Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-63/2026 01.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X12 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Abşeron rayon Polis Idarəsinə qarşı “##.##.2008-ci il təvəllüdlü İddiaçı mərhum atası X3 olmuş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 7-ci döngədə yerləşən evə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Bakı şəhəri Qaradağ rayon Icra Hakimiyyəti Başçısının ## #### 2022-ci il tarixli *** saylı sərəncamına əsasən X21 qaynı qızı ## ###### 2008-ci il təvəllüdlü İddiaçı üzərində qəyyum təyin edilmişdir. Iddiaçının valideynləri X9 və X4 barəsində ölüm haqqında şəhadətnamələr iş materiallarına əlavə edilmişdir. Azərbaycan SSR Qaz Sənayesi Nazirliyi “Azqaznəqliyyat” IB tərəfindən verilmiş ##.##.1975-ci il tarixli * saylı müvəqqəti orderin surətindən görünür ki, 28-ci məhəllə, ailəvi yataqxanada yerləşən iki otaqlı, yaşayış sahəsi 23.5 kv m olan mənzil 4 nəfər ailə üzvləri (X1 özü, həyat yoldaşı X5, qardaşı X3 və qızı X10) ilə birlikdə X1 ayrılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ##.##.1954-cü il təvəllüdlü X3 ##.##.1990-cı il tarixdən Bakı şəhəri, Qobustan qəsəbəsi, Omk 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, ##.##.2019-cu il tarixdə şəxsiyyət vəsiqəsi "ölüm” səbəbi ilə fəaliyyətsizləşdirilmişdir. ##.##.1966-cı il təvəllüdlü X9 ##.##.1990-cı il tarixdən Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində yaşayış yeri üzrə qeydiyyatda olmuş, ##.##.2015-ci il tarixdə şəxsiyyət vəsiqəsi “ölüm” səbəbi ilə fəaliyyətsizləşdirilmişdir. ##.##.2008-ci il təvəllüdlü İddiaçı ##.##.2017-ci il tarixdən hazıradək Bakı şəhəri, Qobustan qəsəbəsi, Omk 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon Icra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Istehsalat Istismarı Təmiri Birliyinin * saylı Mənzil Təsərrüfatı Istehsalat Istismar Təmir sahəsinin ##.##.2025-ci il tarixli ** saylı arayışında qeyd edilmişdir ki, mənzil vaxtilə Binəqədi, sonralar isə Qaradağ rayonunun balansında olmuşdur. Təqdim edilən order İddiaçı əmisi mərhum X2 adındadır. Orderdə ünvan olaraq 28-ci məhəllə ailəvi yataqxana kimi göstərilmişdir. Hal-hazırda mənzildə pasport qeydiyyatında heç kim yoxdur. Faktiki olaraq mənzildə 2008-ci il təvəllüdlü İddiaçı və onun bibisi 1949-cu il təvəllüdlü X6 qeydiyyatsız olaraq yaşayırlar. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Abşeron rayon Polis Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2008-ci il təvəllüdlü İddiaçı mərhum atası X3 olmuş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 7-ci döngədə yerləşən evə qeydiyyatına alınmasını məhkəmədən xahiş etmişdir. Iddiaçının qəyyumu X11 tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X7 mərhum qardaşının qızı ##.##.2008-ci il təvəllüdlü İddiaçı qəyyumu təyin edilmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra Qaradağ rayon Icra Hakimiyyəti Başçısının ##.##.2022-ci il tarixli *** saylı sərəncamına əsasən o, qaynı qızı ##.##.2008-ci il təvəllüdlü İddiaçı üzərində qəyyum təyin edilmişdir. Qaynı qızı doğulduğu gündən mərhum atası X3 və mərhum anası X9 ilə birlikdə mərhum atasının sahibliyində olmuş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 7-ci döngədə yerləşən evdə qeydiyyatsız yaşamış və hazırda da həmin evdə yaşamaqdadır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdığını bildirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.2008-ci il təvəllüdlü İddiaçı, mərhum atası X3 olmuş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 7ci döngədə yerləşən evə pasport qeydiyyatına alınmasını istəyir. Iddiaçı faktiki olaraq yuxarıda qeyd edilən ünvanda yaşasa da, yaşayış yeri üzrə qeydiyyat üçün əsas olan sənədləri mövcud deyildir. Belə ki, təqdim edilmiş ##.##.1975-ci il tarixli, * saylı müvəqqəti orderin surətindən görünür ki, order iddiaçının əmisi X2 adına verilmiş, ailə üzvləri qismində arvadı X8, qardaşı X3 və qızı X10 qeyd edilmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ##.##.2017-ci il tarixdən hazıradək Bakı şəhəri, Qobustan qəsəbəsi, Omk 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Həmçinin valideynləri X3 və X9 qeydiyyat ünvanları da Bakı şəhəri, Qobustan qəsəbəsi, Omk 1 olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının qanunvericiliyin tələbi üzrə yaşayış yeri üzrə qeydiyyata alınması üçün hüquqi əsası olmadığına görə inzibati orqanın imtinası əsaslı olmuşdur. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarına əsasən iddia tələbi təmin edilməmişdir. Sumqayıt Inzibati Məhkəməsinin sözügedən qərarı ilə razı deyildir. Belə ki, sözügedən qərar qanunsuz və əsassızdır. Paspot qeydiyyatına düşmək istədiyi evdə, yəni Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 7-ci döngədə yerləşən evdə dünyaya gəlmişdir. Sözügedən ev mərhum atası X3 və mərhum anası X9 olmuşdur. Evə dair orderdə də mərhum atası X3 adı vardır. Doğulan gündən bu günədək həmin evdə yaşayır. Valideynləri vəfat etdikdən sonra da Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 7-ci döngədə yerləşən ev onun sahibliyində və istifadəsindədir. Odur ki, faktiki olaraq mərhum valideyinlərinə məxsus olmuş, eyni zamanda doğulan gündən bu günədək yaşadığı evə pasport qeydiyyatına düşmək üçün cavabdeh orqanın üzərinə öhdəliyin qoyulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını araşdırmamış və nəticədə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Abşeron rayon Polis Idarəsi tərəfindən ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlanaraq, iştirakları olmadan işə baxılmasına etiraz etmədikləri və məhkəmə tərəfindən qəbul ediləcək qərarla razı olduqlarını bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı, habelə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq onun şəxsiyyət vəsiqəsini dəyişdirməlidir. M a d d ə 8 . Yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edilməsi Müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə (bu Qanunun 5-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla);[24] 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddiaçının iddia tələbi onun Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 7-ci döngədə yerləşən yaşayış sahəsi üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədar qeydiyyata alınmaq istəyən şəxs müvafiq icra hakimiyyəti orqanına şəxsiyyət vəsiqəsi ilə yanaşı, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi və ya qanunvericilikdə nəzərdə tutulmuş digər sənəd) və ya yaşayış sahəsini verən şəxsin ərizəsini təqdim etməlidir. Həmin sənədlər təqdim edildiyi halda qeydiyyat orqanı şəxsi yaşayış yeri üzrə qeydiyyata almağa borcludur. Kollegiya qeyd edir ki, yaşayış yerinə qeydiyyat hüququnun yaranması şəxsin həmin ünvanda faktiki yaşaması ilə deyil, həmin yaşayış sahəsindən istifadə etmək hüququnun qanunla nəzərdə tutulmuş əsaslarla təsdiq edilməsi ilə şərtlənir. Faktiki yaşayış özüözlüyündə qeydiyyat aparılması üçün yetərli hüquqi əsas hesab edilə bilməz. Iddiaçının istinad etdiyi ##.##.1975-ci il tarixli * saylı müvəqqəti orderin surətindən görünür ki, order iddiaçının əmisi X2 adına verilmiş, ailə üzvləri qismində arvadı X8, qardaşı X3 və qızı X10 qeyd edilmişdir. Beləliklə, müəyyən edilir ki, həmin order iddiaçının adına deyil, əmisi X2 adına verilmiş və həmin orderdə iddiaçı ailə üzvü kimi göstərilməmişdir. Eyni zamanda, iş üzrə hər hansı mülkiyyət hüququnu təsdiq edən sənəd, yaşayış sahəsindən istifadə hüququnu yaradan müqavilə və ya yaşayış sahəsini verən səlahiyyətli şəxsin razılığı məhkəməyə təqdim edilməmişdir. Buna görə də iddiaçının mübahisəli yaşayış sahəsinə köçmək üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsasının mövcudluğu sübuta yetirilməmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Abşeron rayon Icra Hakimiyyəti Mənzil-Kommunal təsərrüfatı Istehsalat Istismarı Təmiri Birliyinin * saylı Mənzil Təsərrüfatı Istehsalat Istismar Təmir Sahəsi tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli, ** saylı və ##.##.2026-cı il tarixli ** saylı məktublarında göstərilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 7-ci döngədə yerləşən fərdi yaşayış evi * saylı MTIITS-nin xidməti ərazisində yerləşir. Həmin evdə İddiaçı və nənəsi Sultanova Xalidə qeydiyyatsız yaşayırlar. M.Hüseynzadə küçəsi, 7-ci döngədə yerləşən ev ünvanı ilə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən (orderdə göstərilən) ailəvi yataqxana ünvanının eynilik təşkil edib-etməməsi barədə * saylı MTIITS-də heç bir məlumat yoxdur. Bundan başqa, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya Idarəsinin birinci instansiya məhkəməsinin sorğusuna cavab məktublarından görünür ki, İddiaçı ##.##.2017-ci il tarixdən etibarən Bakı şəhəri, Qobustan qəsəbəsi, OMK-1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Həmçinin valideynlərinin də həmin ünvanda qeydiyyatda olduqları müəyyən edilmişdir. Bu hal da iddiaçının mübahisəli yaşayış sahəsinə yaşayış yeri üzrə qeydiyyata alınmasını tələb etmək üçün qanuni əsasların mövcud olmamasını təsdiq edir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasən iddiaçının uzun müddət mübahisəli ünvanda faktiki yaşamasına istinad edilməsindən ibarətdir. Kollegiya hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgünlüyünü təkzib etmir. Çünki yaşayış yerinə qeydiyyat məsələsi yalnız faktiki yaşayış faktı ilə deyil, qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsasların mövcudluğu ilə həyata keçirilir və iş üzrə belə əsasların mövcudluğu sübuta yetirilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının qeydiyyata düşmək istədiyi ünvanla orderdə göstərilən ünvanın eyni olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa həmin ünvanlar eyni olsa belə, orderdə iddiaçının atasının adının göstərilməsi iddiaçının da həmin evdən istifadə hüququnun yarandığına dəlalət etmir. Belə ki, mənzil xüsusi mülkiyyətdə olmadığından burada hər hansı vərəsəlik münasibətlərindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-63/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-63/2026
01.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver