçüncü şəxslər təkrar çıxarış almışam. Halbuki üçüncü şəxslərə torpaq sahəsi başqa yerdən ayrılmış, sonradan bizim əraziyə çıxarışlarını vurdurmuşlar. Digər bir iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qəbul edilmiş və üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilməmişdir. Hazırda həmin işdən üçüncü şəxslər kassasiya şikayəti vermiş, iş Ali Məhkəmənin icraatındadır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi (-). 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı üçüncü şəxs1 adına verilmiş ************* reyestr nömrəli, ##.##.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli çıxarışın və həmin çıxarışa əlavə olan AN ****** nömrəli, ##.##.2017-ci il tarixli, ************* reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına verilmiş ************* reyestr nömrəli ##.##.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli çıxarışın və həmin çıxarışa əlavə olan AN ****** nömrəli, ##.##.2017-ci il tarixli, ************* reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün, ona Quba rayonu Qırız bələdiyyəsinin ## ### 2006cı il tarixli, ** saylı qərarı ilə verilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən tərtib edilmiş X4 Kitabında ##.##.2008-ci il tarixli, *** saylı ilə uçota alınmış AN ****** nömrəli Torpaq sahəsinin planıölçüsü sənədində qeyd edilmiş 0.12 ha torpaq sahəsi (həmin torpaq sahəsinin koordinatları daxilində) ilə üst-üstə düşən hissəsində ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmaqla yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə olunmuş X5 filialı tərəfindən təqdim edilən arxiv çıxarışından görünür ki, Qırız bələdiyyəsinin ## ### 2006-cı il tarixli, ** saylı protokol qərarı ilə İddiaçı bələdiyyənin ümumi istifadəsinə aid alqı-satqı predmeti olan 0,12 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. Bununla əlaqədar “Torpaqların alqı-satqısına dair” ## ###### 2006-cı il tarixli, **** nömrəli akt tərtib edilmişdir. Daha sonra İddiaçı tərəfindən bələdiyyənin hesabına 100,80 manat və 54,20 manat məbləğində vəsaitlər köçürülmüş, bununla bağlı müvafiq olaraq ## #### 2006-cı il tarixli və ## ### 2008-ci il tarixli, ******* nömrəli qəbzlər tərtib edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0,12 ha olmaqla Qırız bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. ## ### 2006-cı il tarixli təhkim aktından görünür ki, Quba rayon Qırız bələdiyyəsinin ## ### 2006-cı il tarixli, ** nömrəli qərarına əsasən Quba rayo Qırız Dəhnə kənd sakini İddiaçı həyətyanı 0,12 ha torpaq sahəsi verilmişdir. X4 kitabında ## #### 2008-ci il tarixdə 782 nömrə ilə uçota alınmış A ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, İddiaçı Quba rayonu Qırız bələdiyyəsinin ## ### 2006-cı il tarixli, ** nömrəli qərarı ilə ayrılmış 1200 kv.m torpaq sahəsinə dair tərtib olunmuşdur. Quba rayonu Qırız bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, ** nömrəli qərarından görünür ki, üçüncü şəxs1 Qırız bələdiyyəsinin perspektiv inkişaf fonduna aid alqı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı məqsədilə 0,12 ha torpaq sahəsi satılması qərara alınmışdır. Bundan sonra ## ### 2010-cu il tarixli, ************ reyestr nömrəli çıxarış və A ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Quba rayonu Qırız bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, ** nömrəli qərarından görünür ki, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Qırız bələdiyyəsinin perspektiv inkişaf fonduna aid alqı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı məqsədilə 0,12 ha torpaq sahəsi satılması qərara alınmışdır. Bundan sonra ## ### 2010cu il tarixli, ************ reyestr nömrəli çıxarış və A ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Quba rayon Əlik bələdiyyəsi tərəfindən tərtib edilmiş ## ### 2023-cü il tarixli, ** nömrəli arayışdan görünür ki, İddiaçı ## ### 2006-cı il tarixli ** saylı iclas protokolunun çıxarışına əsasən 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Bunun əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən ## #### 2008-ci il tarixində plan və ölçü tərtib edilmiş və torpaq sahəsinin koordinatları təsdiq edilmişdir. Lakin Quba rayon torpaq şöbəsi koordinatları təsdiq etdikdə Quba rayon Əlik (Qırız) bələdiyyəsinin verdiyi ilkin sxemaya uyğun olmayaraq həyətyanı torpaq sahəsinin plan və ölçüsünü, sərhədlərini və ərazinin plan istiqamətini düzgün qeydə almamışdır. Bunu İddiaçı 2009-cu il tarixində Quba Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində təsdiq etmişdir. Həmin uyğunsuzluq Quba rayon məhkəməsinin ##.##.2010-cu il tarixli *(***)-**/**** nömrəli qərardadına əsasən təyin edilmiş mütəxəssis rəyində də öz əksini tapmışdır. Bundan sonra 2010-cu il aprel ayında Quba rayon torpaq şöbəsinin mütəxəssisi, sahə müvəkkilinin və bələdiyyə sədrinin iştirakı ilə vətəndaşlar üçüncü şəxs1, Mədinov Nərgiz, Aslanova Məkanət, Sədiyeva Samirə (qızlıq soyadı), Sədiyev Nizaməddin, İddiaçı, Sədiyev Rasim və digərlərinin Quba rayon Qırız-Dəhnə kəndində verilmiş həyətyanı torpaq sahələrinin ölçüləri yerində araşdırılmışdır. Araşdırmadan sonra üçüncü şəxs1, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs və Aslanova Məkanətə həyətyanı torpaq sahələrinin ölçüləri yerində yenidən təyin edilib göstərilmişdir. Ancaq iddiaçılar Sədiyeva Samirə, Sədiyev Nizaməddin, İddiaçı, Sədiyev Rasim və digərləri həyətyanı torpaq sahələrinin ölçülərinin yenidən yerində təyin edilməsi üçün dəvət olunmasına baxmayaraq ölçülərin aparılmasında iştirak etməkdən səbəbsiz olaraq imtina etdilər. Aparılmış yeni ölçülər əsasında “Çıxarış” almaq üçün vətəndaşlara yeni kadastr planı yenidən tərtib edilmişdir. Lakin, 2017-ci ildə Quba rayon məhkəməsinin iş № *-(027)-45/2017 olan məhkəmə işi ilə əlaqədar əraziyə baxış keçirildikdə məlum olmuşdur ki, 2010-cu ildə DƏDRX-nin * saylı Xaçmaz rayon ərazi idarəsində döngə nöqtələri vurulduqda ərazinin döngə nöqtələri Qudyalçay istiqamətində sürüşdürülmüşdür. Bununla əlaqədar 2017-ci ilin sentyabr ayında * saylı DƏDRX-nin Quba rayon şöbəsinin əməkdaşı və bələdiyyə sədrinin iştirakı ilə əraziyə yenidən baxış keçirilərək akt tərtib olunmuşdur. Bundan sonra İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs, X14, üçüncü şəxs1, X11 və X6 yeni döngə nöqtələri göstərilmişdir. Buna əsasən vətəndaşlar yeni çıxarış almışdırlar. X3, X15, İddiaçı, X19 və digər qonşular torpaq sahələrinin ölçülərinin yenidən yerində təyin edilməsi üçün dəvət olunmasına baxmayaraq yeni ölçülərin aparılmasında iştirak etməkdən səbəbsiz olaraq imtina etmişdirlər. İddiaçı Əlik bələdiyyəsinə rəsmi müraciət etsə, həmin əraziyə bitişik ərazidə yenidən həyətyanı torpaq sahəsinin yeni ölçülərini Daşınmaz Əmlakın Quba rayon şöbəsi ilə birlikdə aktlaşdırıb, yeni koordinatlar təyin edib göstərilə bilər. Eləcə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin ## #### 2023-cü il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubuna qoşma olaraq əlavə edilmiş arayışdan görünür ki, üçüncü şəxs1 verilmiş ************ reyestr nömrəli çıxarış və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs verilmiş ************ reyestr nömrəli çıxarışın ilkin torpaqayırma sənədlərində DT və XK tərəfindən tərtib olunmuş plan və ölçülərdə göstərilən koordinatlar xəritə materiallarında meşə fondu ərazisinə düşdüyündən Qrız bələdiyyəsi və DT və XK tərəfindən koordinatları dəyişdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin ## ####### 2024-cü il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubuna qoşma olaraq əlavə edilmiş mütəxəssis rəyindən görünür ki,İddiaçı Quba rayonu Qırız bələdiyyəsinin ## ### 2006-cı il tarixli, ** saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün Quba rayonu, Qırız kəndində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş kadastr planındakı torpaq sahəsinin koordinatları cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahəsinin koordinatları daxilində yerləşir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən tərtib edilmiş X4 kitabında ## #### 2008-ci tarixdə 782 nömrə ilə uçota alınmış AN ****** nömrəli Torpaq sahəsinin plan-ölçü sənədində qeyd edilən 0.12 ha torpaq sahəsinin koordinatları daxilində ************ reyestr nömrəli çıxarışa əsasən üçüncü şəxs1 məxsus torpaq sahəsinin 435 kv.metr hissəsi, ************ reyestr nömrəli çıxarışa əsasən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs məxsus torpaq sahəsinin 165 kv.metr hissəsi yerləşir. Beləliklə X4 Kitabında ## #### 2008-ci tarixdə 782 nömrə ilə uçota alınmış AN ****** nömrəli Torpaq sahəsinin plan ölçü sənədində qeyd edilən 0.12 ha torpaq sahəsinin koordinatları daxilində ümumilikdə 600 kv.metr hissəsinə digər şəxslərə (üçüncü şəxs1 və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs) çıxarış verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş X4 Kitabında ## #### 2008-ci il tarixdə 782 nömrə ilə uçota alınmış AN ****** nömrəli Torpaq sahəsinin plan ölçü sənədində qeyd edilən 0.12 ha torpaq sahəsinin 435 kv.metr hissəsi ************* reyestr nömrəli, ##.##.2010-cu il tarixli, MA seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışla üçüncü şəxs1 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 165 kv.metr hissəsi isə ************* reyestr nömrəli ##.##.2010-cu il tarixli, MA seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışla İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyətinə verilmiş torpaq sahələrinin koordinatları ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş X4 Kitabında ## #### 2008-ci il tarixdə 782 nömrə ilə uçota alınmış AN ****** nömrəli Torpaq sahəsinin plan ölçü sənədində qeyd edilən 0.12 ha torpaq sahəsinin koordinatları ilə üçüncü şəxs1 Quba rayon Qırız bələdiyyəsini ## ###### 2006-cı il tarixli ** saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş X4 Kitabında ## ####### 2008-ci il tarixdə 1030 nömrə ilə qeydə alınmış 0.12 ha torpaq sahəsinə dair AN ****** nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş əsas döngə nöqtələrinin koordinatları üst-üstə düşmür. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş X4 Kitabında ## #### 2008-ci il tarixdə 782 nömrə ilə uçota alınmış AN ****** nömrəli Torpaq sahəsinin plan ölçü sənədində qeyd edilən 0.12 ha torpaq sahəsinin koordinatları ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Quba rayon Qırız bələdiyyəsinin ## ###### 2006-cı il tarixli ** saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş X4 Kitabında ## ####### 2008-ci il tarixdə 1029 nömrə ilə qeydə alınmış 0.12 ha torpaq sahəsinə dair AN ****** nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş əsas döngə nöqtələrinin koordinatları üst-üstə düşmür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçı İddiaçı Quba rayon Qırız bələdiyyəsinin ## ### 2006-cı il tarixli, ** nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmışdır. Həmin qərar əsasında torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən tam şəkildə ödənilmiş, bu isə iş materiallarında olan bələdiyyə sənədləri və ödənişi təsdiq edən sübutlarla təsdiq edilir. Beləliklə, iddiaçının torpaq sahəsinə dair hüquqları bələdiyyə aktı əsasında qanuni şəkildə yaranmış, Konstitusiya ilə qorunan mülkiyyət hüququnun tərkib hissəsi kimi formalaşmışdır. O da nəzərə alınmalıdır ki, qeyd olunan bələdiyyə qərarının icrası məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən ## #### 2008-ci il tarixdə X4 kitabında 782 nömrə ilə uçota alınmış AN №****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) sənədi tərtib edilmişdir. Sözügedən plan-ölçü sənədi iddiaçının torpaq sahəsinin sərhədlərini, döngə nöqtələrini və koordinatlarını müəyyən edən, qüvvədə olan, ləğv edilməmiş və etibarsız sayılmamış hüquqyaradıcı sənəd olmaqla, iddiaçının torpaq sahəsinə dair hüquqlarının mövcudluğunu və həcmini təsdiq edir. Kollegiya hesab edir ki, plan-ölçü sənədi torpaq sahəsinə münasibətdə həlledici sübutlardan biri olmaqla, torpaq sahəsinin konkret ərazi daxilində hüquqi mənsubiyyətini müəyyən edir və belə bir sənəd mövcud olduğu halda həmin koordinatlar daxilində başqa şəxslərin adına torpaq sahələrinin ayrılması yalnız bu sənədin qanunvericiliklə müəyyən edilmiş qaydada ləğvindən və ya dəyişdirilməsindən sonra mümkün ola bilər. İş materiallarından, o cümlədən mütəxəssis rəyindən müəyyən edilmişdir ki, iddiaçının adına AN №****** saylı plan-ölçü sənədi tərtib edildikdən sonra, yəni 2008-ci ilin oktyabr ayında eyni ərazi üzrə üçüncü şəxslərin adına torpaq sahələrinin plan-ölçü sənədləri hazırlanmış və onların mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Belə ki, üçüncü şəxs1 adına ## ####### 2008-ci il tarixli AN №****** saylı, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına ## ####### 2008-ci il tarixli AN №****** saylı plan-ölçü sənədləri tərtib edilmişdir. İş materiallarında olan mütəxəssis rəyi ilə müəyyən edilir ki, iddiaçıya məxsus AN №****** nömrəli plan-ölçü sənədində göstərilən 0,12 ha torpaq sahəsinin 0,0165 ha hissəsi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs, 0,0435 ha hissəsi isə üçüncü şəxs1 verilmiş torpaq sahələri ilə üst-üstə düşür. Bu hal göstərir ki, üçüncü şəxslərin adına verilmiş torpaq sahələri iddiaçının əvvəlcədən formalaşmış hüquqları nəzərə alınmadan, eyni koordinatlar daxilində qeydə alınmışdır. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının torpaq sahəsinə dair hüquqları daha əvvəl yaranmış və rəsmiləşdirilmiş olduğu halda, həmin hüquqların mövcudluğuna baxmayaraq eyni ərazi üzrə başqa şəxslərə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi ilə təminat altına alınmış mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır. Kollegiya, həmçinin Quba rayon Əlik Bələdiyyəsinin ## ### 2023-cü il tarixli, ** nömrəli arayışını qiymətləndirərək müəyyən etmişdir ki, 2010-cu ilin aprel ayında mübahisəli ərazi üzrə torpaq sahələrinin yerində ölçülməsi aparılmış, bəzi torpaq sahələrinin sərhədləri yenidən müəyyən edilmiş və həmin şəxslərə yeni kadastr planları tərtib edilmişdir. Lakin bu hal iddiaçının 2006–2008-ci illərdə yaranmış və hüquqi qüvvəyə malik olan ilkin hüquqlarını aradan qaldırmır. Çünki iddiaçının torpaq sahəsinə dair hüquqları həmin ölçmələrdən xeyli əvvəl formalaşmışdır. Kollegiya xüsusilə vurğulayır ki, iddiaçının sonradan aparılmış ölçmə işlərində iştirak etməməsi onun əvvəlcədən yaranmış mülkiyyət hüquqlarından məhrum edilməsinə əsas ola bilməz. Dövlət və bələdiyyə orqanlarının torpaq sahələrinin ayrılması, ölçülməsi və qeydiyyatı zamanı yol verdiyi texniki və ya metodoloji səhvlərin hüquqi nəticələri vicdanlı şəkildə hüquq əldə etmiş şəxsə yüklənə bilməz. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxslərin adına müvafiq plan-ölçü sənədləri verilərkən heç bir inzibati araşdırma aparılmamış, iddiaçı icraata cəlb edilməmişdir. Sözügedən torpaq sahələrinin koordinatlarının iddiaçının artıq mövcud olan və dövlət tərəfindən təsdiqlənmiş plan-ölçü sənədində göstərilən hissələri ilə üst-üstə düşməsinə baxmayaraq, üçüncü şəxslərin adına plan-ölçü sənədi verilmişdir. Bu, hüquqi baxımdan qanunsuz bir addım olub, iddiaçının əvvəlcədən yaranmış və rəsmiləşdirilmiş mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə, həmçinin qeyd edir ki, üçüncü şəxslərə verilmiş plan-ölçü sənədləri iddiaçının 2008-ci il tarixli A №****** saylı plan-ölçü sənədindən sonra hazırlanmış, koordinatların üst-üstə düşməsi isə açıq-aşkar görünmüşdür. Buna baxmayaraq, dövlət orqanları tərəfindən heç bir əlavə ölçmə, xəbərdarlıq və ya iddiaçının iştirakı təmin edilməmişdir. Bir sözlə, müvafiq aktlar tərtib edilərkən iddiaçının iştirakı təmin edilməmiş, onun imzası olmadan koordinatlar yenidən ölçülmüş və müvafiq plan-ölçü sənədləri tərtib edilmişdir. Bu, iddiaçının qanuni hüquqlarının açıq şəkildə pozulması deməkdir və inzibati icraatın düzgün şəkildə aparılmamasının sübutudur. İş üzrə təqdim olunmuş əlavə sənədlər, o cümlədən torpaqayırma sxemi və planölçü sənədlərinin hazırlanmasına əsas olmuş aktlar, həmçinin iddiaçıya ilkin olaraq bələdiyyə tərəfindən ayrılmış torpaq sahələrinin koordinatlarını təsdiq edən sənədlər, bu faktı əyani şəkildə sübut edir. Bütün yuxarıda göstərilən halları, sübutları və hüquqi normaları qiymətləndirərək kollegiya belə nəticəyə gəlir ki, iddiaçının torpaq sahəsinə dair hüquqları daha əvvəl yaranmış, qanuni və qüvvədə olan hüquqlar olmaqla, sonradan üçüncü şəxslərin adına verilmiş çıxarışlar (üst-üstə düşən hissədə) həmin hüquqların pozulmasına səbəb olmuşdur. Odur ki, mübahisəli torpaq sahəsinin iddiaçının plan-ölçü sənədində göstərilən koordinatları daxilində üst-üstə düşən hissəsində üçüncü şəxslərin adına aparılmış dövlət qeydiyyatının ləğv edilməsi hüquqi baxımdan əsaslı olduğundan iddiaçı tələbində haqlı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-629/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-629/2026
08.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver